İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.

    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.
    2012-01-31, 8:30 PM
    QIRX ALTINCI KƏRAMƏT
    «EY DÜŞMƏNƏ QƏZƏBLİ!»
    Seyyid Cəlil Məhdi Dezfuli hekayəni mərhum ayətullahül uzma Xoyinin hüzurunda mərhum ayətullah uzma Qumiyə nəql edir:
    Günlərin birində Əmirəl-möminin həzrət Əli (əleyhissalam)-ın hərəmində baş tərəfdə oturmuşdum. Gördüm bir dəstə ərəb «icazə» duasını oxumadan hərəmə girdi və zirehin dövrəsində cəm oldular. Sonra başqa bir dəstə ərəb icazəsiz daxil olaraq onların yanında səf çəkdilər. Birinci gələnlər dururlar. İkinci dəstədə bir qadın da var idi. O, hərəmə daxil olmamışdı. İki qapı arasında durub ərz etdi: Ey Əmirəl-möminin! Məni ağa çıxart!
    Mən bunları görən kimi bildim ki, nə isə bir iş var. Hadisədən xəbərdar olmaqdan ötrü onların yanına getdim. Qadının sözü qurtarandan sonra ikinci dəstədən bir nəfər birinci dəstədən olan cavan oğlana üzünü tutub dedi:
    «De ki, Əli ibni Əbi Talibin həqqinə and olsun mənim bu işdən xəbərim yoxdur!»
    Cavan oğlan qabağa yeridi və zirehin daxilindəki pak qəbrə işarə edib dedi:
    «Əli ibni Əbi Talib (əleyhissalam) haqqına and olsun...»
    Amma sözü bitməmiş öz yerindən yuxarı, yəni, zirehin lap yuxarı qurtaracağına qədər qalxdı, sonra isə oradan kürəyi üstə möhkəm yerə çırpıldı. Belə ki, bədəninin sümükləri çilik-çilik oldu. Tezliklə can verən hala düşdü. Yanındakılar onu götürüb çölə çıxardılar. Hərəmdən çıxmamış canını tapşırdı.
    Bu kəraməti görməklə orada olanlardan fəryad qopdu. Hadisəni səbəbini soruşdum. Dedilər ki, həlak olan cavan bu qadının həyat yoldaşı idi. Bir neçə vaxt imiş ki, onu incidirmiş. O qadın küsüb atası evinə gedir. Bu hadisədən bir müddət keçir. Bir gün əri onu səhrada xəlvətdə görür. Ondan cinsi əlaqədə olmaq xahişini edir. Qadın razılıq vermir, üzür gətirir ki, ola bilsin hamilə olar və bu da onun rüsvayçılığına səbəb olar. Çünki, qadın hələ də atası evində qalırmış. Cavan söz verir və and içir ki, bu gecə bir nəfər göndərib onunla barışmaq xahişini edəcək və onu öz evinə qaytaracaq. Ərəblərdə adətdir ki, əgər birisi sülh etməkdən ötrü xahiş etsə onun sözünü rədd etməzlər. Ona görə də qadın arxayın olub özünü kişinin ixtiyarında qoyur. İş elə gətirir ki, qadın hamilə olur. O kişi öz arzusuna çatdıqdan sonra verdiyi sözünə etina etmir və qadının ardınca heç kimi göndərmir. Bir müddət keçir və hamiləlik əlaməti qadında zahir olur. Atası soruşur bu nə işdir ki, səndə müşahidə olunur? Qadın əhvalatı atasına olduğu kimi nəql edir. Atası cavab verir ki, bu iddianı qəbul etmək olmaz. Əgər ərin təsdiq etsə qəbuldur. Atası qızının ərinin yanına gedir və əhvalatı ondan soruşur. Amma keçmiş kürəkəni bunu inkar edir.
    Atası qızına deyir: Mənim səni öldürməkdən başqa çarəm yoxdur. Əgər sənin sözün haqqdırsa, bu ölümünün günahı ərinin boynuna düşəcək. Qadın ölüm hökmünün qəti olduğunu bildikdə deyir: Heç olmasa ərimə and verdirəydin. Əgər and içərsə, mən ölüm üçün hazıram.
    O kişi və qadın Nəcəf və Kərbəla çöllüyündə yaşayan köçərilərdəndir. Mənzilləri Nəcəfin dörd fərsəxliyində Kərbəlanın isə səkkiz fərsəxliyindədir. Qadın və kişi tərəfdən dəstələr cəm olur. Kərbəlaya həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam)hərəmində and içməkdən ötrü hərəkətə gəlirlər. Mənzildən çıxırlar. Yoldan bir qədərini getdikdən sonra qadının gözü həzrət Əli ibni Əbu Talibin hərəminə sataşır. Onlara ərz edir: Əmirəl-möminin Əli ibni Əbi Talib (əleyhissalam) həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) atasıdır. Zəhmət olmasa Nəcəfə tərəf gedin. Qadının xahişini qəbul edib Nəcəfə gəldilər. Hadisənin isə əvvəldə gördüyünüz kimi aqibəti necə olur.
