İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 1

    Əqidə üsullarının təlimi 1
    2012-01-19, 7:13 PM
    İYİRMİ YEDDİNCİ DƏRS
    MÖCÜZƏ
    –Nübüvvətin isbatolunma yolları
    –Möcüzənin tərifi
    –Xariqüladə işlər
    –İlahi xariqüladələr
    –Peyğəmbərlərin möcüzələrinin xüsusiyyətləri
    NÜBÜVVƏTİN İSBATOLUNMA YOLLARI
    Nübüvvət bölməsinin üçüncü əsas məsələsi başqaları üçün Həqiqi peyğəmbərlərin iddiasının doğruluğunu və yalançı iddiaçıların yalanını isbat etməkdən ibarətdir?
    Əgər insan günaha və əql tərəfindən çirkinliyi dərk edilən işlərə mürtəkib olsa, artıq ona etimad edilməyəcəkdir. İsmət şərtini əldə əsas tutmaqla bir kəsin iddiasının yalan olduğunu isbat etmək olar. Xüsusilə, əgər o, insanları əql və fitrət ilə müxalif olan işlərə dəvət etsə, yaxud sözlərində ziddiyyət aşkar olunsa onun sözünün yalan olması daha tez aşkar edilər.
    Digər tərəfdən də hər hansı şəxsin keçmişi pak-pakizə ola bilər və onunla şəxsi-qərəzi olmayanlar onun düzdanışan olmasını hər an təsdiq edib bu barədə xatircəm ola bilərlər. Xüsusilə, əgər əql də onun dəvətinin möhtəvasının düzgünlüyünə şahidlik etsə. Bir şəxsin peyğəmbərliyi digər bir peyğəmbərin əvvəlcədən xəbər verib onu təqdim etməsi və həqiqət axtaran şəxslər üçün heç bir şəkk-şübhəyə yer qalmadığı qədər sübuta yetməsi də mümkündür. Amma əgər camaat üçün yəqinlik və xatircəmlik gətirən əlamətlər olmasa, digər peyğəmbərlərdən bu barədə heç bir xəbər gəlib çatmasa, təbiidir ki, nübüvvətin isbat olunması üçün digər bir yola ehtiyac duyulacaqdır. Mütəal Allah da Özünün hikmətinə uyğun olaraq bu barədə çıxış yolu açaraq peyğəmbərlərə "ayələr” adlandırdığı möcüzələr vermişdir ki, onların iddiasının doğruluğu sübut olunsun.("Taha” surəsi, ayə:1 )
    Deməli, həqiqi peyğəmbərlərin iddiasının doğruluğu üç yolla isbat oluna bilər:
    1.Xatircəmlik gətirən əlamət və şahidlər yolu ilə. Məsələn, onun həyatı boyu düzlüyü, doğruçuluğu, yolundan azmaması, həmişə haqq yolda və ədalətli olması məlum olsun. Amma bu yol o peyğəmbərlərin barəsində doğrudur ki, insanların arasında uzun illər yaşamış və onların arasında xoş rəftarı ilə məşhur olmuşdur. Amma bir peyğəmbər cavan yaşlarında, xalqın onun şəxsiyyət və rəftarını tanımazdan öncə peyğəmbərliyə çatsa, bu yolla onun iddiasının doğruluğunu isbat etmək olmaz.
    2.Əvvəlki, yaxud onunla müasir olan peyğəmbərlərin təqdim etməsi ilə. Bu yol da o insanlara məxsusdur ki, özündən əvvəlki digər peyğəmbəri tanımış olsun. Bundan əlavə, onun verdiyi xəbər və təsdiqlədiyi şəxs barədə əldə məlumat olsun. Təbiidir ki, bu yol ilk peyğəmbər barəsində mövcud olmayacaqdır.
    3.Möcüzə göstərməklə.* Bu mövzu yüksək səviyyəli, geniş olduğundan onu daha artıq izah edirik.
