İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.

    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.
    2012-01-31, 8:35 PM
    İYİRMİ YEDDİNCİ KƏRAMƏT
    ALLAHA ŞÜKÜR! AĞANIN VASİTƏSİLƏ HACƏTİMİ ALDIM!
    3. Bu əhvalatın da ravisi anamdır. Hadisəni öz gözləri ilə yaxından müşahidə etmişdir
    Yenə də Kərbəlada olan vaxtımda günlərin birində həzrət Əbul-Fəzl Abbası(əleyhissalam) ziyarət etməkdən ötrü evdən çıxıb pak hərəmə tərəf getdim. Hərəmə daxil olmamışdan əvvəl gödüm ki, içəridə səs-küy, qışqırıq qopub. Qabağa getdim ki, hadisədən xəbərdar olum. Məlum oldu ki, qadınlardan birinin qızıl qolbağısı ziyarət vaxtı zirehdən tutarkən öz-özünə qolundan açılıb zirehin içinə düşüb. Əhali bu qolbağının götürülməsinə mane olurdu. Deyirdilər ki, qolbağı qəribə şəkildə ora düşübsə, təəccüblüdür. Beləliklə camaat şadlanırdı.
    Qadından soruşdum ki, nə oldu bu iş baş verdi? O, dedi: Mənim bir hacətim vardı. Yerinə yetmədiyindən təngə gəlmişdim. Nə edirdimsə hacətim qəbul olmurdu. Nəhayət həzrət Əbul-Fəzl Abbası (əleyhissalam) şəfaətə çağırdım. Nəzr etdim ki, əgər hacətim qəbul olsa, bu qolbağını zirehə ataram. Allahın köməyi ilə nəzirim qəbul oldu. Muradımı aldım. Bir müddət keçmişdi, amma nəzirimi əda etməmişdim. Bu gündə ziyarətə gələndə öz-özümə dedim: Mən hacətimi almışam, daha ehtiyac yoxdur ki, bu qolbağını zirehin içinə atam. Bundan əlavə nə bilmək olur ki, qolbağı necə olacaq, hara gedəcək?
    Həmin fikirlə hərəmə daxil oldum. Ziyarətnaməni oxuduqdan sonra özümü zirehə yaxınlaşdırdım. Təşəkkür və minnətdarlıqdan sonra zirehi tutub təbərrük etdim. Zirehdən tutan anda qolbağım öz-özünə açıldı. Elə qolbağı ki, onu açmaqdan ötrü müəyyən miqdar vaxt sərf edirdim. Qəribə şəkildə qolumdan açılıb öz-özünə zirehin içinə düşdü. Ətrafdan bu mənzərəni müşahidə edən xanımlar maraqlanmağa başladılar. Sonra bu səs-küy başqa zəvvarlara yetişdi və onlar da şadlanmağa başladılar. Mən də ağadan öz nəzirimi yerinə yetirməkdə geçikdiyim üçün üzürxahlıq etdim. Həzrət Əbul-Fəzl Abbas(əleyhissalam) mənim barədə böyük lütf və inayət göstərmişdi. Belə lütfün müqabilində xırda qolbağının heç bir dəyəri yoxdur. Çox təəssüf olsun ki, bu nəzirin daha tez yerinə yetirilməsində şeytan mənə vəsvəsə etmişdi.
    İYİRMİ SƏKKİZİNİCİ KƏRAMƏT
    «SUDAN BİR OVUC GÖTÜRDÜ!»
    Həkim hacı seyyid Əli Təbəripur belə nəql edir:
    Bir nəfər çayın kənarına gedib dəstəmaz almaq istəyirdi. Sudan bir ovuc götürüb içməkdən ötrü ağızına yaxınlaşdırdı. Bu vaxt Kərbəla səqqası həzrət Əbul-Fəzl Abbası(əleyhissalam) yadına saldı. Suyu içmədi və göz yaşı axıdaraq çaya tökdü. Həmin gecə kişinin xəstə qadını yuxuda görür ki, həzrət Əbul-Fəzl Abbas(əleyhissalam) gəlib ona şəfaət verir.Qadın soruşur: Məgər əliniz yoxdur? Buyurur: Mənim əlim yoxdur. Qadın soruşur: Siz kimsiniz? Buyurur: Həyat yoldaşın kimi köməyə çağırmışdı?
