İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 1

    Əqidə üsullarının təlimi 1
    2012-01-19, 7:29 PM
    ON ÜÇÜNCÜ DƏRS
    BİR NEÇƏ ŞÜBHƏNİN HƏLL EDİLMƏSİ
    –Hiss olunmayan varlığa etiqad
    –Allaha etiqad bəsləməkdə qorxu və cəhalətin rolu
    –Səbəb-nəticə prinsipi ümumi bir prinsipdirmi?
    –İctimai elmlərin nailiyyətləri
    HİSS OLUNMAYAN VARLIĞA ETİQAD
    İlahiyyat barəsində icad edilən ən sadə şübhələrdən biri budur: hiss duyğuları və orqanları ilə dərk olunmayan bir şeyin varlığına necə inanmaq olar?
    Bu şübhənin sadəlövh insanların zehnində qəbul olunması çox uzaq nəzərə çarpır, lakin öz təfəkkürlərinin əsasını hissiyyata üstünlük vermək əsasında quran, hiss olunmayan şeyin varlığını inkar edən, yaxud heç olmazsa onun yəqin şəkildə tanınmağa qabil olmamasını deyən bəzi alimlər də vardır.
    Həmin şübhənin cavabı bundan ibarətdir ki, hissi idraklar bədən üzvlərinin cismlər və cismani şeylərlə təmasda olmasından hasil olur. Bizim duyğu üzvlərimizdən hərəsi bir növdən olan və özünə münasib maddi varlıqları, özü də müəyyən şərtlər daxilində dərk edir. Məsələn, gözün səsləri eşitməsi, yaxud qulağın rəngləri görməsini istəmək düzgün deyildir ki, bizim hiss orqanlarımızın məcmusu bütün varlıqları dərk edə bilsin.
    Əvvəla, maddi varlıqlar arsında elələri vardır ki, hisslə dərk oluna bilmir. Məsələn, bizim hiss orqanlarımız ultrabənövşəyi və infraqırmızı şüaları, elektromaqnit dalğalarını və s. dərk etməkdə acizdir.
    İkincisi, biz həqiqətlərin çoxunu zahiri hiss orqanlarından başqa yollarla dərk edir, onların varlığına yəqin olan bir etiqad tapırıq. Halubki onlar hiss üzvləri ilə dərk oluna bilmir. Məsələn, bizim hamımız özümüzün qorxu və məhəbbətindən, yaxud iradə qərarından agahıq, onların varlığına etiqadımız vardır. Halbuki bu ruhi halətlər ruhun özü kimi hissi yollarla dərk olunmağa qabil deyil. Əsas etibarı ilə idrakın özü də qeyri-maddi və hiss olunmayan bir işdir.
    Deməli, hər hansı bir şeyin hiss orqanları vasitəsilə dərk olunmaması nəinki onun yoxluğuna bir dəlil ola bilməz, hətta onu zehnlərdən uzaq hesab etmək də olmaz.
    ALLAHA ETİQAD BƏSLƏMƏKDƏ QORXU VƏ CƏHALƏTİN ROLU
    Bəzi sosioloqlar digər bir şübhəni irəli sürərək iddia edirlər ki, "Allahın varlığına etiqad təhlükələrdən, xüsusilə zəlzələ, ildırım və s. kimi təbii hadisələrdən yaranan qorxudan əmələ gəlmişdir, həqiqətdə bəşər özünə ruhi aramlıq və təskinlik vermək üçün (nəuzibillah) xəyali bir varlıqdan Allah düzəldərək ona pərəstiş etməyə başlamışdır. Buna görə də həmin hadisələrin təbii amilləri və təhlükələrdən amanda qalmaq üçün yollar nə qədər artıq kəşf olunsa, Allahın varlığına olan etiqad da bir o qədər zəifləyəcəkdir.”
    Marksistlər bu şübhəni öz kitablarında çox hay-küylə "sosiologiyanın nailiyyətlərindən biri” kimi irəli çəkir və ondan agah olmayan insanları aldatmaq üçün bir vasitə kimi istifadə edirlər.
    Onların cavabında demək lazımdır:
    Əvvəla, bu şübhənin əsası sadəcə bir fərziyyədir ki, onu sosioloqların hamısı deyil, bəziləri irəli çəkmişlər və onun düzgünlüyünə heç bir elmi dəlil yoxdur.
