İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 1

    Əqidə üsullarının təlimi 1
    2012-01-19, 7:15 PM
    İYİRMİ ALTINCI DƏRS
    BİR NEÇƏ ŞÜBHƏNİN CAVABI
    –Məsumun mükafat almağa necə ləyaqəti var?
    –Nə üçün məsumlar günaha iqrar edirdilər?
    –Şeytanın peyğəmbərlərdə təsərrüf etməsi onların isməti ilə necə uyğun gəlir?
    –Həzrət Adəmə (ə) üsyankarlıq və unutqanlıq nisbəti
    –Bəzi peyğəmbərlərə yalan nisbəti verilməsi
    –Həzrət Musanın (ə) vasitəsilə qibti bir şəxsin qətlə yetirilməsi
    –Peyğəmbəri-Əkrəmin (s) öz risalətində şəkdən çəkindiril-məsi
    BİR NEÇƏ ŞÜBHƏNİN HƏLLİ
    Peyğəmbərlərin isməti ilə əlaqədar bəzi şübhələr irəli çəkilmişdir ki, onların cavabını veririk:
    Birinci şübhə: Əgər Mütəal Allah peyğəmbərləri günaha mürtəkib olmaqdan saxlayıbsa və bu da vəzifələrinin yerinə yetirilməsinə zəmanət verirsə, bu halda onlar üçün "ixtiyari olmaq” imtiyazı sübuta yetmir. Nəticədə vəzifələrini yerinə yetirmək və günahlardan çəkinmək üçün mükafata layiq görülməyəcəklər. Çünki əgər Mütəal Allah başqa bir şəxsi də məsum qərar versəydi, onlar da peyğəmbərlər kimi olardılar.
    Bu şübhənin cavabı yuxarıda qeyd edilənlərdən aydın olur. Onun xülasəsi budur ki, məsum olmağın mənası vəzifələrin yerinə yetirib günahları təkr etməkdə məcbur olmaq deyildir. (Bu, əvvəlki dərsdə bəyan olundu.) Allahın da məsumlar üçün ismət bağışlayan və onları günahlardan qoruyan olmasını demək ixtiyari işlərin onlardan alınması demək deyildir. Çünki bütün varlıqların, nəticə etibarı ilə Allahın təkvini iradəsinə istinad verilməsinə baxmayaraq Allah tərəfindən xüsusi bir izahat (tövzih) mövcud olduqda işlərin Ona istinad verilməsi ikiqat olacaqdır, lakin Allahın iradəsi insanın iradəsi ilə eninə deyil, uzununadır və Onun iradəsinin əvəzedicisi ünvanı ilə deyildir.
    Amma Allahın məsumlar ilə əlaqədar xüsusi inayətinə gəldikdə, xüsusi şəxslər üçün nəzərdə tutulan müəyyən imkanlar (şərait və səbəblərdə olduğu kimi) onların məsuliyyətini və işlərinin mükafatını, müxalifət edəcəkləri təqdirdə isə onların cəzalarını qat-qat artırır. Beləliklə, məsum şəxsin özünün gözəl seçim və ixtiyarına əsasən cəzaya layiq olmayacağına baxmayaraq, mükafat ilə cəza arasında tarazlıq yaranır. Bu uyğunluğu xüsusi nemətlərdən bəhrələnən şəxslər barəsində də mülahizə etmək olar. Belə ki, din alimləri və Peyğəmbər Əhli-beytinə (ə) bağlı olan şəxslər daha həssas və ağır məsuliyyətə malikdirlər.(Qurani-Kərim bu barədə buyurur: "Qəlb öz gördüyünü yalan bilmədi.” "Nəcm” surəsi, 11-ci ayə ) Buna görə də onların yaxşı əməllərinin mükafatı daha çox, (günaha mürtəkib olduqları fərz edildikdə) günahlarının cəzası isə daha artıq olur.(Qurani-Kərim bu barədə buyurur: "Ey Peyğəmbərin zövcələri, siz digər qadınlar kimi deyilsiniz...” "Əhzab” surəsi, ayə:30-32 ) Məhz buna görə də hər kəs yüksək mənəvi məqama malik olsa onun süquta düşmə təhlükəsi daha artıq, sapma qarşısında qorxusu daha çox olacaqdır.