    İYİRMİ DOQQUZUNCU KƏRAMƏT
    «YEDDİNCİ İMAM MUSA İBNİ CƏFƏR (KAZİM(Ə)) VƏ HƏZRƏT ƏBUL-FƏZL ABBAS(Ə) BEŞ AYLIQ UŞAĞA ŞƏFA VERDİ!»
    Höccətül-islam vəl-müslimin seyyid Məhəmməd Fəllahzadə nəql edir:
    1354-cü ilin mahi mübarək Ramazan ayında beş aylıq Seyyid Məhəmməd oğlum bağırsaq xəstəliyinə tutuldu. Uşağı Qum şəhərindəki Nikuyui xəstəxanasına aparıb uşaq bölməsində yatızdırdıq.
    O gündən sonra mən və uşağın anası hər gün xəstəxanaya gedir, uşağın dindar həkimi Sadiqdən uşağın halını soruşurduq.
    Bütün xəstəxana həkimlərinin və bizlərin səyinə baxmayaraq uşağın halı gündən-günə pisləşirdi. Belə ki, irəliləyişdən əsər-əlamət görünmürdü.
    Gecələrin birində uşağın müayinəsi üçün gəlmiş həkim mənə dedi: Seyyidcan! Sizin uşağınızın halı gündən-günə pisləşir. Mən də əlimdən gələni onun üçün etmişəm. Bundan sonra sizin uşağınızın şəfası Allahladır. Elə ki, həkimin pərdəsiz söhbətin eşitdim, ürəyim qırıldı, çox narahat oldum. Sonra öz-özümə dedim: Məgər biz sahibsizikmi? Bizim sahibimiz var! Əsl həkimin ətəyindən yapışmaq lazımdır!
    Həmin gecə uşağın gözü yaşlı anası ilə birlikdə xəstəxananın həyətində qəlbiqırılmış halda imam Kazim (ə) və həzrət Əbul-Fəzl Abbası(əleyhissalam) şəfaətə çağırdıq. Nəzr etdik ki, əgər uşaq sağalsa imam Kazim (ə) və həzrət Əbul-Fəzl Abbasa(əleyhissalam) hər ayın əvvəlində on gün rövzə oxudarıq. O gecə sübhə qədər dua etməklə məşğul olduq. Belə ki, vaxtın necə keçməsini bilmədik. Sübh gəlib uşağın halını soruşduq. Qəribə mənzərə ilə rastlaşdıq. Gecədən xəstəxanada halsız vəziyyətdə qalan uşaq indi tənəffüs boruları vasitəsilə nəfəs almağa başlamışdır. Bunu görüncə tez həkimə xəbər verdik. O da tez gəlib uşağı müayinə etdi. Müayinədən sonra gülümsündü. Mənə üz tutub dedi: Cənab Fəllahzadə de görüm gecə nə etmisən? Çünki möcüzə olub. Daha bu uşağın bağırsaqlarında üfunətdən xəbər yoxdur. Rahatlıqla nəfəs alır.
    Bu sözləri eşidəndə sevincdən qəhr boğazımı tutdu və həkimin cavabını verə bilmədim. Bir müddət sükutdan sonra özümə gəlib dua etmək əhvalatını həkimə nəql etdim. Belə ki, o da çox pərişan olub ağlamağa başladı.Həzrət imam Kazim (əleyhissalam) və həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) kəraməti bu idi. Beş aylıq uşağa Allah dərgahında şəfa verdilər. Ondan sonra bu günə qədər Allahın köməyi ilə bizim uşaqda bağırsaq xəstəliyi yoxdur. Bu macəranın sonunda onu da qeyd etmək istəyirəm ki, qəlbini sındırmasan «dua» qəbul olmayacaq. Lazımdır ki, Allahla xalis şəkildə rabitə yaradıb Onun dərgahında ağlayasan.
