İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əqidəmiz nədir? 10 dərs

    Əqidəmiz nədir? 10 dərs
    2012-02-18, 5:43 PM
    DOQQUZUNCU İMAM MÜHƏMMƏD İBN ƏLİ ƏL-CAVAD (əleyhissalam)
    Hicrətin 195-ci ildə dünyaya gəlmiş və 220-ci ildə Mötəsim Abbasinin hiyləsi ilə zəhərlənib şəhid olub Kazimeyn şəhərində imam Kazim (əleyhissalam)-ın yanında dəfn olunub.
    Az yaşında imamətə gəlməsinə baxmayaraq çox elmli və hikmətli bir insan olub. Həzrəti öz nəzarətində saxlamaqdan ötrü Məmun öz qızını Ona verir. İmam Cavad (əleyhissalam)-ın az yaşında imamətə gəlib belə bir elmə, fəzilətə və savada malik olması dəlalət edir ki, Əhli-Beyt (əlyehimussalam)-ın elmi xüsusi elmdir və bu elmi almaqdan ötrü müəllimə ehtiyac yoxdur. Onların elmi bir başa Allahdandır.
    İmam (əleyhissalam) hədislərdə buyurur:
    "Əgər cahil sakit olsa, insanlar ixtilaf etməz!”
    İmam (əleyhissalam) başqa hadisdə buyurur:
    "Mömin şəxs bir neçə şeyə möhtacdır: Allahdan ona tofiq verilsin, nəfsi tərəfindən özü-özünü moizə etsin və onu nəsihət edəni qəbul etsin!”
    ONUNCU İMAM ƏLİ İBN MÜHƏMMƏD ƏL-HADİ (əleyhissalam)
    Hicrətin 212-ci ilində dünyaya gəlmiş 254-cü ildə Samerrada zəhərlənib və orada dəfn olunub.
    İmam Hadi (əleyhissalam) elə bir hakim və xəlifələrin dövründə yaşayıb ki, Əhli-Beytə qarşı (əleyhimussalam) şiddətlə qəzəb və düşmənçilikləri olub. Onlardan Mütəvəkkil Abbasini qeyd etmək olar. Bu həmin hakimdir ki, göstəriş verir ki, imam Hüsyen (əleyhissalam)-ın qəbrini şumlatdırıb yerində buğda əkdirir. Mütəvəkkil Yəhya ibni Hərsəməti Mədinəyə göndərir ki, imam Hadi (əleyhissalam)-ı İraqa gətirsin. Yəhya nəql edir: Mədinəyə yola düşdüm. Elə ki, şəhərə daxil oldum əhalidən elə yanıqlı bir fəryad eşitdim hələ indiyə qədər heç kimdən elə bir yanıqlı səslər eşitməmişdim. Onlar mənim gəlişimlə imam Hadi (əleyhissalam)-ın canına xətər olduğunu hiss edib fəryad edirdilər. Sanki, bütün dünya ayağa durdu. Ona görə ki, hamı o Həzrəti çox sevir və onların yanında qalmasını istəyirdilər. Əhali bilirdi ki, İmamın (əleyhissalam) dünyaya heç bir meyli yoxdur. Yəhya nəql edir: mən orda bir müddət qaldım və onlara and içdim ki, mən imama heç bir hiylə qurmaqdan ötrü gəlməmişəm. Bizim ona heç bir iradımız yoxdur. Sonra İmamın (əleyhissalam) mənzilinə yola düşdüm. Həzrətin evində elmi kitablar və Allah-taala ilə munacat dualarından başqa bir şey tapmadım. Bununla da Həzrət mənim gözümdə əzəmətli oldu.....”(Vərkəbətis-Səfinə, səh-582. )
    İmam (əleyhissalam) hədislərdən birində buyurur:
    "Hər kəsə nəfsi üstün gəlsə, onun şərrindən amanda qalmaq olmaz!”
