İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidəmiz nədir? 10 dərs

    Əqidəmiz nədir? 10 dərs
    2012-02-19, 6:38 AM
    2-QURANDA GƏLƏN QEYB XƏBƏRLƏRİ:
    Qurani-Kərimdə bir sıra qeybi hadisələrdən xəbərlər var ki, onların çoxu sonradan eynilə baş vermişdir. Onlardan: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) zamanında farslar rum imperiyasına qalib gəlmişdilər. Bu iş də müsəlmanları qəmgin etmiş qureyşi isə sevindirmişdir. Ona görə ki, rumlular etiqadlarına görə müsəlmanlara daha yaxın və xaçpərəst idilər. Xaçpərəstlər İsa (əleyhissalam)-ı qəbul edirdilər. Bu cəhətdən müsəlmanlar xaçpərəstlərə daha yaxın idilər. Quranda bu ayələr nazil olur:
    الم (1) غُلِبَتِ الرُّومُ (2) فِي أَدْنَى الْأَرْضِ وَهُم مِّن بَعْدِ غَلَبِهِمْ سَيَغْلِبُونَ (3) فِي بِضْعِ سِنِينَ لِلَّهِ الْأَمْرُ مِن قَبْلُ وَمِن بَعْدُ وَيَوْمَئِذٍ يَفْرَحُ الْمُؤْمِنُونَ (4) بِنَصْرِ اللَّهِ يَنصُرُ مَن يَشَاءُ وَهُوَ الْعَزِيزُ الرَّحِيمُ (5)‏ وَعْدَ اللَّهِ لَا يُخْلِفُ اللَّهُ وَعْدَهُ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
    "Əlif, Lam, Mim! 2. Rumlular (bizanslılar farslara) məğlub oldular. 3. (Ərəbistana) ən yaxın bir yerdə (Şamda və ya Urdunda). Lakin onlar (bu) məğlubiyyətlərindən sonra qalib gələcəklər. 4. Bir neçə ilin içində (üç illə doqquz, yaxud on il arasında). Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər; 5. Allahın köməyi ilə. (Allah) istədiyinə kömək edər. O, yenilməz qüvvət sahibi, mərhəmət sahibidir! 6. (Bu zəfəri Kitab əhlinə) Allah vəd etdi. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların çoxu (müşriklər bunu) bilməzlər!”(Rum surəsi, 1-6-cı ayələr. )
    Aradan bir neçə il keçməmişdi ki, yenidən rumlular farslara qələbə çalırlar. Bir az sonra isə müsəlmanlar Məkkə müşrüklərinə bədr döyüşündə qalib gəlirlər.
    3 – ŞƏRİƏT HÖKMLƏRİNİN BƏYANI:
    İslam dini insan həyatının müxtəlif səhələrində o cümlədən fərdi və ictimai sahəsində ən gözəl qanunlar vermişdir. O qanunlardan bəzisi insanlarla Allah arasındakı ibadətə, bəziləri insanın öz nəfsini paklaşdırmasına və onun ictimayyətdə yaxşı məqam ələ gətirməsinə dəlalət edir. Belə qanunlar qərbdə yalnız dörd əsr bundan öncə insanlar tərəfindən ixtilaf və cəhalətlə bir yerdə kəşf və tətbiq olunmuşdur. Halbuki, İslam 1400 il bundan əvvəl insanlara tərbiyət yollarını tanıtdırmış və insanların hüquqlarını qorumuşdur. Bu gün qərbin bir çox mütəfəkkir və filosofları bu mətləbi iqrar edir və bu işi İslamın ən cazibəli cəhəti sayır.
    Bununla da, biz Quranın möcüzə cəhətinə aid olan bəhsimizii qurtarırıq. Daha çox məlumat almaq istəyənlər bu sahədə yazılmış geniş kitablara müraciət edə bilərlər.(Müəllifin yazdığı "Quran elmləri” kitabına müraciət edin.  )
    KEÇMİŞ DƏRSLƏRƏ AİD SUALLAR:
    1. Allah-taalanın varlığını sübut edən iki dəlil gətir?
    2. Allah-taalanın şəriki olmadığını hansı dəlillə sübuta yetirmək olar?
    3. Nəyə görə Allah-taala hər növ zülmdən pakdır?
    4. Ulul-Əzim peyğəmbərlər hansılardır?
    5. islam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) xüsusi vəsflərini say?
    6. İsmət nə deməkdir?
