İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidəmiz nədir? 10 dərs

    Əqidəmiz nədir? 10 dərs
    2012-02-19, 6:39 AM
    PEYĞƏMBƏRLƏRİN MÖCÜZƏLƏRİNDƏN NÜMUNƏ
    1 - Allah-taalanın peyğəmbəri həzrət İbrahim (əleyhissalam)-ın zamanında Nəmrud adlı yolunu azmış bir kafir var idi. Elə ki, İbrahimin (əleyhissalam) peyğəmbərlik və Allah-taala yoluna təbliğat iddiasını eşidir onu çağıtdırır və ondan Allah-taalanın qüdrəti barəsində sorğu-sual edir. İbrahim (əleyhissalam) deyir: Allah-taala həm dirildir, həm də öldürür. Nəmrud cavab verir: Mən də həm dirildir və həm də öldürürəm. Bu mənada ki, ölüm hökmü oxunmuş bir şəxsi əfv edirəm və onu ölümdən azad edib diri saxlayıram. Amma, sağ insana da ölüm hökmü verib onu öldürürəm. Bu sözün müqabilində necə ki, Quranda nəql olunur, İbrahimlə (əleyhissalam) əhvalat belə olur:
    أَلَمْ تَرَ إِلَى الَّذِي حَآجَّ إِبْرَاهِيمَ فِي رِبِّهِ أَنْ آتَاهُ اللّهُ الْمُلْكَ إِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّيَ الَّذِي يُحْيِـي وَيُمِيتُ قَالَ أَنَا أُحْيِـي وَأُمِيتُ قَالَ إِبْرَاهِيمُ فَإِنَّ اللّهَ يَأْتِي بِالشَّمْسِ مِنَ الْمَشْرِقِ فَأْتِ بِهَا مِنَ الْمَغْرِبِ فَبُهِتَ الَّذِي كَفَرَ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
    "(Ya Rəsulum!) Allahın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi (Nəmrudu) görmədinmi? (Və ya əhvalatını bilmirsən?) İbrahim: "Mənim tanrım həm dirildir, həm də öldürür", - dediyi zaman, o (Nəmrud): "Mən də həm dirildir, həm də öldürürəm", - demişdi. İbrahim ona: "Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!" - dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah zülm edənləri düz yola yönəltməz!” (Bəqərə surəsi, 258-ci ayə. )
    İbrahimin (əleyhissalam) sözü önündə mat qalıb cavab tapa bilməyən Nəmrud qərara alır ki, onu öldürməklə intiqamını alsın. Necə ki, bütün zalim və ədalətsiz hakimlərin adəti belədir. Qərara alır ki, İbrahimi (ə) odda yandırsın. Bununla həm ürəyi soyusun, həm də əhalini İbrahimin təbliğ etdiyi Allah-taalaya iman gətirməkdən qorxutsun. Çoxlu odun yığdırıb od vurur. İbrahimi (əleyhissalam) oda atdırır. Amma Allah-taala Nəmrudun yandırdığı atəşi İbrahimə (əleyhissalam) soyuq etməklə ona ölümdən nicat verir. Quran bu barədə belə nəql edir:
    قُلْنَا يَا نَارُ كُونِي بَرْداً وَسَلَاماً عَلَى إِبْرَاهِيمَ
    "Biz də: "Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol! (Hətta soyuğun belə ona zərər yetirməsin!)" - deyə buyurduq.” (Ənbiya surəsi, 69-cu ayə.  )
    Beləliklə, İbrahimin (əleyhissalam) bu şəkildə atəşin içindən xilas olması onun peyğəmbərliyinə dəlalət edən möcüzə sayılır.
