İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.

    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.
    2012-01-31, 8:22 PM
    DOXSAN BİRİNCİ KƏRAMƏT
    DEDİ: SİZİ ALLAHA AND VERİRƏM, SİZ DƏ «YA ƏBUL FƏZL!» DEYİN.
    Höccətul-islam vəl-müslimin hacı şeyx Məhəmməd Nəcəfi Zəncani öz xatirəsində Zəncan alimlərindən belə yazır:
    Təxminən 1950-ci ildə mübarək Ramazan ayında təbliğdən ötrü Qum şəhərindən Zəncanın Tarim məntəqəsinə getmişdim. Oranın Zəhturabad kəndində vəzifəmi yerinə yetirib Ramazan ayı qurtarandan sonra Zəncana gəlməyə hazırlaşdım. O vaxt kənddə at və qatırdan başqa nəqliyyat vasitəsi yox idi. Ona görə də bir neçə nəfərlə birlikdə bir arabanı kirayə edib Zəncana tərəf hərəkətə başladıq. Onlar mənə çox hörmət göstərib əşyalarımı da yüklədilər. Özümü də bir qatıra mindirdilər. «Qızıl üzən» çayını keçdikdən sonra dağdan keçməliydik. Qarşıda bizi qorxulu və təhlükəli yollar gözləyirdi. Onlar istirahət (həm özləri həm də heyvanları yedizdirmək) üçün dayandılar. Bu vaxt yükünün əyilməsinə görə qatırlardan biri az qalırdı üzü dərəyə yuvarlansın. Hamılıqla dedik ki, əgər dərənin dibinə düşsə daha sağ qalmaz. Qatırın sahibi cavan və kasıb bir oğlan idi. O, yanığlı qəlblə fəryad etdi:
    Ya Əbul Fəzl Abbas, özün kömək ol!
    Sonra bizə üz tutub dedi:
    And verirəm Allaha, siz də «Ya Əbul Fəzl Abbas! deyin.
    Biz də hamılıqla fəryad etdik: Ya Əbul Fəzl Abbas!
    Bir an içində qatır ayaqları üstə düzəldi və belindəki yükü yerə ilişib dayandı. Əgər bir az da hərəkət etsəydi dərənin dibinə düşəcəkdi. O vaxt daha sağ qalmazdı.
    Yükləri açıb qatırı çəkib xilas edərək yola çıxartdılar. Qatır sahibi ağlayaraq həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) kəramətini yad edirdi.
    DOXSAN İKİNCİ KƏRAMƏT
    «BU İŞ 25 DƏFƏ TƏKRAR OLDU!»
    Həzrət Ayətullah seyyid Məhəmməd Əli Ruhani Qumi izhar edir:
    Mərhum atam buyurur:
    Günlərin birində həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) pak hərəmində idim. Əlində bir miqdar pul olan bir kişi içəri girib həmin pulları zirehin içinə atmaq istədi.
    Xidmətçilərdən biri gəlib israrla pulun ağanın adı ilə ona verilməsini tələb etdi. O isə cavab verir ki, mən nəzr etmişəm ki, pulu zirehin içinə özüm atım. Heç cür razılaşmadılar. Axırda kişi xidmətçiyə dedi:
    Mən pula bir ip bağlayacağam. Əvvəl mənim nəzirim əda olsun, sonra özün çəkib ordan çıxardarsan.
    Xidmətçi bu fikri qəbul edir. Pul sahibi pulu ipə bağlayıb zirehin içinə atır. Sonra xidmətçi nə qədər dartırsa pul geri çəkilmir və ilişib qalır.
    Atam əlavə edir: Bu iş 25 dəfə təkrar oldu. Hər dəfə ipi çəkdilərsə ilişib qaldı. Nəhayət, xadim dedi: Ya Qəməri bəni Haşim! Pul sizindir, lakin ip isə bizim. Heç olmasa ipi bizə ver. Bu halda pul zirehin içində qalır, ipi isə dartıb çıxarırlar!
