İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 1

    Əqidə üsullarının təlimi 1
    2012-01-19, 7:31 PM
    ONUNCU DƏRS
    FELİ SİFƏTLƏR
    –Müqəddimə
    –Xaliqiyyət
    –Rübubiyyət
    –Üluhiyyət
    MÜQƏDDİMƏ
    Əvvəlki dərsdə qeyd olunduğu kimi, feli sifətlər Allahın müqəddəs Zatının Onun məxluqları ilə müqayisə olunması zamanı nisbət və xüsusi rabitəni nəzərə almaqla Ona aid olunan məfhumlardan ibarətdir ki, yaradan və yaradılan bu əlaqənin iki tərəfini təşkil edir. Yəni, yaratmaq məfhumunun özü məxluqatın vücudunun Mütəal Allaha bağlılığını mülahizə etməklə əldə olunur. Əgər bu bağlılıq nəzərə alınmasa, heç vaxt belə bir məfhum əldə oluna bilməz.
    Allah ilə məxluqların arasında nəzərdə tutulan izafələr və rabitələrin həddi-hüdudu yoxdur, lakin bir baxımdan onları iki ümumi qismə bölmək olar: Birinci qism birbaşa Allah ilə məxluqatın arasında nəzərə alınan əlaqələrdir, o cümlədən, icad etmək, xəlq etmək və s. Amma digər əlaqələr başqa rabitə və əlaqələri nəzərə aldıqdan sonra əldə olunur. Məsələn, ruzi vermək. Çünki əvvəlcə ruzi yeyəni onun qidalandığı şey ilə birlikdə nəzərə aldıqdan sonra Allah tərəfindən onun təmin olunması diqqət mərkəzində saxlanılmalıdır ki, "raziq” və "rəzzaq” kimi məfhumlar alınsın. Hətta mümkündür ki, bəzən Mütəal Allaha bir feli sifət aid olunmazdan qabaq məxluqlar arasında bir neçə rabitə və əlaqə növü nəzərə alınsın, yaxud Allah ilə məxluq arasında əvvəlcədən olan bir neçə əlaqə nəzərə alındıqdan sonra onların Allah ilə olan rabitəsi nəzərə alınsın. Məsələn, məğfirət (bağışlamaq) Allah tərəfindən təklifi (vacib) hökmlərin təyin edilməsi, Onun hüquqi rübubiyyəti və bəndələrin bu hökmlər qarşısında itaətsizlik etməsi nəticəsində yaranır.
    Bir sözlə, feli sifətləri əldə etmək üçün Mütəal Allahla məxluqlar arasında müqayisə aparılmalı, yaradan ilə yaranan arasında bir növ rabitə və əlaqə nəzərə alınmalıdır ki, əlaqənin iki tərəfi ilə vücuda gələn mütəzayif məfhum əldə olunsun. Buna görə də Allahın müqəddəs Zatı öz-özünə və bu nisbət və əlaqələri nəzərə almadan feli sifətlərin ayrı-ayrı nümunələri meydana gələcəkdir. Zati və feli sifətlər arasında əsaslı fərq də məhz bundan ibarətdir.
    Əlbəttə, əvvəllər qeyd edildiyi kimi, feli sifətlərin, onların mənşəyini nəzərə almaqla zati sifətlərə qaytarılması da mümkündür. Belə ki, əgər xaliq, yaxud xəllaq "yarada bilən şəxs” kimi nəzərdə tutulsa qüdrət sifətinə qayıdır, yaxud səmi (eşidən) və bəsir (görən) sifətləri əgər "eşidilənlərə və görünənlərə alim olmaq” mənasınadırsa, elm mənasına qayıdır.
