İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » Files » Etiqat » Nübüvvət

    Kitabın adı: Nübüvvət
    2011-08-27, 8:41 PM
    ƏBƏDİ DİN
    İslam nübüvvətin sonunu elan etməklə yanaşı, öz əbədiliyini və həmişəyaşarlığını da bildirdi:
    "Muhəmmədin halalı qiyamətə qədər halal və Muhəmmədin haramı qiyamətə qədər haramdır".
    Bu məsələ, ətrafında yaranmış suallar və iradlara görə səsli-küylü məsələlərdən biridir. Deyirlər: Məgər nəyinsə əbədiyi mümkündürmü? Dünyada hər bir şey əbədiliyin əksinədir; bu dünyanın ən əsas prinsiplərindən biri dəyişiklik prinsipidir; əbədi olan varsa, o da heç bir şeyin əbədi olmamasıdır.
    Əbədiliyi inkar edənlər bəzən öz sözlərinə fəlsəfi rəng verərək, bir dəlil-sübut olaraq təbiətin ümumi qanunu sayılan dəyişiklik prinsipinə əsaslanırlar.
    Məlum məsələyə yalnız bu cəhətdən yanaşarıqsa, iradın cavabı bəllidir: daima dəyişkənlikdə olan, maddə və dünyanın maddi tərkibləridir, lakin qayda-qanunları – istər təbii qanunları, sistemləri, yaxud təbii qanunlara əsaslanan ictimai qaydaları – buna aid etmək olmaz. Ulduzlar və günəş sistemi yaranaraq bir müddətdən sonra aradan gedir, fani olur, lakin cazibə qanunu həmişəki kimi öz qüvvəsindədir; bitkilər və canlılar doğulur, doğur və ölürlər, ancaq biologiyanın qanunları yaşamaqdadır.
    İnsanların və onların yaşam qanunları da belədir; Peyğəmbər daxil olmaqla bütün insanlar ölür, amma onun səmavi qanunu ölməzdir, həmişəyaşardır.
    مصطفی را وعده داد الطاف حقّ گر بميری تو نميرد اين سَبَق
    Təbiətdə dəyişkən olan qanunlar deyil, "fenomenlər"dir. İslam fenomen deyil, qanundur. İslam təbiətin qanunları ilə harmoniyalaşmadıqda ölümə məhkumdur, ancaq özünün iddia etdiyi kimi, insan və toplumun fitrətindən qaynaqlanar və təbiət və onun qanunları ilə uyğun olarsa, nə üçün ölməlidir?!
    Lakin bəzən ictimai yöndən irad edilərək deyilir: İctimai qayda-qanunlar ictimai tələblər, ehtiyaclar əsasında təyin edilmiş şərti qanunlardır. İctimai qanunlarda əsas götürülən tələblər sivilizasiya faktorlarının inkişafı və tərəqqisi ilə dəyişirlər; hər bir əsrin tələbləri başqa bir dövrün, əsrin tələbləri ilə fərqlidir; raket, atom, təyyarə, elektrik, televizor və bilgisayar əsrinin ehtiyacları at, ulağ və dəvə əsrinin tələb və ehtiyacları ilə fərqlənir; onun indiki zamandakı yaşayış qanunlarının at, ulağ və dəvə dövrünün qanunları ilə eyni olması necə mümkündür? Başqa deyişlə, sivilizasiya amillərinin tərəqqi və inkişafı, məcburi olaraq yeni istəklər gətirir; nə "tarixi məcburiyyət"in qarşısını alaraq zamanı bir halda saxlamaq və nə də zamanın tələbləri ilə ayaqlaşmamaq olmaz. Sabit və yeknəsəq qanunlara söykənmək zamanın tələbləri ilə uyğunlaşmağa və sivilizasiya karvanı ilə ayaqlaşmağa əngəl törədir.
    Şəkksiz, dinlərin, xüsusilə də İslamın qarşılaşdığı ən önəmli məsələlə budur. Gənc nəsil dəyişiklik, yeniləşmə və zamanın tələbləri ilə ayaqlaşmaqdan başqa bir mövzu haqda fikirləşmirlər. Müasir nəsillə qarşılaşarkən ilk eşidilən söz budur. Bu nəslin ifratçılarının baxışında din və yeniləşmə iki təzadlı fenomendir: yeniləşmənin xüsusiyyəti hərəkət və keçmişə arxa çevirməkdirsə, dinin xüsusiyyəti durğunluq, sabitlik və keçmişə diqqət edərək mövcud durumu qoruyub saxlamaqdır.
