İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Files » Etiqat » Peyğəmbərin haqq canişini

    Kitabın adı: Peyğəmbərin haqq canişini
    2011-08-28, 6:55 AM
    DÖRDÜNCÜ FƏSİL
    SÜNNÜ ALİMLƏRİ VƏ ŞİƏLƏRİN NƏZƏRİNDƏ ƏBU BƏKRİN MƏQAMI
    ƏBU BƏKR BARƏSİNDƏ SÜNNÜLƏRİN RƏVAYƏTLƏRİ
    Ömər ibni Xəttab Peyğəmbər (s)-dən belə nəql edir: "Əbu Bəkrin dünyaya gəldiyi gecə Allah-taala Ədn behiştində zühur edib dedi: (Ey Peyğəmbər,) Öz İzzət və cəlalıma and olsun, bu gecənin mövludunu (Əbu Bəkri) sevib əzizləməsən, səni behiştə daxil etməyəcəyəm.”("Mühəlla” (İbni Həzm) 11-ci cild, səh.224) Halbuki, Əbu Bəkr dünyaya gələn zaman Peyğəmbərin iki yaşı vardı. Onda bu yalan və qondarma hədisi necə nəql edirlər?! Allah bilir! Digər tərəfdən, sünnülərin kitablarında bu rəvayətin ziddinə olan bir neçə rəvayət də mövcuddur. Onların bəzilərini aşağıda qeyd edirik:
    1) İbni Həzm özünün "Mühəlla” adlı kita-bında Vəlid ibni Cəmildən belə nəql edir: "Əbu Bəkr Peyğəmbərə hiylə qurub onu qətlə yetirmək istəyən şəxslərdən biri idi.”("Şərhi-Nəhcül-bəlağə”, 2-ci cild, səh.28)
    2) Ömər ibni Xəttab deyir: Əbu Bəkr zülm edib (xilafətdə) məndən qabağa keçdi və günah etdi.” Bir gün Əbu Bəkrin oğlu barədə deyir: "O, pis bir heyvancığazdır. Ancaq atasından yaxşıdır.”("Şərhi-Nəhcül-bəlağə”, 2-ci cild, səh.29)
    3) Ömər öz oğluna deyir: "Məgər sən indiyə kimi qəflət yuxusunda idin və bilmirdin ki, bu Bəni-Teym tayfasının axmağı (Əbu Bəkr) zülm ilə (xilafətdə) məndən qabağa düşüb?!"("Şərhi-Nəhcül-bəlağə”, 2-ci cild, səh.29)
    4) Ömər başqa bir yerdə isə belə deyir: "Agah olun və bilin ki, Əbu Bəkrlə beyət tələm-tələsik və tədbirsiz olaraq baş verdi. Bundan sonra hər kəs sizi belə bir beyətə dəvət etsə onun boynunu vurun!”("Nüzhətül-məcalis”, 2-ci cild, səh.160)
    Başqa bir rəvayətdə oxuyuruq: "İnnə Əba Bəkrin xəyrul-əvvəliynə vəl-axiriyn Əbu Bəkr əvvəldəki və axırdakı məxluqların ən yaxşısıdır.”("Nüzhətül-məcalis”, 2-ci cild, səh.152 (Misir çapı.))
    "Nüzhətül-məcalis” kitabında belə oxuyuruq: "Allah məxluqlarının arasında ən fəzilətli şəxsin – Əbu Bəkr Siddiqin (düzgün danışan) fəzilətlərinin bəyanı babı...”("Ruhul-bəyan” təfsiri, "Maidə” surəsinin, 54-cü ayəsi haqda olan bəhs.)
    "Ruhul-bəyan” təfsirində yazılır: "Peyğəm-bərdən sonra Əbu Bəkrdən fəzilətli bir şəxs dünyaya gəlməyibdir.”("Əl-üməm vəl-müluk”, 2-ci cild, səh.260)
    Təəccüblü burasıdır ki, Əbu Bəkrin özü xilafətə çatdıqda deyir: "İnnə li şeytanən...” "Ey camaat, mənim üçün bir şeytan var və məni aldadır. O mənə yaxınlaşdıqda məndən uzaq olun ki, sizin mal və canınıza xəsarət yetirməyim.”("Şərhi-Nəhcül-bəlağə”, 2-ci cild, səh.47)
    Bir rəvayətdə "Əbu Bəkr camaatın ən biliklisi idi”-deyilir, halbuki Əbu Bəkrin özü "Kaş üç şeyi Peyğəmbərdən soruşaydım”("Şərhi-Nəhcül-bəlağə”, 2-ci cild, səh.28-29) deyir.
