İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 1

    Əqidə üsullarının təlimi 1
    2012-01-19, 7:20 PM
    İYİRMİ ÜÇÜNCÜ DƏRS
    BİR NEÇƏ ŞÜBHƏNİN HƏLL EDİLMƏSİ
    –İnsanların çoxu peyğəmbərlərin hidayətindən niyə məhrumdurlar?
    –Mütəal Allah ixtilaf və inhirafların qarşısını nəyə görə almamışdır?
    –Peyğəmbərlərin niyə texniki və iqtisadi imtiyazları olmamışdır?
    BİR NEÇƏ ŞÜBHƏNİN HƏLL EDİLMƏSİ
    Peyğəmbərlərin besətinin zəruri olmasına dair gətirilən dəlil və bürhanlar ətrafında müəyyən suallar və şübhələr meydana gəlir. İndi onları cavabları ilə birlikdə qeyd edirik:
    1.Əgər ilahi hikmət bütün insanların hidayəti üçün peyğəmbərlərin göndərilməsini tələb edirsə onda nə üçün onların hamısı xüsusi coğrafi bir məntəqədə (Mərkəzi Asiyada) məbus olunmuşlar, yer üzünün sair məntəqələri isə bu nemətdən məhrum olmuşlar? Xüsusilə bunu nəzərə alsaq ki, qədimdə kütləvi informasiya vasitələri məhdud və zəif idi, xəbərlərin bir məntəqədən digər məntəqəyə nəql olunması çox zəif baş verirdi. Bəlkə də peyğəmbərlərin dəvətindən ümumiyyətlə heç bir məlumat əldə edə bilməyən müəyyən qövmlər və millətlər də olmuşdur.
    Bu sualın cavabı budur ki, əvvəla, peyğəmbərlərin gəlişi xüsusi məntəqə ilə məhdudlaşmamışdır. Quran ayələri göstərir ki, hər qövm və ümmət üçün bir peyğəmbər olmuşdur. "Fatir” surəsinin 24-cü ayəsində buyurulur:
    "Elə bir ümmət yoxdur ki, ondan bir peyğəmbər gəlib getməsin.”
    "Nəhl” surəsinin 36-cı ayəsində buyurulur:
    "Hər bir ümmətə rəsul (peyğəmbər) göndərdik (ki, onlara belə desin:) Allaha ibadət edin və tağutdan (şeytani qüvvələrdən) çəkinin.”
    Quranda yalnız bir neçə peyğəmbərin adının çəkilməsi onların saylarının qeyd olunanlarla xülasələnməsi demək deyildir. Quranın özündə aşkar şəkildə göstərilir ki, peyğəmbərlərdən bir çoxunun adı bu kitabda qeyd olunmamışdır. "Nisa” surəsinin 164-cü ayəsində buyurulur:
    "Və elə peyğəmbərlər ki, onların hadisəsini sənə nəql etmədik.”
    İkincisi, yuxarıdakı bürhan bunu çatdırır ki, camaatın hidayət olunması üçün hiss və əqlin fövqündə dayanan bir yol olmalıdır. Amma ayrı-ayrı fərdlərin hidayət olunmasının gerçəkləşməsinin iki şərti vardır: Biri budur ki, onların özləri bu ilahi nemətdən bəhrələnmək istəsinlər, ikincisi, başqaları onların hidayət olunmasına maneçilik törətməsi. Camaatın çoxunun peyğəmbərlərin hidayətindən məhrum qalması onların pis seçim etmələrinə görə olmuşdur. Digər çoxlu məhrumiyyətlər də başqalarının peyğəmbərlərin dəvətinin yayılması yolu üzərində yaratdıqları maneələr üzündən olmuşdur.
    İlahi peyğəmbərlər həmişə bu maneələrin aradan qaldırılmasına çalışmış, Allah düşmənləri, xüsusilə zalımlar və güclülərlə mübarizə aparmış, onların çoxu ilahi risalətin təbliğ olunub camaatı hidayət etmək yolunda canlarını fəda etmişlər. Onlar özləri üçün müəyyən qədər ardıcıl və köməkçi tapdıqları halda, Allah dininin yayılması yolunda maneçilik törədən ən mühüm amillərlə, yəni zalımlarla və zülmkar dövlətlərlə mübarizəyə başlamışlar.
    Diqqət yetirmək lazımdır ki, insanın təkamül istiqamətindəki hərəkətinin ixtiyari olmaq kimi xüsusiyyəti bu hadisə və cərəyanların hamısının haqq və batil tərəfdarları üçün yaxşı, yaxud pis seçki şəraiti hazır ola biləcək bir tərzdə baş verməsini tələb edir. Amma əgər zorakı qüvvələrin və batil əhlinin hökmranlığı müəyyən bir həddə çatıb başqalarının hidayət yolunu tamamilə bağlasa və onlar cəmiyyətdə haqq və hidayət nurunu söndürsələr, bu halda Mütəal Allah qeyri-adi və qeybi yollarla haqq tərəfdarlarına yardım edəcəkdir.
