İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.

    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.
    2012-01-31, 8:40 PM
    BİRİNCİ KƏRAMƏT
    BU BƏRƏKƏT HƏZRƏT ƏBÜLFƏZL ABBASA (Ə) XATİR OLDU!
    Hörmətli alim Fazil Fərzanə və höccətül islam vəl-müslimin hacı seyyid Məhəmməd Cəlam yazırlar:
    Hicri qəməri tarixi ilə 1356-cı ildə Rəcəb ayının 14-də İraqda «Bəs» partiyasının nümayəndələri Nəcəfül-əşrəf elmi mərkəzinə hücum etdilər. Bir dəstə tələbələri tutdular. Bir neçə ay əziyyətdən və əzabdan sonra bizi Nəcəfdə və Bağdadda bu partiya ilə müxalifət etməyimiz ünvanı ilə ölüm hökmünə məruz qoydular. Biz hökm elan olunan gecə mən və şeyx Hüseyn Həlimi (Səudiyyə Ərəbistanından idi) Fatimeyi Zəhra (s.ə) və həzrət Əbülfəzl Abbası (ə) Allah dərgahına and verirdik və o gecə həzrət Əbülfəzl Abbas (ə) barəsində roza oxuduq. Bizdən (iki nəfərdən) başqa heç kəsin ağlına belə iş gəlməmişdi. O gecənin səhəri sübh tezdən möcüzə olaraq əmr gəldi ki, mən və şeyx Hüseyn Həlimi azad olunurlar. Bu iş həzrət Fatimeyi Zəhra (s.ə) və Babul həvaic Əbülfəzl Abbasın bərəkətindən idi.
    Bizimlə həbs edilmiş digər tələbələri isə həmin il zil qədə ayının 18-də edam etdilər. Allah onların hamısına rəhmət eləsin və cinayətkarlardan onların qisasını alsın!
    Get Əbülfəz bu Hüseynə səni qurban elədim
    Get Əbülfəz bu Hüseynə səni qurban elədim,
    Bəslədim sərvi qəddün azimi meydan elədim!
    * * * * * * * * *
    Bu Hüseyn sifdi Nəbidir sən ona rəsmi qulam
    Sənə rayət budu şahən şahi dövranı imam
    Budur aləmlər içində səbəbi nəzmi-nizam
    Bu Hüseynə səni mən xadimi dövran elədim.
    * * * * * * * * * *
    Mümkün olduqca gətir abi sərin xeymələrə
    Ta ola bəlkə təsəlli hərəmi teşnələrə
    Xidmət eylə nə qədər vardı canun nəcmlərə
    Səni səqqayi Hüseyn höccəti Sübhan elədin.
    * * * * * * * * * * * *
    Əkbər üstə qənədün sərginən ey sərvi rəvan
    Cəddünə oxşari var Hüsnüdə çox vardı nişan
    Cən sənin can bu dilarami Hüsen teşnə ləban
    Səni bu nəsli Əbul-Qasimə qurban elədim.
    * * * * * * * * * * * *
    Nadima eylə təvəccöh zübdeyi nasə müdam
    Yazginən qisseyi dil sözünü qıl tasə müdam
    Müşkül əmründə yapış daməni Əbbasə müdam
    Ta şikayət eləmə ömrümü viran elədim.
    İKİNCİ KƏRAMƏT
    HƏZRƏT FATİMEYİ-MƏSUMƏYƏ(S) TƏVƏSSÜL VƏ ONUN MÜŞKÜLÜNÜ HƏZRƏT ƏBÜLFƏZL ABBAS (Ə)-A HƏVALƏ ETMƏSİ!
    Höccətül-islam vəl-müslimin Hacı şeyx Abbas Şeyxür-rəis Kermani 1376-cı il \4\31\ mənim xahişimə cavab olaraq aşağıdakı məzmundabelə bir məktub yazmışdır:
    «Təxminən hicri qəməri ili ilə 1332-ci ildə öz atamın və möhtərəm ustadlarımın yanında dini elmləri oxuyan tələbə idim. İranın Kerman şəhərində təhsil almaqla məşğul idim. Birdən «sinəmin sağ tərəfində döş qəfəsimin altında» şiddətli ağrı hiss etdim. Müalicədən ötrü bir neçə həkimə müraciət etdim. Amma bütün təcrübələr, yoxlamalar və müalicələrin heç birisi xəstəliyimin əsl dərmanını və narahatçılığımı tapa bilmədi.
