İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Namazin hikmət və sirləri

    Namazin hikmət və sirləri
    2012-01-04, 5:21 AM
    NAMAZ – İNSAN ÜÇÜN İSLAHEDİCİ BİR MÜƏSSİSƏNİ XATIRLADIR
    Namazın insana təsirini və "insandüzəldən” necə bir zavod olmasını aydınlaşdırmaq istərdik. İslam Peyğəmbəri həzrət Məhəmməd (salləllahu ələyhi və alihi və səlləm) buyurmuşdur:
    "Namaz dinin sütunudur. Əgər qəbul olunsa, başqa əməllər də qəbul olunar, rədd olunsa, sair əməllərin heç biri qəbul olmaz.”("Mən la yəhzuruhul fəqih”, 1-ci cild, səh. 208, hədis 626.)
    Namazın düzgünlük şərtlərindən biri qəsbi(Yəni ixtiyarında olmayan bir şey.) şeydən çəkinməkdir. Yəni əgər namazqılanın paltarı, yaxud məkanı, yaxud dəstəmaz aldığı su və s. qəsbi olsa, qıldığı namaz batildir və mötəbər deyil. Qəsb olunmuş şey namaza münasibətdə odla pambığın misalındadır. Od pambığa yaxınlaşdıqda onu kül etdiyi kimi qəsbi paltarla namaz qılmaq da namazı batil edər.
    Buna görə də namazqılan şəxs qəsb olunmuş şeydən ciddi surətdə çəkinməli və namaza aid şərtləri halal yolla yerinə yetirməlidir. Bu məsələ insanların hüquqlarına təcavüzün (oğurluq, rüşvət, riba, xəyanət və s.) qarşısını alır. Əgər yuxarıda deyilən bu bir şərtə (qəsb olunmuş şeyə) riayət olunsa, cəmiyyətin islahı üçün çox xeyirli olar.
    Namazın düzgünlük şərtlərindən biri də təharət məsələsidir. Məlumdur ki, gigiyenik qaydalara riayət etmək insanın hər növ mikroblardan təmizlənməsinə səbəb olar.
    Başqa bir şərt namazqılanın gözəl əxlaqa yiyələnməsi və rəzil (alçaq) sifətlərdən uzaq olmasıdır.
    Bir sözlə, kamil namaz o namazdır ki, insan onun boynunda olan vəzifələri öyrənməklə bərabər, onları düzgün surətdə yerinə yetirsin. O, hər nə qədər öz vəsifəsindən uzaqlaşsa, bir o qədər də namazının dəyəri aşağı düşəcək.
    NAMAZIN MAHİYYƏTİ ALLAHI YAD ETMƏKDİR
    "Taha” surəsinin bu şərif ayəsi وَ أَقِمِ الصَّلَوةَ لِذِكْرِى
    "Məni yad etmək üçün namaz qıl”(14-cü ayə.) aşkar surətdə namazın fəlsəfəsinin Allahı yad etməkdən ibarət olduğunu açıqlayır. Namaz "zikr” (yad etmək) deyə adlandırılır. Bu cəhətdən Quranda bəzən "namaz” kəlməsi "zikr” kəlməsi ilə təfsir olunmuşdur.
    Məsələn, "Cümə” surəsinin 9-cu ayəsində belə buyurulur:
    فَاسْعَوْاْ إِلىَ‏ ذِكْرِ اللَّهِ
    "Namaza tərəf tələsin.”
    Başqa bir ayədə belə buyurulur:
    وَ مَنْ أَعْرَضَ عَن ذِكْرِى فَإِنَّ لَهُ مَعِيشَةً ضَنكاً وَ نحَْشُرُهُ يَوْمَ الْقِيَمَةِ أَعْمَى‏
    "Hər kəs Məni yad etməkdən boyun qaçırsa, dünya həyatı daralar və qiyamət günü onu kor olaraq məhşur edərik.”(Taha” surəsi, 124-cü ayə.)
    Zikrin özü həm namazın hissəsi, həm də onun şərti sayılır. Çünki zikr üç növdən ibarətdir.
    Dil vasitəsilə zikr.
