İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 1

    Əqidə üsullarının təlimi 1
    2012-01-19, 7:31 PM
    DOQQUZUNCU DƏRS
    ZATİ SİFƏTLƏR
    –Müqəddimə
    –Zati və feli sifətlər
    –Zati sifətlərin isbatı
    –Həyat
    –Elm
    –Qüdrət
    MÜQƏDDİMƏ
    Qeyd olundu ki, dünyaya varlıq bəxş edən səbəb – Mütəal Allah vücudun bütün kamallarına malikdir, həmçinin hər bir varlıqda mövcud olan hər növ kamal Onun tərəfindəndir və onu mövcudata, məxluqlara bəxş etməklə Öz kamalından heç nə əskilmir. Mətləbin daha yaxşı düşünülməsi üçün aşağıdakı misallardan istifadə etmək olar: Müəllim öz elmindən şagirdlərə öyrədir, amma onun elmindən heç nə azalmır. Əlbəttə, Mütəal Allah tərəfindən varlıq və vücud kamallarının verilməsi bu misallarla müqayisə olunmayacaq dərəcədə yüksəkdir. Bu barədə ən yaxşı cümlə bəlkə də bu ola bilər: Bütün varlıq aləmi Allahın müqəddəs Zatının nuru və cilvəsidir, belə ki, bu, aşağıdakı ayədən də bu məlum olur:
    "Allah göylərin və yerin nurudur.” ("Nur” surəsi, ayə:35. )
    Sonsuz ilahi kamallara diqqət yetirməklə kamala dəlalət edən və özündə heç bir nöqsan və məhdudiyyət daşımayan hər növ məfhum Allah-taalaya aid edilə bilər. Belə ki, Quran ayələrində, rəvayətlərdə və Məsumların (ə) münacatlarında nur, kamal, camal, məhəbbət, nuranilik və s. kimi məfhumlar Allah-taalaya aid edilir. Amma İslami kəlam, fəlsəfə və əqidə kitablarında "ilahi sifətlər” ünvanı ilə irəli çəkilənlər sifətlərin müəyyən qədəridir. Onlar zati və feli sifətlər olaraq iki yerə bölünür. Buna görə də əvvəlcə bu bölgü barəsində izahat verəcək, daha sonra onların ən mühümünü isbat edəcəyik.
    ZATİ VƏ FELİ SİFƏTLƏR
    Mütəal Allaha aid edilən sifətlər ya Allahın zatına aid olunan və Onun kamalına dəlalət edən həyat, elm, qüdrət kimi məfhumlardır. (Allahın) yaxud da xaliqiyyət və raziqiyyət kimi Mütəal Allahla Onun məxluqları arasında olan rabitədən irəli gələn məfhumlardır. Birinci qismə aid olan sifətlərə zati sifətlər, sonunculara isə feli sifətlər deyilir.
    Bu iki qism sifətlər arasında əsaslı fərq bundan ibarətdir ki, birinci dəstədə Allahın müqəddəs Zatı ona aid olunan sifətlərlələ eynilik təşkil edir. Lakin ikinci dəstə sifətlər Mütəal Allah ilə məxluqat arasında əlaqədən irəli gəlir. Allahın zatı ilə məxluqatın zatı bu əlaqənin qarşılıqlı tərəfləri kimi nəzərə alınır. Məsələn, "xaliqiyyət” sifəti varlıq aləminin Allahın zatından olan asılılıqdan irəli gəlir və Allah və Onun məxluqatı bunun iki tərəfini təşkil edir. Allahın müqəddəs zatı və məxluqların zatı xaricində isə ayrılıqda yaratmaq adlı həqiqi bir şey mövcud deyildir. Əlbəttə, Mütəal Allah Öz zatında yaratmağa qüdrətlidir, lakin qüdrət Onun zat sifətidir, yaratmaq məfhumu isə əlavə bir məfhum olub fel məqamından irəli gəlir. Buna görə də "yaratmaq” feli-sifətlərdən sayılır. Amma yaratmağa qadir olmaq məsələsinə gəldikdə isə bu, qüdrət sifətinə qayıdır.
    Allahın zati sifətlərinin ən mühümü həyat, elm və qüdrətdir. Eşitmək və görməyə gəldikdə isə əgər eşidilənlərə və görülənlərə alim olmaq, yaxud eşitmək və görməyə qadir olmaq nəzərə alınsa, bu halda eşitmək və görmək "əlim” və "qədir” sifətlərinə qayıdır. Əgər onlardan məqsəd fel olaraq eşitmək və görmək olsa, bu halda o, eşidən və görən Zatın eşidilməyə və görülməyə qabiliyyəti olan əşyalar arasındakı əlaqəsindən əldə olunur. Bu da feli-sifətlərdən sayılmalıdır. Belə ki, bəzən elm də həmin mənada işlədilir və "feli elm” adı ilə tanınır.
