İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 1

    Əqidə üsullarının təlimi 1
    2012-01-19, 7:22 PM
    İYİRMİNCİ DƏRS
    İLAHİ ƏDALƏT
    –Müqəddimə
    –Ədalətin məfhumu
    –İlahi ədalətin dəlili
    –Bir neçə şübhənin həlli
    MÜQƏDDİMƏ
    Keçən dərslərdə iki kəlami firqə olan əşəri və mötəzilə arasındakı ixtilaflarla tanış olduq. Onlardan biri də ilahi iradə və kəlam, sifətlərdə tövhid, cəbr, ixtiyar, qəza və qədər məsələləri idi. Əksər hallarda onların nəzəriyyələri ifrat və ya təfrit kimi iki istiqamətdə olur. Onların arasındakı əsaslı ixtilaflardan biri də ilahi ədalət məsələsidir. Bu məsələdə şiələrin nəzəri mötəziləyə müvafiq hesab edilmişdir və bu iki məzhəb məcmu halında əşərilərin qarşısında "ədliyyə” adlandırılır. Bu məsələnin kəlam elmində malik olduğu əhəmiyyətə görə əsaslı məsələlərdən sayılır və hətta şiə və mötəzilənin kəlami məzhəb xüsusiyyətlərindən və əqidə üsullarından da hesab edilir.
    Diqqət yetirmək lazımdır ki, əşərilər ilahi ədaləti inkar etmir və nəuzibillah, Allahı zalım hesab etmirlər. Çünki Qurani-kərimin aşkar və heç bir şərhə ehtiyacı olmayan başqa mənalara yozula bilməyən ayələri Allahın ədalətli olmasını isbat edərək onun hər hansı bir zülmü rəva görməsini inkar edir. Əsas bəhs insanın əqlinin öz-özünə və şəri bəyanlar (yəni Quran və sünnət) olmadan fellərin, xüsusilə ilahi fellərin qanunlarını nəzərə alaraq onların əsasında bir işin yerinə yetirilməsinin, yaxud digər işin görülməsinin zərurətinə hökm etməsi, yaxud "Mütəal Allah gərək möminləri behiştə kafirləri isə cəhənnəmə aparsın” - deməsi, yoxsa bu cür mühakimələrin yalnız vəhy əsasında baş verməli olması və onları nəzərə almadan əql təklikdə qəzavət edə bilməməsi əsasındadır.
    Deməli, ixtilafın əsas nöqtəsi "hüsn və qübhi əqli” (əqli gözəllik və çirkinlik) adı ilə tanınan məsələdir. Əşərilər bu məsələ barəsində əqlin hökmünü inkar edərək inanırlar ki, təkvini işlərdə Allahın gördüyü işlər gözəldir, şəriət işlərində isə Allahın əmr etdiyi işlər yaxşıdır, nəinki yaxşı iş olduğuna görə Allah onu yerinə yetirir, yaxud ona əmr edir.
    Amma ədliyyəçilər inanırlar ki, fellər, onların təkvini və təşrii cəhətdən Mütəal Allaha mənsub edilməsi nəzərə alınmadan gözəllik və ya çirkinliklə vəsf edilə bilər, yəni insanın əqli də fellərin gözəllik və çirkinliyini, Allahın çirkin iş görməkdən uzaq olmasını müəyyən qədər dərk edə bilər. Əlbəttə bu, nəuzibillah, Allaha əmr və nəhy etmək mənasında deyil, əksinə, bu mənadadır ki, müəyyən bir işin onlarla olan tənasübünü kəşf etsin və bunun əsasında qəbahətli və çirkin işlərin Allahdan baş verməsini qeyri-mümkün hesab etsin.
    Aydındır ki, bu məsələnin ətraflı şəkildə araşdırılması, əşərilər tərəfindən əqli gözəllik və çirkinliyin inkar olunmasına dair yaradılan şübhələrə cavab verilməsi və nəhayətdə, onları ədliyyə ilə qarşı-qarşıya qoyan şübhələrə cavab verilməsi bu kitabın həcminə sığmaz. Həmçinin mötəziləçilərin sözlərinin müəyyən zəif cəhətləri də ola bilər ki, öz yerində araşdırılmalıdır. Amma şiələr "əqli gözəllik və çikrinliyin” əslinə etiqad bəsləməyi qəbul edir və bu Allahın kitabı və Peyğəmbərin (s) sünnəsi və məsum İmamların (ə) kəlamında təsdiq olunur.