    Digər tərəfdən, zati sifətlərdən hesab oluna bilən məfhumlardan bəzilərinin əlavə və feli mənada olması da mümkündür, bu surətdə feli sifətlərdən hesab olunacaqdır. Belə ki, elmin məfhumu Qurani-kərimin çox yerlərində feli sifət formasında işlədilmişdir.("Bəqərə” surəsi, ayə:187 və 235, "Ənfal” surəsi, ayə:66, "Fəth” surəsi, ayə:18 və 27, "Ali-İmran surəsi, ayə 140 və 142, "Maidə” surəsi, ayə:94, "Tövbə” surəsi, ayə:16, "Məhəmməd” surəsi, ayə:31. )
    Qeyd olunmalı mühüm məsələ bundan ibarətdir ki, Mütəal Allahla maddi varlıqlar arasındakı rabitə nəzərə alınan və bunun əsasında Allah üçün xüsusi feli sifətlər müəyyən olunan zaman qeyd olunan sifətin əlaqənin bir tərəfini təşkil edən maddi varlıqlara aid olan təqdirdə, zaman və məkan məfhumları da qeydə alınır. Halbuki, həmin sifətlər bu əlaqəni digər tərəfi olan Allaha aid edilərkən zaman bu cür qeyd və şərt hüdudlarından uzaq olur. Məsələn, ruzi yeyən bir varlığa ruzi verilməsi xüsusi zaman və məkan daxilində baş verir. Amma bu, həqiqətdə ruzi verənə deyil, ruzi yeyən varlıqla əlaqədardır, Allahın müqəddəs Zatı hər növ zaman və məkan qeydlərindən uzaqdır.
    Bu mühüm məsələ Allahın fel və sifətlərini tanımaqla əlaqədar mühəqqiqlər arasında yaranan şiddətli ixtilafları və çoxlu çətinlikləri həll edə bilər.
    XALİQİYYƏT
    Vacibül-vücudun mümkünül-vücudların yaranışı üçün ilkin səbəb ünvanı ilə isbat edilməsindən sonra onların hamısının öz varlığında Allaha ehtiyaclı olmalarını nəzərə almaqla Vacibül-vücuda "xaliqiyyət”, mümkünlərə "məxluqiyyət” sifəti mənsub edilir. Bu vücudi rabitə əsasında əldə olunan xaliq məfhumu icad edən və varlıq bağışlayan illətlə bərabərdir. Ehtiyaclı və mümkün varlıqların hamısı onun əlaqəsinin bir tərəfində olub məxluqiyyət sifəti adı ilə müəyyən olunur.
    Lakin bəzən xəlq etmək kəlməsi daha məhdud mənada işlənərək yalnız əvəlki maddədən vücuda gələn və onun əlaqədar olduğu tərəf mövqeyində dayanan varlıqlara aid edilir. Bunun müqabilində ibda məfhumu durur ki, ilkin maddədən yaranmayan (məsbuq olmayan) varlıqlarda işlənir (mücərrədlər və ilkin maddə). Beləliklə, icad etmək xəlq və ibda olaraq iki yerə bölünür.
    Allahın xəlq etməsi insanların əşyalardan istifadə edib ondan müxtəlif şeylər hazırlaması mənasına deyildir ki, bədənin hərəkət edib işləməsinə ehtiyac duyulsun və hərəkət "fel”, ondan hasil olan varlıq isə "felin nəticəsi” kimi cilvələnsin və nəticədə yaratmaq yaradılmışla fərqlənsin. Çünki Mütəal Allah cism və cismani varlıqların xüsusiyyətlərindən və hərəkətlərindən pak olmaqdan əlavə, əgər Allahın yaratmağı yaradılanın zatına olunan əlavə olsaydı, mümkünül-vücuddan və Allahın məxluqatından olan bir varlıq hesab olunacaqdı. Deməli, feli sifətlərin tərifində deyildiyi kimi, bu cür sifətlər Allah və məxluqların arasında nisbət və sifətlərdən əldə olunan məfhumlardır, yəni əlavə və nisbət əqlin mülahizəsinə bağlıdır.
    RÜBUBİYYƏT
    Allah ilə məxluqlar arasında mülahizə olunan əlaqələrdən biri də budur ki, məxluqlar təkcə vücudun əslində və yaradılışlarında Allaha ehtiyaclı deyillər, həm də onların vücudi işlərinin hamısı Mütəal Allaha bağlıdır, onların heç bir növ müstəqillikləri yoxdur, Allah onlarda istədiyi kimi təsərrüf və onların işlərini idarə edir.
    Bu əlaqəni ümumi tərzdə nəzərə alsaq, bundan "rübubiyyət” məfhumu irəli gəlir. Rübubiyyət bütün işlərdə tədbir tələb edir. O cümlədən, qoruyub saxlamaq, həyat vermək, öldürmək, ruzi vermək, inkişaf etdirib kamala çatdırmaq, yol göstərmək, əmr və nəhy etmək və s. qeyd etmək olar.
    Rübubiyyətin müxtəlif işlərini iki ümumi dəstəyə bölmək olar:
    1.Təkvini rübubiyyət. Bu bütün varlıqların işlərinin idarə edilməsinə, ehtiyaclarının təminatına bir sözlə, kainatın idarə olunmasına aid edilir.
