İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Namazin hikmət və sirləri

    Namazin hikmət və sirləri
    2012-01-04, 5:27 AM
    NAMAZIN HİKMƏT VƏ SİRLƏRİ
    HƏZRƏT AYƏTULLAH İMAMİNİN MÜQƏDDİMƏSİ
    Bismillahir-Rəhmanir-Rəhim. Əlhəmdulillahi Rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla səyyidinə Muhəmmədin və alihi əcməin.
    Qarşınızdakı kitab böyük alim, yüksək məqamlı fəqih, mərhum Ayətullah hacı şeyx Əhməd Ehtimamın əsərlərindəndir. Bu qiymətli əsər faydalı olmaqla yanaşı insan ruhuna səfa verir, onun düşüncə və qəlbini qüvvətləndirir.
    Əgər ölkəmizin əziz gəncləri bu kitabın mətləbləri ilə yaxından tanış olsalar, onların ibadətə, xüsusi ilə namaza baxışları tamamilə dəyişər və dini hökmlərimizə münasibətdə bir növ yaxınlıq əldə edərlər.
    Kitabın birinci cildi müəllifin həyatı zamanı çapdan çıxmış, ikinci cildi isə nizamsız halda tərtib olunmuşdu. Sonradan mərhumun davamçıları kitabı nəzmə salaraq məndən xahiş etdilər ki, öz münasibətimi bildirim. Allah-təalanın yardımı ilə hazırkı kitabı nəzərdən keçirib qaydaya salaraq çapa hazırladım. Nəhayət qarşınızdakı kitab işıq üzü gördü.
    Ümidvaram ki, mərhum Ayətullah Ehtimamın davamçıları onun digər qiymətli əsərləri üzərində də işləyib oxucuların ixtiyarına verəcəklər.
    Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.
    İsfahan, "Nimavord” mədrəsəsi.
    Seyyid Həsən Fəqih İmami, 1375.
    GİRİŞ
    Elm və dinin inkişafı bir guşədə əyləşib öz iti qələmi ilə varlıq aləmini təsvir edən, elm və dinin sirlərini açıqlayan, həmçinin bəşəriyyətin nicat yolunu Quran, sünnət və ağıl nuru ilə işıqlandıran xalis insanların zəhmətləri sayəsində ərsəyə gəlir.
    Mərhum Ayətullah Ehtimam şərq aləminin böyük alimlərindən sayılır. O, öz səlis və aydın bəyanı ilə ibadətin hikmətini, fəlsəfəsini elmi surətdə açıqlayıb gəncləri dinə doğru daha da rəğbətləndirmişdir. O, Quran ayələrinin və Əhli-beyt (ələyhimussalam)(Yəni "Onlara salam olsun”.) rəvayətlərinin elmi sirlərini açıqlamış, müasir elmlərdən istifadə etməklə ayə və rəvayətləri təfsir etmişdir.
    Mərhum bu kitabın birinci cildində ən çox təharət, nəcasət bəhsinə və uyğun fiqhi hökmlərə yer vermişdir. Kitabın ikinci cildində isə namazın fəlsəfə və sirrinə varmış, həmçinin namaza aid olan cəzbedici nöqtələrə arifcəsinə işarələr etmişdir. Bunu oxuyan hər bir şəxs istər-istəməz namazın mənəvi yönlərinə aşiq olaraq ləzzət alır. Müəllif namazın elmi və ictimai sirlərinə də toxunaraq onları gözəl surətdə açıqlamışdır. Kitabın üçüncü cildi isə Allahı tanıma bəhslərinə aid edilmişdir. İnşaallah mərhumun bə`zi əsərləri tezliklə hörmətli oxucuların ixtiyarına veriləcəkdir.
    Ayətullah Ehtimamın əhkam fəlsəfəsinə aid kitabları 1340-cı (1962) ildə nəşr olunmasına baxmayaraq hələ də öz təravət və şirinliyini itirməmişdir.
