İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.

    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.
    2012-01-31, 8:28 PM
    ƏLLİ YEDDİNCİ KƏRAMƏT
    «UŞAĞIN ADINI ABBAS, LƏQƏBİNİ İSƏ ƏBUL-FƏZL QOYUR.»
    Cənab Əbdül Hüsyen Cəvahir Kəlam mərhum ayətullah uzma Sahibi Cəvahirin dilindən yazır:
    1.Babamın babası mərhum, seyyidə bir qadınla evlənir. Bir neçə müddət övladları olmur. Həkimlərdən və dava-dərmandan ümidləri üzüldükdən sonra möhkəm etiqadla Kərbəlaya səfər edir və həzrət Əbul-Fəzl Abbasdan (əleyhissalam) övlad istəyirlər. Allah onların dualarını eşidib az vaxt keçməmiş onlara bir oğlan uşağı əta edir. Ona görə də uşağın adını Abbas, ləqəbini isə Əbulfəzl qoyurlar. Bu uşaq uşaqlığ çağından qocalana qədər həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam) məhəbbətini qəlbində möhkəmlədir. Əbul-Fəzl Abbası (əleyhissalam) köməyə çağırır.
    ƏLLİ SƏKKİZİNCİ KƏRAMƏT
    «BİRDƏN AYAĞI DAŞA DƏYİR»
    2. Mərhum Əbdül Hüseyn Cəvahir bir gün mineral su aparırmış. Birdən ayağı daşa ilişib yerə yıxılır. Əlindəki çanta yerə dəyir və içində olan bir çox şüşələr sınır. Sınıq şüşələr onun bədəninə xəsarət vurur. Ən başlıcası isə onun gözü ağır yaralanır. Gözünə şüşə batdığını hiss edəndə dərhal həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) pak hərəminin müqabilində iki gümüş göz qoymasını nəzir edir. Nəzirdə bildirir ki, əgər bu yaradan gözlərini əldən verməyib sağalsa, bu işi görəcək.
    Müalicədən sonra onun gözündən sınıq şüşələri çıxardırlar və gözü tam sağalır. Bundan sonra mərhum Əbdül Hüseyn İraqa imamların ziyarətinə gedib Kərbəlanı ziyarət etdikdən sonra həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) pak hərəminin qapısına iki gümüş göz düzəltdirir.
    ƏLLİ DOQQUZUNCU KƏRAMƏT
    «MÜNASİB VAXTA QƏDƏR ONA ŞƏFA VƏDƏSİ VERİR»
    Cənab höccətül-islam vəl-müslimin alim hacı seyyid Əli Əkbər Hairi, Qum sakini yazır:
    «Hadisənin xülasəsi belədir: Mütəxəssis həkimlərin müalicəsindən sonra möhkəm xəstələnmiş oğluma «yox» cavabı vermişdilər. Anası Əmirəl-möminin Əli (əleyhissalam)-a pənah aparıb yalvarır. O həzrətin doğum günü övladının sağalmasını istəyir. Mübarək Rəcəb ayının onunda oğluma yuxuda nurani bir atlı ona şəfa vermək vədəsini verir.
    Rəcəb ayının 10-u imam Cavad (əleyhissalam)-ın və 13-ü isə imam Əli (əleyhissalam)-ın doğum günlərinə təsadüf edir. Rəcəb ayının on üçündə gecə uşağın anası təzədən həzrət Əli (əleyhissalam)-a dua edib yalvarır. Oğlum yatarkən imam Həsən Müctəba (əleyhissalam), imam Əbi Əbdillahil Hüseyn (əleyhissalam)-ı yuxuda görür. Əli (əleyhissalam) onunla danışarkən öz mübərək əlini onun sinəsinə çəkir və ona tamamilə şəfa verir. Sonra oğluma buyurur:
    «Anana de ki, bu da onun bayramcalığı!»
