İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.

    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi.
    2012-01-31, 8:18 PM
    YÜZ ON ÜÇÜNCÜ KƏRAMƏT
    «ƏRƏB QADIN UŞAĞI GÖTÜRÜB GETDİ.»
    Höccətul-islam vəl-müslümin Hacı-şeyx Cəfər Nasiri İsfahani yazır:
    Cavan vaxtlarımda möhkəm xəstələnmişdim. Fani dünya gözümdə heçə dönmüşdü. Çox istəyirdim ki, bu dünyanı tərk edib axirətə gedim. Hətta, bəzən öz ölümümdən ötrü dua edirdim. Bir gün dostlarım Nəcəf səfərindən əvvəl mənimlə vidalaşmağa gəldilər. Söhbət arasında mənə dedilər ki, səni də özümüzlə Kərbəlaya apara bilərik.
    Dedim: Siz bilirsiniz ki, mənim yeriməyə qüdrətim yoxdur.
    Dedilər: Bizim maşınımız var. Hara istəsən səni apara bilərik. Çox israr etdikdən sonra razılaşdım. Çətinliklə Kərbəlaya gəlib çıxdıq. Dostlarım məni qolları üstə alıb İmamın(əleyhissalam) hərəminə gətirdilər.
    Əvvəlcə həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) pak hərəminə getdim. Hərəm xəlvət idi. Məni bir guşədə yerə qoyub özləri başqa iş dalınca getdilər. Çox keçmədi ki, gözlərimə nur gəldi. Sanki zaman və məkanda mənə öz təsirini göstərirdi. Özümdən getmişdim. Birdən özümü Həzrə Əbul Fəzl Abbasın(əleyhissalam) müqabilində gördüm. Həzrət Zeynəb(salamullahi əleyha) də orda idi. hər ikisi mənim xəstəliyimdən danışırdılar.
    Həzrətin bacısı buyurdu:
    Məhəmməd Həsən dünya həyatından cana doyub dəfələrlə ölüm arzulayıb, yaxşı olar ki, onu özümüzlə aparaq.
    Əbul Fəzl Abbas(əleyhissalam) buyurdu:
    Xeyr! Hələ məsləhət deyil. Onun qalması faydalıdır.
    Burda birdən yuxudan ayıldım. Hərəmdə özümü tək gördüm. Bu barədə fikirləşirdim ki, əli uşaqlı bir ərəb qadın tələsik hərəmə daxil oldu. Uşağı zirehə söykəyib sağ əlinin baş barmağı ilə zirehdən tutub dua etməyə başladı. Bu duanı bir neçə dəfə təkrar etdi. Birdən gördüm ki, uşaq qalxıb oturdu. Qadın uşağı götürüb çölə çıxdı.
    Özümdə bir hərəkət hiss etmirdim. Sürünə-sürünə özümü zirehə çatdırdım. Baş barmağımla zirehdən tutub dua etməyə başladım. Bu işi bir neçə dəfə təkrarladım. Elə bu an hiss etdim ki, ayaq tərəfimdən bədənimə qüvvə daxil olur. Sonra bədənimin istiləşib gücləndiyini duydum. O gündən sonra bir də xəstələnmədim və özümdə xüsusi güc hiss etdim.
    YÜZ ON DÖRDÜNCÜ KƏRAMƏT
    «SƏN AXŞMAÜSTÜ ŞƏFA ALACAQSAN!»
    Cənab Abbas Müttəqi atasının şəfa tapmasını belə şərh edir: (Qum şəhəri)
    Rzaşahın dövründə 18 yaşım var idi. Çətin bir xəstəliyə düçar oldum. O vaxtlar çox görünmüşdü ki, 8-10 yaşlarında bu xəstəliyə tutulanlar tərləmirdilər və ölümləri qəti idi. Xəstəliyə tutulduğumdan 12 gün sonra bədənimin tükləri bütünlüklə töküldü. Ölümümə söz yox idi. Bir gün evdə oturmaqdan cana doyub hava almaqdan ötrü mənzildən çölə çıxdım. Divara söykənib dayanmışdım. Bu halda yanımda durub söhbət edən iki nəfəri gördüm. Onlardan biri mənə işarə edib dedi:
    Bu kişi Cəfərin oğlu Əlidir. Ölümünə söz yoxdur.
    Bəli, xəstəlik 21 gün çəkmişdi. Mən ölümə yaxınlaşırdım. Anamın dayısı mənim xəstəliyimi eşidib bizə gəlmişdi. Yanımda oturub qulağıma ahəstə dedi: Ancaq de ki: «Ya Əbul Fəzl Abbas!»
