İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.

    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.
    2012-01-31, 8:29 PM
    ƏLLİNCİ KƏRAMƏT
    MƏN BU UŞAĞI İSTƏMİRƏM!
    2. İkinci xatirə balaca kor və əlil qız barəsindədir. Biz hadisəni gözümüzlə görürdük. Qızın anası onu arabasına qoyub pak hərəmə gətirmişdi. Balaca qız uşağını zirehin müqabilində yerə qoyub ərz etdi:
    «Mən bu uşağı istəmirəm!»
    Bu sözü deyib, qayıtdı. Səhnənin ortasına çatmamışdı ki, qız şəfa tapdı. Mən qızın anasını çağırıb dedim:
    Gəl qızını da özünlə apar!
    Ərəb qadın qayıdıb qızını sağlam gördükdə Həzrətə belə ərz etdi: «Mənim mövlam! Allah sənə yaxşı mükafat versin.»
    Bəli, həzrət Əbul-Fəzl Abbas (əleyhissalam) «Babul-həvaicdir». Ondan istifadə edin.
    ƏLLİ BİRİNCİ KƏRAMƏT
    EY ƏCƏBA! BUDUR KƏRAMƏTİN MƏNAS! BUDUR «BABÜL-HƏVAİC» MƏQAMI!
    Aşağıdakı kəraməti dostlarımdan yazıb.
    Cənab Məhəmməd Əli Hüseyn oğlu, Kərbəla sakini:
    «Övladlarımdan biri (Möhsün adlı) anadan olduqda vəziyyəti yaxşı deyildi. Müalicəsindən ötrü iki ay həkimlərə müraciət etdim. Lakin heç bir təsiri olmadı. Günü-gündən vəziyyəti ağırlaşır və bədəni də arıqlayırdı. Nəhayət, günlərin birində günortadan sonra idi. Mərhum atam dükana gəlib mülayimcəsinə buyurdu: «Dükanı bağla evə gedək.» Mən təəccüblə ondan soruşdum: Axşama hələ çox var. Nəyə görə tələsirsən? Nəhayət, atamın israrı ilə dükanı bağlayıb evə yola düşdük. Yol arasında atam özünə məxsus aram və mülayim nəsihəti ilə söhbətə başladı. Ehsas etdim ki, bəlkə də övladımın başına nə isə xoşagəlməz bir iş gəlməlidir. Atam mənə təsəlli üçün bütün bunları nəql edirdi.
    Mənzilə çatdıq. Mən otağa daxil olub xoşagəlməz vəziyyətlə rastlaşdım. Övladım Möhsün qibləyə tərəf uzanmışdı. Başının üstündə bir cild Qurani-Kərim vardı. Anası, nənəsi və başqa qohumların gözləri yaşlı idi. Bu uşaqdan əvvəl mən Həsən adlı bir yaşlı uşaq da itirmişdim. Onun dağı hələ də sinəmdən çəkilməmişdi. Çox narahat olmuşdum. Birdən ixtiyarsız olaraq otaqdan çölə çıxdım. Müqəddəs məkana, yəni «Babul-həvaic» həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) hərəminə yola düşdüm. İçəri girib pak zirehdən möhkəm yapışdım. Xahiş halında ona ərz etdim:
    Ya vəcihən indəllah işfə li indəllah, fi şifai vələdi. Ya babəl həvaic. Ya Əbəlfəzl vəl-kərəm vəl-cud. La turəddini xaibən ya səyyidi!.»
    Sonra yenə də sözlərimi və xahişimi təkrarladım. Övladıma şəfa istəyirdim. Həzrətin hərəmində divanələr kimi o tərəf bu tərəfə qaçırdım. Bu səhnə yarım saata qədər davam etdi. Sonra hərəmdən çıxıb mənzilimə tərəf gəldim. Evə yaxınlaşanda qardaşımla rastlaşdım. Məni görcək dedi:
    Qardaş harda idin?
    Dedim: Həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) hərəminə getmişdim.
    Qardaşım gülərüzlə dedi:
    Sənə müjdə olsun ki, uşağın sağaldı. Onun xəstəliyi aradan getdi. Heç narahatçılığa dəyməz!