    Hər bir dindən daha artıq İslam bu qrupla mübarizə aparmalıdır. Çünki İslam bir tərəfdən əbədilik iddiasındadır (hansı ki bu iddianı qəbul etmək bu dəstəyə çox ağır gəlir), digər tərəfdən də insanla Allah arasındakı əlaqədən tutmuş, fərdlərin ictimai əlaqələri, ailə münasibətləri, fərd və toplum münasibətləri, insanla aləm arasındakı münasibətlərə kimi həyatın bütün sahələrinə müdaxilə etmişdir. Əgər İslam bəzi başqa dinlər kimi, bir sıra ibadətlərlə və quru əxlaqi göstərişlərlə kifayətlənərdisə o qədər də problem olmazdı, ancaq bütün bu ictimai, siyasi, hüquqi, mülki, cəza və ailə qayda-qanunları ilə nə etmək olar?
    Göründüyü kimi sözügedən iradda "tarixi məcburiyyət", "tələblərin dəyişilməsi", "zamanın tələbləri ilə uyğunlaşma"dan söz açıldığından, biz məlum iradın əsas elementini təşkil edən bu üç predmet haqda qısa izah verir, daha sonra islami prizmadan problemin həllini açıqlayırıq.
    Bu məqalə bir neçə səhifədə sözügedən mətləbi bütün təfərrüatı ilə şərh etmək iddiasında deyil, çünki bu məsələnin araşdırılması eyni zamanda fəlsəfə, fiqh, tarix və sosiologiya elmlərinə aid olub, uzun illərin araşdırmasının məhsulu olan geniş həcmli kitab tələb edir. Ümid edirik ki, bu məqalədə problemin həlli yolunun əlamətlərini göstərə biləcəyik.
    TARİXİ MƏCBURİYYƏT( 
    Yeni şəriət gətirmə. İslam dininin nəsx etdiyi (ləğv etdiyi) adət-ənənələrdən biri də, ərəblər və bəzi xalqlar arasında yayılmış "Oğulluq" məsələsi idi. Övladlığa götürülmüş şəxs irs və digər ailə münasibətlərində doğma oğul kimi hesab edilirdi. Hz. Rəsul (s) Zeyd ibn Harisə adlı qulluqdan azad olunmuş bir şəxsə sahib idi ki, o həm də Peyğəmbərin oğulluğu sayılırdı. Camaat adətləri üzrə hz. Peyğəmbərdən oğulluğu ilə doğma oğlu kimi davranmasını gözləyirdilər. Necə ki onlar özləri oğulluqları ilə bu şəkildə davranırdılar. Sözügedən ayənin məzmunu belədir: Muhəmmədi aranızdakı kişilərdən (Zeyd ibn Harisə yaxud başqa bir şəxs) heç birinin atası çağırmayın; onu yalnız Allahın rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusu kimi tanıyın və səsləyin. Səfinətul-Bihar, "zərr" sözü. Usuli-Kafi, c.1, səh.91 Rum, 30 Ənam, 153. Nisa, 28 İnsan, 3 Maidə, 48 Tərcümə: Mən maddi görkəm baxımından Adəm övladı olsam da, lakin məndə elə bir həqiqət var ki, mənim Adəmin atası olmağımı sübut edir. Bütün peyğəmbərlər mənim mənəviyyatımın və həqiqətimin öndə olması vasitəsilə, mənim ətrafıma fırlanır və mənim şəriət bulağımdan su içirlər. Bütün peyğəmbərlər yalnız öz ümmətini həqiqət üçün mənə tabe olmağa səsləmişdir. Südəmərlik dövrü bitməzdən və zahiri mükəlləfiyyət dövrü çatmazdan öncə, öz işıqlı şəriətimlə bütün şəriətlərə xitam verdim. Ali-imran, 81 Varlıq aləminin sirlərinin peyğəmbərlər, imamlar və övliyalar üçün aydin