    Mən də yavaş-yavaş bu sözləri zəmzəmə etməyə başladım. Sonra dayım mənə qoyun nəzir etdi. Dərhal durub gedib bir qoyun aldı. Qoyunu kəsib qonşulara payladılar. Axırda mənə yaxınlaşıb dedi: Sən bu gün axşam üstü həzrət Əbul Fəzl Abbasdan(əleyhissalam) şəfa alacaqsan!
    Maraqlı bu idi ki, qoyunu kəsən anda bədənim yavaş-yavaş tərləməyə başlamışdı. Getdikcə vəziyyətim yaxşılaşdı. Nəhayət, qısa müddətdə tamamilə sağaldım. İndi 72 yaşım var və heç bir şeydən şikayətim yoxdur.
    YÜZ ON BEŞİNCİ KƏRAMƏT
    «BAŞINI QALDIRIB BƏDƏNƏ YAPIŞDIRDI!»
    Höccətul-islam vəl-müslimin Hacı-şeyx Həmid Mühaciri nəql edir:
    Bəhreyndə əzadarlıq məclisi idi. Bir nəfər Həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) adından çıxış edirdi. Başqa birisi də həzrətin qatili rolunu aparırdı. Tamaşa arasında Qatil rolunu oynayan özü bilmədən qılıncını həzrətin rolunu oynayanın boynuna vurub başını bədənindən ayırır. Bu anda səhnədən bir qadın çıxıb başı bədənə yapışdırır. Ölmüş şəxs təzədən dirilir. Qadın sonradan yoxa çıxır...!
    YÜZ ON ALTINCI KƏRAMƏT
    «XƏSTƏLƏR OTAĞI»
    Hacı Şeyx Məhəmməd Rza Raşidi yazır:
    Həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəmində idim. Bir xanımın hərəmdə oruc tutduğunu müşahidə etdim. O, xəstə idi. Böyrək, cigər və xərçəng xəstəliyi vardı. Çox giriftarçılıqlar çəkmişdi. Həkimlər əlac etməkdən əl çəkmişdilər. Hərəmdə xəstələrə aid xüsusi otaq vardı. Xanım bir neçə gün orda dua etdikdən sonra şəfa alıb getdi. Mən onun ardınca gedib adını soruşdum. Buyurdu: Adım Fatimədir. Həzrət Əbul Fəzl Abbas (əleyhissalam)mənə şəfa verdi.
    YÜZ ON YEDDİNCİ KƏRAMƏT
    «SİZ NƏZRİNZƏ ƏMƏL EDİN!»
    Cənab höccətül-islam vəl-müslimin hacı seyyid Cavad Musəvi Xalxali yazır:
    Mən 1995-ci ildə çətin bir müşkülə düşmüşdüm. Mənim nəzərimdə bu işin həlli yox idi. Həmin halda həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) dua etməyə başladım. 133 dəfə bu işi təkrar etdim. O müşkül mənim ailəmə də əziyyət verdiyinə görə həzrətə qardaşı Hüseyn (əleyhissalam)-a və qəlbi sınıq bacısı Zeynəbə(salamullahi əleyha) and verdirdim. Qüvvəm çatan qədər də nəzr etdim. Həmin gecə çox ağladıqdan sonra yatdıq. Yuxuda bir nəfər mənə dedi:
    Nəzrinzə əməl edin!. Əlhəmdulillah, hacətiniz ağanın əli ilə qəbul oldu!
    Sübh yuxudan oyandım. Bir neçə saat keçməmiş müşkülüm həll oldu. Mən də nəzrimi payladım.
    YÜZ ON SƏKKİZİNCİ KƏRAMƏT
    «HEÇ KƏSƏ DEMƏDİM!»
    2. Yenə də xəstəm var idi. Götürüb bir başa Tehrana həkimə apardım. Lakin həkimlər dedilər ki, bu xəstənin əlacı yoxdur. Qəlbi sınıq halda evə qayıtdım. Hadisəni heç kəsə demədim. Gecə yarı yuxudan durub gözləri yaşlı dua oxumağa başladım. Səhəri yenidən həkimin yanına getdim. Bir neçə həkim yığışıb xəstəni müayinə etdikdən sonra dedilər: Sizin xəstənizin heç bir müşkülü yoxdur. Bu dəfə də nəzir-niyazla duam qəbul olmuşdu.
