İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.

    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.
    2012-01-31, 8:26 PM
    ALTIMIŞ ALTINCI KƏRAMƏT
    «HƏZRƏT ƏBUL FƏZL ABBASA(Ə) DUA ETMƏKLƏ NİCAT TAPDIM!»
    Hacı Həsən və Hacı Abbas Cəfəri yazırlar:
    Gəmi ilə «Buşəhrdən» Dubaya tərəf hərəkətdə idik. Dubaydan qayıdarkən İrana yaxın sahildə bizləri möhkəm qasırğalı tufan tutdu. Belə ki, dərya tufanından gəmi su ilə domuşdu. Biz hamımız həyatdan əlimizi üzmüşdük. Bununla belə arxayın qəlbimizlə və inamla Kərbəlaya tərəf üz tutub dedik:
    Ey Əli (əleyhissalam)-ın övladı! Ey Abbas ibni Əli (əleyhissalam)! Əlimiz sizin ətəyinizdədir!
    Duadan sonra tufan sakitləşdi, hava saf oldu və biz nicat tapdıq.
    ALTIMIŞ YEDDİNCİ KƏRAMƏT
    «BU AĞANIN ƏLİ YOXDUR!»
    Cənab Əbdül Həmid Bəhrani hacı Əbdünnəbiyyədən belə nəql edir:
    Təxminən 20 il bundan əvvəl Abadan şəhərində yaşayırdım. Xəstələnmişdim. O qədər ağır idim ki, ölüm ayağında idim. Yuxuda atamın mənə bir dənə nar dənəsi verdiyini gördüm. Mənə:
    «Bunu meyl et» söylədi.
    Sonra mənə buyurdu:
    Narı sizə bu verdi.
    Mən o ağaya tərəf gedib əllərindən öpmək istədim. Atam dedi:
    O ağanın bədənində əli yoxdur!
    Dedim: O kimdir?
    Buyurdu: O, həzrət Əbul Fəzl Abbasdır(əleyhissalam).
    Ondan sonra indiyə qədər xəstələnməmişəm!
    Aç qanlı gözün ey şəhi dövran bacun ölsün!
    Aç qanlı gözün ey şəhi dövran bacun ölsün
    Dur şamə gedir Zeynəbi nalan bacun ölsün.
    * * *
    Cismun yarali isti hava peykərin üryan
    Fəvvarə kimi qan axıb səhralərə hər yan
    Oldun bu biyabanda Hüseyn qanuva qəltan
    Ləb teşnəvu dil xəsteyi ətşan bacun ölsün.
    * * *
    Nə haldi bu söylə səni ey şahi Mədinə
    Düşmüş yarali cismün Hüseyn ruyi zəminə
    Qol bağli ciyər dağli qızım nazli Səkinə
    Şamə gedibəm naleyi üryan bacun ölsün.
    * * *
    Gəldim nə cəlal iylə Hüseyn Kərbibəlayə
    Tuş oldu günüm gülşən ara xari cəfayə
    Başuvi kəsib Şumri dəqa vurdi cidayə
    Qan cuşə gəlib doldi biyaban bacun ölsün.
    * * *
    Bu ərsədə yağ mayə gedib cahi cəlalun
    Öldürdi bacun Zeynəbuvi dərdi məlalun
    Qol bağli gəlib qətligaha əhli əyalun
    Dur sal yola ey şahi şəhidan bacun ölsün.
    * * *
    Kim qıldi səni qanuva qəltan anam oğli
    Kim qıldi bu gül cismuvu üryan anam oğli
    Kim kəsdi başun ləbləri ətşan anam oğli
    Qan iylə dolub ərseyi meydan bacun ölsün.
    * * *
    Qıl qollari bağlanmış əyaluvə nəzarə
    Əfqanə gəlirlər bu sitəm cani nəzarə
    Mümkün döyür nəşüvu qoyum indi məzarə
    Qol bağli əsirəm gözi giryan bacun ölsün.