    Buna görə də biz əvvəlcə ədalətin məfhumu barədə bir qədər izah verdikdən sonra bu sifətin Allahın feli sifətlərindən olmasına əqli dəlil gətirəcəyik, sonda isə bu məsələ ilə əlaqədar ən mühüm şübhələri həll edib araşdıracağıq.
    ƏDALƏTİN MƏFHUMU
    Ədalətin lüğətdəki məfhumu "bərabərlik və bərabər etmək”, ümumcamaat arasında isə "başqalarının hüquqlarına riayət etmək”dir və zülmün (başqalarının hüququnu tapdalamağın) qarşısında işlədilir. Buna görə də ədaləti "itau kulli zi həqqin həqqəh” yəni hər bir haqq sahibinin haqqını özünə vermək kimi tərif edirlər. Buna əsasən əvvəlcə elə bir varlığı nəzərə almaq lazımdır ki, ona riayət edilməsi ədalət, tapdalanması isə zülm adlandırıla biləcək haqqa malik olsun. Lakin bəzi vaxtlar ədalət məfhumu daha geniş mənada, yəni "hər bir şeyi öz yerində qərar vermək”, yaxud "hər bir işi layiqli olduğu tərzdə görmək” mənasında işlədilərək aşağıdakı kimi tərif edilir: "Vəzu kulli şəyin fi məvziihi.” Bu tərifə əsasən ədalət hikmət, ədalətli iş isə hikmətli işlə bərabər (sinonim) olur. Amma haqq sahibinin haqqı, hər şeyin öz məqamına layiq tərzdə təyin olunmasına gəldikdə isə bu barədə çox geniş mətləblər vardır ki, əxlaq və hüquq fəlsəfəsinin mühüm sahələri bu işlə məşğuldur. Həmin məsələləri bu kitabda araşdırmağa macal yoxdur.
    Burada diqqət yetirilməli məsələ belədir: hər bir aqil insan dərk edir ki, heç bir üzrlü səbəb olmadan bir tikə çörəyi yetim uşağın əlindən alsan, yaxud günahsız insanın qanını nahaq yerə axıtsan, bu işlərin zülm hesab olunur və qəbahətli işə mürtəkib olursan. Əksinə, əgər oğurlanmış çörək tikəsini onu oğurlayan şəxsin əlindən alıb yetim uşağa qaytarsan, cinayətkar qatili öz cəzasına çatdırsan, ədalətli və təqdirəlayiq bir iş görmüş olarsan. Əqlin bu mühakiməsi ilahi nəhy və əmrə əsaslanmır, hətta Allahın varlığına inanmayan şəxs olsa belə, yenə həmin qaydada mühakimə yürüdəcəkdir.
    Amma "görəsən, bu mühakimənin sirri nədir və hansı idrak qüvvəsi bu gözəlliyi və çirkinliyi dərk edir?” kimi məsələlər müxtəlif fəlsəfi bəhslərdə araşdırılmalıdır.
    Bir sözlə, ədalət üçün ümumi və xüsusi olaraq iki məfhum nəzərdə tutmaq olar: Onlardan biri başqalarının hüququna riayət etmək, digəri isə hikmətli iş görməkdir. Başqalarının hüququna riayət etmək də ikincinin nümunələrindən hesab olunur.
    Buna əsasən ədalət bütün insanları, yaxud bütün şeyləri eyni bir səviyyədə tutmaq mənasına deyil. Misal üçün ədalətli müəllim o kəs deyil ki, bütün şagirdlərə – istər çalışqan olsun, istərsə də tənbəl-yaxşı qiymət versin. Ədalətli qazi o kəs deyil ki, münaqişəli mal-dövləti münaqişə tərəfləri arasında bərabər bölsün. Əksinə, ədalətli müəllim o kəsdir ki, şagirdlərdən hər birinə layiq olduğu qiyməti yazsın, ədalətli qazi də odur ki, münaqişəli malı həqiqi sahibinə qaytarsın.
