İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 1

    Əqidə üsullarının təlimi 1
    2012-01-19, 7:25 PM
    ON YEDDİNCİ DƏRS
    TÖVHİDİN MƏNALARI
    –Müqəddimə
    –Çoxluğun inkar olunması
    –Tərkibin inkar olunması
    –Zata artırılan sifətlərin inkar olunması
    –Feli tövhid
    –Təsirdə müstəqillik
    –İki mühüm nəticə
    –Bir şübhənin dəf edilməsi
    MÜQƏDDİMƏ
    Lüğətdə "yeganə bilmək”, "vahid hesab etmək” mənasında olan tövhid kəlməsi fəlsəfə, kəlam, əxlaq və irfan alimləri arasında müxtəlif mənalarda işlədilir ki, onların hamısında Mütəal Allahı xüsusi cəhətdə yeganə bilmək nəzərdə tutulur. Bəzən onlar "tövhidin qismləri”, yaxud "tövhidin mərtəbələri” kimi qeyd edilir. Onların hamısının araşdırılması bu kitabın həcmi ilə uyğun olmadığından onun ən məşhur və münasib istilahlarını araşdırmaqla kifayətlənirik.
    1. ÇOXLUĞUN İNKAR EDİLMƏSİ
    Tövhidin ilk məşhur istilahı Allahın vahid olmasına etiqad və zatından kənardakı çoxluğu inkar etməkdir. Bu da ikiliyə, yaxud daha artıq məbuda inanmağın və aşkar şirkin qarşısında dayanır ki, hər birinin digərindən ayrılıqda və müstəqil şəkildə vücuda malik olsun.
    2. TƏRKİBİN İNKAR OLUNMASI
    Tövhidin ikinci istilahı Allahın zatı daxilində əhədiyyətə və bəsitliyə malik olmasına, zatının hissələrdən tərkib tapmadığına tam yəqinliklə etiqad bəsləməkdir.
    Bu məna əksər hallarda səlbi sifət formasında (tərkibin inkar olunması) bəyan edilir. (Bu, yeddinci dərsdə qeyd olundu.) Çünki bizim zehnimiz bəsitlik məfhumuna nisbətən tərkib məfhumu və bunun qarşısında onun inkar olunması ilə daha çox tanışdır.
    3. ZATA ARTIRILAN SİFƏTLƏRİN İNKAR EDİLMƏSİ
    Tövhidin üçüncü mənası zati sifətlərin Allahın zatının özü ilə yeganə olmasına (eyniyyət təşkil etməsinə) inanmaq və zata artırılan sifətləri inkar etməkdir ki, bu da "sifati tövhid” olub rəvayətlərdə "nəfyi-sifat” adı ilə qeyd olunur. Bu da əşərilər kimi Allahın sifətlərinin zatına artırıldığını güman edən və "qədim səkkizlik”ə ("qüdəmai səmaniyə”) inananların müqabilində dayanır.
    Sifati tövhid belə isbat olunur ki, əgər Allahın sifətlərinin hər birinin ayrılıqda nümunələri və müqabili olsaydı bir neçə haldan xaric olmazdı:
    1.Onların nümunələri ilahi zatın daxilində fərz olunur. Bu da Allahın zatının hissələrdən təşkil olunmasını gərəkli edir və əvvəldə isbat edildi ki, belə bir şey qeyri-mümkündür.
    2.Onların nümunələri zatdan xaricdə, yaxud da mümkünül-vücud və Allahın yaratdığı təsəvvür olunur. Amma onların Vacibül-vücud olması fərzi zatın çoxluq mənasında olduqda aşkar şirkdir və heç bir müsəlmanın ona inandığı güman olunmur. Sifətlərin mümkünül-vücud olması fərziyyəsi bunu tələb edir ki, fərzimizə görə, bu sifətlərə malik olmayan ilahi zat onları yaratsın və sonradan onlarla vəsf edilsin. Məsələn, zatən həyata malik olmayan bir şey həyat adlı bir varlığı yaratsın və onun vasitəsilə həyata malik olsun. Eləcə də elm, qüdrət və s. kimi sifətlərdə də bunu demək olar. Halbuki varlıq bağışlayan illətin məxluqunun kamallarından məhrum olması zatən qeyri-mümkündür. Bundan da pisi odur ki, öz yaratdıqlarının sayəsində həyat, elm və qüdrətə malik olsun və sair kamal sifətləri ilə vəsf edilsin!
