İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.

    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.
    2012-01-31, 8:37 PM
    ON İKİNCİ KƏRAMƏT
    «HAMINI YUXUDAN AYILTDI»
    Cənab höccətül-islam vəl-müslümin Şeyx Ruhullah Qasimpur «Babil» şəhərindən iki kəramət yazıb göndərmişdir:
    1. 1371-ci şəmsi ilində Babil şəhərinin kəndlərindən birində Məhərrəm ayının on gününü təbliğ edirdim. Məhərrəmin yeddinci gecəsində kəndin ağsaqqallarından biri mənə belə əhvalat nəql etdi:
    Mənim kürəkənim keçən ilə qədər müharibə yaralılarından biri idi. Bədəninin mühüm yerlərində qəlpə qalmışdı. Həkimə müraciət etdikdə dedi ki, cərrahiyyə əməliyyatı aparmaq mümkün deyil, amma bədənində qalsa təhlükəlidir. Hər halda istər cərrahi əməli olsun, istərsə də olmasın, təhlükəlidir.
    Məhərrəmin yeddinci gecəsi idi. Bütün ailəmizlə narahat idik. Kürəkənimin vəziyyəti çox pərişan idi. Nəhayət, həzrət Əbül Fəzl Abbası (əleyhissalam)-ı köməyə çağırdıq. Yeddinci gecənin yarısında yerindən qalxdı və hamını yuxudan oyatdı. O vaxt ağlaya-ağlaya belə dedi: Həzrət Əbül Fəzl Abbasın (əleyhissalam) bərəkətindən qəlpə özü bədənimdən düşdü.
    ON ÜÇÜNCÜ KƏRAMƏT
    «İNDİYƏ KİMİ O HƏZRƏTİ ÇAĞIRMIRDI!»
    1375-ci ilin qışında (günəş ili ilə) həzrət Əbül Fəzl Abbasın (əleyhissalam) anadan olduğu gün «Şəhid Qüreyş» adına məktəbin təqvalı və möminə müəllimlərindən biri üçün hadisə baş vermişdi. Hadisə eşitməlidir. Bu müəllimə hadisəni öz qələmi ilə yazıb bizə göndərmişdir.
    «Salam olsun şəhidlərin və pak Məsum İmamların (əleyhimussalam) ruhlarına! Salam olsun bizim namaz camaatı bərpa edən şəxsə (müəllifə). Ümidvaram ki, həmişə on ikinci imamımız həzrət Vəliyyi Əsrin (ə.c) sayəsində müvəffəq olasınız.
    Doqquz ay olardı ki, mənim həyatımda bir çətinlik qarşıya çıxmışdı. Mən və ailəm nə qədər çalışırdıqsa da bu müşkülü həll edə bilmirdik. Çətinlik maddi çətinlik idi. Qərara alınmışdı ki, bir yerdən üç milyon pul mənim və ailəmin hesabına köçürülsün. Biz də bu pulla özümüzə ev tikək. Lakin bütün səylərə baxmayaraq bu iş baş tutmurdu. Daha naümid olmuşdum. Həyat hər tərəfdən bizi sıxırdı. O qədər naümid olmuşdum ki, çox ibadət edə bilmirdim. Gündə bir dəfə oxuduğum «Vaqeə» surəsini və «Aşura» ziyarətini oxuya bilmirdim. Öz-özümə fikirləşirdim ki, daha faydası yoxdur. Birdəfəlik bədbəxt olmuşam. Daha ömrüm boyu kirayə sahibinin danlağı altında yaşamalı olacağam.
    Günlərin birində həzrət Əbül Fəzl Abbasın (əleyhissalam) mövlud günü oldu. Namazxanaya daxil olan vaxtı «İmam camaatın» səsini eşitdim. Söhbət edirdi. Söhbət həzrət Əbül Fəzl Abbasın (əleyhissalam) kəramətlərindən gedirdi. Özümdən asılı olmayaraq qəlbim tutuldu və gözlərim yaşla doldu. Uca səslə ağlamağa başladım. Öz-özümü məzəmmət etdim ki, niyə görə bu vaxta qədər o Həzrəti yada salmamışam? Niyə görə bu qədər günahkar olan halda həzrət Əbül Fəzl Abbası(əleyhissalam) şəfaətçi qərar verib, onun vasitəsi ilə Allahdan hacətimi istəməmişəm?