    7. Musa və İsa (əleyhumassalam)-ın möcüzələrini sayın?
    8. Quranın iki möcüzəsini zikr et?
    ALTINCI DƏRS
    DÖRDÜNCÜ ƏSAS
    İMAMƏT
    İmamlıq, Allah elçisinin İslam ümməti üzərində dini və dünyəvi xilafəti deməkdir. İmam, Allahın izni ilə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) tərəfindən təyin olunmalıdır. Ona görə ki, belə bir məsuliyyəti qəbul edəni Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) daha yaxşı tanıyır. Həmin səbəbdən tarixdə peyğəmbərlərin özlərindən sonra canişinlərini təyin etdiklərini müşahidə edirik. Allah peyğəmbəri Musa (əleyhissalam) Yuşəbni Nunu öz canişini təyin edir. Allah peyğəmbəri Davudun oğlu Süleyman (əleyhissalam) Asif ibini Bərxiyanı öz canişini təyin edir. Allah peyğəmbəri İsa (əleyhissalam) həvariləri öz canişini təyin edir.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) peyğəmbərliyin elan edəndən sonra Əhəd ibni Amir Həzrətdən soruşur: Biz Sizin bütün əmrlərinizə tabeyik. Ya Rəsuləllah! Allah sizə sizdən sonra canişin təyin edibmi? (Yəni imamət) Həzrət cavabında buyurur: "Bəli təyin olunub. Allah istədiyin bu məqama seçər!...!” (Tarixli-üməm vəl-muluk. 2-ci cild. Səh-84.  )
    Həmçinin İslam Peyğəmbərini (səlləllahu əleyhi və alehi və səlləm) peyğəmbərliyə seçilən vaxtda Allah-taala tərəfindən öz canişinlərini də təkidlə elan etməsi məlum olur. Başqa yerdə islam Peyğəmbərini (səlləllahu əleyhi və alehi və səlləm) öz canişinlərinin təkbətək adlarını da deməsi tarixdən məlumdur. Onlar, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) Əhli-Beytidir (əleyhissalam). On iki nəfərdirlər. Birincisi imam Əli ibni Əbi Talib (əleyhissalam) və sonuncusu imam Mühəmməd ibni həsən Əl-Məhdi Müntəzərdir. (Allah zühurunu tezləşdirsin).
    İSLAM PEYĞƏMBƏRİNİN (səlləllahu əleyhi və alehi və səlləm) ƏHLİ-BEYT (ƏLEYHİMUS-SALAM)-IN İMAMLIĞI BARƏSİNDƏKİ HƏDİSLƏRİNDƏN
    Müsəlman alimlərinin əksəriyyəti Əhli-Beytin (əleyhissalam) imaməti barəsində İslam Peyğəmbərindən(səlləllahu əleyhi və alehi və səlləm) çoxlu hədislər nəql ediblər. Onlardan bəzilərinə işarə edirik:
    1. SƏQƏLEYN HƏDİSİ: (İKİ AĞIR ƏMANƏT) –
    أيها الناس إني قد تركت فيكم ما إن أخذتم به لن تضلوا بعدى : الثقلين وأحدهما أكبر من الاخر ؛ كتاب الله حبل ممدود من السماء إلى الارض وعترتي أهل بيتي وانهما لن يفترقا حتى يردا علي الحوض فانظروا كيف تخلفوني فيهما
    "Ey müsəlmanlar! Mən sizin aranızda iki qiymətli əmanət qoyub gedirəm. Əgər onlardan yapışsanız məndən sonra yolunuzdan azmazsınız. İki böyük əmanətdən biri göylərdən yerə qədər yetən Allahın kitabı Quran, digəri isə Əhli-Beytimdir. Bu iki əmanət Qiyamətdə hövzu Kovvsərdə mənə yetişənə qədər bir-birində ayrılmaz! Baxın görüm onlarla necə rəftar edəcəksiniz?”(Camius-Səhih, Termizi, 5-ci cild, səh-663. )
    2. SƏFİNƏ HƏDİSİ: (GƏMİYƏ BƏNZƏR)
    انما مثل اهل بيتي فيكم كمثل سفينة نوح، من ركبها نجا و من تخلف عنها غرق
    "Mənim Əhli-Beytimin misalı sizin aranızda Nuhun gəmisinə bənzər. Hər kim mindisə nicat tapdı, amma hər kim dala qalsa həlak olar!” (Biharul-Ənvar, 23-cü cild, səh-105. Kənzül-Ümmal, 12-ci cild, səh-94.  )
    3. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Məndən sonra on iki imam olar və hamısı da qureyşdən olar. (Əs-Simratul-Müstəqim, 2-ci cild, səh-100.  )
    ON İKİ İMAMLAR
    1.İmam Əli ibni Əbi Talib (əleyhissalam)
    2.İmam Həsən ibni Əli ibni Əbi Talib (əleyhissalam)
    3.İmam Hüseyn ibni Əli ibni Əbi Talib (əleyhissalam)
    4.İmam Əli ibni Hüseyn Zeynal-Abidin (əleyhissalam)
    5.İmam Mühəmməd ibni Əli əl-Baqir (əleyhissalam)
    6.İmam Cəfər ibni Mühəmməd Əs-Sadiq (əleyhissalam)
    7.İmam Musa ibni Cəfər əl-Kazim (əleyhissalam)
    8.İmam Əli ibni Musa ər-Riza (əleyhissalam)
    9.İmam Mühəmməd ibni Əli əl-Cavad (əleyhissalam)
    10.İmam Əli ibni Mühəmməd əl-Hadi (əleyhissalam)
    11.İmam əl-Həsən ibni Əli əl-Əsgəri (əleyhissalam)
    12.İmam Mühəmməd ibni əl-Həsən, əl-Məhdi əl- Müntəzər (əleyhissalam)
    Bizim on iki imamlarımız bunlardır. Ona görə də Haqq məzhəb olan şiə məzhəbinə "on iki imamçı şiələr” məzhəbi deyirlər.