    Yenidən onunla görüşünü mübarək Ramazan ayının 21-ci gecəsində olmasını bildirir. Mübarək Ramazan ayının 21-i iki böyük alim ayətullah hacı şeyx Əbul Qasim Xəz Əli və ayətullah Seyyid Kazim Hari (mənim qardaşım) və bir sıra möminlər bir məclisdə idilər. Onların arasında bir neçə çətin əlaclı şəxslər də vardı. O gecə övladıma əcib halət üz vermişdi. Quranı başa tutmaq mərasimində həzrət Əli (əleyhissalam)-ın pak adına yetişdikdə oğlum öz aləmində o Həzrətlə danışığa başladı. Həzrət öz söhbətlərində uşağa buyurur ki, o məclisdə oturanlara de ki, Həzrət Əbul-Fəzl Abbasa(əleyhissalam) növhə oxusunlar. Bununla da xəstələr şəfa tapacaq. Sonra əlavə edir: Bu xəstələrin hər birisi məsləhət olsa yavaş-yavaş şəfa tapacaqlar. Hansı məsləhət olmasa şəfa tapmayacaq. Amma, Allah-taala bu şəfa əvəzində onlara başqa şey əta edəcəkdir. O deyir: Həzrət Əbul-Fəzl Abbasa (əleyhissalam) növhə deməkdən məqsəd onun müsibətində deyilən qəsidə idi.
    Onu da qeyd edək ki, bu məclisdə iştirak edən xəstələrdən Məhdi Şəbani adlı birisi fələc, hətta danışa bilməyən bu şəxs az bir müddətdə, yəni bir ay müddətində sağalır. O, bizim qonşumuz idi.
    Tamamilə fələc olmuş bu şəxs hətta evlənməyə də qadir olur. Mən özüm onların nigah əqdini oxumuşam.
    Əvvəldə ona işarə etdiyim hadisə bu idi. Ümidvaram, Allah-taala biz Ali Məhəmməd (səlləllahu əleyhi və alehi və səlləm) şiələrinin əlini Əhli-Beyt (əleyhissalam)-ın ətəyindən üzməsin!.
    Vəssəlamu ələyna və əla ibadillahissalehin.
    XANIM ZEYNƏBİN DİLİNDƏN
    Bir Nəcəfdən baş götür bax Kərbəlayə ya Əli!
    Qaninə qəltan olan oğlun Hüseynə ya Əli!
    ** ** ** ** ** **
    Bəslədiyun peykərun gül cismi parə parədir
    Ol qədər oxlar dəyib yeksər bədəni yarədur
    Yarəsin yox bağliyan Zeynəb bu gün əvarədir
    Gəlmədün bu dəşdidə ahi nəvayə ya Əli!
    ** ** ** ** ** **
    Əkbərin teşnə verib üryan qılınc qabağinə
    Saldılar misli uqab ustən oni qabağinə
    İçmədi bir qətrə su qani dolub boğazinə
    Qaninə qəltan olub ol no cavanun ya Əli!
    ** ** ** ** ** **
    Bu Hüseynin ya Əli ünbət yolunda baş verib
    Yari ənsari ölüb bir yari bi yavər qalıb
    Əhli Beyti xeymədə həm dideyi giryan qalıb
    Bir nəzər eylə bu gün Kərbibəlayə ya Əli!
    ** ** ** ** ** **
    Rəhm qıl bir Zeynəbin gözdən axan qan yaşına
    Yeddi qardaşi ölüb indi olub kül başına
    Neyləsin Şümri vurur qəmçi Səkinə başına
    Oldananda xeymələr hər dəm deyərdi ya Əli!
    ** ** ** ** ** **
    Nobeyi meydan yetişdi şahi dini məhşərə
    Boynuna saldi kəfən baxdi Əliyyi Əkbərə
    Mərkəbində əyləşib vurdi özünü leşkərə
    Baş açıbdır Fatimə meydan içində ya Əli!
    ** ** ** ** ** **
    Aldi aquşə Hüseyni Fatimə qan ağladi
    Bağrına basdı o dəm göydə mələklər ağladi
    Qətl edəndə Şümri din xəncər əlində ağladi
    Qan yağdi göydən yerə Kərbibəladə ya Əli!
