İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.

    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.
    2012-01-31, 8:24 PM
    HƏŞTAD DÖRDÜNCÜ KƏRAMƏT
    «HƏZRƏT BUYURDU: BU BAŞI TÜKLÜNÜ O KEÇƏLLƏ DƏYİŞİB HƏCCƏ GÖNDƏRİN!»
    3. Kərəc şəhərinin seyyidlərindən birisi gözü yaşlı halda həzrət Əbul Fəzl Abbasdan(əleyhissalam) belə bir kəramət nəql edir:
    Həcc karvanının müdüriyyəti mənim öhdəmdə olan vaxtı günlərin birində Yəzd sakinlərindən biri karivanda xadim işləməkdən ötrü adının yazılmasını xahiş etdi. Mən ona dedim:
    Sizin «Beytullahil-hərama» getməyinizə heç bir imkan yoxdur. Çünki, «Hacılara xidmət» işlərini tamamlayıb həcc idarəsinə təhvil vermişəm. Bir neçə gündən sonra hacıların uçuşu başlayır. Şəxs cavabında dedi:
    Mən sizə bir nişanə verəcəyəm. Əgər həqiqət olsa sizinlə həccə gedəcəyəm, əgər həqiqət olmasa, Yəzd şəhərinə qayıdıb bir daha sizə mane olmayacağam.
    Dedim: Nə nişanən var?
    Dedi: Sizdən məyus olan vaxt bilet alıb gecəynən Yəzdə qayıtmaq istədim. Avtobusun işıqları sönəndən və səfər həyatından sonra özümdə yaxşı hal bilib həzrət Əbul Fəzl Abbasa (əleyhissalam) təvəssül etdim. O Həzrətdən həcc səfərinə nail olmaq istədim. Birdən mənə elə gəldi ki, həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) müqabilindəyəm və siz də onun kənarındasınız. Həcc istəyimi ona ərz etdim. Həzrət sizə buyurdu:
    Xəlilullah! Bu şəxsi də özünüzlə həccə aparın.
    Siz dediniz ki, heç bir yol yoxdur. Sənədləşmənin sona yetməsinə görə həcc idarəsi qəbul etmir. Tezliklə hərəkət başlanır. Təzədən o həzrətdən xahiş etdim. Yenə də həzrət sizə tərəf buyurdu:
    Bu şəxsi də özünüzlə həccə aparın.
    Siz yenə də heç bir imkanın olmadığını söylədiniz. Bu halda həzrət buyurdu:
    «Bu başı tüklünü o keçəllə əvəz edib həccə aparın».
    İtaət olunar - deyə buyurdunuz.
    Bu halda yuxudan oyandım. Gördüm ki, Yəzdə yaxınlaşmışıq. Arxayın oldum ki, bu il həccə gedəcəm.
    Yol tədarükünü hazırlayıb ailə-uşaqla vidalaşdım. Bu həmin əlamətlərdir ki, həzrət Əbul Fəzl Abbas (əleyhissalam) sizə buyurmuşdur. İndi özünüz bilərsiniz. Mən gəlmişəm.»
    Mən öz-özümə fikirləşdim ki, başında tük olmayan yalnız bir nəfərdir. O da həmişə başına papaq qoyur ki, başqaları onun keçəl olmasını bilməsinlər. Yaxınlıqdakı göyərti satan dükançının yanında löməkçi işləyirdi. Bu il hacılara xidmət etməkdən ötrü ad yazdırmışdı. Sənədlərini də artıq həcc idarəsinə göndərmişəm. Düşünürdüm ki, həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) əlamətləri əsasında bu şəxsin sənədlərini hansı yolla dəyişmək olar? Elə bu anda həmin keçəl şəxs idarəyə daxil olub bu il həccə getməsinin ləğv olunmasını israr etdi.
    Dedi: Nə qədər xərc etmişəmsə istəmirəm, yalnız adımı siyahıdan pozun! Soruşdum: Səbəbi nədir? Cavab verdi ki, mağaza sahibi eşidəndə ki, mən həccə gedirəm mənə dedi ki, daha həccdən qayıdandan sonra başına bir çarə qıl. Mənim dərdimə yaramazsan. Çünki siz həccə gedib-gəlincə mən dükanı bağlı saxlaya bilmərəm. Axı sənə həcc vacib deyil, yalnız xidmət üçün gedirsən!