    ON BİRİNCİ İMAM ƏL-HƏSƏN ƏSGƏRİ (əleyhissalam)
    Hicrətin 232-ci ilində doğulmuş 260-cı ildə Samerra şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdur.
    Mühəmməd ibni Əbdül-Əzizi Bəlxi nəql edir: Bir gün sübh tezdən çöldə qoyunların yanında oturmuşdum. Birdən gördüm ki, imam Həsən Əsgəri (əleyhissalam)-ı mənzilindən çıxarıb saraya tərəf aparırlar. Öz-özümə fikirləşdim görəsən nə olar ki, fəryad çəkim ay camaat! Bu kişi Allahın yer üzündə höccətidir. Bunu hamınız tanıyın! – deyim. Sonra qoy məni öldürsünlər.
    Elə ki, İmam (əleyhissalam) mənim yanımdan keçdi, barmağını ağzına tutub mənə sakit olmağımı işarə etdi. Həmin gecə Həzrəti yenə gördüm, buyurdu: "Sən orda ya gizlətməli idin ya da ölməli idin. Allah buyurur ki, özünüzü qoruyun!”(Kəşfül-Ğümmə. 3-cü cild. Səh-212. )
    Dövranının zalim hakimi dəfələrlə Həzrəti zindana salmışdır. Həzrət (əleyhissalam) Abbasilərin zindanında olanda zindan başı Saleh ibni Vəsifə tapşırırlar ki, Həzrəti sıxıntıda saxlasın. Saleh onlara cavab verir: Mən onunla nə edə bilərəm? Ona iki keşikçi qoymuşam ki, ən şərr adamlardır. O, bu iki şərr adamı ibadət və namaza tərəf gətirmişdir. Bu böyük bir işdir. Hakim göstəriş verir ki, o iki nəfəri çağırsınlır. Onlardan soruşur: Ar olsun sizə! Bu kişi sizə nə edib? Cavab verirlər: Biz, gündüzləri oruc tutub gecələri ibadətdə olan bir şəxs barəsində nə deyə bilərik. İbadətdən başqa bir şey danışmır və məşğul olmur. Elə ki, bizə baxırdı biz Onun yanındı xəcalət çəkirdik. Abbasi zalimləri bu sözləri eşitdikdə xəcalətlərindən başlarını aşağı saldılar.(Biharul-Ənvar, 50-ci cild, səh-308-309. )
    İmam Həsən Əsgəri (əleyhissalam) hədislərindən birində buyurur:
    "Təvazökarlıqdan biri də budur ki, müsəlman hər yanından ötənə salam versin və məclisdə aşağı tərəfdə otursun!”
    Başqa hədisdə buyurur:
    "Övladın uşaq vaxtı atasına cürət etməsi böyüyəndə onun ağ valideyn olmasına işarədir.”
    ONUNCU DƏRS
    ON İKİNCİ İMAM MÜHƏMMƏD İBN ƏL-HƏSƏN ƏL-MƏHDİ (əleyhissalam)
    Hicrətin 255-ci ilində Samerrada dünyaya gəlir. Bu vaxta qədər sağdır və Allah-taalanın izni ilə zühur edəcək.
    Ravi ibni Həcər nəql edir: Atasının yanında beş yaşına kimi olur. Beş yaşında atası dünyadan gedir. Allah-taala Öz hikməti ilə Onu qeybə çəkdi.(Əs-Səvaiqül-Mühriqə. Səh-207.)
    İslam Peyğəmbərindən (əleyhissalam) çoxlu hədislər nəql olunur ki, zəmanət var ki, müəyyən vaxtda zühuru baş verər. Həzrət İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) və Məsum İmamlardan (əleyhissalam) İmamın (əleyhissalam) adının dəqiqliyi ilə qeyd etmişlər. Onlardan:
    Birinci: Həzrət Əli (əleyhissalam)-dan nəql olunur, buyurur: "Əl-Məhdi (əleyhissalam) Biz Əhli-Beytdəndir. Allah-taala gecənin birində Onu zühurunu bərqərar edər!”