    Əgər peyğəmbərlərin yolu üzərində belə maneələr olmasaydı, onların dəvəti bütün dünya insanlarına çatar, hamılıqla vəhy və nübüvvət kimi ilahi nemətdən bəhrələnərdilər. Deməli, camaatın əksəriyyətinin peyğəmbərlərin hidayətindən məhrum olmasının günahı onların dəvətinin yayılmasının qarşısını alan şəxslərin öhdəsindədir.
    2.Əgər peyğəmbərlər insanları təkamülə çatdırmaq üçün göndəriliblərsə, nə üçün onların varlığı ilə bu qədər fəsad və əxlaqi pozuntular yaranır, camaatın çoxu əksər dövrlərdə küfr və üsyankarlığa düçar olur, hətta asimani din ardıcılları belə bir-biri ilə mübarizə aparır, qanlı və amansız müharibələr törədirlər? Allahın hikməti bu fəsadların qarşısını almaq, yaxud heç olmazsa, peyğəmbərlərin ardıcıllarının bir-biri ilə mübarizə etməməsi üçün müəyyən səbəblər yaratmasını tələb etmirdimi?
    Bu sualın cavabı, insanın təkamülünün ixtiyari olmaq kimi xüsusiyyətinə diqqət yetirməklə aydın olur. Çünki deyildiyi kimi, Allahın hikməti insanlar üçün (cəbri deyil) ixtiyari təkamül şərtlərinin və səbəblərinin vücuda gəlməsini tələb edir ki, istəyən şəxslər haqq yolunu tanıya bilsinlər və onu qət etməklə özlərinin kamal və səadətlərinə çatsınlar. Lakin belə bir təkamül üçün şərait və səbəblərin mövcud olmasının mənası bu deyildir ki, bütün insanlar onlardan gözəl məqsədlərlə istifadə edərək hökmən səhih yolu seçsinlər. Quran buyurur ki, Mütəal Allah insanları bu dünya şəraitində, onların hansının daha yaxşı əməl gördüyünü bilmək üçün imtahana çəkmək məqsədilə yaratmışdır.(Bu bürhan əməli qəziyyələrin nəzəri qəziyyədən (varlar) istintacı (gərəklər) və məlul üçün illətin zərurəti yolun ilə bil-qiyas zərurətinin isbatı növlərindəndir, həmçinin ilahiyyatda "limmi bürhanların” cərəyan etməsi hallarındandır. ) Qurani-kərimdə təkrar təkid olunduğu kimi, əgər Allah istəsəydi hamını düz yolda saxlaya bilər, onların inhiraf və azğınlıqlarının kökünü tamamilə kəsə bilərdi.("Hud” surəsi, ayə:7; "Kəhf” surəsi, ayə:7; "Mülk” surəsi, ayə:2; "Maidə” surəsi, ayə:48; "Ənam” surəsi, ayə:165 ) Lakin bu halda ixtiyari seçki üçün heç bir şərait qalmaz, insanların əməl və rəftarları insani dəyərdən məhrum olar və Allahın, ixtiyar sahibi və seçki yolu ilə əməl edən insanı yaratmaqdakı məqsədi nöqsanlı olardı.
    Deməli, insanların fəsada, təxribatçılığa, küfr və üsyankarlığa meyl etməsi onlara verilən azadlıqdan sui-istifadə etmələrinin nəticəsidir və belə rəftarlara qadir olmaq onların yaradılışı ilə qaynayıb-qarışdığından, onların nəticələrinə çatmaq da ona tabedir. İlahi iradə ilk növbədə insanların təkamülünə şamildir. Buna baxmayaraq bu iradənin aid olduğu şeylər ixtiyari olmaqla şərtləndiyindən düzgün olmayan seçki nəticəsində yaranan süqut və tənəzzülü istisna olunmur. İlahi hikmət bütün insanların ixtiyarsız olaraq düzgün yolda hərəkət etməsini, hətta onların öz iradələrinin əksinə olsa belə, tələb etmir.
    3.Allahın hikməti insanların mümkün qədər artıq və yüksək kamala, səadətə çatmasını tələb etməsini nəzərə alaraq Mütəal Allahın təbiət sirlərini vəhy vasitəsilə onlara aşkar etməsi daha yaxşı olmazdımı ki, müxtəlif nemətlərdən bəhrələnərək öz təkamül yollarındakı hərəkətlərini sürətləndirsinlər?
