İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.

    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.
    2012-01-31, 8:25 PM
    YETMİŞ DÖRDÜNCÜ KƏRAMƏT
    «YA BABUL HƏVAİC! NƏYİM VARDISA ALDILAR!»
    3. Bir vaxtlar günortadan sonralar həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) pak hərəmində, sübhlər isə imam Hüseyn (əleyhissalam)-ın mübarək hərəmində mənbərə gedirdim. Həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəminin kiliddarı Seyyid Həsən idi. Mən mənbərdə həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) ziyarəti barədə söhbətə başladım. Günlərin birində mənbərdən düşərkən hərəmdə namaz qılan bir seyyid məni çağırıb dedi:
    Bu gün sizin söhbətlərinizi eşitdim. Gördüm, Həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) ziyarətinin fəziləti barəsində söhbət edirdiniz. Amma, mən özüm müşahidə etdiyim əhvalatı sizə nəql edirəm siz də bunu mənbərdən əhaliyə nəql edərsiniz. O əhvalat bu idi:
    Kərbəla ətrafından olan çobanlardan birisi bir neçə baş qoyunu bazarda satıb pulunu cibinə qoyub qayıdırmış. Kərbəladan çıxanda oğrular onun yolunu kəsib pulunu zorla alırlar. Kişi yarı yoldan Kərbəlaya qayıdır və həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəminə daxil olur. Həzrətə xitab edərək buyurur:
    Ya Babul həvaic! Nəyim varsa aldılar! Səndən başqa mənim pənah yerim yoxdur. Əhali onun ardınca hərəmə daxil oldular. O, çoxlu ağladıqdan sonra əlini zirehin pəncərəsindən içəri salıb bir neçə dəqiqədən sonra dedi:
    Ya Əbul Fəzl! Təşəkkür edirəm!
    Pakistan camaatı onu dövrəyə alıb soruşurlar ki, əlidəki nədir? O, əlini açır. Görürlər ki, əlləri qızıl pulla doludur. Onlar qızılı pulla kişidən alırlar. Onun əlində bir ədəd qızıl pul qalır. Alverçilər onu da almaq istəyirlər, lakin, kişi cavab verir: Əgər Kərbəlanı da qızılla doldurub mənə verəsiniz həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) kərəmindən olan bu qızılı sizə vermərəm!
    YETMİŞ BEŞİNCİ KƏRAMƏT
    «QATARDAN YIXILDI, AMMA SAĞ QALDI!»
    Cənab hacı Əbul Qasim Məğazeyi belə nəql edir:
    Mən atamla qatar stansiyasından evimizə tərəf hərəkət etdirdim. Atam buyurdu:
    Əbul Qasim! Yaxşı olar ki, kömürlə dolu bu kisələri də evə aparaq. Düşüb kömür kisələrini qatara yüklədim. Sonra atam mənə buyurdu: Sən bu kisələrin üstündə otur, mən qatar rəisi ilə söhbət etməyə gedirəm. Mən kisələrin üstündə oturdum. Atam bir-iki dəfə məni səslədi. Bu vaxt qatar tunelə daxil olurdu. Tuneldən çıxdıqdan sonra gördüm ki, atam qatarda yoxdur. Mən dad-fəryad etməyə başladım. Qatarı saxlatdırdım. Qatar məmuru dedi:
    Mən arxaya qayıtmayacağam. Bəlkə böyük Allah möcüzə göstərə atan sağ qalsın. Bu vaxt əgər mən arxaya qayıtsam atan qatarın təkərləri altda qala bilər. Hamının nəzərində bu idi ki, atam sağ qalmayıb. Növbəti dayanacağa qədər hərəkət etdik. Bu stansiyadan teleqraf etdilər ki, təcili maşın göndərin cənab Məğazeyinin cənazəsini aparsınlar.
    Elə bu vaxt atam gözlənilmədən dayanacağa gəldi. Mən atamdan soruşdum:
    Atacan! Necə oldu ki, sağ qaldın?
    Cavabında buyurdu:
    Mən sizə tərəf gəlirdim birdən qatarın qapısından yerə yıxıldım. Yıxılan anda ancaq
    «Ya Sahibəzzaman! Ya Əbul Fəzl Abbas!» deyə fəryad etdim. Birdən hiss etdim ki, kimsə məni götürüb kənara qoydu. Ona görə də görürsən ki, sağ qaldım.