    ** ** ** ** ** **
    Bir tamaşa etginən Kərbibəla meydaninə
    Kufə əhli zülm edib axir zaman imaminə
    Ol qədər ox vurdular teşnə Hüseynin caninə
    Çeşmə-çeşmə qan verir isti qum üstə ya Əli!
    ** ** ** ** ** **
    Neynəmüşdün ya Hüseyn qomi sənə zülm eylədi?
    Saldılar üryan yerə qaninə qəltan eylədi
    Zeynəbi Gülsüm o gün naleyi əfqan eylədi
    Açdı Peyğəmbər başın meydan içində ya Əli!
    ** ** ** ** ** **
    Ya Hüseyn eylə qəbul ağlar əzadə nohəxan
    Eyləsən qismət özün qəbrün yanında mən ölüm
    Aduvi zikr eylərəm həşri olunca mən qulam
    Tut əlindən Nadimun eylə şəfaət ya Əli!
    ALTMIŞINCI KƏRAMƏT
    «TASUA GECƏSİNƏ QƏDƏR XƏSTƏ OLDU».
    Məşhəd şəhərinin hacı şeyx Məhəmməd Riza Ədadi adlı vaizlərindən biri yazır:
    1378-ci hicri-qəməri ilində oğlumun iki yaşı var idi. Mən onu həkimlərin yanına aparmaqdan yorulmuşdum. Həmin ildə həccə getməli oldum. Qayıtdıqdan sonra uşağı yenə də xəstə gördüm və onu həkimin yanına apardım. Həkim dedi:
    Onun sol gözü kor olub, sağ gözü isə tezliklə kor olacaq. Anası bu sözü həkimdən eşitcək çox həyacanlandı. Çünki, görürdü ki, uşağı əvvəlki xəstəliklərindən əlavə gözlərini də əldən vermişdi. Ona görə də sübhə kimi yatmayıb ağlayırdı.
    O günün sabahı başqa bir neçə həkimə müraciət etdim. Hamısı əvvəlki həkimin sözlərini təsdiq etdilər. Nəhayət, göz həkimi cənab Qureyşiyə müraciət etdim. O, belə dedi:
    Tehrana gedib aşuradan sonraya qədər orada qalacağam. O vaxta qədər sizə müvəqqəti dərman yazacağam. Bunu uşağın sağ gözünə sürtün ki, mən qayıdana kimi xəsarət götürməsin. Tehrandan qayıdandan sonra bəlkə müalicə edə bildik. Amma, sol gözü müalicə oluna bilməz.
    Məhərrəm ayının əvvəli idi. Mən və uşağın anası çox narahat idik. Bu arada Qəməri bəni Haşim həzrət Əbul-Fəzl Abbasa (əleyhissalam) pənah aparıb yalvardıq. Nəzir etdik ki, əgər övladım aşura gününə qədər yaxşı olsa o Həzrətin yolunda bir qoyun qurban kəsəcəm. Xəstəlik tasua (9-u) gecəyə qədər davam etdi. Övladımın hətta, oturmağa da hərəkəti yox idi. Amma, aşura günü günorta mənzilə gələndə gördüm Allahın köməyi ilə uşaq sağlamdır və oynamaqla məşğuldur. Gözləri də sağalmışdı. Təkcə rəngində azca ağlıq müşahidə olunurdu. Hal hazırda yeddi yaşı var, həmin ağlıq müşahidə olunmaqdadır. Elə hesab edirəm bu bir əlamətdir ki, uşaq böyüyəndə bilməlidir ki, onun gözlərinin sağlamlığı həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam) zaminində olub. Beləliklə də onu heç vaxt unutmasın!
    ALTMIŞ BİRİNCİ KƏRAMƏT
    «ƏTİ BİŞİRMƏK ÜÇÜN HAZIRLADIQ!»
