İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 1

    Əqidə üsullarının təlimi 1
    2012-01-19, 7:30 PM
    ON BİRİNCİ DƏRS
    DİGƏR FELİ SİFƏTLƏR
    –Müqəddimə
    –İradə
    –Hikmət
    –Kəlam
    –Sidq (doğruçuluq)
    MÜQƏDDİMƏ
    Kəlam elmində münaqişəli məsələlərdən biri də ilahi iradə məsələsidir. Bu barədə bir çox cəhətlərdən, məsələn, "iradə zati sifətdir, yoxsa feli sifət”, yaxud "qədimdir, ya yeni?”, "vahiddir, yoxsa çoxdur?” deyə ixtilaf və mübahisə yaranmışdır. Bütün bunlar fəlsəfədə iradə, xüsusilə ilahi iradə barədə aparılan bəhslərdən ayrıdır.
    Aydındır ki, indiki mövzu barədə geniş bəhs bu kitaba sığmaz. Ona görə də əvvəlcə iradənin məfhumu haqqında şərh verir, daha sonra ilahi iradə ətrafında qısa söhbətə başlayırıq.
    İRADƏ
    Camaat arasında "iradə” kəlməsi iki mənada işlədilir: biri sevmək, digəri isə işi görmək üçün qərara gəlmək.
    Birinci mənası işlənmə baxımından çox geniş yayılmışdır. Həm xarici əşyaları, həm şəxsin öz işlərini, həm də başqalarının işlərini sevməyə deyilir.("Ənfal” surəsi, ayə 87.)Amma ikinci mənası yalnız şəxsin öz işlərilə bağlı işlədilir.
    İnsan barəsində iradənin birinci mənasının (məhəbbət, istəmək) nəfsani səciyyələr və nəfsin zahiri xüsusiyyətlərindən olmasına baxmayaraq, əql onun nöqsanlı cəhətlərini təcrid etməklə cövhəri (əsli, mahiyyəti olan) varlıqlara, hətta Mütəal Allaha belə aid edilə bilən ümumi bir məfhum əldə edə bilər. Belə ki, elm barəsində də həmin işi görür. Buna görə də Allahın Öz Zatına nisbət verdiyi məhəbbətə aid edilən "hübb” kəlməsi zati sifətlərdən biri hesab olunur. Əgər "ilahi iradə” dedikdə məqsəd kamalı sevmək olsa (belə ki, ilk mərtəbədə sonsuz ilahi kamala aid olur. Sonrakı mərtəbələrdə digər varlıqların kamallarına aid edilir), məhz Onun kamalının əsərləri olduğuna görə bunu zati, qədim, vahid sifətlərdən və Müqəddəs Zatının eyni hesab etmək olar.
    Amma bir işi görmək üçün qərara gəlmək mənasında olan iradə, şübhəsiz, feli sifətlərdəndir. Hadis (yeni) və yaranan işə aid olması baxımından zamanla şərtlənməyə qabildir. Buna Quranda da rast gəlmək olur.("Yasin” surəsi, ayə:82. ) Lakin diqqət yetirmək lazımdır ki, Mütəal Allahın feli sifətlərlə vəsf olunmasının mənası Onun zatında dəyişikliyin hasil olması, yaxud Onda bir ərəzin (zahiri xüsusiyyətin) yaranması deyildir. Əksinə, mənası budur ki, Allahın zatı ilə məxluqatın arasında olan əlaqə və nisbət xüsusi nəzərdən və müəyyən şəraitlərdə mülahizə olunur. Buradan da feli sifətlərdən biri olan məfhumun meydana çıxmasına səbəb olur ki, məhdud və müqəyyəd (qeyd və şərti olan) şeyə aid edilmə baxımından müəyyən şərtlərə malik olacaqdır. Bu da "harada isə olmaq” və "çoxluq” ifadə edən əlaqəli bir məfhumdur. Çünki əlaqə iki tərəfə tabedir. Tərəflərdən birinin hadis və çoxluğu bu xüsusiyyətlərin əlaqəyə də sirayət etməsi üçün kifayətdir.