    Sünnü alimləri Peyğəmbərdən nəql ediblər ki, "ümmətimin ən rəhimli şəxsi Əbu Bəkrdir.” Bəs necə olur ki, Əbu Bəkrin əmri ilə başçıları Malik ibni Nüveyrə olmaqla Bəni Təmim tayfasının kişilərini onunla beyət etmədikləri üçün, kütləvi şəkildə öldürüb, arvad-uşaqlarını əsir tutur və mallarını isə qarət edirlər? Əbu Bəkr müsəlmanlardan bəzilərini odda yandırdı. Hətta Peyğəmbərin yeganə yadigarı olan həzrəti Zəhra (ə)-ın evini yandırmaq üçün qoşun yolladı!
    Səd ibni Cərir deyir: "Ömərin oğlu Abdullahın yanında Əbu Bəkr və Ömər haqda söhbət düşdü. Bir nəfər dedi: Allaha and olsun! Bu iki nəfər ümmətin günəşi və nuru idilər.
    Ömərin oğlu Abdullah Bu məsələni haradan dərk etdiniz? - deyə soruşdu, o şəxs dedi: Məgər görmədiniz ki, bu iki nəfər necə əlbir olub ümmətə xilafət etdilər?!
    Ömərin oğlu Abdullah dedi: Heç də belə deyil. Onların bir-biri ilə ixtilafları var idi. Bir gün atamın yanında idim. O, görüş vaxtının qurtardığını elan etdi. Bu zaman Əbu Bəkrin oğlu Əbdürrəhman gəldi və daxil olmaq üçün icazə istədi. Ömər dedi: Bu da o pis dördayaqlılardandır, ancaq bununla yanaşı, atasından yaxşıdır. Atamın bu sözü məni dəhşətə gətirdi. Mən dedim: "Atacan, Əbdürrəhman atasından yaxşıdır?”
    Atam dedi: "Ey anasız! Kim var ki, onun atasından yaxşı olmasın?!”
    Mən dedim ki, Əbdürrəhmana icazə ver, gəlsin. Əbdürrəhman daxil olub öz sözünü dedi. O getdikdən sonra atam mənə dedi: "Sən indiyə kimi qəflət yuxusunda idin və Bəni-Teym tayfasının axmağının (Əbu Bəkrin) mənə etdiyi zülmlərdən xəbərin yox idi.”
    Mən dedim: "Mənim bu hadisədən xəbərim yox idi.”
    Atam dedi: "Heç ümidim də yox idi ki, sən bunu biləsən!”
    Mən dedim: "O (Əbu Bəkr) camaata, onların gözlərinin nurundan da əziz və sevimlidir.”
    Atam dedi: "Bəli, atanın bu işə qəzəbinə baxmayaraq belədir!”
    Dedim: "Ata, belədirsə, onda onun əməllərini camaata bəyan etmək və sirlərini faş etmək istəmirsən?!”
    Atam dedi: "Bu necə mümkün ola bilər, halbuki, sən özün deyirsən ki, camaat onu gözlərinin nurundan çox istəyir?! Əgər mən bunu bəyan etsəm, onlar inanmayacaq və nəticədə mənim başımı daşa vuracaqlar.”
    Sonra atam bir qədər cürətlənib cümə günü camaat qarşısında dedi: "Ey camaat, agah olun və bilin ki, Əbu Bəkrlə beyət tələm-tələsik və gözlənilməz olmuşdu. Ancaq Allah ümməti onun şərrindən xilas etdi. Hər kəs sizi Əbu Bəkrlə edilən belə bir beyətə dəvət etsə, onu öldürün!”("Şərhi-Nəhcül-bəlağə”, 2-ci cild, səh.30-34)
    İkinci rəvayət: Şərik ibni Abdullah Nəxə”i, Əbu Musa Əşəridən belə nəql edir: Ömər ilə birlikdə həccə getdik. Məkkəyə yetişdikdə, xəlifə Ömərin görüşünə getmək qərarına gəldim. Yolda Müğeyrə ibni Şöbəni gördüm, o da Ömərin görüşünə gedirdi. Üçümüz birlikdə yola davam etdik. Yol boyu Ömərin xilafəti, onun İslam və müsəlmanlara bəxş etdiyi əzəmətdən söhbət edirdik. Əbu Bəkrdən söhbət düşdükdə, Müğeyrəyə dedim: "Şübhəsiz, Əbu Bəkr Ömərin xilafətinə təkid edirdi. Deyilənə görə o, özündən sonra bacarıqlı və qüdrətli bir şəxs olan Ömərin xəlifə olmasını nəzərdə tutmuşdu.”