    DOXSAN ÜÇÜNCÜ KƏRAMƏT
    «ƏSSƏLAMU ƏLƏYKƏ YA ƏBUL FƏZL ABBAS!»
    Höccətul-islam vəl-müslümin hacı seyyid Əli Mirhadi yazır:
    Son iki ildə İran İslam cümhuriyyətindən olan dostlarımla birlikdə Loristan şəhərinin çöllükdə yaşayanların içinə səfərə getmişdim. Bu səfərdə böyük nazirlərdən biri bizə yol göstərirdi. Mən doğurdan da bu köçəri həyat sürənləri Əhli-Beyt (əleyhissalam)-a ən böyük məhəbbət bəsləyənlərdən gördüm. Amma, nazirlərdən biri bu tayfanın həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) olan xüsusi məhəbbətlərini belə şərh etdi:
    Günlərin birində köçərilərdən biri bizim evə gəlib xahiş etdi ki, mənim dilimdən Əmirəl-möminin (əleyhissalam)-a və həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) bir ərizə yazım.
    Dedim:
    Mənim bu işi görməyə cürətim yoxdur. O gedib məktubu başqasına yazdırır. Ərizənin mövzusu bu idi:
    Ya Əmirəl-möminin! Mən istəyirdim ki, oğlum əsgərliyə getməsin. Bundan ötrü övladın həzrət Əbul Fəzl Abbasa (əleyhissalam) bir qoyun nəzir etdim. Lakin faydası olmadı. Oğlumu əsgərliyə apardılar. (Onun sözü belə olur) Nəyə görə həzrət Əbul Fəzl Abbas(əleyhissalam) mənim nəzrimi qəbul etməyib və mənim oğlumu əsgərliyə aparıblar.
    Məktub yazıldı. Dedim:
    İndi bu məktubu həzrət Əli (əleyhissalam)-a necə göndərəcəksən?
    Dedi:
    Çayın suyuna atsam həzrətin əlinə yetişər. Həmin işi görür. Bir aydan sonra oğlu əsgərlikdən azad olub evə qayıtdı!
    DOXSAN ALTINCI KƏRAMƏT
    «BİR BAŞA SU PAYLANAN EVƏ GETDİM!»
    Cənab siqətul-islam hacı seyyid Məhəmməd Baqir Gülüstani şəhid oğlu barəsində ,həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) kəraməti haqqında yazır:
    1.1957-ci ildə Nəcəfül-Əşrəfdə Allah mənə bir oğul payı əta etdi. Adını Məhəmməd Hüseyn qoydum. O vaxt Həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) pak hərəminin yanında su paylanan bir ev var idi. Həmçinin, hərəmin ətrafında çoxlu adamlar vardı. Hər tərəf ziyarətə gələnlərlə dolu idi. Müxtəlif heyətlər dəstə-dəstə hərəmə daxil olub əzadarlıq edirdilər. Mən oğlumun anadan olduğu üçüncü günü su paylanan evdə məşğul idim. Böyük qardaşım mərhum höccətul-islam hacı seyyid Cəfər Gülüstani su paylanan evə gəlib dedi: Nə oturmusan oğlun əldən gedir?!
    Dedim: Nəyə görə?
    Cavab verdi:
    Bu uşaq üç gecə-gündüzdür ki, sidiyə getməyib ağlayır.
    Qardaşımla birlikdə evə yola düşdüm. Uşağı götürüb Kürəvi adlı tanınmış həkimin yanına apardım. Həkim dedi:
    Bu uşağın sidik yolu anadan gəlmə yoxdur. Mən cərrahiyyə əməlini yerinə yetirə bilmərəm. Uşağı tez bu gecə Bağdada çatdırmasan tələf ola bilər.
    Ordan çıxıb Nəcəfdəki həkim Şövkətin yanına girdim. O da həmin sözləri təkrar etdi. Ondan sonra üçüncü həkim tanışım cərrah, Xəlil Cəlilinin yanına tələsdim. O da öz növbəsində uşağın, yalnız Bağdadda cərrahiyyə əməliyyatı olunmasını təkid etdi.