    Bu fərzlərin batil olması ilə aydın olur ki, ilahi sifətlərin bir-birindən və Allahın zatından ayrı nümunələri yoxdur, onların hamısı elə bir məfhumlardır ki, əql bunu Allahın müqəddəs zatından ibarət olan bəsit vahidin nümunəsindən bilir.
    4. ƏFALİ TÖVHİD (fellərdə tövhid)
    Filosofların və mütəkəllimlərin istilahında əfali tövhid adlanan dördüncü istilahın mənası bundan ibarətdir ki, Mütəal Allahın Öz işlərini yerinə yetirməkdə heç kəsə və heç nəyə ehtiyacı yoxdur, heç bir varlıq Ona heç bir kömək edə bilməz.
    Bu mətləb varlıq bağışlayan illətin özünün bütün məlullarına qarşı qəyyumiyyətindən ibarət olan xüsusiyyətlərinə diqqət yetirməklə sübuta yetir. Çünki belə bir illətin məlulu bütün vücudu ilə illət vasitəsi ilə qaimdir, fəlsəfə istilahında isə ona "eyni-rəbt və təəllüq” deyilir, onun özündən heç bir istiqlaliyyəti yoxdur.
    Başqa sözlə desək, hər kəsin nəyi varsa, Allahdandır, Onun təkvini və həqiqi qüdrəti, səltənəti və malikiyyəti dairəsindədir, başqalarının qüdrət və malikiyyəti ilahi qüdrətdən sonrakı mərhələdədir və onun təfərrüatındandır, nəinki onunla ziddiyyətdədir. Buna qulun malikiyyətini misal gətirmək olar. Onun kəsb etdiyi mal-dövlət öz ağasının mal-dövləti vasitəsi ilədir. (Yəni, sərmayə də, qazanc da, hətta özü də ağasına məxsusdur.) Bu halda Mütəal Allahın kiminsə köməyinə ehtiyac duyması necə mümkün ola bilər? Halbuki bütün varlıqlar və onların vücud işləri Allahın hesabınadır və Onunla qaimdir.
    MÜSTƏQİL TƏSİR
    Tövhidin beşinci istilahı təsirdə müstəqil olmağı inkar etməkdir,(Naziat” surəsi, ayə:5. ) yəni Allahın məxluqları öz işlərində də Mütəal Allahdan ehtiyacsız deyillər. Onların bir-birinə təsir göstərmələri də Mütəal Allahın izni və onlara verdiyi qüvvə sayəsindədir. Həqiqətdə hər yerdə və hər şeydə müstəqil şəkildə və başqasına ehtiyacı olmadan təsir qoyan varlıq məhz Allahın müqəddəs zatıdır. Başqalarının failiyyəti və təsiri də Onun failiyyəti və təsiri sayəsindədir.
    Məhz buna görə də Qurani-kərim təbii və qeyri-təbii faillərin (mələk, cin və insan) əsər və təsirlərini Mütəal Allaha mənsub edir. Misal üçün yağışın yağması, bitkinin cücərməsi, ağacın meyvə verməsi də Ona aid edilir. Quran camaatı digər faillərə istinad verərkən Allaha istinad verməni də dərk edərək, qəbul etməsinə və həmişə bu məsələyə diqqətli olmalarına israr edir.
    Mətləbi daha yaxşı başa düşmək üçün şərti işlərdən misal gətiririk: Əgər idarənin rəisi öz işçilərinə müəyyən bir işi görməyi əmr etsə, həmin işin işçinin əli ilə yerinə yetirilməsinə baxmayaraq eyni halda rəisə və başçıya istinad verilir, hətta əql sahibləri də işin fərman verən şəxsə istinad edilməsini daha məqsədəuyğun hesab edirlər.
    Təkvini failiyyətin də müxtəlif mərtəbələri vardır. Hər bir failin vücudu Allahın iradəsinə əsaslandığından və müəyyən cəhətdən hər hansı bir şeyi təsəvvür edən şəxsin zehni təsəvvürlərinə oxşadığından "və lillahil-məsəlul-əla – yüksək məsəllər Allaha məxsusdur” - deyə buyurulur. Buna görə də hər bir faildə və təsir edəndə yaranan vücud əsərlərinin hamısı daha yüksək mərtəbədə təkvini ilahi olan iradə və izn ilə şərtləndirilir və Mütəal Allaha istinad verilir "la hovlə və la qüvvətə illa billahil-əliyyil-əzim”. (Allahın qüdrət və qüvvətindən başqa qüdrət və qüvvət yoxdur.)