    2 – Allah-taala Öz peyğəmbəri həzrət Musa ibn İmranı (əleyhissalam) Öz risaləti ilə Firon və tayfasına peyğəmbər göndərib onları Allah-taalaya ibadət edib iman gətirməsinə dəvət etdikdə ona bir neçə möcüzə də verdi. O möcüzələrdən ən mühümlərindən biri Musanın (əleyhissalam) əsası idi. Belə ki, Musa (əleyhissalam) əsanı yerə atdıqda o böyük bir əjdahaya çevrilib ətrafdakıları qorxudur. Firon elə başa düşür ki, bu hadisə Allah-taala tərəfindən yox, bəlkə də Musanın (əleyhissalam) öz sehridir. Ona görə də Misirdə olan bütün sehirbazları cəm edir və onlara əmr edir ki, Musanın (əleyhissalam) müqabilində bütün sehr və cadularını işə salsınlar. Onlar da əllərində olan aldadıcı iplərini və cadularını işə salır və kəndirlərinə sehr oxuyub əhalinin gözü önündə yerə atırlar. Bu kəndirlər əhalinin gözü önündə ilan şəkilində görünür. Bu zaman Musa (əleyhissalam) da əsasını yerə atır və əsa böyük bir əjdahaya çevrilib bütün bu ipləri və əşyaları udur. Elə ki, sehrbazlar bunu görür anlayırlar ki, Musanın (əleyhissalam) bu işi sehr deyildir. Həqiqətən o, Allah-taala tərəfindən olan bir möcüzədir. Bununla da əhali və sehirbazların hamısı Musaya (əleyhissalam) inanır və Allah-taalaya iman gətirirlər. Quran bu hadisəni belə nəql edir:
    فَلَمَّا جَاء السَّحَرَةُ قَالُوا لِفِرْعَوْنَ أَئِنَّ لَنَا لَأَجْراً إِن كُنَّا نَحْنُ الْغَالِبِينَ (41) قَالَ نَعَمْ وَإِنَّكُمْ إِذاً لَّمِنَ الْمُقَرَّبِينَ (42) قَالَ لَهُم مُّوسَى أَلْقُوا مَا أَنتُم مُّلْقُونَ (43) فَأَلْقَوْا حِبَالَهُمْ وَعِصِيَّهُمْ وَقَالُوا بِعِزَّةِ فِرْعَوْنَ إِنَّا لَنَحْنُ الْغَالِبُونَ (44) فَأَلْقَى مُوسَى عَصَاهُ فَإِذَا هِيَ تَلْقَفُ مَا يَأْفِكُونَ (45) فَأُلْقِيَ السَّحَرَةُ سَاجِدِينَ (46) قَالُوا آمَنَّا بِرَبِّ الْعَالَمِينَ
    "Sehrbazlar gələn kimi Firona dedilər: "Əgər biz (Musaya) qalib gəlsək, yəqin ki, bizə bir muzd (mükafat) veriləcək, elə deyilmi?" 42. (Firon) dedi: "Bəli! Və üstəlik siz (mənə) yaxın adamlar olacaqsınız!" 43. Musa onlara dedi: "(Sehr alətlərinizdən yerə) nə atacaqsınız, atın!" 44. Onlar iplərini və əsalarını yerə atıb: "Fironun şan-şövkətinə (qüdrətinə) and olsun ki, biz üstün gələcəyik!" - dedilər. 45. Bundan sonra Musa da əsasını (yerə) atdı. (Əsa) dərhal (bir əjdaha olub) onların hoqqabazlıqla düzəltdiyi şeyləri uddu. 46. Sehrbazlar (bunu görən kimi) səcdəyə qapandılar. 47. Və dedilər: "Biz iman gətirdik aləmlərin Rəbbinə! "(Şüara surəsi, 41-47-ci ayələr.  )
    3 – Allah-taala həzrət İsa (əleyhissalam)-ı peyğəmbər göndərdikdə o həzrətə İncil kitabını da vermişdir. Bundan əlavə İsa (əleyhissalam)-a bir sıra möcüzələrdə verilmişdi. Onlardan biri budur ki, əlacsız xəstələri, anadangəlmə korları, karları, müxtəlif əlacsız dəri xəstəliklərini sağaldır, ən başlıcası ölüləri dirildirdi. Həmçinin, palçıqdan müxtəlif heyvanların cüssəsinin şəkilini düzəldib onlara üfürməklə Allah-taalanın izni ilə onlara can verirdi. Allah-taalanın izni ilə əhalinin evlərində nə və harda saxladıqlarını, nə etdiklərini qeybdən dəqiqliklə deyirdi.