olması, intuisiya. Ənam, 115 Hədisin mətnini Məcmə əl-Bəyan təfsir kitabı, Əhzab surəsinin 40-cı ayəsini şərh edərkən, Səhihi-Buxari və Müslimdən belə nəql edir: "إِنَّما مَثََلي في الأَنبياءِ کَمَثَلِ رَجُلٍ بَنی داراً فأَکمَلَها و حَسَّنَها إلّا مَوضِعَ لَبَنَةٍ فَکانَ مَن دخلَ فيها فَنَظَرَ إلَيها قال ما إحسَنَها إلّا مَوضِعَ هذِهِ اللَّبَنَة فَأَنا مَوضِعُ هذِهِ اللَّبَنَة خُتِمَ بي الإنبِياء." Qəsəs, 7. Ənfal, 29 Ənkəbut, 69 Taha, 50 Əla, 2 və 3 Ələq, 1-5 Uzun müddət belə yayılmışdı ki, bu kitabxananı müsəlmanlar Misrin fəthi zamanı yandırmışlar. Bu şayiə o qədər gücləndi ki, son dövrün müsəlmanları onu kitablarında yazdılar. Baxmayaraq ki, bu hadisə heç bir mötəbər sənəddə qeyd edilməmişdir. Son zamanlar tədqiqatçılar sübut etdilər ki, bu kitabxana təəssübkeş xristianlar tərəfindən yandırılmış və müsəlmanlara aid etmə şayiəsi isə, o dövürlə iki əsr fasiləsi olan bir xristian tərəfindən söylənilmişdir (Bax: "Sivilizasiyalar tarixi" Vil Dürant, c.11, səh.219 və məlum mövzuda qələmə alınmış "İskəndəriyyə kitabxanası" Şibli Nöman" (farsca)) İslamda dini təfəkkürün dirçəldilməsi (farsca), səh.145 və 146. Üsuli-Kafi, səh.17 Tarixi determinizm Halalu Muhəmmədin halalun ila yaumil qiyamə və haramuhu haramun ila yaumil qiyamə Ənfal, 60 At çapmaq və ox atmaq Əhzab, 6. Bax: Tənbih əl-Umməh, müəllif: mərhum Ayətullah Naini, səh.97-102 və "Mərcəiyyət və ruhaniyyət" kitabında (ikinci çap) Əllamə Təbatəbainin qələmi ilə yazılmış "Vilayət və ziamət" məqaləsi, səh.82-84. Ali-İmran, 104 Üsuli-Kafi, c.1, səh.54 İlahiyyati-Şifanın sonu. Məktəblər, məs. Humanizm, Modernizm, Materializm və s. kimi "izm"lər. "ظاهِرُهُ أَنيقٌ و باطنه عميقٌ، لَهُ تُخومٌ و علی تُخومِهِ تُخومٌ لا تُحصی عَجائبُهُ و لا تُبلی غرائِبُهُ." "Üsuli-Kafi", c. 2, səh. 599 ”ما بالُ القرآنِ لا يزيدُ بالنَّشرِ إلّا غصاصةً؟ قال (ع) لأنَّهُ لَم يُنزَل لِزمانٍ دونَ زَمانٍ و لا لِناسٍ دونَ ناسٍ، و لِذلِکَ فَفِي کلِّ زَمانٍ جَديدٌ و عِندَ کلِّ ناسٍ غَضٌّ" "Uyunu əxbar ər-Rza", daş çapı, səh. 239 نَضَّرَ اللهُ عَبداً سَمِعَ مَقالَتِي فَوَعاها و بَلّغَها مَن لَم يَسمَعها، فَرُبَّ حامِلِ فِقهٍ غَيرِ فَقيهٍ و رُبَّ حامِلِ فِقهٍ إِلی مَن هُوَ أَفقَهُ مِنهُ" " "Üsuli-Kafi", c.1, səh.403  
    )
    İki hissədən ibarət söz birləşməsi: məcburiyyət, tarix.
    Məcburiyyət qaçılmazlıq, hökmən müəyyən tərzdə olmaq, filosofların təbirincə isə zərurət və vaciblik deməkdir. Misal olaraq 5x5 zəruri və məcburi olaraq 25-ə bərabərdir, yəni hökmən belədir, bunu əksi qeyri-mümkündür. Aydındır ki, fəlsəfi məna daşıyan bu termində məcburiyyət ikrah və zor tətbiq etmə mənasında işlənən hüquqi, fiqhi və ümumi kütlənin anladığı məcburiyyətlə fərqlidir. 5x5 zor tətbiq edən, məcbur edən bir qüvvənin deyil, öz zati təbiətinin hökmünə uyğun olaraq 25-ə bərabərdir.