    İkinci şübhə: peyğəmbərlər və sair məsumlar dua və münacatlarında özlərini günahkar hesab edir və günahlarından istiğfar edirdilər. Onları, bu cür etiraf və iqrarları ilə necə məsum hesab etmək olar?
    Bu sualın cavabı budur ki, mövcud dərəcələrindəki fərqlərlə yanaşı, kamalın ən yüksək mərhələsində, ilahi qürb məqamında olan məsumlar özləri üçün başqalarının vəzifələrindən qat-qat artıq olan vəzifə hiss edirdilər, onlar hətta məbuddan və öz məhbublarından başqasına diqqət yetirməyi belə böyük bir günah hesab edirdilər, məhz buna görə də üzrxahlıq məqamında istiğfar edirdilər. Əvvəldə qeyd olunduğu kimi, peyğəmbərlərin isməti dedikdə məqsəd hər hansı yolla günah sayıla bilən işlərdən amanda olması deyil, onların fiqhdə haram sayılan əməllərə mürtəkib olmaları, vacib vəzifələrlə müxalifət etmək qarşısındakı isməti nəzərdə tutulur.
    Üçüncü şübhə: Quranın peyğəmbərlərin isməti barəsində gətirdiyi dəlillərdən biri də onların müxləs olması, şeytanın onlarda heç bir tamah gözünün olmamasıdır. Halbuki Qurani-kərimin özündə şeytanın peyğəmbərlərdə təsərrüf etməsi qeyd olunur. O cümlədən "Əraf” surəsinin 27-ci ayəsində buyurulur:
    "Ey Adəm övladı! Şeytan sizin ata-ananızı (aldadıb) behiştdən çıxartıdğı kimi, sizi də aldatmasın.”
    Belə ki, həzrət Adəm və Həvvanın aldadılaraq behiştən çıxarılması şeytana nisbət verilir. "Sad” surəsinin 41-ci ayəsində həzrət Əyyubun dilindən belə deyilir: "O, Rəbbini çağıraraq dedi: Şeytan mənə bəla və əzab yetirmişdir.” "Həcc” surəsinin 52-ci ayəsində bütün peyğəmbərlər üçün şeytanın müəyyən təlqinləri olduğu göstərilərək buyurulur:
    "Səndən əvvəl elə bir rəsul və elə bir nəbi göndərmədik ki, o, bir şeyi arzu edəndə Şeytan onun arzusuna bir xələl qatmasın.”
    Cavab budur ki, bu ayələrin heç birində peyğəmbərlərin vacib vəzifələrlə müxalifət etməsinə səbəb olacaq heç bir təsərrüf şeytana nisbət verilməmişdir. Amma "Əraf” surəsinin 27-ci ayəsi şeytanın qadağan olunmuş ağacın meyvələrindən yemək barəsindəki vəsvəsəsinə işarə edir ki, onun meyvələrini yemək barədə təhrimi nəhy (haram olması məqsədilə çəkindirmə) olmamışdır, yalnız Adəm və Həvvaya xatırladılmışdır ki, o ağacın meyvələrindən yemələri cənnətdən çıxaraq yer üzünə enmələrinə səbəb olacaqdır. Şeytanın vəsvəsəsi onların bu irşadi nəhy (tərbiyə məqsədi ilə çəkindirmə) ilə müxalifətinə səbəb oldu. Ümumiyyətlə, onların olduğu aləm təklif aləmi deyildi və hələlik şəriət də nazil olmamışdı. Amma "Sad” surəsinin 41-ci ayəsi şeytan tərəfindən həzrət Əyyuba yönələn əzab-əziyyətlər və giriftarçılıqlara işarə edir. Amma bunlar o həzrətin Allahın əmr və nəhyləri ilə müxalif olmasına heç bir dəlalət etmir. "Həcc” surəsinin 52-ci ayəsi şeytanın bütün peyğəmbərlərin camaatı hidayət etməklə əlaqədar arzularının gerçəkləşməsi yolunda törətdiyi maneələrə işarədir. Nəhayət, Mütəal Allah onun hiylə və məkrini batil edərək haqq dini möhkəmləndirir.
