İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 1

    Əqidə üsullarının təlimi 1
    2012-01-19, 7:18 PM
    İYİRMİ DÖRDÜNCÜ DƏRS
    PEYĞƏMBƏRLƏRİN İSMƏTİ (HƏR BİR CƏHƏTDƏN GÜNAHSIZ OLMASI)
    –Vəhyin toxunulmazlığının zərurəti
    –İsmətin digər halları
    –Peyğəmbərlərin isməti
    VƏHYİN TOXUNULMAZLIĞININ ZƏRURƏTİ
    Vəhyin lazımi mərifət əldə etmək üçün bir yol kimi zəruri olması, insanın əql və hissinin çatışmayan cəhətlərini bərpa etməsi aydın olduqdan sonra digər bir məsələ irəli gəlir:
    Adi fərdlərin bu mərifət vasitəsindən birbaşa bəhrələnə bilmədiyindən, ilahi vəhyi almağa istedad və ləyaqəti olmadığından və ilahi xəbərlər çarəsizlikdən xüsusi şəxslər (peyğəmbərlər) tərəfindən onlara çatdırılmalı olduğundan belə xəbərlərin düzgün olmasına necə zəmanət verilə bilər? Peyğəmbərin özünün ilahi vəhyi düzgün almasına və onu camaata çatdırmasına necə xatircəm olmaq olar? Əgər Allahla peyğəmbərin arasında bir vasitə olmuşsa, onda peyğəmbərin öz vəzifəsini səhih şəkildə yerinə yetirib-yetirməməsi necə məlumdur? Çünki vəhy yolu o zaman lazımi dəyərə malik olar və bəşər elminin çatışmazlığını bərpa edə bilər ki, başlandığı mərhələdən insanlara çatdırıldığı mərhələyə qədər qəsdən və səhvən olan hər növ təhrifdən uzaq olsun. Əks halda, vasitədə, yaxud vasitələrdə səhv və unutqanlığa ehtimal verildiyi, yaxud onun məzmununda qəsdən təsərrüf edilməsi (əl gəzdirilməsi) gözlənildiyi halda insanlara çatdırılan xəbərdə xəta və düzgün olmamaq ehtimalı verilir. Bu da camaatın etimadının aradan getməsinə səbəb olur.("Ənbiya” surəsi, ayə:81-82; "Nəml” surəsi, ayə:15-44 ) Onda ilahi vəhyin camaatın əlinə düzgün və toxunulmadan çatdığına hansı yolla xatircəm olmaq olar?
    Aydındır ki, vəhyin həqiqəti camaata naməlum qalsa, həmçinin onu almaq və onun barəsində agahlıq əldə etmək onlar üçün mümkün olmasa, aradakı vasitələrin düzgünlüyünə nəzarət etmək üçün heç bir yol olmayacaqdır. Yalnız xəbərin məzmununun əql tərəfindən qəbul edilən hökmlərlə müxalif olduğu halda onda müəyyən çatışmazlıqların olduğunu başa düşəcəklər. Misal üçün, əgər bir şəxs zidd olan şeylərin bir yerə toplanmasının mümkün, yaxud, vacib olmasını, yaxud nəuzubillah, ilahi zatda çoxluq, tərkib, yaxud zavala yer olduğunu Allah tərəfindən ona vəhy olunmasını iddia etsə, əqlin danılmaz hökmü ilə belə bir mətləbin batil və bu iddianın yalan olmasını isbat etmək olar. Amma vəhyə olan əsl ehtiyac əqlin isbat və ya inkar etməyə qadir olmadığı, xəbərin məfhum və məzmununu dəyərləndirib onun səhih və ya səhv olmasını ayırd edə bilmədiyi məsələlərdə duyulur. Belə hallarda vəhyin möhtəvasının səhih olmasını və onun vasitələrin (vəhyi çatdıranların) qəsdən, yaxud səhv üzündən etdiyi dəyişikliklərdən amanda olmasını necə isbat etmək olar?
