İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Nübüvvət

    Kitabın adı: Nübüvvət
    2011-08-27, 8:34 PM
    İCTİHAD
    Ümmətin alimlərinin ən mühüm vəzifə və məsuliyyətlərindən biri də "ictihad"dır. İctihad dedikdə, İslam qanunlarını dərk etmək üçün düzgün metodla dörd əsas qaynaqdan istifadə nəzərdə tutulur. Kitab, sünnət, icma və əql bu dörd mənbəni təşkil edir.
    "İctihad" sözü ilk dəfə olaraq Peyğəmbərin (s) hədislərində işlənmiş və daha sonra müsəlmanlar arasında yayılmışdır. Bu söz Quranda gəlməmişdir. Quranda məna etibarı ilə bu sözün sinonimi "təfəqquh" sözüdür. Quran açıq-aşkar şəkildə dini dərindən fəhm etməyə (yəni təfəqquhə) səsləmişdir.
    İctihad, yaxud təfəqquh xatəmiyyət dövründə çox həssas bir vəzifəni öhdəsinə almışdır və İslamın əbədi yaşamasının mümkünlüyünün şərtlərindəndir. Tam düzgün olaraq ictihadı İslamın hərəkətverici qüvvəsi adlandırmışlar. Böyük İslam alimi İbn Sina özünəməxsus ziyalılığı ilə bu məsələni belə izah edir:
    İslamın əsas qanunları sabit, dəyişməz və məhduddur. Lakin hadisələr və məsələlər sonsuz və dəyişkəndir və hər bir zamanda özünəməxsus tələbləri və məsələləri vardır. Bu səbəbdən hər bir dövrdə İslamın əsas qanunlarını bilən və zamanın məsələlərini və yenilikləri ilə tanış olan mütəxəssis bir qrup lazımdır ki, ictihadı və İslamın əsas qanunlarından yeni məsələləri çıxarmağı (istinbat etməyi) öz öhdəsinə götürsün.
    İslam alimləri İslam sivilizasiyasının parlaq dövrlərində, yəni bəsit və bədəvi cəmiyyətin sürətlə genişlənərək asiya, avropa və afrikanın bir hissəsini bürüdüyü, hər birinin özünəməxsus mədəniyyəti olan ayrı-ayrı xalqlara, qəbilələrə hakim kəsildiyi və minlərlə yeni məsələnin meydana gəldiyi bir zamanda onlara həvalə edilmiş vəzifənin öhdəsindən lazımınca gələrək dünya xalqlarını təəccübə gətirdirlər. İslam alimləri sübuta yetirdilər ki, islami qaynaqlar düzgün təyinetmə və çıxarış şərtilə, dəyişkənlikdə və inkişafda olan bir toplumla irəliləyə və ona yol göstərə bilər; isbat etdilər ki, İslam hüququ ölməzdir və zamanın inkişafından doğan istəklərlə ahəngdar olmaq və hər bir dövrün tələblərinə cavab vermək qabiliyyətinə malikdir.
    İslam fiqh tarixini o dövrdə araşdıran şərqşünaslar və hüquqşünaslar bu həqiqətə etiraf edir və İslam hüququnu müstəqil və həmişəyaşar bir hüquqi məktəb kimi tanımışlar.
    Hicri-qəməri tarixinin yeddinci yüzilliyinə kimi ictihad haqqı qorunurdu və ictihad qapısı açıq idi. Sözügedən əsrdə bu haqq xüsusi tarixi səbəblərə görə, qondarma bir şura və icma ilə alimlərdən alındı və alimlər həmişəlik olaraq hicrətin ikinci və üçüncü əsrinin alimlərinin nəzərlərinə tabe olmağa məcbur oldular və buradan fiqhi məzhəblərin dörd məşhur məzhəbdə məhdudlaşması meydana gəldi.
    İctihad qapısının bağlanması İslam aləmində böyük bir faciə hesab edilir. Bu bəlkə də müəyyən qədər bir sıra ifrat ictihadların adekvat reaksiyası sayılırdı. Hər halda İslam fiqhində donmalar, qapanmalar bu vaxtdan başladı.
    İctihad qapısının bağlanması əhli-sünnə arasında baş verdi və birbaşa şiə dünyası ilə əlaqədə deyildi, ancaq istər-istəməz şiə aləmində də öz xoşaçəlməz təsirini bağışladı. Yeddinci yüzillikdən (h.q) sonra şiə fiqhində dərin baxışlar yaranmış və bəzi bölmələrdə geniş dəyişiklik baş vermişdir. Bununla yanaşı inkar etmək olmaz ki, bu fiqhi sistemdə də yeddi əsr əvvəlki formada məsələləri ortaya atmaq, günün ehtiyacı olan məsələlərlə üzləşməkdən yayınmaq və daha yeni, daha dərin üslübların ixtirasına qarşı meylsizlik çılpaqlığı ilə özünü göstərir.