    Mən uşağımı ölüm halında qoyub getdiyimə görə fikirləşdim ki, qardaşım məni sakit etməkdən ötrü bunu söyləyir. Amma evə daxil olan kimi atam məni qucaqlayıb dedi: Oğlum hardaydın? Dedim: Həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam)hərəmində idim. Dedi: Xoş sənin halına ki, övladının şəfaətini ondan aldın. Sonra atam mənim üzümdən öpüb birlikdə uşaq olan otağa daxil olduq. Oğlumun nənəsi də gülərüzlə mənə dedi: Oğlum özündə heç bir şübhəyə yer vermə. Oğlunun kəsaləti aradan getdi. İndi yatıb, yuxudadır.
    Oğluma yaxınlaşanda onun üzünə baxdım. Bir neçə saat bundan əvvəl rəngi saralmış uşağın eyni açılmışdı. Anasından uşağın halını soruşdum. Dedi: Sən burdan getdikdən bir az sonra gördüm uşağım dərindən nəfəs aldı. Gözlərini açıb təbəssümlə bizlərə baxdı. Elə ki, yaxşılaşdığını gördüm ona süd verdim. İndi də yuxudadır.
    Mən sevindiyimdən övladıma heyran qalmışdım. Öz-özümə dedim: Ya Əcaba! Budur kəramətin mənası! Budur «Babul-həvaic» həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) məqamı!
    Biz hamılıqla Allaha şükür etdik. Ondan sonra gündən-günə övladımın vəziyyəti yaxşılaşdı və tamam sağaldı.
    Vəlhəmdu lillahi rəbbil aləmin. Vəssəlam!
    Nöhə
    Mən fəda canuva qardaş nə yaradur bədənün?
    Batmısan qanuva qardaş nə yaradur bədənün?
    ◊◊ ◊◊ ◊◊ ◊◊
    Dilə gəl ey yarali bircə danış Zeynəbilən!
    Məni bu şəhrə gətirdün sən axı zillətilən!
    Bağlayıblar qolumi indi mənim zəncirilən
    Qurbanam canuva qardaş nə yaradur bədənün.
    ◊◊ ◊◊ ◊◊ ◊◊ ◊◊ ◊◊
    Şimri qoli bağlı çəkibdir bu biyabənə bizi
    Mindiribdir baş açıq naqeyi üryanə bizi
    Gəzdirir zillət ilə zülm ilə həyanə bizi
    Bax bu evladuva qardaş nə yaradur bədənün.
    ◊◊ ◊◊ ◊◊ ◊◊ ◊◊ ◊◊
    Kəsilib başi bədəndən məni bir yaduva sal
    Ölürəm Şami rəvan qollaruvi boynuma sal
    Ağlayır xırda Səkinə bacuvi yaduva sal
    Nəzər et bacuva qardaş nə yaradur bədənün.
    ◊◊ ◊◊ ◊◊ ◊◊ ◊◊ ◊◊
    Yoxdi çarəm ayırıblar səni məndən gedirəm
    Əl çəkim mən necə qardaş bu cahandan gedirəm
    Ayırıb Əkbəri Qasim bu cahandan gedirəm
    Salmırsan yaduva qardaş nə yaradur bədənün.
    ◊◊ ◊◊ ◊◊ ◊◊ ◊◊ ◊◊
    Sən deyirdün məgər evladi Peyğəmbər balası
    Vurulub peykərüvə nizevu xəncər yarasi
    Baş açıqdır bu Əli Əkbərin ağlar anası
    Çatmadun kamuva qardaş nə yaradur bədənün.
    ◊◊ ◊◊ ◊◊ ◊◊ ◊◊ ◊◊
    Mən Hüsen aşiqiyəm ağlayıram sübhi məsa
    Deyərəm nohə canım belə movlaya fəda
    Raci məhşərdə əzadaruva ver əbri cəza
    Batmısan qanuva qardaş nə yaradur bədənün.
    ƏLLİ İKİNCİ KƏRAMƏT
    «BU XƏBƏRİ EŞİTMƏKLƏ AĞLAMAQ MƏNƏ İMKAN VERMƏDİ!»
    Allahın adı ilə
    Mən Məhəmməd Səfər Kazimiyəm. 45 il bundan əvvəl novruz bayramına bir həftə qalmış öz idarəmizdən şəhər icra hakimiyyətinə gizlin bir məktub aparmalı idim. Sübh saat 10-da Topxana xiyabanından hərəkətə gəldim. «İnqilab» xiyabanında dayandım, motosikiletin tərkinə qoyduğum çantaya baxmaq istədim. Çünki məktub onun içində idi. Təəssüf ki, nə çanta nə də məktubdan əsər-əlamət yox idi. Bunu gördükdə ömrümün, həyatımın sonu və uşaqlarımın yetim qalmasını gözümün önünə aldım. O vaxt özümü ölü bir şəxs kimi hiss etdim. Hesab etdim ki, ruhum bədənimdən çıxıb. Bir təhər dövr vurub Topxana prospektinə tərəf qayıtdım. Ola bilsin çantamdan bir əsər qalmış oldu, amma heç bir şey tapa bilmədim.