    Dördüncü şübhə: "Taha” surəsinin 121-ci ayəsində həzrət Adəmə üsyankarlıq, həmin surənin 115-ci ayəsində isə unutqanlıq nisbəti verilir. Belə nisbətlər o Həzrətin isməti ilə necə uyğun gələ bilər?
    Bu şübhənin cavabı keçən bəyanlardan aydın olur: belə üsyankarlıq və unutqanlıqlar vacibi təkliflərlə əlaqədar deyildi.
    Beşinci şübhə: Qurani-kərimdə bəzi peyğəmbərlərə yalan nisbəti verilmişdir. O cümlədən "Saffat” surəsinin 89-cu ayəsində həzrət İbrahim (ə) "Mən xəstəyəm” - deyir, halbuki, o, xəstə deyildi. "Ənbiya” surəsinin 63-cü ayəsində o Həzrətin dilindən deyilir:
    "Bu işi onların bu böyüyü etmişdir.”
    Halbuki bütləri özü sındırmışdı. "Yusif” surəsinin 70-ci ayəsində isə buyurulur:
    "Sonra carçı: «Ey karvan əhli! Siz, həqiqətən, oğrusuzun!» - deyə haray çəkdi.”
    Halbuki Yusifin qardaşları oğurluq etməmişdilər.
    Cavab budur ki, bəzi rəvayətlərdə daha mühüm məsləhətə riayət etmək üçün başqa mənanı nəzərdə tutmaqla digər sözlər işlədilmişdir. Bəzi ayələrdən də aydın olur ki, bu ilahi ilham sayəsində olmuşdur. Belə ki, həzrət Yusifin barəsində buyurulur:
    "Biz Yusifə belə bir tədbir öyrətdik.”
    Hər halda belə yalanlar günah və ismətlə müxalif deyildir.
    Altıncı şübhə: Həzrət Musanın (ə) əhvalatında qeyd olunur ki, o, Bəni-İsraildən olan bir nəfərlə dalaşan qibti bir şəxsi qətlə yetirdi. Buna görə də Misirdən qaçdı və Mütəal Allah tərəfindən fironçuları Allah yoluna dəvət etməyə məmur edildiyi vaxt dedi:
    "Onlar qarşısında boynumda bir günah da var. Bunun üçün məni öldürücəklərindən qorxuram.” (Rəvayətdə qeyd olunur ki, alim üçün bir günah bağışlananda cahil üçün yetmiş günah bağışlanar. )
    Sonra Firon həmin qətl hadisəsini Musaya xatırlatdığı zaman onun cavabında dedi:
    "Bunu etdiyim zaman mən cahillərdən idim.” ("Şüəra” surəsi, ayə:14. )
    Bu hadisə peyğəmbərlərin hətta besətdən qabaqkı dövrdəki ismətləri ilə necə uyğun gələ bilər?
    Cavab budur ki, əvvəla qibti bir şəxsin öldürülməsi qəsdən olan bir iş deyildi, əksinə o, təsadüfi olaraq yumruq zərbəsindən ölmüşdü. İkincisi "və ləhum ələyyə zənbun” (onların qarşısında boynumda bir günah da var) sözü fironçuların nəzərinə əsasən deyilmişdi. Məqsəd bu idi ki, onlar məni qatil və günahkar hesab edirlər. Qisas alaraq məni öldürmələrindən qorxuram. Üçüncüsü "və ənə minəz-zalimin” (cahillərdən idim) cümləsi ya fironçularla mülayim rəftar etmək üçün deyilmişdir, (yəni "tutaq ki, o zaman mən yolumu azmışdım, lakin indi Allah məni hidayət etmiş və qəti bürhanlarla sizə doğru göndərmişdir” demək istəyir), yaxud "zəlal” kəlməsindən məqsəd bu işin axır aqibətindən agah olmamaqdır. Hər halda bu ayə həzrət Musanın (ə) ilahi vacib təkliflərlə müxalifət etməsinə əsla dəlalət etmir.