    Fürsətdən istifadə edib mərhumun ailəsinə, xüsusi ilə Ayətullah İmamiyə, onun kürəkəni Mirzə Hüseyn Babasəfəriyə, həmçinin onun qızı Ehtimam xanıma bu kitabın nəşr olunmasında çəkdikləri zəhmətlərə görə öz təşəkkürümü bildirirəm.
    Əlavə olaraq, bu əsərin çapa hazırlanmasında mənimlə həmkarlıq edən dostlarıma, o cümlədən Möhsün Molla Kazimiyə, Hüseyn Nəbəviyə və Nəsrullah Süleymaniyə minnətdarlıq edirəm.
    Vəlhəmdulillahi Rəbbil aləmin.
    Məhəmməd Əli Rizayi İsfahani, Qum, 1384. (2005)
    MÜƏLLİFİN TƏRÇÜMEYİ-HALI
    Mərhum həzrət Ayətullah Şeyx Əhməd Ehtimam (Molla Əhməd) hicri-şəmsi 1290-cı ildə İsfahanın şimal-qərbində, şəhərin 5 kilometrliyində yerləşən "Rəhnan”da, dindar bir ailədə dünyaya göz açmışdır. Hələ uşaq çağlarından daxilində elmə, mütaliəyə olan istedad və şövqü onu məktəbə rəğbətləndirmişdir.
    Elm yolunda qarşıya çıxan çeşidli çətinliklər onu elmdən uzaqlaşdırmamış, əksinə iradəsini daha da gücləndirmişdir.
    Mərhum Ehtimam müqəddimə dərslərini Şeyx Məhəmməd Riza Rənaninin, ali səth dərslərini isə ağa Seyid Məhəmməd Nəcəfabadi, Ayətullah Şeyx Məhəmməd Riza Kəlbasi və Ayətullah hacı Seyid Əli Nəcəfabidinin hüzurunda oxumuşdur. O, h.ş.1314-cü ildə hərbi xidmətə çağırılaraq xidməti başa vurduqdan sonra yenidən təhsilini davam etdirmiş, Ayətullah Kəlbasinin istəyi ilə müqəddəs ruhani libası geymiş, "Rəhnan” şəhərində İslam dininin yayılmasında səy göstərməklə yanaşı, məscidlərin birində "imam camaat” vəzifəsini öz öhdəsinə götürmüşdür.
    Hövzəvi elmlərlə yanaşı klassik və təcrübi elmlərdən (kimya, fizika, riyaziyyat və s.) də bəhrələnmişdir.
    Mərhum Ayətullah Ehtimam İslam elmlərinə dərindən yiyələnərək əhkama olan diqqəti sayəsində müasir elmlərdən istifadə etmiş, "Hökmlərin fəlsəfəsi” adlı iki cilddə olan kitab yazaraq qısa bir müddət ərzində oxucuların ixtiyarına vermişdir.
    Mərhumun iki qiymətli əsəri, Ayətullah Nəcəfinin "Üsul” kitabına yazılmış "Haşiyə” və 26 cilddə tərtib olunmuş "Fiqhe istidlali” adlı kitabları hələ ki, çapdan çıxmamışdır. Ümidvarıq ki, tezliklə bu iş həyata keçəcək.
    Mərhum Ayətullah Ehtimamın gözəl xüsusiyyətlərindən biri onun ruhən lətif olması idi. Alimin irfani qəzəlləri deyilənlərə sübutdur.
    Nəhayət, Ayətullah Ehtimam h.ş.1346-cı ilin qurban bayramının gecəsi 56 yaşında ikən dünyasını dəyişdi. Əzadarlıq edən camaat onun cənazəsini Rəhnan şəhərindən İsfahana kimi müşayiət edərək "Təxte Fulad” qəbiristanlığında torpağa tapşırdı. Allah rəhmət etsin! Ruhu şad olsun!