    Bəzi mütəkəllimlər kəlam və iradəni də zati sifətlərdən hesab etmişlər ki, bu barədə sonralar söhbət olunacaq.
    ZATİ SİFƏTLƏRİN İSBAT OLUNMASI
    Allahın həyat, qüdrət və elmini isbat etməyin ən sadə yolu bundan ibarətdir ki, bu məfhumlar məxluqat barəsində işlədilən zaman onların kamallarından söhbət açır. Deməli, onların ən kamil mərhələsi varlıq bəxş edən səbəb kimi mövcud olmalıdır. Çünki hər bir məxluqda mövcud olan hər hansı kamal Mütəal Allahdandır və onu bəxş edən onlara malik olmalıdır ki, başqalarına əta edə bilsin. Həyatı yaradan bir şəxsin özünün ondan məhrum olması, yaxud məxluqata elm və qüdrət verən şəxsin özünün cahil və bacarıqsız olması qeyri-mümkündür. Deməli, bəzi məxluqlarda bu kimi kamal sifətlərinin olması onların Mütəal Allahda mövcud olmasını göstərir. Bunların heç birində nöqsan və məhdudiyyət yoxdur. Başqa sözlə desək, Mütəal Allah sonsuz həyata, elmə və qüdrətə malikdir. İndi isə bu sifətlərin hər biri barədə əlavə izahat veririk.
    HƏYAT
    Həyat (diri olmaq) məfhumu iki dəstə məxluq barəsində istifadə olunur: Biri inkişaf etmək qabiliyyətinə malik olan bitkilərdə, ikincisi isə şüur və iradəyə malik olan heyvan və insanda. Birinci məna naqisliyi və ehtiyacı tələb edir. Çünki inkişaf etmək inkişaf edən varlığın ilk əvvəldə kamaldan məhrum olmasını, xarici amillər nəticəsində onda müəyyən dəyişikliklərin yaranmasını və tədrici olaraq yeni kamal mərhələsinə çatmasını tələb edir. Səlbiyyə sifətlərdə qeyd olunduğu kimi, belə xüsusiyyətləri Allaha aid etmək olmaz. Amma həyatın ikinci mənası kamal məfhumudur, onun mümkün nümunələrinin nöqsan və məhdudiyyətlərlə yanaşı olmasına baxmayaraq, Onun üçün heç bir nöqsan, məhdudiyyət və ehtiyacın olmadığı sonsuz bir mərtəbə nəzərə almaq olar. Belə ki, kamalın və vücudun məfhumu da belədir.
    Əsas etibarı ilə iradə üzündən olan failiyyət, elm ilə yanaşı olan həyat qeyri-maddi varlığın tələbidir. Çünki həyatın canlı maddi varlıqlara aid edilməsinə baxmayaraq, həqiqətdə isə bu, onların ruhunun sifətidir, bədənlər isə ruhla əlaqədar həmin xüsusiyyətlərə malik olurlar. Başqa sözlə desək, həcm cismlərin, cismani varlıqların tələbi olduğu kimi həyat da mücərrəd (qeyri-cismani) varlığın tələbidir. Bu mətləbə diqqət yetirməklə Allahın diriliyinə başqa bir dəlil də tapılır və o da bundan ibarətdir: Allahın müqəddəs Zatı mücərrəd və qeyri-cismanidir. (Bu, keçən dərsdə isbat olundu.) Hər bir mücərrəd varlıq zatən həyata malikdir, deməli, Mütəal Allahın da zatən həyatı vardır.
    ELM
    Elmin məfhumu ən açıq-aşkar məfhumlardandır, lakin onun məxluqlar arasında mövcud nümunələri məhdud və nöqsanlıdır və bu xüsusiyyətlərlə Mütəal Allaha aid edilə bilməz. Amma qeyd olunduğu kimi əql bu kamal məfhumu üçün heç bir nöqsan və məhdudiyyəti olmayan, alimin zatı ilə eyniyyət təşkil edən müəyyən nümunələr nəzərə ala bilər, bu da Mütəal Allahın Zatının elmidir.
    Allahın elmini müxtəlif yollarla isbat etmək olar. Onlardan biri zati sifətlərin isbat olunmasında qeyd olunan yoldur. Yəni məxluqların arasında elm mövcud oluduğuna görə onun ən kamil mərtəbəsi onları yaradanda mövcud olmalıdır.