    * * *
    Xirgahuvi yandırdlar ey mahi Mədiynə
    Yağ mayə gedib zülmilə həm durri xəziynə
    Zəncir ilə qol bağli gedir nazli Səkiynə
    Şamə yola sal ey sənə qurban bacun ölsün.
    * * *
    Şəmşiri sənan yarəsi namünda sərasər
    Nə dəfn kəfən var quri yer cismüvi bəstə
    Övladi Əli qol-qola bağli hami yeksər
    Üryan dəvə bu dəstəyi nisvan bacun ölsün.
    * * *
    Bu bəzmi əza içrə gəlün şiri fəqanə
    Göz yaşi olar həşri günü əldə bəyanə
    Tuti çək Hüsen qəmlərini mülkü bəyanə
    Hər dəmdə sala bəzmə bu ünvan bacun ölsün.
    ALTIMIŞ SƏKKİZİNCİ KƏRAMƏT
    «İMAM HÜSEYN (Ə)-IN ƏZADARLIQ MƏCLİSİ!»
    Ayətullah hacı Şeyx Əli Əhmədi Miyanəçinin dilindən hekayət:
    «Birisi yuxusunda görür ki, həzrət imam Hüseyn (əleyhissalam), həzrət Əbul Fəzl Abbas (əleyhissalam) ilə birlikdə Kərbəla şəhidlərinə əzadarlıq keçirilən evin yanından keçirlər. İmam Hüseyn (əleyhissalam) qardaşı Əbul Fəzl Abbasa(əleyhissalam) buyurur:
    Bu evin sahibindən ötrü savab yaz!
    Həzrət Əbul Fəzl Abbas(əleyhissalam) soruşur:
    Nə qədər yazım?
    İmam Hüseyn (əleyhissalam) buyurdu:
    Yaz!.......
    Eləcə də keçib getdilər. Həzrət savabı yazır. Yenə də bir evin yanından keçdilər. İmam Hüseyn (əleyhissalam) buyurdu:
    Yaz!
    O şəxs deyir: Bu vaxt yuxudan ayıldım. Sonra yuxumda gördüyüm şəxsin yanına gedib imam Hüseyn (əleyhissalam)-ın onun barəsində söhbətini ona nəql etdim və vəziyyəti soruşdum.
    Əza sahibi cavab verdi: Mən imam Hüseyn (əleyhissalam)-ın məclisindən ötrü tütün almaq istəyirdim. İki cür tütün var idi. Mən bazardan ucuz tütün aldım.
    ALTIMIŞ DOQQUZUNCU KƏRAMƏT
    «MƏN ABBASIN(Ə) XADİMİYƏM!».
    Şəhid atası höccətül-islam vəl-müslümin şeyx Əbdürriza Safi nəql edir:
    Sünni oğruları çöllükdə mənə həmlə etdilər. Elə ki:
    «Mən Əbul Fəzl Abbasın(əleyhissalam) xadimlərindənəm»- dedim, tez məndən əl çəkdilər!
    Ümumiyyətlə, yer üzündə istər müsəlman, istər xaçpərəstlər və istərsə də başqa kitab əhllərinin qeybi köməklərə etiqadları vardır.
    YETMİŞİNCİ KƏRAMƏT
    «MƏNİM ƏHVALATIM VƏ HƏZRƏT ƏBUL FƏZL ABBASIN(Ə) KÖMƏYİ»
    Əhli-Beyt (əleyhissalam)-ın məddahı cənab Məhdi Təəccübi yazır:
    Mən Məhdi Təəccübi, cavanlığımın ilk çağlarında yolumu itirmiş şəxsiyyətsiz bir adam idim. Şah rejiminin həddən artıq açıq-aşkar fitnə-fəsadı yayması çox cavanları düzgün yoldan çıxartmışdı. Xülasə şəkildə ərz edirəm:
    Başımı qatmaq və istirahətdən ötrü hara üz aparırdımsa din və əqidə ziddinə olan səhnələrlə rastlaşırdım. Mən şer yazır və həmçinin yaxşı şer oxuyurdum. Bir müddət də əxlaqsızlığı yayan qəzetlərlə əməkdaşlıq edirdim. Nəhayət, əlacsız bir xəstəliyə düçar oldum. Elə xəstəlik ki, bütün dostlar və hətta yaxın qohumlar da məndən bezib üz çevirdilər. Aşkarcasına hiss etdim ki, mənim ölümümü istəyirdilər.