    Sualın cavabı: əql ilahi hikmətə diqqət yetirməklə 22-ci dərsdə bəyan olunan bürhan əsasında anlayır ki, əməli vəzifələri və həqiqətləri tanımaq üçün, həqiqətindən agah olmasa belə, başqa bir yol da olmalıdır. Həm də dərk edir ki, onun xəbərləri ilahi hikmətin tələbinə görə heç bir təhrif olmadan camaatın əlinə çatmalıdır. Əks halda, Allahın məqsədinə xələl gələr. Başqa sözlə desək, insanların ixtiyari təkamülləri üçün şəraitin yaranması və bəşərin xilqətindəki ilahi hədəfin gerçəkləşməsi üçün ilahi xəbərlərin bir, yaxud bir neçə vasitə ilə camaata çatmasının zəruri olması məlum olduqdan sonra ilahi kamal sifətlərinə istinad etməklə sübut olunur ki, bu xəbərlər qəsdən, yaxud səhvən olan dəyişilmədən mütləq amanda olmalıdır. Çünki əgər Mütəal Allah Özünün əmr və fərmanlarının bəndələrinə düzgün şəkildə çatmasını istəməsə, bu iş hikmətin əksinə olacaqdır. Halbuki, Allahın hikmətli iradəsi onu inkar edir. Əgər Allah Öz xəbərini bəndələrinə hansı yolla və kimlərin vasitəsilə göndərməsini bilməsə bu məsələ Onun sonsuz elmi ilə zidd olacaqdır. Əgər lazımi vasitələr seçərək onları şeytanların hücumlarından hifz edə bilməsə, bu məsələ də Onun sonsuz qüdrəti ilə uyğun gəlməyəcəkdir.
    Deməli, Mütəal Allah hər şeyə alim olduğundan, Onun xətakarlığından agah olmadığı bir vasitə seçməsini ehtimal vermək olmaz.(Quran bu barədə buyurur: "Allah sizi qeybə agah etməz, amma Öz rəsullarından istədiyi bir kimsəni seçir.” "Ali-İmran” surəsi, ayə:179 ) Allahın sonsuz qüdrətinə nəzər yetirməklə Öz vəhyini şeytanların təhrifindən, səhv və unutqanlıq kimi amillərdən qoruya bilməməsini ehtimal vermək olmaz.(Quran bu barədə buyurur: "Allah Öz risalətini harada qərar verəcəyini daha yaxşı bilir.” "Ənam” surəsi, ayə:124. ) Eləcə də ilahi hikmətə nəzər yetirməklə Allahın Öz peyğamlarının xətadan amanda qalmasını istəməməsini qəbul etmək olmaz.("Cin” surəsi, ayə:26-28. ) Deməli, Allahın elm və qüdrəti Öz əmrlərinin sağlam və təhrif olunmadan bəndələrinə çatdırmasını tələb edir. Beləliklə də ilahi vəhyin toxunulmazlığı əqli dəlillərlə isbat olunur.
    Buna əsasən vəhy mələyi (yaxud mələklərinin), eləcə də peyğəmbərlərin vəhyi almaq, həmçinin, onların ilahi xəbərləri çatdırmaq məqamında unutqanlıq, səhv, yaxud qəsdən ola biləcək xəyanətlərdən amanda olması sübuta yetir.
    Buradan da Qurani-kərimin vəhy mələyinin əmanətdar olması, onun ilahi əmanəti qorumaqda qüdrəti, şeytanların ona dəxalət etməsinin qarşısının alınması, peyğəmbərlərin əmanətdar olması və bir sözlə, vəhyin insanlara çatdığı vaxta qədər hər bir xətadan toxunulmazlığına təkid etməsinin səbəbi aydın olur.(Ənfal” surəsi, ayə:42.)