    MÜTƏRCİMDƏN
    BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ
    Bildiyimiz kimi, füruiddinin (əməli hökmlərin) birincisi namazdır. Namaz o qədər əhəmiyyətlidir ki, hətta döyüş meydanında, xəstəlik və s. şəraitlərdə belə tərk olunmamalıdır. Adəm peyğəmbərin (ələyhissalam)(Yəni "Ona salam olsun”. ) yaradılışından başlayaraq sonuncu peyğəmbər həzrət Məhəmmədin (salləllahu ələyhi və alihi və səlləm)(Yəni "Allahın salavatı və salamı Ona və Əhli-beytinə olsun”. ) dövrünə kimi bu ibadət müxtəlif formalarda yerinə yetirilmişdir.
    Təəssüflə qeyd etmək lazımdır ki, hal-hazırda bəzi müsəlmanlar namaza əhəmiyyət vermir və bu ibadəti xurafat sayırlar. Onlar
    belə deyirlər: "Allah öz bəndəsinə qarşı çox mehribandır, namaz qılmasan da olar, təki ürəyin təmiz olsun!”
    Yəqin ki, belələri müqəddəs kitabımız Qurani-Kərimin ayələrindən xəbərsizdirlər. Onlar düşünmürlər ki, hətta peyğəmbərin övladı,(Hud” surəsində buyurulur: "Nuh Pərvərdigarına dedi: "Pərvərdigara, oğlum mənim ailəmdəndir. Sənin vədən haqdır və Sən ən yaxşı hökm edənsən.” (Allah) buyurdu: "Ey Nuh, həqiqətdə onun əməli düz olmadığı üçün sənin ailəndən deyil. Buna görə də bilmədiyin bir şeyi Məndən istəmə.” (45-46-cı ayələr).) əmisi,("Məsəd” surəsində buyurulur: "Əlləri kəsilsin (qurusun) Əbu Ləhəbin və həlak olsun. Onun malı və qazandığı fayda vermədi. O, tezliklə şöləli atəşə girəcəkdir.” (1-3-cü ayələr).) yaxud həyat yoldaşı("Təhrim” surəsində buyurulur: "Allah kafirlər üçün Nuhun və Lutun həyat yoldaşlarını misal çəkir. Onların hər ikisi bizim saleh bəndələrimizin (Nuh və Lutun) nigahında idi və hər ikisi onlara (Nuh və Luta) xəyanət etdi. Onlar öz həyat yoldaşlarından əzabı uzaqlaşdıra bilmədilər. Onlara deyildi: "Başqaları ilə atəşə daxil olun!” (10-cu ayə). ) Allah-təalaya iman gətirib lakin saleh iş görməsə, axirətdə əbədi əzab içində olasıdır.
    Bəziləri də namazın hikmət və fəlsəfəsindən agah olmadıqları üçün bu ibadətə etinasız yanaşırlar.
    Hər bir insanın təbiətində "təşəkkür” hissi var. Məsələn, əgər avtobusda cavan bir şəxs özündən yaşca böyük birinə oturmaq üçün yer verərsə, o, istər-istəməz həmin cavana öz təşəkkür və minnətdarlığını bildirəcək. Namazın hikmətlərindən biri də Yaradana "şükr etmək” hissidir. Belə ki, biz namaz qılmaqla Allah-təalanın bəxş etdiyi sonsuz nemətlərin (hava, su, sağlamlıq və s.) qarşısında Ona təşəkkürümüzü bildirmək və möhtaclığımızı etiraf etmək istəyirik. Bu da vücudumuzda olan "təşəkkür” duyğusunun büruzə verilməsidir.