    Nəhayət, özümü tale yoluna tapşırdım və idarəyə gəldim. İdarə rəisini hadisədən xəbərdar etdim. Həmin andan mənim həbs olunma hökmüm verildi. Pəncşənbə günü idi. Saat 12-də idarə tətil olurdu. Amma, əsl saat, Allahın lütf və mərhəmətinin nazil olması saatı idi. Dostlarım bir-bir mənimlə xudahafizləşirdi. Saat əqrəbi 12-dən keçdi. İdarə bağlandı. Mən idarənin rəisi və bir də katibə qaldı. Mənim zindana getmək məktubum hazırlanırdı. Çap maşinkasının düymələri işləməyə başladı. Bildim ki, bəndənin talehini həll edirlər. Qəlbim sanki işləmirdi. Soyuq tər dənələri üz-gözümü bürümüşdü. Bütün ailə üzvlərimi gözümün önündə canlandırdım. Bilmirdim nə edəm? Bayram gecəsinə bir həftə qalmışdı. Bu da mənim üçün çox ağır idi. Çünki bilirdim ki, bu il uşaqlar mənə görə bayram etməyəcək, təzə paltar geyməyəcək və heç kəs onların qapısını döyüb açmayacaq. Onların bayramcalıqlarına gəlməyəcklər.
    Pəncşənbə günü saat ikinin yarsını keçmişdi. Qarşıdan cümə axaşamı gəlirdi. Hər tərəfi sakitlik tutmuşdu. İş yerimdə olduğum otaqda məndən başqa kimsə yox idi. Hər şey bu andan sonra başladı. Otağın qapısını bağladım. Sanki dünya başımda xarab olmuşdu. Birdən özümə gəlib fikrə getdim. Öz-özümdə gələcək vəziyyətimi təsəvvür etdim. İlahi, görəsən nə olacaq? Bu siyasi bir məsələ idi. İnqilab iyi yavaş-yavaş burnuma gəlirdi. Əhali qalxmışdı. Öz-özümə fikirləşdim ki, bu məsələyə başqa qeyri-qanunu yolla yanaşmaq olmaz. Belə olsa da pulum yox idi. Hara pənah aparım? Hara gedim?
    Mən özüm «nizami» bölməsinə daxil olanda «Babul-həvaic» həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) kəramətinə xüsusi rəğbətim vardı. Qəməri bəni Haşim adlı bir dəstəmiz də vardı. «Qəməri Bəni haşimin ayının» bayrağı altında o həzrətə rövzəxanlıq edirdik. Bu gün bizə bu iş bir iftixar idi. Hər il sinə vurmaq və mərsiyə məclislərimiz olurdu. Qəti qərara gəldim ki, həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam) qapısına gedib bu açılmaz qapının açarını istəyəcəm. Əziz dostlar ona da diqqət yetirin ki, Allah yanında uca məqamlı şəxslərə pənah aparmağın da ədəb qaydaları var. Nə qədər ki, insan bütün batinini hər şeydən üzməsə və özünü ölümlə üzbəüz görməsə nəticə almayacaq. Əgər bu halət sizə üz versə feyzə yetər və nəticə alarsınız. Qibləyə tərəf durub sağ dizimi yerə atdım, iki əllərimi göyə qaldırdım, sanki heç burada deyil və heç bir şey görmürdüm. Vəhşət bütün bədənimi bürümüşdü. Ucadan üç dəfə çağırdım:
    Ya Əbul-Fəzl Abbas! Ya Əbul-Fəzl Abbas! Ya Əbul-Fəzl Abbas! Köməyə yetiş!
    Daha heç bir şey anlamadım. Başımın tükləri düz durmuşdu. Başımı iş stolunun üstünə qoymuşdum. Amma özüm vəziyyətimdən xəbərsiz idim.
    Bu iş 3-5 saniyədən çox çəkmədi. Başımın arxasında əl hiss etdim. Katibə idi. Onu gördükdə işimi tamam hesab etmiş oldum. Təsəvvür etdim ki, məni məktubla birlikdə məmurlara verəcəklər. Ağlamsın halda dedim:
    Ağa! Bəndə hazırdır!