    ƏBUL FƏZL ABBASLA(Ə) ŞÜMRİN (LƏNƏTULLAH) DEYİŞMƏSİ
    Şümrün sözləri:
    Ey mahi Bəni Haşim, ey şiri jəyan Əbbas!
    Gülzari imamətdə bir sərvi rəvan Əbbas!
    ◊ * ◊ * ◊ * ◊ * ◊ *
    Fərzəndi yədullahi, nəqdi əsədullahi
    Sərnənci surullahi aləmdə nəzirin yox
    Vallahi və billahi ey kəşdi rəşadətə
    Sultani cahan Əbbas!
    ◊ * ◊ * ◊ * ◊ * ◊ * Sən gövhəri yektasən, hər fənnidə əlasən
    Movlalara movlasən, bu dəşdidə movlasən
    Tiqindir əsa əldə ,sobani dəyan Əbbas!
    ◊ * ◊ * ◊ * ◊ * ◊ *
    Ey sərvərnə Mavər, ey şiri qəzənfərfər
    Hər dərdə üzün güldü, həm dildə sözün şəkkr
    Gəlsə qəzəbin cuşə, rkani zəmin titrər
    Ey mehri-məhəbbətdə, bir nuri bəyan Əbbas!
    ◊ * ◊ * ◊ * ◊ * ◊ *
    Bu rəşdi rəşadətdə, bu rəzmi sucayətdə
    Bu miri məhəbbətdə, bu hüsni şucaətdə
    Bu hüsni lətafətdə, asari sucayətdə
    Vallahi Yezid eylər, qurban sənə can Əbbas!
    ◊ * ◊ * ◊ * ◊ * ◊ * ◊
    Vallahi Yəzid eylər, haqqında sənin ehsan
    Əmrində olar hər yan, həm məmləkəti İran
    Kəşmiri, Səmərqədi, Gilani zəmin Tehran
    Etmə özüni nahəq, oxlara nişan Əbbas!
    ◊ * ◊ * ◊ * ◊ * ◊ * ◊
    Altında qızıl səndəl, hökmündə hami millət
    Gey qəsri zərəndidə, ər ləhzədə bir xələt
    İran ilə turanə, l hökmi rəvan Əbbas!
    Həzrəti Əbulfəzl(ə):
    Ey zulmi sitmkani ,səd seyrəti dövrani
    Xənnas xəbisin nəfsi, bu zadeyi Şeytani
    Ey səxdi dili bədxu, bu firqəti udvani
    Bir zərrəcə yox səndə ,Vallahi həya ey Şümr!
    ◊ * ◊ * ◊ * ◊ * ◊ * ◊
    Ey Şümri xəta pişə ,saldın məni təşvişə
    Etdin mənə bir təklif, gətdin qəzəbin cuşə
    Versəydi əgər izni, Zəhrayi ciyər quşə
    Ki, sizləri eylərdim bir mərrə fəna ey Şümr.
    * ◊ * ◊ * ◊ * ◊ * ◊
    Mən bu Şaha qəm xarəm, həm yari mədəd karəm
    Əbbasi Ələmdarəm, bu ərsədə sərdarəm
    Dərgahi bu movladə ,bir əbdi xiridarəm
    Min canım ola verrəm bu Şaha fəda ey Şümr.
    ◊ * ◊ * ◊ * ◊ * ◊ *
    Ol zadeyi sufyanə ,həm zadeyi mərcanə
    Hər ləhzədə min lənət, siz kimi müsəlmanə
    Səddahi olub sizdə, iman evi viranə
    Bu zülmi sitəmkanə Vallahi rəva ey Şümr.
    ◊ * ◊ * ◊ * ◊ * ◊ * Bu yerlərə sərvərdir ,həm ərşə buləngərdir
    Movcud olan əşyayə, xurşudi minəvvərdir
    Fərzəndi Əlidir bu, dilbəndi Peyəmbərdi
    Nuri dili Zəhradi, bu nuri Xuda ey Şümr.
    QIRX YEDDİNCİ KƏRAMƏT
    «BİR VAXT MÜXTƏLİF BƏLALARA DÜÇAR OLMUŞDUM.»