    Məhərrəmin yeddinci gecəsi idi. Həzrət Əbul Fəzl Abbas(əleyhissalam) adına su paylanan evin qapısı həzrət Əli (əleyhissalam)-ın hərəminə tərəf açılırdı. Daha başqa yerə getmədim. Həkim Xəlil Cəlilin yanından bir başa Əbul Fəzl Abbas (əleyhissalam) adına su paylanan evə gəldim. Oranın suyundan bir neçə damcı uşağın ağzına sürtdüm. Həzrət Əbul Fəzl Abbas (əleyhissalam) adına yaşıl rəngli bir parça nəzir gətirmişdilər. Onu götürüb uşağın qundağına doladım. Həzrətə xitabən dedim:
    Ya Əbul Fəzl Abbas! Bilirsiniz ki, sidq ürəklə xidmət edirəm. Bu uşağın şəfasını sizdən istəyirəm!
    Sonra evə gedib gözlədik. Sübh azanında anam məni yuxudan oyatdı. Dedim nə olub? Uşaq öldümü? Cavab verdi ki:
    Uşaq oynayır!.
    Gedib gördüm ki, sidik yolu artıq açılmışdır. Allaha şükür, həzrət ƏbulFəzlin (əleyhissalam) adına olan sudan bir damcı içdikdən sonra uşağın gündən-günə halı yaxşılaşdı. Heç bir narahatçılığı olmadı. Nəhayət, 1982-ci ildə bir il, onbir ay cəbhə bölgəsində vuruşduqdan sonra şəhadət şərabını içdi.
    DOXSAN BEŞİNCİ KƏRAMƏT
    «ŞİŞDƏN BİR ƏSƏR DƏ QALMADI.»
    Aşağıdakı kəramət şəhid Seyyid Nasir Gülüstanidə göründü:
    2. 1961-ci ildə Allah mənə başqa bir oğul da verdi. Adını seyyid Nasir qoydum. Uşaq üç aylığına çatanda sinəsinin iki tərəfində qoz boyda iki şiş əmələ gəldi. Həkimlərə müraciət etdik. Həkim müayinədən sonra dedi:
    Bu şişdir. Cərrahiyyə olunmaqdan başqa çarəsi yoxdur. Amma, uşağın yaşı çox az olduğuna görə və cərrahiyyə əməliyyatına taqəti olmadığına görə bir neçə il gözləyin sonra əməl olunsun.
    Uşağı götürüb aşura günü su paylanan evə apardım. O yerin torpağından götürüb həzrət Əbul Fəzl Abbasdan(əleyhissalam) şəfa almaq niyyəti ilə sinəsinə sürtdük. Bir neçə gündən sona gördük ki, uşağın sinəsində bu iki şişdən əsər-əlamət qalmayıb. Bu uşağım da 1986-cı ildə şəhidlik məqamına yetişib.
    DOXSAN ALTINCI KƏRAMƏT
    «QIZIM ŞƏFA TAPDI!»
    Qızım Məryəm Gülüstani barəsində həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) kəramətini müşahidə etmişəm. Hadisə belə olub:
    3. İki yaşında olarkən ayaq ağrılarından şikayətlənib nalə çəkirdi. Nəhayət, onu həkimin yanına apardım. Qızım o qədər ağrı hiss edirdi ki, heç kəs cürət edib ayağına əl vura bilmirdi. Həkim onun ayaqlarını müayinə etdikdən sonra dedi:
    Ayaqlarının şəkli çəkilməlidir. Şəkli çəkəndə gördük ki, uşağın ayağının sümükləri ayağın ucundan tutmuş topuğuna qədər iynə ucu kimi kök atıb və bu xırda sümüklər ətə batıb uşağa əziyyət verir.