    HİKMƏT
    İlahi iradə haqqında qeyd olunan izahlara diqqət yetirməklə aydın olur ki, bu iradə bir şeyin icad olunmasına elə-belə, boş-boşuna aid olmur. Əksinə, əşyaların ilahi iradə əsasında yaranması onların kamal, xeyir və məsləhətinə əsaslanır. Maddiyyatın qarşılıqlı mübarizəsi onlardan bəzilərinin digərinin vasitəsi ilə azalıb-artmasına səbəb olduğundan ilahi məhəbbətin kamalı tələb edir ki, onların məcmusu, onlara daha artıq xeyir və kamal çata biləcəyi şəkildə olsun. Bu kimi əlaqələrin müqayisə olunmasından "məsləhət” məfhumu əldə olunur. Halbuki məsləhət məxluqatın vücudundan ayrı bir iş deyildir, buna görə də o, nəinki ilahi iradəyə, hətta, onların yaranmasına da təsir qoya bilməz.
    Bir sözlə, Allahın işləri Onun elm, qüdrət, kamal və xeyrə məhəbbət kimi zati sifətlərindən qaynaqlandığından həmişə məsləhətə malik olan bir şəkildə gerçəkləşir, yəni onlara ən çox kamal və xeyir çatır. Belə bir iradə "hikmətli iradə” adlandırılır. Buradan da Mütəal Allah üçün fel məqamında həkim adlı digər bir sifət də irəli gəlir ki, feli sifətlərdə olduğu kimi zati sifətlərə qayıtmağa qabildir.
    Əlbəttə, diqqət yetirmək lazımdır ki, hər hansı bir işi məsləhətə görə yerinə yetirməyin mənası məsləhətin Mütəal Allah üçün əsas məqsəd olması deyildir; əksinə, o bir növ ikinci dərəcəli hədəf sayılır, əsl səbəb işlərin görülməsi üçün sonsuz zati kamala olan məhəbbətdir ki, onun nəticəsində bu, varlıqların kamalına da aid olur. Məhz buna görə də deyilir ki, Allahın felləri üçün əsl (köklü) səbəb elə faillik səbəbidir və Mütəal Allah Öz zatına əlavə ola biləcək digər hədəf və məqsədə malik deyildir. Amma bu məqsədin varlıqların kamal, məsləhət və xeyrinin ikinci dərəcəli və əsas hədəf ünvanı kimi hesab olunması ilə ziddiyyət təşkil etmir. Bu mənaya əsasən Qurani-kərimdə Allahın felləri müəyyən işlərlə əlaqələndirilmişdir ki, onların da hamısı məxluqatın xeyir və kamalına qayıdır. Necə ki, işlərin ən yaxşısının seçilməsi, imtahan, Allaha bəndəçilik, Allahın əbədi və xüsusi rəhmətinə nail olmaq da insanın yaradılışı üçün müəyyən hədəflər kimi zikr olunmuşdur ki, onlardan hər biri digərinin müqəddiməsidir.("Hud” surəsi, ayə:7, "Mülk” surəsi, ayə:2, "Kəhf” surəsi, ayə:7, "Zariyat” surəsi, ayə:56, "Hud” surəsi, ayə:108 və 119, "Casiyə” surəsi, ayə:23, "Ali-İmran” surəsi, ayə:15, "Tövbə” surəsi, ayə:72-yə müraciət edin. )
    ALLAHIN KƏLAMI
    Allah-taalaya mənsub edilən məfhumlardan biri də danışmaqdır. Qədim zamanlardan etibarən mütəkəllimlər arasında Allahın kəlamı barəsində geniş təhqiqat aparılmış və bəhslər irəli sürülmüşdür. Hətta, kəlam elminin belə adlandırılmasının səbəblərindən biri də bu elmin ardıcıllarının ilahi kəlam barədə təhqiqat aparmalarıdır. Əşərilər onu zati, mötəzililər isə feli sifət hesab etmişlər. Bu iki dəstədən olan mütəkəllimlərin arasındakı kəskin ixtilaflı məsələlərdən biri də Allahın kəlamı olan Quranın məxluqmu, yoxsa qeyri-məxluq olmasıdır. Hətta onlar bu məsələ ilə əlaqədar bir-birlərini kafir hesab edirdilər.
