İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.

    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.
    2012-01-31, 8:20 PM
    YÜZ İKİNCİ KƏRAMƏT
    «ÖVLADIMA HƏZRƏT ƏBUL FƏZL ABBAS(Ə) ŞƏFA VERDİ!»
    Ayətullah hacı seyyid Hüseyn Musəvi Kermani yazır:
    Uşağım xəstlənmişdi. Hansı həkimə aparırdımsa kor bağırsağının kəsiləcəyini təyin edirdilər. Doğrusu həkimlərin analizinə arxayın olmadım. Uşağı Tehrana həkimə apardım. Həkim analiz verilməsini təkid etdi. Üç gündən sonra analizin cavabı veriləcəkdi.
    Analizin cavabını səhəri gün alacağdım. Gecə gözümə yuxu getmədi. Fikirləşirdim ki, əgər uşaq cərrahiyyə olunsa nə edəcəm? Çox həyacanlı idim. Gecə yarıdan sonra yerimdən qalxıb dəstəmaz aldım. Namaz qılmağa başladım. Sübh namazına yaxın qəlbimdə dedim:
    Nəyə görə Həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) nəzr etməyim? Ağlamağa başladım. Dedim:
    İlahi! On dörd Məsum (əleyhimussalam)-a, həzrət Əbul Fəzl Abbasa (əleyhissalam) xatir bu uşağa şəfa ver!
    . Bundan əlavə həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) bir qoyun qurban nəzir etdim. Səhəri analizin cavabı dalınca getdim. Cavabı alıb həkimə apardım. Həkim baxdıqdan sonra buyurdu: Analizdə kor bağırsaqdan əsər-əlamət görünmür. Uşağınız tamamilə sağlamdır. Az yediyinə görə zəifləmişdir. Öz-özümə dedim: Budur həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) Allah dərgahında hörməti. Allahummə səlli əla Mühəmmədin və ali Mühəmməd!
    YÜZ ÜÇÜNÜCÜ KƏRAMƏT
    «ŞİƏ BİR CAVAN QAÇIR!»
    Höccətul-islam seyyid Şəhriyar Riza Abidi Pakistani nəql edir:
    Hindistanda cavan bir şiə ilə sünni arasında mübahisə düşür. Cavan şiə polisi görüb qaçır və bu polis onun ardınca düşür. Cavanın evini polis tanıdığına görə evə kimi onun ardınca gəlir. Oğlan mənzilə girib stolun altında gizlənir. Oğlanın anası və bacıları həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) dua oxumağa başlayırlar. Polis evə girəndə hər tərəfi axtarır. Hətta, oğlan olan stolun da altına baxır, amma oğlandan əsər-əlamət tapmayıb çıxıb gedir.
    YÜZ DÖRDÜNCÜ KƏRAMƏT
    «HƏZRƏT ƏBUL FƏZLİN(Ə) KƏRAMƏTİNDƏN DÜKANA HEÇ BİR ZƏRƏR DƏYMİR.»
    Tehrandan «Ənsarul Əbbas» heyətinin başçısı Hacı Hüseyn yazır:
    Hacı Həsən, bizim heyətin həzrət Əbul Fəzl Abbas (əleyhissalam) adına ələmini saxlayır. Bazarda bir dükanı var. Bir müddət əvvəl bazarda yanğın olur. Belə ki, bazarda onun ətrafında olan dükanların hamısı yanır. Amma onun dükanına heç bir şey olmur. Səhəri hamı bazarda bu mənzərəni təəccüblə müşahidə edir. Bundan başqa bütün dükanlar yanmışdı. Həzrətin kəramətindən dükan amanda qalmışdı.
    YÜZ BEŞİNCİ KƏRAMƏT
    «SƏN NƏ İŞ GÖRÜRSƏN?»
