İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 1

    Əqidə üsullarının təlimi 1
    2012-01-19, 7:12 PM
    İYİRİMİ SƏKKİZİNCİ DƏRS
    BİR NEÇƏ ŞÜBHƏNİN HƏLLİ
    –Möcüzə səbəb-nəticə qanununu pozmurmu?
    –Xariqüladə iş ilahi qanunların dəyişilməsi demək deyilmi?
    –İslam Peyğəmbəri (s) möcüzə göstərməkdən niyə imtina edirdi?
    –Möcüzələr əqli dəlildir, yoxsa qənaətedici bir dəlil?
    BİR NEÇƏ ŞÜBHƏNİN HƏLLİ
    Möcüzə ilə əlaqədar müəyyən şübhələr irəli gəlir ki, onları qeyd edərək bu barədə izahat veririk:
    Birinci şübhə. Hər bir maddi varlığın xüsusi bir səbəbi vardır. Bunu elmi təcrübələrin köməyi ilə müəyyən etmək olar. Sınaq və təcrübə vasitələrinin nöqsanlı olmasına görə hər hansı bir hadisə və varlığın səbəbinin naməlum qalmasını həmin varlıqlar üçün adi səbəbin mövcud olmamasına bir dəlil kimi göstərmək olmaz. Deməli, xariqüladə işləri yalnız bu ünvanla qəbul etmək olar ki, onlar naməlum səbəb və amillərdən irəli gəlmişlər. Ən çoxu budur ki, onların səbəblərinin məlum olmadığı bir dövrdə bu səbəblərdən agahlığı möcüzəli bir iş hesab etmək olar. Amma elmi sınaqlar vasitəsilə tanınmağa qabil olan səbəblərin inkar olunması səbəb-nəticə prinsipinin pozulmasına gətirib çıxartdığından rədd edilir.
    Bunun cavabı budur ki, səbəb-nəticə prinsipi heç vaxt hər bir asılı varlıq və məlul üçün yalnız bir illətin sübut olunmasını tələb etmir. Amma hər bir illətin də hökmən təcrübi vasitələr ilə tanınmasının zəruri olması heç də illiyyət prinsipinin tələbi deyildir və bu məsələ ilə əlaqədar heç bir dəlil gətirmək olmaz. Çünki elmi təcrübə və sınaqların həddi təbii işlərlə məhdudlaşır və heç vaxt təbiətin fövqündə dayanan varlığın olub-olmamasına təcrübə vasitələri ilə sübuta yetirmək olmaz.
    Amma möcüzənin tanınmaz səbəblərdən agah olmaq kimi təfsir olunması düzgün deyildir. Çünki əgər bu agahlıq adi səbəblər vasitəsilə əldə olunarsa, digər adi hadisələrlə heç bir fərqi olmayacaqdır və onu xariqüladə iş hesab etmək olmaz. Əgər qeyd olunan agahlıq qeyri-adi surətdə baş vermiş olsa, xariqüladə bir iş olacaq, Mütəal Allahın xüsusi izninə istinad verilsə və nübüvvətin doğruluğuna dəlil gətirilsə, möcüzənin (elmi möcüzənin) qismlərindən biri olacaqdır. Həzrət İsanın (ə) camaatın evlərində nə yeməsi və nəyi ehtiyat saxlaması ilə bağlı agahlığı o Həzrətin möcüzələrindən biri hesab olunurdu.(Bu kitabın 21-ci dərsinə müraciət edə bilərsiniz. ) Lakin möcüzəni həmin qism ilə sona çatdığını da demək olmaz.
    Nəhayət "səbəb-nəticə prinsipi ilə əlaqədar bu hadisə ilə digər xariqüladə işlər arasındakı fərq nədən ibarətdir?” sualı qalır.
    İkinci şübhə: Allahın əbədi qanunu bu əsasda olmuşdur ki, hər bir varlığı xüsusi illət vasitəsilə vücuda gətirsin. Qurani-kərimin ayələrinə görə, Allahın qayda-qanununda heç bir dəyişiklik baş verməz.("Ali-İmran” surəsi, ayə:49 ) Buna əsasən ilahi qanunlarda dəyişiklik hesab olunan xariqüladə işlər (adətin pozulması) belə ayələrin vasitəsilə inkar olunur.