    MÜSLİMİN QIZININ DİLİNDƏN
    Ey vəfa keşvərinin təxtinə sultan Əbbas!
    Duri dəryayi şücaət şəhi dövran Əbbas!
    Səfdərü səfşekənü Mədəni ehsan Əbbas!
    Yadigarü şahidin sərvəri Mərdan Əbbas!
    * * * * * * * * * * *
    Lütv qıl bircə pərişan olan əhvalimə bax
    Ciyəri qanə dönübdür, di yetim halimə bax
    Kəhrəba tək saralan rəngi-ruxi halimə bax
    Göz yaşım aləmə salmış necə tufan Əbbas!
    * * * * * * * * * * *
    Sərsəri zülm ilə soldurdu fələk güllərimi
    Salmışam nalə konan başə qara məcərimi
    Gəlmişəm ya ətəyün kəs dayı, ya əllərimi
    Ya budur eylə mənim dərdimə dərman Əbbas!
    * * * * * * * * * * *
    Bixəbərsən məgər ey kani vəfa zübdeyi nas
    Sərbəsər ali Əli şivən ilə qurmuş yas
    Bax oğulsuz anama gör geyinib qarə libas
    Eyləyib zülfünü ah ilə pərişan Əbbas!
    * * * * * * * * * * *
    Öldürüblər babami Kufədə, yox dəfn edənin
    Olmayıb nəyşinə tabutu hənutu kəfənin
    Qüsli qan qənarədə qalıb üryan bədəni
    Olma razı qalya yerdə bu belə qan Əbbas!
    * * * * * * * * * * *
    Mən yetiməm bu sınıq könlümü bir şad eylə!
    Qurtarıb qüsseyyi-qəmdən məni azad eylə!
    Atamın qanını al Kufəni bərbad eylə!
    Bu uzun qollara canım ola qurban Əbbas!
    * * * * * * * * * * *
    Lalə tək batsa əgər gül bədənin al qanə
    Qıla gəl zülm əli sinəvi nişan peykanə
    Mən də gəlləm qabağunca dayıcan meydanə
    Açaram başımı, allam ələ Quran Əbbas!
    * * * * * * * * * * *
    Məni qaytarma qapından sən ayə kani kərəm
    Canımı aldı müsibət-qəmi ənduhi ələm
    Yerdə qoysan atamın qanına razi deyiləm
    Bu dilafkarı dəxi qılma peşiman Əbbas!
    * * * * * * * * * * *
    Can verəndə babamın olmadı bir ağlıyanı
    Baş açıb nəyşinin üstündə cigər dağlayanı
    Vardı Qumri kimi aləmdə əza saxlayanı
    Göz yaşıyla salacaq aləmə tufan Əbbas!
    * * * * * * * * * *
    OTUZUNCU KƏRAMƏT
    «YAŞIL İPİ BİLƏNGİNDƏN AÇMA!»
    Höccətül-islam Xətib Fərzanə və hacı seyyid Hüseyn Mötəmidi Kaşani, Nemətullah Əşhəri Qumsəri oğlu Möhsindən belə nəql edirlər:
    Əsgərliyimin son vaxtında Tehran dəmir yol vağzalına gətirilmişdik. Mənim ora çatmağım İraq əsirlərinin və yaralılarının qatarla gətirilməsi gününə təsadüf etmişdir.
    Ordan bir əsiri xaric etdilər. Biləklərinə yaşıl ip bağlamışdı. Onunla müsahibə apardılar. Müsahibə arasında ondan soruşdular: Bilənginizdə yaşıl ip bağlamaqda seyyidsinizmi? Xeyr - deyə cavab verdi.