    2. Bir il bundan əvvəl xanımlardan birinin mədəsində xərçəng şişi əmələ gəlmişdi. Günü-gündən arıqlayıb zəifləyirdi. Həkim müayinə və aparat yoxlanışından sonra qərara alındı ki, cərrahiyyə əməli olunsun. O, cərrahiyyədən bir gün əvvəl həzrət Əbul Fəzl Abbas (əleyhissalam) ələmini öpdükdən sonra izhar edir:
    Ağa can! Siz, şiə olmayanlara belə şəfa verirsiniz. Mən ki, sizin dostlarınızdanam, məni naümid etməyin!
    Səhəri sübh hiss edir ki, vəziyyəti yaxşıdır. Xəstəxanaya müraciət etdikdə həkim onun vəziyyətinin dəyişdiyini hiss edib təzədən müayinə etmək qərarına gəlir. Mədəsinin şəklini çəkir. Təəccüblə görür ki, dünənki şişdən əsər-əlamət yoxdur. Şiş bir dəfəlik aradan getmişdi. Soruşur:
    Nə iş görmüsən?
    Xəstə cavab verir: Həqiqi həkimə müraciət etdim və şəfa tapdım. O həkim qəməri, bəni Haşim Həzrət Əbul Fəzl Abbasdır (əleyhissalam).
    YÜZ ALTINCI KƏRAMƏT
    «ONUN SAĞALMASINA HEÇ BİR ÜMİD YOX İDİ!»
    1995-ci ildə Hacı Salihi adlı bir şəxs bildirir ki, qəlbimin damarları tutulduğuna görə çətin və ağır bir cərrahiyyə əməlinə hazırlaşırdım. Həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) dua etdm. Həkimlər mənim sağalmayacağımın hökmünü vermişdilər. Onlar cərrahiyyə əməlinin də müvəffəq olmamasını bilirdilər. Lakin, yaxın qohumlarının israrına görə onu cərrahiyyə əməlinə aparırdılar. Bir gün sonra həkimlər xəstəni tamamilə sağlam şəkildə görürlər. Hamısı bildirirlər ki, bu iş yalnız möcüzə vasitəsilə ola bilər.
    Hacı Salihi indi fabriklərdən birində işləyir. Hər il həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) adına ehsan verir.
    YÜZ YEDDİNCİ KƏRAMƏT
    «EHTİYAC ƏLİNİ ÜMMUL BƏNİNİN ÖVLADINA UZAT!»
    3. 1994-cü ildə Haciyə xanım əlində iki əsa vasitəsilə uzun müddət xərçəng xəstəliyindən əzab çəkib sürünürdü. Bizim əzadarlıq heyətinə müraciət etdi. Həzrət Ümmül Bənin övladına (əleyhissalam) ehtiyac əlini uzatdı. O, bizim heyətin başçısına xahiş etdi ki, məddahlara və rövzəxanlara xahiş edin ki, Allaha xatir həzrət Əbul Fəzl Abbasdan(əleyhissalam) şəfa istəsinlər. Onun xahişi qəbul olundu.
    Sonrkı həftə həmin qadın əlində heç bir əsa olmadan cümə günü bizim heyətə müraciət etdi. Əlində şirni qutusu var idi. Hədsiz sevinclə dedi ki, Həzrətdən şəfa aldım! Bu iş bizim hamımızın sevincinə səbəb oldu.
    YÜZ SƏKKİZİNCİ KƏRAMƏT
    «HƏZRƏTDƏN NAÜMİD OLMAMAQDAN ÖTRÜ SEL KİMİ GÖZ YAŞI LAZIMDIR.»
    4. 1998-ci ildə Məşhəddən müəllimlərdən biri zəng etdi ki, əsgərliydə olan oğlu Tehranda xəstəxanadadır. O, hər iki böyrəklərini əldən verib bihuş halında qalmışdır. Nə qədər ki, dünyasını dəyişməyib gəlin görün!