    Allah-taala Quranda bu hadisəni belə nəql edir:
    وَرَسُولاً إِلَى بَنِي إِسْرَائِيلَ أَنِّي قَدْ جِئْتُكُم بِآيَةٍ مِّن رَّبِّكُمْ أَنِّي أَخْلُقُ لَكُم مِّنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَأَنفُخُ فِيهِ فَيَكُونُ طَيْراً بِإِذْنِ اللّهِ وَأُبْرِئُ الأكْمَهَ والأَبْرَصَ وَأُحْيِـي الْمَوْتَى بِإِذْنِ اللّهِ وَأُنَبِّئُكُم بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِي بُيُوتِكُمْ إِنَّ فِي ذَلِكَ لآيَةً لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ
    "Və onu İsrail övladına peyğəmbər göndərəcək. (İsa onlara deyəcək:) "Mən, həqiqətən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzlədib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda bir dəlil vardır.” (Ali-İmran surəsi, 49-cu ayə. )
    DÖRDÜNCÜ DƏRS
    HƏZRƏT MÜHƏMMƏD PEYĞƏMBƏRİN (səlləllahu ələyhi və alehi və səlləm) MÖCÜZƏSİ
    İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alehi və səlləm) insanları islam dininə dəvət etməsi bir sıra möcüzələrlə birgə olub. Onlardan bəzilərinə işarə edirik:
    1 – İslam Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) insanları İslama dəvət edir və risalət vəzifəsini öhdəsinə alır. Müşriklər gördülər ki, Peyğəmbər (səlləllahu ələyhi və alehi və səlləm) öz iddiasına israr edir və əshabı islamın yayılması və tövhid əqidəsini dəvətdən ötrü hər çətinliyə sinə gəlirlər. Müşriklərin bütlərə ibadət etmələri, şirk qoşmaları və Peyğəmbər (səlləllahu ələyhi və alehi və səlləm) və əshabına əziyyət vermələrinə baxmayaraq islam Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) və əshabı öz təbliğ yollarında möhkəm dayanmışdılar. Müşriklər qərara gəlirlər ki, islam Peyğəmbərini (sələllahi əleyhi və alehi və səlləm), əshabını, əmisi Əbi Talibi, bəni Haşim övladlarını və bəni Əbdülmüttəlib övladlarını iqtisadi və ictimai cəhətdən sıxıntıda saxlamaqdan ötrü onları mühasirə şəraitində Şöb əbi Talib adlı xüsusi bir yerdə saxlayırlar. İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alehi və səlləm) peyğəmbər elan olunmasından altı il sonra bu qərara gəlirlər. Qureyş tayfasının böyükləri öz aralarında belə bir zalimanə əhd bağlayırlar ki, bu gündən sonra heç kim bəni haşim tayfası Məhəmmədi (səlləllahu ələyhi və alehi və səlləm) onlara öldürmək üçün təhvil verməyincə heç kimin ixtiyarı yoxdur ki, onlarla nə ticarət etsin, nə qız alsın və nə də qız versin. Yazdıqdan sonra qureyşin səkkiz nəfər böyük şəxsiyyətlərindən bu kağıza möhür də vururlar. Bütün bunları mənsur ibni Əkrəmənin əli ilə yazırlar. (Allah onun əlini şil eləsin!)