    Həkim buyurdu:
    Ayağın ətini kəsib sümüyü çölə çıxartmalı (üstünü açmalı) və sümük köklərini qaşıyıb təmizləməliyik. Lakin uşağın yaşının azlığına görə bu əməliyyatı etmək olmaz.
    Uşağı şiddətli ağrı içində qaldırıb həzrət Əbul Fəzl Abbas(əleyhissalam) adına «su paylanan» evə apardıq. Qapının ağzında bir nəfər oturub möhür-təsbeh satırdı. Ondan xahiş etdim ki, sandığını kənara çəksin. Onun altından bir az torpaq götürüb uşağın ayağına sürtüb evə gəldik. Bu halda da başa düşdüm ki, uşaq daha ayaqlarından şikayət etmir və Allahın rəhmətinə görə həzrət Əbul Fəzl Abbas(əleyhissalam) bərəkəti ilə qızım şəfa tapıb. Onunla da qızımda bu dərddən əsər-əlamət qalmadı.
    DOXSAN YEDDİNCİ KƏRAMƏT
    «BUNLARDAN KİM SAQQALINI QIRXIB?!»
    Qum elm ocağının tələbəsi cənab Mənzur Hüseyn İlqari pakistanlı yazır:
    Pakistanın «Sənd» şəhərinin zindan rəisi Qumda həzrət Məsumənin(salamullahi əleyha) hərəmində oturmuşdu. O, Pakistanda ədalətli, imanlı və tanınmış şəxslərdən idi. Bir çox möminləri dövlət zindanlarından azad etmişdi. O, öz şəhərində Ayətullah Şeyx Qulam Məhdi Nəcəfi və Ayətullah Seyyid Səmər Həsən Zeydidən dərslər almışdı. Mənə belə bir hadisəni nəql etdi:
    1971-ci ildə həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəmində oturub ziyarət və dua oxumaqla məşqul idim. O vaxt mən saqqalımı qırxdırmışdım. Birdən çöhrəsi nurani, uca boylu və əzəmətli bir şəxs mənim müqabilimdə dayandı. Mən onunla danışmağa cürət etmədim. Nəhayət, mənə dedi:
    «Ey Mənzur Hüseyn! İman kəlməsini dilinə gətir.»
    Mən iman kəlməsini dilimdə cari etdim.
    Sonra məndən soruşdu:
    «Kim sənə deyib ki, iman gətirməkdən ötrü bu kəlmələri deməlisən?» Cavab verdim: Həzrət Məhəmməd (səlləllahu əleyhi və alehi və səlləm). Soruşdu:
    «De görüm Əmirəl-möminin Əli (əleyhissalam)-ın və imam Hüseyn (əleyhissalam) və bu hərəmin sahibi həzrət Əbul-Fəzl Abbasa(əleyhissalam)-ın vilayətinə iman gətirmisənmi?»
    Dedim: Əlhəmdulillah! Bəli!
    Dedi: «Bunlardan hansı biri saqqalını qırxıb?»
    Mən cavab vermədim. Çox peşiman oldum. O, nurani şəxs zirehə tərəf getdi və gözdən itdi.
    DOXSAN SƏKKİZİNCİ KƏRAMƏT
    «EY XIRDA MƏŞQİN SAHİBİ! MÜŞKÜLÜMÜ HƏLL ET!»
    Cənab şair və məddah Məhəmməd Əllamə bir neçə kəramət yazıb:
    1.Kərbəlaya ziyarətə getmişdim. Həzrət imam Hüseyn (əleyhissalam)-ın hərəminin qapısının ağzında durmuşdum. Birdən ucadan ərəblərdən birinin səsini eşitdim. Divanə bir qızın arabada olduğunu gördüm. Qohumları onun ətrafını tutmuşdular. O, fəryad çəkib bütün ətrafındakıları pərişan edirdi. Bu hadisədən bir neçə gün keçmişdi, gördüm ki, onu həzrət imam Hüseyn (əleyhissalam)-ın hərəmindən həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəminə aparırlar. Bir gün gördüm ki, həzrət Əbul Fəzl Abbas(əleyhissalam) hərəmində cəmiyyət toplaşıb.