    YETMİŞ ALTINCI KƏRAMƏT
    «BİR NEÇƏ DƏQİQƏDƏN SONRA TAMAMİLƏ SAĞALDIM.»
    Cənab höccətül-islam Şeyx Nurabadi Nişapuri bir məktubda bir neçə kəramət yazmışdır:
    1.Nəql edəcəyim möcüzə mərhum Ayətullah Seyyid Məhmud Müctehidi Sistaninin başına gəlmişdir. Seyyid günlərin birində bir xəstəliyə tutulur. Yerindən qalxmağa imkanı olmur. Yalnız uzanmış halda qalır. Sanki möhkəm qulunc ağrısı varmış. Yaxşı olduqdan sonra şəfa tapmağının səbəbini ondan soruşduq. O, belə izah etdi ki:
    Mən xəstə halında uzanmışdım. Birdən həzrət Əbul Fəzl Abbas (əleyhissalam) yadıma düşdü. Öz-özümə dedim:
    Ya həzrət Abbas! Əgər indi dura bilib dəstəmaz alıb namaz qıla bilsəm bir qoyun nəzir edirəm. Bu sözləri deyən kimi vəziyyətim yaxşılaşdı və qalxdım ayağa. Başqa vaxt yaxşı olduqdan sonra qoyun almağa qüdrətim olmur. Özüm də xəstələnmişdim. Öz-özümə fikirləşdim ki, əgər imkanım olsaydı ağaya nəzr edib sağalardım. Elə bu vaxt vəziyyətim yaxşılaşdı və sağaldım.
    YETMİŞ YEDDİNCİ KƏRAMƏT
    «PARÇA ÖZÜ HƏRƏKƏTƏ GƏLDİ!»
    2. Ayətullah hacı seyyid Məhmud Müctehidi öz bacısı qızının dilindən belə nəql edir:
    Günlərin birində nənəm Həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəmində ziyarətdə imiş. Görür ki, Həzərtin zirehinin üstündən bir parça asılı qalıb. Əhvalatı belə nəql edir: Ərəb qadınlarından biri həzrət Əbul Fəzl Abbasa nəzr edibmiş. Parçanı bir qadına verir ki, onu zirehin üstünə atsın. Qadını şeytan hərəmdə vəsvəsə edir və qərara alır ki, parçanı özünə götürsün. Hərəmdən çölə çıxmaq istədikdə birdən parça öz-özünə sürüşüb pak zirehə tərəf hərəkət edir. Bütün zəvvarlar bu haləti müşahidə edirlər. Nənəm də hadisəni gözləri ilə görüb.
    YETMİŞ SƏKKİZİNCİ KƏRAMƏT
    «HƏZRƏT ƏBUL FƏZL ABBASA PƏNAH APARMAQLA KOR OLMAQDAN NİCAT TAPDIM!»
    3.Bu əhvalat çox maraqlıdır. Mən özüm də bu cərəyanda var idim. Cənab Müctehidi hadisəni dəqiqliklə mənə nəql etmişdir. Hadisə Məşhəd sakini Məhəmməd Əli Xacəvinin şəfa tapmasından gedir. O, cənab Müctehidinin uzaq qohumlarından idi. Hadisə təxminən 1990-cı ildə baş vermişdi. Hadisənin xülasəsi belədir:
    Cənab Xacəvi əmisi oğlu ilə birlikdə öz sənətində çalışırmış. Əmisi oğlu Təqi Xacəvi onunla şərik idi. İş vaxtı çəkişin altından bir dəmir qırıntısı çıxıb Xacəvinin sağ gözünə batır. Dəmir gözünə düşən kimi gözü kor olur. Dərhal onu imam Rza (əleyhissalam) adına olan xəstəxanaya aparırlar. Xəstəxanada tez dərman vururlar. Lakin bir nəticə alınmır.