    İkincisi, elə yaşadığımız bu əsrdə hadisələrin səbəbinə başqalarından daha artıq agah olan böyük alimlərdən çoxu hikmətli Allahın varlığına yəqin etmişlər və etməkdədirlər.(Eynşteyn, Karsi Muris, Aleksis Karl və eləcə də Allahın varlığı barədə çoxlu məqalələr yazan digər alimlərin adını qeyd etmək olar, onların sözləri "İsbati vücudu Xuda” kitabında qeyd olunmuşdur. ) Deməli, Allahın varlığına etiqad bəsləmək cəhalət və qorxudan irəli gəlmir.
    Üçüncüsü, əgər bəzi hadisələrdən qorxmaq, yaxud bəzi hadisələrin təbii amillərini tanımamaq Allaha inanmağa səbəb olsa, bunun mənası "Allah insanın cəhalət və qorxusunun yaratdığı bir şeydir” demək olmayacaqdır. Necə ki, ləzzəttələblik, şəhvətpərəstlik və s. kimi psixi məqsədlərdən çoxu da elmi və fəlsəfi səylərə səbəb olur, lakin onların dəyər və etibarına xələl yetirmir.
    Dördüncüsü, əgər müəyyən şəxslər Allahı səbəbi məlum olmayan hadisələrin yaratdığı bir şey ünvanı kimi tanısalar və hətta əgər onların təbii amillərinin kəşf olunması ilə imanları azalsa belə, bunu Allaha etiqadın etibarsız olduğunu deyil, onların öz nəzəriyyə və imanlarının zəifliyi hesab etməliyik. Çünki həqiqət bundan ibarətdir ki, Allah-taalanın, dünya varlıqlarına nisbətən olan səbəbkarlığı (illiyyəti) təbii səbəblərdən və onlarla eyni səviyyədə deyildir. Əksinə, daha geniş miqyaslı səbəb olub bütün maddi və qeyri-maddi səbəblərin hamısının fövqündədir. (Gələn dərslərdə bu barədə daha artıq məlumat veriləcəkdir.) Təbii səbəblərin kəşf olunub-olunmaması da onun isbat və ya inkar olunmasına əsla təsir göstərmir.
    SƏBƏBİYYƏT (SƏBƏB-NƏTİCƏ) PRİNSİPİ ÜMUMİ BİR QANUNDURMU?
    Bəzi qərb alimlərinin ortaya atdığı şübhələrdən biri də budur ki, əgər səbəbiyyət prinsipi ümumidirsə, Allah üçün də bir səbəb təsəvvür etməliyik. Halbuki, O, ilkin səbəbdir və Onun heç bir səbəbi yoxdur. Deməli, illətsiz bir Allahın qəbul edilməsi səbəbiyyət qanununu pozur və onun ümumi bir qanun olmadığını göstərir. Əgər onun külliyətini qəbul etməsək, Vacibül-vücudu isbat etmək üçün bu prinsipdən istifadə edə bilmərik.Çünki deyilə bilər ki, maddənin və ya enerjinin əsli öz-özünə, heç bir səbəb olmadan yaranmış, onda baş verən dəyişikliklər də digər varlıqların yaranmasına səbəb olmuşdur.
    Yeddinci dərsdə də qeyd etdiyimiz kimi, bu şübhə səbəbiyyət prinsipinin düzgün şəkildə izah və təfsir edilməməsindən yaranmışdır. Onlar belə təsəvvür etmişlər ki, qeyd olunan prinsipin mənası "hər bir şeyin səbəbə ehtiyacı vardır” - deməkdir. Halbuki onun səhih və düzgün təbiri belədir: "Hər bir mümkünül-vücudun, yaxud başqasına bağlı və ondan asılı olan varlığın səbəbə (illətə) ehtiyacı vardır.” Bu da ümumi, heç bir istisna qəbul etməyən və zəruri bir qanundur. Amma maddənin və enerjinin barəsində deyilən "o, heç bir səbəb olmadan öz-özünə yaranmışdır, onda baş verən dəyişikliklər də sair varlıqların yaranmasına səbəb olmuşdur” sözünə gəldikdə isə, onun həddindən artıq çatışmazlıqları vardır ki, gələcək dərslərdə bəyan edəcəyik.