    Əhdnaməni yazdıqdan sonra besətin yeddinci ilində məhərrəm ayında Kəbə evinin divarından asırlar. Lövhə üç il Kəbənin divarından asılı qalır. Bu üç il mühasirə müddətində Peyğəmbər (səlləllahu ələyhi və alehi və səlləm) bəni Haşim və səhabələr çox şiddətlə əziyyət çəkirlər. Peyğəmbər (səlləllahu ələyhi və alehi və səlləm), Əbu Talib və Xədicə bütün mal-dövlətlərini bu müddətdə xərc edirlər. Onlar gizlin şəkildə ikiqat qiymətinə çətinliklə də olsa qida məhsulları alıb müsəlmanlara çatdırırdılar. Bununla mühasirədə olanlar acından ölmürlər.
    Bu arada həzrət Cəbrail (əleyhissalam) Peyğəmbərə (əleyhissalam) nazil olur. Xəbər verir ki, Allah-taala qarışqa göndərir ki, Kəbədən asılan o əhdnaməni yesin. Təkcə, Allah adı olan qismət toxunulmamış qalır. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) bu xəbəri əmisi Əbu Talibə çatdırır.
    Əbu Talib qureyşi cəm edib onları qorxudaraq belə deyir: Gedin yazdığınız o əhdnamıni gətirin! Bəlkə ona baxıb bizi mühasirədən çıxarasınız və öz qohum əqrabalarınızla silə-rəhm edib bu qəhətiçiliyi kəsəsiniz! Əhdnaməni gətirirlər. Əbu Talib müraciət edir: Təsdiq edirsiniz ki, bu sizin əhdnamənizdir? Cavab verirlər: Bəli! Soruşur: Bu əhdnaməyə əliniz dəyibmi? Deyirlər: Xeyr!
    Əbu Talib cavab verir: Mühəmməd öz Allahından mənə xəbər verib ki, Allah-taala sizin yazdığınız əhdnaməni yeməkdən ötrü qarışqa yollayıb və Allah sözündən başqa orda nə varsa hamısını qarışqa yeyib. Deyin görüm əgər bu söz düzgün olsa nə edəcəksiniz? Cavab verirlər ki: Əgər belə olsa biz sizə qarşı olan bu əməlimizdən əl çəkəcəyik. Əbu Talib cavab verir: Əgər bu söz yalan olsa Məhəmmədi sizə verəcəm onu öldürə bilərsiniz! Cavab verirlər: Nə yaxşı insaflı və gözəl söz danışdın? Əhdnaməni gətirirlər. Qarışqa, "Bismillah” kəlməsindən başqa bütün yazıları yemişdi. Belə olan halda onlar fəryad çəkirlər: Bu ancaq bir sehrdir! Bu vaxt əhalidən böyük bir dəstəsi Bəni Haşim tayfasının müdafiəsinə qalxır və onları bu düşdükləri vəziyyətdən xaric edirlər. Bundan sonra bəni Haşim həmən yerə qayıtmırlar.(Yəqubi-Tarixi. Cild-1.səh-32 ) Bu möcüzə səbəb olur ki, insanlardan bir dəstəsi İslama gəlsinlər.
    2. - İslam Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) Mədinə şəhərinə hicrət edir. Əbu Bəkr də o Həzrətlə bir yerdə Məkkədən Mədinəyə hərəkət edirlər. Qureyşdən bir dəstə atlı yollayırlar ki, Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) tutub Məkkəyə qaytarsınlar və öz nəzarətləri altında saxlasınlar. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) atlıları gördükdə Əbu Bəkrlə birlikdə Məkkə yaxınlığındakı Sur dağının mağarasına girirlər. Atlılar gəlib həmin mağaranın ağzanda Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) axtarmağa başlayırlar. Bu zaman Allah-taala bir hörümçək yollayır ki, mağaranın ağzana tor toxuyub üstündə otursun. Hörümçək ona ilham olunduğu kimi mağaranın ağzında tor qurub üstündə oturur. Atlılar mağaranın ağzında hörümçək toru görüb onun dağılmadığını müşahidə etdikdə fikirləşirlər ki, bu mağarada heç kim olmaz və mağaraya daxil olmurlar. Əgər mağaraya kimsə girsəydi sözsüz hörümçək toru dağılardı. Beləliklə atlılar məyus halda geri dönürlər.