    Sonra da Xacəvini Tehrandakı «Lebaf Nejad» adına xəstəxanada yatızdırırlar. Qərara alınır ki, onun o biri gözünün də kor olmamasından ötrü sağ gözünü birdəfəlik çıxartsınlar. Bu hadisə elə olur ki, Məhərrəmin doqquzuncu gününə (tasua) düşür. Qərara alınır ki, Məhərrəmin 12-ci günü onu cərrahiyyə əməlinə aparsınlar. Bu vaxt cənab Məhdi Müntəcəb adlı şəxs həzrət Əbul Fəzl Abbasa (əleyhissalam) nəzr etdiyi və ondan gördüyü kəraməti Xacəviyə nəql edir. Onu inandırır ki, bir qoyun nəzin etsin. Cənab Xacəvi öz tərəfindən onu vəkil edir və tapşırır ki, mənim əvəzimdən nə cür məsləhət bilirsə elə də etsin.
    Cənab Müntəcəb bu hadisəni Müctehidiyiə nəql edir. O, da tapşırır ki: Üç ədəd qoyun nəzir etsin. Birini imam Hüseyn (əleyhissalam)-a, ikincisin həzrət Əbul Fəzl Abbas (əleyhissalam)-a, üçüncüsünü isə imam Rza (əleyhissalam)-a nəzr etsin. Müntəcəb həmin işi görür. Cənab Müctehidi nəql edir ki, hər bir qoyunu kəsdikcə Xacəvinin gözünün bir qisməti yaxşılaşırdı. Belə ki, üçüncü gün onun gözü tamamilə sağaldı. Bu nəzirlərdən sonra daha cərrahiyyə əməlinə ehtiyac olmadı.
    İndi də gözünün sağalmasını cənab Xacəvinin öz dilindən eşidək. O, buyurur: Mən xəstəxanada yatmışdım. Yuxuda gördüm ki, şirin su ilə dolu bir hovuzun içindəyəm. Hovuzun içində televizora bənzər bir şeyin içində gördüm ki, bir dəstə qoyunun içindən üç baş qoyunu qurbanlıqdan ötrü ayırırlar. Həmçinin, həmin yuxuda mənə ilham oldu ki, gözlərim yaxşı oldu. Amma mənə elə gəlirdi ki, bu həmin sağlam gözümün də xarab olmasına işarə idi. Çaharşənbə axşamı «Cəmkəran məscidinə (bu məscid Qum şəhərində 12-ci imamın göstərişi ilə tikilib) getdim. Gün çıxandan sonra hiss etdim ki, sağ gözüm görməyə başlayır. Atama dedim və o da çox xoşhal oldu. Çünki, sabah gözümdə cərrahiyyə əməli edəcəkdilər. Buna görə də əməliyyatdan qabaq doktora bir dəfə də təzədən gözlərimi yoxlatdırmaq istədim. Həkimin yanına getdim. Yoxlanışdan sonra həkim mənə dedi:
    Sizin sağ gözünüz sağalmaq üzrədir. Daha əməliyyata ehtiyac yoxdur.
    Beləliklə cənab Xacəvi, həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) pənah aparmaqla kor olmaqdan nicat tapdı. O, bu hadisəni maşında oturub sürücülük edən halda danışırdı. Allaha şükr edirdi ki, Əhli-Beyt (əleyhissalam) və o cümlədən həzrət Əbul Fəzl Abbas (əleyhimussalam)-ın bərəkətindən korluqdan nicat tapıb.
    YETMİŞ DOQQUZUNCU KƏRAMƏT
    «AĞANIN ƏMRİ İLƏ ONUN ADI ABBAS OLACAQ.»
    Cənab höccətül-islam Nurabadi buyurur:
    4. Mən bu hadisəni cənab Müqimandan soruşmuşam, o da mənə şərh verib. Cənab Abbas Müqiman Məşhəddə tələbədir. Onunla 20 ilə yaxın yoldaşlığım olub. Çox yaxşı tanıyıram.
    Nəql edir ki, altı yaşında ağır xəstəliyə düçar oldum. Böyrəkləri çirk edibmiş. Bədəni qeyri-adi şəkildə şişirmiş. Məşhədin və Nişapur şəhərinin həkimlərinə müraciət edir. Heç biri bu dərdə əlac etməyə qadir olmur. Hətta, bəzi həkimlər müayindən sonra deyirlər ki, ölümə yaxınlaşırsan!
