İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 1

    Əqidə üsullarının təlimi 1
    2012-01-19, 7:26 PM
    ON BEŞİNCİ DƏRS
    DİALEKTİK MATERİALİZM VƏ ONUN TƏNQİDİ
    -Tarixi və dialektik materializm
    -Əksliklərin vəhdəti və mübarizəsi qanunu və onun tənqidi
    -Kəmiyyətin keyfiyyətə keçməsi qanunu və onun tənqidi
    -İnkarı inkar qanunu və onun tənqidi
    DİALEKTİK VƏ TARİXİ (MEXANİKİ) MATERİALİZM
    Materializmin müxtəlif qismləri vardır ki, onların hər biri dünya və onun varlıqlarını, fenomenlərini xüsusi şəkildə izah etmişdi. Müasir əsrin əvvəllərində materialistlər yeni fizikanın məfhumlarından istifadə edərək dünyanın yaranışını mexaniki hərəkət əsasında izah edir və hər bir hərəkəti, xaricdən mütəhərrik (hərəkət edən) cismə daxil olan xas bir mühərrik (hərəkət verən) qüvvəsinin nəticəsi (məlulu) hesab edirdilər. Başqa sözlə desək, dünyanı "böyük bir maşın” kimi təsəvvür edirdilər ki, mühərrik qüvvəsi onun bir hissəsindən digər hissəsinə ötürülür və nəticədə bu "böyük maşının” hər bir hissəsi hərəkətə gəlir.
    "Mexaniki materializm” adlanan bu fərziyyədə mövcud olan nöqsanlı hallara görə müxaliflər tərəfindən tənqid atəşinə tutulurdu. O cümlədən: Əgər hər bir hərəkət xarici qüvvə nəticəsində yaranarsa, dünyanın ilkin maddəsinin hərəkəti üçün də bir qüvvə nəzərdə tutumaq lazımdır ki, xaricdən ona daxil olmuş olsun. Bu da təbiətin fövqündə dayanan bir varlığın qəbul edilməsini gərəkli edir ki, heç olmazsa, maddə aləmində ilkin hərəkətin mənşəyi ola bilsin.
    Digər irad budur ki, yalnız məqsədyönlü və yerdəyişmə əsasında olan hərəkəti mexaniki qüvvə ilə izah etmək olar. Halbuki, dünyanın bütün varlıqlarını (fenomenlərini) yalnız mexaniki dəyişikliklərdə məhdudlaşdırmaq olmaz, başqa fenomenlərin yaranışı üçün mütləq digər bir amil və səbəb olduğunu qəbul etməliyik.
    Mexaniki materializmin bu etirazlara qaneedici bir cavab verə bilməməsi nəticəsində materialistlər dünyada baş verən dəyişikliklər üçün digər bir amil tapmaq, heç olmazsa, bəzi hərəkətləri dinamiki surətdə təfsir etmək və maddə üçün bir növ "özündən hərəkətetmə” nəzərə almaq qərarına gəldilər.
    O cümlədən, materializmin banilərindən olan Marks və Engels Hegelin fəlsəfi məfhumlarından istifadə etməklə hərəkətin amilini maddi fenomenlərdəki daxili təzad kimi qələmə verdilər, materiyanın əbədiliyini, heç kəs tərəfindən yaradılmamasını, hərəkətin ümumi olmasını və təbiətdə bütün varlıqların bir-birinə təsir qoymasını qəbul etməkdən əlavə, öz fərziyyələrini bəyan etmək üçün aşağıdakı üç əsli müddəanı da irəli sürdülər:
    1.Əksliklərin vəhdəti və mübarizəsi
    2.Kəmiyyətin keyfiyyətə keçməsi
    3.İnkarı inkar qanunu
    Burada, qeyd olunan müddəaların hər birini qısa şəkildə izah edir, sonra onların irad və çatışmayan cəhətlərini bəyan edəcəyik.(Əlavə məlumat üçün bax: "Pasdari əz səngərhayi idoelojik”, "Hərəkət məqalələri”, "Dialektika” və materialist dünyagörüşü” )
    ƏKSLİKLƏRİN VƏHDƏTİ VƏ MÜBARİZƏSİ
    Dialektik materialistlər inanırlar ki, hər bir fenomen bir-biri ilə zidd olan iki ünsürdən (tez və anti tez) təşkil olunmuşdur, onların arasındakı təzad da onların hərəkət və dəyişikliyinə səbəb olur. Nəhayət "anti tez” qəlbə çalır və onların sintezindən ibarət olan yeni bir varlıq əmələ gəlir. Məsələn, yumurtadakı nütfə tədrici olaraq inkişaf edir, daxilindəki qida maddələrini həzm edir, sonra onların sintezi olan cücə əmələ gəlir. Mənfi və müsbət elektrik sahəsi fiziki fenomenlərdə təzadın nümunələrindəndir. Eləcə də toplama və çıxma ibtidai riyaziyyatda, inteqral və törəmə də ali riyaziyyatda təzadın nümunəsidir.