    «İmam camaat» söhbətlərinin arasında belə buyurdu: «Qəməri bəni Haşimin həzrət Əbül Fəzl Abbasın(əleyhissalam) nurlu çörhəsi» adlı kitab var. Həzrət Əbül Fəzl Abbasın(əleyhissalam) kəramətləri o kitabda cəm olunmuşdur. Ağladığım halda öz-özümə dedim: Bu «imam camaata» söyləyəcəm ki, mən üzü qara günahkaram. Siz mənim niyyətimlə həzrət Əbül Fəzl Abbasa (əleyhissalam) nəzr edin, bəlkə mənim hacətimi versin. Əgər müşkülüm həll olsa o kitabları sizdən alacağam. İnanın ki, axşam üstü evə qayıdanda heç bir söz danışmadan narahat idim. Mənə dedilər ki, xanım nə iş görmüsən? Muştuluğumu verin! Hazırlaş sabah Tehrana yola düşəcəksən. Üç milyon pulu almaqdan ötrü hazırlıq işləri görməliyik!
    Bu vaxt göz yaşlarımı saxlaya bilmədim. Bir müddət öz-özümə ağlaya-ağlaya qaldım!
    ON DÖRDÜNCÜ KƏRAMƏT
    «İŞIĞI SİZ YANDIRDINIZMI?»
    Bu kəraməti hacı Nəsrullah Mədədi məktub vasitəsi ilə bizim ünvana göndərmişdir.
    «Mən 1330-cu il 9-cu ay, 29 tarixdə (şəmsi ili ilə) ailə həyatı qurmuşam. 1332-ci ilə həzrət Zəhra (s.ə) ilə əhd etmişəm ki, onun eşqində halva bişirəcəm. Hər il halva bişirib ehsan etməkdən ötrü 45 kq undan istifadə edirdim. Bu iş 1348-ci ilə kimi davam etdi. Günlərin birində halva bişirməyi əmim arvadının öhdəsinə qoydum və ona inanıb öz işimin ardınca getdim. Saat 11 radələrində gecə iş yerindən evə döndüm. Əmim arvadına müraciət edib dedim: Əmi arvadı, halva yaxşıdır, ya yox? Halvanı xarab etmişdilər. Amma cavabında mənə dedilər ki, Çox yaxşı bişib. Mən qazanın altını söndürüb üstünə bir dəstmal sərdim. Sonra bir az qazanın suyundan süzüb qazanın altını təzədən yandırdım.
    Çox iş görəndən sonra yorulub sobanın ətrafında istirahət etməyə başladım. Bir neçə dəqiqə sonra həyətimiz işıqlı oldu (gecə yarı). Fikirləşdim ki, əmim arvadı həyətin işıqlarını yandırdı. Bir neçə dəfə soruşdum: Əmi arvadı! İşığı sizmi yandırdınız? Cavab verdi: Xeyr! Biz hamımız otaqda yatmışıq. Bir azdan sonra yuxudan oyandım. Yuxulu olmayan halda canamızımın üstünə gəldim. Gördüm canamazım açıqdır, «Məfatihül-cinan» kitabıda onun yanında açıq idi. Əmim arvadı narahat olub ağlamağa başladı: Ax! Anam Zəhra yenə də gəlibmiş. Mən ki, halvanı yaxşı bişirmişdim.