    Dindar və əqidəli atası bir müddət onu Məşhəddə imam Rza (əleyhissalam)-ın hərəmində dəxil salır (Əlbəttə, onun əsl adı Məcid olub, həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) əli ilə şəfa tapdıqdan sonra adını dəyişib Abbas qoyur).
    Bir müddətdən sonra işinin çoxluğuna görə Məşhəddən Nişapura gəlir. İmam Rza (əleyhissalam)-a oradan belə ərz edir:
    «Ağa! Mən Nişapurda da olsam sizin mənə şəfa verməyə qüdrətiniz vardır!.»
    Abbas ağanı Nişapura gətirir. Həmin gecə Abbasın atası yuxuda həzrət Fatimə (s.ə)-ı görür və o Həzrət də övladının şəfa tapması müjdəsini ona verir. Həmin gecə Abbas xəstəliyin şiddətindən bədəninin (vərəm halda) ölüm halında olduğunu hiss edir. Yuxudan ayılıb qapıya tərəf qaçır. Fəryad çəkir:
    Mənim gözlərimi kim tutmuşdu?
    Bu sözü deyəndə hamı Abbası müşahidə edir. Təəccüblə baxırlar ki, o yatdığı yerindən durub qapının ağzında yatıb və deyir
    : Biz deyildik! Kim sənin gözünü tutub? Məgər nə görmüsən?
    O özü nəql edir ki, iki nəfər ağa burada idi. Onlardan biri belə dedi:
    Mən həmin kəsəm ki, atan mənə təvəssül etməklə sənə şəfa aldı. Digəri belə dedi:
    Mən də Abbasam. Bundan sonra sənin də adın Abbas olsun!
    Sonra həzrət Əbul Fəzl Abbas (əleyhissalam) mənim bədənimə əl çəkdi.
    Əlbəttə, Abbasın atası həzrət Əblu Fəzl Abbasa (əleyhissalam) bir çıl-çıraq nəzir etmişdi. Şəfa tapdıqdan sonra nəzirini əda etdi. Həmçinin, nəzr edir ki, övladı Məcid (Sonradan adın dəyişir) tasua günü əhaliyə şərbət paylasın. Bununla da bizim əziz dostumuz cənab Abbas Müqiman həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) bərəkətindən təzə həyata başlayır.
    HƏŞTADINCI KƏRAMƏT
    «BİR ƏLİN MƏNİM DALIMCA GƏLDİYİNİ GÖRDÜM!»
    5. Başqa hadisə cənab Həsən Yusifinin anbar sularında batmasından xilas olmasıdır:
    Yusifi Nişapurun kəndlərinin birində sakindir. Yol hamarlayan ağır maşının sürücüsüdür. Hadisəni o özü mənə nəql etmişdir. O, əsl macəraya üç il əvvəl sual şəklində işarə etdi. Buyurdu:
    Heç özüm də bilmirəm necə oldu ki, həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) adı birdən mənim dilimə gəldi və mən nicat tapdım. Çünki, mən bütün giriftarçılığımda imam Rza (əleyhissalam)-ın adını çağırırdım. Heç vaxt olmamışdı ki, müşkül işimdə həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) adını çəkim. Nəql edəcəyim hadisədə isə həyatdan tamamilə ümüdümi üzən halda, birdən bütün vücudumla həzrət Əbul Fəzl Abbası (əleyhissalam) köməyə çağırdım və nicat tapdım!