    Qısası nə qədər israr etdimsə faydası olmadı. Ona görə də sizdən xahiş edirəm ki, mənim adımı pozasınız. Onun bu təkidini gördükdə, dedim: Bu şərtlə ki, öz etirazını mənə yazılı şəkildə yazasan. Onu da qəbul etdi. Mən Yəzdən olan şəxsə dedim ki, keçəl öz etirazını yazıb, daha həccə getmir. Siz sənədlərinizi hazırlayın həcc idarəsinə gedəcəyik. Xoşbəxtçilikdən o gün həcc işlərini aparan bizim köhnə qonşumuz və dostumuz idi. Hadisəni ona nəql etdim. O da tam ehtiramla keçəl şəxsin sənədlərini ləğv edib, mənim sənədlərimi onun əvəzində təşkil etdi. Başqa sənədləşmələr də qeyri-adi halda öz yoluna düşdü. Nəhayət, həzrət Əbul Fəzl Abbas (əleyhissalam)-ın tapşırdığı şəxsi özümlə həccə apardım.
    HƏŞTAD BEŞİNCİ KƏRAMƏT
    «YA ŞƏFA VERİRSƏN, YA DA MƏN UŞAĞIMLA BURADACA ÖLƏCƏYƏM!»
    Kərəc şəhərindən Əhli-Beyt (əleyhimussalam) şairi, ustad hacı Əsğər Soltani yazır:
    Təxminən 1976-cı ildə Kərəc şəhərindən turistlərlə birlikdə bir həftəliyə Kərbəlaya ziyarətə getmişdik. Üç gün Kərbəlada qaldıq. Sonra bizi birlikdə Kazimeyn şəhərinə apardılar. Kazimeynə yola düşməzdən əvvəl şairlik həvəsim şölələndiyinə görə Allahın köməyi ilə həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) şənində yaxşı bir məddahlıq məclisi keçirtdim. Dəstə başçısı hacı seyyid Fəzlullah Ali Təmə mənə dedi:
    Biz xidmətçilər hamımız söz qoymuşuq ki, ildə bir dəfə dəyişən həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəminin üstündəki ələmi hərəmə verməyək. Əlbəttə, ələmin uzunluğu səkkiz metrdir. Siz cümə gecəsi bura gəlin, yaxşı məclislə bu işi yoluna qoyaq. Mən cümə gecəsi Kazimeyndə idim. Orda qərara aldım ki, qaçaq yolla dördüncü günü Kərəblaya gedim. Nəhayət çətinliklə Kərbəlaya gəldim. Ziyarət, dua oxuyandan sonra xidmətçi mənə dedi:
    Bizim məclisin rəisi Səddamın dəvəti ilə Bağdada gedib. Siz sabah cümə günü gəlin, biz də qəbul etməkdən başqa çarəmiz yoxdur. Həmin anda gecə saat 12 radələri olardı. Birdən həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəminin qapısı ağzından bir qadının ucadan ağlamaq səsini eşitdik. Yaxına getdik. 7-8 yaşlı bir qız uşağını yaşıl parça ilə həzrət Əbul Fəzl Abbasın (əleyhissalam)zirehinə bağlanmışdı. Anası ərəbcə deyirdi:
    «Bura ümid və şəfa evidir! Həkimlər mənim uşağıma tez rədd cavabı verdilər. Əgər sən də bizə şəfa verməsən səninlə maddi həkimlər arasında nə fərq var? Qısası sadə və ciddi deyirəm: Ya şəfa verirsən, ya da mən uşağımla birlikdə buradaca öləcəm!»
    Biz bu səhnəni müşahidə etdikdə doğrusu çox narahat olduq. Növhə oxuyub, dua etdik və gecə ikən Kazimeynə getdik.