    Ata həmin gün hərəkət etdi. Sübh tezdən Tehrana çatdı. Dostlardan birinin mənzilinə dəyib dərhal xəstəxanaya yola düşdü. Oğlunu bihuş halda müşahidə etdi. Ağlar və narahat halda dostunun mənzilinə qayıtdı. Dostu ona bildirir ki, sabah sübh «Ənsarul Abbas» adına heyət dua məclisi keçirəcək. Bu vaxta kimi çoxları həzrət Əbul Fəzl Abbasdan(əleyhissalam) şəfa almışdır. Sən də bu dua məclisində iştirak et. Ata sübh tezdən mərasim keçirilən yerə gedir. Həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) ələmini gördükdə göz yaşlarını saxlaya bilmir. Ağadan xahiş edib yalvarır ki, onu naümüd etməyib oğluna şəfa versin.
    Həmin gün axşamüstü xəstəxanaya gəlir. Tam təəccüblə oğlunu öz yataq taxtı üzərində sağlam şəkildə oturduğunu görür. Onu qucağına alıb halını soruşanda əsgər oğlu cavab verir:
    Bu gün heç bir şeyi hiss etmədiyim halda birdən yaşıl bir parlaq nur gördüm. Göydən iki göy rəngdə nur aşağı enirdi. Hər an mənə yaxınlaşırdı. Elə ki, nur tamamilə mənə yaxınlaşdı. Hər ikisi xurmaya bənzər kimi mənim bədənimdən böürəklərimə daxil oldular. Dərhal huşa gəldim və əhvalımın yaxşı olduğunu müşahidə etdim. İndi heç bir narahatçılığım yoxdur.
    Bir həftə sonra ata-oğul bizim əzadarlıq heyətinə gəlib hadisəni mikrafonla əhaliyə elan etdilər.
    YÜZ DOQQUZUNCU KƏRAMƏT
    «BU AĞA ƏBUL FƏZL ABBASDIR!. SƏNƏ ŞƏFA VERMƏYƏ GƏLİB.»
    Xanım Fatimə Rüstəmpurun 1998-ci ildə həzrət Əbul Fəzl Abbas (əleyhissalam)vasitəsilə şəfa tapmağım aşağıdakı kimidir:
    Xəstənin adı: Xanım Fatimə Rüstəmpur.
    Yaşadığı yer: Kerman şəhəri, Mütəhhəri parkı, Seyyid şühəda küçəsi-12. Hazırlıq institunun cənub tərəfi: 14. Cənab Nəzərinin mənzili.
    Xəstəlik müddəti: 5 ay.
    Həkimə müraciəti: 1998-ci il.
    Xəstəliyi: Xərçəng.
    Müalicə həkimi: Doktor Mənsuri «Xərçəng xəstəliyi üzrə mütəxəssis.
    Hadisəni xanımın övladı xanım Təyyibə Nəzəri nəql edir:
    48 yaşlı anam əvvəllər sağlam idi. Təxminən beş ay bundan əvvəl mənə elə gəldi ki, anamda xəstəlik vardır. Əllərində və qoltuğunun altında olan ağrılarından şikayətlənirdi. Bu işin böyüməsini gördükdə həkimə müraciət etdik. Həkim bizi analiz otaqlarına yolladı. Analizin cavabından sonra qərara alındı ki, cərrahiyyə əməli ilə bu şişi götürmək lazımdır. Cərrahiyyə zamanı məlum oldu ki, bu götürüləsi şiş deyildir. Artıq şiş boyun hissəsinə də təcavüz etmişdi. Boyun və sinə tərəfdən şişin əsərləri görünürdü. Heç bir əməliyyat etmədən kəsilən yeri tikib anamı evə göndərdilər.
    Allahdan başqa hər yerdən ümüdümüz üzülmüşdü. Qəlblər yalnız Allahı nəzərə alırdı. Anamın əllərinin ağrısı şiddətlənəndə kimyəvi keyitmə dərmanından ötrü həkim Mənsuriyə müraciət etdim. O, dedi:
    Allahın köməyi ilə dərman verməyə başlayaq. Ancaq sağalmağa heç bir ümüd yoxdur. Sağ qalmayacaq.