    Qəlb vasitəsilə zikr.
    Kamil zikr. (Yəni həm dil, həm də qəlb vasitəsilə zikr).
    Beləliklə, birinci növ zikr (dil vasitəsilə zikr) namazın bir hissəsi, ikinci növ zikr (qəlb vasitəsilə zikr) namazın düzgünlüyünün şərti və üçüncü növ zikr (kamil zikr) isə namazın qəbul olma şərtidir. Bu da namazın bütün zikrlərində qəlbin Allah yanında iştirakına işarədir.
    Məsumlardan (ələyhimussalam) buyurulan hədislər deyilənləri bir daha təsdiqləyir.
    O cümlədən: "Hüzuri-qəlblə(Yəni qəlbin iştirakı.)qılınmayan namaz-namaz deyildir.”("Ərbəine şeyx Bəhai”, 37-ci hədis.)
    Deməli, kamil namaz qəlbin hüzuru ilə qılınan namazdır.
    Əslində zikrin həqiqəti qəlbin Məbdəyə (Allaha) yönəlməsidir. Bu yönəlmə o vaxt düzgün olar ki, namazqılan qəlbində Allahın rəhmət və qəzəbini duyaraq Onun əmrlərinə itaət etsin.
    İmam Sadiq (ələyhissalam) Əbu Ubeydə Xəzaiyə belə buyurur:
    "Allah-təalanın öz bəndələrinin boynuna qoyduğu vəzifələrdən sənə xəbər verimmi?”
    Dedi: "Bəli!”
    Həzrət buyurdu: "Birincisi, insafdır. Əgər bir iş sənin zərərinə olsa belə, heç vaxt insafı əldən vermə! İkincisi, müsəlman qardaşından malını və sərvətini heç vaxt əsirgəmə! Üçüncüsü, Allahı çox zikr et!”
    Sonra həzrət imam Sadiq (ələyhissalam) əlavə edib buyurdu:
    "Zikr kəlməsində məqsədim "Subhənəllah” və ya "Əlhəmdulilləh”demək deyil. Baxmayaraq ki, bunlar da zikrdən hesab olunur. Əsl məqsədim budur ki, Allahın buyurduğu vacib əməlləri həmişə yerinə yetir və Onun haram etdiyi əməllərdən həmişə çəkin!”
    Sonra o, həzrət Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) bu hədisini dəlil göstərdi:
    "Hər kəs Allahın əmr etdiyi vacibatlara və haramlara müti (itaətkar) olsa, həmin şəxs "zikr" əhlindəndir.”(İddətud-dai”, səh.283.)
    Nəticə: Namazın həqiqəti və ruhu zikrdir. Zikrin həqiqət və ruhu isə günahların tərk olunması və vacibatların yerinə yetirilməsidir.
    Deyilənləri nəzərə aldıqda, إِنَّ الصَّلَوةَ تَنهَْى‏ عَنِ الْفَحْشَاءِ وَ الْمُنكَر "Həqiqətən namaz (insanı) pis və yaramaz əməllərdən saxlayır.”("Ənkəbut” surəsi, 45-ci ayə.) ayəsinin mənası aydın olur. Çünki namaz zikrdir və zikr günahın tərk olunmasına və vacibatların yerinə yetirilməsinə səbəb olur.
    NAMAZIN MÜXTƏLİF VAXTLARDA QILINMASININ FƏLSƏFƏSİ
    Sual: Nə üçün gündəlik beş vacib namazı birdəfəyə ardıcıl qılmaq olmaz?
    Cavab: Namazın əsl hədəfi zikrdir və zikr günahların tərk olunması, həmçinin ibadi əməllərin yerinə yetirilməsi ilə bağlıdır. Bu cəhətdən də vacib namazlar üçün günün müxtəlif vaxtları təyin edilmişdir ki, beş vaxtda Allahı yad etməklə dünyaya və həvayi-nəfsimizə bağlılıqdan nicat tapaq.
    Sübh çağı yuxudan oyanıb namaz vasitəsilə bizi Yaradanı yad edirik. Sonra dünyəvi işlərə başımız qarışır. Get-gedə qəlbimiz Allahı yad etməkdən uzaqlaşır, şeytan və nəfsi istəklər bizə üz tutur.