    Cümə günü günortadan sonra nə qədər dedimsə, gəlin ələmdən ötrü Kərbəlaya gedək, heç kəs razı olmadı. Hamısı bir ağızdan dedilər: Bizi məmurlar sorğu-suala tutacaqlar. Çünki, o vaxtı İran dövləti (şah) zəvvarlarla birlikdə xüsusi məmurlar da göndərirdilər. Nəhayət, həzrət Əbul Fəzl Abbas(əleyhissalam) xatirinə ələmi almaqdan ötrü təkcə Kərbəlaya yola düşdüm. Həzrət imam Hüseyn (əleyhissalam)-ın hərəminə daxil oldum. Orada saya gəlməz qədər camaatın cəm olduğunu müşahidə etdim. Soruşdum ki, nə olub? Dedilər:
    Dünən axşam həzrət Əbul Fəzl Abbas(əleyhissalam) ölümcül bir qıza şəfa verib. Köçərilərin böyük qəbiləsindən olan anası gedib qəbiləsi ilə birlikdə burada ehsan verməkdən ötrü qoyun gətiriblər. Şadlıq edirlər. Mən xidmətçinin köməyi ilə qızın anasını tapdım. Gördüm ki, dünən ölümcül halda olan qız bu gün qəşəng libas geyib oturmuşdu. Anası da özünü bəzəmiş halda idi. Mən xidmətçidən xahiş etdim ki, qızın necə şəfa tapmasını soruşsun. O, bunu soruşanda qız ağlamağa başladı və dedi:
    Bir aya yaxın idi ki, nə danışır, nə də yemək yeyirdim. Yalnız başımı tərpətməklə fikrimi çatdırırdım. Bir gün gördüm qapı açıldı. Gözəl bir kişi əlində süd mənə tərəf gəlir. Buyurdu:
    Bu südü iç yaxşı olarsan! Anana da de ki, mənim hərəmimdə heç kəs ölməz. Bu qədər fəryad etməsin! Sonra mənə dedi: Qalx!
    Mən özüm də bilmədən qalxdım. Başıma bağlanmış yaşıl parça açıldı, o möhtərəm də gözdən itdi. Anam birdən məni belə halda müşahidə etdikdə fəryad çəkib özündən getdi. Nəhayət, ağam Həzrət Əbul Fəzl Abbas(əleyhissalam) məni naümid qoymadı. Mən nə qədər ki, sağam, bu hərəmin kəniziyəm.
    Bu sözləri eşitdikdə biz də ucadan ağladıq. Sonra ələmi mənə verdilər. İrana gələndə dostlar görüşümə gəldilər. Ələmi qayçı ilə kəsib tikə-tikə etdik. Hərəyə bir az düşdü. İndi ondan bir metrə yaxını da mənim mənzilimdədir. Nə deyim, bu böyük Əhli-Beyt (əleyhissalam) dəstəsi bundan da böyük şəfaətlər bəxş etmişlər. Şəkk edənə lənət!
    HƏŞTAD ALTINCI KƏRAMƏT
    «İSTİ KƏRPİCLƏR ÜSTÜNDƏ DƏRDDƏN NALƏ EDİRDİM!»
    «Azad İslam» universitetinin müəllimi cənab Əhməd Şahpuri Ərani yazır:
    1950-ci il idi. Zilhiccə ayında böyük həcc mərasimi yaxınlaşırdı. Nəcəfül-Əşrəf elm ocağının qədim tələbələrinin adəti bu idi ki, Nəcəfdən Kərbəlaya ziyarət məqsədi ilə dövrə ilə hərəkət etsinlər. Ələbttə, onu da qeyd edək ki, bu hərəkət dəstə-dəstə icra olunurdu. Bir dəstə Kufə kənarından olurdu. Bu yolda yamyaşıl xurma bağları və tikili evlər vardı. Bəzi yerlərdə yalnız qumluq olub başqa imkanatlar olmadığından yalnız maşınla yol getmək mümkün idi. O vaxt Kərbəla ilə Nəcəf arasındakı yol asfalt deyildi. Hər halda karvanlar Kufə kənarından dörd fərsəxlikdə gecələr qalıb yollarına davam etməklə hərəkət etməli idilər.
    O ili bir dəstə tələbə həzrət Ayətullah Şeyx ağa Bozorg Tehrani ilə birlikdə Nəcəfdən Kərbəlaya yola düşdük. Onunla birlikdə yoldaşlıq bizim üçün böyük səadət idi. Nəhayət, Ərəfə gecəsi Kərbəlaya yetişdik.
    Mən Kərbəlaya çatanda xəstələndim. Səbəbi də günəşin təsirindən idi. Möhkəm bel ağrısına tutulmuşdum. Heç hərəkət edə bilmirdim. Başqa tərəfdən dostlar Ərəfə gecəsinin əməllərinə, Ərəfə qüsluna, xüsusi Ərəfə ziyarətinə və imam Hüseyn (əleyhissalam) ziyarətinə hazırlaşırdılar. Hamı getmişdi və məni unutmuşdular. Gecənin əvvəli idi. Kərbəlanın havası saflaşmışdı. Ulduzlar asimanda parıldayırdı. Mən də ağrıdan öz-özümə qıvrılmışdım. Birdən gözlərim həzrət Əbul Fəzl Abbasın (əleyhissalam)pak hərəminin günbəzi gözümə sataşdı. Şiddətli bel ağrısı, təzə və qəriblikdə məktəbin damının isti kərpicləri üstündə nalə edirdim. Qəməri bəni Haşimin(əleyhissalam) hərəminə baxaraq avamcasına heç bir müqəddiməsiz gözlərimdən yaş sel kimi axmağa başladı. Öz dilimdə həzrətə xitab edərək bir neçə kəlmə söz dedim:
    «Ağa! Salam! Mən bir qərib tələbəyəm. Sizi ziyarət etmək məqsədilə Nəcəfdən durub bura gəlmişəm. Bütün dostlarım ziyarət etməyə müvəffəq oldular, amma mən bu gecənin fəzilətindən məhrumam. Əgər mənə şəfa versəniz çox razı olaram. Əgər bu gecə mənə şəfa verməsəniz bir daha adınızı çəkməyəcəm. Çünki, hər kimin hacəti varsa biz onu sizin evinizə tərəf göndəririk. İndi də mən özüm sizə möhtacam!»