    Bəziləri isə "namaz vaxtımızı alır” kimi, bir sıra bəhanələr gətirməklə ondan boyun qaçırırlar. Həqiqətdə isə Allah-təala ixtiyarımıza verdiyi 24 saatın təxminən 20 dəqiqəsinin Onun (Allah) üçün ayrılmasını istəyir. Əlbəttə ki, Allah-təalanın bizim namazlara heç bir ehtiyacı yoxdur. Əsl məqsəd budur ki, insan namaz qılmaqla kamilliyə, mənəviyyata ucalıb dünya və axirət səadətinə yetişsin.
    Bir daha namazın əhəmiyyətli olduğunu yada salaraq Qurani-Kərimin "Muddəssir” və "Maun” surələrindən bir neçə ayəni zikr edirik:
    فىِ جَنَّاتٍ يَتَسَاءَلُون‏عَنِ الْمُجْرِمِين‏ مَا سَلَكَكمُ‏ْ فىِ سَقَرقَالُواْ لَمْ نَكُ مِنَ الْمُصَلِّين
    ‏وَ لَمْ نَكُ نُطْعِمُ الْمِسْكِين‏وَ كُنَّا نخَُوضُ مَعَ الخَْائضِين‏وَ كُنَّا نُكَذِّبُ بِيَوْمِ الدِّين‏
    " Cənnətdə olanlar (Cəhənnəmdə olan) günahkarlardan soruşacaqlar: Sizi "Səqər”ə (Cəhənnəmə) salan nədir?” Cavab verəcəklər: "Biz namaz qılanlardan deyildik, yoxsullara təam verməzdik, batilə uyanlarla əlbir idik, qiyamət gününü (dirilməyi) yalan sayardıq.”(Muddəssir” surəsi, 40-46-cı ayələr.)
    فَوَيْلٌ لِّلْمُصَلِّين‏ الَّذِينَ هُمْ عَن صَلَاتهِِمْ سَاهُون‏
    "Vay olsun, o namazqılanların halına ki, namazlarını yüngül sayarlar (Namaza əhəmiyyət verməzlər).”(Maun” surəsi, 4 və 5-ci ayələr.)
    Əksinə olaraq hər kəs namaza diqqətlə yanaşıb bu ibadəti layiqincə yerinə yetirsə, Allah-təala tərəfindən böyük mükafata nail olacaqdır. Belə ki, Qurani-Kərimin "Əla” surəsinin 14-15 ayələrində belə buyurulur:
    ‏ قَدْ أَفْلَحَ مَن تَزَكى وَ ذَكَرَ اسْمَ رَبِّهِ فَصَلى‏
    "Həqiqətən, nəfsini saflaşdıran nicat tapdı və Pərvərdigarını yad etməklə namaz qıldı.”
    Rəvayətlərdə də namaza əhəmiyyət verilməsi təkidlə tapşırılır. İmam Sadiq (ələyhissalam) buyurur: "Hər kəs namazı yüngül saysa, bizim şəfaətimiz (axirətdə) ona yetişməyəcəkdir.”
    Mənim diplom işi olaraq belə bir mövzu seçməyim, məhz bu mövzuda olan əsərin tərcüməsi üzərində çalışmağım da təsadüfi deyildir. Artıq bütün dünyada başlamış İslam intibahının lətif dalğaları bizim ölkəni də döyəcləməkdədir. Dinə qayıdış və inanclarımıza yenidən baxış hər bir yerdə hiss olunur. Belə bir dönəmdə alimlərin, din adamlarının vəzifə və məsuliyyətləri qat-qat artıq olur. Ayinlərimizi, etiqad və hökmləri ümumi xalqın başa düşə biləcəyi bir tərzdə, elm və məntiq əsasında oxuculara çatdırmaq qarşımızda duran ən önəmli və müqəddəs vəzifəmizdir.
    Rəbbimizin öz bəndələrinə vacib etdiyi, tərk olunduğu təqdirdə əzab vədəsi verilən hökmlərin açıqlanması isə təxirəsalınmaz işlərdəndir. Uca Tanrının müqəddəs dərgahına yüksəlmək vasitəsi kimi elan olunan namazın əhəmiyyəti isə inkarolunmaz bir həqiqətdir.