    Bətnimdə «tumur» və ya «on iki barmaq» xəstəliyinin olması ehtimalı ilə həkimlər az bir gümanla zəmanət verməklə cərrahiyyə əməliyyatını başlamağı təklif edirdilər. Hərə bir nəzəriyyə verirdi, ağrının şiddəti və narahatçılıq o qədər çox idi ki, arzu edirdim ki, bir saatda olsa məni rahat buraxsınlar. O vaxtlar 24 yaşım olardı. Təhsilimi təkmilləşdirməkdən ötrü Məhəmməd Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) övladlarından olub orada dəfn olunan müqəddəs «Qum» şəhərinə gəldim. Bu şəhərdə özümə ev kirayə etdim. Təbii olaraq xəstəliyimin müalicəsi davam edirdi. Bütün bunlarla yanaşı dua və təvəssüldən qafil deyildim. O vaxta qədər ki, günlərin birində həzrəti Fatimeyi-Məsumənin (s.ə) dua edib, Allah dərgahından onun məqamına xatir şəfa tapmağımı dilədim. Həmin gecə yuxu aləmində gördüm ki, bir nəfər qırmızı tüklü qoyunu mənə göstərib buyurdu:
    Həzrət Əbülfəzl Abbasa (ə) qurban kəsməkdən ötrü nəzr elə ki, tezliklə şəfa tapasan!
    Sonra mənə xitabən buyurdu:
    «Demə ki, yuxu görürəm». -Bu cümləni üç dəfə təkrar etdi. (İşarə olunurdu ki, etinasızlıq etmə.)
    Ayılan kimi necə ki, yuxuda əmr olunmuşdu o cür də nəzr etdim. Bu vaxta qədər belə yuxu görməməyimlə bərabər heç nəzr etməyin və onun təsirindən də xəbərim yox idi. Çünki bu hadisədən az bir vaxt sonra bütün narahatçılığım aradan getdi.
    Təsadüfən həmin günlərdə o il məhərrəm ayında imam Hüseyn (əleyhissalam) məclisində istifadə etməkdən ötrü Tikdər kəndində az qoyun var idi. Etdiyim nəzirə əsasən, xahiş etdim ki, nəzr etdiyim nişanədə qoyun tapsınlar. Əgər qırmızı tüklü olsa daha yaxşı olardı. Maraqlıdır ki, yuxumda gördüyüm həmin rəngdə qoyunu mənim üçün aldılar. 35 tümənə həmin qoyunu alıb həzrət Əbulfəzl Abbas (əleyhissalam)-ın niyyəti ilə qurban kəsdim. Doğrudur ki, nəzr etmək əmri yalnız o illə bağlı idi, amma həzrət Fatimeyi Məsumənin (s.ə) və Əbülfəzl Abbas (əleyhissalam) bərəkətindən hər il Babul-həvaic» adına «rövzə» məclisi qurur, 40 ilə yaxındır ki, onların hörmətini saxlayıram. Bununla da Allah dərgahında onlara yaxın olmağa çalışıram.
    ÜÇÜNCÜ KƏRAMƏT
    HİNDİSTANLI UŞAQ ŞƏFA TAPDI!
    Bu məktubu höccətül islam vəl-müslümin Ayətullah hacı seyyid Təyyib Cəzairi bizim ünvana göndərib:
    «Bu hadisə təxminən günəş ili ilə 1325-ci ildə baş vermişdir. Hindistanda (Loknhov şəhərində) olan vaxt gənclik illərinə təzəcə qədəm qoymuşdum. Amma elə bir bahar cavanlığı idi ki, məndən ötrü qışın xəzan yelindən də çətin idi. Çünki, o vaxtlar müxtəlif növ müsibət və xəstəliklər mənim vücuduma üz gətirmişdi. Onlardan biri də bu idi ki, mənə elə bir xəstəlik üz vermişdi ki, həkimlər müalicə etməkdə aciz idilər. Mən həyatdan bezmişdim. O vaxtlar öz-özümə belə fikirləşirdim: Əgər bütün bu giriftarçılıq və xəstəliklərin əlacını bir dəfəlik istəyirsənsə Kərbəlaya get. Özünü o nurlu ziyarətgaha çatdır. Allah Özü vədə verib ki, bu məkanda olunan bütün duaları qəbul edərəm.