    Soruşdum: Nə xəbərdir?
    Dostlar dedilər:
    Qızın atası çox zəhmətlə qızın zirehin yanında otuzdurubmuş. Özü də həzrətə dua edirmiş. Qarışıqda gedib gördük ki, atası xüsusi ərəb adəti ilə Həzrətə dua edir. Hər dəfə Əbul Fəzl Abbasın(əleyhissalam) bəzi ad və kunyələrini çağırırdı. Bəzən deyirdi:
    Ey Zeynəbin qardaşı! Və ya: Ey Hüseynin Ələmdarı! Ey xırda su məşqinin sahibi! Mənim müşkilimi həll et!
    Birdən qız oturduğu yerdən qalxıb dedi: Ata can mənə ziyarəti Abbas oxu! Bununla da qız şəfa tapır.
    DOXSAN DOQQUZUNCU KƏRAMƏT
    «ALLAHDAN SƏNƏ ŞƏFA İSTƏDİM!»
    2. Dostlardan biri nəql edir:
    Məhərrəmin doqquzuncu günü rövzə oxumaqdan ötrü Tehranın «Bu Əli» adlı xəsətəxanasına getdim. Gördüm ki, cavanlar vəziyyətləri ağır halda yataqlarının üstünə qara bayraq vurmuş, əzadarlıq etməyə qüdrətləri yoxdur. Cavanlardan biri məni səsləyib buyurdu:
    Qardaş! Mən də cavanam. Arzu edirdim ki, bütün cavanlar kimi həzrət Əbul Fəzl Abbasdan(əleyhissalam) ötrü əzadarlıq edim!........
    Doqquzuncu və aşura günü keçdi. 40-cı günü bazarda növhə oxuyurdum. Cavanlardan biri yaxşı sinə vururdu. Məni görüb yaxın gəldi və dedi:
    Məni tanıyırsınızmı?
    Dedim: Xeyr!
    Cavab verdi: Yadınızdadırmı tasua günü mənim yatağımın başına gəlmişdin? Gecə siz getdikdən sonra həzrət Əbul Fəzl Abbas (əleyhissalam) sanki gözümə göründü və mənə buyurdu: Dur!
    Dedim: Taqətim yoxdur!
    Dedi: Allahdan səndən ötrü şəfa istəmişəm!
    Allaha çox şükür ki, şəfa hasil oldu.
    YÜZÜNCÜ KƏRAMƏT
    «XIRDA QƏBİR İDİ!»
    3. Mən Təbriz vaizlərindən biri mərhum şeyx Əli Əkbər ilə birlikdə günortadan sonra həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) hərəmində mənbərdə söhbətə getmişəm. Söhbətə çoxlu zəvvar gəlirdi. Günlərin birində xidmətçilərdən biri mənə dedi:
    Hərəmin kiliddarı səni çağırır. Getdim. Soruşdu:
    Bir şey istəyirsən?
    Buyurdum: Xeyr! Əgər israr edirsənsə hörmət göstərib məni hərəmin zirzəmisinə aparın. Orada həzrətin pak qəbrini yaxından ziyarət edim. Bir gün sonra iki nəfər dostların köməyi ilə zirzəmiyə getməyə icazə aldıq. Qüsl edib getməyə hazırlaşanda iranlı bir şəxs (Mazandaran əhli) gəlib Allaha and verdirdi ki, hara gedirsə onu da özümlə aparım.
    Nəhayət, Əlqəmənin yanından keçib həzrətin zirzəmidə olan əsl qəbrinə gəldik. Xırda bir qəbir idi. Dedim:
    Əbul Fəzl Abbas (əleyhissalam)-a o qədd-qamətlə bu xırda qəbir nədir? Sonradan yadıma düşdü ki, axı imam Zeynülabidin (əleyhissalam) o Həzrətin tikə-tikə olmuş bədənini cəm edib dəfn etmişdir!!!