    Təhsilimi müəyyən mərhələ üzrə başa vurduğum bir zaman kəsiyində Mehriban Rəbbimə sığındım, Ondan yardım dilədim, yaradıcılığa ən gözəl nemət, müjdə olaraq bəndələrinə vacib etdiyi namazla başladım.
    Nəhayət, bu müdafiə işində mənə yardım etmiş hörmətli qələm sahibi Hacı Arzuya və gənc alim Hacı İftixar qardaşıma dərin minnətdarlığımı bildirirəm.
    Əgər Allah-təala bu kiçik təlaşı qəbul edib savab yazarsa, həmin savabı əziz valideynlərimə hədiyyə edirəm.
    Ey Öz bəndələrinə ata-anadan da Mehriban olan Allahım! Millətimizə yardım et, onları Öz haqq olan yoluna yönəlt və onlara namaz qılıb ibadət etmək şirinliyini dadızdır. Amin!
    1428/ 10 zilhiccə.
    2007/ 21 dekabr.
    ÖN SÖZ
    Bismillahir-Rəhmanir-Rəhim
    Sonsuz şükür və tərif məxluqları Yaradana məxsusdur. O Yaradana ki, yaratdıqlarına gözəllik bəxş edib onları zinətləndirərək hər bir varlığın dərinliyində hikmətli sirlər təyin etdi. Böyük Allah məxluqları arasından yalnız insanı seçib ona "Kərrəmna” (Kəramət bəxş etdik) buyurmaqla üstünlük əta etdi və insanın öz Məbuduna yaxınlaşması üçün bir çox ibadətlər, o cümlədən namazı vasitə qərar verdi.
    Həmçinin, bütün kainatın sərvəri, Xatəmul-Ənbiya (Peyğəmbərlərin sonuncusu) Məhəmməd ibn Abdullaha (salləllahu ələyhi və alihi və səlləm), həmçinin o həzrətin pak Əhli-beytinə (ələyhimussalam)
    və saleh bəndələrə sonsuz salamlar olsun!
    Nəzər sahiblərindən bəzisi belə deyir: "İslam dininin hökmləri sırf ibadi xarakter daşıdığı üçün bu hökmlərin fəlsəfəsini öyrənməyə ehtiyac yoxdur və gözlərimizi qapayıb ibadət və itaətimizi yerinə yetirməliyik”.
    Başqa bir qrup isə yuxarıda qeyd olunan baxışın əleyhinədir. Onlar belə deyirlər: "Hansı hökmün fəlsəfəsi məlumdursa, onu ürəkdən qəbul edirik. Fəlsəfəsi məlum olmayan hökmü dərk etmək çətindirsə, buna təslim olmaq bizə müşküldür”.
    İndi isə hökmlərin fəlsəfəsi ilə daha da yaxından tanış olmaq üçün bəzi ayə və rəvayətləri nəzərdən keçirək.
    Bəzi ayə və rəvayətlərdəki
    hökmlərin fəlsəfəsinə işarə
    Ayələr
    Dəstəmaz və təharətin fəlsəfəsi:
    مَا يُرِيدُ اللَّهُ لِيَجْعَلَ عَلَيْكُم مِّنْ حَرَجٍ وَ لَكِن يُرِيدُ لِيُطَهِّرَكُمْ وَ لِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُون
    ‏"Allah sizi çətinliyə salmaq istəmir, bəlkə şükür edəsiniz deyə, sizi paklandırıb Öz nemətini sizin üçün tamamlamaq istəyir.”(Maidə” surəsi, 6-cı ayə.)
    Namazın fəlsəfəsi:
    ‏ ‏وَ أَقِمِ الصَّلَوةَ لِذِكْرِى‏
    "Məni yad etmək üçün namaz qılın.”("Taha” surəsi, 14-cü ayə.)