    Hadisə belə olub:
    Cənab Yusifi təxminən, 1995-96-cı illərdə «Əsfarin» anbar suyunun qarşısındakı səddə işləyirdi. Hərdən bir işinin yanında suya girib çimirdi. Əlbəttə, üzməyi yaxşı bilmədiyinə görə çalışırdı ki, anbarın dərin yerlərinə getməsin. Amma, başqa işçi dostları üzməyi yaxşı bacarırdılar. Bir gün o və işçi dostları çimmək üçün anbar suyuna girirlər. O da səhvən suyun dərin yerinə gedib çıxır. Dostlardan hər birisi nə qədər çalışırsa onu sudan xilas edə bilmirlər. Çalışmaları nəticəsiz qalır. Təkcə bu işi görürlər ki, təzə nəfəs almaqdan ötrü onu suyun üzünə qaldırırlar. Nəhayət, çox çək-çevirdən sonra suyun dibinə gedir. Suyun dibinə çatanda birdən qəlbində bütün vücudu ilə həzrət Əbul Fəzl Abbası(əleyhissalam) çağırır. Bundan sonra gözümü suyun altında açdım. Təəccüblü idi. gördüm ki, dalımca bir əl gəzir. Tez əldən tutdum. O, məni səddin kənarına çəkdi və mən nicat tapdım. Çünki anbarda işləyənlər suyun üzündə əl-ələ verib mənim nicatımdan ötrü çalışırdılar. Elə də oldu. Allah, həzrət Əbul Fəzl Abbsın(əleyhissalam) bərəkətindən qəti ölümdən mənə nicat verdi.
    HƏŞTAD BİRİNCİ KƏRAMƏT
    BİRDƏN DAĞ TƏRƏFDƏN İKİ CANAVAR GÖRÜNDÜ!
    Höccətül-islam Seyyid Əli Musəvi, Məhəmməd Babainin dilindən belə nəql edir:
    1995-ci ilin Məhərrəm ayının doqquzuncu günü əhalidən bir nəfərinin həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) nəzr etdiyi qurbanlıq qoyunu qaçır. Mən və qardaşım qoyunun dalınca getdik. Nə qədər çalışdıqsa onu tutmağa müvəffəq olmadıq. Birdən dağ tərəfdən iki canavar çıxıb qoyunun dalınca getdilər. Biz də canavarların qoyunu parçalamasının qarşısını almaqdan ötrü tələsdik. Təxminən, qoyunun on metrliyində o iki canavar qoyunu tutdular. Onlardan biri qoyunun boğazından tutmuş, ikincisi isə tamaşa edirdi. Elə ki, qoyuna yaxınlaşdım. Canavar qoyunun boğazını buraxdı. Möcüzəli idi qoyunun boğazında heç bir cızıq yeri də yox idi. Bundan əlavə qoyunun belində canavarın caynaqlarının yeri qalmışdı. Lakin, heç bir caynaq qoyunun dərisini də cızmamışdır!
    HƏŞTAD İKİNCİ KƏRAMƏT
    «HƏZRƏT ƏBUL FƏZL ABBAS(Ə) ZƏMANƏTİ!»
    Cənab hacı Əbul Həsən Şərifi yazır:
    1. Mən bəzi maşınların üzərində «Həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) zəmanəti» sözlərini oxuyanda öz-özümə şəkk edirdim ki, görəsən bu məsələnin sənədi var ya yox? Düzgündür ya yox?
    Həmin fikirlə gecə yuxuya getdim. Gecə aləmi röyada gördüm ki, heç bir insan gözünə dəyməyən bir səhradayam. Bir ədəd qoyunu bir dəstə canavar dövrəyə alıb yemək istəyirdilər. Qoyun hələ diri idi. Fəryad çəkib köməyə səsləyirdi. Ona kömək etməyə heç kəs yox idi. İstədim irəli gedəm. gördüm ki, canavarlar məni də qorxudurlar. Öz-özümə fikirləşdim ki, görəsən bu qoyun kimindir ki, belə giriftar olub? Həmin anda qulağıma səs gəldi ki, həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) malıdır. Təəccübləndim. Görəsən həzrət Əbul Fəzl Abbas (əleyhissalam) nəyə görə öz qoyununu müdafiə etmir? Bəs «Həzrət Əbul Fəzl Abbasın zamanətində olmaq» məsələsinin nə faydası var. Birdən qarşımda böyük bir atın olduğunu gördüm. Atın üstündə ayaqları yerə dəyən və atın üzəngisindən hündür bir şəxsin oturduğunu gördüm. Lakin çöhrəsini nurun şiddətindən görmək olmurdu. At başını yerə tərəf əyib hərəkətə gəlmək istəyirdi. Lakin gedə bilmirdi. Həmin anda çöhrəsi nurdan seçilməyən şəxsdən sözlər eşitdim ki, buyurdu:
    Bizə aid olan şeyi fərq etmir ki, insan yesin ya heyvan. Lakin bizə tapşırılanı qoruyuruq!»