    Müğeyrə dedi:... Ey Əbu Musa! Deyəsən sən bu Qüreyş tayfasının nə qədər həsədçi olduqlarını bilmirsən. (Məqsəd Əbu Bəkrin mənsub olduğu Bəni Teym tayfasıdır.) Allaha and olsun, əgər həsədi ölçsələr, onun onda biri başqalarının, onda doqquzu isə Qüreyşin payına düşər.
    Mən dedim: "Sakit ol, ey Müğeyrə! Həqiqətən də Qüreyşin başqalarına nisbətən fəziləti gün kimi aydındır.”
    Biz söhbət edə-edə Ömərin qaldığı yerə çatdıq, amma onu orada tapa bilmədik. Bir nəfər dedi ki, Ömər burada idi, indi getdi. Məscidül-hərama tərəf getdik. Ömər orada təvaf edirdi. Biz də təvaf etdik. Təvafdan sonra bizim yanımıza gəlib, Müğeyrəyə tərəf dayandı və dedi: "Haradan gəlirsiniz?”
    Dedim: "Səni görməyə gəlmişik, ey əmir! Ancaq səni öz yerində tapa bilməyib, bura gəldik.”
    Sonra Müğeyrə mənə baxıb güldü. Ömərin bu hərəkətdən xoşu gəlmədi. O dedi: "Nə üçün gülürsünüz?”
    Müğeyrə dedi: "Yolda Əbu Musa ilə mənim aramda olan söhbətə gülürük.”
    Ömər dedi: "Nə işdir?”
    Biz olanları deyib, Qüreyşin həsəd etməsi məsələsinə çatdıq və Əbu Bəkri, özündən sonra Öməri xəlifə təyin etməyə qoymayan şəxsdən söhbət açdıq.
    Ömər dərindən ah çəkib dedi: "Müğeyrə! Görüm anan əzanda ağlasın! Həsədin doqquzu yox, yüzdə doxsan doqquzu Qüreyşin hesabına düşür, yüzdə birində isə camaat ilə şərikdirlər.”
    Ömər bu sözü dedikdən sonra bir az rahatlaşdı, sonra dedi: "Qüreyşin içində ən çox həsəd edənin kim olduğunu sizə deyimmi?”
    "Bəli, ey əmir, tanıtdır!” - deyə cavab verdik.
    Ömər dedi: "Əyninizdə libas olduğu halda?”
    "Bəli” - deyə cavab verdik.
    Dedi: "Əyninizdə libas olduqda bu mümkün deyil.”
    Dedik: "Ey əmir... axı bu sözün libasa nə dəxli var?”
    Dedi: "Qorxuram bu sirr o paltardan aşkar ola.”
    Dedik: "Sənin paltar deməkdə məqsədin, biz özümüzük və sən bizdən qorxursan?”
    "Bəli, elədir” - deyə cavab verdi.
    Sonra yola düşüb onun iqamətgahına gəldik. Bizə "burada gözləyin”-deyib, özü içəri daxil oldu. Müğeyrəyə dedim: "Ey atasız! Bizim sözümüz ona pis təsir etdi. Məncə, o, bizi burada sözünün davamını demək üçün saxlayıbdır.”
    Müğeyrə dedi: "Elə biz də bunu istəyirik.”
    Elə bu zaman içəriyə daxil olmağa icazə verdi. Biz içəriyə daxil olduqda, onun arxası üstə uzandığını gördük. Şer oxuya-oxuya bizim sirr saxlamağımızı istəyirdi. Biz dedik: "Biz elə sən istədiyin kimiyik.” O, ayağa qalxıb qapını bağlamaq istədikdə, bizi müşayiət edən keşikçi orada idi. Ömər ona dedi: "Ey anasız! Bizi tənha burax.”
    O getdikdən sonra, qapını içəridən bağlayıb, bizim yanımızda oturdu və dedi: "Soruşun, cavab verim.”
    Dedik: "Əmir, bizə Qüreyşin ən çox həsəd aparan adamını tanıtdıracaqdın. O kəsin adını de. Hətta bizim paltarımızın belə onun adını eşidib başqasına deyəcəyinə əmin deyilik.”
    Ömər dedi: "Siz çətin bir məsələdən sual etdiniz. İndi onu sizə bəyan edəcəyəm. Bu şərtlə ki, mən həyatda olduğum müddətdə bu sirri heç kim bilməməlidir. Öldükdən sonra istəsəniz camaata deyin, istəməsəniz deməyin.”
    Biz "İstədiyiniz kimi olacaq” - deyə cavab verdik.