    Təsbihat və zikrin fəlsəfəsi:
    الَّذِينَ ءَامَنُواْ وَ تَطْمَئنِ‏ُّ قُلُوبُهُم بِذِكْرِ اللَّهِ أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئنِ‏ُّ الْقُلُوب
    "Onlar iman gətirən və Allahı yad etməklə qəlbləri aram olan kəslərdir. Agah olun, yalnız Allahı zikr etməklə qəlblər aramlaşar.” (Rəd” surəsi, 28-ci ayə)
    Həmçinin "Taha”surəsinin 130-cu ayəsində belə buyurulur:
    فَاصْبرِْ عَلىَ‏ مَا يَقُولُونَ وَ سَبِّحْ بحَِمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَ قَبْلَ غُرُوبهَِا وَ مِنْ ءَانَاى الَّيْلِ فَسَبِّحْ وَ أَطْرَافَ النهََّارِ لَعَلَّكَ تَرْضى
    "Razı və xoşhal olasan deyə, sənə qarşı deyilən sözlərə görə səbr et və Allaha gün çıxmamışdan qabaq, gün batandan sonra, həmçinin gecənin bir hissəsində və günün işıqlığında sitayiş et.”
    Orucun fəlsəfəsi:
    ‏ يَأَيُّهَا الَّذِينَ ءَامَنُواْ كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلىَ الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُون‏
    "Təqvalı olasınız deyə, oruc sizdən qabaqkılara vacib olduğu kimi sizə də vacib edildi.”("Bəqərə” surəsi, 183-cü ayə.)
    Həccin fəlsəfəsi:
    لِّيَشْهَدُواْ مَنَافِعَ لَهُمْ وَ يَذْكُرُواْ اسْمَ اللَّهِ فىِ أَيَّامٍ مَّعْلُومَتٍ عَلىَ‏ مَا رَزَقَهُم مِّن بَهِيمَةِ الْأَنْعَمِ فَكلُُواْ مِنهَْا وَ أَطْعِمُواْ الْبَائسَ الْفَقِي
    "Belə ki, onlara yetişən mənfəətlərə sahib olsunlar və müəyyən olunmuş günlərdə mal-qaranı (qurbanlıq heyvan) kəsdikdə Allahın adını zikr etsinlər. Onların ətindən yeyin və yoxsulları da yedizdirin.”("Həcc” surəsi, 28-ci ayə.)
    Həmçinin, Allah-təala "Bəqərə” surəsinin 158-ci ayəsində "səy” hökmünün fəlsəfəsini açıqlayaraq buyurur:
    إِنَّ الصَّفَا وَ الْمَرْوَةَ مِن شَعَائرِ اللَّهِ
    "Həqiqətən Səfa və Mərva Allahın nişanələrindəndir.”
    "Ər-Rəhman” surəsinin 7-ci ayəsi dəqiq hesablamanın və ədalətin riayət olunmasının fəlsəfəsinə işarə edir:
    ‏ وَ السَّمَاءَ رَفَعَهَا وَ وَضَعَ الْمِيزَان
    "Göyləri ucaltdı və mizanı qurdu.”