    Hamımız narahat idik. Hərə bir söz deyirdi. Həkim evdə müalicə üçün bir həftəlik nüsxə yazdı. Tapşırdı ki, sonradan xəstəxanaya müraciət edərsiniz!
    Bu arada anamın qonşularından biri yuxuda görür ki, həzrət Əbul Fəzl Abbas(əleyhissalam) adından su paylayan bir nəfər bir dəstə qoyun otarmaqla məşğuldur. Xanım Rüstəmpur (anam) sağlam halda qoyunların böyüyündən birini tutub su paylanan evin qabağında qurban kəsir. Sonra ziyarət oxumaqla məşğul olur. Bu yuxudan sonra biz bacı-qardaş qərara aldıq ki, bir qurbanlıq aparıb ziyarətgahda kəsib ehsan verək. Üçüncü gün Kermandan, imam Rza (əleyhissalam)-ın nəvələrindən birinin ziyarətgaha hərəktə gəldik. Axşama iki saat qalmış İmamzadə ziyarətgahına çatdıq. Orada əvvəlcə on dörd Məsuma(əleyhimussalam) dua oxuduq. Sonra aşura ziyarəti oxuduq daha sonra bir qoyun qurbanlıq kəsib Kermana qayıtdıq.
    Anam yorulub saat səkkizdə yuxuya getdi. Yuxuda görür ki, şəhid oğlu ilə bir nəfər üzü niqablı böyük şəxsiyyət otağa daxil olurlar. Oğlu deyir: Ana! Bu ağa «Həzrət Əbul Fəzl Abbasdır(əleyhissalam). Sənə şəfa verməyə gəlib. Bu vaxt hiss etdim ki, ağa əlini şişin üzərinə vurdu. Buyurdu: Sənin xəstəliyin yoxdur! Sağalmısan! Qalx!
    Uşaqlar nəql edirlər: Axır vaxtlarda yerdən başqalarının köməyi ilə güclə qalxan anam, ağlar halda sürətlə yuxudan oyanıb oturdu və dedi:
    Ağa Əbul Fəzl Abbas (əleyhissalam) burda idi. Mənə şəfa verdi. Baxıb gördük ki, şişdən heç bir əsər-əlamət yoxdur. Həkimlərə də müraciət etdik. Keçmiş xəstəlikdən əlamət yox idi.
    YÜZ ONUNCU KƏRAMƏT
    «QULAĞIMA OXŞAMA SƏSİ GƏLDİ!»
    Höccətul-islam vəl-müslimin Hacı-şeyx Barat Əli Xudayi Ərdəbili yazır:
    1. Mərhum Kərbəlayi Əhəd nəql edir: Mən 8-9 yaşımda Kərbəlanın «Salikin» adlı yolu tərəfdə qoyun otarırdım. Karvan başçılarının avazlı səsləri mənim ruhumu Kərbəla tərəfə çəkirdi. Kərbəla ziyarətini həddən artıq istəyirdim.
    Bir gün gördüm ki, karivan dəstləri dalbadal hərəkətdədirlər. Adətə görə, hər karivanın bir başçısı və hər birinin əlində isə həzrət Əbul Fəzl Abbas(əleyhissalam) adına ələmləri olardı. Qışlağın təzə gəlmiş əhalisi ələmin dalınca müşayət edib göz yaşlarını saxlaya bilmirdilər. Bir az gedib sonra qayıdırdılar. Mən də inəkləri və qoyunları kəndə tərəf ötürüb ələmin ardınca getdim. Amma ,başqaları kimi bir azdan qayıtdım. Bu o vaxtımda idi ki, anamın qucağından bir anda olsun belə ayrı düşməyimə razı deyildim.