    Beləliklə, bir müddət sonra bütün müşkülatlara baxmayaraq özümü Allah yanında uca məqamı olan Kərbəla ziyarətgahına çatdırdım.
    Ah! Necə deyim ki, Kərbəlaya yetişəndə məndə hansı halət üz verdi?!
    Elə ki, o qızıl günbəzi gördüm, öz-özümə belə zəmzəmə etdim:
    «Axı mən ədəbsiz kiməm? Bura əcib bir dərgahdır! Bəşərin, cinlərin və mələklərin səcdəgahı burdadır!»
    Sonra özümü pak zirehə atdım. Ağlar gözlə və həyacanlı halda belə dua etdim:
    Ey qibleyi aləm və Peyğəmbərin övladı! Ey həyat mənbəyi və nicat gəmisi! Ey nuri səqəleyn və iki dünyanın ağası! Ey imam Hüseyn! Ey şəfa çeşməsi! Ey Fatimeyi Zəhranın qəlbinin əzizi! Mən miskin, bu qəmli qəlbimlə uzaq ölkədən sizə tərəf üz gətirmişəm. Dağ ağırlıqda müsibətim və dəryalar qədər müşkülüm var. Amma əgər siz istəsəniz dağ təpə olar və dərya kuzəyə dönər. Sizin bir baxışınız gülü gülaba və zərrəni günəşə döndərər!
    Nə isə bir müddət özümü pak zirehə bağladım və bir neçə gün orada qaldım. İşim-gücüm ah-nalə və ağlamaq idi. Amma nə qədər ah-nalə etdim və nə qədər ümid bağladımsa məqsədimə yetə bilmirdim. Az qalmışdı ki, imanım zəifləsin və ruhi cəhətdən əqidəm korlansın. Şeytan qəlbimə vəsvəsə salmışdı ki, axı nəyə görə imam Hüseyn (əleyhissalam) mənə cavab vermir? Nəyə görə yuxuma girmir? Mən ki, Harunun xəzinəsin və Harunun qüdrətin istəmirdim!
    Bir tərəfdən ahu-zarda, bir tərəfdən də səhlənkarlıq edirəm. Gecə-gündüz xahiş və yalvarışdayam. Amma, ağa mənə heç diqqət etmir. İlahi! Yəni, bütün bu şayələr əsassızdır. Əgər imam Hüseyn (əleyhissalam) həmin dillərdə deyilən şövkət və qüdrət sahibidirsə, axı nəyə görə mənim muradımı vermir? Nəyə görə möcüzə göstərmir?
    Belə «suallardan» zehnimdən çox keçirtdim. Ağlım çaşmış, əqidəmdə çaşqınlıq əmələ gəlmişdi. Ondan qafil idim ki, Əhli-beyt (əleyhimussalam)-ın işləri bəzi məsləhətlər üzündəndir. Bəşərin ağlı onu dərk etməkdə acizdir. Bəzən insanın bir şeyi tezliklə istəməsi onu müxtəlif xətərli bəlalara mübtəla edə bilər.
    Bu, o uşağa bənzəyir ki, əli taxçanın üstünə çatmır və əlinin qısa olmasından inciməyə başlayır. Amma, uşaq bir şeydən qafildir ki, əgər əlləri taxçaya çatsaydı onun üstündə kəsici şüşələr ola bilərdi və o şüşələr onun başına düşə bilərdi. Yaxud ,taxçada isti su ola bilərdi və uşağın əli ora çatardısa onu başına töküb özünü yandıra bilərdi. Lakin, ağlı çoxaldıqca əlləri də taxçaya çatar və onun üstündəkilərdən lazımınca istifadə edə bilərdi.
    Mənim üçün də həmin vəziyyət qarşıma çıxmışdı. Çünki, o vaxtlar (yaşımın azlığından və təcrübəm olmadığına görə) məqsədimə çata bilmədim. Lakin sonralar imam Hüseyn (əleyhissalam)-dan hər nə istədimsə ondan daha çoxunu mənə qismət etdi.