    Qum elm ocağının böyük alimlərindən biri adının çəkilməsini istəmədən buyurur:
    «Bir vaxtlar müxtəlif bəlalara düçar olmuşdum. İmam Rza (əleyhissalam)-ın ziyarətindən ötrü anasız qalan uşaqlarımı da götürüb Məşhəddə özümə layiq olmayan bir mehmanxanada yer aldım. Mübarək Ramazan ayı yetişdi. Təxminən iki ay yarım 8-ci imamın ziyarətini davam etdirdim. Quran oxuyub, həzrətdən müxtəlif yollarla hacətimi istəyirdim. Çox nigaran idim. O rəhmət dəryasında hacətimin qəbul olunmasında heç bir işarə hiss etməmişdim. Bəzi duaları o qədər təkrar oxumuşdum ki, əzbərdən bilirdim. İki aydan sonra birdən yuxudan ayıldım və hiss etdim ki, bütün bu duaları dalbadal əzbərdən düzürəm. Dilimdə əzbər olan dua bu idi:
    «Ya kaşifən kurəbi ənil vəchil Hüseyn (əleyhissalam) İkşif kurəbi bi həqqi əxikəl Hüseyn!».
    Məşhəddən Quma gəldim. Moizəyə qulaq asmaq üçün alimlərdən birinin evinə getmişdim. Bir nəfər mömin alim minbərdə moizə edərkən belə söylədi: Hər kəs bu duanı 133 dəfə təkrar etsə hacəti qəbul olmuş olar. Məclisdə duanı əzbər bildiyim üçün belə də etdim. Bütün hacətlərim qəbul oldu. İşlərim öz yoluna düşdü və giriftarçılıqdan qurtardım. Bu vaxta qədər bu duadan kömək alıram. Öz adımı qeyd etmirəm, amma hadisə dediyim kimidir. Ümidvaram ki, əziz qardaşlarım öz pənah yerlərini tapsınlar!
    Əssəlam Ələykum və rəhmətullahi və bərəkatuh.
    QIRX SƏKKİZİNCİ KƏRAMƏT
    «YA ƏBUL-FƏZL ABBAS(Ə), O KƏSİLMİŞ UZUN QOLLARINI....»
    Höccətül-islam vəl-müslimin Hacı şeyx Əhməd Xudayi Zəncani yazır:
    (İslam inqilabından əvvəlki illərin birində) Yayın isti və uzun günlərindən biri idi. Bir neçə nəfər jandarm kəndimizin kəndxudası olan rus mühacirin evinə tərəf getdilər. Əhalinin gözü jandarmalara düşən kimi şivən-nalə hər tərəfdən qalxdı. Xüsusilə, əsgərlik yaşına düşən kiçik yaşlı uşaqları olanlar çox narahat olurlar. Bilirdilər ki, bunlar fəqir və əliboş camaatın cibini əsgərlik bəhanəsi ilə soymağa gəliblər.
    Çox keçəmdi kəndin carçısı qalın və qorxulu səsi ilə vəziyyəti əhalinin nəzərinə çatdırır: «Nə qədər bacarırsızsa cavan uşaqlarınızı əsgərlik üçün göndərin gəlsin.» Sonra əlavə edir: «Əgər qaçan və gizlənən olsa belə və belə edəcəyik». O biri tərəfdən kəndxudanın dəllalları işə başladılar. Tanıdıqları və münasib adamları görüb hər birindən uşaqlarının əsgərlikdən müəyyən müddət qalmaq və yaxud bağışlanmaq üçün müəyyən məbləğ pul və qoyun almağa başlayırlar.
    Mənim qardaşlarımdan birinin əsgərlik yaşı keçmişdi, indi də əsgər getməli idi. Mərhum atam rüşvət əhli deyildi. Həmin gecənin sabahı əsgərlər Təbrizin Bəsməng düşərgəsinə getməli idilər. Atam, qardaşıma belə dedi: Oğlum! Mən nə rüşvət əhliyəm, nə də ki, bu qədər pulum var. Get! Allah amanında! Ya ezam olarsan, ya da qayıdarsan.
    Sübh tezdən qardaşım ailəmizin ağlaşma səsi müşayəti ilə, xüsusilə anamın və başqa qohumlarımızın narahatçılıqları içində əsgərlərin bölməsinə yola düşdü. Yaxşı yadımda deyil. Həmin günün axşam çağısı, yaxud sabahısı, ezam olmayanlar Bəsmənc məntəqəsindən kəndə qayıtdılar. Qardaşım onların arasında yox idi. Məlum idi ki, ezam olunmuşdu. Şam namazının vaxtı yetişmişdi. Anam başa düşür ki, oğulunu əsgərliyə ötürüblər. Bu xəbəri eşitcək anamın nə etdiyi yadımda deyil. Lakin bu səhnəni heç vaxt unutmaram.