    YÜZ ON DOQQUZUNCU KƏRAMƏT
    «ƏGƏR UŞAQ SAĞ QALSA ADINI ABBAS QOYACAĞAM!»
    Höccətul-islam vəl-müslimin Hacı-şeyx Abbas Mühəqqiq Kaşani yazır:
    Mərhum atam höccətul-islam vəl-müslimin Hacı-şeyx Məhəmməd Təqi Mühəqqiq Kaşani mənə nəql edir ki, mənim oğlum sağ qalmırdı. Dörd oğlum olmuş, amma hamısı iki yaşında dünyadan gedirdi. Çox pərişan idim. Axı nəyə görə belə olurdu? Öz-özümə fikirləşirdim ki, mənim oğlum olmayacaqmı? Nəslim kəsiləcəkmi?
    Həyat yoldaşım növbəti dəfə hamilə olanda Kərbəlaya ziyarətə getmişdim. Öz niyyətimlə Həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəminə getdim. O həzrətə təvəssül edib dua etdim. Allahdan mənim övladlarımın sağ qalmasını istəməsini xahiş etdim. Həmçinin nəzr etdik ki, əgər uşaq oğlan olsa adını Abbas qoyacağam və ziyarətinə gətirəcəm.
    Allahın lütfü ilə ziyarətdən qayıdandan bir həftə sonra uşaq dünyaya gəldi. İndiyə kimi uşaq salamatdır və bundan sonra da inşaallah salamat qalar. Ona görə də adını Abbas qoymuşam. Ondan sonra iki oğul da qismətim oldu. Nəhayət, öz nəzrimə də əməl etdim. Ailəvi şəkildə Kərbəla ziyarətində ola bildik.
    YÜZ İYİRMİNCİ KƏRAMƏT
    «ƏGƏR RƏHM ETMƏSƏNİZ ATAMA ETDİYİNİZ KÖMƏK NAQİS OLACAQ!»
    2. İndi də «Feyziyyə» məktəbində özümün başıma gələn hadisəni nəql edirəm:
    Adətən hər il ayətullah uzma Gülpayaqani tərəfindən imam Sadiq (əleyhissalam)-ın şəhadəti münasibəti ilə məclis təşkil olunurdu. Mən də bu məclisdə var idim. Şahın məmurları həmişəki kimi məclisi dağıtdılar. Sonra qapıları hər tərəfdən bağlayıb içəridə qalanları dəyənəklə vurmağa başladılar. Vəziyyət çox təhlükəli idi. Hər kəsi tuturdularsa canı çıxınca vururdular. Bu halda mən həzrət Əbul Fəzl Abbası(əleyhissalam) köməyə çağırdım. Onların içindən elə şəkildə çıxdım ki, məni görmədilər. Bu hadisə üç dəfə mənim başıma gəlib və mən hər dəfə nicat tapmışam.
    YÜZ İYİRMİ BİRİNCİ KƏRAMƏT
    «CƏSƏDİN KƏNARINDA RUH!»
    Höccətul-islam Ağayeganə atasından belə nəql edir:
    Atam nəql edir: Cavanlığımın əvvəllərində karivanla birlikdə piyada Kərbala ziyarətinə getmişdim. Qumdan hərəkətə gələndə yolun xətərsiz və açıq olduğunu güman edirdik. Yolun vəziyyətindən heç kəsin xəbəri yox idi. Yol arasında İraq hökumət məmurları bizə əziyyət etməyə başladılar.İstədilər ki, bizi bu səfərdən geri qaytarsınlar. Karivanbaşı özünün xüsusi tədbiri ilə bizi məmurların əlindən qurtardı. Nəticədə öz yolumuza davam etdik. Bununla belə bəzi yerlərdə bizi saxlayır, incidir, hətta, ölümlə hədələyirdilər. Nəhayət, müxtəlif çətinliklərdən möcüzə ilə keçib Kərbəlaya yetişdik. Dörd aya qədər orda qaldıq.
    Kərbəlada olan vaxt günlərin birində burnumdan qan açıldı. Bu xəstəliyin sonu görünmürdü. Dostlarım çox narahat idilər. Onlardan biri təklif etdi ki, od qalayıb tüstüsünü burnuma versinlər. Bu işin mənim boğulub həlak olacağıma səbəb olduğunu duyub həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəminə tərəf üz tutdum. Əllərimi qaldırıb qəlbi sınıq halda Həzrətə dua etməyə başladım. Dərhal qan kəsildi. Dostlarım öz işlərinin dalısıyca getdilər. Onlar bildilər ki, həzrət Əbul Fəzl Abbas (əleyhissalam)mənə şəfa vermişdir.