    Bunlardan başqa heç bir Əli övladlarına, saleh şəxslərə və alimlərə Allah dərgahında hansı məqamda olurlarsa olsunlar "imam” ləqəbi ilə müraciət doğru deyildir. Məsələn, həzrət Əli (əleyhissalam)-ın oğlu həzrət Abbasa, Həmzəyə və Hadi adlı övladlarına "imam” – deyilməsi düzgün deyildir.
    Doğrudur ki, bəzi vaxtlar bəzi alimlərə də "imam” sözünü nisbət verirlər. Bu sözlə məqsəd həmin məsum və xəlifə nəzərdə tutulmur. Bəlkə də dahi alim və rəhbər kimi şeylər nəzərdə tutulur. Bəzi vaxtlər belə sözlərə görə ixtilaflar da olur. Bu ixtilaflardan çəkinmək lazımdır.
    YEDDİNCİ DƏRS
    ON İKİ İMAM HAQQINDA QISA MƏLUMAT
    BİRİNCİ İMAM ƏLİ İBNİ ƏBİ TALİB (ƏLEYHİSSALAM) İBN ƏBDÜL-MÜTTƏLİB İBN HAŞİM
    İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) peyğəmbərliyə təyin olunmasından 12 il əvvəl kəbədə Allah evində dünyaya gəlib. Bu viladəti bütün müsəlman tirixçiləri nəql edirlər.(Əl-Qədir, 6-cı cild, səh-21 və sonra. ) Mübarək ramazan ayının 19-da hicrətin 40-cı ilində sübh namazı qılarkən məsciddə xəvariclərdən olan Əbdürrəhman ibni Mülcəm adlı bir nəfərin qılınc zərbəsi ilə yaralanır və ramazan ayının 21-də şəhid olur. Nəcəfi-Əşrəf şəhərində dəfn olunur.
    Atası: Əbu Talibdir. Nəql olunur ki, əsl adı İmrandır. Atası Əbdül-Müttəlib vəfat etdikdən sonra qureyş tayfasının başçılığı ona keçmişdir. İslam Peyğəmbərini (səlləllahu əleyhi və alehi və səlləm) uşaq çağından himayət etmiş, qureyşin ona əziyyət verməsinin qarşısını almış və o Həzrətə iman gətirmişdir. Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) müdafiə etdiyinə görə "Əbu Talib məkanı!” adlı yerdə Peyğəmbərlə (səlləllahu əleyhi və alehi və səlləm) birlikdə mühasirə şəraitində olmuşdur. Əbu Talib, Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm) peyğəmbərliyini elan etməsindən on il sonra vəfat etmişdir. Həmin ildə İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) zövcəsi Xədicə xanım da vəfat edir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) həmin ili ”hüzn” ili adlandırır. Peyğəmbərdən (səlləllahu əleyhi və alehi və səlləm) hədisdə nəql olunur ki buyurur: "Nə qədər ki, Əbu Talib dünyada vardı qureyş mənə qarşı hücum edə bilmirdilər.” (Tarixil Üməm vəl-Muluk, 2-ci cild, səh-80.  )
    Anası: Əsədin qızı Fatimədir. Uşaq vaxtı islam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Əbu Talibin evində olanda Peyğəmbərə (səlləllahu əleyhi və alehi və səlləm) çox yaxşılıqlar etmişdir.