    Bir neçə gün bundan əvvəl Səddamın əmrilə məni zorla iranlılara qarşı döyüşə aparırdılar. Döyüşə yola düşməmişdən əvvəl anam məni həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) hərəminə apardı. Oranın xidmətçilərindən birindən yaşıl rəngli ip alıb bir ucunu mənim qoluma digər ucunu həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam) zirehinə bağlayıb ağlamağa başladı. Ağlaya-ağlaya həzrətə and verib dedi: Bu uşağımı zorla cəbhyə aparmaq istəyirlər. Mən onun yaralanmasından və əsir olmağından qorxmuram. Amma, istəmirəm ki, öldürsünlər. Ya Əbul-Fəzl Abbas! Buna bir nəzər sal! Uşağımın başına nə gəlirsə gəlsin, lakin ölməsin, mənim yanıma qayıtsın. Sonra mənə dedi: İpi qolundan açma. Mən həzrət Əbul-Fəzl Abbasdan(əleyhissalam) istəmişəm ki, səni mənə qaytarsın. Cəbhəyə gələndə bir neçə nəfərlə iranlılara hücum etdik. İranlılar bizi mühasirəyə aldılar. Çox çətin vəziyyətdə idik. Dörd tərəfdən atəşə tutulmuşduq. Dostlarımdan bir neçəsi yanımdaca öldülər. Lakin mən əllərimi başıma qoyub həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) köməyi ilə iranlılara təslim oldum və sağ qaldım.
    OTUZ BİRİNCİ KƏRAMƏT
    «BABA MƏNİ YERƏ QOY»
    Höccətül-islam vəl-müslimin seyyid Əhməd Qazəvi mərhum ayətullah hacı şeyx Məhəmməd İbrahim Nəcəfi Brucerdinin dilindən belə nəql edir:
    İraqda olan vaxtda bir dəstə dostlarımızla birlikdə həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) pak hərəmində oturmuşduq. Birdən bir ərəbin səhnəyə daxil oduğunu gördük. O, 6 ya 7 yaşlı oğlan uşağını qolları üstə aparırdı. Bizə belə gəldi ki, uşaq keçinmişdi. Uşağın atası pak zirehə müraciət edib dedi: Ey Abbas ibni Əli (əleyhissalam)! Əgər Allahdan uşağıma şəfa almasan səndən atan Əli (əleyhissalam)-a səndən şikayət edəcəyəm.
    Bu səhnəni görəndə istədik ona deyək ki, əgər hacətin varsa O həzrətlə ədəblə söhbət etməlisən. Belə bir böyük şəxsiyyətə sizin xitabınız və sözləriniz yaraşmaz. Fikrimiz sona yetməmiş gördük ki, uşaq gözlərini açdı. Atasına dedi: Ata məni yerə qoy! Bu səhnəni görməklə hamımızın halı dəyişdi və öz gözlərimizlə gördük ki, uşaq şəfa tapdı
    OTUZ İKİNCİ KƏRAMƏT
    «HƏZRƏT ƏBUL-FƏZL ABBASIN(Ə) HƏRƏMİNİN GÖYƏRÇİNLƏRİNDƏN BİRİ»
    Höccətül-islam vəl-müslimin hacı seyyid Rəsul Məcidi nəql edir:
    İsfahanda «Gəzali» mağazasının satıcısı cənab Ağa Riza Kermani mənə nəql etdi:
    10 ya 12 yaşlı uşaq idim. Gördüm ki, uşaqlardan biri həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) pak hərəminin göyərçinlərindən birini tutdu. Göyərçinin quyruğu yolundu və uçdu. Uşaq göyərçinin əlində qalmış quyruğunu göyə atdı. Göyərçinin quyrğu havada uçub öz əsl yerinə yapışdı. Bu da həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) kəramətindən biri idi.
    OTUZ ÜÇÜNCÜ KƏRAMƏT
    «BABACAN! MƏGƏR SƏNİN AĞAN «BABUL-HƏVAİC» DEYİL?»
