İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.

    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.
    2012-01-31, 8:41 PM
    ÖN SÖZ
    Pərvərdigari-aləm Qurani-məcidin «Maidə» surəsinin 35-ci ayəsində buyurur:
    «Ey iman gətirənlər! Allahdan qorxun! Ona [Onun rəhmət və lütfünə qovuşmaq üçün] yol axtarın...»
    Dünyanın yaradılışından indiyə qədər yer üzünə peyğəmbərlər gəlmiş və hər birinin Allah tərəfindən verilmiş özünəməxsus möcüzələri olmuşdur. Möcüzə, yalnız peyğəmbərə verilir. İmamlar və Allaha yaxın olan digər övliyaların gördükləri xarüqüladə işlərə isə «kəramətlər» deyilir. Allah yanında xüsusi məqama malik olanlar, xüsusən də Məsum İmamlar (əleyhimussalam) bu cəhətdən daha üstündürlər.
    Qarşınızdakı bu kitabda Həzrət Əli (əleyhissalam)-ın oğlu, Kərbəla qəhrəmanı, imam Hüseyn (əleyhissalam)-ın ələmdarı həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın «kəramətləri» və insanlara verdiyi şəfaətlərdən söz açılır. Onu da qeyd edək ki, bütün bu kəramətlər yalnız, Allahın izni ilə yerinə yetirilir. Kitabın müəllifi (höccətül İslam Əli Rəbbani Xəlxali) bu «kəramətləri» məktbular vasitəsi ilə dünyanın müxtəlif yerlərindən cəm etmiş və əziz müsəlman qardaş və bacılardan ötrü qələmə almışdır.
    Həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın kəramətlərindən yazmaq istəsək cilidlərlə kitablar yazmaq olar. Azərbaycanın xalis möminləri bunu daha gözəl başa düşürlər. Mənim çoxdan zehnimdə bu barədə bir şey yazmaq fikri dolanırdı. Kitabın müəllifi bu kitabın tərcüməsini təklif etdikdə bunu öz istəyim kimi qəbul etdim. Azərbaycanda çox az şəxs tapılar ki, həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın kəramətindən eşitməsin. Mən özüm lap uşaq vaxtından Azərbaycanın səfalı guşələrindən biri sayılan muğan məntəqəsində, yəni, İmişli şəhərinin Qaravəlli kəndində həzrət Əbülfəzl Abbas (əleyhissalam)-a olan ehtiramı müşahidə etmişəm. Həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın adı gələndə ağsaqqal və ağbirçək müsəlman qardaş və bacıların ixtiyarsız olaraq göz yaşları axır. Bütün bunlar, Azərbaycan müsəlmanlarının on dörd Məsumlarlarla (əleyhimussalam) yanaşı bu şərəfli şəxsiyyətə də böyük ehtiramından xəbər verir.
    Bu kitabda deyilənlərin həqiqətinə söz yoxdur və belə kəramətləri, yalnız qəlbləri pak olanlar anlaya bilərlər.
    Kitabda həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın kəramətləri arasında, Əhli-Beyt (əleyhimussalam)-ın aşiqlərindən ötrü Əbülfəzl Abbas (əleyhissalam) və Kərbəla şəhidləri barəsində yazılan "mərsiyələr” də yazılmışdır. Bu mərsiyələri Əbülfəzl aşiqi, ömür-gününü İslam dininin xidmətinə həsr etmiş, mərhum atam Məşədi molla Vəli bir yerə yığmış və bizlərin əlinə yetirmişdir. Ümidvaram ki, bu işlərin müqabilində həzrət Əbülfəzl Abbas (əleyhissalam) öz şəfaətini onadan əsirgəməsin!
    Onu da qeyd etmək istəyirəm ki, bəzən Həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın adından şəxsi mənafelərindən ötrü istifadə edib, mənasız işlər görənlər də tapılır. Belə şəxslər üçün də bu kitab bir ibrət dərsi olmalıdır. Biz müsəlmanlar Həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın hansı məqsədlə və nə uğrunda şəhadətə yetməsini fikirləşməli və əməllərimizi onun getdiyi yol və etdiyi hərəkətlərlə uyğunlaşdırmalıyıq. Yalnız belə olan halda, Allah bizim dualarımızı tez qəbul edər və Qiyamətin günündə o Həzrətin şəfaətini bizdən əsirgəməz.