    İlahi ədalət və hikmətin də tələbi bu deyildir ki, bütün məxluqatı eyni səviyyədə yaratsın və misal üçün, insana da buynuz, qanad və s. versin. Əksinə, Yaradanın hikməti dünyanı mümkün olan ən çox xeyir və kamaldan bəhrələnəcəyi şəkildə, onun müxtəlif hissələrini təşkil edən varlıqları da yekun hədəflə mütənasib olacaq şəkildə yaratmasını tələb edir. Həmçinin Allahın hikmət və ədaləti bunu tələb edir ki, hər insanı onun istedad və bacarığı qədərində mükəlləf etsin("Nəcm” surəsi, ayə:39. ), ixtiyari səyinə və bacarığına diqqət yetirərək onun barəsində mühakimə yürütsün("Bəqərə” surəsi, ayə:286.)və nəhayət, ona işlərinə münasib olan mükafat, yaxud cəza versin.("Yunis” surəsi, ayə:54. )
    İLAHİ ƏDALƏTİN DƏLİLİ
    Qeyd olunduğu kimi, bir təfsirə görə ilahi ədalət ilahi hikmətin bir hissəsidir, digər bir təfsirə əsasən, onunla eyniyyət təşkil edir. Təbiidir ki, on birinci dərsdə işarə edildiyi kimi, onun isbat olunmasının dəlili də məhz ilahi hikməti isbat edən dəlildən ibarət olacaqdır. Burada da əlavə izahat veririk.
    Bildik ki, Mütəal Allah qüdrət və ixtiyarın ən yüksək mərtəbəsinə malikdir və heç bir qüvvənin təsiri altına düşmədən, məcbur olmadan mümkünül-vücuda aid olan hər bir işi istəsə, yerinə yetirər, istəməsə - yox. Amma qüdrəti çatdığı işlərin hamısını yerinə yetirmir, əksinə, istədiyi və iradə etdiyi işləri görür.
    Həmçinin bildik ki, Onun iradəsi hesabsız-kitabsız deyildir, əksinə, O Özünün kamal sifətlərinin tələbinə uyğun olaraq iradə edir. Əgər Onun kamal sifətləri hər hansı bir işin görülməsini tələb etməsə, heç vaxt həmin işi görməyəcəkdir. Mütəal Allah sırf kamaldan ibarət olduğundan Onun iradəsi də ilk əsasda məxluqatın xeyir və kamalına aid olur və əgər hər hansı bir məxluqun vücuda gəlməsi aləmdə müəyyən nöqsanların və şər işlərin yaranmasına səbəb olsa, onun şəri müəyyən məqsədlərə tabe olacaq, yəni bir çox inkarolunmaz xeyirlərin həyata keçməsindən ötrü onun şəri ilahi iradə altında olacaqdır.
    İlahi kamal sifətləri bunu gərəkli edir ki, dünya hasil olması mümkün olan ən çox kamal və xeyir məcmusunda olacaq bir vəziyyətdə yaradılsın. Buradan da Allah-taala üçün hikmət sifəti sübuta yetir.
    Deməli, insanın vücuda gəlməsinin mümkünlüyü və onun vücudunun ən çox xeyir mənşəyi olacağı şəraitdə ilahi iradə vasitəsilə yaradılır. İnsanın əsas imtiyazlarından biri də ixtiyar və azad iradədir. Şübhəsiz ixtiyar və seçmək qüdrətinə malik olmaq varlıq kamallarından biri hesab olunur və ona malik olan bir varlıq ondan məhrum olan varlıqdan daha kamil hesab olunur. İnsanın ixtiyar sahibi olması da bunu gərəkli edir ki, həm yaxşı və layiqli işlər görərək yekun kamala, əbədi səadətə doğru irəliləməyə, həm də çirkin və yaramaz işlər görərək əbədi bədbəxtçiliyə və ziyankarlığa doğru sürüklənməyə qadir olsun. Əlbəttə, ilahi iradəsi ilk növbədə onun təkamülüdür, lakin insanın ixtiyari təkamülündə tənəzzül və süqut da mümkün olduğundan, (bunlar nəfsani istəklərə və şeytani məqsədlərə itaət etmək nəticəsində hasil olur) belə bir ixtiyari süqut da ilahi iradə çərçivəsində olur.
    Agahlıq üzündən olan seçkidə xeyir və şər yollarının düzgün tanınmasına ehtiyacı duyulduğundan Mütəal Allah insanı onun xeyir və məsləhətinə səbəb olan şeyləri yerinə yetirməyi əmr etmiş, onun fəsada və süquta uğramasına səbəb olan işlərdən çəkindirmişdir ki, onun təkamülə doğru hərəkətinin vəsaitləri yaransın.