    Tarix isə insan sərgüzəştindən ibarət hadisələr toplusudur. İnsanın həyatı müəyyən bir prossesdən keçir və onu idarə edən bir sıra qüvvələr vardır. Tikiş maşını əl ilə, yaxud fabrik buxarla işlədiyi kimi, tarix də bir sıra amillər və qüvvələrlə işləyir, idarə edilir, yüksəlir.
    Demək, tarixi məcburiyyət bəşər sərgüzəştinin qaçılmazlığından ibarətdir. "Tarixin hərəkəti məcburidir" – dedikdə, bəşərin ictimai həyatında təsirli amillərin qəti, qaçılmaz təsirlərə malik olması nəzərdə tutulur; bu amillərin təsirediciliyi labüd və qaçılmazdır.
    "Tarixi məcburiyyət" sözü dövrümüzdə böyük bir dəyər qazanmışdır. Hazırda bu söz, keçmişdə "qəza və qədər" sözünün ifa etdiyi rolu oynayır: olaylar qarşısında təslim olmaq üçün bir növ bəhanə və təqsirlər üçün üzrdür.
    Qarşısında razılıq və təslim olmaqdan başqa bir çarə tapılmayan qaniçən aslan keçmişdə qəza və qədər idi, hazırkı zamanda isə, tarixi məcburiyyət.
    Əslində, həm "qəza və qədər" və həm də, "tarixi məcburiyyət" düzgün fəlsəfi anlama malikdir; onların əsl mənalarının doğru qavranılmaması yalnış şəkildə ifadə edilmələrinə səbəb olmuşdur. İnsan və Tale kitabında qəza və qədərə dair söz açmışıq. Keçək tarixi məcburiyyətə.
    Dünyanın digər olayları kimi bəşər həyatının da dəyişməz bir qanuna tabe olmasına və başqa faktorlar kimi tarixi amillərin qəti, zəruri təsirə malik olmasına heç bir söz yoxdur. Qurani-kərim də özünəməxsus deyişi ilə "sünnətullah" (Allahın sünnəsi, dəyişməz adəti) adı altında bunu təsdiqləmişdir. Ancaq söhbət bu amillərin təsiretmə formasından gedir. Görəsən tarixi amillərin məcburi təsiri hər bir şeyin keçici, məhdud və məhvə məhkum olması tərzindədir, yaxud başqa bir tərzdə?
    Aydındır ki, bu, amilin növündən asılıdır. Tarixin mühərrikləri sabit və əbədi olarsa, onların məcburi təsiri müəyyən bir prossesi davam etdirmək tərzində olacaqdır. Və əksinə, keçici olduqda onların məhsul və təsirləri də keçici olacaqdır. Tarixi amillərdən biri də cinsi amildir. Sabit və dəyişməz olan bu amil daima insanları ailə qurmaq, həyat yoldaşı seçmək və övlad dünyaya gətirməyə tərəf sövq etmişdir. Bəşər tarixi boyunca ailə həyatı əleyhinə edilən inqilabların hamısı uğursuzluqla nəticələnmişdir. Niyə? Çünki tarixi məcburiyyətin əksinə həyata keçmişdir; tarixi məcburiyyət bunun yaşamasını tələb edirdi. Tarixi faktorlardan biri də din amilidir. Bəşərin daxilində pərəstişə tərəf (formasından asılı olmayaraq) meyl olmuşdur. Bu amil bütün dönəmlərdə öz rolunu ifa edərək dinə diqqətin unudulmasının qarşısını almışdır.
    Demək, tarixi məcburiyyəti keçicilik və məhdudiyyətlə bərabərləşdirərək hər bir qanun-qaydanın dəyişkənliyi üçün əsas götürmək tam yalnışdır. Tarixi məcburiyyət - iqtisadi istehsal faktoru kimi müəyyən bir faktorun dəyişərək, başqa bir faktorun onu əvəz etdiyi təqdirdə dəyişkənliklə nəticələnəcəkdir. Elə isə, insan və onun ehtiyacları, tarixə hərəkətverici qüvvələr və cəmiyyətdə hər bir amilin təsiretmə dairəsini bilməli və bununla da, faktorların hər birinin hüdudunu, hansının ölməz və davamlı, hansının qeyri-sabit və dəyişkən olmasını üzə çıxarmalıyıq.