    Pərvərdigara! Sən Özün bizim günahlarımızdan keç və bizim nəfsimizi ağlımıza tabe et!
    Amin! Ya Rəbbəl aləmin!
    İmişli
    Payız
    2000-ci il. Faiq Vəlioğlu.
    HƏZRƏT ƏBÜLFƏZLİN (Ə) BABASI VƏ NƏNƏSİ İLƏ TANIŞLIQ
    Həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın cəddinin adı Əbu Talibdir. «Əbu Talib» əslində onu əsl adı deyil, bəlkə də ləqəbidir. Onun əsl adı barəsində tarixçilər arasında ixtilaf vardır. Məşhur budur ki, Əbu Talibin əsl adı «Əbdül Mənar»dır.
    Əbu Talibin dörd oğlu olmuşdur. Onların adları: Talib, Əqil, Cəfər və Əli (əleyhissalam) olmuşdur. Onların hər birisi digərindən on yaş böyük idi. Talib Əli(əleyhissalam)-dan 30 yaş böyük olub. Onun nəslinin kökü olmayıb. Qureyş tayfası «Bədr» döyüşünə gələndə onu da özü ilə zorla aparıblar Lakin yolda itgin düşdüyünə görə döyüşdə iştirak etməmişdir. Bəziləri nəql edir ki, dənizdə qərq olmuşdur.
    Əbu Talibin özü böyük şəxsiyyətlərdən olmuşdur. O, Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) ilk iman gətirənlərdən olub və bu yolda əlindən gələn köməklikləri göstərmişdir. İmam Sadiq (əleyhissalam)-dan nəql olunan rəvayətlərin birində Əbu Talibin iman gətirməsi barəsində belə deyilir:
    «Əgər Əbu Talibin imanını tərəzinin bir gözünə və insanların imanlarını başqa gözünə qoysaq Əbu Talibin imanı ağır gələr».
    Nəhayət, besətin 10-cu ilində Əbu Talib öz dünyasını dəyişir. İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi və səlləm) hədsiz dərəcədə köməklik göstərən bu şəxsiyyətdən sonra müşriklər cürət tapıb Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) tərəf hücuma keçirlər. Əbu Talibin vəfatından 30 və yaxud 45 gün sonra Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) zövcəsi möminə xanım Xədicə də dünyasını dəyişir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) həmin ili «hüzn ili» adlandırır.
    HƏZRƏT ƏBULFƏZL ABBASIN NƏNƏSİ FATİMƏ ƏSƏD QIZIDIR!
    Əsəd qızı Fatimə islam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi və səlləm)-ə iman gətirdikdən sonra bütpərəstliklə mübarizəyə başlayır. Bu möminə qadın Xədicədən sonra ilk qadın idi ki, Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) iman gətirmişdi. Onun islam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) yanında çox böyük hörməti var idi. Belə ki, vəfat edərkən Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz köynəyini ona geyindirib dəfn edir.
    ƏLİ (Ə) ƏBULFƏZL ABBASIN ATASI!
    Həzrət Əli (əleyhissalam)-ın barəsində danışmaqdan ötrü xüsusi kitaba ehtiyac vardır. Lakin qısa da olsa Həzrətin həyatına nəzər sala bilərik.
    Əli (əleyhissalam) besətdən on il qabaq müqəddəs Kəbədə doğulmuşdur. Otuz il imamətlik dövründə cəmi dörd il doqquz ay xilafətdə olmuşdur. Hicrətin 40-cı ili Ramazan ayının 19-da (Allahın lənətinə gəlmiş) ibni Mülcəm adlı həyasız bir varlıq tərəfindən qılınclanmış və nəhayət 21-də şəhadətə yetmişdir.