    Başqa bir möcüzə də budur ki, Süraqət ibni Cuşəm Peyğəmbərin (səlləllahu ələyhi və alehi və səlləm) tutulmasına görə Müğeyrə tərəfindən qoyulmuş mükafatı almaqdan ötrü Məkkədən xaric olur və Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) gəzməyə başlayır. Qureyş bu işə görə yüz dəvə mükafat təyin etmişdi. Məkkə ilə Mədinə arasında məsafə 470 km-ə çatırdı. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Əbu Bəkrlə mağaradan çıxdıqdan sonra Mədinəyə tərəf hərəkətə gəlirlər. Bu zaman möhkəm silahlanmış Süraqə ilə üzbəüz olurlar. Bu halı görən İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Allaha belə dua edir: İlahi! Necə istəyirsənsə elə də Süraqənin şərrini məndən uzaqlaşdır. Elə bu zaman Süraqənin atının ayaqları axıra qədər quma batır. Suraqə fəryad çəkir: Ya Mühəmməd! Mən bilirəm ki, mənim atımın ayaqlarının batması sən tərəfdəndir. Allahdan istə atımın ayaqlarını çıxartsın. Canıma and olsun ki, məndən sizə xeyir gəlməsə də, şərr gəlməz!
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Allaha dua edir. Allah-taala atın ayaqlarını qumdan azad edir. Süraqə sözünün üstündə durmayıb təzədən Peyğəmbərə (səlləllahu əleyhi və alehi və səlləm) tərəf hücum etmək istəyir. Yenidən atının ayaqları axara qədər quma batır. Bu halət üç dəfə təkrar olur. Hər üç dəfədə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) dua edir at batır və təzədən dua edir at qumdan çıxır.
    Süraqə peşiman halda Məkkəyə gəlir və bu halı qureyşə xəbər verir. Lakin onun sözünü qəbul etmirlər. Xüsusilə Əbu Cəhl onu daha çox inkar edir. Süraqə isə onun cavabında bu məzmunda ərəbcə bir şer söyləyir:
    Ey əba Həkəm əgər özün orda olub şahid olsaydın,
    Atımın ayaqlarının yerə necə batmasını görsəydin,
    Özün bilərdin və şəkkin olmazdı ki, həqiqətən, Mühəmməd,
    Peyğəmbərdir, sübutu var, nəyə görə onu inkar edirsiniz?(Usul-Kafidən, cild-8, səh-263. Yəqubi-Tarixi, cild-2, səh-40. )
    Bu iki hadisə Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm) Məkkədən Mədinəyə hicrət etdiyi zaman baş vermiş hadisədir və o həzrətin Peyğəmbərliyinə dəlalət edən dəlillərdəndir.
    İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) bütün bu hadisələrdən ən mühüm möcüzəsi Qurani-kərim sayılır. Və bu möcüzə Qiyamətə qədər qalan möcüzədir.
    BEŞİNCİ DƏRS
    QURANİ-KƏRİM ƏBƏDİ MÖCÜZƏDİR
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) peyğəmbərlərin və Allah-elçilərinin sonuncusu olduğuna və İslamın sonuncu din kimi Allah-taala tərəfindən bəyan olunduğuna görə əbədi qalan bir möcüzəyə ehtiyac var idi. Bu möcüzə də Qurani-Kərim idi. O Quran ki, öz fəsahət və bəlağəti ilə bütün elmlərdən üstün idi. O, bütün əsrlərdə əbədi olacaq və möcüzə kimi qalacaq.