    İkinci dəfə yuxuya getdim. Səhər saat beşdə yuxudan ayıldım. Halvanı böldüm. Bölə-bölə öz-özümə dedim: Ya Fatimeyi-Zəhra! Bu gündən sonra icazə ver (halva yerinə) «Tasua» günü Əbül Fəzl Abbasının(əleyhissalam) adına düyü bişirim. O gündən sonra 1359-cu ilə qədər hər il düyü bişirdim. 1359-cu ildə əlim atəşə düşüb yandı. Mən narahatçılıqdan əlimi suya salmaq əvəzinə neft olan qaba saldım. 40 dəqiqədən sonra əlim şişdi. Məni xəstəxanaya apardılar. Xəstəxanada dedilər ki, bunun əli dərin yanıb. Mən qorxumdan demədim ki, əlimi neft olan qaba salmışam. Təxminən, 50 gün məni o xəstəxanadan bu xəstəxanaya göndərdilər. Nəhayət, bir gün məni «Çəmran» adlı xəstəxanadan «Səvaneh» yanığ xəstəxanasına ezam etdilər. Bu xəstəxanada da bir həftə yatdım. Bir həftədən sonra qərara aldılar ki, əlimi biləkdən kəssinlər. Sonra «Çəmran» adlı xəstəxanaya məktub yazıb məsləhətləşdilər ki, mənim əlimi kəssinlər, ya yox? Məktubu həmin xəstəxanaya özüm apardım. «Çəmran» xəstəxanası belə cavab verdi ki, siz nə məsləhət bilirsinizsə bizim üçün möhtərəmdir. Təzədən həmin xəstəxanaya qayıtdım. Buranın həkimləri mənim əlim barəsində məşvərətə başladılar. Onlardan biri dedi: Əlinin sümüyü qaralıb. İstəyirik əlini kəsək. Razısanmı? Mən dedim: Sizin nəzəriniz nədir? Həkimlər bir-birinin üzünə baxdılar. Sonra onlardan biri dedi: Siz çölə çıxın. Təzə hava alın!
    Mən xəstəxananın salonuna çıxdım və üzümü göyə tutub dedim: Ya Əbül Fəzl Abbas!. Əgər mən doğrudanda sizə aşpazlıq edirəmsə, əlimi səndən istəyirəm!. Ağlaya-ağlaya əlavə etdim:
    Ya Əbül Fəzl Abbas, mən kimə deyəcəyəm ki, bu qazanı ocağın üstündən götür yerə qoy? Mən əlimi səndən istəyirəm!. Sonra həmin vəziyyətdə xəstəxananın içinə qayıtdım.Həkim mənə baxıb dedi: Biz sənin əlini kəsməyəcəyik. Səni başqa bir yerə göndərəcəyik. Məni «Bazarqanan» xəstəxanasına göndərdilər. Orada həkim əlimə baxıb tibb bacısına müraciət etdi: Bir qab su və bir geyilməmiş əlcək gətir. Tibb bacısı gəldi. Həkim ona baxıb dedi: Bu şəxsin əlini təmizlə! Tibb bacısı təzə əlcəyə əl atıb mənim üfunət etmiş ətimi qopartmağa başladı. Sonra bir qədər əlimə dərman sürtüb dedi: Siz gedin. Uşaqlarınızın dəftərçəsin (həkim dəftəri) gətirin.
    48 saatdan sonra dörd ədəd «həkim xidməti» dəftərçəsini həkimin xidmətinə çatdırdım. Həkim hər dəftərçəyə üç dərman yazıb tapşırdı ki, hər bir nüsxəni bir aptekdən yox, hamısını bir aptekdən al. Bu əhvalat iki ay davam etdi. Mən sağ əlimi həzrət Əbül Fəzl Abbasdan( əleyhissalam) aldım.
    Bir müddət sonra Tehrandan düyü bişirməkdən ötrü bir maşın odun apardım. Maşın yolda sürüşdü və on beş dəfə fırlandı. Başım dörd yerdən yarıldı. Sol əlim maşının altında qalıb sıxıldı. Çox yaralandım............. Yol polisi məni avtomaşının sükanı arxasından çıxarıb dedi: Ölməmisən? Dedim: Cənab rəis mən güclüyəm. Xeyr! Polis dedi: Bu ağacları nədən ötrü aparırsan? Cavab verdim: Məhərrəm ayında ehsan verib düyü bişirməkdən ötrü aparıram. Polis dedi: Əlini yaxşı kəslərin ətəyindən tutmusan. Heç vaxtı əl çəkmə!
    Mən yeddi kiloqram düyü bişirməkdən başlamışdım. Hazırda 1376-cı şəmsi ilidir. Yetmiş kiloqram düyü bişirib ehsan verirəm. ümidvaram ki, həzrət Əbül Fəzl Abbasın (əleyhissalam) bu məhəbbəti müqabilində öz xırda vəzifəmin öhdəsindən gəlim.»