    MÖCÜZƏNİN TƏRİFİ
    Möcüzə Allahın iradəsi ilə nübüvvət iddiası edən şəxsdə baş verən və onun iddiasının doğruluq əlaməti olan xariqüladə işlərə deyilir. Göründüyü kimi, bu tərif üç məsələni əhatə edir:
    a) Müəyyən xariqüladə hadisələr və varlıqlar vardır ki, adi səbəb və amillər vasitəsilə vücuda gəlmir.
    b) Bu xariqüladə işlərdən bəziləri Allahın iradəsi və Onun xüsusi izni ilə peyğəmbərlər vasitəsilə zahir olur.
    v) Belə xariqüladə bir iş peyğəmbərin iddiasının doğruluq əlaməti ola bilər və bu halda o möcüzə adlandırılır.
    İndi yuxarıda qeyd olunan üç məsələ ilə əlaqədar əlavə izah veririk.
    XARİQÜLADƏ İŞLƏR
    Bu dünyada baş verən hadisələr əksər hallarda müxtəlif sınaqlar və təcrübələrlə, məlumat əldə ediləcəyi mümkün olan səbəb və amillərlə baş verir. Fiziki, kimyəvi, psixoloji və s. kimi hadisələrin əksəriyyəti buna misal ola bilər. Amma nadir hallarda bu hadisələrdən bir qrupu digər bir yolla baş verir və onların səbəb və amillərinin hamısını hissi və təcrübi sınaqlar vasitəsilə tanımaq olmaz. Müəyyən şahidlər bu cür hadisələrin baş verməsində başqa amillərin təsirli olduğunu göstərir. Belə ki, murtazların (yoqların) gördükləri heyrətli işlər buna misal ola bilər. Müxtəlif elm sahələrində mütəxəssis olanlar bu işlərin maddi və təcrübi elm qanunları əsasında baş vermədiyini təsdiq edirlər. Bu işlər xariqüladə işlər adlandırılır.
    İLAHİ XARİQÜLADƏ İŞLƏR
    Xariqüladə işləri iki ümumi bölmədə təsnif etmək olar: Onlardan birincisinin adi səbəb və amillərə malik olmamağına baxmayaraq onların qeyri-adi səbəbləri müəyyən qədər bəşərin ixtiyarındadır və xüsusi təlimlər və məşqlərlə onları əldə edə bilər. Murtazların işləri bunlara misal ola bilər. Digər bir qismi isə elə xariqüladə işlərdir ki, onlar yalnız Allahın xüsusi izni ilə həyata keçə bilər, onların ixtiyarı da Allahla əlaqəsi olmayan insanlara həvalə edilmir. Buna görə də belə işlər iki əsas xüsusiyyətə malikdir:
    1.Bu kimi işlər öyrənməli və öyrədilməli deyildir. 2.Daha güclü qüvvələrin təsirinə məruz qalmır və başqa amillər tərəfindən məğlub edilmir.
    Bu cür xariqüladə işlər Allahın seçilmiş və heç vaxt yollarını azmayan və həvayi-nəfsə uymayan bəndələrinə məxsusdur. Lakin təkcə peyğəmbərlərə də məxsus deyil. Bəzən başqa ilahi övliyalar da onlardan istifadə edirlər. Buna görə də kəlam istilahında onların hamısını möcüzə adlandırmırlar. Adətən peyğəmbərlərdən başqaları tərəfindən həyata keçən bu cür görünən işləri kəramət adlandırırlar. Eləcə də qeyri-adi ilahi elmlər də nübüvvət vəhyi ilə xülasələnmir. Bəzən belə elmlər başqalarına da verilir. Bunlar ilham, təhdis və s. adlanır.
    Eləcə də ilahi və qeyri-ilahi olan iki xariqüladə işin ayırd edilməsi də məlum olur. Yəni əgər xariqüladə işin görülməsi öyrənib-öyrədilmək xüsusiyyətinə malik olsa, yaxud başqa bir fail onun qarşısını ala bilsə, yaxud davam etməsini dayandırıb onun təsirini aradan qaldırsa, o zaman bu, ilahi xariqüladə iş sayılmayacaqdır. Bu kimi hallarda şəxsin əqidə və əxlaq pozğunluğunu, şəxsi mənafe güdməsini onun Allahla əlaqədə olmamasının, işlərinin nəfsani və şeytani olması kimi başa düşmək olar.