    «Qaranlıqda yanan məşəl gördüm». Təbiidir ki, imam Hüseyn (əleyhissalam)-dan muradımı almayan anda şiddətli heyranda qaldım. Az qaldı ki, zəlalət quyusuna düşəm. Həmin arada Allah köməyim oldu və mənim üçün hidayət çırağını göndərdi. Elə ki, zirehə yaxınlaşdım sağ tərəfimə baxdım. Gördüm ki, başqa birisi də özünü zirəhə sürtüb raz-niyaz edir. Yadımda deyil nə vaxta qədər hər ikimiz özümüzü zirəhə bağlamışdıq. Nəhayət, dəstəmazımı təzələməkdən ötrü hərəmdən çölə çıxdım. Yolüstü həmən şəxsə salam verdim. Soruşdum: Siz hansı diyardansınız? Cavab verdi: Hindistanın «Loknhov» şəhərindən.» Yəni, həmin şəhər ki, mən də oradan idim. Mən də özümü təqdim etdim. O, məni tamamilə tanıdı və böyük ehtiram göstərdi.O məndən yaşlı idi. Ona görə də mənimlə böyük qardaş kimi rəftar edirdi. Məni böyük mehribançılıqla öz otağına gətirdi. Ac idim. Məndən ötrü nahar hazırladı. Bu münasibətə görə onunla çox yaxından dostlaşdım. Nəhayət, cürət tapıb ondan soruşdum ki, ay qardaş sizə nə oldu ki, buraya gəldiniz və özünüzü müqəddəs ziyarətgaha saldınız?
    Cavab verdi: Xəstəyəm və şəfa tapmaqdan ötrü gəlmişəm. Dedim: Əgər muradınızı imam Hüseyndən (əleyhissalam)-dan ala bilməsəniz onda nə edəcəksiniz?
    Dedi: Nə etməliyəm? Dedim: Məgər qəlbinizdə şəkk-şübhə yaranmayacaq?
    Dedi: Heç vaxt!
    Dedim: Nəyə görə?
    Cavab verdi: Bir kəs ki, günün günorta çağı həzrət Əbülfəzl Abbası (əleyhissalam)-ı görə və onunla söhbət edib hacətini ala, necə ola bilər ki, qəlbində onlara qarşı şəkk-şübhə yaransın?
    Dedim: Xahiş edirəm əhvalatı mənə ətraflı nəql edin.
    Buyurdu: Bu hadisə mənim uşaqlıq illərimə təsadüf edir. Lakin o qədər də balaca deyildim ki, hadisə yadımdan çıxmış olsun. Bəlkə də yaşım elə idi ki, bu hadisəni bütün xırdalıqlarına qədər zehnimdə saxlamışam.
    Sözünə davam etdi: Uşaqlıqda qarınağrı xəstəliyinə tutulmuşdum. Nə qədər həkimlərə getdimsə faydası olmadı. O belə ki, valideynlərim mənim yaşamağımdan ümidlərini üzmüşdülər. Elə ki, ölüm halına gəldim, anam məni qucağına alıb «Həzrət Əbülfəzl Abbasın» zirehinin yanına apardı. Bədənim nəcis olduğuna görə məni qapının ağzında yerə qoyub özü içəri girdi və zar-zar ağlamağa başladı. Hindistanın «Loknhov» şəhərində «Həzrət Əbülfəzl Abbas dərgahı» adlı ziyarətgah var.Hər millətdən ora ziyarətə gəlir və çoxlu kəramət görürlər.
    Mən ,o müqəddəs məqamda böyük qapının qırağında torpaq üstündə qalmışdım. Hər tərəfimdən sinə vuranlar və əzadarlıq edənlər keçirdilər. O səhnəni müşahidə etdikcə gah imam Hüseyn (ə)-a, gah da öz halıma ağlayırdım. Həzrət Əbülfəzl Abbas (ə) zahir oldu. Həmin arada bir atlı gördüm ki, mənə tərəf gəlirdi. Atlı mənim yanıma gəldi və məni adımla çağıraraq dedi: Sən burada neynirsən? Nəyə görə torpağın üstündə qalmısan? Niyə görə ağlayırsan?
    Dedim: Ağa! Mən xəstəyəm, durmağa qüdrətim yoxdur.
    Dedi: Anan hardadır?
    Dedim: Zirehin yanına gedib ki, məndən ötrü dua etsin.
    Dedi: Dur otur!
    Dedim: Ağa, mənim qüdrətim yoxdur, xəstəyəm!