    Bilün ey leşkəri üdvan mənəm Əbbasi Əli
    Bilün ey leşkəri üdvan mənəm Əbbasi Əli
    Xaliqə vahidi yəzdan mənəm Əbbasi Əli
    * * * * * * * * * *
    Adım Əbbasi Babam saqeyi kosərdi mənim
    Cəddim ol nuri Xuda bil o peyənbərdü mənim
    Qardaşım ruzi cəza şafeyi Məhşərdi mənim
    Müddətim cəngidə bir xaliqim Əkbərdi mənim
    Cəngidə xəncəri vurram mənəm Əbbasi Əli.
    * * * * * * * * * *
    Çəkərəm xəşmilə xəncər bu günü leşkərə mən
    Atəşi suzi dəmi gör necə o kafərə mən
    Teşnədir su aparam qönçə sifət Əsğərə mən
    Yetirəm ta özümü şövqilə o kösərə mən
    Kəsilən qoç kimi qurban mənəm Əbbasi Əli.
    * * * * * * * * * *
    Hökm elə leşkərüvə meydan arasın yerisin
    Yol verün Şamə tərəf leşkəri nalan yerisin
    Çəkərəm əyri qılınc su yerinə qan yerisin
    Kəsərəm başuvüzü xakilə yeksan yerisin
    Eyləyən kufəni viran mənəm Əbbasi Əli.
    * * * * * * * * * *
    Tu sənin tuti qədəm üstə giriban gəzərəm
    Xuni Əkbər ötəri aləmi viran edərəm
    Qıraram leşkərüvü vəsvüvü viran edərəm
    İbni Sədi dəsəni çaki giriban edərəm
    Od vuran leşkərə əlan mənəm Əbbasi Əli.
    * * * * * * * * * *
    Qoymaram yerdə qala qani Əli Əkbərimin
    Ox boğazına batıb qönçə sifət Əsğərimin
    Kakili qanə batüb Övn ilə həm Cəfərimin
    Gözləri yolda qalıb gör necə ol sərvərimin
    Eyləyən bir qana min qan mənəm Əbbasi Əli.
    * * * * * * * * * *
    Xeymədə Əhli hərəm yari vəfadari mənəm
    Açılıb bu fələkin bil ki, vəfadari mənəm
    Yox vəfadarı Hüseynin ona ğəmxari mənəm
    Kərbəla şahinə yavər mənəm Əbbas Əli!
    Fəth edən Kərbübəladə mənəm Əbbasi Əli!
    * * * * * * * * * *
    Rəhm elə ümbətə sən həşridə ey Bari Xuda
    Eyləyib ünbət özün Əkbərə canım fəda
    Ağlayıb Qasimə, Əbbasə tutub daim əza
    Bu sözü zikr eyləyib Seyyidü Məzlumi bəfa
    Ümmətə rəhm eləsin Heydəri Kərrar mənəm!
    * * * * * * * * * *
    ON BEŞİNCİ KƏRAMƏT
    «HALBUKİ FƏRYAD ET: YA ƏBUL-FƏZL ABBAS(Ə)! ÖZÜN DADIMA YETİŞ!»
    Cənab Qənbər Əli Səram höccətül-islam seyyid Möhsün Əhmədi Sədəhiyə belə yazır:
    «Cümə günü idi. Atamın piy düzəltmə fabrikinə bir neçə işçi aparırdım. O gün başqa günlərdən seçilirdi.
    O günün başqa günlərlə fərqi bu idi ki, başqa günlərdə ikinci oğlum mənimlə birlikdə olurdu, amma o günü mənimlə yox idi. Atam da başqa günlər mənimlə olardı, lakin o gün yorğun olduğundan o da mənimlə gəlməmişdi. Həyat yoldaşıma tapşırdım ki, əgər bu gün evə gəlməsəm məni gözləməyin.
    İşçiləri fabrikə yola salıb qayıtdım. Qayıdan vaxtı güzgüyə baxdım ki, gördüyüm maşınlar mənim yolu keçməyimə mane olmasınlar. Birdən hiss etdim ki, maşın ixtiyarımdan çıxıb. Hərəkət edərək maşınla birlikdə su ilə dolu olan kanala düşdüm. Düşdükdən sonra fikirləşirdim ki, nə edim?