    Bu şübhə eynilə əvvəlki şübhəyə oxşayır. Fərq bundan ibarətdir ki, orada sırf əqli dəlil gətirilirdi, burada isə Quran ayələrinə istinad edilir. Cavabı da budur ki, varlıqların səbəb və illətlərinin yalnız adi səbəb və illətlər vasitəsilə məhdudlanmasını Allahın dəyişməz qayda-qanunlarından hesab etmək dəlilsiz bir sözdür və eynilə bir şəxsin "hərarətin səbəbi yalnız odla məhdudlaşır” - deyə iddia edərək ilahi qayda-qanunlarda dəyişiklik olmamasını deməyə bənzəyir! Belə iddialar qarşısında demək olar ki, müxtəlif nəticələr üçün səbəblər çoxluğunun mövcud olması, qeyri-adi səbəblərin adi səbəblərin yerinə keçməsi dünyada həmişə mövcud olan bir işdir və buna görə də onu ilahi qanunlardan, səbəblərin yalnız adi səbəblərdə çərçivələnməsi onda dəyişiklik hesab olunmalıdır ki, bu da Quran ayələrində inkar edilmişdir. Hər bir halda ilahi qanunlarda dəyişikliyin inkar olunmasına dəlalət edən ayələrin adi səbəblərin başqa şeylə əvəz oluna bilməməsini dəyişiklik qəbul etməyən qanunlardan biri kimi hesab olunması əsassızdır. Əksinə, çoxlu Quran ayələri möcüzələrin və xariqüladə işlərin baş verməsinə dəlalət edir və bu məsələni düzgün olmamasına möhkəm bir dəlildir. Yuxarıdakı ayələrin düzgün şərhini təfsir kitablarında axtarmaq lazımdır. Burada qısa şəkildə qeyd edirik ki, bu qəbildən olan şərif ayələr illətlərin çoxluğunu, qeyri-adi illətlərin adi illətlərin yerinə keçməsini inkar deyil, məlulun illətdən kənara çıxmasını inkar etməyə nəzər yetirir. Hətta, bəlkə də demək olar ki, bu ayələrdən dəqiq məlum olan şey qeyri-adi illət və səbəblərin təsiridir.
    Üçüncü şübhə. Qurani-kərimdə qeyd olunur ki, camaat təkrar olaraq Peyğəmbərdən (s) möcüzə və xariqüladə iş göstərməsini tələb edirdi və o Həzrət belə istəkləri yerinə yetirməkdən imtina edirdi.("İsra” surəsi, ayə:77, "Əhzab” surəsi, ayə:62, "Fatir” surəsi, ayə:43, "Fəth” surəsi, ayə:23 )Əgər möcüzənin gətirilməsi nübüvvətin isbatolunma yoludursa, islam Peyğəmbəri (s) bu yoldan niyə istifadə etmirdi?
    Cavabı budur ki, bu cür ayələr o Həzrətin nübüvvətinin hər üç yolla (doğru əlamətlər, əvvəlki peyğəmbərlərin xəbərləri, möcüzə təqdim edilməsi ilə) isbat edildikdən və höccət tamam olunduqdan sonra inadkarlıq, yaxud başqa qərəzli məqsədlərlə möcüzə tələbetmə istəyi ilə əlaqədardır və ilahi hikmət də belə istəklərin yerinə yetirilməsini tələb etmirdi.("Ənam” surəsi, ayə:37, 109, "Yunis” surəsi, ayə:21, "Rəd” surəsi, ayə:7, "Ənbiya” surəsi, ayə:5)
    İzah: Möcüzə göstərilməsində əsas hədəf camaatın peyğəmbərlərin dəvətini qəbul etməsi, onların qarşısında məcburi olaraq təslim olub itaətə vadar olması, eləcə də adi səbəblər əsasında cərəyan edən sistemləri bir-birinə qarışdırmaq, yaxud müəyyən əyləncə məqsədilə deyil, Allah Peyğəmbərini tanıtmaq və xalqa höccəti tamamlayaraq bəhanə yeri qoymamaq məqsədi güdürdü. Belə ki, möcüzə bu dünyaya hakim olan sistemlərdə istisna bir iş olub, bəzən camaatın istəklərini yerinə yetirmək üçün, (məsələn Salehin dəvəsində olduğu kimi) və bəzən də ibtidaən (həzrət İsanın möcüzələri kimi) baş verirdi. Belə bir hədəf də hər növ istəyə müsbət cavab verilməsini tələb etmir, əksinə, onlardan bəzilərinin qəbul edilməsi hikmətin əksinə və məqsədin ziddinədir. Məsələn, düz yolu camaatın üzünə bağlamaq, onları peyğəmbərlərin dəvətini qəbul etmək üçün təzyiqə məruz qoymaq, yaxud inadkarlıq üzündən olan, yaxud da həqiqəti axtarmaqdan başqa məqsədlərlə möcüzə istənilməsi bunlara misal ola bilər. Çünki bir tərəfdən bu kimi hallarda möcüzənin gətirilməsi bunu oyun-oyuncağa çevirir və camaat əylənmək üçün ona tamaşa edir, yaxud şəxsi mənafeni təmin etmək üçün peyğəmbərlərin ətrafına yığışırdılar. Digər tərəfdən imtahan, sınaq və azad seçki yolları bağlanırdı. Camaat ikrah üzündən təzyiq amillərinin təsirinə düşərək peyğəmbərlərə itaətçiliyi qəbul edərdilər. Bunların hər ikisi hikmətin və möcüzənin göstərilməsindəki hədəfin əksinə idi. Amma bundan başqa hallarda, eləcə də Allahın hikmətinin tələb etdiyi yerlərdə camaatın istəkləri qəbul olunurdu. Məsələn, Peyğəmbəri-Əkrəmdən (s) görünən çoxlu möcüzələrin əksəriyyəti mütəvatir nəql əsasında sübuta yetmişdir. Onların da başında həzrətin əbədi möcüzəsi olan Qurani-kərimdir ki, sonradan bu barədə izahat veriləcəkdir.