    Əbu Musa deyir: Ona dedim: "Mən belə fikirləşirdim ki, Əbu Bəkrin səni səni xəlifə təyin etməsinə qoymayanlar Təlhə və onun həmkarlarıdır. Onlar Əbu Bəkrə demişdilər: "Bədəxlaq və kobud xasiyyətli bir adamı bizə xəlifə edirsən?”
    Mən bu sözümdən sonra Ömərin sözündən başa düşdüm ki, o şəxs Təlhə deyilmiş. O yenə ah çəkib dedi: "Daha nə fikirləşirsiniz?”
    Biz "dediklərimizin hamısı bir növ gümandır” - deyə cavab verdik.
    Ömər dedi: "Kimin haqqında pis fikirləşirsiniz?
    Biz dedik: Əbu Bəkrə "Öməri xəlifə təyin etmə deyən şəxslərin haqqında.
    Ömər dedi: "Allaha and olsun! Heç də siz fikirləşən kimi deyil: Qüreyşin ən çox həsəd edəni elə Əbu Bəkrin özü idi!!”
    Sonra başını aşağı saldı. Müğeyrə mənə, mən də Müğeyrəyə baxıb Ömərin xatirinə biz də başımızı aşağı saldıq. Bizim bu sükutumuz çox uzun çəkdi. Başa düşdük ki, o, bizə dediyi sözə görə peşman olub. Sonra dedi:
    "Bəni Teym tayfasının bu yelbeyin və bacarıqsız şəxsinə çox təəssüflər olsun! O zülm və günah yolu ilə (xilafətdə) məni qabaqladı.”
    Müğeyrə dedi: "Ey əmir! Onun sizə zülm etməklə sizi qabaqladığını bilirdim. Ancaq günahla sizdən necə qabağa düşüb?”
    Ömər dedi: "Mən ümidimi xilafətdən üzdükdən sonra Əbu Bəkr məni üstələdi. Çünki, o başa düşmüşdü ki, camaat mənə rə”y verməyəcək. Allaha and olsun! Əgər qardaşım Yəzid ibni Xəttaba və onun tərəfdarlarına itaət etsəydim, Əbu Bəkr xilafətin şirinliyini heç vaxt dada bilməyəcəkdi. Ancaq mən onu qabağa saldım, özüm isə dala qaldım. Onu xəlifə edib bütün işlərinin düyünlərini onun üçün açdım. Xilafət işində qarışıqlıq yaradan işlərin qarşısını aldım. Amma bu zaman Əbu Bəkr mənə etina etmədən gözü bağlı xilafət kürsüsündən bərk-bərk yapışdı. Vay olsun mənə! Hökumətin yenidən mənə qismət olmasını arzu edirdim. Allaha and olsun! Sərçənin çinədanını doyuran miqdardan başqa, Əbu Bəkr heç nə əldə edə bilmədi, axırda da ondan nisgillə ayrıldı.”
    Müğeyrə dedi: "Sizin xilafətə çatmağınıza nə mane oldu? Halbuki, səqifədə Əbu Bəkr xilafəti sənə verdikdə, sən istəməyib onun özünə qaytardın. İndi də oturub təəssüflənirsiz?!”
    Ömər dedi: "Müğeyrə, anan əzanda ağlasın! Mən səni ərəblərin dərrakəli kişilərindən bilirdim. Amma deyəsən, sənin səqifədə olan hadisələrdən heç xəbərin yoxdur. O (Əbu Bəkr) məni aldatdı, mən isə ona kələk işlətdim. Ancaq o, mənim daş yeyən quşdan da ağıllı olduğumu bildi. O, camaatın ona yüksək rəğbətlə üz gətirdiyini gördükdə, camaatın onun yerinə başqasını xəlifə seçməyəcəklərinə arxayın oldu. Camaatın rəğbətlə ona üz gətirdiyini gördükdə, mənim fikrimdən keçənləri də bilmək istəyirdi. O öyrənmək istəyirdi ki, xilafətdə gözüm var, ya yox və onunla çəkişməyə başlayacağammı. Məni bu məsələdə tamaha salmaqla imtahan etmək istəyirdi. Elə buna görə də xilafəti mənə verdi. Hər ikimiz bilirdik ki, mən xilafəti qəbul etsəm də camaat bunu qəbul etməyəcəkdir. Buna görə də o mənim bu məqama vurğun olmağıma baxmayaraq ağıllı olduğumu anladı. Əgər bu məqamı qəbul etməkdə müsbət cavab versəydim də, camaat onu mənə verməyəcəkdi və Əbu Bəkr qəlbində mənə qarşı kin saxlayacaqdı. Mən onun fitnəsindən amanda deyildim, amma bununla məlum oldu ki, camaat məni istəmir. Məgər eşitməmisiniz ki, camaat hər tərəfdən fəryad edib deyirdi: "Ey Əbu Bəkr, xilafət üçün ən ləyaqətli şəxs sənsən və biz səndən başqası ilə beyət etməyəcəyik. (Onlar bu sözləri ilə mənimlə beyət etməyəcəklərini demək istəyirdilər.)”