    Bəli! Bundan sonra qərara aldım ki, piyada Kərbəlaya gedən karivanlarla yola düşüm və onlara xidmət göstərim. Bununla da Nəcəf-Əşrəfə və başqa imamların (ə) da ziyarətinə gedə bildim.
    Yol boyu mən həmişə piyada olardım. Günün yandırıcı istisi bizə dəydiyinə görə qədəmlərimizi tez-tez atırdıq. Karivandan dala qalmaq təhlükəsini həmişə nəzərə alırdım. Əgər karivandan geri qalsan qaçaqçılıqla məşğul olan təhlükəli ərəblərin əlində əsir olmaq qorxusu vardı. Tez və sürətlə hərəkətin, o cümlədən yeməyimin münasib olmaması səbəb oldu ki, yol arasında zəhərləndim. Yoldaşlarım məni qusmaq və qarın ağrısı olan vəziyyətimdə bir mənzilə əziyyətlə çatdırdılar. Halım həddən artıq xarab olduğuna görə məni karvansaraların birində qoyub qəlbi yanıq halda vətənə tərəf hərəkət etdilər. İndi bihuş halda karvansaranın bir tərəfində qalmışdım. Nə yeməyim var, nə də suyum. Əslində hər an Əzrailin gəlməsini gözləyirdim. Huşsuzluğum günortadan səhər sübhə kimi çəkdi. Sübh özümə gəldim. Uşaq çağlarım idi. Qəriblik hiss edib göz yaşı axıtmağa başladım. Gileyli halda Nəcəfi-Əşrəf şahı həzrət Əli (əleyhissalam)-a və Kərbəla Sərdarına(əleyhissalam) belə xitab etdim:
    Ya Əmirəl-möminin! Ya Qəməri bəni Haşim! Sizin eşqiniz məni vadar etdi ki, ata-anamdan, qardaşımdan və bütün qohumlarımdan ayrılıb sizə tərəf gələm. İndi bu çöllükdə və bu karvansaranın bir guşəsində ölüm halındayam. Hamıdan əvvəl anamın gözləri mənim intizarımdadır. Əgər mən belə halda ölsəm və adsız, əlamətsiz dünyadan getsəm, onun qəlbinin yarası heç vaxt getməyəcək. Qonaq qəbul etməklik ədəbindən uzaqdır ki, onlar gəlib məni biyabanda belə halətdə görsünlər!
    Sonra qüdrətsizlik və zəifliyin şiddətindən giley dilimi bağlayıb bihuş halda uzandım. Həmin halda xoş bir avaz qulağıma gəldi. Deyirdi:
    «Kərbəlayi Əhəd!»
    Gözümü açıb başımın üstündə böyük bir atlını gördüm. Mənə buyurdu: Nəyə görə burda qalmısan? Zəif halətimlə dedim: «Ağa! Ölürəm!»
    Elə sandım ki, tanış zəvvarlardan biridir. Mənim ölüm xəbərimi anama sən çatdırarsan. Atlı əyilib yəhər üstə olan halda mənim əlimdən tutub möhkəm sıxdı. Bununla sanki mənə təzədən ruh verildi. Sonra buyurdu:
    Karvan heç də burdan uzaqda deyil, qalx onlara çataq!
    Hərəkətinin keyfiyyətini başa düşmədim. Lakin çox çəkmədi ki, yorğunluq məndən yox oldu. Təzədən mənə güc-qüvvə gəldi. Özümü bulaq kənarında oturmuş dostlarımın yanında gördüm. Dostlarım məni görən kimi şövq və sevincdən ağlamağa başladılar. Necə gəlməyimi soruşdular. Mən də bütün əhvalatı onlara nəql etdim.