    TƏCRÜBİ ELMLƏRİN NAİLİYYƏTLƏRİ
    Şübhələrdən digər biri də budur ki, insan və dünya (kainat) üçün bir Yaradanın varlığına etiqad bəsləmək müasir elmi nailiyyətlərin bir qismi ilə uyğun gəlmir. Məsələn, kimya elmində sübut olunmuşdur ki, enerji ilə maddənin miqdarı həmişə sabit və dəyişilməzdir. Buna əsasən, heç bir varlıq və fenomen yoxluqdan əmələ gəlməmişdir və heç bir varlıq da birdəfəlik olaraq (küll şəklində) məhv olub aradan getmir. Halbuki, Allaha inananların etiqadına görə, Allah bütün varlıqları yoxdan xəlq etmişdir.
    Həmçinin biologiyada sübut olunmuşdur ki, bütün canlı varlıqlar cansızlardan əmələ gəlmişlər, tədrici təkamül nəticəsində inkişaf etmiş və nəticədə insan yaranmışdır. Halbuki, Allaha inananların nəzərinə görə, Allah bütün varlıqların hər birini ayrıca xəlq etmişdir.
    Bunun cavabında deməliyik ki:
    Əvvəla, maddə və enerjinin itməməsi qanunu elmi və təcrübi bir pirinsip ünvanı ilə yalnız bölünə bilən varlıqlarda mötəbərdir, amma onun əsasında "maddə və enerji əzəli və əbədidir, yoxsa yox?” kimi fəlsəfi məsələni həll etmək olmaz.
    İkincisi, maddə və enerjinin məcmusunun miqdarının sabit və həmişəlik olması onların yaradandan ehtiyacsız olması mənasına deyildir. Əksinə, dünyanın ömrü (yaşı) nə qədər uzun olsa belə, Yaradana daha artıq ehtiyaclı olacaqdır. Çünki nəticənin səbəbə olan ehtiyacında əsas meyar, onun zaman baxımından hüdus və məhdudiyyətli olması deyil, onun zati bağlılığı və imkan məsələsidir.
    Başqa sözlə desək, maddə və enerji kainatın yaradan səbəbini deyil, maddi səbəbini təşkil edirlər, özləri də yaradan səbəbə ehtiyaclıdırlar.
    Üçüncüsü, maddə və enerjinin miqdarının sabit olması yeni-yeni varlıqların yaranmasının, həmçinin onların artıb-azalmasının inkar olunmasını gərəkli etmir. Ruh, həyat, şüur, iradə və s. kimi varlıqlar maddə və enerji qəbilindən deyillər ki, onların artıb və ya azalması maddə və enerjinin dəyişməməsi, sabit qalması qanunu ilə ziddiyyət təşkil etmiş olsun.
    Dördüncüsü, təkamül nəzəriyyəsi (fərziyyəsi) hələ də kifayət qədər elmi etibara (dəyərə) malik olmamaqdan, eləcə də çoxlu alimlər tərəfindən məqbul sayılmamaqdan əlavə Allaha etiqadla əsla ziddiyyət təşkil etmir və ən çoxu canlı varlıqlar arasında bir növ edadi səbəbiyyəti (səbəbdə vasitə olmağı) isbat edir, nəinki onların varlıq bağışlayan Allah ilə olan əlaqə və rabitəsini inkar etmiş olur. Şahidimiz də budur ki, bu nəzəriyyənin tərəfdarlarından çoxu insan və kainat üçün yaradanın olduğuna inanmışlar, indi də belə alimlər çoxdur.
    SUALLAR
    1.Təcrübəyə meylin və hiss olunmayan şeyləri inkar etməyin nə kimi nöqsanları vardır?
    2.Allaha etiqad bəsləməyin mənşəyini insanın cəhalət və qorxusu hesab edən bəzi sosioloqların fərziyyələrinin nə kimi çatışmaz cəhəti vardır?
    3.Allaha etiqad bəsləməyin, səbəbiyyət (səbəb-nəticə) qanununun ümumi olması ilə ziddiyyəti vardırımı? Niyə?
    4.Maddə və enerjinin sabitliyi qanunu dünyanın yaradanına etiqad bəsləməklə ziddiyyət təşkil edirmi? Niyə?
    5.Təkamül nəzəriyyəsi Allahın varlığına etiqadı inkar edirmi? Niyə?
    Category: Əqidə üsullarının təlimi 1 | Added by: Islam_Kitabxanasi
    Views: 615 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024