    Yeddinci şübhə: "Yunis” surəsinin 94-cü ayəsində Peyğəmbəri-Əkrəmə (s) xitabən buyurulur:
    "Əgər sənin, Bizim sənə nazil etdiyimizdə şəkkin olsa səndən qabaq kitab oxuyan şəxslərdən soruş. Həqiqətən, Rəbbin tərəfindən sənə doğru haqq gəlmişdir. Şəkk-şübhə edənlərdən əsla olma.”
    "Bəqərə” surəsinin 147-ci, "Ali-İmran” surəsinin 60-cı, "Ənam” surəsinin 114-cü, "Hud” surəsinin 17-ci, "Səcdə” surəsinin 23-cü ayəsində də o Həzrət (s) şəkk və tərəddüddən çəkindirilmişdir. Necə demək olar ki, vəhy idrakında şəkk və tərəddüdə yer yoxdur?
    Cavabı budur ki, bu ayələr o Həzrət (s) üçün şəkk baş verməsinə dəlalət etmir. Əksinə bunu çatdırmaq istəyir ki, onun risaləti, Quranın haqq olması və onun məzmunu barəsində şəkk və tərəddüdə yer yoxdur. Həqiqətdə bu cür xitablar "qızım sənə deyirəm, gəlinim sən eşit” atalar sözünə bənzəyir.
    Səkkizinci şübhə: Qurani-kərim Peyğəmbəri-Əkrəmə (s) müəyyən günahları nisbət vermiş və buyurmuşdur ki, Allah onları bağışlamışdır:
    "Ta ki, Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın.” ("Şüəra” surəsi, ayə:20. )
    Cavab budur ki, bu şərif ayədəki "zənb” kəlməsindən məqsəd müşriklərin hicrətdən qabaq və sonra o Həzrət üçün inandıqları günah idi. Çünki, Peyğəmbər (s) onların məbudlarını təhqir edirdi. "Onları bağışlamaq” dedikdə isə məqsəd həmin işlərin ehtimal veriləcək təsirinin aradan aparılmasıdır. Bu təfsirin şahidi budur ki, Allah Məkkənin fəthini onun bağışlanması hesab edərək buyurur: "İnna fətəhna ləkə fəthən mubina” (Həqiqətən, Biz sənə açıq-aşkar bir fəth bəxş etdik). Aydındır ki, burada məqsəd şəriət istilahında olan günah olsaydı, onun bağışlanmasının Məkkənin fəthi ilə əlaqələndirilməsinin heç bir əsası olmazdı.
    Doqquzuncu şübhə: Qurani-kərim Peyğəmbərin (s) Zeydin boşadığı arvadla evlənməsi (Zeyd onun oğulluğu idi) ilə əlaqədar buyurur:
    "Sən camaatdan qorxursan. Allah, Ondan qorxmağa daha layiqdir.” ("Fəth” surəsi, ayə:1 )
    Belə bir təbirin ismət məqamı ilə necə uyğunluğu var?
    Cavab budur ki, Peyğəmbər (s) qorxurdu ki, camaat imanlarının zəif olduğuna görə Allahın göstərişi ilə və cahiliyyət dövrünün yanlış adət-ənənələrini (oğulluğu həqiqi övlad saymağı) pozmaq üçün gördüyü tədbiri o Həzrətin (s) şəxsi meylləri ilə əlaqələndirsinlər və bu da onların dindən çıxmalarına səbəb olsun. Mütəal Allah bu şərif ayədə Öz Peyğəmbərinə (s) bu adətin pozulmasındakı məsləhətin onun (s) əməli mübarizəsi əsasında ilahi iradə ilə bu yalnış təsəvvürə və əqidə arasında yaranacaq qorxudan daha mühüm olduğunu xəbər verir. Deməli, bu şərif ayə o Həzrətə heç bir vəchlə tənə vurmur.