    Belə ki, son əsrlərdə çoxlu təbii qüvvələrin kəşf edilməsi və müxtəlif həyat vəsaitlərinin ixtira olunması mədəniyyətin çiçəklənməsində, insanların sağlamlığının qorunub saxlanmasında, xəstəliklərlə mübarizədə, məlumat mübadiləsində, əlaqələrin genişləndirilməsində və s. kimi işlərdə çox böyük təsirlər qoymuşdur. Aydındır ki, əgər peyğəmbərlər insanı heyrətə gətirən elm-texnika və sənətkarlığı təqdim etməklə, asayiş və firavanlıq vasitələrini tədarük görməklə camaata kömək etsəydilər, ictimai nüfuzlarını, siyasi qüdrətlərini artıraraq öz hədəflərinə daha yaxşı çata bilərdilər.
    Cavab budur ki, vəyh və nübüvvətin varlığına olan ehtiyac bəşərin adi mərifət vasitələri ilə dərk edə bilmədiyi işlərlə əlaqədardır ki, onlar barəsində cahil olduqda həqiqi kamala doğru öz hərəkət istiqamətini müəyyən edib yolunda hərəkət edə bilmir. Başqa sözlə desək, peyğəmbərlərin əsas vəzifələri insanlara təkamülə və insani yaşayışa doğru istiqamətlənməkdə kömək etməkdir ki, hər bir şəraitdə öz vəzifələrini tanıyaraq qüvvələrini bəyənilən hədəflərə çatmaq yolunda sərf edə bilsinlər və istər səhralarda yaşayan köçərilər, istər okeanlarda, istərsə fəzalarda olan şəxslər əsl insani dəyərləri tanısınlar, ayrı-ayrı fərdlər istər Mütəal Allaha pərəstiş etmək, istərsə özlərinə, istərsə başqa insan və başqa canlılara qarşı hansı vəzifələrə malik olduqlarını bilsinlər və onları yerinə yetirməklə həqiqi və əbədi kamala, səadətə nail olsunlar. Amma təbii imkanların, istedadların və texnikanın fərqi (istər vahid zamanda, istərsə də müxtəlif zamanlarda) xüsusi səbəblər əsasında yaranır. Bunlar əbədi müqəddəratın və həqiqi təkamülün təyin olunmasında əsaslı rol ifa etmir. Belə ki, müasir dövrdə maddi bəhrələrin artmasına və elmi-texnikanın genişlənməsinə səbəb olan irəliləyişlər insanların mənəvi və ruhi təkamülündə azacıq belə təsir qoymamış, hətta demək olar ki, tamamilə əks nəticələr vermişdir.
    Deməli, Allahın hikməti tələb edir ki, insanlar maddi nemətlərdən istifadə edərək öz dünyəvi həyatlarını davam etdirsinlər, əql və vəhydən bəhrələnərək özlərini həqiqi kamala və əbədi səadətə doğru olan hərəkət istiqamətlərini təyin etsinlər. Amma onların fiziki və ruhi qüdrətlərindəki fərqlər, eləcə də təbii və ictimai şəraitlərin bir-biri ilə fərqli olması, elm və texnologiyadan bəhrələnməkdəki ixtilaflar səbəb-nəticə qanunu əsasında yaranan xüsusi təkvini şərait və səbəblərə tabedir və bu ixtilaflar insanların əbədi taleyinin təyin olunmasında rol oynamır. Çox hallarda ən sadə vəziyyətdə yaşayan, ən zəruri maddi və dünyəvi nemətlərdə istifadə edən bir şəxs, yaxud bir dəstə adamın eyni halda kamal və səadətin ən yüksək dərəcələrinə çatması mümkündür. Bunun əksinə ən çox inkişaf etmiş elm və texnologiyadan, ən yaxşı və gözəl həyat şəraitindən bəhrələnən, amma naşükürlük, təkəbbür, qürur və zülm sayəsində bədbəxtçiliyin ən aşağı dərəcələrinə enən fərdləri də müşahidə etmək olar.