    Dördünçü şübhə. Möcüzə xüsusi ilahi iznə bağlı olduğundan Mütəal Allah ilə möcüzə gətirən şəxs arasında özəl rabitə olduğunu, ona xüsusi izn verildiyini göstərir. Başqa sözlə desək, Allah Öz işini onun əli ilə, yaxud onun iradəsinin vasitəsilə həyata keçirir. Amma belə rabitənin zəruri olması o demək deyil ki, Mütəal Allah ilə möcüzə gətirən şəxsin arasında vəhy göndərmək və almaq kimi digər bir rabitə də bərqərar olsun. Deməli, möcüzəni nübüvvətlik iddiasının doğruluğuna əqli bir dəlil hesab etmək olmaz. Ən çoxu bir növ zənni və qənaətləndirici dəlil hesab etmək olar.
    Cavab bundan ibarətdir ki, hətta ilahi olsa belə, xariqüladə işin öz-özlüyündə vəhy ilə əlaqəsi yoxdur. Buna görə də Allah övliyalarının kəramətini onların peyğəmbər olmasına dəlil hesab etmək olmaz. Lakin söhbət o kəslər haqqındadır ki, nübüvvət iddiası edir və möcüzəni öz iddiasının doğruluğuna bir nişanə kimi gətirir. Əgər belə bir şəxsin yalandan nübüvvət iddiası etdiyini, yəni ən ağır dünya və axirət fəsadına səbəb olan ən böyük və ən çirkin günaha mürtəkib olacağını fərz etsək("Ənam” surəsi, ayə:25, 124, "Taha” surəsi, ayə:133, "Saffat” surəsi, ayə:14, "Qəmər” surəsi, ayə:2, "Şüəra” surəsi, ayə:3-4, 197, "İsra” surəsi, ayə:59, "Rum” surəsi, ayə:58. ) onun heç vaxt Allah ilə belə bir əlaqə bərqərar etməyə ləyaqət və səlahiyyəti olmazdı. İlahi hikmət də ona möcüzə göstərmək qüdrətini verilməsini və nəticədə bəndələrin azğınlığa düşməsinə səbəb olmasını tələb etməzdi.(Ənam” surəsi, ayə:21, 93, 144, "Əraf” surəsi, ayə:37, "Yunis” surəsi, ayə:17, "Hud” surəsi, ayə:18, "Kəhf” surəsi, ayə:15, "Ənkəbut” surəsi, ayə:68, "Şura” surəsi, ayə:24 )
    Bir sözlə, əql aydın şəkildə başa düşür ki, o kəsin Allahla xüsusi rabitə qurub möcüzə göstərməyə qüdrəti ola bilər ki, öz mövlasına xəyanət etməsin, Onun bəndələrinin əbədi azğınlığa və bədbəxtçiliyə düçar olmasına səbəb olmasın.
    Deməli, möcüzəni gətirmək nübüvvət iddiasının düzgünlüyünə qəti əqli dəlil olacaqdır.
    SUALLAR
    1.Səbəb-nəticə qanununun məzmunu nədir? O nəyi gərəkli edir?
    2.Səbəb-nəticə qanununun qəbul edilməsinin möcüzəni qəbul etməklə niyə ziddiyyəti yoxdur?
    3.Möcüzənin naməlum səbəblərdən agahlıq kimi təfsir edilməsi niyə səhih deyildir?
    4.Möcüzəni qəbul etmək ilahi qayda-qanunların dəyişikliyə məruz qalmaması ilə ziddirmi? Niyə?
    5.Peyğəmbərlər bədahətən möcüzə gətirirdilər, yoxsa, bu işi camaatın istəyi ilə görürdülər?
    6.Nəyə görə peyğəmbərlər hər möcüzə istəyənin istəyinə cavab vermirdilər?
    7.Möcüzənin yalnız qane edən bir dəlil olmadığını, əksinə, nübüvvət iddiasının doğruluğuna əqli bir dəlil olmasını izah edin.
    Category: Əqidə üsullarının təlimi 1 | Added by: Islam_Kitabxanasi
    Views: 589 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024