    Cənab höccətullah Ləcrimi Brucuni, mərhum höccətül-islam hacı seyyid Rəhim Mirfuruğidən belə nəql edir:
    Xətib və möhtərəm alim, məşhur vaiz mərhum höccətul-islam vəl-müslümin hacı seyyid Rəhim Mirfuruği Qəhfərxi «Çahar məhal Bəxtiyari» və başqa məktəblərdə təbliğçi olmuşdu. Bir müddət İsfahanda olmuşdu. O, mənim yaxın dostlarımdan idi. Belə nəql edirdi:
    On bir dəfə Kərbəlaya ziyarətə getmişəm. Hər dəfə iki ya üç ay orada sakin olmuşam və bütün yerlərini tanıyıram. Günlərin birində qardaşım hacı seyyid Əhməd Mirfuruqi ilə birlikdə Kərbəla bazarına getmişdik. Qayıdanda tanış qəssabdan bir kiloqram qoyun əti aldıq və evə gəldik. Yol arasında o gün ikinci dəfə olaraq həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) hərəmilə rastlaşdıq. Mən qardaşıma dedim:
    Mənim ürəyim gəlmir ki, həzrətin hərəmini ziyarət etməmiş bir başa evə gedək. Təxminən sübh saat doqquz olardı. Hər halda həzrət Əbul Fəzl Abbas(əleyhissalam) hərəminə daxil olduq.
    Hərəmdə ziyarət, rövzə və müsibət dedikdən sonra mənzilimizə sarı getdik. Evə çatan kimi əti bişirmək üçün hazırladıq. Amma elə ki, yeməyə yaxınlaşdıq gördük qazan tam qaynayır, amma ət qazanın içində bişməmiş halda qırmızıdır. Təəccübləndik. Əti təzədən axşama bişmək üçün ocaq üstə qoyduq. Gecə də qazanı ortalığa gətirəndə təəccüblə gördük ki, ət heç bişməmişdir. Səhər sübh qəssabın yanına gedib dedik: Dünən sizdən aldığımız ət dünəndən bəri ocağın üstündə bişməmişdir. Bu nədəndir? Bizimlə dost olan qəssab dedi:
    Bizim ətimiz pis deyildi! Biz bu ətdən hamıya satmışıq, kimsə gəlib şikayətlənməyib. Təkcə sizsiz ki, bunu idda edirsiniz.
    Biz qazanla birlikdə əti ona göstərdikdə doğrusu qəssab özü də təəccüb etdi və dedi:
    Bu işdə nəsə bir sirr var.
    Fikrə getdim ki, görəsən nə sirridi? Sonradan başa düşdüm ki, qəssabdan əti alandan sonra hərəmə girmişdik. Ət həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəminə daxil olduğuna görə dünya atəşi ona təsir etməyib. Həzrətin hörmətinə atəşin ona əsəri dəymir. Biz bu işi O həzrətin kəramətindən hesab etdik və əti aparıb çöldə basdırdıq.
    Beləliklə əgər insan xalis niyyətlə və arif halda hərəmə girsə cəhənnəm odundan amanda qalar. Axında Allahdan o mərhumdan ötrü bağışlanmaq istəyirik.
    ALTIMIŞ İKİNCİ KƏRAMƏT
    «MAZANDARANLI TƏLƏBƏYƏ KÖMƏK!»
    Cənab Höccətül-islam vəl-müslümin hacı şeyx Əbdülvəhhab Sultani yazır:
    O gecənin əhvalatı unudulmazdır. Bir dəstə əzadar Hüseyn(əleyhissalam) məclisinə daxil olurlar. O məhəllənin ruhanisi mənbərdə 15 dəqiqəyə yaxın həzrət Əbul Fəzl Abbas (əleyhissalam) barəsində və onun əzəmətindən söhbət etdi. Məhəllənin möhtərəm şəxslərindən biri yerindən durur. Bir nəfər 24 yaşlı cavan onun yanında dayandı. Möhtərəm şəxs cavanı tanıtdırmağa başladı: Bu şəxs tələbədir. Bir neçə ildir ki, Tehranda tələbəliklə məşğuldur. Sonra o, cavanın təlim vaxtı bədəninə kimyəvi maddələrin sirayət etməsini izah edir. Məlum olur ki, kimyəvi maddələr cavanın əlində imiş. Sonra qaşınma nəticəsində onun bədəni dəri xəstəliyinə tutulur. Tehran həkimlərinin müayinəsindən sonra məlum olmuşdu ki, bu cavan əlac olunmaz xərçəng xəstəliyinə tutulmuşdur. Dərhal müalicə və dərman üçün xaricə getməlidir. Cavanın ailəsi imkan həddində onun xaricə getməsinə şərait yaratdılar. Çoxlu pul dəyişib ailəsilə birlikdə Tehranı müalicə niyyəti ilə tərk etmişdi.