    Bir neçə dəqiqədən sonra yadıma düşdü ki, bir az da olsa üzməyi bacarıram. Sonra maşının qapısına baxdım, istədim qapını açıb maşından düşəm. Qapıya güc vurdum, amma açılmadı. Əlim və başımla qapını döyməyə başladım. Lakin, suyun təsiri imkan vermirdi ki, qapı açılsın!.
    Qış ayı idi. havalar soyumuşdu. Ona görə də maşına minəndə şüşələri yuxarı qaldırmışdım. Nə qədər çalışdımsa, maşının şüşələri aşağı getmədi. Su da yavaş-yavaş maşının qapısı arasından içəri dolurdu. Maşınım kiçik həcmli (jiquli markalı) yük maşını idi. Maşının içi su ilə dolmuşdu. Maşın suyun içində təmiz itmişdi. Daha yavaş-yavaş ümidim hər yerdən üzülmüşdü. Ölümü öz gözlərimlə görməyə başladım. Oturacağın arxasından qalxıb oturdum. Kəlmeyi-şəhadətimi və «İnna lillahi və inna iləyhi raciun» ayəsini dedim. Suda olan insanın cəsədi suyun təsirindən şişir. Belə olan halda insanı maşının arxasından çıxartmaq çətin olur. Başqa tərəfdən bu fikirdə idim ki, həyat yoldaşıma demişdim «yolumu gözləmə» (o vaxtı həyat yoldaşım hamilə idi). O nə vaxta kimi mənim ardımca gəzəcək? Digər tərəfdən xoşhal idim ki, atam və oğlum mənimlə birlikdə maşında olmayıblar. Yoxsa onlar da mənim kimi giriftar olardılar. Bu fikirdə ikən ölümü gözləyirdim. Birdən hansısa bir qüvvə məni yerimdən qaldırdı. Bu halda var gücümlə «Ya Əbul-Fəzl Abbas!» deyib fəryad çəkərək qapıya əl atdım. Əlim qapıya dəyən kimi dəstəyə güc verməmiş qapı öz-özünə açıldı. Maşından çıxıb kanalın kənarına qədər üzdüm. Həyacandan yuxarı qalxa bilməyib suyun kənarında durdum. Ona görə də kanalın qırağı ilə çəkilmiş su borusundan yapışıb yuxarı qalxdım.
    İndi diqqət edin, o qədər suyun içində mənim öz qüdrətim çata bilərdimi ki, özüm qapını açım? Əgər belədirsə bəs niyə görə əvvəlcə nə qədər əlləşdimsə faydası olmadı, qapı açılmadı. Amma, özünə and olsun, elə ki, həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam) adını çəkdim nicat qapısı öz-özünə üzümə açıldı. Aydındır ki, həzrət Əbul-Fəzl Abbas (əleyhissalam) Allaha yaxşı bəndəlik etdiyinə görə Allah ona «Hacətləri qəbul edən» ləqəbini bağışlamışdır.»
    ON ALTINCI KƏRAMƏT
    «QƏMƏRİ BƏNİ HAŞİMƏ BEL BAĞLAMAQLA QIZIM ŞƏFA TAPDI.»
    Cənab Şeyx Əhməd Mütəvəssili Arani cənab Məhəmməd Qaiminin başına gələn iki əhvalatı bizə yazıb:
    1. O, söyləyir: Kərbəlada mənzilimiz elə yerdə idi ki, hər gün həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam) hərəminin müqabilindən keçirdim. Adətimiz həmişə hərəmin müqabilində dayanıb o Həzrətə salam vermək idi. Günlərin birində ailəmlə birlikdə gecə vaxtı evə qayıdırdım. O həzrətə salam verdim. Seyyidə xanım, həyat yoldaşıma dedim sən də salam ver. Hətta, kiçik qızıma da dedim ki, salam ver. Uşaq da salam verdi. Biz evə gəldik.
    Sühb tezdən adətim üzrə mağazama yola düşdüm. Çox çəkmədi ki, həyat yoldaşım ağlaya-ağlaya mağazaya gəldi və dedi: Qızımız Maidə kor olub. Fəryada yetiş! Tələsik və narahatçılıqla evə gəldim. Gördüm kiçik qızım şkafın güzgüsünü üstünə aşırmış və üz-gözü al-qanın içindədir. Şüşənin qırıntıları uşağın gözlərinə dolmuşdu. Uşağın əlindən tutub hərəmin müqabilinə gətirib dedim: Ey mənim ağam! Salamın cavabı budurmu? (Çaşdığımdan bilmədim nə deyim?) Budur kəramətin?