    Həqiqət budur ki, tarixi məcburiyyətin insan həyatının bütün sahələrinin dəyişkənliyi ilə eyni olması fərziyyəsi, "təkqütblü insan" fərziyyəsinin məhsuludur. Bu fərziyyəyə əsasən, insan yalnız bir orijinal qütbə malikdir, tarixin dəyişkənliyi isə, bircəhətli dəyişkənlikdir. Bu fərziyyənin tərəfdarlarına görə, hər bir dönəmdə tarixin əsas və orijinal amili iqtisadiyyatdır; sərvətlərin istehsalı və bölüşdürülməsi, fərdlərin iqtisadi əlaqələri, o cümlədən: fəhlə və kapitalist, əkinçi və feodal və s. arasındakı münasibətlər (əlbəttə ki, bunlar qeyri-sabit, dəyişkən münasibətlərdir) din, elm, fəlsəfə, qanun, etika və incəsənət kimi həyatın digər yönlərini müəyyənləşdirir. İlk olaraq dünyada geniş səs-küylə sonlanan bu fərziyyə hazırda öz əvvəlki dəyər və etibarını itirmişdir. İndi dünya və tarixi materialistcəsinə izah edən bir çox alimlər belə bu fərziyyəyə arxa çevirmişlər.
    İnsanın, "bu naməlum varlığ"ın neçə qütblü olması və insan tarixinin neçə qütblü fərzlə izahına dair elmi baxımdan qəti şəkildə söz deyilə bilməməsinə baxmayaraq, insanın birqütblü olmaması danılmazdır. İnsanın birqütblü olması və insan tarixinin bir xətt üzərində hərəkət etməsi fərziyyəsi, ən puç və əsassız fərziyyələrdən biridir.
    EHTİYACLAR
    Doğrudurmu ki, bəşərin bütün ehtiyacları dəyişkəndir? Və ehtiyaclar dəyişdikcə onunla əlaqədar qanun-qaydalar da dəyişir?
    Cavab budur ki, nə bütün ehtiyaclar dəyişkəndir. Və nə də ehtiyacların dəyişkənliyi onunla əlaqədar həyatın əsas prinsiplərinin, qanunlarının dəyişdirilməsini tələb edir?
    Birinci hissəyə gəldikdə deməliyəm ki, ehtiyaclar iki növdür: birinci dərəcəli və ikinci dərəcəli ehtiyaclar. Birinci dərəcəli ehtiyaclar bəşərin psixoloji və bioloji quruluşunun dərinliyindən və ictimai həyatın təbiətindən qaynaqlanır. Nə qədər ki, insan insandır və nə qədər ki, onun həyatı toplum şəklindədir, bu ehtiyaclar olacaqdır. Bu ehtiyaclar bioloji, ruhi-psixoloji, yaxud da ictimaidir. Bioloji ehtiyaclara misal olaraq qida, geyim, məskən, həyat yoldaşı və s.-yə; ruhi ehtiyaclara isə, elm, gözəllik (estetika), yaxşılıq, sitayiş, ehtiram və tərbiyəyə; nəhayət ictimai ehtiyaclara isə, yardım etmə, fikir mübadiləsi, ünsiyyət, azadlıq və musavata olan ehtiyacları göstərmək olar.
    İkinci dərəcəli ehtiyaclar birinci dərəcəli ehtiyaclardan qaynaqlanır. Hər bir dövrdə başqa dönəmlərlə fərqlənən müxtəlif növ yaşayış əşyalarına, avadanlıqlara, cihazlara olan ehtiyaclar bu qəbildəndir.
    Birinci dərəcəli ehtiyaclar bəşəriyyəti həyatın təkamül və inkişafına tərəf çəkən amildir. İkinci dərəcəli ehtiyaclar isə, həyatın təkamül və inkişafının məhsulu olub, eyni zamanda bəşəri daha geniş inkişaf və daha yüksək təkamülə tərəf hərəkətə gətirir.
    Ehtiyacların dəyişilməsi, onların yenilənməsi və köhnəlməsi ikinci dərəcəli ehtiyaclara aiddir. Birinci dərəcəli ehtiyaclar nə köhnəlir, nə də aradan gedir; həmişə aktiv və yenidir. İkinci dərəcəli ehtiyacların da bəzisi belədir. O cümlədən, qanuna olan ehtiyac. Qanuna olan ehtiyac ictimai yaşayışa olan ehtiyacın məhsulu olmaqla yanaşı, eyni halda daimi və ölməzdir. Bəşərin qanuna olan ehtiyacları heç vaxt kəsilməyəcək və o, qanuna qarşı ehtiyacsız olmayacaqdır.