    İkinci: Səid ibni Müsəyyəd nəql edir: İslam Peyğəmbərinin zövcəsi (səlləllahu əleyhi və alehi və səlləm) Ümmü Sələmənin yanında idik. Həzrəti Məhdini (əleyhissalam) bizim yadımıza saldı və dedi: İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) eşitdim buyurdu: Məhdi Fatimənin övladlarındandır.”(Sünən ibni Macə. 4-cü cild, 404. )
    Üçüncü: Əbdullahdan nəql olunur: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurdu: Qiyamət qopmaz o vaxta kimi ki, bir nəfər Biz Əhli-Beytdən zühur edib dünyanı ədalətlə doldurar. Onun adı mənim adımdır.”(Sünən ibni Macə. 4-cü cild, 454)
    Dördüncü: Başqa bir hədisdə İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql olunur: "Mənim Əhli-Beytimdən bir nəfər gələr hamı ona tabe olar. Adı mənim adımdır.”(Sünən Termizi, 4-cü cild. Səh-505)
    Beşinci: Yenə başqa bir hədisdə İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql olunur: "Dünya həyatından hətta bir gün belə qalsa Allah-taala o günü uzadar və mənim Əhli-Beytimdən bir nəfər zühur edər, dünya zülmlə dolduqdan sonra onu ədalətlə dolu edər.”(Mühazirat fil-İlahiyyat. Səh-565. Müsnəd Əhməddəni nəql olunur. )
    Altıncı: Dəbəl Xazai nəql edir: İmam Riza (əleyhissalam)-a uzun bir qəsidə dedim. Sonunda belə gəlir:
    İmamın zühur etməsi zəruridir,
    Allahın-adı ilə bərəkətli olar.
    Gəlişilə haqqı batildən ayırar,
    Gəlişilə nemətlər və rəhmət çoxalar.
    İmam Riza (əleyhissalam) ağladı və başını qaldırıb mənə buyurdu: "Həqiqətən, Ruhul-Qüds səninlə bu iki beytdə danışıb.”(Vərkəbətis-Səfinə, səh-590. )
    Allah-taala imam Məhdini (əleyhissalam) Öz hikməti ilə qeybə çəkib cahanda müəyyən şərait yaranan kimi Allah-taalanın hökmlərinin hər yerdə icra etməkdən ötrü zühur edəcək. İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) çoxlu rəvayətlərdə nəql olunur ki, həzrət zəmanət verir ki, imamın zühuru axır-zamanda baş verəcək. Bu rəvayətlərin heç birində deyilmir ki, axır zamanda doğulacaq. Bu da şiələrin etiqadı ilə tamamilə uyğun gəlir ki, İmam (əleyhissalam) uzun qeybdən sonra zühur edəcək.(Əhli-Sünnə alimləri də İmamın (ə) zühurnu qəbul edir amma bu fərqlə ki, O hələ dünyaya gəlməyib. )
    İmam Zamanın (əleyhissalam) qeybə çəkilməsinin iki mərhələsi var:
    Birinci mərhələ: Qeybəti-suğra (kiçik qeyb) adlınır. Bu dövran hicrətin 330-cu ilinə qədər davam edir. Bu vaxta qədər İmamın (əleyhissalam) müsəlmanlar arasında xüsusi nümayəndələri var idi. İmamın (əleyhissalam) müsəlmanlar arasında olan nümayəndələri dörd nəfər idilər. Onlar Bağdadda müsəlmanlar arasında yaşamış, orda dəfn olunmuş və orda da qəbrləri məşhurdur. Onlar bunlardır:
    Birinci: Osman ibni Səid Ömri. İmam Zamanın (əleyhissalam) və imam Həsən Əsgəri (əleyhissalam)-ın xüsusi və ən etimadlı vəkillərindən olmuşdur. Hicrətin 280-cı ilində vəfat etmişdir.