    Əli (əleyhissalam) Məsum imam olmaqla yanaşı özünün şücaəti və qəhrəmanlığı ilə tanınmışdır. Ədalət naminə həyatından belə keçməyə hər an hazır olan İmam (əleyhissalam), özünün əxlaqi xüsusiyyətləri ilə bəşərə nümunə idi. Tarix səhifələrində çoxlu kəramətlərinin olduğu göstərilir. İmamın kəramətlərindən, əli kəsilmiş şəxsə əl bağışlaması, anadan gəlmə kor yetimin gözlərinin açılması, ölünün kəllə sümüklərinin İmamla danışması, Əshabı Kəhfin dirilməsi və onunla söhbət etməsi, o cümlədən onlarla belə kəramətləri tarix kitablarında qeydə alınmışdır.
    ÜMMÜL BƏNİN HƏZRƏT ƏBÜLFƏZLİN(Ə) ANASI!
    Həzrət Əbülfəzl (ə)-ın anası Ümmül Bəninin xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
    Əsl adı --------- Fatimə
    Künyəsi --------- Ümmül Bənin
    Anası ---------- Səamə
    Həyat yoldaşı---- Əli (əleyhissalam)
    Dörd şəhid anası olub -- Abbas, Əbdüllah, Cəfər və Osman.
    Qəbri şərifi -- Mədinə, «Bəqi» qəbiristanlığında.
    Tarixdə bu qadının özünün anadan olduğu vaxt qeyd olunmayıb. Lakin onun böyük oğlu Həzrət Əbülfəzl Abbas (əleyhissalam) hicrətin 26-cı ilində dünyaya gəldiyi göstərilir. Bu qadın özünün əxlaqı, şücaəti, kəramətləri və isməti ilə tarix kitablarında tanınır. Tarix nişan verir ki, Ümmül Bənin Kərbəlada olmamışdır, lakin imam Hüseyn (əleyhissalam) Kərbəla səfərinə yola düşərkən o, dörd oğlunu öz əlləri ilə kömək üçün kömək üçün İmamla(əleyhissalam) göndərir. Onların qətl xəbərini eşitdikdə hamıdan çox imam Hüseynə (əleyhissalam) ağlayır və öz oğullarının ona fəda olmasını arzulayır. Bu da onun imanının nə dərəcədə yüksək olmasına işarədir.
    HƏZRƏT ƏBÜLFƏZL ABBASIN(Ə) ŞİYƏLƏRƏ OLAN KƏRAMƏTLƏRİ (135 DƏFƏ)
    GİRİŞ
    Əvvəlcədən qeyd etdiyimiz kimi bütün bu kəramətlər dünyanın müxtəlif şəhərlərindən kitabın müəllifinə məktub vasitəsi ilə göndərilmişdir.
    Qısa da olsa bəri başdan qeyd etməliyik ki, Allah yanında uca məqamı olanlara müstəqil şəkildə təvəssül etmək şəriətdə haram və günah sayılır. Bizim Allah yanında uca məqamlı insanlara müraciət etməkdən məqsədimiz əsl niyyətimizi Allahdan istədiyimizə görədir. Başqa sözlə desək, biz özümüzün Allah dərgahında layiqincə məqamımız olmadığına görə Qurani-Kərimin Maidə surəsinin 35-ci ayəsinə əsasən:
    «Ey iman gətirənlər! Allahdan qorxun. Ona [Onun rəhmətinə və lütfünə qovuşmaq üçün] yol axtarın...» (Maidə-35).
    Allah yanında uca məqamı olanları, Allahla özümüz arasında vasitə (yol) qərar veririk. Bu iş şəriətdə heç də qadağan deyil, bəlkə də ən çox xoşagələn işlərdəndir və günahkar şəxsin duasının daha tez qəbul olmasına səbəb olur. Ümidvarıq ki, Allah-taala qiyamətin günündə oğul-uşağın və mal-dövlətin fayda verməyəcəyi bir gündə bizləri belə uca məqamlı övliyaların şəfaətindən uzaq etməsin! İlahi! Amin!
    Category: Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. | Added by: Islam_Kitabxanasi
    Views: 549 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024