    O çarəsizlik və fəqirli günlərimin birində qərara aldım ki, Tehran ətrafındakı biyabanların birinə pənah aparıb ordaca ölüm. Bu qərardan sonra anamdan çay istəmək istədim. Lakin onlara o qədər əziyyət vermişdim ki, çağırmağa xəcalət çəkirdim. Evdən təxminən yüz metr yuxarıda çayxana vardı. Öz-özümə dedim ki, hər necə olursa-olsun divardan tutaraq çayxanaya gedib orda çay içim. Evdən 50 metr aralıda həzrət Əbul Fəzl Abbas adına əzadar heyətlə rastlaşdım. Bu heyət şəhərdə çox məşhur idi. Ora yetişdim. Çayxanada istəkanların çak-çuk və çıqqıltı səsləri gəlirdi. Öz-özümə dedim ki, yol getmək müşkildir, camaatın çay içdiyi yerdə çay içim. Yola düşdüm.
    Məddah ucadan həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) şəninə şer deməklə məşğul idi. Camaat ağlaşırdı. Mən də ağlamağa başladım. Özü də necə ağlamaq?
    Məddahlıqdan sonra hamı sakit oldu və çay içməklə məşğul oldular. Şer deyən şəxs həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) kəramətlərindən danışırdı. Ağlamaqdan yaxam islanmışdı. Hamının mənə tamaşa etdiyinə görə məclisdən çıxmalı oldum. Öz-özümə dedim ki, əgər həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) bu qədər kəramətləri varsa, mənə də şəfa versin!
    Qısası ağa mənə də şəfa verdi. Belə ki, bütün həkimlər heyran qalıb bayram tutdular. Lakin mən cavanlıq üzündən səhv edib yenə də öz pozğun həyatıma qayıtdım. Allahın dərgahına şükr edib düz yola düşmək əvəzinə təəssüflər olsun ki, təkrar günahlara başladım. Nəhayət bir gün yuxuda gördüm ki, böyük bir məntəqədə saysız-hesabsız camaat yığışıb tamaşa edirlər. Hamı qorxusundan titrəyirdi. Baxıb gördüm ki, at boyda bir şir meydanın ortasında dövr edib nərə çəkirdi. Hamı da qorxusundan əsirdi. Birdən camaatın arası açıldı böyük və güclü bir şəxs, insanı valeh edən şücaətlə və vüqarla meydana daxil oldu. Heyvan özünü onun ayağına atdı və oturdu. O şəxs, əlini şirin kürəyinə çəkdi. Əhali növbə ilə onun əlindən öpürdü. Mən də cəmiyyət içindən irəli gəlib onun əlindən öpmək istədim. O, tez əlini məndən çəkdi və üzünü məndən çevirdi. Camaatdan soruşdum:
    Nəyə görə bu ağa belə edir?
    Birdən belə bir söz eşitdim, dedi:
    Xəcalət çəkmirsənmi? Məgər bu ağa sənə şəfa verməyibmi? Həya et!
    Yuxudan ayıldım. Yuxu nədir? Bir dünyadan başqa bir dünyaya keçdim. Oradaca mehriban olan Allaha hər şeydən tövbə etdim. Bütün pozğun şer və qəzəllərimə (yaxşı müştərisi olan halda) od vurub yandırdım. Əhd etdim ki, bundan sonra Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) və onun Əhli-Beyti (əleyhissalam) barəsində şer yazacağam. Bu gün 56 yaşım var və Allahın köməyilə öz əhdimdə möhkəməm!