    HƏZRƏT ƏLİ (ƏLEYHİSSALAM)-IN İMAMLIĞI HAQQINDA NƏQL OLUNAN HƏDİSLƏRDƏN NÜMUNƏLƏR
    1. İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) peyğəmbər kimi gəlməsinin ilk ilində belə bir ayə nazil olur:
    وَأَنذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ
    " Ən yaxın qohumlarını Allah yoluna dəvət et!”(Şüəra surəsi, 214-cü ayə. )
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) bu ayədən sonra Əbdül-Müttəlib övladlarını bir yerə yığıb belə buyurur: Ey Əbdül-Müttəllib övladları! Allaha and olsun ki, mən ərəblər arasında elə bir cavan tanımıram ki, mənim sizə gətirdiyim xəbərdən yaxşı bir xabar gətirsin! Mən sizə dünya və axirət xeyiri xəbərini gətirmişəm. Allah-taala Özü mənə əmr edib ki, bu sözü sizlərə çatdırım. Sizlərdən hansınız bu işdə mənim vəzirim olur və məndən sonra canişinim və xəlifəm olsun? Həzrət Əli (əleyhissalam) qalxır. Hamı O həzrətə tərəf diqqət edir. Buyurur: Ey Allahın peyğəmbəri! Mən bu işdə sizin köməkçini köməkçinizəm! Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) bu vaxt Əlinin (əleyhissalam) əlindən yapışıb buyurur: "Həqiqətən, bu sizin aranızda mənim qardaşım, canişinim və xəlifəmdir. Onu eşidin və itaətində olun!”
    Məclis dağılır. Hamı durur və gülərək Əbu Talibə istehza edib deyirlər: Sənə əmr olundu ki, oğlunu eşit və onun itaətində ol! (Tarixil Üməm vəl-Muluk, 2-ci cild, səh-63. )
    2. QƏDİR-XUM HƏDİSİ: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) ömrünün axır çığında hicrətin 10-cu ilində son həcc ziyarətindən Mədinəyə dönərkən həzrət Cəbrail İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alehi və səlləm) nazil olub vəhy gətirir ki, səndən sonra Əli (əleyhissalam) müsəlmanlara imam təyin olunur. O vaxt bu ayə nazil olur:
    يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ
    "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (ayəni) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyimiz elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq.” (Maidə surəsi, 67-ci ayə)
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) bundan sonra müsəlmanları gəm edib belə buyurur:
    "Ey müsəlmanlar! Mən sizin aranızda iki qiymətli əmanət qoyub gedirəm. Əgər onlardan yapışsanız məndən sonra yolunuzdan azmazsınız. İki böyük əmanətdən biri göylərdən yerə qədər yetən Allahın kitabı Quran, digəri isə Əhli-Beytimdir.” (Əl-Qədir, 1-ci cild. Səh-31. Müstədrəkul-Səhiheyndən nəql olunur. ) Sonra yenə buyurur: Məgər mən sizin özünüzdən də sizə əziz deyiləmmi? Dedilər: Bəli! Bu sözü üç dəfə təkrar edir. Onlar hər üçündə eyni cavabı verib həzrətin sözünü təsdiq edirlər. Həzrət Əli (əleyhissalam)-ın əlini qaldırıb buyurur:
    "Mən hər kimi ağası və rəhbəriyəmsə Əli də (məndən sonra) onun ağısı və imamıdır. İlahi! Onu dost tutanı Sən də dost tut! Hər kim Onunla düşmənçilik etsə Sən də onunla düşmənçilik et! Hər kim onu sevsə Sən də onu sev və hər kimdə ona qarşı kin olsa sən də ona qarşı kinli ol! Hər kim ona kömək etsə, Sən də ona kömək ol! Hər kim onu xar etmək istəsə, Sən də onu xar et! Həmişə onu Haqqla bir yerdə et!” (Əs-Səvaiqul-Muhriqə. Səh-42. Termizi, Nisai və Müsnəd Əhməddən nəql olunur.  )
    Əbu Səid Xidri nəql edir: Bu sözlər deyiləndən sonra hələ cammat dağılmamışdı ki, bu ayə nəzil oldu:
    الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِيناً
    "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim.” (Maidə surəsi, 3-cü ayə.)