    QURANIN MÖCÜZƏLİYİNƏ İŞARƏLƏR
    1. BƏLAĞƏT CƏHƏTDƏN:
    Qurani-Kərim sözün bəlağət və fəsahət cəhətinə görə ən başda duran bir müqəddəs Kitabdır. Belə ki, hələ o vaxtkı ərəblər arasında ən yaxşı bəlağət və fəsahətə malik söz ustaları bu Kitabın müqabilində aciz qalmışlır. Bu səbəbdən Quran dəfələrlə insanları bu sahədə mübarizəyə çağırmış və Məkkə müşrikləri öz zəifliklərin etiraf etmişlər. Quranda bu haqda oxuyuruq:
    قُل لَّئِنِ اجْتَمَعَتِ الإِنسُ وَالْجِنُّ عَلَى أَن يَأْتُواْ بِمِثْلِ هَـذَا الْقُرْآنِ لاَ يَأْتُونَ بِمِثْلِهِ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيراً
    "(Ya Peyğəmbərim!) De: "Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər". (İsra surəsi, 88-ci ayə. )
    Bəzi yerdə Allah-taala quranın on surəsini gətirməklə mübarizəyə səsləyir. Buyurur:
    أَمْ يَقُولُونَ افْتَرَاهُ قُلْ فَأْتُواْ بِعَشْرِ سُوَرٍ مِّثْلِهِ مُفْتَرَيَاتٍ وَادْعُواْ مَنِ اسْتَطَعْتُم مِّن دُونِ اللّهِ إِن كُنتُمْ صَادِقِينَ (13) فَإِن لَّمْ يَسْتَجِيبُواْ لَكُمْ فَاعْلَمُواْ أَنَّمَا أُنزِلِ بِعِلْمِ اللّهِ وَأَن لاَّ إِلَـهَ إِلاَّ هُوَ فَهَلْ أَنتُم مُّسْلِمُونَ
    "Yoxsa (müşriklər): "Onu (Quranı) özündən uydurdu!" - deyirlər. (Onlara) de: "Əgər doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və (bu işdə) Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın. (13) Yox, əgər (köməyə çağırdıqlarınız) sizə cavab verməsələr, bilin ki, o ancaq Allahın elmi ilə nazil olmuşdur. Ondan başqa heç bir tanrı yoxdur! (Bütün bunlardan sonra) İslamı qəbul etməzmisiniz?” (Hud surəsi, 13-14-cü ayələr.  )
    Başqa ayədə Allah-taala insanları bir surə gətirməklə belə mübarizə meydanına dəvət edir:
    وَإِن كُنتُمْ فِي رَيْبٍ مِّمَّا نَزَّلْنَا عَلَى عَبْدِنَا فَأْتُواْ بِسُورَةٍ مِّن مِّثْلِهِ وَادْعُواْ شُهَدَاءكُم مِّن دُونِ اللّهِ إِنْ كُنْتُمْ صَادِقِينَ (23) فَإِن لَّمْ تَفْعَلُواْ وَلَن تَفْعَلُواْ فَاتَّقُواْ النَّارَ الَّتِي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ أُعِدَّتْ لِلْكَافِرِينَ
    "Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər ("bu, bəşər kəlamıdır" sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın! (23) Madam ki, bele bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!” (Bəqərə surəsi, 23-24-cü ayələr. )
    Bununla da aydın olur ki, Quranın söz mübarizəsinə səsləməsi həm bütün insanlara, həm də cinnələr aiddir. Əgər müşriklərdə qüdrət olsaydı sözsüz ki, bu mübarizəni qəbul edər və Quran müqabilində on surə və ya ən azı bir surə kimi bir yazı gətirərdilər. Başqa tərəfdən bizə məlumdur ki, o vaxtkı ərəb alimləri və şairləri fəsahət və bəlağət cəhətdən ən üstün insanlar idilər. Xüsusilə bilirik ki, birinci və ikinci mübarizə (Quran və on surə gətirmək) Məkkədə baş vermişdir. Bu zaman Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) və müsəlmanların vəziyyəti çox çətin və zəif idi. Başqa tərəfdən müşriklər Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm) gətirdiyi dini İslamı təbliğ etməyə çox maneəçilik törədirdilər. Müsəlmanlara verilən əziyyət, mühasirələr və müxtəlif müsibətlər bu təzə dinin yayılmasına əngəl idi. Müsəlmanların ərəb cəmiyyəti içində çox da məqamları yox idi. Əgər Quran kimi bir kitab gətirmək mümkün olsaydı müşriklər bu işdən əl çəkməzdilər. Bununla da, Peyğəmbərə (səlləllahu əleyhi və alehi və səlləm) və Onun əshabına əziyyət verməkdən əl çəkərdilər.