    Dedi: Mən deyirəm dur! Sən yaxşı olmusan.
    O vaxt mən onun sözü ilə ayağa durdum. Gördüm ki, ayaqlarıma qüvvət gəlib. O qüdrətsizlikdən məndə heç bir əsər əlamət yox idi. Xoşhal oldum və soruşdum: Ağa! Siz kimsiniz?
    Dedi: Bu hərəm kimindir?
    Dedim: Bu həzrət Əbülfəzl Abbasındır.
    Dedi: Mən Əbülfəzl Abbasam! Anan zirehin yanında fəryad edir. Get onu çağır.Artıq sən yaxşı olmusan və xəstə deyilsən.
    Bunu dedi və mənim gözlərimdən yoxa çıxdı.
    DÖRDÜNCÜ KƏRAMƏT
    HƏZRƏT ƏBÜLFƏZL ABBASIN(Ə) ƏLƏMİNİN BƏRƏKƏTİNDƏN BOMBALAR NEFT ANBARLARINA TƏSİR ETMƏDİ!
    Günəş ili ilə 1352-ci ildə Pakistanla Hindistanın ikinci müharibəsi dövrü idi. Pakistanın Kəraçi şəhəri yaxınlığında müxtəlif şirkətlərə aid çoxlu neft anbarları yerləşirdi. Hindistan təyyarələri bu neft mənbələrini bombardman edirdilər. Nəticədə, anbarlara elə od düşmüşdü ki, heç bir vasitə ilə söndürmək mümkün deyildi. Təxminən, bir həftə bu anbarlar və ətrafda olanlar yandı. O vaxta qədər ki, İranın yanğınsöndürən təyyarələri kimyəvi maddələr vasitəsilə bu atəşi söndürdülər.
    NEFT MƏDƏNİ BONBARDIMANDAN OD TUTMAMIŞDI!
    Bir müddətdən sonra təbliğdən ötrü Kəraçi şəhərinə getdim. Bir nəfər mənə dedi ki, bütün bu neft anbarlarının arasında bir neçə neft anbarı «Hacı dusa» adlı mömin bir şəxsindir. O, özünün anbarlarının üstünə «Həzrət Əbülfəzlin» ələmini asmışdı. Bu ələmlərin bərəkətindən onun anbarlarına atəş düşməmişdi.
    Mən dedim: Eşitmək görməyə çata bilməz. Gəlin bu neft anbarlarını mənə nişan verin. Tez maşınlara minib Hind dənizinin sahilinə yetişdik. Həzrət Əbülfəzl Abbasın(əleyhissalam)kəramətindən belə bir mənzərəni müşahidə etdim.
    Böyük bir meydanda neft anbarlarından ibarət meşə var idi. Sayını Allah bilirdi. Bütün anbarlar yanmışdı. Onların bəziləri yarı əyilmiş, bəziləri isə tam çökmüşdülər. Hətta, oranın torpağı da daş kimi yanmışdı. Lakin onların arasında bir neçə neft anbarı var idi. Əbülfəzl Abbasın (əleyhissalam)-ın bərəkətindən onlar atəş tutmamışdı. Həzrət Əbülfəzl Abbasın (əleyhissalam)adına olan bayraq da bu neft anbarlarının birinin üstündə dalğalanırdı. Onun üstünə bu söz yazılmışdı: «Ya Abbas!».
    Təəccüblü burasıdır ki, salamat qalan bu dörd-beş neft anbarında hələ də neft ağzına kimi dolu idi. Bunların hamısı bütün bu yanğınların içində tamamilə zərərsiz qalmışdılar.
    İndi özünüz təsəvvürünüzə gətirin, iki yüz ədədə yaxın neft anbarına ot düşə, orda hansı cəhənnəm əmələ gələr. Elə bir vaziyyət ki, hətta quş da onların üstündən uça bilmirdi, heç bir canlı yüz metrdən artıq o məntəqəyə yaxınlaşa bilməzdi. Lakin, onların ortasında bir neçə neft anbarı salamat qalsın. Görəsən bu möcüzə deyilmi? Elə bir möcüzə ki, Qurani-Kərimin «Ənbiya» surəsinin 69-cu ayəsində olan bu möcüzəni - «Ey atəş! İbrahimə qarşı soyuq və sağlam ol» - təsdiq edir.