    Birdən dedi:
    Nə danışırsan? Ayağa dur, məktub tapılıb!
    Bu kəlməni eşitməklə hiss etdim ki, bu sözlərlə mənim həyacanımı azaldıb yola vermək istəyirlər. Ona görə də dedim:
    Qardaş! Daha mənim işim tamamdır. Mən hər şeyin fikrini etmişəm.
    Dedi: Cənab Kazimi! Allaha and olsun ki, məktub tapılıb? Onu bir taksi sürücüsü gətirdi. İçəridə məlumat stolunun üstünə qoyub getdi. Amma çantanı özü ilə apardı. Çünki, çanta lap təzə idi. Birinci dəfə idi ki, içinə yalnız bir məktub qoyulmuşdu.
    Bu sözü eşitməklə daha ağlamaq mənə macal vermədi. Həm sevincdən həm də həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) bu kəramətindən. Başım, canım ona qurban. Bir göz qırpımında Kərbəladan mənim xahişimə «Ləbbeyk!» dedi.......
    Hər halda rəis məni yanına çağırıb dedi:
    Kazimi! Anan var?
    Dedim: Bəli. Lakin bu işdən xəbəri yoxdur.
    Dedi: Çox yaxşı bəxt adamsan.
    Dedim: Bu işin bəxtə aidiyyatı yoxdur.
    Dedi: Bəs nəyə bağlılığı var?
    Dedim: Dayılığa!
    Dedi: Bilirsən ki, bu işin siyasi mövzusu var, burada dayılığa yer yoxdur.
    Dedim: Nə üçün? İmkan var. Mənim bir arxam var ki, bu gün onun qapısını döydüm, o da qapını üzümə açdı və işimi düzəltdi. Əhvalatı əvvəldən ona söylədim. Sonsuz həddə təsirləndi və gözləri dolu halda mənə təbrik ərz etdi.
    Burada Qurana and içirəm ki, həqiqətdən başqa bir şey demədim. Qəməri Haşim Əbul-Fəzl Abbasa(əleyhissalam) and olsun dediklərim birbə-bir düzdür!
    İmam Hüseyn (əleyhissalam) adına nəşriyyatdan intizarım budur ki, bu məktubu da çap etsinlər.Bununla da Əbəlfəzl (əleyhissalam) aşiqləri nə istəsələr onun qapısından istəsinlər.
    Vəssəlam!
    ƏLLİ ÜÇÜNCÜ KƏRAMƏT
    «MƏNİM HÜSEYNİYYƏYƏ GETMƏMƏYİMİN SİZƏ DƏXLİ YOXDUR!»
    Cənab Əbdürrəzzaq Piri Qumlu yazır:
    «Bu kitabı cəm edən Şeyx Əli Rəbbani Xalxaliyə salam ərz edirəm. Əbul-Fəzl Abbasın kəramətlərindən birini yazmaq istərdim. Əvvəlcə bir müqəddiməni nəzərinizə çatdırıram:
    Mən Əbdürrəzzaq Piri anamı itirəndə təxminən, 12 yaşım var idi. O illər Zəncan şəhərinin kəndlərindən olan Quğamvis kəndində yaşayırdıq. O ildən ƏbulFəzl Abbas (əleyhissalam) adına dəstəmiz təşkil olunmuşdu. Mən də anamın nəzrinə və əhdinə görə bu heyətə üzv yazılmışdım. Bir müddət sonra qardaşımla birlikdə təzədən Məşhədə gedib «Ərbəini»(imam Hüseyn(əleyhissalam)-ın şahadətinin qırxıncı günü) o pak diyarda keçirdik. Ondan sonra qərara aldıq ki, həyatımızı pak və müqəddəs şəhər sayılan Qum şəhərində həzrət Fatimeyi-Məsumənin(salamullahi əleyha) hərəmi ətrafında davam etdirək. Xoşbəxtlikdən o ildən sonra hər il «ərbəini» Məşhəddə imam Rza (əleyhissalam)-ın pak hərəmində keçiririk. Rəcəb ayının üçündə (4-5 il əvvəl) həzrət imam Əliyyən Nəqi (əleyhissalam)-ın şəhadəti günü balaca qardaşımla birlikdə «Həzrət Əbul-Fəzl Abbas (əleyhissalam)» adlı məkanda (Hüseyniyyədə) bu binanın təmiri ilə məşğul idik.