    İlahi təkliflər insanın onlara əməl edərək nəticəsinə çatmaq məqsədilə yaradılmışdır və Allah üçün heç bir xeyir və mənfəət kətirmir. Buna görə də ilahi hikmət bu təkliflərin mükəlləf şəxslərin bacarıq və qüdrəti ilə mütənasib olmasını tələb edir, çünki itaət etməyə imkan olmayan təklif əbəs olacaqdır.
    Beləliklə, ilk mərhələdə (xüsusi mənada) olan ədalət, yəni təklif məqamında ədalət belə sübuta yetir ki, əgər Mütəal Allah bəndələrin taqət və bacarığının fövqündə olan bir təklif təyin etsəydi, ona əməl edilməsi mümkün olmaz və əbəs iş görülmüş olardı.
    Amma bəndələr arasında mühakimə yürütmək, hökm etmək məqamındakı ədalətə gəldikdə isə, sübut olunur ki, bu iş fərdlərin müxtəlif mükafat və cəzalara layiq olmasını ayırd etmək məqsədi ilə görülür, əgər ədalətin əksinə olarsa, nəzərdə tutulan məqsədin tam əksi hasil olacaqdır.
    Mükafat və cəza vermək məqamındakı ədalətə gəldikdə isə, bu, yaradılışın son hədəfinə diqqət yetirməklə sübuta yetir. Çünki insanı, onun yaxşı və pis əməllərinin nəticəsinə çatmaq üçün yaradan kəs əgər onu, bu məqsədin tələbinin əksinə olaraq mükafat versə və ya cəzalandırsa, öz hədəfinə çatmayacaqdır.
    Deməli, ilahi ədalətin səhih mənada və bütün növlərində olan dəlili bundan ibarətdir ki, Onun zati sifətləri ədalətli və hikmətli rəftar tələb edir, Onda zülmü, əbəs işləri tələb edən bir sifət mövcud deyildir.
    BİR NEÇƏ ŞÜBHƏNİN CAVABI
    1.Məxluqların, xüsusilə, insanların yaradılışında mövcud olan fərqlər Allahın hikmət və ədaləti ilə necə uyğun gələ bilər? Nə üçün ədalətli və hikmətli Allah bütün varlıqları eyni səviyyədə xəlq etməyib?
    Cavab: Məxluqatın vücudundakı ixtilaflar yaradılış sistemi və ona hakim olan səbəb-nəticə qanunlarına tabedir. Onların hamısının eyni səviyyədə olması fərziyyəsi xam bir təsəvvürdür. Azacıq diqqət yetirdikdə məlum olacaqdır ki, belə bir fərziyyə yaradılışın tərk edilməsi ilə bərabərdir. Misal üçün, bütün insanlar kişi, yaxud qadın yaradılsaydılar, nəsil artımı baş verməz və insan nəsli kəsilərdi. Əgər bütün varlıqlar insan yaradılsaydı, onun yemək, içmək və s. kimi ehtiyacları təmin olunmazdı. Həmçinin, əgər bütün heyvanlar və ya bitkilər bir növ və bir rəngdə yaradılıb, hamısı eyni xüsusiyyətlərə malik olsaydı, saysız-hesabsız fayda və gözəllik vücuda gəlməzdi. Varlıqlardan bu, yaxud başqa birisinin yaranması, həmçinin bu, yaxud başqa bir şəkildə olan xüsusiyyətlərdə yaranması, maddənin hərəkət və dəyişikliyi prosesinə tabe olan səbəb və şərtlərdən asılıdır. Heç kəsin yaradılışdan qabaq Allahın üzərində bir haqqı yoxdur ki, "onu belə, yaxud başqa cür yaratsın”, yaxud "bu yerdə, yaxud başqa bir yerdə, bu zamanda, yaxud o zamanda qərar versin” deməklə ədalət və ya zülmdən danışmağa yer qalsın.
    2.Əgər Allahın hikməti insanın bu dünyada yaşamasını tələb edirsə, onda nə üçün onu öldürür və həyatına son qoyur?
    Cavab: Əvvəla, varlıqların bu dünyadakı ölüm və həyatları da təkvini və səbəb-nəticə qanunlarına bağlıdır və bunlar yaradılış sisteminin tələbidir. İkincisi, əgər canlı varlıqlar ölməsəydi, sonrakı varlıqların yaradılmasına şərait yaranmaz və gələcək nəsillər vücud və həyat nemətindən məhrum olardı. Üçüncüsü, əgər bütün insanların diri qalmasını fərz etsək, qısa bir zaman ərzində yer üzü onların həyatı üçün daralar və əzab-əziyyətdən, aclıqdan ölüm arzusu edərdilər. Dördüncüsü, insanın yaradılışında əsas hədəf əbədi səadətə çatmaqdır, insanlar ölüb bu dünyadan köçməyincə son hədəflərinə nail ola bilməzlər.