    İkinci: Mühəmməd ibni Osman ibni Səid Ömri. Hicrətin 304 və ya 305-ci ilində vəfat edib.
    Üçüncü: Həsən ibni Ruh Nubəxti. Hicrətin 320-ci ilində vəfat edib.
    Dördüncü: Əli ibni Mühəmməd Səməri. Hicrətin 328-ci və ya 329-cu ildə vəfat etdi.
    Səmərinin vəfatı ilə İmamın (əleyhissalam) müsəlmanlarla xüsusi səfirləri qurtarır. Bununla da "qeybəti-Suğra” vaxtı sona yetir və "qeybəti-Kubra” başlanır. Bu da Allah-taalanın İmamın (əleyhissalam) zühurunu məsləhət bildiyi vaxta qədər yaşayacaq. Ona görə də bu dövrdə hər kim iddia etsə ki, İmamın (əleyhissalam) vəkili və səfiriyəm, yalançı sayılır.
    Həsən ibni Əhməd Mükəttəbdən hədis nəql olunur ki: Bağdadda idim. O il İmamın (əleyhissalam) sonuncu səfiri Səməri (r) vəfat etmişdi. Mən o səfirin ölməsindən bir neçə gün əvvəl ora yetişdim. Bir gün müsəlmanları başına yığıb İmam Zamandan (əleyhissalam) müsəlmanlara müraciət olaraq belə bir məktub oxudu:
    Bismillahir rəhmanir rəhim!
    Ya Mühəmməd ibni Səməri! Allah sənə müsəlmanlar arasında xüsusi mükafat versin! Sən altı gün içində dünyadan gedəcəksən. İşlərini cəm et! Sənin ölümündən sonra heç kim mənimlə müsəlmanlar arasında xüsusi səfir vəsiyyət etmə. Bununla da tam qeyğbət yetişdi. Allah-taala izin veməyənə qədər zühurdan xəbər yoxdur. Bu zühur uzun müddətdən, qəlblərin kin bağlamasından və yer üzünün zülmlə dolmasından sonra olar. Şiələrimdən bir dəstəsi iddia edər ki, məni görür. Onlar yalançıdırlar. Böyük və uca Allahın güc və qüdrətindən başqa heç bir güc-qüdrət yoxdur!”
    Bu məktubu hamı yadında saxladı. Biz ondan ayrıldıq. Yeddinci günü yenə onun yanına getdik. Can üstə idi. Ondan soruşuldu ki, səndən sonra İmamla (əleyhissalam) kim danışacaq? Cavab verdi: "Bu Allaha aid olan işdir. İmamla rabitə kəsildi. Allah özü hökm edəndir.” Bu söz ondan eşidilən sonuncu söz idi. Allah ondan razı olsun!(Biharul-Ənvar, 51-ci cild, səh-367.  )
    İmam Zamanın (əleyhissalam) uzun müddətli qeybi dövründə müsəlmanların vəzifəsidir ki, şəriət məsələlərində böyük və savadlı alimlər sayılan adil müctəhidlərə müraciət etsinlər. Bu sifarişi də İmam Zaman (əleyhissalam) özü sifariş etmişdir. Hədislərdən birində İmam (əleyhissalam) buyurur:
    "Məndən sonra müsəlmanlar şəriət məsələlərində bizdən səhih hədis nəql edənlərə (adil alimlərə) müraciət etsinlər. Onlar mənim sizə onlan höccətlərim və mən də hamıya Allah tarafindən höccətəm.!”(Vəsailüş-Şiyə, 18-ci cild, səh-101.)