    Onuncu şübhə: Qurani-kərim Peyğəmbəri (s) məzəmmət edir. Onun (s) bəzi şəxslərə müharibədə iştirak etməmək icazəsi verməsi ilə əlaqədar buyurur:
    "Allah səni əfv etsin, nə üçün onlara icazə verdin?!” (Əhzab” surəsi, ayə:37 )
    Həyat yoldaşlarından bəzisini razılığını cəlb etmək məqsədi ilə bəzi halal işləri özünə haram etməsi barəsində isə buyurur:
    "Ey Peyğəmbər! Nə üçün Allahın sənə halal etdiyi şeyləri haram edir və bununla da zövcələrinin razılığını qazanmaq istəyirsən?!” ("Tövbə” surəsi, ayə:43 )
    Bu cür tənə və məzəmmətlər o Həzrətin (s) ismət məqamı ilə necə uyuğun gələ bilər?
    Cavab budur ki, bu cür xitablar həqiqətdə məzəmmət formasında olan mədh və tərifdən ibarətdir. Bu da Peyğəmbərin (s) (nəuzubillah) Allahın hökmünü dəyişdirib halalı camaata haram etmiş olmasını deyil, onun son dərəcə mehribançılıq və ürəyiyananlığına dəlalət edir. Belə ki, o, hətta münafiqləri və qəlbləri xəstə olanları belə ümidsiz etməyir, onların sirlərinin üstünü açmır, zövcələrinin razılığını öz istəklərindən qabağa salır, and içmək vasitəsilə mübah işi özünə haram edir.
    Həqiqətdə bu ayələr bir baxımdan o Həzrətin (s) kafirlərin hidayəti üçün son dərəcə səy göstərib ürəyiyananlıq etməsini göstərən ayələrə bənzəyir. Belə ki, buyurulur:
    "Onların iman gətirmədikləri üçün bəlkə özünü həlak edəcəksən?!” ("Təhrim” surəsi, ayə:1 )
    Yaxud Mütəal Allaha ibadət etmək üçün özünü həddindən artıq əzab-əziyyətə salmasını göstərən ayələr:
    "Biz Quranı sənə nazil etmədik ki, məşəqqətə düşəsən.” ("Şüəra” surəsi, ayə:3 )
    Hər bir halda bu kimi ayələrin o Həzrətin ismət məqamı ilə heç ziddiyyəti yoxdur.
    SUALLAR
    1.Məsum şəxs başqalarına nisbətən hansı ixtiyari imtiyazlara malikdir? İlahi ismətə istinad verilən bir iş hansı mükafata layiqdir?
    2.Nə üçün Allah peyğəmbərləri və övliyaları özlərini günahkar hesab edərək Allah dərgahında yalvarıb istiğfar edirdilər?
    3.Şeytanın peyğəmbərlərdə təsərrüf etməsi onların ismət məqamı ilə necə uyğun gəlir?
    4.Qurani-kərimdə həzrət Adəmə (ə) nisbət verilən üsyankarlıq və unutqanlıq onun isməti ilə necə düz gəlir?
    5.Əgər bütün peyğəmbərlər məsumdurlarsa, onda nə üçün həzrət İbrahim (ə) və həzrət Yusif (ə) yalan danışdılar?
    6.Həzrət Musanın (ə) isməti ilə əlaqədar şübhə və onun cavabını bəyan edin.
    7.Əgər vəhy idrakında heç bir xətaya yol yoxdursa, nə üçün Mütəal Allah Peyğəmbəri-Əkrəmi (s) risaləti barəsindəki şəkk və tərəddüddən təkrar çəkindirir?
    8.Fəth surəsində islam Peyğəmbərinə (s) günah nisbət verilməsi o Həzrətin ismət məqamı ilə necə uyğun gəlir?
    9.Zeydin hadisəsi ilə əlaqədar şübhəni cavabı ilə birlikdə bəyan edin.
    10.Peyğəmbərin (s) məzəmmət edilməsi ilə əlaqədar şübhə hansıdır? Onun cavabı nədir?
    Category: Əqidə üsullarının təlimi 1 | Added by: Islam_Kitabxanasi
    Views: 751 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024