    Rəvayətlər
    1) Həzrət Fatimeyi-Zəhra (ələyhassalam)(Yəni "Ona salam olsun”.) Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) məscidində mühacir(Məkkədən Mədinəyə hicrət edən müsəlmanlar.) və ənsarlara(Mədinədə yaşayan müsəlmanlar.) ("Fədək” xütbəsində) bəzi hökmlərin fəlsəfəsini bəyan etmişdir.(İslam hökmlərinin fəlsəfəsi ilə daha da yaxından tanış olmaq istəyənlər bu kitablara müraciət edə bilərlər: "İləluş-şəraye”, "Uyunu əxbari Riza”, "Məanul-əxbar”, "Biharul-ənvar” və s)
    2) Həzrət Əli (ələyhissalam) bəzi dini terminlərin fəlsəfəsini belə açıqlayır:
    "Allah-təala bizi şirkdən təmizləmək üçün imanı, təkəbbürdən uzaqlaşdırmaq üçün namazı, ruzimizi artırmaq üçün zəkatı, ixlaslı olmağımız üçün orucu, dinin möhkəmlənməsi üçün həcci vacib etdi. Həmçinin, İslam dininin izzəti üçün cihadı bizlər üçün qərar verdi. Avam insanların hidayəti üçün əmr be mərufu (yaxşı işlərə dəvət), azğın insanların qarşısını almaq üçün isə nəhy əz münkəri (pis işlərdən çəkindirmək) vacib buyurdu.
    Sayınızın artması üçün sileyi-rəhmi (qohum-əqraba ilə əlaqə yaratmaq), qan tökülməsinin qarşısını almaq üçün qisası müəyyənləşdirdi. Qanunlardan boyun qaçırmamaq və haramlardan uzaqlaşmaq üçün hədd (cəza) təyin etdi. Ağlımızı əldən verməməyimiz üçün şərabı haram etdi. Düzgünlüyün bərqərarı üçün oğurluğu tərk etməyi vacib buyurdu. Nəslin qorunması üçün zinanın tərk olunmasını vacib, nəslin artması üçün isə ləvatı(Yəni kişilərin biri-birilə cinsi əlaqədə olması.) haram buyurdu. İnkar edənlər üçün höccət və dəlil olaraq şəhadəti ərməğan gətirdi. Doğruluğa sövq olunasız deyə yalanı tərk etməyi vacib buyurdu.
    Qorxudan amanda qalmaq və rabitəni qırmamaq üçün İslamı göndərdi. Camaatın gündəlik işlərinin tənzimi üçün əmanətdarlığı təyin etdi. İlahi hökumətin yüksəkliyini və imama təzimi insanlara bildirmək üçün ona (imama) itaəti vacib buyurdu.”( 
    "Biharul ənvar”, Əllamə Məclisi, 6-cı cild, səh.110.  
    )
    3) İmam Sadiqdən (ələyhissalam) halal və haram barəsində soruşdular.Buyurdu: "Allah-təala bir işi başqa bir iş üçün qərar verdi”.
    Mərhum Əllamə Məclisi bu hədisin mənasını belə açıqlayır: "Yəni Allah-təala hər bir əməldə (vacib, haram, müstəhəb, məkruh və mübah) hikmət qərar verdi. Belə ki, bir iş yaxşı və xeyirli olduğuna görə onu halal və digəri pis və zərərli olduğuna görə onu haram etdi.”(Yenə orada.)
    Fəzl ibn Şazan Nişapuri bir çox hökmlərin fəlsəfəsi haqqında "Biharul-ənvar”-ın 3-cü cildində ətraflı məlumat vermişdir. Bu rəvayət çox uzun olduğu üçün onu qeyd etmirik.
    5) Səkkizinci imamımız Həzrət Riza (ələyhissalam) belə buyurmuşdur: "Allah-təala cəmiyyətdə fəsadın qarşısını almaq üçün zinanı haram etdi. Bu əməlin bir çox zərərləri vardır. O cümlədən, qətli-nəfs,(Yəni körpənin ana bətnində öldürüılməsi. ) nəslin kəsilməsi. Belə ki, zinadan dünyaya gəlmiş uşaq çox vaxt başsız qalaraq tərbiyəsiz böyüyür. Həmçinin, vərəsəlik hüququ pozulmaqla bərabər cəmiyyətə çoxlu ziyanlar yetirir.”
    Category: Namazin hikmət və sirləri | Added by: Islam_Kitabxanasi
    Views: 863 | Downloads: 0 | Rating: 4.5/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024