    HƏZRƏT ƏBÜLFƏZLİN ƏLƏMİ EVLƏRİN ÜSTÜNDƏ
    Mən Pakistanda xüsusilə «Pəncah» şəhərində Əhli-Beyt (əleyhimussalam)-ı sevənlərin evlərinin üstündə Həzrət Abbasın (əleyhissalam)-ın ələminin dalğalandığını müşahidə edirdim. Lakin, mənim ürəyim hələ də arxayın olmadığına görə özüm bu cür şeydən istifadə etmirdim. Amma bu möcüzəni müşahidə etdikdən sonra qəlbimin pərdəsi açıldı. Ona görə də Nəcəf-Əşrəfə qayıdanda öz evimin yuxarısından Həzrət Əbülfəzl Abbasın (əleyhissalam)-ın ələmini asdım və möhkəm etiqad bəslədim. O ildən bu vaxta qədər təxminən otuz beş il keçir və mən də Qum şəhərində həzrət Məsum (s.ə) hərəminin yanında yaşayıram. Mən bu bayraqdan bu vaxta qədər çoxlu möcüzələr görmüşəm.
    İmdadə yet, Əbülfəzlim amandı!
    Hüseynimin Kərbəlası burdadı
    Zeynəbimin ney-nəvası burdadı
    Hər bir zülmün ibtidası burdadı
    Əldən gedən həm vətənim həm imandı
    İmdadə yet, Əbülfəzlim amandı!
    * * * * * * * * * *
    Gülüstanda gəşt eyləyir uşaqlar
    Güllə səsi tutubdu çox qulaqlar
    Bu günümüzə dərə ağlar, dağ ağlar
    Dağlarımın başı çəndi, dumandı
    İmdadə yet, Əbülfəzlim amandı!
    * * * * * * * * * *
    Axı atan olub, Əli şahi din
    Qalxıb göyə fəqani din, ahi din
    Cəbhələrdə ölən min-min şəhidin
    Qan çuxuru dəniz deyil, ümmandı
    İmdadə yet, Əbülfəzlim amandı!
    * * * * * * * * * *
    Əsir olub şəhidlərin balası
    Qızarıbdır gözlərinin alası
    Bax gör kimdir bu günlərə qalası
    Şücaətin doğru, yoxsa yalandı
    İmdadə yet, Əbülfəzlim amandı!
    * * * * * * * * * *
    Neçə gəlin başsız qalıb ocaqda
    Neçə körpə başsız qalıb bucaqda
    Kimsəsizik neyləyək biz bu çağda
    Ümidimiz bir sənsən, bir Qurandı
    İmdadə yet, Əbülfəzlim amandı!
    * * * * * * * * * *
    Çoxları var hərbi paltar geyərlər
    Dillərində vətən, vətən deyərlər
    Amma yetim əmlakını yeyərlər
    Bu haqsızlıq sənə yaxşı bəyandı
    İmdadə yet, Əbülfəzlim amandı!
    * * * * * * * * * *
    Dəstəli şəb həmdəki ruz ağlar
    Dərdlərini ürəyində saxlayar
    Ürək odun qələmimi dağlayar
    Haqsızlıqlar məmləkəti dağladı
    İmdadə yet, Əbülfəzlim amandı!
    * * * * * * * * * *
    Şəhid Məşədi molla Dəstəli.(İmişli)
    BEŞİNCİ KƏRAMƏT
    YALNIZ YADIMDA QALAN BUDUR Kİ, «YA ƏBÜLFƏZL!» DEDİM.
    Cənab höccətül-islam vəl-müslimin yazıçı hacı seyyid Əbul Fəth Dəvəti bizim ünvana belə bir məzmunda məktub göndərir:
    Təxminən 45-46-cı illər olardı ki, iş yoldaşım Nikpəndar və Rövşənlə tanış olmuşdum. Mərhum Nikpəndar «İslam cəmiyyətinin təlimatı» adlı ordusunun rəhbərliyini Kərəc şəhərində öz öhdəsinə almışdı. Mərhum Rövmən də bu ordunun sənətçilik bölməsinə nəzarət edirdi. Bu ordu Kərəcin böyük və tanınmış ağacı çox olan bir bağda qərar tutmuşdu.