    Cənab Əli Səfəvi Kaşani cənab Harunidən nəql edir:
    Məhərrəm ayında (aşura günü) dəstələrin birinin su paylayanı dövr edib uşaqlara su verirdi. O, nəql edir ki:
    Allah mənə bir oğlan uşağı vermişdi. On bir il şil oldu. Tasua gecəsi idi. Evdən çölə çıxmaq istəyirdim, su məşqi də sinəmin üstündə idi. Birdən gördüm ki, oğlum məni səsləyir: Baba! Hara gedirsən? Dedim: Oğlum bu gecə tasuadır. Mən öz dəstəmizdə su paylayanam. Gərək gedib uşaqlara su paylayam. Uşaq dedi: Babacan! Bütün bu ömrüm ərzində bir dəfə də olsa məni özünlə əzadarlığa aparmamısan. Baba! Məgər «Babul-həvaic» sənin ağan deyil? Bu gecə məni özünlə dəstənizə apar və Allahdan həzrət Əbul-Fəzl Abbasa(əleyhissalam) xatir mənə şəfaət istə!.
    Çox pərişan oldum. Su məşkini bir tərəfimə, əziz şikəst oğlumu isə başqa tərəfimə alıb evdən çölə çıxdım. Əzadarlıq edən dəstəmiz hərəkət etməyə başlayanda dəstənin müqabilində durub dedim: Uşaqlar dayanın! Bu gecə oğlum mənə bir söz deyib ki, bu sözlə qəlbimi yandırıb. Əgər bu gecə «Babul-həvaic» uşağıma şəfaət verdisə verdi, yoxsa sabah gəlib meydanın ortasında su məşkini para-para edəcəm və həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) su paylayan vəzifəsini kənara qoyacağam.» Bu sözü deyəndən sonra dəstə hərəkətə gəldi.
    Gecə yarı idi. Əzadarlıq tamam olmuşdu. Gördüm uşaqdan bir xəbər yoxdur. Çox pərişan və halım dəyişmiş idi. Öz-özümə dedim: Xudaya! Bu nə söz idi ki, mənim dilimə gəldi? Bəlkə onlar özləri istəyir ki, mənim oğlumu belə görsünlər. Bəlkə Allahın məsləhəti beləimiş. Öz-özümə dedim: Daha bir söz idi dedim. Əgər qəbul olmasa sabah su məşkini parça-parça edəcəm. Evə gəldim. Otağın birində oturmuşdum. Həm mən ağlayırdım, həm də oğlum. Çox ağladım. Birdən oğlum fəryad etdi: Baba bəsdir! Dur ayağa baba, baba! Əgər qəlbini yandırmışamsa məni bağışla baba, baba! Allah nə istəsə mən də razıyam baba!
    Mən otağdan çölə çıxdım. Gedib qarşı otaqda oturdum. Lakin, aram ola bilərəmmi? Dayanmadan ağlayırdım. O vaxta qədər ki, gözlərimi yuxu tutdu. Bu vaxt oğlumun səsi məni yuxudan ayıltdı:
    Babacan! Gəl!Ağan kömək etdi! Baba gəl! Əbul-Fəzl Abbas(əleyhissalam) mənə şəfa verdi! Baba!!!!!!
    Gəlib qapını açdım. Gördüm ayaqları on bir il şil olan oğlum yeriyə-yeriyə mənə tərəf gəlir. Dedim:
    Əzizim nə olub?
    Fəryad çəkdi: Baba elə ki, sən otaqdan çölə çıxdın, mən ağlayırdım. Birdən gördüm ki, otaq işıqlandı. Bu zaman bir nəfər mənim yanımda durub mənə belə deyir:
    «Dur ayağa!»
    Dedim: Mən dura bilmirəm!
    Dedi: «Bir dəfə de ki: Ya Əbul-Fəzl Abbas! Sonra dur.»
    Baba! Bir dəfə dedim: Ya Əbul-Fəzl Abbas! Və durdum. Babacan görürsən ağan səni naümid etmədi. Mənə şəfa verdi!
    Oğlumu qaldırıb qucağıma aldım və evdən çölə çıxdım. Uca səslə fəryad etdim:
    Ey əziz əzadarçılar! Gəlin görün! Həzrət Əbul-Fəzl Abbas(əleyhissalam) vəfasız deyil! Uşağıma şəfa verdi!
    Qolsuz yaralı yıxıtdılar atdan məni qardaş!