    Çox təəssüfləndirici haldır ki, son əsrlərdə cavanlar və necə deyərlər müsəlman ziyalıları arasında, qərbçiliyə və şərq, İslami dəyərlərinin inkarına qarşı təmayüllər və qərbin "izm"lərini tam şəkildə təqlid etmə baş qaldırmış və yayılmaqdadır. Ancaq sevindiricidir ki, bu növ kortəbii və yuxulu təmayüllər qarşısında bir oyanışın doğması hiss olunur.
    Bu yuxulu azğınlığın kökü İslam qanunlarının, necə deyərlər "doqmatik" cəhətindən zehnlərində yaranan yalnış təsəvvürdür. Əsrlər boyu ictihadın donuqluğu bu səhv təsəvvürlərə yardım etmişdir. Bu arada müsəlmanların məsul şəxslərinin və hidayətçilərinin vəzifəsidir ki, bu tip təmayüllərin qarşısında məntiqli şəkildə dayansınlar.
    Bu cərəyanın səbəb və faktorları heç kimə gizli deyil. Gizlədilməməyi gərəkli olan məsələ budur ki, son əsrlərdə İslam dünyasına fikir donuqluğu hakim kəsildi və xüsusilə İslam fiqhinin hərəkətdən dayanması və keçmişə təmayüllü ruhun yaranması və zamanın ruhu ilə qarşılaşmaqdan çəkinmə bu uğursuzluğun səbəblərindən biri sayılır. Hazırda İslam dünyası hər dövrdən daha artıq elə bir qanunverici inqilaba ehtiyaclıdır ki, yeni, əhatəli və universal bir baxışla İslam təlimlərinin dərinliyindən qaynaqlansın və qərb təfəkkür müstəmləkəçiliyinin ipi müsəlmanların əl-ayağından açılsın.
    YENI BAXIŞLAR
    İslam elmləri və fəlsəfəsi tarixində heyrətləndirici mövzulardan biri də, tədqiq, kəşf və istinbat üçün İslam qaynaqlarının xüsusilə də, Qurani-kərimin tükənməzliyidir. Bu təkcə fiqhi və hüquqi məsələlərdə deyil, bütün bölümlərdə belədir. Hər bir bəşər kitabı, şah əsər olsa belə, mütaliə və araşdırma üçün məhdud potensiala malikdir. Onun bütün incəliklərini üzə çıxarmaq üçün üzərində bir neçə nəfər mütəxəssisin çalışması kifayətdir; Quran isə, 14 əsr boyunca həmişə yüzlərlə mütəxəssisin onun üzərində işləməsinə baxmayaraq, göstərmişdir ki, tədqiq və ictihad baxımından tükənməz potensiala malikdir. Bu baxımdan Quran təbiətə bənzəyir. Baxışlar genişləndikcə, dərinləşdikcə və tədqiqatlar, araşdırmalar çoxaldıqca yeni-yeni sirlər üzə çıxarır. Quranda aləmin başlanğıcı və sonu haqqındakı təlimlər, hüquq, fiqh, əxlaq, tarixi hadisələr və təbiətlə bağlı məsələlərin 14 əsr boyunca meydana gəlmiş və köhnəlmiş və günümüzə yetişmiş "baxış"larla müqayisəli şəkildə dəqiq mütaliəsi həqiqəti aydınıaşdırır.
    Baxışlar irəlilədikcə, genişləndikcə, dərinləşdikcə özünü Quranla daha eyniləşdirmişdir; doğrudan da öz Rəsuli-Əkrəmin əbədi möcüzəsi sayılan səmavi bir kitab məhz belə olmalıdır.
    Quranın ən böyük düşməni müəyyən bir dövrün spesifik baxışı üzərində dayanışdır. Necə ki, təbiətlə tanışlığın ən böyük əngəli bu idi ki, alimlər təbiəti tanımanın keçmişdə Aristotel və Platon və s. kimi şəxslər tərəfindən formalaşmış məsələlərdən ibarət olduğunu düşünürdülər.
    Qurani-kərimin və hətta Rəsuli-Əkrəmin kəlamlarının sonsuz araşdırma, tədqiqetmə potensialına malik olması və baxışların məhdudlaşdırılmaması öncədən İslamın böyük öndərinin diqqət mərkəzində olmuş və onu öz yaxınlarına xatırlatmışdır. Hz. Rəsul öz sözlərində Quranı müəyyən bir dövrə xas olan baxışla məhdudlaşdırılmanın düzgün olmadığını dəfələrlə qeyd etmişdir. O aşağıdakı hədisində buyurur:
    Quranın zahiri gözəl və batini dərindir, o müəyyən hüduda və sona malikdir və onun fövqündə özgə bir hüdud və son vardır, onun heyrətamizlikləri qurtarmır və yenilikləri köhnəlmir.