Üçüncü təbəqədə iş görürdük. Əbulfəzl adlı beş yaşlı oğlum da yanımda idi.Oynamaqla məşğul idi. Birdən uşaq gözümdən yoxa çıxdı.Nə qədər çağırdımsa cavab gəlmədi. Ona görə də çox nigaran oldum. Üçüncü təbəqədən yerə kimi yol uzaq olduğuna görə uşaq bu tezliklə aşağı düşə bilməzdi. Tez durdum ki, ona xəbərdarlıq edim. Birdən gördüm ki, oğlum Əbülfəzl, pillədən üzü aşağı havadan asılı vəziyyətdə yerə yıxılmaq halındadır. Nə qədər sürətlə yüyürdümsə ki, ona çatıb götürüm, amma axırıncı pilləyə çatanda müvəffəq olmadım. Aşağı düşdüm. Birdən ağlıma gəldi ki, uşağı aşağıdan tutum. Amma nə qədər çalışdımsa buna da müvəffəq ola bilmədim. Uşaq yuxarıdan əli pillədən üzülüb top kimi fırlanıb sürətlə yerə dəydi. Həmin anda cani dildən bir dəfə:
    «Ya Əbul Fəzl Abbas!» deyə fəryad çəkdim. O səhnəni gördükdən sonra nə danışmaq nə də hərəkətə qüdrətim olmadı. Fikrim bu məsələdə qaldı ki, uşaq artıq sağ qalmaz. Elə oradaca keçinib. Ona görə də gözü yaşlı, ümidsiz halda onun başı üstünə gəldim. Qardaşım da mənə qoşulmuşdu. Vəziyyət elə idi ki, öz-özümə dedim: Əgər bu uşaq sağ qalsa da qol-qabırğası sınmış olar. Hər şeydən xəbərsiz halda uşağı qanlı torpağın üstündən götürüb motoçikletin üstünə qoydum. Onu da deyim ki, əlimi uşağın başına vuranda hiss etdim ki, uşağın başı tamamilə boşalıb, yəni əzik-üzük olub.
    Bəli! Dərhal motosikletlə uşağı xəstəxanaya yetirdim. Amma, intizarımın əksinə olaraq xəstəxanaya az qalmış gördüm oğlum ağlamağa başladı. Məndən soruşdu :
    Nə olub baba! Hara gedirik?
    Xəstəxananın təcili yardım şöbəsində uşağı hər tərəfli, başın, belin, ayaqların və boynun yoxlayıb analiz verdikdən sonra xəstəxananın həkimi izhar etdi ki, bu uşaqda heç bir sınıqlıq və eyb yoxdur. Analiz nişan verir ki, uşaq tamamilə sağlamdır. Bununla belə həkim xətər əlamətləri olaraq 24 saatdan sonra uşaqda qusma, ürək bulanması müşahidə olunarsa tez bizə müraciət olunmasını tapşırdı.
    Xəstəxanadan mənzilə gəldik. Ev əhli hamısı nigaran və ağlar idilər. Uşağı yatağında yatızdırdım. Bir çox qonşular və qohumlar bizə yığışdılar. Mən hadisəni nəql etdikcə hamı heyrət və təəccübdə qalmışdı. Hamısı bir sözü təkrar etdilər o da bu idi ki, bu hadisə böyük bir kəramətdir. Heç vaxt heç kim o hündürlükdə yerdən yıxıla və o qədər zərbə yedikdən sonra sağ qalmaz. Hamısı oğlumu məzəmmət etməyə başladılar ki:
    Nəyə görə Hüseyniyyəyə getmişdin? Nəyə görə yıxıldın? Necə yıxıldın? Bir daha Hüseyniyyəyə getməzsən!. Ordakı ustalar iş görür, sənin üçün xətərlidir!.
    Birdən gözləmədiyimiz halda uşağın bu sözlərə cavabı lap möcüzə oldu.Uşaq (Əbulfəzl) yerindən qalxdı. Beş yaşı olması və bədəninin çox yerinin əzilməsinə baxmayaraq ixtiyarsız və güman olunmayan halda fəryad çəkdi:
    Ya Hüseyn! Ya Hüseyn! Ya Əbul-Fəzl Abbas!
    Əlini sinəsinə vurub dedi: Sizlərə dəxli yoxdur ki, mən Hüseyniyyəyə gedirəm. Bəli, mən gedirəm. Mən çox istəyirəm ki, ora gedəm. Sonra ağlamağa başladı. Mən onu qucağıma alıb ata nəvazişi ilə sakitləşdirdim. Bu bir kəramət və möcüzədir ki, sizlərə nəql etdim.