    Qolsuz yaralı yıxıtdılar atdan məni qardaş!
    Müştaqəm edəm bir də ziyarət səni qardaş!
    Dad eyləmərəm özgəni çün dadi rəsim var
    Əzbərdü mənə dildə adun ta nəfəsim var
    Yox özgə həvəs dildə fəqət bir həvəsim var
    Görməkdi məramım bu ölən dəm səni qardaş!
    * * * * * * * * * * *
    Çun kasə ləbaləb doludu qan ilə gözlər
    Bu qanlı gözüm həsrət ilə sağ solu gözlər
    Gəl qoyma gözü yolda amandır məni qardaş
    Ey vəchi Xuda, vəchi nədir vəchi yubandın
    Gördün kəsilən əllərimi yoxsa dayandın
    Hərçənd məni yıxdılar sən candan usandın
    Leyk axarıram vəchi həqqi zulməni qardaş!
    * * * * * * * * * * *
    Hər can verəni sən edəsən qardaş hidayət
    Təslim edər öz canını cananına rahət
    Ey sayeyi həqq başıma sal zilli inayət
    Qoy ucala qardaşıvın şivəni qardaş
    * * * * * * * * * * *
    Su məşqini dörd min ox atan etdi bəhanə
    Başdan başa oldu bədənim tirə nişanə
    Məşk oxlanıb əşkim su kimi oldi rəvanə
    Qəmgin məni xoşund elədi duş məni qardaş
    Gəl sil gözümün qanını əl yoxdu silim mən
    Fikrim budu təşrifi şahən şahi bulum mən
    Ta məqdəmi şahən şaha qurban kəsilim mən
    Olsun başımın nizə başı məsgəni qardaş
    OTUZ DÖRDÜNCÜ KƏRAMƏT
    «AĞA! SƏN ÖZÜN MƏNİM GİRİFTARÇILIĞIMI GÖRÜRSƏN!»
    Cənab höccətül-islam hacı seyyid Nəcəf Rəzəvi yazır:
    Çətinliyim var idi. neçə vaxtlar idi ki, həll olmurdu. Sizin bu kitabı oxuduqdan sonra otaqdan çıxdım. Halım dəyişdi. Həzrət Əbul-Fəzl Abbasa(əleyhissalam) xitabən ərz etdim:
    Ağa! Sən özün mənim giriftarçılığımı bilirsən. Mənə elə gəlir ki, sən kömək edə bilərsən. Səni and verirəm qardaşın həzrət imam Hüseyn (əleyhissalam)-a, mənim bu müşkülümün həllini Allahdan istə!
    Bu sözləri dedikdən sonra evdən şəhərə çıxdım. Günorta evə qayıdanda zövcəm dedi ki, müşkül həll oldu. Halbuki zövcəmin bu işdən xəbəri yox idi. Bəli, Allaha şükür olsun ki, həzrət Əbul-Fəzl Abbası(əleyhissalam) köməyə çağırmaqla müşkülüm həll oldu
    OTUZ BEŞİNCİ KƏRAMƏT
    «İKİ MAŞIN ARASINDAN BİR NƏFƏR TAPILDI!»
    Cənab Rəzəvi təxminən 50 il bundan əvvəl olmuş başqa bir kəraməti belə yazır:
    Mənim bibim Nəcəfi-Əşrəf ziyarətindən Kərbəlaya, yaxud əksinə səfər edirmiş. Yol arasında hava dəyişir və hər tərəfi toz-duman bürüyür. Həmin halda qarşıdan bir maşın gəlir və onların maşınları ilə üzbəüz olur. Az qalır ki, hadisə baş versin. Birdən bütün zəvvarlar bir ağızdan «Ya Əbul-Fəzl Abbas!» deyə fəryad çəkirlər.
    Bibim nəql edir ki: Mən iki maşın arasında qolsuz bir nəfəri gördüm. Bu şəxs özünün pak çiyinləri ilə iki maşının bir-birinə dəyməsinə mane oldu. Mən bu işi həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) kəramətlərindən hesab edirəm.