    Bu arada şair Həsan ibni Sabit qalxıb dedi: Ey Allahın Rəsulu! İcazə verirsinizmi bu hadisə haqqında Əli (əleyhissalam) haqqında bir neçə beyt şer deyim ki, əhali eşitsin? Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Allahın bərəkəti ilə de! Şair durur və bu məzmunda şer deyir:
    Peyğəmbərləri Qədir-Xum günü onlara xitab etdi,
    Peyğəmbərinizi bu gün Qədir-Xumda eşidin!
    Soruşdu kimdi sizin rəhbər və mövlanız?
    Dedilər: Şəkk-şübhə yoxdu ki, hamıya məlumdur.
    Sənin Allahın xaliqimiz, Sən də rəhbərimizsən.
    Məgər sizə itaətdə bizdən bir günah görmüsən?
    Ona buyurdu: Dur! Ya Əli! Həqiqətən mən,
    Razıyam ki,məndən sonra canişinim və imamsan.
    Mən hər kimin mövlasıyamsa bu da onun rəhbəridir.
    Ona köməkçi olun və sədaqətlə dost tutun!
    Burda dua etdi: İlahi! Onu sevəni Sən də sev!
    Hər kim Əliyə düşmən olsa, ona düşmən ol!
    Bu zaman Əbu Bəkr və Ömər Həzrətə yaxınlaşıb dedilər: Ey bütün mömin və möminələrin ağası və rəhbəri təbrik edirik! (Əl-Qədir. )
    Bu vaxt kimsə Ömərə dedi: Sən Əlini elə tərif etdin ki, heç bir Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) səhabəsi bu fəzilətə nail olmayıb. Ömər cavab verdi: Bəli! O, mənim rəhbərimdir!(Əs-Səvaiqul-Muhriqə. Səh-44)
    Həzrət Əli (əleyhissalam) buyurur:
    "İnsanlar üç qismdir: Bir dəstə təvazökar və mömin alimlərdir. Bir dəstə səadət yolunda təlim edən müəllimlərdir. Bir dəstə də yaz qabağı çəmənlikdə bitən yaşıl otlara bənzər. Həzin bir yellə o tərəf-bu tərəfə əyilərlər. Elmləri də olsa ondan nur ala bilməzlər. Heç bir möhkəm yerdən yapışmayıblar!”
    ÜÇÜNCÜ MƏSUM HƏZRƏT FATİMEYİ-ZƏHRA (SALAMULLAHİ ƏLEYHA)
    Adı: Fatimə (salamullahi əleyha)
    Atasının adı: İslam Peyğəmbəri Məhəmməd (sələlləhi əleyhi və alihi və səlləm)
    Anasının adı: Xədicə (salamullahi əleyha)
    Təvəllüdü: 20 Cəmadiyüs-sani, cümə günü, besətin 5-ci ili.
    Doğulduğu yer: Məkkə
    Şəhadət ili: Hicri 11-ci il
    Dəfn olunduğu yer: Məlum deyildir.
    Həzrət Zəhranın (salamullahi əleyha) doğumu əsnasında Allahın Peyğəmbəri (sələlləhi əleyhi və alihi və səlləm) Xədicəyə belə buyurdu: «İndi Cəbaril mənə muştuluq verdi ki, pak və gül kimi bir qız uşağımız olacaqdır ki, bütün imam və məsum rəhbərlər onun nəslindən gələcək».
    Həzrət Fatimə (salamullahi əleyha) besətdən (həzrət Məhəmmədin peyğəmbərliyə seçilməsindən) beş il sonra, Cəmadüs-sani ayının iyirmisində, cümə günü Məkkə şəhərində dünyaya göz açdı.
    Həzrət Fatimə (salamullahi əleyha) nübüvvət və risalət evində tərbiyə alıb Peyğəmbərin elmindən faydalandı. Quranı Peyğəmbərin (sələlləhi əleyhi və alihi və səlləm) dilindən eşidib öyrənir, həmişə özünü ən yaxşı və nümunəvi şəkildə tərbiyə edirdi. Həzrət Fatimə (salamullahi əleyha) Quran və atasının sözlərinə ünsiyyət bağlamışdı. Özünü faydalı elmlərlə yetişdirib kamilləşdirdiyinə görə atası onu çox sevirdi.
    Peyğəmbərimiz (sələlləhi əleyhi və alihi və səlləm) Həzrət Fatiməni (salamullahi əleyha) öz bədəninin bir hissəsi hesab edib, həmişə belə buyurardı: «Fatimə mənim bədənimin bir hissəsidir, hər kəs ona əziyyət etsə, mənə əziyyət edibdir, hər kəs də onu sevindirsə, məni sevindiribdir».
    Category: Əqidəmiz nədir? 10 dərs | Added by: Islam_Kitabxanasi
    Views: 819 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024