    Keçək ikinci hissəyə. Doğrudur, sivilizasiya amillərinin tərəqqisi yeni ehtiyaclar yaradır və bəzən bir sıra ikinci dərəcəli qayda-qanunlar tələb edir, məsələn müasir nəqliyyat vasitələri şəhərlər üçün "yol hərəkət qaydaları" adlı bir sıra qanun-qaydaların və ölkələr arasında bəzi beynəlxalq qanunların təyin edilməsini tələb edir. Hansı ki, keçmişdə belə qanunlara heç bir ehtiyac yox idi; ancaq sivilizasiya amillərinin tərəqqisi hətta alver, qəsb, zaminlik, irs və nikah və s.-ə aid hüquqi, cəza xarakterli və mülki qanunların belə (ədalət və real fitri hüquqa söykəndiyi təqdirdə) dəyişdirilməsini tələb etmir, o da ki qalsın insanla Allah və ya cəmiyyət münasibətlərilə bağlı qanunların dəyişdirilməsinə.
    Qanun ehtiyacların təmin edilməsinin düzgün, ədalətli və şərəfli yolunu müəyyənləşdirmişdir. İstifadəsi gərəkli əşyaların və avadanlıqların dəyişikliyi, onların əldə edilmə və ədalətli mübadilə yolunun dəyişdirilməsinə səbəb olmur. Bu dəyişiklik yalnız bir surətdə ola bilər ki, həyatımızda lazımlı olan əşyaların, avadanlıqların əvəziləndiyi və tərəqqi etdiyi kimi, haqq, ədalət və əxlaq məfhumlarının da dəyişkən olmasını fərz edək. Başqa sözlə, haqq və ədalətin nisbi məfhumlar olduğunu, yəni müəyyən bir zamanda haqq, ədalət, əxlaq sayılan hər hansı bir predmetin, başqa bir dönəmdə haqqsızlıq, ədalətsizlik və əxlaqsızlıq olduğunu fərz edək.
    Hazırda bu fərziyyə haqda çox danışılır, ancaq bu yazıda məlum məsələni araşdırmağa macal yoxdur; bu qədərlə kifayətlənirik ki, haqq, ədalət və əxlaq anlamlarının düzgün qavranılmaması, dərk edilməməsi bu fərziyyə ilə nəticələnmişdir. Haqq, ədalət və əxlaq məsələsində dəyişkən olan onların həqiqət və mahiyyəti deyil, onların icra forması və praktiki inikasdır.
    Hər hansı bir ana yasa hüquqi və fitri bazisə yiyələnər, həmişəyaşar bir dinamizmdən qidalanar, həyatın magistral yollarını göstərər və sivilizasiyanın dərəcəsindən asılı olan yaşayışın forması barədə susarsa, həyatın dəyişikləri ilə ayaqlaşa bilər, hətta bu dəyişiklikləri istiqamətləndirə də bilər.
    Qanunla günbəgün dəyişən ehtiyaclar arasındakı ziddiyyət o zaman baş qaldırır ki, qanun hərəkət xəttini göstərmək əvəzinə, həyatın forma və zahirinə fikir versin; məsələn, mədəniyyət və sivilizasiya ilə tam bağlı olan xüsusi əşyaları, avadanlıqları həmişəlik olaraq imzaladığı zaman, məlum təzad ortaya çıxır.
    Qanun, yazarkən hökmən əldən, minikdə at və eşşəkdən, işıqlandırmada neft çırağından və geyimdə əldə toxunmuş paltarlardan və s. istifadə edilməsini deyərsə, belə bir qanun elm, sivilizasiya və onun tələbləri ilə mübarizəyə qalxmışdır və şübhəsiz ki, tarixi məcburiyyət onu dəyişdirəcəkdir.
    Qanun xüsusi və maddi olduqca, yəni özünü xüsusi maddələr və formalarda hasarladıqca yaşamaq və davamedicilik şansı azalacaq, əksinə, ümumi və mənəvi olduqca və öz diqqətini əşyaların zahiri formalarına deyil, əşyalarla şəxslər arasındakı münasibətlərə yönəltdikcə yaşamaq və davamedicilik şansı artacaqdır.
    Category: Nübüvvət | Added by: Islam_Kitabxanasi
    Views: 954 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024