    OTUZ ALTINCI KƏRAMƏT
    «QƏMƏRİ BƏNİ HAŞİMİ YADIMA SALDIM!»
    Cənab hacı Hüseyn Babayi bir neçə kəramət yazıb göndərir:
    1.Mən altımış il bundan öncə Qum şəhərinin Kərəmgah kəndində sakin idim. 17-18 yaşım olardı. O vaxt hər tərəfdə yayılan «qızdırma» xəstəliyinə tutulmuşdum. Bu xəstəlik o vaxt demək olar ki, hər bir evdə vardı və çox evlərdən 2-3 nəfəri öldürmüşdü. Mən də bu xəstəliyə tutulmuşdum. Məni müalicə etməkdən ötrü Mirzə Qulam Hüseyn Casibi adlı bir həkim gətirmişdilər. Həkim məni müayinə etdikdən sonra dedi:
    Mən dərman verməyəcəyəm.
    Soruşdum: Həkim! Bir-iki dənə nar yeyə bilərəmmi?
    Həkim narahat olub dedi: Nar ye və öl!
    Halım o qədər pis idi ki, anam və bacılarım mənim dəfnimdən ötrü kəfən hazırlamışdılar. Bu halda Həzrət Qəməri bəni Haşimi yadıma saldım.
    Yuxuda gördüm ki, yaşıl libas geymiş, uzun boylu gözəl bir şəxs başımın üstündə durub buyurdu:
    Sən yaxşı olmusan!
    Dedim: Ağacan! Mirzə Qulam Hüseyn həkim dedi ki, sən öləcəksən. Buyurdu: Sən yaxşı olmusan!
    Birdən gördüm ki, sanki otağın divarı yarıldı və həmin şəxs otaqdan xaric oldu. Sonra gözlərimi açdım və hiss etdim ki, zərrə qədər də olsa bədənimdə ağrı yoxdur. Bir neçə nar dənəsi yedim. Sonra anamı və bacımı səslədim: Həzrət Əbul-Fəzl Abbas(əleyhissalam)- mənə şəfa verdi!
    İndi altımış ilə yaxındır ki, tasua gecələrində (Məhərrəmin 9-cu gecəsi) həzrət Əbul-Fəzl Abbasdan(əleyhissalam) ötrü süfrə açıb ehsan verirəm. O da hər il mənə köməklik göstərir və ildən-ilə yaxşılaşıram.
    Yatdı ələm sandı qoşun qardaş Hüseyn gəl, yalqızam!
    Yatdı ələm sandı qoşun qardaş Hüseyn gəl, yalqızam
    Düşmən alıbdır dörəmi neynəyim qolum yox qolsuzam
    * * * * * * * * * * * *
    Kəsib yolum əhli hərəm, mümkin deyil heç bir gələm
    Qanə batıb əhli hərəm, qardaş Hüseyn gəl yalqızam
    Neynim əlim yox qolsuzam!
    * * * * * * * * * * *
    Qanə batıbdır peykərim, tez gəl hərayə sərvərim
    Yolda qalıbdır gözlərim qardaş Hüseyn gəl yalqızam
    Neynim əlim yox qolsuzam!
    * * * * * * * * * * *
    Səd parə olmuş gül bədən, yoxdur imdadə rəhm edən
    Qardaş yoxdur nə dəfn edən, qardaş Hüseyn gəl yalqızam
    Neynim əlim yox qolsuzam!
    * * * * * * * * * * *
    Yox nəyşim üstə ağlayan, qanlı gözümü bağlayan
    Baş açıb sinə dağlayan, qardaş Hüseyn gəl yalqızam
    Neynim əlim yox qolsuzam.
    * * * * * * * * * * *
    Çoxdur başımın yarəsi, ürəkdə qan fəvvarəsi
    Ey dəri qəm əvvarəsi, qardaş Hüseyn gəl yalqızam
    Neynim əlim yox qolsuzam.
    * * * * * * * * * * *
    Category: Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. | Added by: Islam_Kitabxanasi
    Views: 817 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024