    Bu sözü deyib gözdən itdi. Özümə gələndə ayıldım. Başa düşdüm ki, gördüyüm atlı şəxs həzrət Əbul Fəzl Abbas (əleyhissalam) imiş. Bu səhnə ilə mənə başa saldı ki, Əbul Fəzl Abbasın (əleyhissalam) zəmanətində olmaq doğrudur. Bəziləri var ki, heyvanla fərqləri yoxdur. Bəlkə də Quran ayəsinə görə heyvandan da aşağı səviyyədədirlər:
    «Onlar heyvan kimidirlər, bəlkə də daha çox zəlalətdədirlər». (Əraf-179)
    HƏŞTAD ÜÇÜNCÜ KƏRAMƏT
    «HÜSEYNİYYƏ ÜÇÜN ƏLƏM TƏŞKİL EDİN!»
    2. Cənab Şərifi, höccətul-islam vəl-müslimin hacı şeyx Əhməd Mərifətdən belə nəql edir:
    Xarici ölkələrdən birində illərlə övladı olmayan bir şəxs vardı. Həzrət Əbul Fəzl Abbas (əleyhissalam) adlı bir Hüseyniyyə (əzadarlıq məclisinin keçirildiyi yer) təşkil olunmuşdu. O, da bu mərasimlərdə iştirak edirdi. Aşura günü Hüseyniyyənin xidmətçisi ondan soruşur:
    Nəyə görə həmişə qəmginsiniz?
    Cavabında dedi:
    «Övladım olmadığına görə həyatımın şirinliyi yoxdur.»
    Xidmətçi ona - həzrət Əbul Fəzl Abbasa (əleyhissalam) pənah apar və ona nəzr et - deyə məsləhət verir. Əgər gələn ilə kimi inşaallah övlad sahibi olsanız bu Hüseyniyyəyə bir ələm gətirərsiniz. O şəxs bu sözü qəbul edir. Sonrakı ilin aşura gününə kimi Allah ona bir övlad nəsib edir. O, uşağı qucağına alıb nəzr etdiyi ələmlə birlikdə «Hüseyniyyəyə» gəlir. Bu səhnəni hamı müşahidə edir.
    Bir neçə il keçdi. Uşaq böyümüşdü. Hər il ələmi Hüseyniyyəyə aparır, sonradan isə təbərrük üçün evə gətirirdi. Beləliklə 12 il keçir.
    12-ci il uşaq həyətdə oynayarkən hovzun içinə düşür. Evdə heç kəs olmdığından əl-ayaq çırpıb canını tapşırır. Anası evə gələndə bu mənzərəni görüb fəryad çəkir. Qonşular yığışırlar. Atasının sorağına gedirlər. Elə ki, atasına xəbər verirlər oğlun hovuzda boğulub ölüb, o buna inanmır. Cavab verir ki, ola bisin başqasının uşağı olsun. Çünki, övladım həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) zamanətindədir. Adını da onun hörmətinə Abbas qoymuşam. Ola bilməz ki, cavan vaxtında ölsün. Bundan əlavə mənim neçə illər övladdan məhrumiyyətimdən sonra Allah mənə o Həzrətə xatir övlad əta edib. Başqa övladım da yoxdur.
    Həyətə daxil olanda oğlunu hovuzun içində görür. Halı dəyişir. Heç bir əks-əməl biruzə vermədən evə girir və ələmi gətirib hovuzun kənarına qoyur. Sonra uşağı hovuzdan çıxarıb ələmin kənarına qoyub fəryad çəkir:
    «Ya qəməri bəni Haşim! Ya Əbul Fəzl Abbas! Özünüz qəzavət edin. Bu ələmi uşağımın sizin ələmdarınız olmaqdan ötrü nəzr etmişdim. İndi onu kimə təhvil verim? Daha qüdrətim yoxdur ki, onu qaldıram!»
    Bu halda hamı gördü ki, boğulmuş uşaq asqırıb yerindən durdu. Ata ələmi onun əlinə verdi. O gündən sonra uşaqda heç bir kəsalət müşahidə olunmayıb.
    Category: Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. | Added by: Islam_Kitabxanasi
    Views: 695 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024