    YETMİŞ BİRİNCİ KƏRAMƏT
    «QƏRARA ALDIM Kİ, MƏSƏLƏNİN HƏLLİNİ HƏZRƏT ƏBUL FƏZL ABBASDAN(Ə) ALIM!»
    Cənab höccətül-islam vəl-müslümin hacı seyyid Məhəmməd Cəlai yazır:
    Mən Kərbəlada doğulmuşam. 25 ilə qədər orada sakin olmuşam. Bu müddət ərzində orta məktəb oxuyub diplom almış, sonra hövzədə oxumuşam. Həzrət Əbul Fəzl Abbasdan(əleyhissalam) məni təəccübə gətirən kəramətlər görmüşəm. Bu pak hərəmin yanında olduğuma görə yadıma gəlmir ki, mühüm bir mətləb olsun və ondan ötrü ağaya üz gətirim. Biz onun xidmətində olduğumuza görə bizlərə ağır müşkül üz gətirmirdi. Ola bilsin xırda məsələlər qarşıya çıxsın, lakin, belə məsələlərdə ədəbi gözləyib həzrətə ərz etmirdim. Çünki fikirləşirdim ki, möminin belə xırda müşkilləri olmalıdır. Rahatlıq axirətdədir. Hər halda ömür keçirdi. O vaxt gəldi ki, iranlıları İraqdan sürgün etməyə başladılar.Bundan ötrü ancaq altı gün vaxt verilmişdi ki, ölkədən çıxsınlar. Bu da bizim üçün o qədər müşkil hesab olunmurdu. Bu iş hamının başına gələ bilərdi. Hər halda bu dalğanı da Allah xeyirlə ötürdü. Onlar ki, getdilər getmişdilər. Onlar ki, qaldılar qalmışdılar. Biz də həmin qalanlardan olduq. Bir neçə ildən sonra yenidən bu məsələ ortaya atıldı. Amma bu dəfə Bağdad diktatorunun göstərişinə görə bizim ailəmizi sürgün etməli idilər.
    Bizim ailəmiz orada tanınmış ailələrdən idi. Alimlər Nəcəfdən getdikdən sonra atam orada qalmış və tanınmış alim idi. O, hazır deyildi ki, onlarla bir yola getsin. Dövlət çalışırdı ki, əhalini atamın təşkil etdiyi rövzə məclisinə qoymasınlar. Yadımdadır, günlərin birində şəhər başçılarından birisi bizim evə gəlib qapını döydü. Mən gedib qapını açdım. O dedi:
    Atan evdədir?
    Dedim: Bəli!
    Dedi: Mən şəhər katibi tərəfindən gəlmişəm. Atanla görüşməliyəm. Atamın yanına gedib məsələni ərz etdim. Atam cavab verdi: De ki, halı yaxşı deyil. Heç kəslə görüşə bilməz. Dedim:
    Atacan, bu onların səni incitməsindən ötrü bir bəhanə olar. O israr edir ki, səninlə görüşsün. Xüsusi qəzəbli tonla buyurdu:
    «De ki, Nəcəf-Əşrəfə ziyarətə getməyə hazırlaşır.» Hər halda məsələni gəlib o şəxsə çatdırdım. O nə qədər israr etdisə atam başqa bəhanələrlə görüşü təşkil etmədi.
    Ümumiyyətlə, Bəs hökuməti çalışırdı ki, atamı nəzarətdə saxlayıb yol göstərsin. Ona görə də bu dəfə Bağdaddan başqa bir göstəriş gəlmişdi ki, atamı ailəsi ilə birlikdə sürgün etsinlər. Bu xəbər atam çatdırıldı. Xəbəri gətirən Kərbəlanın böyük şəxsiyyətlərindən biri gətirmişdi. Atam ona dedi:
    Bu işin təxirə düşməsi və dəyişməsi üçün heç bir yer yoxdur?