    2.Təşrii (hüquqi) rübubiyyət. Bu, şüurlu və ixtiyar sahibi olan varlıqlara aid olub, peyğəmbərlər göndərmək, asimani kitablar nazil etmək, təklif və vəzifələri təyin etmək, hökm və qanunlar yaratmaq kimi işlərə şamildir.
    Allahın mütləq rübubiyyətinin mənası budur ki, məxluqlar hər bir vücudi işdə Mütəal Allaha bağlıdırlar. Bir-birinə olan bağlılıqlar da axırda Ona bağlılıqla nəticələnir. Məxluqların bəzilərini digərlərinin vasitəsilə idarə edən, canlıları Özünün yaratdığı ruzi ilə qidalandırıb təmin edən məhz Odur. O, şüurlu varlıqları həm batini vasitələrlə (əql və s. kimi idrak qüvvələri), həm də xarici vasitələrlə (peyğəmbərlər və asimani kitablar) hidayət edir, mükəlləflər üçün hökmlər və qanunlar yaradır və vəzifələr müəyyən edir.
    Xaliqiyyət kimi, rübubiyyət də əlaqəli bir məfhumdur. Fərqləri bundan ibarətdir ki, onun (rübubiyyətin) müxtəlif hallarında məxluqatın özləri arasında da xüsusi bir əlaqə nəzərə alınır. (Belə ki, bu, rəzzaqiyyət barəsində deyildi.)
    Xaliqiyyət və rübubiyyət məfhumlarına və onların əlaqəli olmasına diqqət yetirməklə aydın olur ki, bu ikisinin arasında zərurət vardır və aləmin Rəbbinin onun Xaliqindən başqası olması qeyri-mümkündür, yəni məxluqları xas səciyyələrlə bir-birinə bağlı yaradan elə onları qoruyub idarə də edir. Həqiqətdə rübubiyyət və tədbirin mənası məxluqatın yaradılışı və onların arasında bağlılığın necəliyindən irəli gəlir.
    ÜLUHİYYƏT
    "İlah” və "üluhiyyət”in mənaları barədə nəzər sahibləri və mütəxəssislər arasında çoxlu mübahisələr baş vermişdir ki, bunlar da təfsir kitablarında qeydə alınmışdır. Bizim nəzərimizə görə, onun ən yaxşı mənası budur ki, "ilah” pərəstişedilmə, yaxud ibadət və itaətə layiqolma mənasınadır. Necə ki, onunla eyni vəzndə olan "kitab”ın mənası "yazmaq və yazmağa layiq olan bir şey”dir.
    Bu mənaya uyğun olaraq üluhiyyət elə bir sifətdir ki, onun həqiqətini müəyyən etməkdən ötrü bəndələrin itaət və ibadətini də nəzərə almaq lazımdır. Baxmayaraq ki, yolunu azanlar batil və puç məbudları özlərinə ilah seçmişlər, amma itaət və ibadət olunmağa ləyaqəti olan Kəs məhz onların Xaliqi və Rəbbidir. Bu da hər bir şəxsin Mütəal Allah barəsində malik olduğu etiqadın meyarıdır. Yəni Allah-taalanı Vacibül-vücud, dünyanın ixtiyar sahibi, idarə edəni və yaradanı hesab etməkdən əlavə Onu ibadət və itaət olunmağa layiqli də bilməlidir. Ona görə də bu məfhum İslamın şüarı olan "La ilahə illəllah”da əxz edilmişdir.
    SUALLAR
    1.Zati və feli sifətlərin qarşılıqlı əlaqəsini və onların bir-birinə necə qayıtmasını bəyan edin.
    2.Hansı əsasa görə feli sifətlər zaman və məkan qeydləri ilə yanaşı olur?
    3.Xaliqiyyətin məfhumunu şərh edin və onun xəlq və ibda ilə olan fərqini deyin.
    4.Nə üçün "yaratmaq” üçün məxluqatın zatlarından ayrı olan eyni nümunələri nəzərə almaq olmaz?
    5.Rübubiyyətin məfhumunu bəyan edin.
    6.Rübubiyyətin qismlərini sadalayın.
    7.Xaliqiyyətlə rübubiyyət arasındakı zərurəti bəyan edin.
    8.Üluhiyyətin məfhumunu və onun xaliqiyyət və rübubiyyətlə olan zərurətini bəyan edin.
    Category: Əqidə üsullarının təlimi 1 | Added by: Islam_Kitabxanasi
    Views: 539 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024