    Əlbəttə, ilahi peyğəmbərlər əsl vəzifələrini yerinə yetirməkdən, yəni bəşəriyyəti həqiqi və əbədi kamala, səadətə hidayət etməkdən əlavə, onların elə bu dünyada firavan yaşamalarına da çoxlu köməklər göstərmişlər. İlahi hikmət müəyyən naməlum həqiqətlərin və təbii sirlərin aşkar olumasını, bəşəriyyətin mədəni inkişafına kömək göstərməsini tələb etdiyi yerlərdə bu kimi köməkləri görmək olar. Məsələn, həzrət Davudun (ə), Süleymanın (ə) və Zulqərneynin (ə) həyatında bunu müşahidə etmək olar.("Ənam” surəsi, ayə:35, 107, 112, 137, 128; "Yunis” surəsi, ayə:99; "Hud” surəsi, ayə:118; "Nəhl” surəsi, ayə:9, 93; "Şura” surəsi, ayə:8; "Şuəra” surəsi, ayə:4; "Bəqərə” surəsi, ayə:253 ) Peyğəmbərlər cəmiyyətin idarə olunmasında gözəl idarəçiliklə əlaqədar faydalı fəaliyyətlər etmişlər. Məsələn, həzrət Yusifin (ə) Misirdə göstərdiyi fəaliyyətlər buna misal ola bilər.(Ənbiya” surəsi, ayə:78-82; "Kəhf” surəsi, ayə:83-97; "Səbə” surəsi, ayə:10-13. Qeyd etmək lazımdır ki, bir neçə rəvayətə əsasən Zülqərneyn peyğəmbər deyil, ilahi övliyalardan imiş. ) Lakin bunların hamısı peyğəmbərlərin əsl vəzifələrindən kənarda olan xidmətlər olmuşdur.
    Amma ilahi peyğəmbərlərin öz məqsədlərini həyata keçirmək üçün niyə texniki, iqtisadi və hərbi qüdrətdən istifadə etmədiklərinə gəldikdə isə bunu demək lazımdır ki, dəfələrlə qeyd olunduğu kimi, peyğəmbərlərin əsas hədəfi insanların azad və agahlıq əsasında yol seçməsinə şərait yaratmaq olmuşdur. Əgər onlar qeyri-adi qüvvələrdən istifadə etsəydilər, insanlar üçün azadlıq əsasında olan təkamül və mənəvi inkişaf hasil olmazdı, camaat ilahi məqsəd və azad seçki əsasında deyil, qüdrət və təzyiqlərinin sayəsində onlara tabe olardılar.
    Əli (ə) bu barədə buyurub: "Əgər Mütəal Allah istəsəydi peyğəmbərləri göndərən zaman qızıl-gümüş xəzinələrini, əldəyməz gövhər mədənlərini, bol meyvəli bağları və ağacları onların ixtiyarına verər, havadakı quşları, qurudakı heyvanları onlara xidmətçi edərdi. Əgər Allah belə etsəydi imtahan və mükafat üçün olan şərait aradan gedərdi... Əgər (Allah) istəsəydi, peyğəmbərlərə heç kəsin əli çatmayan bir qüdrət, məğlubedilməz bir izzət, eləcə də mülk və səltənət əta edərdi ki, başqaları qorxu və yaxud tamah üzündan onlara təslim olsunlar, inadkarlıq və təkəbbürdən çəkinsinlər. Belə olan təqdirdə məqsədlər və dəyərlər eyni səviyyədə olardı. Lakin Mütəal Allah istəmişdir ki, peyğəmbərlərə tabe olmaq, Onun kitabını təsdiq etmək, təvazökarlıq və təslim olmaq (kimi işlər) yalnız ilahi məqsədlə, heç bir riyakarlıq olmadan baş versin. İmtahan və bəla nə qədər böyük olsa, ilahi mükafat və savab da bir o qədər artıq olar.”("Yusif” surəsi, ayə:55 )
    Əlbəttə, insanlar azad seçki, rəğbət və meyl üzündən haqq dinə iman gətirsələr, həmçinin ilahi və Allah bəyənən bir cəmiyyət təşkil etsələr, ilahi hədəflərin irəliləməsi yolunda, xüsusilə təcavüzkarların məğlub edilib möminlərin hüququnu müdafiə etmək üçün müxtəlif qüdrətlərdən istifadə olunması bəyənilən olar. Bunun nümunəsini həzrət Süleymanın (ə) hakimiyyəti dövründə mülahizə etmisiniz.("Nəhcül-bəlağə”, "Qasiə” xütbəsi; "Fürqan” surəsi, 7-10-cu ayələr; "Zuxruf” surəsi, ayə:31-35 )
    SUALLAR
    1.Bütün peyğəmbərlər xüsusi coğrafi bir məntəqədə məbus olunmuşlarmı? Hansı əsasə görə?
    2.Peyğəmbərlərin dəvəti niyə dünyanın hər yerinə yayılmamışdır?
    3.Mütəal Allah fəsadın və qan axıdılmaların qarşısını almaq üçün niyə səbəblər tədarük görməmişdir?
    4.Peyğəmbərlər təbiət sirlərini camaat üçün niyə kəşf etməmişlər ki, onların ardıcılları maddi nemətlərdən daha artıq bəhrələnsinlər?
    5.Peyğəmbərlər öz məqsədlərini irəli aparmaqdan ötrü texnologiyadan və iqtisadi qüdrətdən niyə istifadə etməmişlər?
    Category: Əqidə üsullarının təlimi 1 | Added by: Islam_Kitabxanasi
    Views: 499 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024