    İSMƏTİN SAİR HALLARI
    Yuxarıdakı bürhan əsasında mələklər və peyğəmbərlər üçün isbat olunan ismət məqamı vəhyin alınıb insanlara çatdırılmasına aiddir. Lakin ismətin digər halları da vardır ki, bu bürhanla sübuta yetmir. Onları üç qismə ayırmaq olar: 1-Mələklərin isməti, 2-Peyğəmbərlərin isməti, 3-Məsum İmamlar (ə), həzrət Məryəm (ə) və həzrət Fatimə (ə) kimi pak insanların isməti.
    Mələklərin vəhyi alıb çatdırmaqdan başqa hallardakı isməti ilə əlaqədar iki məsələni irəli çəkmək olar: Birincisi, vəhy mələyinin vəhyi alıb peyğəmbərə çatdırmasına aid olmayan digər hallardakı isməti, başqası vəhy məsələsi ilə əlaqəsi olmayan sair mələklərin isməti. Məsələn, insanların ruzisinə, əməllərin qeyd olunmasına, ruhların alınmasına əmr olunan mələklər və s.
    Peyğəmbərlərin ilahi risalətləri ilə əlaqədar olmayan işlərdəki ismətində də iki məsələ irəli çəkilir: Biri peyğəmbərlərin qəsdən olan günah və üsyankarlıqdan uzaq olmaları, digəri isə onların səhv və unutqanlıqdan uzaq olmaları. Bunların hər ikisini peyğəmbərlərdən başqaları barəsində də araşdırmaq olar.
    Mələklərin vəhyi alıb çatdırmaqdan başqa hallardakı isməti ilə əlaqədar məsələlər o zaman əqli bürhanla həll oluna bilər ki, mələyin mahiyyəti məlum olsun. Lakin onların mahiyyəti ilə əlaqədar məsələlər nə asandır, nə də bizim kitabımızın həcmi ilə münasibdir. Buna görə də mələklərin ismətinə dəlalət edən iki Quran ayəsini zikr etməklə kifayətlənirik. Onlardan biri "Ənbiya” surəsinin 27-ci ayəsidir. Orada buyurulur:
    "Onlar (mələklər) möhtərəm qullardır. (Mələklər) Ondan qabaq söz danışmaz (Allahın əmrindən çıxmaz), yalnız Onun əmri ilə iş görərlər.”
    Digəri isə "Təhrim” surəsinin 6-cı ayəsidir.
    "Allahın onlara əmr etdiyi şeylərdə üsyankarlıq etməz, onlara əmr olunanlara əməl edərlər.”
    Bu iki ayədə mələklərin dəyərli bir məxluq olması, işlərini yalnız Allahın hökmləri əsasında görmələri, Allahın fərmanlarına qarşı heç vaxt itaətsizlik etməmələri aşkar şəkildə görünür. Baxmayaraq ki, bu ayənin başqa mələklərlə əlaqədar olub-olmaması üzərində münaqişə irəli gələ bilər.
    Peyğəmbərlərdən başqa digər insanlardan bəzilərinin isməti barəsində məsələ imamət bəhsi ilə daha münasib olduğuna görə, burada yalnız peyğəmbərlərin isməti ilə əlaqədar məsələləri araşdırırıq. Bu məsələlərin bəziləri yalnız nəqli dəlil əsasında həll oluna bilər. Lakin qayda üzrə bu, kitab və sünnənin höccət olmasının isbat edilməsindən sonra irəli çəkilməlidir. Buna baxmayaraq bu məsələnin mövzuları arasında uyğunluğa riayət olunması üçün onları elə burada araşdırır, kitab və sünnənin höccət olmasını isə bir əsas kimi qəbul edirik ki, öz yerində isbat olunsun.