    Qısası, bir an içində bilmədim yuxuya getdim, ya oyaq idim, amma kimsə mənə dedi ki:
    Nəyə görə hərəmə getmirsiniz? Qalx! Dostlarına qoşul!
    Birdən özümə gəldim. Yerimdən qalxdım. Gördüm ki, tamamilə sağlamam. Sanki heç xəstələnməmişdim. Heç bel ağrım da yox imiş. Dəstəmaz aldım. «Məfatehül-cinan» kitabını götürüb hərəmə yola düşdüm. Ərəfə gecəsi və imam Hüseyn (əleyhissalam)-ın xüsusi ziyarəti əməllərini yerinə yetirdim. Ziyarət arasında dostlarımı gördüm. Dedilər:
    Məgər sən xəstələnməmişdin? Halın yaxşı deyildi?
    Dedim: Yaxşılaşdım. Şəfa aldım.
    Mənim bu pak nəsildən müşahidə etdiyim kəramətlərdən biri bu idi.
    HƏŞTAD YEDDİNCİ KƏRAMƏT
    «YA ƏBUL FƏZL! BURA SƏNİN İŞİNDİR!»
    Cənab Şeyx Məhəmməd Rza Xurşidi belə nəql edir:
    Mənim Quran müəllimim pak şəxsiyyətli bir insandır. Təxminən, 40 il Kumeyl, Nüdbə və Səmat dualarında iştirak etdiyim hacı Məhəmməd Hüseyn Məhdəvi Şirvani Babil şəhərinin sakinidir. Bir neçə dəfə bu əhvalatı müxtəlif yerlərdə nəql etmişdir. Mən də ondan eşitmişəm. O buyurur:
    Bir gün bazardan gələndə tanışlardan birisi məni çağırıb dedi: Xarici ölkədə oxuyan filankəsin oğlu son vaxtlar İrana Babil şəhərinə ata-anasını görməyə gəlib. Mənə nəql edir ki, bir neçə gün əvvəl Babil şəhərinin ətraf kəndlərindən birində bir kəramətin şahidi olmuşdur. Kəramət belə olub:
    İşçilərdən biri özü də bilmədən otruduğu budağı kəsməyə başlayır. Ağac çox hündür, aşağısı isə dərin bir dərə idi. Ona görə də ağacın qırılması ilə işçinin üzü aşağı düşməsi bir oldu. Ondan yalnız Mazandaran ləhcəsi ilə bu səs gəldi:
    Ya Əbul Fəzl Abbas! Bura sənin işindir!
    Onun yıxıldığı məqama görə göydə bir neçə dəfə mayallaq aşıb dərədə dağa-daşa dəyərək yerə düşməliydi. Öz-özümə dedim ki, gedim bu şəxsin tikələrin dərənin dibindən gedim yığım. Lakin, elə ki, kənardan dərənin dibinə baxdım, gördüm ki, dərənin dibində ayaq üstə durub ətrafına baxır. Sanki kimisə axtarırdı.
    Hər halda ip gətirib ucunu dərənin dibinə atıb başqa tərəfini belimə bağlayıb onu çəkməyə başladım və çəkib yuxarı çıxartdım. Çölə çıxdıqdan sonra gördüm ki, həyacanlı halda ətrafa baxıb deyir:
    Ağa hanı!? Ağa hanı!? Ağa hanı!?
    Soruşdum:
    Nə danışırsan? Ağa kimdir?
