İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 1

    Əqidə üsullarının təlimi 1
    2012-01-19, 7:24 PM
    ON SƏKKİZİNCİ DƏRS
    CƏBR VƏ İXTİYAR
    –Müqəddimə
    –İxtiyarın izahı
    –Cəbrə inananların şübhələrinin dəf edilməsi
    MÜQƏDDİMƏ
    Əvvəlki dərsdə qeyd olunduğu kimi, tövhid insanların ruhi cəhətdən tərbiyə olunmasına müstəqil surətdə təsir göstərən son dərəcə dəyərli olan bir maarifdir. Buna görə də Qurani-kərimdə bu məsələyə çox təkid olunmuş, müxtəlif bəyanlarla onun düzgün dərk olunmasına şərait yaradılmışdır. Onlardan biri də hər hadisə və varlığın Allahın izn, iradə, qəza və qədərinə əsaslanmasıdır.
    Bu mətləbin düzgün şəkildə dərk olunması bir tərəfdən əql və fikir baxımdan inkişafa səbəb olsa da, düzgün təlim və bəyana ehtiyaclıdır. Ya kifayət qədər əqli inkişafdan məhrum olan, ya da məsum rəhbərlərin və Quranın həqiqi təfsirçilərinin təlimlərindən istifadə etməyən şəxslər bu məsələ barədə azğınlığa düşərək hər növ təsir və illətin birbaşa Mütəal Allaha məxsus olmasını düşünmüşlər, çoxlu Quran ayələrinin açıq-aşkar buyurduğunun əksinə olaraq hər bir illiyyətdən və təsirdən hər növ səbəb və vasitəçiliyi inkar etmiş və «Allah Öz ənənəsinə uyğun olaraq odu yaradan zaman hərarəti icad edir», yaxud «yemək yeyən zaman doymağı və su içmək zamanı sirab olmağı vücuda gətirir, əks halda odun hərarətdə, yeməyin doymaqda və suyun sirab olmaqda heç bir təsiri yoxdur» kimi fikirlər irəli sürmüşdür.
    Bu cür fikir azğınlığının acınacaqlı və mənfi təsirləri o zaman aşkar olur ki, onun insanın ixtiyari işləri və məsuliyyətləri barəsində törətdiyi təsirlərini araşdıraq. Belə təfəkkür tərzinin nəticəsində insana məxsus olan fellər də birbaşa Allaha aid edilir və insanın onlar barəsindəki failiyyəti birdəfəlik ləğv olunur. Belə olan halda heç kəs öz işinə cavabdehlik daşımayacaqdır.
    Başqa sözlə desək, bu cür yanlış fikirlərin nəticələrindən biri insanın cəbrə meyl edərək işlərinin məsuliyyətini boynundan atmasıdır. Bunun da mənası insanın ən mühüm xüsusiyyətinin inkar olunması, hər növ tərbiyəvi, əxlaqi, hüquqi sistemin, o cümlədən İslam şəriətinin əbəs olmasıdır. Çünki insan öz işlərini görməkdə ixtiyar sahibi olmasa, daha vəzifə və təklifə, əmr və nəhyə, mükafat və cəzaya heç bir əsas qalmır. Hətta bu, təkvin aləminin əsassız və əbəs olmasını belə gərəkli edir. Çünki Quran ayələrindən(Yunis” surəsi, ayə:62. ), şərif rəvayətlərdən və əqli dəlillərdən məlum olduğu kimi, təbiət aləminin yaradılmasında hədəf insanın yaranışına şərait yaratmaqdır ki, özünün ixtiyari felləri, ibadətləri və Mütəal Allaha bəndəçiliyi ilə imkan aləminin kamalının ən yüksək həddinə və ilahi qürb məqamına nail olsun, Pərvərdigarın xüsusi rəhmətlərini əldə etməyə ləyaqət tapsın. Əgər insanın ixtiyar və məsuliyyəti olmazsa Allahın əbədi mükafatlarını, nemətlərini və rizvanını əldə etməyə ləyaqəti olmayacaq və yaradılışın hədəfi nöqsanlı olacaqdır, yaradılış sistemi geniş bir səhnədə təşkil edilən teatr səhnəsinə bənzədiləcəkdir ki, onun da gəlincikləri (kuklaları) insanlardan ibarətdir, onlarda özlərinin ixtiyarı olmadan müəyyən hərəkətlər yaranır, sonra isə bəziləri məzəmmət və cəzaya, bəziləri isə tərif və mükafata layiq görülür!