    Bu bağ yay fəslində müxtəlif dəstələrin və müxtəlif əqidəli şəxslərin ixtiyarında olurdu. Çox vaxtı «İslam cəmiyyətinin təlimatı» adlı dəstə bu bağda istirahət edirdi. Mən də bu dəstədə olan dostlarımla birlikdə bu bağda istirahət edirdim. Bütün yayı bu bağda keçirirdik.
    Günlərin birində zəlzələ olması münasibəti ilə Nikpəndar və Rövşənə belə dedim: Bütün zəlzələlər müəyyən bir vaxtda baş verir və qabaqcadan ehtimal vermək olar. Dağıdıcı zəlzələlər adətən, ya ayın əvvəlində və axırında olar, ya da ayın ortasında olar. Əgər ayın ortasında baş verərsə zəlzələ gündüz olar, yox əgər ayın əvvəlində və ya axırında dağıdıcı zəlzələ baş verərsə gecə yarılarında olar. Sonra bir xəritə çəkib dedim: Biz indi güclü bir zəlzələyə tərəf gedirik. Bu ayın əvvəlində zəlzələyə şahid olacağıq.
    Bu sözlərdən bir müddət keçmişdi. Cənab Nikpəndar və Rövşən hər gün sübh tezdən saat altıda Tehrandan hərəkət edir və təxminən səhər saat yeddidə düşərgəyə çatırdılar. Bir gün sübh namazından sonra yatmışdım. Düşərgəyə yaxın olan otağımın qapısı möhkəm döyülməyə başladı. Ayıldım və gördüm Nikpəndar özünün şad və açıq üzü ilə deyir: Hörmətli seyyid Əbul Fəth, nə qədər yatacaqsan? Bu gecə ayın əvvəli idi. Məgər eşitmədin ki, radioda elan olundu ki, filan yerdə (dəqiq yadımda deyil hansı məntəqə idi, amma Xorasanın ətrafı idi) zəlzələ olub?. Sən verdiyin xəritə düz çıxdı.
    Çox söhbətləşdik.......
    Sonra münasib bir vaxtda cənab Rövşənin yanına getdim (bəlkə də nahardan sonra idi). Düşərgədə onunla da zəlzələ barəsində söhbətlərimiz oldu. Sonra buyurdu ki, mənim də zəlzələ barəsində bir əhvalatım var, onu deyim yazın, siz ki, qələm əhlisiniz. Buyurdu:
    Filan cənab ruhani (o şəxsin adı yadımadan çıxıb) keçmiş zamanlarda Məşhəddən Günabad məntəqəsində olan kiçik bir kəndə tərəf hərəkətə gəlir. Kəndin adı «Sərvdaşt» idi. İstəyirmiş ki, məhərrəmin on gününü bu kənddə rövzəxanlıq etsin. O vaxtlar maşın az olduğuna görə yolu yarı-yarı getməli olur.
    Bəli, bu şəxs azuqəsini götürüb Günabad kəndi tərəfə yola düşür. Yolun yarısında maşın xarab olur Bu zaman at-arabası görür. Arabada iki-üç nəfər oturubmış. Həmin ruhani onlardan xahiş edir ki, onlarla birlikdə kəndə qədər getsin.
    Yol arasında müxtəlif söhbətlər qarşıya çıxır. Bu ruhani bəzi məsələlərdən xəbərdar olmadan birinci və ikinci xəlifə barəsində söhbətə başlayır. Onların barəsində xoşagəlməz tarixi hadisələri nəql edir. Xəbəri olmur ki, ətrafındakılar müxalif məzhəbdən imişlər. Özləri də çox təəssübkeş şəxslər imiş. Beləliklə, arabaçı öz dostlarına işarə edir ki, bu ruhanini öz kəndlərinə aparıb dediyi sözlərə görə cəzalandırsınlar.
    Bu təhlükəli niyyətin ardınca onlar tələ qururlar ki, araba xarab olub, atın da istirahətə ehtiyacı var. Təklif edirlər ki, bu ruhani gecəni onlara qonağ olsun və kənddə qalsınlar. Beləliklə, ruhanini öz evlərinə aparırlar. Gecə şam yeməyi gətirirlər. Seyyid ruhani, naçar qalıb gecəni orada qalmalı olur ki, sübh tezdən yola düşsün. Gecə dostlar cəm olurlar. Qoca ruhaniyə hər tərəfdən söz atırlar. Kişi qəflətdə olub onlarla söhbətə girişir. Gecədən bir miqdar keçir. Kişiyə deyirlər ki, sənin yataq otağın yan otaqda hazırdır. İxtiyarınız var ki, yatmaqdan ötrü öz otağınıza gedəsiniz.