    Mən xilafəti Əbu Bəkrə qaytardıqda onun simasında sevinc izlərini gördüm.
    Əbu Bəkrin mənə qarşı kin bəsləməsinin səbəblərindən biri də bu idi ki, o, məndən bir söz eşitmişdi və buna görə də məni danlayırdı. Hadisə belə olmuşdu: Əşəsi əsir tutub Əbu Bəkrin yanına gətirdilər. O, Əşəsə minnət qoyub onu azad etdi, öz bacısını da Əşəsə ərə verdi.
    Əşəs Əbu Bəkrin yanında oturmuşdu. Mən ona dedim: "Ey Allahın düşməni! Müsəlman olduqdan sonra mürtəd oldun?! Dindən çıxıb kafir oldun?! Əşəs qəzəbli baxışlarla mənə baxırdı. Hiss edirdim ki, mənimlə söhbət etmək istəyir, ancaq yer və vaxt münasib deyildi.
    Bir gün Mədinənin küçələrindən birində məni görüb dedi: "Ey Xəttabın oğlu! Sən o sözü mənə deyirdin?”
    Mən dedim: "Bəli, ey Allahın düşməni! Mənim nəzərimdə sənin cəzan bundan da ağırdır.
    Əşəs dedi: "Bu mənim üçün çox pis cəza idi.”
    Ömər dedi: "Nə üçün məndən yaxşı cəza istəyirsən?”
    Əşəs dedi: "Sənin Əbu Bəkrə məcburi itaət etməyin məni çox narahat edir. Allaha and olsun, məni Əbu Bəkrlə müxalifət etməyə cürətləndirən şey, onun səni xilafətdə qabaqlaması idi. Sən ondan dala qaldığın üçün mən onunla müxalifət edirdim. Halbuki, əgər sən xəlifə olsaydın mən heç vaxt səninlə müxalifət etməyəcəkdim.”
    Ömər dedi: "Bəli, elədir ki, var. İndi mənə nə kimi tövsiyə edirsən?”
    Əşəs dedi: "İndi tövsiyə vaxtı yox, səbr etmək vaxtıdır. Yalnız səbr etməlisən.”
    Biz həmin gün öz işimizin dalınca getdik. Ancaq Əşəs yolda Zəbrəqan ibni Bədri görüb əhvalatı ona danışmışdı. O da dərhal Əbu Bəkrə xəbər vermişdi. Əbu Bəkr məni danlamaq üçün təəssüfləndirici bir xəbər yollamışdı. Mən isə ona belə bir xəbər yolladım: "Allaha and olsun! Ya sənin xəlifəlik etməyinə imkan verməyəcəyəm, ya da aramızda olan bu söhbəti camaata çatdıracağam. Onu eşidən bütün süvarilər hər yerə çatdıracaqlar. Amma əgər istəsən öz əfvini davam etdir (ki, sirrimiz açılmasın.)
    Əbu Bəkr dedi: "Keçmiş əlaqələrimizi olduğu kimi davam etdirməyimiz daha yaxşıdır. Xilafət də bir neçə gündən sonra sənə çatacaqdır.”
    Mən elə fikirləşirdim ki, cümə günü keçməmiş o, xilafəti mənə təqdim edəcəkdir. Ancaq belə olmadı. Allaha and olsun ki o, bundan sonra ölənə kimi xilafət haqda heç vaxt mənimlə söhbət etmədi.”
    O, öz xəlifəliyi dövründə bu etinasız-lığını qəzəbindən dişlərini bir-birinə sıxan halda davam etdirirdi. Axırda da elə bu qəzəblə vəfat etdi.
    Ömər sonra dedi: "Dediklərimin hamısını camaatdan, xüsusilə Bəni Haşimdən gizli saxlayın. İndi istəsəniz, gedə bilərsiniz.”