    O getdikdən sonra cavanın bacısı və anası boş dayanmayıblar. Yaxın qohumları ilə birlikdə tanınmış yer olan «Əbul Fəzl Abbas» adına məkana gəlib nəzir-niyaz etmişlər. Cavanın salamat və sağlam qayıtmasından ötrü burada dua ilə məşğul olublar. Cavan öz müalicəsindən ötrü xaricdəki bir çox həkimlərə müraciət edir. Həkimlər şurası nəzər verirlər ki, İran həkimlərinin təyin etdikləri bu xəstəlikdən səndə əsər-əlamət yoxdur. Cavan bir müddət qalıb bu xəstəliyi həkimlərdən də İran həkimlərinin bu xəstəliyi təyin etmələrinin tamamilə olmamasını məktub şəkilində ələ gətirir. Bəli! Cavan şəfa üçün xaricə səfərə çıxmışdı. Amma cavanın ana və bacısı «Babul-həvaic» həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) məqamına pənah apardılar. Cavan qayıdarkən gecə ilə məclis təşkil olundu. Qoyun qurban kəsildi. Camaatdan xahiş olundu ki, bir saat gözləsinlər. Tezliklə yemək hazırlanıb «Babul-həvaic. eşqində ehsan verildi. Mazandaranlı cavan şəfa tapmışdı.
    Əssəlamu əla əbdüssaleh vəl-müti lillah və li rəsulih və li əxihi əl Hüseyn (əleyhissalam) və əla mən ittəbəl həqq və rəhmətullahi və bərəkatuh.
    ALTIMIŞ ÜÇÜNCÜ KƏRAMƏT
    «ALLAH BALALARINI SAXLASIN!»
    Cənab höccətül-islam vəl-müslimin hacı şeyx Əbul Həsən İrbahimi Həmədani yazır:
    İslam inqilabından əvvəl bir müddət məhərrəm aylarında Həmədan və Savah məntəqələri arasında islam dininin təbliği ilə və həmçinin Əhli-Beyt (əleyhimussalam) əzadarlığı ilə məşğul idim. O zaman neçə vaxt idi ki, övladım xəstəliyə tutulmuşdu. Tez-tez həkimə aparıb-gətirirdim. Lakin, gündən-günə vəziyyəti xarablaşırdı. Beləliklə, ümüdüm hər yedən kəsildi.
    Təxminən, «Tasua» (9-cu) gecəsi idi. Həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) rövzəsini oxudum. Hətta uşağımın xəstəliyi belə yadımdan çıxmışdı. Mənbərdən sonra məsciddən çölə çıxdım. Mənzilə yola düşdüm. O gecə Kərbəlanı yuxuda gördüm. Gördüm ki, xeymələr düzülüb və biz də bu xeymələrdən birinin içindəyik. Bu vaxt döyüş başlayır və uca boylu, uzun qollu Əbul Fəzl Abbasın (əleyhissalam) döyüşən halda müşahidə etdim. Ağanın qədd-qamətindən nə deyim? Nə qədər desəm və qələm yazsa da azdır! Lakin gördüyümü yazıram. Ağanın müqabilində düşmənin sayı-hesabı yox idi. Ağanın qədd-qaməti düşmənlərin qədd-qaməti ilə müqayisədə cavan və nurani bir şəxsin 7-8 yaşlı uşaqlarla bir yerdə olmasına bənzəyirdi. Ağanın şəmşiri də çox qalın və uzun idi. Şəmşir vuranda dərə-təpə yerlə-yeksan olurdu. Ağanın düşmənləri onun müqabilində qaçarkən bir-birinə dəyib həlak olurdular. Biz xeymədə olan halda bütün vücudumuzu qorxu tutmuşdu. Öz-özümə fikirləşdim ki, əgər ağa döyüşü belə davam etdirsə bizim xeyməmiz də yerlə-yeksan olacaq. Bu fikri zehnimdən keçirən kimi ağa şəmşiri bir kənara atıb bizim xeyməmizə gəldi. Buyurdu:
    Sizin xeymənizdə su varmı?