    Zati və feli sifətlər barədə verilən izah və təriflərə diqqət yetirməklə asanlıqla anlamaq olar ki, danışmaq feli sifətlərdəndir və bunu müəyyən etmək üçün xitab olunan şəxsi nəzərə almaq lazımdır ki, səsi eşitmək, yazını görmək, zehnində bir məfhumu tapmaq, yaxud başqa bir şey vasitəsilə danışanın məqsədini başa düşsün. Əslində bu məfhum həqiqəti bir şəxs üçün aşkar etmək istəyən Allah ilə o həqiqəti dərk edən məxluq arasındakı əlaqədən irəli gəlir. Əgər danışıq üçün başqa bir məna nəzərə alınsa və misal üçün söz danışmağa qadir olmaq, yaxud sözün mənasından agah olmaq mənasına yozulsa, bu halda zati sifətlərə aid olur. (Bunun oxşarını feli sifətin digər qismləri barəsində demişdik.)
    Amma Qurani-kərim yazılar, sözlər, zehnlərdə mövcud olan məfhumlar, nurani və mücərrəd həqiqət mənasında nəzərdə tutulsa, o zaman o, məxluqdur. Bir şəxs Allahın zati elmini Quran həqiqəti kimi qələmə versə, o halda o, zati sifət olan elmə qayıdacaqdır. Lakin Allah kəlamı, Qurani-kərim və s. barəsində bu cür yozumlar mövcud ürfdən kənardadır və bundan uzaq olmaq lazımdır.
    SİDQ (DOĞRUÇULUQ)
    Allahın sözləri əmr, nəhy və inşa surətində olsa, bəndələrin əməli vəzifələrini müəyyən etdiyi halda "doğru” və ya "yalan” kimi məfhumlar vasitəsilə ifadə olunmaz. Amma mövcud həqiqətlərdən, yaxud keçmişdə olmuş və ya gələcəkdə olacaq hadisələrdən xəbər vermək surətində olsa, doğruçluqula vəsf olunur. Belə ki, Qurani-kərim buyurur:
    "Danışmaq baxımından kim Allahdan daha doğruçu ola bilər?!” (Nisa” surəsi, ayə:87. )
    Bunları qəbul etməməkdə heç kəsin üzürlü bəhanəsi olmayacaqdır.
    Bu sifət əsas etibarı ilə dünyagörüşün fəri məsələlərinin, eləcə də ideoloji məsələlərdən çoxunun isbat olunması üçün digər bir istidlalın əsasını təşkil edir. Bu sifətin isbat olunması üçün gətirilə bilən əqli dəlillərdən biri budur ki, Allahın ilahi rübubiyyət işləri, insan və dünyanın idarə olunması barəsində danışması elm və hikmət əsasında olub, varlıqları hidayət etmək və dinləyicilər üçün düzgün mərifət vasitəsi hazırlamaq məqsədi ilədir. Əgər reallıqla müxalifət mümkün olsaydı onlara etimad edilməz və bu da əsas məqsədi poza bilərdi ki, ilahi hikmətin əksinə olardı.
    SUALLAR
    1.İlahi iradə hansı mənada zati sifətlərdən və hansı mənada feli sifətlərdən sayılır?
    2.İradə məfhumunu feli sifət adı ilə müəyyən etmək üçün məxluqlar ilə Allah arasında hansı növ rabitə nəzərdə tutulur?
    3.Allahın iradəsi hüdus və kəsrətlə necə vəsf olunur?
    4.İlahi hikməti bəyan edin.
    5.Məsləhətin məfhumu necə əldə edilir?
    6.Hansı mənaya əsasən məxluqatın məsləhət, xeyir və kamalını yaradılışın hədəfi hesab etmək olar?
    7.İlahi kəlamı şərh edin.
    8.Mütəal Allahın sadiq olmasına əqli dəlil bəyan edin.
    Category: Əqidə üsullarının təlimi 1 | Added by: Islam_Kitabxanasi
    Views: 604 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024