    İKİ MÜHÜM NƏTİCƏ
    Fellərdə tövhidin nəticəsi bundan ibarətdir ki, insan Allahdan başqa heç kəsi və heç bir şeyi sitayişə layiq görməsin. Çünki əvvəllər də işarə etdiyimiz kimi bəndənin xaliqi və rəbbi olan kəsdən başqası ibadətə layiq deyildir. Başqa sözlə desək bu məsələ üluhiyyət, xaliqiyyət və rübubiyyəti gərəkli edir.
    Digər tərəfdən tövhidin sonuncu mənasından belə nəticə alınır ki, insan yalnız Allaha etimad etməlidir, bütün işlərdə Ona təvəkkül etməli, yalnız Ondan kömək istəməli, yalnız Ona ümidvar olub, yalnız Ondan qorxmalı, hətta adi səbəblər onun ehtiyac və istəklərini təmin etmək üçün mövcud olmazsa, yenə də ümidini kəsməməlidir, çünki Allah qeyri-adi yollarla da onun ehtiyacını təmin edə bilər.
    Belə bir şəxs Allahın xüsusi vilayəti altında qərar tutur, sonsuz və misilsiz ruhi asayişdən bəhrələnir.
    "Agah olun ki, Allah dostları üçün heç bir qorxu yoxdur və onlar qüssələnməzlər.” (Ariflər feldə tövhidi bu mənada işlədirlər. )
    Bu iki nəticə hər bir müsəlmanın gündə heç olmazsa on dəfə təkrar etdiyi aşağıdakı şərif ayədə yerləşdirilmişdir:
    "İyyakə nəbudu və iyyakə nəstəin – Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik.”
    BİR ŞÜBHƏNİN DƏF EDİLMƏSİ
    Burada belə bir şübhə yarana bilər ki, əgər kamil tövhid insanın Allahdan başqa heç kəsdən kömək istəməməsini gərəkli edirsə, o zaman Allah övliyalarına təvəssül etmək də düz olmayacaq.
    Cavab bundan ibarətdir ki, Allah övliyalarına təvəssül edən zaman onlardan müstəqil şəkildə və Allahın izni olmadan hər hansı bir işi görmələri təvəqqe olunarsa, belə təvəssülün tövhidlə əsla uyğunluğu yoxdur. Amma əgər Allahın onları Öz rəhmətinə çatmaq üçün bir vasitə qərar verdiyi və camaata da onlara təvəssül etməyi göstəriş verməsi ünvanı ilə olsa bunun tövhid ilə heç bir ziddiyyəti yoxdur, üstəlik ibadətdə və itaətdə tövhidin kamil nümunələrindən olacaqdır. Çünki bu işlər Onun əmri ilə baş verir.
    Amma Allahın nə üçün belə vasitələri qərar verdiyinə, camaatı nə üçün onlara təvəssül etməyə əmr etməsinə gəldikdə isə cavab bundan ibarətdir ki, Allahın bu əmrinin müxtəlif hikmətləri vardır. O cümlədən aşağıdakıları qeyd etmək olar: Layiqli bəndələrin yüksək məqamının göstərilməsi, başqalarının belə bir məqama çatmağına səbəb olacaq qədər ibadət və itaətə təşviq edilməsi, bəzi şəxslərin öz ibadətlərindən qürurlanaraq özlərini insani kamalın ən yüksək məqamlarına nail olmasını güman etməsinin qarşısını almaq. Çox təəssüflər ki, bu kimi işlər Əhli-beytin (ə) vilayət nemətindən və onlara təvəssül etməkdən məhrum olan çoxlu şəxslərdə baş verir.
    SUALLAR
    1.Tövhidin lüğəvi və istilahdakı mənalarını bəyan edin.
    2.Sifətdə tövhidin dəlili nədir?
    3.Fellərdəki tövhidi necə isbat etmək olar?
    4.Müstəqil təsirdə yeganəlik mənasına olan tövhidi izah edin.
    5.Tövhidin son iki qismindən alınan nəticələr hansılardır?
    6.Allah övliyalarına təvəssül etməyin tövhidlə ziddiyyəti varmı? Niyə?
    7.Allahın təvəssül etməyə əmr etməsinin hikməti nədir?
    Category: Əqidə üsullarının təlimi 1 | Added by: Islam_Kitabxanasi
    Views: 657 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024