    Digər bir yol isə nəzm bürhanından istifadə etməkdir. Yəni, hər hansı bir varlıq nə qədər dəqiq nizam-intizama malik olsa onu yaradanın elm və biliyinin bir o qədər artıq olmasına dəlalət edəcəkdir. Belə ki, elmi bir kitab, yaxud gözəl şer kitabı, yaxud digər incəsənət əsəri onu yaradanın elm, zövq və məharətinə dəlalət edir. Heç bir aqil insan elmi, yaxud fəlsəfi bir kitabın nadan və savadsız şəxs tərəfindən yazılmasını iddia etməz. Elə isə bu böyük kəhkəşanın, mövcud olan heyrətli sirlər və qəribəliklərin elmsiz varlıq tərəfindən yaradılmasını necə ehtimal vermək olar?!
    Üçüncü yol isə nəzəri-fəlsəfi (yəni qeyri-bədihi) müqəddimələrdən istifadə etməkdir. Misal üçün bu fəlsəfi qaydanı qeyd etmək olar: "Hər bir müstəqil mücərrəd varlığın elmi vardır.” Bu məsələ əlaqədar kitablarda isbat olunmuşdur.
    Allahın elminə diqqət yetirmək insanın özünü və ruhunu saflaşdırmasında çox mühüm rol ifa edir. Buna görə də Qurani-kərim təkrar-təkrar və təkidlə buyurur:
    "Allah xəyanətkar gözlərdən və qəlblərin gizlətdiyi şeylərdən agahdır.” (Mumin” surəsi, ayə:19. )
    QÜDRƏT
    Öz iş və fəaliyyətini iradə və ixtiyar üzündən görən hər bir fail barəsində deyilir ki, "özünün gördüyü işlərə qüdrəti çatır”. Deməli, qüdrət faili-muxtarın (ixtiyar sahibi olan failin), ondan baş verməsi mümkün olan iş üçün başlanğıc (məbdəiyyət) olmasından ibarətdir. Vücudi mərtəbə baxımından fail nə qədər kamil olsa, bir o qədər artıq qüdrətə malik olacaqdır. Təbiidir ki, sonsuz kamala malik olan varlığın qüdrəti də sonsuz olacaqdır.
    "Həqiqətən Allah hər bir şeyə qadirdir.”("Bəqərə” surəsi, 20-ci və başqa ayələr. )
    Burada bir neçə məsələni xatırlatmaq lazımdır:
    1.Qüdrətin aid olduğu bir işin gerçəkləşməsi mümkün olmalıdır. Deməli, qüdrəti zatən qeyri-mümkün olan, yaxud qeyri-mümkün olmayan, amma öz ardınca qeyri-mümkün bir işi gətirən şeyə aid etmək olmaz. Allahın hər bir işə qadir olmasının mənası bu deyildir ki, misal üçün Özü kimi başqa bir Allah da yaratsın (çünki Allah yaradılası deyildir), yaxud iki ədədini üç ədədindən böyük etsin, yaxud övladı, övlad olmaq məqsədi ilə atasından qabaq xəlq etsin.
    2.Hər bir işə qadir olmaq onların hamısını yerinə yetirilməsini tələb etmir. Əksinə istədiyi hər işi görə bilməyi nəzərdə tutur. Hikmətli Allah da layiqli və hikmətli işlərdən başqa heç nə istəməz və heç bir iş görməz. Halbuki, Onun xoşagəlməz və çirkin işlər görməyə qüdrəti vardır. (Gələcək dərslərdə ilahi hikmət barəsində artıq izahat veriləcəkdir.)
    3.Qüdrət özünün qeyd olunan mənası ilə yanaşı, ixtiyara da malikdir. Mütəal Allah ən yüksək qüdrətə malik olduğu kimi ixtiyarın da ən yüksək, kamil mərhələsinə malikdir. Heç bir amil Onu bir işi görmək ilə əlaqədar təzyiqə məruz qoya, yaxud ixtiyarı Ondan ala bilməz. Çünki hər bir varlığın vücudu və qüdrəti məhz Ondandır və Özünün başqalarına verdiyi qüdrətlər qarşısında heç vaxt məğlub olmaz.
    SUALLAR
    1.Hansı məfhumları Mütəal Allah barəsində işlətmək olar?
    2.Zati və feli sifətlərin tərifini deyib onların fərqini göstərin.
    3.Zati sifətlərin isbat olunmasının ümumi yolu hansılardır?
    4.Həyat hansı mənada işlənir və onun hansı mənası Allaha aid edilə bilər?
    5.Allahın diri olmasına dair xüsusi dəlili qeyd edin.
    6.Allahın elmini üç yolla isbat edin.
    7.Qüdrətin məfhumunu bəyan edin və Allahın sonsuz qüdrətini isbat edin.
    8.Hansı işlər qüdrət dairəsində ola bilməz?
    9.Nə üçün Allah çirkin və yaramaz işləri görməz?
    10.Mütəal Allahın ixtiyar sahibi olmasını bəyan edin.
    Category: Əqidə üsullarının təlimi 1 | Added by: Islam_Kitabxanasi
    Views: 716 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024