    YÜZ İYİRMİ İKİNCİ KƏRAMƏT
    «BİR SAATDAN SONRA HACƏTLƏRİN ALDILAR!»
    Höccətul-islam vəl-müslimin Seyyid Mürtəza Müctehidi Sistani «Əsrari- Müvəffəqiyyət» kitabının 2-ci cildində yazır:
    1949-cu ildə bir neçə aylıq İraqda ziyarətgahlarda qalmalı oldum. Tez-tez həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəmində olurdum. Xəstələrin öz hacətlərini almalarını dəfələrlə müşahidə etmişdim. Bəzən, xəstələr özlərini zirehə bağlayır və bir saat keçməmiş şəfa alıb gedirdilər. Bu vaxt ərəb qadınları öz adətlərinə görə hacətlərini aldıqdan sonra zəvvarlara şirni-noğul paylayır və həl-hələ edirdilər. Onların etiqadları o qədər güclü olurdu ki, bəzən hacətə gələndə qabaqcadan şirni-noğul gətirirdilər. Xəstə şəfa alan kimi dərhal sevinib şirni paylamağa başlayırdılar və Həzrətə təşəkkür edirdilər.
    Günlərin birində cavan bir divanəni üç gün zirehə bağladılar. Qohumları onun ətrafını tutmuşdular. Təəccüblənirdilər ki, niyə görə Həzrət şəfa verməyib? Xəstənin üç günə şəfa alması və gecikməsi onlara çox təəccüblü gəlirdi. Onlar qəti yəqinliklə hacətlərinin alacaqlarını bilirdilər. Sidq niyyətlə müraciət etdikdə tez öz hacətlərinə çatırdılar. Belə hadisələrdən mən dəfələrlə müşahidə etdim. Bütün bunlar həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) bərəkətindən idi.
    YÜZ İYİRMİ ÜÇÜNCÜ KƏRAMƏT
    «TƏZƏ HƏYAT!»
    Cənab höccətul-islam vəl-müslimin Hacı-şeyx Əhməd Əhmədi iki kəramət yazıb:
    1950-ci il idi. Dayı arvadı həyətdə oturub göyərti təmizləməklə məşğul idi. Biz də uşaqlarla birlikdə həyətdə oturmuşduq.İki-üç yaşlı uşaq da su hovuzunun kənarında oynayırdı. Uşaq bizim xəbərimiz olmadan hovuza düşür. Aradan yarım saatdan çox keçmiş mən işi başa düşdüm. Uşaq artıq su üzündə ölmüş halda qalmışdı. Uşağı hovuzdan çıxardıb kənara qoyub fəryad etdim:
    Dayı arvadı! Tez gəl, Səid öldü!
    O, tələsik gəlib fəryad etməyə başladı:
    Ya Əbül Fəzl Abbas! Ya Əbul Fəzl Abbas! Mən uşağı səndən istəyirəm. Bu elə bir halətdə idi ki, uşaq çoxdan ölmüş sağalmağına da heç kimin ümidi də yox idi. Həmin halda atası gəlib uşağı üzü qibləyə çevirdi. Nalə etdi:
    Ya imam Zaman! Uşağımı səndən istəyirəm!
    Birdən uşaq anasının qucağında ağlamağa başladı. Uşaq həzrət Əbul Fəzl Abbas(əleyhissalam) və imam Zaman (ə.c) bərəkətindən təzədən həyata gəldi.
    Hazırda Səid sağdır. İnsitutu başa vurmuşdur. Bu işin şükranəsinə o vaxt rövzəxanlıq məclisi təşkil olundu!
    YÜZ İYİRMİ DÖRDÜNCÜ KƏRAMƏT
    «ƏL-AYAĞINI BAĞLAYIB ZİREHƏ BAĞLADILAR!