    İmam Sadiqdən (ə) soruşuldu: Hansı sirdir ki, Quranın camaat arasında daha çox yayılaraq oxunması və onun üzərində araşdırma və tədqiqatın artması bir daha onun təravətini artırır? İmam bu sualı belə cavablandırdı:
    Bu sirrin səbəbi budur ki, Quran müəyyən bir dövr və xalq üçün nazil olmamışdır; Quran bütün zamanlar və bütün insanlar üçündür. Bu baxımdan hər bir dönəmdə yeni və bütün insanlar üçün təzədir.
    Hz. Rəsul öz sözlərinin dəqiqiliyi ilə qeyd edilərək başqalarına çatdırılmasını təkid edərkən, bu məqamı xüsusilə vurğulamışdır ki, ola bilər məni dinləyən kəs dərkə malik olmasın və yalnız sözü dərk sahibinə ötürməkdə vasitəçi olsun və eləcə də ola bilər dərk sahibi olsun, ancaq hədisi xitab etdiyi şəxs daha dərin baxışa malik olsun.
    Tarix göstərdi ki, sonrakı dövrlər o həzrətin söylədiklərini dərk etməkdə daha çox fəhm büruzə vermişdir.
    İCTIHADIN NISBILIYI
    Ardıcıl və təkmilləşmiş baxışların təsiri heç bir yerdə fiqhi məsələlər qədər qabarıq deyildir. İslam fiqhi neçə dövrləri öz arxasında qoymuş və hər bir dövrə xüsusi təfəkkür tərzi hakim kəsilmişdir. Hazırkı dövrün istinbat prinsipləri və qaydaları min il və yeddi yüz il bundan öncə ilə çox fərlənir. Şeyx Tusi kimi min il bundan öncə yaşamış alimlər, şübhəsiz öz dövrlərində tanınmış müctəhidlər olmuş və xalq kütləsi haqlı olaraq onlara təqlid edirmişlər. Onların düşüncə və baxış tərzi, yazdıqları fiqh, xüsusilə də "Üsul" kitablarında tam çılpaqlığı ilə özünü göstərir. Müəllifinin təfəkkür tərzini göstərən "Üsul" elmində yazılmış Şeyx Tusinin "Uddə" adlı kitabı əlimizdədir. Lakin sonrakı dövrlərin fəqihləri tərəfindən, o tip düşüncə tərzi artıq nəsx edilmişdir. Çünki daha yeni, daha dərin, daha geniş və realist düşüncələr gəlmiş və onun yerini doldurmuşdur. Necə ki, hazırkı dönəmdə hüquqi, psixoloji və sosioloji elmlərin inkişafı, fiqhi məsələlər üzərində yeni diqqətlərin yaranmasına səbəb olmuşdur.
    Görəsən o dövrün özünəməxsus təfəkkürünə sahib olan alimləri, müctəhid idilərmi? Və xalq haqlı olaraqmı onlara təqlid edir və onların görüşlərini islami qanunların təyinləşdirilməsi üçün meyar bilirdilər? Cavab müsbətdir. Bir daha soruşulsa ki, bu dövrdə bir tələbə, hicrətin dörd və beşinci yüzilliyindən bu yana yazılmış bütün kitabları, təlifləri, əsərləri göz ardına vuraraq, özünü beşinci əsrdə düşünərək, Şeyx Tusinin dönəmində alimlərin etdikləri mütaliələri yerinə yetirmək və onların təfəkkür tərzini mənimsəmək istəsə, belə bir şəxs həqiqətən müctəhiddirmi? Ümumi kütlənin ona təqlid etməyə haqqı varmı? Cavab mənfidir. Niyə? Bu şəxslə beşinci əsrin insanları arasında hansı fərq vardır? Fərq buradadır ki, onların yaşadığı dövrdə o təfəkkür tərzi yeganə təfəkkür sayılırdı. Bu şəxs isə, elə bir dövrdə yaşayır ki, daha mükəmməl baxışlar həmin təfəkkür tərzininin yerini doldurmuş və keçmiş baxış artıq nəsx edilmiş, öz səlahiyyətini itirmişdir.
    Buradan yaxşıca anlaya bilərik ki, ictihad "nisbi", təkmilləşməkdə olan bir anlamdır ki, hər bir dönəmdə özünəməxsus baxış və dərk tələb edir. Bu nisbilik iki şeydən qaynaqlanır: tədqiqat və kəşf üçün islami qaynaqların tükənməz istedadı, ikincisi isə, elmlərin və bəşər düşüncələrinin təbii təkamülü; xatəmiyyətin böyük sirri də elə budur.
    Category: Nübüvvət | Added by: Islam_Kitabxanasi
    Views: 797 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024