    Mənə elə gəlirdi ki, karivandan ayrıldığım bir gündən çox deyildi. Amma onlar iki gündən çox ayrıldığımı deyirdilər. Əlamətlər də onların dediyini təsdiq edirdi. Çünki, mən İraq torpağında torpağa düşmüşdüm. Onlara isə İranın Həmədan şəhərində birləşmişdim. Ondan sonra yaxşılaşmaqdan ötrü yavaş-yavaş hərəkət edirdim. Məni növbə ilə ata mindirdilər. İcazə vermədilər ki, bir addım da piyada yol gedim. Nəhayət, sağ-salamat və sağlam ata-anama təhvil verdilər. Təəccüblü əhvalatı da qohumlarıma nəql etdilər.
    Ondan sonra qarşıya çıxan bütün çətinliklərimdə həzrət Əbul Fəzl Abbası(əleyhissalam) köməyə çağırırdım və o da kömək olurdu.
    YÜZ ON BİRİNCİ KƏRAMƏT!
    «ƏVƏZSİZ ƏLƏMDAR!»
    Mərhum Kərbəlayi Əhəd başqa bir kəraməti nəql edir:
    Mənim evlənmək, əqd mərasimim qış fəslində olub. O vaxt ən adi şəraitdən belə məhrum idik. Bir kəndçi otağından başqa evim yox idi. Hər tərəfdən kasadlıq idi. Bir müddət sonra qüsl etməkdən ötrü kəndin yaxınlığında 500 metr eni olan və sonu dənizə tökülən çaya getdim. O vaxt çayın üzünü bir metrə qədər buz örtüyü tutmuşdu. Kənd əhalisi su götürməkdən ötrü çayın bir guşəsində dəlik açmışdılar. Buzun qalınlığından əlavə çayın iki metrə qədər də öz dərinliyi var idi. Çay sürətlə axırdı. Mən çayın kənarında soyunub qüsl edirdim. Bir müddət gecələr belə qüsl etdim.
    Gecələrin birində qüsl etməkdən ötrü buzun dəliyindən çaya girdim. Bir az sonra hiss etdim ki, suyun təsiri güclüdür. Məni aparmaq üzrədir. Çox çalışdım ki, sudan kənara çıxam, amma faydası olmadı. Nəhayət, su məni ağuşuna alıb apardı. Harda başımı sudan çıxarırdımsa başım buza dəyirdi. Suyun soyuğu sümüyümə yeridi. Özüm də boğulmaq üzrə idim. Fikirləşdim ki, su məni 200 metr kənddən uzaqlaşdırıb. Başım buza dəyməkdən yara olmuşdu. Qısası hər tərəfdən yolumun bağlandığını görüb ölümümün gəldiyini yəqin etdim. Təzəcə evlənməyim və gəlinin başsız qalmağı, cənazəmin Xəzər dənizində balıqlara yem olması məni çox narahat etdi. O batqın halımda ürəkdən həzrət Əbul Fəzl Abbası(əleyhissalam) köməyə çağırdım. Onun ətəyindən tutmaqla əvəzsiz Ələmdar mənə nicat verdi. Belə ki, birdən başım qanlı halda buzun dəliyindən çölə çıxdım. Möcüzə idi. Əl-ayağım donan halda libasımı geyinib təzə həyat tapdım. Çaydan çıxandan bir iki ay sonra tamamilə sağaldım. O cəhətdən həmişə həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) salam və salavat göndərirəm.
    YÜZ ON İKİNCİ KƏRAMƏT
    «GÖRDÜM İKİ ƏLİ KƏSİKDİ.»
    Höccətul-islam Hacı seyyid Abbas Mircəfər yazır:
    1983-cü ildə Məkkədən qayıtdıqdan sonra böyrəklərimdə ağrı hiss etdim. Bir neçə gün Tehranın Şəhriyar adlı xəstəxanasında yatdım. Amma bir nəticə hasil olmadı. Ordan Tehranın «Cihad» xiyabanındakı «Səccad (əleyhissalam)» adına xəstəxanaya köçürdülər. Mütəxəssis həkim nəzarətində böyrəklərimdə cərrahiyyə əməli olundu. Əməliyyatdan 19 gün sonra xəstəxanada yatmalı oldum. Sonra xəstəxanadan çıxıb müqəddəs Qum şəhərinə Həzrət Məsumə (s.ə) ziyarətinə gəldim.