    Bu cərəyan ictimai və tarixi fenomenlərdə də mövcuddur, o cümlədən, kapitalizm cəmiyyətlərində kapitalistlərin anti tezi olan proletar (fəhlə) sinfi inkişaf edir və tədricən ona qələbə çalır, onların sintezi olan sosializm və kommunizm cəmiyyəti (quruluşu) kerçəkləşir.
    MÜLAHİZƏLƏR VƏ TƏNQİDLƏR
    Əvvəlcə buna diqqət yetirmək lazımdır ki, iki maddi varlığın bir-birinin yanında – birinin digərini zəiflətməsi və onun məhv olması ilə nəticələnməsi şəklində yerləşməsini heç kəs inkar etmir. Bunu su ilə atəşin misalında görmək olar. Lakin əvvəla, bu cərəyan ümumi deyildir və bunu bütün kainat miqyasında gerçəkləşə biləcək bir qanun kimi qəbul etmək olmaz. Çünki dünyada bunun yüzlərlə, minlərlə əksini tapmaq olar.
    İkincisi, bəzi maddi fenomenlərin arasında belə bir təzadın, varlığı metafizik fəlsəfədə və klassik məntiqdə qeyri-mümkün sayılan təzadla heç bir əlaqəsi yoxdur. Çünki qeyri-mümkün sayılan şey "vahid mövzu”da olan ziddiyyətlərdir, amma qeyd olunan misallarda mövzu vahid deyildir. Marksistlərin ziddlərin bir yerə toplanmasına dair gətirdikləri toplama-çıxma, törəmə-inteqral kimi məzhəkəli misalları, həmçinin kapitalist ölkələrində fəhlə sinfi tərəfindən təşkil olunacaq proletar hökuməti barədə verdikləri "qeybi xəbərlər”i bir tərəfə qoyaq.
    Üçüncüsü, əgər onların dedikləri fenomenlər bir-biri ilə zidd olan iki ünsürdən təşkil olunsalar, onda onlardan biri üçün deyil, həm tez, həm də anti-tezin hər ikisi üçün digər bir tərkib nəzərdə tutmalıyıq. Çünki onların hər biri fenomendir və qeyd olunan prinsipə görə iki ziddən təşkil olunmalıdır. Nəticədə hər bir məhdud fenomen sonsuz sayda ziddlərdən təşkil olunmalıdır!
    Amma onların varlığın daxilindəki təzadı hərəkətin amili hesab etmələrinə və bununla da mexaniki materializmin zəif və çatışmayan cəhətlərini aradan qaldırmaq istəklərinə gəlincə, onun ən kiçik iradı budur ki, belə bir fərziyyənin düzlüyünə heç bir elmi dəlil yoxdur. Bundan əlavə, xarici qüvvə nəticəsində yaranan mexaniki hərəkətlərin varlığı heç bir vəchlə inkar oluna bilməz. Əks halda, futbol topunun, futbolçunun ayaq zərbəsi nəticəsində deyil, onun daxilindəki təzad nəticəsində hərəkət etdiyini deməliyik!!!
    KƏMİYYƏTİN KEYFİYYƏTƏ KEÇMƏSİ
    Bunu nəzərə alaq ki, dünyada baş verən bütün dəyişikliklər tədricidir və vahid bir xətt üzrə baş vermir. Çox hallarda yeni bir varlıq yaranır ki, əvvəlki varlığa heç oxşamır və onu sabiq hərəkətin və dəyişikliyin davamı hesab etmək olmaz. Lakin marksistlər "sıçrayış”, yaxud "kəmiyyətin keyfiyyətə keçməsi” prinsipi adı altında belə iddia edirlər ki, kəmiyyət dəyişiklikləri xüsusi bir mərhələyə (nöqtəyə) çatdıqda növdə və keyfiyyətdə bir dəyişikliyin yaranmasına səbəb olur. Məsələn, qızdırılan suyun temperaturu müəyyən bir dərəcəyə çatdıqda su buxara çevrilir. Hər bir metalın müəyyən ərimə dərəcəsi vardır. Temperaturu həmin dərəcəyə çatdıqda maye halına keçir. Cəmiyyətdə də ixtilaflar şiddətlənərək müəyyən bir həddə çatdıqda inqilab baş verir.
    TƏNQİDLƏR VƏ MÜLAHİZƏLƏR
    Əvvəla, heç bir halda kəmiyyət keyfiyyətə çevrilmir. Uzağı budur ki, xüsusi bir fenomenin vücuda gəlməsi müəyyən bir kəmiyyətin yaranması ilə şərtlənsin. Məsələn, suyun temperaturu buxara çevrilmir, əksinə, suyun buxara çevrilməsi istiliyin müəyyən dərəcədə olması ilə şərtlənir.