    Bu təhlükəli əqidənin yaranıb genişlənməsinin ən mühüm amili zalım hökumətlərin siyasi məqsədləri olmuşdur. Onlar bu fikirlərin vasitəsilə özlərinin yaramaz, qəddar əməl və rəftarlarına bəraət qazandırmaq, qəflətdə olan xalq kütlələrini özlərinin istila və hakimiyyətlərini qəbul etməyə vadar etmək, onları müqavimət və qiyam etməkdən saxlamaq məqsədi güdmüşlər. Həqiqətdə cəbr əqidəsinə uymağı millətlərin başını xarab edən ən mühüm amillərdən biri hesab etmək olar.
    Digər tərəfdən bu əqidənin zəif cəhətlərini müəyyən qədər dərk edən, amma nə özləri kamil tövhidi qəbul etməklə cəbri inkar etmək əsasında olan bir mövqe seçmə qüdrətinə malik olan, nə də Peyğəmbərin (s) və onun Əhli-beytinin (ə) təlimlərindən bəhrələnməyən şəxslər təfvizə (tam ixtiyara) inanaraq insanın ixtiyari işlərini Allahın failiyyət dairəsindən tamamilə çıxdığını güman etmiş, başqa bir növ inhirafa mütbəla olmuş və nəticədə İslam maarifindən və onun yüksək nəticələrindən məhrum olmuşlar.
    Amma həm bu maarifi dərk etmək üçün kifayət qədər istedada malik olan, həm də Quranın həqiqi müfəssir və müəllimlərini tanıyan şəxslər bu azğınlıqdan amanda qalmışlar. Onlar bir tərəfdən öz ixtiyari failiyyətini Allahın onlara əta etdiyi qüdrət dairəsində bilərək onun ardınca gələn məsuliyyətləri qəbul etmiş, digər tərəfdən də Allahın ali-istiqlali təsirini yüksək səviyyədə dərk etmiş və bu dəyərli mərifətin nəticələrindən bəhrələnmişlər.
    Peyğəmbər (s) və onun Əhli-beytindən (ə) gəlib çatan rəvayətlərdə bu barədə çoxlu bəyanlar mövcuddur. Hədis kitablarında "istitaət (bacarıq)”, "cəbr və təfvizin inkar edilməsi”, eləcə də ilahi izn, iradə, qəza və qədər bölmələrində qeyd olunmuşdur. Həmçinin bəzi rəvayətlər istedad və idrak qabiliyyəti az olan şəxsləri bu kimi incə məsələlərə baş qoşmasından çəkindirmişdir ki, inhirafa düçar olmasınlar.
    Bəli, cəbr və ixtiyarın müxtəlif yönləri vardır ki, onların hamısının araşdırılması bu kitaba sığmaz, amma mövzunun əhəmiyyətinə görə müxtəlif yönlərdə və ehtiyac duyulan qədər sadə bəyan təqdim etmək istəyirik. Bu barədə daha artıq tədqiqat aparmaq istəyənlərə məsələnin fəlsəfi və əqli bünövrəsinin öyrənmək yolunda səbrli olmalarını tövsiyə edirik.
    İXTİYAR BARƏDƏ İZAH
    Qərar qəbuletmə və seçim qüdrəti insanın tanınmasından ötrü ən dəqiq yoldur. Çünki hər kəs daxilində xətaya yol verməyən hüzuri elmi vasitəsilə özünün ixtira sahibi olduğunu hiss edir. Ümumiyyətlə, insan məhz bu elm vasitəsilə özünün digər ruhi halətlərindən agah olur. Hətta, bir şey haqqında şəkdə olsa belə, şəkkin özünü heç bir tərəddüd etmədən hüzuri elmlə dərk edir.