    Burada digər bir məsələni də qeyd etmək yerinə düşərdi. İlahi xariqüladə işlərin failini Allah olduğunu (bütün məxluqata, o cümlədən adi hadisə və varlıqlara qarşı failiyyətindən əlavə) hesab etmək olar. Çünki onların vücuda gəlməsi Allahın xüsusi izn və icazəsinə bağlıdır.(Ayət kəlməsi müxtəlif varlıqlarda (istər adi olsun, istərsə də qeyri-adi) müxtəlif mənalarda işlənir. İlahi hikmət, qüdrət və elm nişanələri də buna misaldır.) Onları mələk və peyğəmbərlərə də aid etmək olar. Çünki onlar vasitə, yaxud yaxın fail ünvanına malikdirlər. Qurani-kərim ölülərin dirildilməsini, xəstələrə şəfa verilməsini, quş xəlq edilməsini həzrət İsaya (ə) verilən möcüzə olduğunu bildirmişdir.("Rəd” surəsi, ayə:37, "Ğafir” surəsi, ayə:78 ) Bu iki nisbət arasında heç bir təzad yoxdur. Çünki bəndələrin failiyyətinin arxasında Allahın failiyyəti durur.
    PEYĞƏMBƏRLƏRİN MÖCÜZƏLƏRİNİN XÜSUSİYYƏTLƏRİ
    Möcüzənin tərifində qeyd olunan üçüncü mətləb bundan ibarətdir ki, peyğəmbərlərin möcüzələri onların öz iddialarında doğru olmaqlarının nişanəsidir. Buna görə də xariqüladə bir iş kəlam terminində möcüzə adlandırılan zaman Allahın xüsusi izninə istinad verilməkdən əlavə, peyğəmbərin peyğəmbərliyinin dəlili kimi qeyd olunur. Əgər bu məsələ ümumi götürülsə, imamət iddiasında olan şəxsin də iddiasının doğruluğuna dəlil olacaqdır. Beləliklə də, kəramət istilahı Allah övliyalarından baş verən digər ilahi xariqüladə işlərə aid olacaqdır. Bu da murtazların (yoqların) əməlləri, sehr və kahinlik kimi şeytani və nəfsani qüvvələrə istinad edilən xariqüladə işlərin müqabilində durur. Bu kimi əməllər həm öyrənib-öyrədilməyə qabildir, həm də daha güclü qüvvə tərəfindən məğlub edilir. Adətən, onların ilahi olmamasını bu işləri göstərənlərin əqidə və əxlaqlarının fasid olması ilə bilmək olar.
    Digər bir məsələ budur ki, peyğəmbərlərin möcüzələri onların nübüvvət iddialarının doğruluğunu birbaşa isbat edir. Amma risalət məzmununun doğruluğu, onların möcüzədən qeyri yollarla təbliğ etdikləri fərmanlara itaət etmək zərurəti isə başqa yollarla sübut olunur. Başqa sözlə desək, əqli dəlillə peyğəmbərlərin nübüvvəti, nəqli dəlillərlə isə onların risalətinin möhtəvası isbat olunur.("Ali-İmran” surəsi, ayə:49, "Maidə” surəsi, ayə:100 )
    SUALLAR
    1.Həqiqi peyğəmbərləri hansı yollarla tanımaq olar? Bu yollar arasında fərq varmı?
    2.Yalançı iddiaçıların yalanlarının əlaməti nədir?
    3.Möcüzənin tərifini deyin.
    4.Xariqüladə işlər hansılardır?
    5.İlahi və qeyri-ilahi xariqüladə işlər arasındakı fərq nədir?
    6.İlahi xariqüladə işləri hansı yollarla tanımaq olar?
    7.İlahi xariqüladə işlər arasında peyğəmbərlərin möcüzələrinin xüsusiyyətləri hansılardır?
    8.Möcüzə və kəramət istilahlarını bəyan edin.
    9.Möcüzə Allahın işidir, yoxsa peyğəmbərin?
    10.Möcüzə peyğəmbərliyin öz dəlilidir, yoxsa peyğəmbərin gətirdiyi dinin mövzusunun həqiqətini isbat edir?
    Category: Əqidə üsullarının təlimi 1 | Added by: Islam_Kitabxanasi
    Views: 599 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024