    İkincisi, lazım olan bu kəmiyyətin sabiq kəmiyyətlərin tədrici artımı nəticəsində hasil olmasının heç bir zərurəti yoxdur. Hətta əvvəlki kəmiyyətin azalması nəticəsində gerçəkləşməsi də mümkündür. Belə ki, buxarın suya çevrilməsi tumperaturun azalması ilə şərtlənir.
    Üçüncüsü, keyfiyyət dəyişikliyi həmişə sıçrayışla deyildir. Hətta çox hallarda belə tədrici şəkildə hasil olur. Mumun və şüşənin tədriclə əriməsini buna misal göstərmək olar.
    Deməli, təbii fenomenlərdən bəzilərinin vücuda gəlməsi üçün xas bir kəmiyyətin zəruriliyini qəbul etmək olar, nəinki kəmiyyətin keyfiyyətə çevrilməsini və ya kəmiyyətin tədrici artmasının zərurətini, yaxud da belə bir şərtin bütün növ və keyfiyyət əsasında olan dəyişikliklərin hamısı üçün ümumi olmasını. Deməli, "sıçrayış”, yaxud "kəmiyyətin keyfiyyətə keçməsi” adlı dünya səviyyəli ümumi bir qanun mövcud deyilidir.
    İNKARI İNKAR QANUNU
    Bəzən "ziddlərin təkamülü” adlandırılan "inkarı inkar” qanunu dedikdə məqsəd budur ki, ümumi dialektik dəyişikliklər cərəyanında «tez» daim «anti tez»in vasitəsi ilə inkar olunur və anti tez də öz növbəsində sintezin vasitəsilə inkar edilir. Məsələn, bitki (ondan cücərmiş olduğu) toxumu inkar edir, onun özü də yeni bir toxumla inkar olunur. Nütfə yumurtanı inkar edir, onun özü də cücə vasitəsilə inkar olunur. Amma hər bir yeni fenomen köhnədən daha kamildir. Başqa sözlə desək, dialektik seyr, həmişə üzüyuxarı, təkamülə doğrudur. Bu prinsipin əhəmiyyəti də elə bundadır ki, dəyişikliyin seyretmə istiqamətini göstərir və dəyişiklik cərəyanının təkamül istiqamətində olduğunu təkidləndirir.
    TƏNQİDLƏR VƏ MÜLAHİZƏLƏR
    Şübhəsiz, hər bir dəyişiklik zamanı sabiq vəziyyət və mövqe aradan gedir, yeni bir vəziyyət yaranır. Əgər inkarı-inkar qanununu bu mənaya götürsək, onda bu, dəyişikliyin zərurətindən başqa bir şeyi bəyan etməyəcəkdir. Amma bu prinsip üçün irəli sürülən və onu hərəkətin cəhəti və təkamülünün bəyanedicisi kimi edilən açıqlamaya diqqət yetirməklə, demək lazımdır ki, dünyada baş verən bütün hərəkət və dəyişikliklərin təkamül yönünə malik olması, yəni "hər bir yeni varlıq (fenomen) mütləq əvvəlkindən daha kamil olmalıdır” sözü qəbul olunası deyildir. Radioaktiv çevrilmə nəticəsində qurğuşuna çevrilən uran, daha da kamilləşirmi? Buxara çevrilən su, yaxud suya çevrilən buxar təkamülə çatırmı? Quruyan və heç bir dənəsi və meyvəsi qalmayan bir ağac kamilləşirmi? Qəbul oluna biləcək yeganə şey budur ki, təbii varlıqlardan bəziləri hərəkət və dəyişiklik nəticəsində daha da kamilləşir. Deməli, təkamülü də bütün dünya varlıqları üçün ümumi bir qanun kimi qəbul edə bilmərik.
    Mövzunun sonunda bir daha xatırladırıq ki, bütün bu qanunların hamısı, hətta dünya miqyaslı və ümumi qanun şəklində qəbul edilsə belə, sadəcə olaraq təbiət elmlərində sübuta yetmiş digər qanunlar kimi varlıqların necə yaranmasını bəyan edə bilər, amma dünyada ümumi və sabit qanunların varlığı mövcud olanların Yaradandan, varlıq bəxş edən illətdən ehtiyacsız olması mənasına deyildir. Keçən dərslərdə də qeyd etdiyimiz kimi, maddə və maddi varlıqlar mümkünül-vücud olduğundan zəruri olaraq vacibul-vücuda ehtiyaclı olacaqlar.
    SUALLAR
    1.Dialektik və mexaniki materializm arasındakı fərqi bəyan edin.
    2.Əkslikliyi şərh edin, onun iradlarını və çatışmayan cəhətlərini deyin.
    3.Keyfiyyət prinsipi və onun iradlarını bəyan edin.
    4.İnkarı inkar prinsipini bəyan və onu tənqid edin.
    5.Bu prinsiplərin düzlüyünü və ümumi olmasını qəbul etdikdə belə, dünyanın Yaradandan ehtiyacsız olmasını isbat edirmi? Niyə?
    Category: Əqidə üsullarının təlimi 1 | Added by: Islam_Kitabxanasi
    Views: 761 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024