    Cənab Hacı İsmail Ənsari Zəncani nəql edir:
    Özüm müşahidə etdiyim həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) kəramətini nəql edirəm:
    1975-ci ildə yeddi nəfərlik ailə üzvlərimlə birlikdə İraqa İmamların(əleyhimussalam) ziyarətinə, o cümlədən «Ərbəin»i (40-cı gün) həzrət Seyyidüşşühəda imam Hüseyn (əleyhissalam) və Əbul Fəzl Abbasın(əleyhissalam) ziyarətində olduq. Cümə gecələrindən biri idi. Bir dəstə Bağdaddan gələn qadınlar divanə bir qızı əl-ayağı bağlı halda həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəminə gətirdilər. Canlı olduğuna görə qız hərdən qadınların əlindən çıxıb səs-küy salırdı. Hətta, çadırını və üz-gözünü açırdı. Nəhayət, qızı içəri gətirib zirehə bağladılar ki, həzrət qıza şəfa versin. Zəvvarlar və xidmətçilər da kənardan pərişan halda tamaşa edirdilər. Birdən qız yerindən qalxıb oturdu. Bir azdan gördülər ki, qız yavaş-yavaş sakitləşir. Beləliklə, qız həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) şəfaətinə görə Allahdan tamamilə sağlamlığını geri aldı. Əhali tökülüb onun libasına təbərrük üçün əl vurmaq istədilər, lakin xidmətçilər bu işə mane oldular. Onu qonşu otağa apardılar. Qızın qohum-əqrabası onun şəfa tapmasından çox şad idilər.
    YÜZ İYİRMİ BEŞİNCİ KƏRAMƏT
    «SƏN BİZİM ƏSGƏRİMİZSƏN, BİZ SƏNƏ KÖMƏK EDƏCƏYİK!»
    Qafqaz zabitlərindən Əli Mollayev adlı birisi 1979-cu ildə Sovet hökumətinin Əfqanıstanı işğal etdiyi dövrlərdə əfqan mücahid müsəlmanlarına həmlə etməkdən ötrü məmuriyyət alır
    Amma, özü müsəlman və müsəlman oğlu olduğundan müsəlmanla döyüşmək istəmirdi. Başqa tərəfdən amansız Sovet dövlətinin əmrini icra etməliydi. Müsəlmanlara həmlə etməkdən bşqa bir çarə görmür. Lakin bütün həmlələrdə əvvəlcədən həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) dua edir ki, mən bu döyüşdə iştirak edə bilməyim.
    Əfqanlılara hücuma keçməmişdən bir gecə əvvəl yuxuda görür ki, həzrə Əbul Fəzl Abbasın (əleyhissalam)hərəmindədir. Həzrət özü onu qarşılayıb buyurur:
    «Sən bizim əsgərimizsən, sənə kömək edəcəyik!»
    Bu vaxt Əhməd Rəhman Quliyev adlı bir şəxsi də çağırıb hər ikisinə buyurdu:
    Bir-birinizə inanıb birlikdə iş görün. Müsəlman Əfqanıstanın nicatı üçün cihad edin!
    Əli Mollayev yuxudan ayılıb səhərə kimi yata bilmir. Səhərisi sübh yuxudan durub öz dəstəsinə gedir. Təəccüblü hadisə ilə rastlaşır. Birdən yalnız yuxuda gördüyü zabitlə öz dəstəsində rastlaşır. İxtiyarsız halda çağırır:
    Cənab Rəhman Quliyev sənsən?
    Bu zabit dəhşətə gəlmiş halda cavab verməyib susur. O da indiyə qədər görmədiyi bir zabitdən bu sözə təəccüblənirdi. Onlar bir-birinə gizlində baxdıqdan sonra zabit, Əli Mollayev özünə gəlib dedi:
    Cənab Əhməd Rəhman Quliyev! Mən hələ səhər yeməyi yeməmişəm. Onlar hər ikisi yeməkxanaya gedirlər. Məlum olur ki, hər ikisi eyni yuxunu görüblər. Onları yuxuda həzrət Əbul Fəzl Abbas(əleyhissalam) tanış etmişdir. Fərq bunda idi ki, zabit Əhməd Rəhman quliyev Əli Mollayevin üzünü görməmiş amma, onun planından xəbəri vardı!
    Bəli! Bu iki zabit həzrət Əbul Fəzl Abbas(əleyhissalam) vasitəsi ilə bir-birlərini tanıdıqdan sonra köməkli şəkildə Əfqanıstan mücahidlərinə silah-sursat verməyə başlayırlar və başqa yerlərdə də köməklərinə çatırlar. Sonradan hər iki zabit Pakistana gedir. Sənd şəhərində çıxan qəzet bu iki zabitin başına gələn hadisəni dərc etməklə özünü iftixarlı qəzet hesab edir. Bu iki mömin zabit hazırda Həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) kəramətindən Pakistanın universitetində tədris edirlər.
    Category: Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. | Added by: Islam_Kitabxanasi
    Views: 649 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024