    BEŞİNCİ ƏSAS
    QİYAMƏT
    Qiyamətin mənası budur ki, Allah-taala bütün insanları həyatda yaşayıb öldükdən sonra yenə də təzədən dirildəcək və onların əməllərinin hesab-kitabı olacaqdır. Hər kəs özü mükafatını alacıq. Bir dəstə Cənnətdə olub nemətlərdən bəhrələnər və bir dəstə də əməllərinin üzəndən Cəhənnəmə düşüb əzaba düçar olarlar.
    Qurani-Kərimdə çox yerdə ayələrdə bu mətləbə təkidlə işarələr olmuşdur. Allah-taala buyurur:
    وَنُفِخَ فِي الصُّورِ فَصَعِقَ مَن فِي السَّمَاوَاتِ وَمَن فِي الْأَرْضِ إِلَّا مَن شَاء اللَّهُ ثُمَّ نُفِخَ فِيهِ أُخْرَى فَإِذَا هُم قِيَامٌ يَنظُرُونَ
    "Sur (birinci dəfə) çalınacaq, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar (qəbirlərindən) qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar!»(Zümər surəsi, 68-ci ayə. )
    İnsanların ölümdən sonra təzədən dirilməsində heç bir-şəkk şübhə yoxdur. Allah-taala Quranda bu barədə təkəbbürlü kafirlərə işarə etmişdir ki, necə ki, əvvəldə Allah-taala heç nədən insanı yaratdı öldükdən sonra da təzədən dirildəcək. Quran buyurur:
    وَضَرَبَ لَنَا مَثَلاً وَنَسِيَ خَلْقَهُ قَالَ مَنْ يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌ (78) قُلْ يُحْيِيهَا الَّذِي أَنشَأَهَا أَوَّلَ مَرَّةٍ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ
    "Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!" - deyə, hələ Bizə bir məsəl də çəkdi.
    79. (Ya Peyğəmbər!) De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!”(Yasin surəsi, 78-79-cu ayə.)
    Hər bir müsəlmana vacibdir ki, öz həyatında xeyir əməllərdən bəhrələnsin və Allahın itaətində olub günahdan çəkinsin. Bununla da Allah-taalanın razılığını və mərhəmətini ələ gətirsin.
    رَّبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِياً يُنَادِي لِلإِيمَانِ أَنْ آمِنُواْ بِرَبِّكُمْ فَآمَنَّا رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الأبْرَارِ (193) رَبَّنَا وَآتِنَا مَا وَعَدتَّنَا عَلَى رُسُلِكَ وَلاَ تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ إِنَّكَ لاَ تُخْلِفُ الْمِيعَادَ
    "Ey Rəbbimiz! Həqiqətən, biz: "Rəbbinizə inanın!" - deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç (böyük günahlarımızı bağışla, kiçik günahlarımızın üstünü ört) və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al ! (194) Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz vədinə xilaf çıxmazsan!" (Ali-İmran surəsi, 194-195-ci ayə.)
    Bütün bunlar (beş əsas) dinimizin əsasları (Üsuliddin) adlanır. Bundan başqa dinin bir çox zəruri məsələləri vardır ki, onlara dadaha ətraflı yazılmış kitablara müraciət etmək lazımdır.
    Bununla da bizim əqidə barəsindəki bəhsimiz sona yetir. Allah-taaladan arzu edirəm ki, müsəlman bacı və qardaşlar, xüsusilə cavanlar bu əlyazmadan lazımınca bəhrələnsinlər. Allah-taala hamının pak əməllərin qəbul etsin və Qiyamətin günündə xətalarımızdan keçsin! Allah-taala mərhəmətlilərin mərhəmətlisidir!
    Hicri ilə 1424-cü il rəcəb ayı.
    Riyaz Əl-Həkim
    SUALLAR
    1. İmamət nədir?
    2. Nəyə görə imam Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) tərəfindən təyin olunmalıdır?
    3. Əhli-Beytin (əleyhissalam) imamətinə dəlalət edən iki hədis nəql et?