    Hər kəs batini aləmə azacıq diqqət yetirməklə anlayır ki, hər hansı bir sözü deyib-deməməkdə, yaxud əlini hərəkət etdirib-etdirməməkdə, yemək yeyib-yeməməkdə ixtiyar sahibidir.
    İstənilən işi görməyə dair qərar qəbul etmək bəzən heyvani və qərizəvi meyllərin təmin olunması istiqamətində olur, məsələn, ac yemək istəyir, susuz şəxs su içmək istəyir. Bəzən də ürəyindən əqli istəklərini təmin etmək, yüksək insani məramları həyata keçirmək keçir. Məsələn, xəstə sağalmaq naminə acı dərmanı içir, amma ləzzətli xörəkdən çəkinir, yaxud elm əldə etmək və həqiqətləri kəşf etmək yolunda çalışan bir mühəqqiq maddi ləzzətlərdən keçir, əziyyətlərə sinə gərib qatlaşır, yaxud fədakar bir əsgər yüksək məramlara çatmaq yolunda həyatını belə qurban verir.
    Həqiqətdə insanın dəyəri yalnız o zaman zahir olur ki, onun müxtəlif istəkləri arasında qarşıdurma yaransın və şəxs əxlaqi fəzilətlərə, əbədi ruhi kamallara və Allahın razılığına – qürb məqamına çatmaq üçün özünün alçaq və heyvani istəklərindən keçsin. Hər hansı iş daha artıq ixtiyar və daha çox agahlıq üzündən olan seçki ilə baş verərsə, ruhi və mənəvi təkamüldə, yaxud tənəzzüldə daha çox təsir qoyacaq, mükafat və cəza üçün daha artıq ləyaqət hasil edəcəkdir.
    Əlbəttə, nəfsani istəklər müqabilində müqavimət qüdrəti bütün şəxslərdə və bütün şeylərə qarşı eyni səviyyədə deyildir, lakin hər insan bu ilahi nemətdən (azad iradədən) müəyyən qədər bəhrələnir. Nə qədər çox məşq edərsə, onu bir o qədər gücləndirə bilər.
    Buna əsasən iradə və ixtiyarın varlığında heç şübhə yoxdur və insan müxtəlif şübhələrin zehnə düşməsi vasitəsilə təşviş keçirib bu cür açıq-aşkar şeyin varlığı barəsində özündə şəkk yaratmamalıdır. Qeyd etdiyimiz kimi, ixtiyarın varlığı ən aşkar prinsip və müddəa ünvanı ilə bütün tərbiyəvi və əxlaqi sistemlərdə, asimani din və şəriətlərdə qəbul olunmuşdur və onsuz vəzifə, təklif, məzəmmət, tərif, cəza və mükafat öz mənasını itirər.
    Bu açıq-aşkar həqiqətdən azaraq cəbrə meyl etmənin səbəbi araşdırılıb cavab verilməlidir ki, vəsvəsə və şəkk-şübhəyə yer qalmasın. Buna görə də o şübhələrin ən mühümlərini qısa şəkildə araşdırırıq.
    CƏBRƏ MEYL EDƏNLƏRİN YARATDIĞI ŞÜBHƏLƏRİN DƏF EDİLMƏSİ
    Cəbrə meyl edənlərin yaratdığı şübhələrin ən mühümləri aşağıdakılardır:
    1.İnsanın iradəsi batini meyllərin həyəcanlanması və təhrik olunması sayəsində formalaşır. Nə bu meyllərin özü insanın ixtiyarındadır, nə də onun xarici amillər vasitəsilə təhrik edilməsi. Deməli, bu barədə ixtiyar və seçkiyə heç bir yer qalmır.
    Cavab bundan ibarətdir ki, meyllərin təhrik olunması iradə və qərara gəlmək üçün şərait hazırlayır, nəinki müəyyən bir iş görmək barəsində qərar meyllərin təhrik olunmasının cəbri nəticəsi olaraq müqavimət göstərmə qüdrətini insandan alır. Şahidimiz də budur ki, çox hallarda insan üçün şəkk-şübhəli və tərəddüdlü vəziyyət yaranır. Bu hallarda o, qərara gəlib dərindən fikirləşməyə və ziyanla faydanı müqayisə etməyə ehtiyac duyur və bəzən də bu iş çox çətinliklə baş verir.