    O cavabında dedi:
    Xeyr! Heç bir yer yoxdur. Mən bütün məsullarla söhbət etmişəm. Bu işin dəyişməsi mümkün deyil.
    Hər halda mən bu yedə qərara aldım ki, həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) pənah aparam. Fikirləşdim ki, ərəblərin gördüyü işi görəcəyəm. Yəni, ayaqyalın, başıaçıq hərəmə girib hacətimi istəyəcəm. Həmin işi gördüm. Ayaqyalın başıaçıq pak hərəmə daxil oldum. İzn duasını oxuyub pak zirehə yaxınlaşdım. Ərz etdim:
    Ya Əbul Fəzl! Bir müşkül qabağa gəlib. İstəyirəm çarə qılasan!. Sonra heç bir iş görmədən (namaz, ziyarət) yenidən həmin vəziyyətdə evə qayıtdım. Qayıdandan sonra hər an çalışırdım ki, görəsən işin axırı nə olacaq? Bir gün keçdi, bir həftə keçdi, bir ay keçdi.... daha dövlətdən xəbər olmadı. O hadisədən neçə illər sonra orada qaldıq və o məsələ bir dəfəlik aradan getdi. Sanki belə bir olmayıbmış!!
    Bir daha başa düşdüm ki, həzrət Əbul Fəzl Abbas(əleyhissalam) həmişə biz şiələrin halını nəzərə alır. Harda lazım olsa əgər xalis niyyətlə ondan kömək istəsələr cavab verməməsi qeyri mümkündür.
    YETMİŞ İKİNCİ KƏRAMƏT
    «BURDAN ÇÖLƏ ÇIXIN, YOXSA HAMINIZI ÖLDÜRƏRƏM!»
    Höccətul-islam vəl-müslimin Hacı Şeyx Əşrəf Kaşani bizə üç kəramət yazıb:
    1.Bəndə həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) kəramətini belə müşahidə etmişəm.
    Səkkiz yaşımda ikən valideynlərimlə birlikdə atamın anasından irs qalan evdə yaşayırdıq. Anamın atası Kaşan məntəqəsinin tanınmış rövzəxanlarından idi. Adı seyyid Məhəmməd idi. Onun 6 övladı (4-ü oğul, 2-si qız) vardı. Oğlanlarından ikisi ruhani idi.
    Böyük oğlu seyyid Əbul Qasim rövzə oxumaqdan ötrü bir il Semnan məntəqəsinə gedir. Orada bəhailərlə ilə qarşılaşır. Yolunu azmış bu məzhəbin üzvləri onu zəhərləyirlər. O, dəli olmuş halda Kaşana qayıdır. O vaxt mən səkkiz yaşında idim. Gördüm ki, günlərin birində o, evin üstünə çıxıb öz-özünə belə deyir:
    «Hamınız çıxın çölə, yoxsa sizləri öldürərəm!»
    Üç ilə yaxın bu divanəlik onda davam etdi. Bu vaxtda onun vəziyyəti elə qorxulu idi ki, bütün Kaşan əhalisi ondan qorxub çəkinərdilər. Nəhayət, məcbur olurlar ki, onu zəncirlə bağlasınlar. Sağalmasına da heç kim artıq ümid etmirdi. Üç ildən sonra zövcəsinin həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) pənah aparması ilə şəfa tapdı. Onun təvəssülü hadisəsi belə olub:
    Zövcəsinin atası zahid və mömin bir şəxs imiş. Dünyasın dəyişərkən qızına deyir: Mən kasıb şəxsəm, əlimdə bir şey yoxdur ki, sənə verəm. Amma elə bir gövhər verirəm ki, min dəfə dünya malından üstündür. Nə vaxt biçarə oldun və nicat yolları üzünə bağlansa get qaranlıq bir otağa iki rəkət namaz qıl və bu iki beyt şeri oxumağa başla:
    Ey mahi bəni Haşim, Xurşidi liqa Əbbas!