    YÜZ BİRİNCİ KƏRAMƏT
    «ÖLMÜŞ UŞAQ DİRİLDİ!»
    Cənab höccətul-islam vəl-müslümin seyyid Hüseyn Hüseyni Tehrani yazır:
    Dostlardan biri nəql edir: Həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) hərəmində ziyarətlə məşğul idim. Köçəri ərəblərdən birinin iplə bağlı bir şeyi pak zirehin yanına qoymağını müşahidə etdim. Sonra özü çəkilib kənarda oturdu. Daha sonra bir kişi ilə qadın xüsusi libasla gəlib iplə bağlı qutunun başı üstə durdular. Mübarək zirehdən tutub şiddətlə təkan verib ərəbcə nə isə dedilər:
    Bir neçə andan sonra qutu tərpənməyə başladı. İplər qırıldı və təəccüblə gördük ki, qutunun içindən 10-12 yaşlı bir uşaq çıxdı.
    Bu hadisəni müşahidə edənlər təəccüblə əvvəlcə qutunu gətirən birinci kişidən hadisənin əsl sirrini soruşdular. O dedi:
    Ərəbin köçəri qəbilə başçılarından olan bu kişi və qadının uşaqları olmurdu. Qəbilə başçılığı onların adətinə görə irsi olur. Bir müddət sonra Allah onlara bir oğlan uşağı əta edir. Lakin, bir müddətdən sonra uşaq xəstələnir. Nə qədər müalicə edirlərsə faydası olmur. Təkcə yolu bunda görürlər ki, uşağı həzrətin hərəminə gətisinlər. İki günlük yol arasında uşaqdan göz olmağı (onların xadimi olduğuma görə) mənə tapşırmışdılar. Yol arasında uşağın vəziyyəti ağırlaşdı və dünyasını dəyişdi. Onu bu qutuya qoyub ağzını da bağladım. Lakin ata-anasının qəlbləri qırılmamaqdan ötrü hadisəni onlara xəbər vermədim. Əslində iki gün idi ki, onların uşaqları ölmüşdü. Siz öz gözünüzlə gördünüz ki, həzrət Əbul Fəzl Abbas (əleyhissalam) bərəkətindən Allah çıxmış ruhu necə təzədən bədənə qaytardı və uşaq tam sağlam oldu. Bu vaxt uşağın ata-anası qərara alırlar ki, onu Kərbəlada olan böyük alimlərdən birinin yanına aparsınlar.
    Şeyx oğlandan soruşdu: Nə gördün?
    Cavab verdi: Mən ölmüşdüm. Ata-anam həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) dua etdikdə, Ruh mələyi məni göydə yaxşı və gözəl bir otağın qapısının ağzına aparıb dayanmışdı. İki qolları bədənində olmayan bir ağa bizə yaxınlaşdı. Mələk o ağadan hacət istədi. Ağa otağın içinə daxil oldu. Otağın içində cəlal və əzəmətlə oturmuş bir nəfər iar idi ki, dizinin üstündə iki oğlan uşağı oturmuşdu.
    Qəməri bəni Haşim(əleyhissalam) onlara dedi:
    Bu işi də yola verin.
    Cavabında buyurdular: İş qurtarmışdır!
    Həzrət Əbul Fəzl Abbas (əleyhissalam) cavabında buyurdu:
    Əgər belədirsə buyurun ki, «Babul həvaic» ləqəbini mənim üstümdən götürsünlər. Mən «Babul həvaic» olmasam əhali naümid qayıtsın! Gördüm oturan ağa əlini qaldırıb dua etdi. Həzrət razı və sevincək halda bizə tərəf gəldi. Mənim yanımda olan mələyə buyurdu: Onun ruhunu bədəninə qaytarın!
    Bununla da mən həyata qayıtdım!
    Category: Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. | Added by: Islam_Kitabxanasi
    Views: 803 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024