    4. On iki imam kimlərdir?
    5. Əli (əleyhissalam)-ın oğlu Həzrəti Abbas (əleyhissalam) imam sayılır ya yox?
    6. Həzrət Əli (əleyhissalam)-ın imamətinə dəlalət edən iki dəlil zikr edin?
    7. Həzrət Əli (əleyhissalam)-dan bir hədis zikr edin?
    8. İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) imam Həsən və imam Hüseyn (əleyhissalam) barəsində bir hədis nəql edin?
    9. Hər bir imamdan bir hədis nəql edin?
    10. İmam Zaman (əleyhissalam) haqqında İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) hədis nəql edin?
    11. İmam Zamanın (əleyhissalam) dörd naibinin adını deyin?
    12. Qiyaməti rədd edənlərə Qurandan bir ayə gətirin?
    KİTABDA İSTİFADƏ OLUNAN MƏNABELƏR
    1. Qurani-Kərim
    2. Biharul-Ənvar: Mühəmməd Baqir Məclisi (tarix-1111 hicri) islam mətbəəsi.
    3. Tarixul-Üməm vəl-Mülük: Əbu Cərir Mühəmməd ibni Cərir Təbəri. Mətbəəti İstiqamət\ Qahirə\1358 hicri qəmər\ Mənşurat məktəbəti Urmiyyə.
    4. Tarix-Yəqubi: Əhməd ibni Əbi YəqubibniCəfər ibnivəhəb ibni Vazeh əl-Katib əl-Əbbasi, Yəqubi adı ilə məşhur. Dar sadir- Beyrut, Müəsseyi nəşr fərhəng Əhli-Beyt (əleyhimussalam). Qum.
    5. Əl-Cameus-Səhih (Sünən Termizi) Əbu İysa Mühəmməd ibni Surə (209-297 hicri ili). Daru Ehyai Turas ərəbi \ Beyrut
    6. Ricaluş-Şiə (Şiə yazıçılırının mündəricatı) Əbul Əbbas Əhməd ibni Əli ibni Əhməd ibni Abbas Ən-Nəcaşi Əl-Əsədi (377-450 hicri ilə) Muəsseyi nəşr İslami\ Qum.
    7. Sünən ibni Macə, Mühəmməd ibni Yəzid Qəzvini, (275 hicri ili) Darul-kutubul elmiyyə. Beyrut\ birinci çap\ 1419-cu il.
    8. Əs-Səvaiqul-Muhriqə: Əhməd ibni Həcər əlHeyəti əl-Maliki, (899-974 hicri ili) \ şirkəti təbaətil-fənniyyə əl-müttəhidə \ nəşr məktəbil Qahiə
    9. Ulumul-Quran durusul-münhəciyyə. Riyaz Əl Həkim (əl yazma)
    10. Əl-Kafi6 Əbu Cəfər Mühəmməd ibni Yəqub ibni İshaq Əl-Kuleyni, (899-974 hicrət ili). Darus-Səb\ Darul təarufu təbəti salisə\ 1401 ci il hicri\ Beyrut.
    11. Kəşfül Ğümmə fi Mərifətil\ İysa əl-Ərbəli\ Darul-Kitabul-İslamiyyə\ Beyrut\
    12. Mühazirat fil İlahiyyat: Şeyx Cəfər Sübhani, (təlxis şeyx Əli Rəbbani Gülpayqani) Müəsseyi nəşr İslami.
    13. Vərkəbətis-Səfinə, Mərvanil-Xəlifat\ mətbətin fərvərdin – məktəbətil Ğədir lid darassaatil İslamiyyə.\ Birinci çap.
    14. Vəsail Şiyə, Mühəmməd ibni həsən Hürr Amili.\ (1104 hicri ili) Əl mətbəətil İslamiyyə\ Beyrut.
    Category: Əqidəmiz nədir? 10 dərs | Added by: Islam_Kitabxanasi
    Views: 835 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024