    Ey nuri dili Heydər, Şəmi şühada Əbbas!
    Ba mehnəto dərdi cəm, Mən ru be tu avərdəm!
    Dəste məne məhzun gir, əz bəhri Xuda Əbbas!
    Tərcüməsi:
    Ey bəni Haşimin ayı, Günəşə oxşar Əbbas!
    Ey Heydərin qəlbinin nuru, şəhidlərin şəmi Əbbas!
    Dərdli və qəmli halda, sənə üz gətirmişəm!
    Mən qəmlinin əlindən tut, Allah xatirinə Ya Əbbas!
    Seyyidin divanəliyindən üç il sonra bu vəsiyyət onun zövcəsinin yadına düşür. Aşağı otağa gedir. Heç bir işıq gəlməyən yer tapır. İki rəkət namaz qılıb duanı oxumağa başlayır. Özünün dediyinə əsasən birdən görür ki, qaranlıq otaq işıqlı olur. Başını qaldıranda başının üstündə kəsilmiş bir əlin durduğunu görür. Səs gəlir ki:
    Dur get! Biz seyyid Əbul Qasimə şəfa verdik!
    Tez qalxıb tələsik çölə çıxır. Seyyidin başının üstünə gəldikdə görür ki, yuxudadır. Halbuki, o vaxta qədər gözlərinə yuxu getmirdi.
    Kaşan əhalisi xəbərdar olurlar ki, həzrət Əbul Fəzl Abbas (əleyhissalam) seyyidə şəfa verib. Onlar bir aya yaxın seyyidin görüşünə gəl-get edirlər. İş o yerə çatmışdı ki, onun əlinin suyundan xəstəliyə şəfa kimi aparırdılar. Harada rövzəxanlıq məclisi olurdusa, birinci onu dəvət edirdilər.
    Bu müşahidəni biri də cənab Rəbbaninin (kitabın müəllifi) xahişinə görə ona yazdım.
    YETMİŞ ÜÇÜNCÜ KƏRAMƏT
    «BİR ƏL GƏLİB MƏNİ GÖTÜRDÜ!»
    2. Həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) başqa kəraməti budur:
    Kaşan şəhərində «Möhtəşəm» adlı təzə bir xiyaban açmışdılar. Asfalt çəkməmişdən qabaq yola su tökürdülər. Kaşanda dərinliyi qırx metrə çatan çoxlu quyular var. Məktəb uşaqları səf çəkib xiyabandan keçirdilər. Təsadüfən quyulardan biri uçur və Cavad Əxbari adlı bir uşaq həmin quyunun içinə düşür. Əlacsız halda hamı tamaşa edirdi. Maşın gətirib üç gün quyunun torpağını çölə atdılar. Nəhayət, uşağa çatdılar. Gördülər ki, uşaq sağdır. Uşağı quyudan çölə çıxartdılar. Dövrəsini alıb sual-cavab etməyə başladılar. Necə oldu ki, sağ qaldın? Cavab verdi:
    Elə ki, quyunun dibinə düşdüm ancaq «Ya Əbul Fəzl Abbas!» deyə çağırdım. Bu vaxt bir əl çıxıb məni quyunun dibində olan taxçanın üstünə qoydu. Dedilər:
    Bu neçə günü orda ac necə qaldın?
    Dedi: Məndən ötrü süd gətirmişdilər.
    Bu aşkar möcüzədən sonra Kaşanda bir müddət çırağlar yandı. Hamı uşağın ziyarətinə gəlirdilər.
    Category: Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. | Added by: Islam_Kitabxanasi
    Views: 597 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024