    Dedi: Elə ki, dərənin dərinliyinə düşəcəyimi hiss etdim, bildim ki, burada yalnız Əbul Fəzl Abbası (əleyhissalam) çağırmaq lazımdır. Ona görə də ağanı çağırdım. Daha sonra nə olduğunu bilmədim. Yalnız onu hiss etdim ki, bir ağa gəlib məni götürüb rahatlıqla dərənin dibində bir daşın üstünə qoydu və dərhal yoxa çıxdı.
    HƏŞTAD SƏKKİZİNCİ KƏRAMƏT
    «ARXAYIN OL! BU UŞAQ SAĞALACAQ!»
    Cənab höccətul-islam vəl-müslimin hacı seyyid Məhəmməd Təqi Ğərəvi anasından onun uşaqlıqda başına gələn hadisəni belə nəql edir:
    1. Seyyid Məhəmməd Təqi anadan olanda ana südü yemir, yəni ana döşünü götürməyə qadir olmur. O, yeddi aylığında dünyaya gəlmişdi. Ondan əvvəl bir qardaşı ölmüşdü. Anası onun sağalmasından ötrü həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) pənah aparır. Nəzr edir ki, uşaq sağ qalsa o Həzrətin məqdəminə bir qoyun təqdim edəcək.
    Bu nəzirdən sonra bir gecə ana sübh azanına yaxın yuxuda görür ki, bir tülkü bir ağ xoruzu aparır. Bu halda tez-tez çağırır:
    Ya Əbul Fəzl Abbas! Ya Əbul Fəzl Abbas!
    Həzrət qəməri bəni Haşimə (əleyhissalam) təvəssül etdikdən sonra uca qamətli bir seyyid xoruzu tülküdən alır və anaya verir. Bu səhnəni müşahidə etdikdə ana birdən yuxudan ayılıb uşağın atasını oyadıb deyir: Sən ətir iyini duyursan? Kişi cavab verir ki, bu, səhər yelinin ətridir. Sübh namazını qıldıqdan sonra ana gördüyü yuxusunu ərinə nəql edir. Kişi buyurur: Arxayın ol ki, bu uşaq sağ qalacaq! Həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) bərəkətindən sağ qalacaq.
    Kitabın müəllifi yazır: Cənab seyyid Məhəmməd Təqi Ğərəvi bu gün Quran və Əhli-Beyt (əleyhimussalam)-ı təbliğ edən ən böyük alimlərdən biridir.
    HƏŞTAD DOQQUZUNCU KƏRAMƏT
    «O HƏZRƏTDƏN ÖTRÜ QOYUN NƏZR ETDİM!»
    2. Cənab Ğərəvi özü buyurur:
    Mən bir neçə dostumla birlikdə Qumdan Tehrana gedirdim. Yol arasında tam sürətlə qarşı tərəfdən gələn maşınla üzləşdik. Təhlükəli vəziyyət idi. Düz sürmək qorxulu idi, tormuz etsəydim hadisə baş verəcəkdi, ona görə də maşını yolun sağına tərəf döndərdim. Bu arada anamın həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) olan təvəssülü yadıma düşdü. Mən də o Həzrətin ətəyindən yapışdım. O Həzrətdən ötrü qoyun nəzr etdim. Bir anda maşın dəhşətli qəzadan nicat tapdı!
    DOXSANINCI KƏRAMƏT
    «MƏN ANADAN OLANDA ŞİL OLMUŞAM!»
    3. Həmçinin cənab Ğərəvi buyurur: 1412 (hicri qəməri) ilin Məhərrəm ayının on günlüyü idi. Kərəc şəhərində cənab Rəfizadənin evində mənbərdə söhbət edirdim. Doqquzuncu günü söhbət etməkdən ötrü məni Hindistan və pakistanlıların məclisinə apardılar. Məclisdə hindlilər çox idilər. Ev sahibi pakistanlı olduğuna görə onların adəti əsasında namaz və ziyarətdən sonra həzrət Əbul Fəzl Abbas (əleyhissalam)-ın duasını oxuduq. Mənbərdən sonra məclis sahibi maraqlı bir hadisəni nəql etdi. O, buyurdu:
    Mən anadan olanda şil olmuşam. Atam dövlətli olduğuna görə mənim müalicəmdən ötrü bütün mütəxəssis həkimlərə göstərir. Lakin heç bir faydası olmur. Anam atama deyir: Mən həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) əzadarlığına gedirəm. Ağadan şəfa alıb gələcəyəm. Sonra əlavə edir: Əgər oğluma şəfa verməsə bir daha mənzilə gəlməyəcəm.
    Bəli! Anam həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) dua edir və mən şəfa tapıram.
    Category: Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. | Added by: Islam_Kitabxanasi
    Views: 713 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024