    Pullu oduğuma görə mütəxəssis həkimlərdən birinə müraciət etdim. Dedim, fulankəs!
    Hər nə qədər pul istəyirsən verəcəm, qızımı sağalt! O, qızı diqqətlə müayinədən keçirdi. Sonra dedi: «Hər iki gözü sağlamdır. Ümumiyyətlə gözlərində heç bir şüşə qırıntısı müşahidə edilmir.» Təəccübləndim və dedim: Necə? Yəni o gözlər. Buyurdu: Bəli!
    Xülasə, nə dərman yazdı, nə də bir nüsxə. Evə tərəf qayıtdım. Yolda pak hərəmin müqabilindən keçəndə dayandım.Ağlaya-ağlaya dedim: Mənim ağam! Bağışla! Cəsarət etmişəm! Hirsli olmuşam!
    Bəli, həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam) kəramətində qızım korluqdan şəfa tapdı.
    ON YEDDİNCİ KƏRAMƏT
    HƏZRƏT ƏBUL-FƏZL ABBASI ŞƏFİ QƏRAR VERDİM!
    Cənab Qaimi belə nəql edir:
    2. Mənim oğlum olmurdu. Bu cəhətdən çox narahat idim. Kərbəlada dükanımın kənarında seyyid Əhməd adlı şəxsin dükanı vardı. İndi onun həyatda olması barədə heç bir məlumatım yoxdur. Əgər haqq dünyasındadırsa, Allah ona rəhmət eləsin. Bir-birimizlə dost idik. Seyyid Əhmədin şiddətli bel ağrısı var idi. Həkimlər rədd cavabı vermişdilər. Bir gün ona dedim:
    Seyyid! yaxşı olar ki, gedək Kufəyə həzrət Müslim ibni Əqili ziyarət edək. Mən səndən ötrü dua edim şəfaət olasan. Sən də məndən ötrü dua et, Allah mənə oğul payı versin. Onun adını Meysəm qoyaram. İmam Hüseyn (əleyhissalam) və həzrət Əbul-Fəzl Abbası (əleyhissalam) şəfi qərar verək, o bunu qəbul edər.
    Kufəyə getmək günü gəlib çatdı. Ailə-uşağı Kufəyə nə məqsədlə getməyimdən hali etdim. Nəcəfə çatanda Seyyid Əhməd dedi: Ağa Əmirəl-mömininin (əleyhissalam) hərəminə gedək. Dedim: Bizim işimiz həzrət Müslim ibi Əqil ilədir. Əvvəlcə ora gedək, qayıdanda ağanın hərəminə dönərik. Həzrət Müslim ibni Əqilin hərəminə daxil olduq. Ziyarətdən sonra xüsusi halda ona ərz etdim: Ağacan! Seyyid Əhməd siz seyyidlərin nəslindəndir. Razı olmayın ki, xəstə olsun. Seyyid Əhməd də öz növbəsində dua ilə məşğul idi. Kərbəlaya qayıtdıqdan bir həftə sonra xanımım seyyid qızı bir yuxu gördü. O, yuxunu belə nəql edirdi: Yuxu aləmində Həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam) pak hərəminə daxil oldum. Gördüm sağ və soldan qiblə tərəfə kimi hərəmin səhnəsində kişilər səf çəkib. Hamı ədəblə durublar. İki səfin arasından keçid yeri var. Mən cərgənin birinin qarşısında dayandım. Birdən hərəmdən bir nəfər çölə çıxıb dedi: Ağa Əbul-Fəzl Abbas(əleyhissalam) gəlir. Bütün diqqətimi qapıya yönəltdim. Bir də gördüm ki, Həzrət çölə çıxdı. Mübarək əlində kiçik kağız vardı. Mənə tərəf baxdı. Tünd səslə buyurdu: İstədiyin oğlanı götür və kişilərin qarşısından kənara çəkil. Qabağa gəldim. Kağızı alıb yuxudan oyandım.»
    Bir müddət sonra Allah mənə oğul payı verdi və adını Meysəm qoydum.
    Category: Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. | Added by: Islam_Kitabxanasi
    Views: 662 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024