    Sonra üç nəfər araba sahibləri (sünnülər) ayağa dururlar və seyyidi başqa otağa keçirirlər. Seyyid otağa daxil olur. Birdən görür ki, otağda bir qəbir qazıblar. Onlar seyyidə deyirlər:
    Bu gecə sənin yerin bu qəbirin içindədir. Ey kafir! Ey mürtəd! Ey şeyxlərin düşməni!!!........! Sonra ona bir neçə yumruq vurub, əl-ayağını bağlayıb qəbirin içinə atırlar.
    Bəli, əhvalatın qalanını seyyidin özündən eşidək. Seyyid can buyurun. Seyyid buyurur: Elə ki, məni otağa apardılar və qəbirin müqabilində dayandılar və əl-ayağımı tutdular ki, qəbirə atsınlar, doğrusu gözlərim yaşla doldu. Öz-özümə həzrət Əbulfəzl Abbasa (əleyhissalam)-a xitab etdim və buyurdum:
    Ya Əbulfəzl Abbas! Öz kərəminə və fəzilətinə sığışdırırsan ki, mən qoca kişi, yorğun halda, arvad-uşağı atıb sənin müsibətindən rövzə deməkdən ötrü gələm və o vaxt sən razı olarsan və imkan verərsən ki, bu camaat məni bu cür qarşılasın və məni diri-diri qəbrə atsınlar! Xeyr! Bu iş sizin kəramətinzdən uzaqdır! Ya Əbülfəzl Abbas! Ya Qəməri Bəni Haşim! Özün bilərsən və Allahın bilər!
    Seyyid buyurur: Onlar mənim əl-ayağımı bağladılar və ağzıma bir-iki yumruq vurub məni möhkəmcəsinə qəbrin içinə atdılar. Daha sonrasın bilmirəm necə oldu?
    O vaxta qədər ki, gözlərim açıldı. (İlahi) bir taxtın üstündə uzanmışdım. Əynimdə göy və ya yaşıl paltarım var idi. Başımın üstündə bir-iki tibb bacısı durmuşdu. Bu vəziyyətdən çox-çox təəccübləndim. Bilmirdim diriyəm, ya ölü?
    Tibb bacılarının birindən soruşdum: Bura haradır? Niyə görə məni bura gətiriblər?
    Tibb bacısı dedi: Seyyid, siz o kənddə nə iş görürdünüz? O kənddə zəlzələ olub və kəndin bütün əhalisi qırılıb. Təkcə siz möcüzə şəklində sağ-salamat qalmısınız! Sonra yavaş-yavaş araba sahiblərinin əhvalatını yadıma salıb onlara nəql etdim. Onlara dedim ki, ev sahibləri məni qazdıqları qəbrə atdılar. Sonrasını bilmədim necə oldu. Təkcə yadımda qalan odur ki, dedim: Ya Əbülfəzl Abbas!
    Həmin anda, həmin anda zəlzələ olmuşdu. Otağın tavanı aşağı düşmüşdü. Bütün ev əhli və bütün kənd əhalisi həlak olmuşdular. Yalnız sən sağ qalmısan ki, bu da çox təəccüblüdür. Sözsüz ki, həzrət Əbülfəzl Abbas (əleyhissalam) sənə nicat verib və bütün kənd əhalisi yerlə-yeksan olublar.
    Ruhani nəql edir ki, bütün xəstəxana əhli bu işə təəccübləndilər. Əhvalatı eşidib ağlamağa başladılar.
    Sonra Rövşən dedi: Fulani, de görüm bu əhvalat da ayın əvvəlində olmuşdu? Bəs bu özü bir dəlildir ki, mənim nəzərim həqqdir.
    Mən özüm bu dastanı çoxdan yadımdan çaxartmışdım. Amma cənab höccətül-islam Xəlxali məndən xahiş etdi və mən də əhvalatı yadıma salıb qələmə aldım. Allah ona Özü mükafat versin!
    Seyyid Əbul Fəth Dəvəti. 1995-ci il.
    Category: Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. | Added by: Islam_Kitabxanasi
    Views: 834 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024