    Biz onun dediklərindən çox təəccüblənmiş halda evdən çıxdıq. Allaha and olsun, Ömərin dediyi sözləri, onun öldüyü vaxta kimi heç kimə demədik.(Əbu Lölö Ömərə altı bıçaq yarası vurdu. Öləcəyini bilən Ömər, xəlifə seçmək üçün şura yaratdı. Tayfa başçıları ona dedilər: "Yaxşı olar ki, hər kimin xəlifə olmasına razı olsan, onu xəlifə təyin edəsən.” Ömər dedi: "Sizin ölü və dirinizin heç birinin xilafəti ələ keçirməsini istəmirəm. Bu iş üçün yeddi nəfərin layiq olduğunu bilirəm. Peyğəmbərdən eşitmişəm ki, onlar behişt əhlidir. Birincisi Səd ibni Zeyddir. O mənim qohumum olduğu üçün, onu kənara qoyuram. Qalan altı nəfər isə bunlardır: Səd ibni Əbi Vəqqas, Əbdürrəhman ibni Ovf, Təlhə, Zübeyr, Osman və Əli.”)
    SİRLƏRLƏ DOLU BİR MƏKTUB
    Bir gün Əbu Bəkrin oğlu Məhəmməd, Müaviyəyə bir məktub yazıb onun etdiyi əməlləri tənqid etdi. Müaviyə onun məktubuna belə cavab yazdı: "Müaviyə ibni Əbu Süfyandan öz atasını danlayan bir şəxsə Məhəmməd ibni Əbu Bəkrə. Salam olsun Allaha itaət edən şəxslərə.
    Məktubunu aldım. Allahın nemətlərini iqrar etdikdən sonra elə sözlər uydurmusan ki, ondakı düşüncələrin zəif olduğunu göstərir və atanın acığına gəlib onu alçaldır. Əbu Talibin oğlunu (Əlini) müdafiə edib, onun iftixarlarını sadalamısan...
    Bunu bil ki, mən və sənin atan Peyğəmbərin vaxtında bir idik və Əbu Talibin oğlunun bütün fəzilətləri bizim üçün bir gün kimi aşkar idi. Biz onun hörmətini saxlamağı özümüzə vacib bilirdik. Peyğəmbərin ömrü başa çatan kimi, atan və onun dostu (yəni Ömər ibni Xəttab) məkr və hiylə ilə Əlinin haqqını ələ keçirib onunla müxalifət etdilər və əvvəlcədən hazırlanmış plan əsasında xilafəti özləri üçün möhkəmlətdilər. Sonra Əlidən beyət etməsini istədilər. O, bundan imtina etdikdə ona layiq olmayan sözlər deyib ona qarşı çox təhlükəli hiylələr işlətdilər. Əli məcbur qalıb onlarla beyət etdi. Onlar isə heç vaxt Əlidən məsləhət almayıb onu öz gizli işlərindən xəbərdar etmirdilər. Onların ömrü başa çatdı və hakimiyyətlərinə son qoyuldu. Ömər xilafəti Osman üçün hazırladı. Əgər hal-hazırda bizim əlimizdə olan bu xilafət düzgündürsə onun baisi elə sənin atandı; yox əgər bu hökumət zülm əsasında qurulubsa, yenə də onun baisi atandır və biz də bu günahda onunla şərik olmuşuq. Biz sənin atanın göstərişi ilə bu xilafəti ələ almışıq, əməldə ona iqtida edib, ayağımızı onun ayağının yerinə qoymuşuq (yəni əgər sənin atan onunla müxalifət etməsəydi, biz də heç vaxt Əli ilə müxalifət etməyib, xilafəti ona verərdik. Ancaq bu işi bizdən qabaq başlayan atan oldu, biz də onun yolunu davam etdirdik.) İndi atana eyib tut və onu danlayıb bizdən əl çək. Tövbə edib haqq yoluna qayıdana salam olsun!”
    ƏLİ (Ə)-IN NƏZƏRİNDƏ XƏLİFƏLƏRİN TANITDIRILMASI
    Əmirəl-möminin Əli (ə) atəşin bir xütbədə Peyğəmbərdən sonrakı xəlifələrin iç üzlərini açıb camaata çatdıraraq onların çirkin işlərini bəyan edir.
    İmam Əli (ə) buyurur: "Allaha and olsun ki, Əbu Qühafənin oğlu (Əbu Bəkr) xilafəti bir köynək kimi geyindi. Halbuki, o bilirdi ki, mən xilafət üçün (elmi və əməli kamallar nəzərindən) dəyirman daşının ortasındakı mil kimiyəm. (Dəyirman daşının həmin dəmir mıxa arxalanaraq fırlandığı və o dəmir mıx olmadıqda, heç bir faydası olmadığı kimi xilafətin də məndən başqasının əlində olması zərərlidir. Və bu halda o daş (xilafət) mənsiz bir küncdə qalıb hərəkət etməyəcək və kafirlərin əl-ayağı altında qalıb tapdalanacaq.) Elm və mərifət mənim feyz mənbəyimdən sel kimi aşıb-daşır. Elm fəzasında uçan heç bir quş mənim yüksək məqamıma çata bilməz.