    PEYĞƏMBƏRLƏRİN İSMƏTİ
    Peyğəmbərlərin günaha mürtəkib olmaqdan hansı həddə uzaq olmaları məsələsi ilə əlaqədar müsəlmanlar arasında ixtilaf mövcuddur. On iki imam şiələrinin etiqadına görə peyğəmbərlər təvəllüdün əvvəlindən ömürlərinin axırına qədər hər növ günahlardan (istər böyük olsun, istərsə də kiçik) amandadırlar. Hətta səhv və unutqanlıq üzündən belə onlardan heç bir günah baş vermir. Amma başqa məzhəblərdən bəziləri peyğəmbərlərin yalnız böyük günahlar qarşısında, bəziləri həddi-büluğa çatdıqdan sonra, bəziləri isə peyğəmbərliyə seçildikdən sonra ismətli olduğuna mötəqiddirlər. Sünnülərin bəziləri (həşəviyyə və əhli-hədisin bəziləri) ümumiyyətlə, peyğəmbərlərin ismətini inkar etmiş, onlardan hər növ günah baş verməsini, hətta, nübüvvət dövründə və qəsdən günah etmələrini mümkün hesab etmişlər.
    Peyğəmbərlərin ismətini isbat etməzdən əvvəl bir neçə məsələni xatırladırıq:
    1.Peyğəmbərlərin, yaxud başqa insanlardan bəzilərinin məsum olması dedikdə məqsəd təkcə günaha mürtəkib olmamaları deyildir. Çünki adi bir insanın da günaha mürtəkib olmaması, xüsusilə ömrü qısa olduqda belə mümkündür. Məqsəd budur ki, şəxs güclü nəfsani bir səciyyəyə malik olsun ki, ən ağır şəraitlərdə belə, onu günahdan saxlasın. Bu səciyyə də günahın çirkin olması ilə əlaqədar kamil və daimi agahlığa, nəfsani istəkləri cilovlamaq üçün qüvvəli iradəyə malik olmaqla hasil olur. Belə bir səciyyə Allahın xüsusi inayəti sayəsində mümkün olduğundan onun failiyyəti Mütəal Allaha nisbət verilir. Amma Mütəal Allahın məsum insanı günahdan məcburi olaraq çəkindirməsi və onun ixtiyarını əlindən alması da düşünülməməlidir. Nübüvvət və imamət kimi ilahi mənsəblərə malik olan şəxslərin isməti digər bir mənaya əsasən də Allaha nisbət verilir. Çünki, Allah onların günahdan amanda olmalarına zəmanət vermişdir.
    Digəri budur ki, bir şəxs ismətli olduqda ona haram olan işləri tərk etməlidir. Məsələn, hər bir şəriətdə haram olan günahlar, həmçinin tabe olduğu əvvəlki şəriətdə mürtəkib olduğu haram olan işlər. Deməli, bir peyğəmbərin isməti onun öz şəriətində və onun özünə icazə verilən, amma əvvəlki şəriətlərdə haram olan, yaxud sonradan haram edilən işləri görməsi ilə zidd deyildir.
    Üçüncüsü budur ki, məsum şəxsin ismətli olduğu günah dedikdə məqsəd fiqhdə haram adlandırılan əməldir. Eləcə də onun fiqh istilahında vacib olan əməlləri tərk etmək qarşısında da məsum olmasıdır. Amma günah və onun kimi kəlmələr daha geniş mənalara da malikdir ki, "tərki-övlaya” da buna şamildir. Belə günahların görülməsi ismət məqamı ilə zidd deyildir.
    SUALLAR
    1.Vəhyin hər növ təhrifdən amanda olmasını necə isbat etmək olar?
    2.Vəhyin alınıb təbliğ edilməsindəki toxunulmazlıqdan başqa digər hansı ismət halları da vardır?
    3.Mələklərin ismətini hansı yolla isbat etmək olar?
    4.Peyğəmbərlərin isməti barəsində hansı nəzəriyyələr mövcuddur? Şiənin nəzəri hansıdır?
    5.İsmətin tərifini və onun təsirlərini bəyan edin.
    Category: Əqidə üsullarının təlimi 1 | Added by: Islam_Kitabxanasi
    Views: 630 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024