    2.Müxtəlif elmlərdə isbat olunduğuna əsasən vərasət (irsiyyət), vəzlərdən hormonun ifrazı (bunlar xüsusi yeyinti məhsulları və dərmanların təsirindən olur) kimi müxtəlif amillər, eləcə də ictimai və mühit amilləri insan iradəsinin formalaşmasında təsirlidir. İnsanların rəftarındakı fərqlər də bu amillərin fərqlərinə tabedir. Belə ki, dini mənbələrdə də bu məsələ müəyyən qədər təsdiq olunmuşdur. Deməli, insanın fellərini onun azad iradəsindən qaynaqlandığını hesab etmək olmaz.
    Bu cür şübhənin cavabı odur ki, ixtiyar və azad iradənin qəbul olunması bu amillərin təsirinin inkar edilməsi mənasına deyil. O mənadadır ki, insan belə amillər vasitəsilə müqavimət göstərərək müxtəlif məqsədlərin çarpazlaşdığı nöqtədə birini seçə bilər.
    Əlbəttə, bu amillərdən bəzilərinin güclü olması müəyyən vaxtlar onların əksinə olan işi seçmək və müqaviməti çətinləşdirir, lakin əvəzində belə seçki və müqavimət kamalda daha artıq təsir qoyur, mükafata daha çox layiq olmağa səbəb olur. Belə ki, son dərəcə güclü ruhi həyəcanlar və sair çətin şəraitlər günahın yüngülləşdirilməsinə və cəzanın azaldılmasına səbəb olur.
    3.Cəbrə meyl edənlər üçüncü şübhədə deyirlər ki, Mütəal Allah dünyadakı bütün varlıqlara, o cümlədən, insanın fellərinə ona başlamazdan əvvəl agahdır və ilahi elmdə xətaya yol verilmədiyindən, bütün hadisələr hökmən Allahın əzəli elminə uyğun olaraq baş verməlidir və onda heç bir qanun pozuntusu mümkün deyildir. Buna əsasən insanın ixtiyar və seçkisi üçün yer qalmayacaqdır.
    Cavab bundan ibarətdir ki, Allahın bütün hadisələrə olan elmi həmin hadisələr necə baş verəcəksə, o cür də olur və insanın ixtiyari felləri də Mütəal Allah üçün ixtiyari olmaqla məlumdur. Deməli, əgər icbari olmaq şərti ilə gerçəkləşsə, o zaman Allahın elminin əksinə olmuş olar. Məsələn, Allah-taala filan şəxsin filan tarixdə müəyyən bir iş görməyi qərara alacağını və o işi görəcəyini bilir. Nəinki, Allahın elmi yalnız işin baş verməsinə və həmin işin failin ixtiyar və iradəsi ilə əlaqəsini nəzərə almadan aid olsun. Deməli, Allahın əzəli elmi insanın azad iradə və ixtiyarı ilə zidd deyildir.
    Cəbrə meyl edənlərin şübhələrindən biri də qəza və qədər məsələsi ilə əlaqədardır ki, onlar qəza və qədərin insanın ixtiyarı ilə uyğun gəlmədiyini təsəvvür edirlər. Biz gələn dəsrdə bu məsələ ilə bağlı izahat verəcəyik.
    SUALLAR
    1.Cəbrə meyletmə və onun yayılmasının səbəbini şərh edin.
    2.Bu meylin pis təsirlərini bəyan edin.
    3.İnsanın azad iradə və ixtiyarını izah edin.
    4.Batini meyllərin təsiri və onları təhrik edən amillər insanın ixtiyarı ilə ziddirmi? Niyə?
    5.Son dərəcə həyəcanlara və ağır şəraitlərin təsirinə məruz qalan şəxslərlə başqaları arasında fərq nədir?
    6.İrsiyyətin, ətraf mühitin və ictimai şəraitin təsirləri cəbri gərəkli edirmi? Niyə?
    7.Allahın əzəli elmi insanın ixtiyarını əlindən alırmı? Nəyə görə?
    Category: Əqidə üsullarının təlimi 1 | Added by: Islam_Kitabxanasi
    Views: 639 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024