    Qühafənin oğlu xilafət köynəyini haqsız olaraq geydiyi və camaatın da onu alqışladığı üçün) xilafət köynəyini buraxıb öz işimdə fikirləşirdim: görəsən əlsiz (ordu və köməksiz) ona hücum edim və öz haqqımı tələb edim, yoxsa, korluq qaranlığında (camaatın haqq yoldan azmasını görə-görə) oturub səbr edim? Halbuki, bu vəziyyət qocaları daha da qocaldıb əldən salar, cavanları isə soldurar və möminlər (fəsadın qarşısını almaq üçün o qədər) əziyyət çəkirlər ki, axırda həlak olurlar. Səbr etməyin ağıllı iş olduğunu görüb elə bir halda səbr etdim ki, sanki gözlərimdə tikan və toz, boğazımda isə sümük qalmışdı. Çünki, Əbu Bəkrin və başqalarının xilafətində zəlalətdən başqa heç bir şey görmürdüm. Yalqız və köməksiz olduğumdan heç bir şey deyə bilmirdim. Öz mirasımın tarac edildiyini görürdüm. (Xilafət mənsəbini qəsb etdilər, onun törətdiyi fəsad isə Ali Mühəmmədin (s) Qaiminin qiyam edəcəyi günə kimi qalacaqdır).
    Peyğəmbərin vəfatından sonra xilafəti nahaq yerə qəsb edib, camaatı zəlalətə saldılar. İslamın hifzi, eləcə də düşmənlərin bundan sui-istifadə etməmələri üçün məsləhəti xilafətə göz yumub səbr etməkdə gördüm. Nəhayət birincinin (Əbu Bəkrin) xilafət müddəti başa çatdı. (İki il, üç ay, on iki gündən sonra dünyadan getdi.) O, ölməmişdən bir az qabaq xilafəti özündən sonra Xəttabın oğlunun (Ömər) ağuşuna atdı. Çox təəccüblüdür ki, o xilafətdə olduğu zaman camaatdan beyətlərini geri götürməyi istəyirdi. (O, deyirdi: Əqiyluni, ələstu bixeyrikum və Əliyyun fiykum. Ey camaat! Beyətinizi geri götürün və məni xilafətdən çıxarın. Əli olan yerdə mən sizdən yaxşı deyiləm.) Ancaq ölümünə bir neçə gün qalmış xilafətin Ömərə çatacağını vəsiyyət etdi. Bu ikisi, xilafəti dəvənin döşləri kimi öz aralarında bölüşdürdülər. (Bir döşünü Əbu Bəkr, o birisini isə Ömər sağdı və dəvənin (xilafətin) həqiqi sahibini isə ondan məhrum etdilər.) O, xilafəti çox pis və düz olmayan bir yerdə qoydu. (Və Öməri özündən sonra xəlifə təyin etdi.) Halbuki, Ömər kobud sözlü və iti dilli idi. Onunla görüş əzablı, (dini məsələlərdə) səhvi çox və üzrxahlığı (səhv etdiyi hökmlərdə) saysız-hesabsız idi. Onunla müsahib (həmsöhbət) olmaq ipə-sapa yatmayan dəvəyə minməyə oxşayırdı: əgər cilovunu möhkəm saxlayıb, buraxmasan cilov onun burnunu cıracaq, yox əgər onu öz başına buraxsan səni həlakətə doğru sürükləyəcəkdir. Allaha and olsun! Camaat onun vaxtında giriftarçılığa düçar oldu, səhv yolda olub (həlakətə uğradı) və haqdan uzaqlaşdılar. Mən isə bu uzun zamanda (xn il, altı ay) səbr edərək çətinlik və qəm içində yaşadım.
    Ömər də xilafəti başa vurdu. Xilafət libasını soyunmamışdan əvvəl xilafəti bir dəstə camaatın öhdəsinə qoydu ki, mən də onların arasında idim.”(Qəsəs” surəsi, 83-cü ayə.)
    Pərvərdigara! Təşkil edilmiş bu şura üçün Səndən kömək istəyirəm! Camaat məni necə Əbu Bəkrlə bir hesab edib mənim haqqımda şəkk edirlər?! İş o yerə çatdı ki, mən bu gün bu şura əhli (beş nəfər) ilə bir sırada dururam! Ancaq (yenə də səbr etdim) və bütün bunlara baxmayaraq şurada hazır olub enişli-yoxuşlu yollarda onlara tabe oldum. (Məsləhət naminə onlarla hər yerdə razılaşdım.) Onlardan biri həsəd və kin üzündən haqqdan əl çəkib batil yolu seçdi. (Məqsəd Səd ibni Əbi Vəqqasdır. O, Osmanın ölümündən sonra da Əli (ə) ilə beyət etmədi. Çünki, Əli (ə) "Bədr” döyüşündə onun atasını öldürmüşdü.)