    ƏLLİ DÖRDÜNCÜ KƏRAMƏT
    «QƏMƏRİ BƏNİ HAŞİMİN (Ə) GÜCLÜ BAXIŞI»
    Cənab höccətül-islam vəl-müslimin alim, arif seyyid Mürtəza Müctehidi Sistani yazır:
    Bir neçə il bundan əvvəl qış fəslində mərhum Seyyid Abbas Rəisi qalı havadv sürüşüb yıxılır. Ayağının yuxarı hissəsi sınır. Bir müddət xəstəxanada, sonra isə oğlu seyyid Əli Əkbər Rəisinin mənzilində yatır. Lakin qocalığın təsirindən onun qıçı sağalmaq bilmirdi. O vaxta qədər ki, bir gün oğlunun mənzilində olan vaxtı görür ki, Həzrət Əbul-Fəzl Abbas (əleyhissalam) ata minmiş halda həyətə daxil olur. Əvvəlcə onun yatdığı otağın müqbailində durur, daha sonra baxıb gedir. O təsirli baxışdan sonra mərhumun yaşının 80-ı keçməsinə baxmayaraq ayağı yaxşı olur və yol yeriyə bilir.
    Elə bir baxış ki, ölüyə can verir. Bu baxış sınıq sümüyün bitişməsində də aciz qalmaz!
    ƏLLİ BEŞİNCİ KƏRAMƏT
    GƏMİDƏ RÖVZƏXANLIQ!
    Cənab höccətül-islam vəl-müslümin Hacı şeyx Məhəmməd Kazim Pənah Rudsəri, Qum elm ocağından olan alimlərdən biri yazır:
    Mən hacı şeyx Məhəmməd Kazim Pənah Rudsəri hicrətin 1417-ci ilində ayətullah seyyid Təyyib Cəzairinin mənzilində höccətül-islam hacı şeyx Əli Rəbbani Xəlxalinin xidmətində idim. Orada bu iki kəraməti nəql etdim:
    «Mərhum ayətullah uzma hacı şeyx Məhəmməd Əli Əraki (r.ə) 1397-ci hicri ilində övladı höccətül-islam vəl-müslimin hacı şeyx Əbul-Həsən Müslihi ilə birlikdə İraqa imamların ziyarətinə gedilər. Mən bir neçə nəfər tələbə dostumla birlikdə mərhum Ərakinin xidmətində olduq. O, bizə bir neçə mətləb nəql etdi. Onlardan biri də həzrət Əbul-Fəzl Abbas (əleyhissalam) barəsindəki kəramət idi.
    O, buyurdu: Atam öz zəmanəsinin alimlərindən biri idi. Məkkəyə ziyraətə gedir. Qayıdarkən gəmi ilə İrana gəlməli olur. Gəminin Cəddə limanından İranın limanlarından birinə gəlməsi on beş gün çəkir. Bu günlər məhərrəmliyə düşür. Təbii olaraq gəmidə mərasim bərpa olunur. Xoşbəxtlikdən bir neçə hacı dəstələri rövzə məclisləri qurmuşdular.
    İş elə gətirir ki, bu vaxt gəmidəkilər arasında vəba xəstəliyi yayılmağa başlayır. Sərnişinlərdən bir çoxu bu xəstəliyin səbəbindən canını əldən vermişdi. Onların cənazələrini başqa sərnişinlər şəri qanunla hazırlayıb dəryaya atırdılar. Bu arada atam da möhkəm xəstələnir. Elə həddə çatır ki, dostları onu yoxlamağa gələndə biri digərindən onun əhvalını soruşur ki, ağanın halı necədir? Cavabında ümidsizliklə başını bulayır. Bildirmək istəyir ki, atamın vəziyyəti elədir ki, sağalmağa heç bir ümid yoxdur. Bu vaxt atam İmamlara(əleyhimussalam) pənah aparır. Nəhayət, Aşura gecəsi tasua yetişir. O gecə atam həzrət Əbul-Fəzl Abbasa(əleyhissalam) pənah aparıb şəfaət istəyir. Ondan sonra atamın halı yavaş-yavaş yaxşılaşır və sağalmağa doğru gedir. Nəhayət, bu xahişlərə səbəb atam tamamilə sağ-salamat vətənə qayıdır.
    Category: Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. | Added by: Islam_Kitabxanasi
    Views: 855 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024