    3.Mövcud oln bu qədər əzab-əziyyətlər, xəstəliklər, təbii fəlakət və bəlalar (sel və zəlzələ kimi), ictimai çətinliklər (zülmlər və müharibələr) Allahın ədaləti ilə necə uyğun gəlir?
    Cavab: Əvvəla, xoşagəlməz təbii hadisələr maddi amillərin qarşıdurmasından və onların arasındakı qarşılıqlı təsirdən irəli gəlir. Onların xeyirləri şərlərinə qələbə çaldıqda hikmətin əksinə deyil. İctimai pozuntuların, haqsızlıqların yaranması insanın azad və ixtiyar sahibi olmasından irəli gəlir ki, bu da ilahi hikmətin tələbidir. Eyni zamanda ictimai həyatın mənafeyi onda mövcud olan pozuntulardan, haqsızlıqlardan daha artıqdır. Əgər pozuntular qələbə çalarsa, yer üzündə insan qalmaz.
    İkincisi, bir tərəfdən bu qədər əzab-əziyyətlər, çətinliklər insanın təbiətin sirlərini kəşf etməsinə, müxtəlif elm və texnikanın yaranmasına səbəb olur, digər tərəfdən də bu kimi amillərlə mübarizə aparmaq istedadların çiçəklənib inkişaf etməsinə, insanların tərəqqi və təkamülünə səbəb olur. Nəhayət, bu dünyada hər cür əzab-əziyyətə və çətinliyə sinə gərmək düzgün məqsədlə olarsa, əbədi axirət dünyasında çox dəyərli mükafata malik olacaq və onun əvəzi ən gözəl şəkildə veriləcəkdir.
    4.Bu dünyada məhdud zaman ərzində edilən günahlar üçün əbədi əzab verilməsi ilahi ədalətlə necə uyğun gələ bilər?
    Cavab: Yaxşı əməl ilə axirət mükafatı və pis əməl ilə axirət cəzası arasında bir növ səbəbiyyət əlaqəsi mövcuddur ki, ilahi vəhy vasitəsilə camaata xatırladılmışdır. Elə bu dünyada bəzi cinayətlərin uzun-uzadı və acınacaqlı təsirləri olur, məsələn, insanın özünün, yaxud başqasının gözünü bir anda kor etməsinin nəticəsi ömrünün axırına qədər kor qalmasına səbəb olur. Böyük günahlar da axirətdəki əbədi təsirlərə malikdir. Əgər bir şəxs bu dünyada onların təsirinin aradanqaldırma vasitələrini (tövbə kimi) tədarük görməzsə, onun pis nəticələri əbədi nəsibi olacaqdır. İnsanların bir anlıq törədilən cinayət vasitəsilə ömürlərinin axırına qədər kor qalmaları ilahi ədalətlə zidd olmadığı kimi, böyük günahlar sayəsində əbədi əzaba düçar olmağın da ilahi ədalətlə ziddiyyəti yoxdur. Çünki bu, günahkar şəxsin agahlıq və qəsdən etdiyi əməlin nəticəsidir.
    SUALLAR
    1.İlahi ədalət məsələsindəki ixtilafın kökü nədir?
    2.Ədalət məfhumunu izah edin.
    3.Ədalət dedikdə bütün varlıqların bərabər və eyni səviyyədə olması düşünülürmü? Niyə?
    4.İlahi hikmət və ədalət nəyi tələb edir?
    5.İlahi ədalətin dəlili hansıdır?
    6.İnsanın yaradılışındakı hədəf hansıdır?
    7.Varlıqların təkvini ixtilafları ilahi ədalət və hikmətlə necə uyğun gəlir?
    8.Hikmətli Allah Öz yaratdığını niyə öldürür?
    9.İctimai və təbii bəlalar ilahi ədalət və hikmətlə necə uyğun gələ bilər?
    10.Nəyə görə məhdud günah qeyri-məhdud əzaba səbəb olur?
    Category: Əqidə üsullarının təlimi 1 | Added by: Islam_Kitabxanasi
    Views: 624 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024