    Ərz etdim: Bəli!
    Buyurdu: «Mənə bir kasa su verin!.»
    Mən ona bir qab su verdim. Meyl etdi. İçdikdən sonra türkcə dedi: «Allah balalarını saxlasın!»
    Bu yuxudan sonra üç gün ağladım. O vaxta qədər ki, üç gündən sonra səfərdən qayıtdım. Uşağın halını soruşdum: Dedilər üç gündür ki, sağalıb.
    Bu gün iyirmi ildir ki, bu hadisədən keçir. Bu illər ərzində bir dəfə də olsa uşaq xəstlənməyib və bu müddət ərzində bir dəfə də olsun həkim yanına getməyib. Bu, həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) bizə bəxş etdiyi kəramət idi.
    ALTIMIŞ DÖRDÜNCÜ KƏRAMƏT
    «BİRDƏN UZAQDAN ATLI GÖRÜNDÜ»
    Cənab Məhəmməd Sadiq Bəhirani atası mərhum Məhəmməd Hüseyn Bəhiranidən belə nəql edir:
    Atamın qohumlarından biri təxminən əlli il əvvəl işdən ötrü Küveytə gedir. Dindar bir şəxs idi. Ona şeyx Hüseyn deyərdilər. O, camaatı Küveytə işləməyə aparırmış. Qohumları da onunla birlikdə gedirlərmiş. Yol arasında polislər ona həmlə edirlər. Onlar izi itirməkdən ötrü biyabana üz tuturlar və yolu itirirlər. Bir müddət o tərəf bu tərəfə gedirlər, lakin bir yerə çıxa bilmirlər. Təxminən, bir gecə-gündüz yol gedirlər. Tamamilə əldən düşürlər. Sonra taqətdən düşmüş halda həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) pənah aparıb yalvarırlar. Birdən uzaqdan bir atlının gəldiyini gördük. Buyurdu:
    Şeyx Hüseyn! Hardan gəlirsən? Şeyx Hüseyn nəyə görə narahatsan? Bir salavat çək və əlini gözlərinin üstünə qoy!
    Şeyx Hüseyn belə edir. Birdən özünü Küveyt məscidlərindən birinin qarşısında görür!
    ALTIMIŞ BEŞİNCİ KƏRAMƏT
    «AĞA CAN! ƏGƏR MƏNƏ KÖMƏK ETMƏSƏN...!»
    Ayətullah hacı seyyid Məhdi Hüseyn bir nəfərin dilindən belə nəql edir:
    Mənim südlü bir inəyim vardı. Bazarda təxminən, 500 min tümənə gedərdi. Bu inək bir dəfə xəstələnir. Heyvan həkimi müayinədən sonra dedi:
    Tez başını kəs, sonra zərərə düşərsən!
    İşi belə görəndə həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) pənah aparıb dua etdim. Özüm də hirslənmişdim. Dedim:
    Ağacan! Əgər mənə kömək etməsən daha sənin adına süfrə açmayacağam!
    Bundan sonra inək qusdu. Qarnından kilid və dəmir çıxdı. Ondan sonra inək sürətlə yaxşılaşmağa başladı. Heyvan həkimi inəyi təzədən müayinə etdikdə dedi:
    Bu Qəməri bəni Haşimin kəramətindən başqa bir şey deyildir.
    Category: Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. | Added by: Islam_Kitabxanasi
    Views: 790 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024