    Başqa biri isə Osman ilə kürəkən olduğuna görə məndən üz döndərdi. (Məqsəd Əbdürrəhman ibni Ovfdur. O, Osmanın anadan bir olan bacısının əri idi.) Adlarının çəkilməsi eyib sayılan iki nəfər (Təlhə və Zübeyr) də beyət etmədilər).
    Ömərin ölümündən sonra, onun təşkil etdiyi şura yolu ilə onların üçüncüsü (Osman) ayağa qalxdı (və xilafəti haqsız olaraq ələ aldı.) O, (çox yeyib-içdiyindən) qarnı şişən dəvə kimi, Beytül-malı yeyib qarnını doldurdu. Və atasının övladları (Bəni Üməyyə tayfası) bu işdə onunla əlbir oldular. Allahın malını ac dəvənin yazda təzə otları iştaha ilə yediyi kimi, yeyib dağıtdılar. Nəhayət onun əyirdiyi ip açıldı. (Ətrafındakı səhabələr ondan ayrıldılar.) Etdiyi əməllər onun qətlinin sürətlənməsinə səbəb oldu. Qarnının doluluğu onu üzü üstə yerə yıxdı. (Beytül-malda israf edərək kasıbların və ehtiyaclıların haqqını kəsib öz qohumlarına verdi. Camaat on bir il, on bir ay on yeddi gün xilafətdən sonra onu qətlə yetirdilər). (Osmanın ölümündən sonra) Kaftarın boynunun tükü kimi camaatın (izdihamla) hər tərəfdən hücum edib mənim başıma yığışmasından başqa heç nə mənə zərər vermədi. Camaat o qədər basabaslıq saldı ki, Həsən və Hüseyn ayaq altında qaldılar. Mənim əbamın iki tərəfi də ayaqlar altında qalıb cırıldı. Beyət etmək üçün qoyun sürüsü kimi mənim başıma toplaşdılar. Onların beyətini qəbul edib xilafət işini öhdəmə aldığım zaman bir dəstə camaat (Təlhə, Zübeyr və başqaları) beyəti pozdular, başqa bir dəstə (xəvaric və Nəhrəvan şeyxləri) isə mənim beyətimdən xaric oldular. Üçüncü dəstə (Müaviyə və başqaları) Allaha itaət etmədilər. Sanki müxaliflər eşitməyiblər ki, Allah-taala Quranda buyurub: "Əbədi həyatı o kəslər üçün qərar vermişik ki, yer üzündə fəsad törətmək və inadkarlıq etmək məqsədləri yoxdur. Gözəl mükafat isə təqvalılar üçündür”("Nəhcül-bəlağə”, ("Şiqşiqiyyə xütbəsi.) )
    Bəli, Allaha and olsun, onlar bu ayəni oxuyub əzbərləmişdilər. Lakin dünya onların gözündə gözəl cilvələndi və dünyanın (zahiri) gözəlliyi onları aldatdı. (Haqdan əl çəkib yer üzündə qarışıqlıq və fəsad törətdilər.) Agah olun! Çərdəyi yaran və insanı yaradan Allaha and olsun! Əgər o çoxsaylı camaat (beyət etmək üçün) mənə üz tutmasaydı və höccətin tamamlanmasına kömək etməsəyidilər, həmçinin Allahın alimlərdən heç vaxt zalımın məzluma zülm etməsinə və məzlumun (onun zülmü nəticəsində) ac qalmasına razı olmamaları barədə aldığı əhd-peyman olmasaydı elə o zaman mən, xilafət dəvəsinin cilovunu onun küvəninə atardım (ki, ona su verib dəvəsini hər yerə istəsə, aparsın, hər tikanlıqda istəsə otlasın. Və hər zalım və fasiqin zəlalət və zülmünə dözsün) və onu dağa-daşa yola salardım. Necə ki, ilk dəfə onu qəbul etməyib camaatı öz başına buraxdım. Çünki, siz artıq anlamısınız ki, sizin dünyanız mənim nəzərimdə keçinin burnundan gələn su kimi dəyərsizdir.”
    Category: Peyğəmbərin haqq canişini | Added by: Islam_Kitabxanasi
    Views: 501 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019