    Namazdan sonra anam qibləyə oturduğu yerdə namaz çadrasının ətəyindən tutan halda qiblə tərəfə əl uzadıb xalis niyyətlə dedi:
    «Ya Əbul-Fəzl Abbas! O qələm olmuş uzun qollarını uzat mənim balamı qaytar!»
    Bu sözü dedikdən sonra ağlamağa başladı. O bu cümləni bir neçə dəfə təkrar etdi və dedi: «Ya Əbul-Fəzl Abbas! Mən uşağımı səndən istəyirəm.» Üç gün keçmişdi. Bu üç gündə anamın işi-gücü ancaq ağlamaq idi. Həmişə öz-özünə bu cümləni təkrar edirdi. Bəlkə də həzrət Əbul-Fəzl Abbas(əleyhissalam) üçün nəzir etmişdi.
    Üç gündən sonra gecə yarı gözümüz önündə qardaşım içəri girdi. Anam sevincindən ağlamağa başladı. Dedi: Gördünüz uşağımı həzrət Əbul-Fəzl Abbasdan(əleyhissalam) aldım. Həzrət uşağımı zalimlərin əlindən aldı!
    Qardaşımdan soruşdum: Nəyə görə qayıtdın? Nə oldu ki, qayıtdın? Dedi: Bizi Urmiyyə düşərgəsinə apardılar. Bir azdan sonra əsgər paltarı geyindik. Təlim meydanına apardılar. Bir nəfər zabit gəlib bizi sıraya düzüb saymağa başladı. Sayıb qurtarandan sonra dedi:
    Bir nəfər artıqdır.
    Sonra qədəm vura-vura hamını nəzərdən keçirməyə başladı. Mənə çatanda əlini mənim çiynimə qoyub dedi:
    «Çıx çölə!» Mən sıradan ayrıldım. Sonra məni idarəsinə apardı. Sənədlərimi gətizdirdi. Bir məktub yazıb mənə verdi, birini isə sənədlərin üstünə qoydu. Mənə belə dedi:
    Sən həmişəlik əsgərlikdən azadsan. Bu da sənin azad olmaq kağızın. Get salamatçılıqla!
    Əsgərliyin müşkilatını bilənlərə aydındır ki, hansı oyunlardan sonra azad olurlar. Mənim işim lap möcüzəyə oxşayırdı.
    Bəli, bu cavanın harayına anasının pak niyyətli nalələri və həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) kəraməti yetişdi.
    QIRX DOQQUZUNCU KƏRAMƏT
    «MƏNİM AĞAM, GÖRMÜRSƏNMİ? EŞİTMİRSƏNMİ?»
    Ayətullah mərhum hacı şeyx Abbas Əli İslami yazır:
    1.Mərhum hacı seyyid Məhəmməd Ərəb neçə illər həzrət Əbul-Fəzl Abbas ibni Əlinin (əleyhissalam) hərəmində xidmətçi olumuşdur. Bir gün ondan soruşdum: Xidmət etdiyin dövrlərdə o həzrətdən kəramətlər müşahidə etmisənmi? Seyyid buyurdu:
    Əlbəttə! O həzrətin «Kəramət evi» olması heç də əsassız deyil. Mən çoxlu kəramətlər görmüşəm. Mən öz gördüklərimdən sizə nəql edirəm:
    Günlərin birində xidmətçilərlə birlikdə pak hərəmin eyvanında oturmuşduq. Söhbətə məşqul idik. Birdən ərəb bir kişi səhnəyə gəlib o Həzrətə belə ərz etdi:
    Mənim ağam! Məgər görmürsənmi? Məgər eşitmirsənmi?....
    Mən yaxına gedib onun əhvalını öyrənmək istədim. Amma o mənim sinəmə əlini basıb zirehə tərəf getdi. Əlini zirehin içinə uzadıb ərz etdi:
    Əlinin oğlu! Mallarımı səndən istəyirəm! Bir az keçməmiş əlini geri çəkdi. Əlində balaca kisədə nə isə var idi. Onun içi Osmanlı lirəsi ilə dolu idi. Fəryad edir:
    Allaha and olsun ki, bu Babul-həvaicin kəramətindəndir!
    Bu hadisənin nə olduğunu soruşdum. Dedi: Səudi çöllüklərində yaşayan köçərilərdənəm. Nəcəfə ziyarətə gələn vaxtı mallarım oğurlanmışdı. Nəcəfdən Kərbəlaya qədər «Babul-həvaicdən» şəfaət istəyirdim. Allaha çox şükür ki, məqsudimə çatdım.
    Category: Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. | Added by: Islam_Kitabxanasi
    Views: 821 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024