    Tarixçilərdən nəql olunur ki, bir çox hallarda müşriklərdən böyük bir dəstəsi Quranın əzəmətli bir kitab olmasına qəti şəkildə etiraf etmişdilər. Nəql olunur ki, ərəblərin o vaxtkı böyük ədib və şairlərindən sayılan vəlid ibni Müğeyrə Məxzumi adlı birisi Quran ayələrini eşidəndən sonra demişdi: And olsun Allaha ki Mühəmməddən elə bir sözlər eşitdim ki, nə insan, nə də cin sözüdür. Elə bir şirinliyi var idi ki, heç bir şirinlik onun dadın verməzdi. Doğrudan da o çox əzəmətli bir söz idi və o sözlərin müqabilində heç bir şey əzəmətli ola bilməz!”(Məcməul-Bəyan, 20-ci cild. Səh-584.  )
    Bu sözlər elə halda deyilir ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Quran tilavət edərkən müşriklər insanları ona qulaq asmaqdan çəkindirirdilər. Qorxurdular ki, bu sözlərin təsiri altına düşüb haqqı qəbul edərlər. Yenə tarixçilər nəql edirlər ki, Təfil ibn Əmrud-Dasi adlı bir şair Məkkəyə gəlir. Qureyş tayfası tez onu Peyğəmbənrin (səlləllahu əleyhi və alehi və səlləm) Quran tilavətinə qulaq asmamasını tövsiyə edirlər. İş elə yerə gətirir ki, onun buna görə onun qulaqlarına pambıq qoyurlar. Amma az müddüt keçmir ki, şair bu işinə peşiman olur və pambığı qulağından çıxarır. Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) Quran tilavət etdikdə ona qulaq asır. Bu məlahətli sözlər onu riqqətə gətirir və Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm) ardına düşüb onun evinə çatır. Peyğəmbərə (səlləllahu əleyhi və alehi və səlləm) belə xitab edir: Ya Mühəmməd! Sənin tayfan mənə belə sözlər tapşırmışdı. Səni eşitməyə imkan vermirdilər və hətta qulağıma pambıq da tıxamışdılar. Sonra Allah bu işdən mənim qəlbimi döndərdi və Sizin sözlərinizi eşitdim. Çox gözəl sözlər idi. Bu sözlərdan gözəl bir söz eşitməmişdim. Öz dinini mənə də tanıt!
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) cavabında İslam dinin ona tanıtdırır və o da İslamı qəbul edir. Təzədən ona Quran oxuyur. O da bu sözlər təkrarlayır: And olsun Allaha bu sözlərdan yaxşısın eşitməmişəm və bu işdən ədalətli bir iş görmürəm. İslama təslim oluram və haqqa şəhadət verib qəbul edirəm!(Əl-Bidayə vən-Nəhayə, ibni Kəsir. 3-cü cild, səh-123. )
    Category: Əqidəmiz nədir? 10 dərs | Added by: Islam_Kitabxanasi
    Views: 754 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024