    Quma gəldikdən sonra sağ böyrəyimdən ağrı tutdu. Yenə Tehrandakı «Səccad (əleyhissalam)» xəstəxanasına müraciət etdim. Həkim müayinə etdikdən sonra dedi: Kor bağırsaqdır. Partlamaq üzrədir. Tezliklə əməl otağına apardılar və cərrahiyyə əməli etdilər. 18 gün də bu vaxt qaldım. Elə bu hadisədən sonra təzə bir xəstəlik tapdım. Həkimlər müayinədən sonra qəti qərara gəldilər ki, hər iki xayalıq götürülməlidir. Yanımda qardaşım və zövcəm həkimə etiraz etdilər ki, bu kişi 40 gündür ki, cərrahiyyə halında yatır. Daha dözə bilməz. Həkim cavab verdi ki, mən Amerikada beş belə cərrahiyyə əməli etmişəm, onlardan ikisi sağalıb. O, cavan olduğuna görə söz verirəm ki. 80% həyatını davam etdirəcək. Həmin gecə tibb bacıları və həkimlər məni cərrahiyyə əməlinə hazırlaşdırırdılar. Xəstəxananın taxtında yatıb vəziyyətimin necə olacağını düşünürdüm. Bu arada mən on iki imama, uşaqlar və həyat yoldaşım isə Həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) dua etdik. Təvəssül duasına başlamışdım. İmam Rza (əleyhissalam)-a çatanda heç bir şey başa düşməyib yuxuya getdim. Gecə saat on birin yarısı idi. Yuxuda gördüm ki, başımın üstündə bir əl qərar tutub. Dedim: Ağa belə niyə edirsiniz? O, cavabında dedi:
    Nə olub bu qədər səs-küy salmısınız?
    Dedim: Ağa! 38 gündür ki, xəstəxanada yatıram. İndi ikinci dəfə cərrahiyyə əməli etmək istəyirlər! Həmin halda yuxuda gözlərimi açdım. O, buyurdu: «Bir şey olmaz!»
    Mən soruşdum: Siz kimsiniz? Cavab verdi ki: «Məni tanımırsınız?»
    Həzrətə baxanda gördüm ki, iki əli də kəsikdir. Ona tərəf əl uzadıb qucaqlamaq istədim:
    «Ağa qurbanın olum!» Tanıdım ki, Həzrət Əbul Fəzl Abbasdır(əleyhissalam).
    Mən çox insanlar görmüşəm, amma bu gözəllikdə görməmişdim. Qara saqqalı, cazibəli və nurani sifəti vardı. Başında da yaşıl əmmaməsi.
    Yuxudan ayıldım və əlimi yavaşcadan ağrıyan yerə qoydum. Ağrı-acıdan əsər-əlamət yox idi. Ağlamağa başladım. Zövcəm ayılıb soruşdu:
    Nə olub? Sən iki cərrahiyyə əməliyyatından çıxmısan. Narahat olma, yenə də yaxşı olar.
    Dedim: Yox ay xanım! Həqiqi həkim gəlib şəfamı verib!
    Sübh tibb bacıları gəlib cərrahiyyə işini hazırlamağa başladılar. Mən onlara dedim:
    Siz zəhmət çəkməyin! Həqiqi həkim gəlib mənə şəfa verdi!
    Saat sübh 9-da həkim gəldi. Ərz etdim: Həkim qardaş! Əsl həkim şəfamı verib. Həkim məni bir daha müayinə edib dedi: Siz azadsınız! Çıxıb gedə bilərsiniz.
    Category: Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. | Added by: Islam_Kitabxanasi
    Views: 627 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024