    Günorta vaxtı çatdıqda mömin yenidən namaz vasitəsilə qəlbə daxil olmuş həvayi-həvəsi və şeytanın torlarını parçalayır, onları qəlbindən çölə atır və qəlbini Allaha ev qərar verir. Şair demişkən:
    Könül əğyarların lat yeri deyil,
    Div çıxsa, mələklər gələsidir bil.
    Bəli, möminin qəlbi Allah zikrindən xali olduğu zaman şeytan fürsətdən istifadə edib dərhal oraya daxil olur. Lakin Allahı yad edən kimi şeytan sürətlə qəlbdən xaric olur.
    Elə ki, günün axırı və istirahət vaxtı yetişir, məğrib namazını qılmaqla yenidən Allahı zikr edib günahlarımızın bağışlanmasını istəryirik.
    Axırda isə gün ərzindəki əməllərimizi mühasibə(Ərəb dilində olan bu kəlmə əslində "muhasəbəh"dir. Yəni "sorğu-sual”. (Mütərcimdən).) etməklə işa namazını qılıb, yorğunluğumuzu aradan qaldıran, bizə aramlıq gətirən "yuxu” nemətindən bəhrələnirik.
    Həzrət Əli (ələyhissalam) buyurur:
    "Qiyamət günü hesab çəkilməzdən qabaq özünüzlə bu dünyada ikən mühasibə aparın!”("Nəhcül-bəlağə”, 90-cı xütbə.)
    XATİRCƏMLİK VƏ RAZILIQ NAMAZIN FƏLSƏFƏLƏRİNDƏNDİR
    İlahi kəlama əsasən, namazın hikmət və fəlsəfələrindən biri də xatircəmlikdir. Quran bu barədə belə buyurur:
    ‏الَّذِينَ ءَامَنُواْ وَ تَطْمَئنِ‏ُّ قُلُوبُهُم بِذِكْرِ اللَّهِ أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئنِ‏ُّ الْقُلُوب
    "Onlar iman gətirib Allahı yad etməklə qəlbləri xatircəm (aram) olan kəslərdir. Agah olun, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar.”("Rəd” surəsi, 28-cu ayə.)
    Bəli, həqiqətdə də namaz vasitəsilə və Allahı yad etməklə ürəklər aramlaşar və nigarançılıqlar aradan qalxar.("Zikr” kəlməsində məqsəd ya mütləq şəkildə namazdır, ya da zikr etməyin özüdür. Çünki zikr etmək namazın nümunələrindən biri sayılır. )
    Başqa bir şərif ayədə belə buyurulur:
    فَاصْبرِْ عَلىَ‏ مَا يَقُولُونَ وَ سَبِّحْ بحَِمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَ قَبْلَ غُرُوبهَِا وَ مِنْ ءَانَاى الَّيْلِ فَسَبِّحْ وَ أَطْرَافَ النهََّارِ لَعَلَّكَ تَرْضى
    "(Allahın mərhəmətindən) razı və xoşhal olasan deyə, sənə qarşı deyilən sözlərə səbr et və Allaha gün çıxmamışdan qabaq, gün batandan sonra, həmçinin gecənin bir hissəsində və günün işıqlığında sitayiş et.”("Taha” surəsi, 130-cu ayə. Burada da məqsəd qabaqkı ayə kimi ya gün ərzində qılınan beş namaza, ya da ki, ümumi namaza işarədir. )
    Namazqılan mömin bir şəxsin bütün kainatın Allah tərəfindən yaradılmasına yəqinliyi və etiqadı vardır. O, bütün qanunları və baş verən hər bir hadisəni Allah-təalanın izni və iradəsinə tabe bilir. Buna görə də istər namazda, istərsə də başqa vaxtlarda Allahdan yardım istəyir.
    Namazqılan şəxs Allahdan başqasının heç bir təsiri olmadığını, həmçinin bütün xeyirin, səadətin və həqiqi ləzzətin məhz Allahın yanında olduğunu bilir və hiss edir. Buna görə də o, məhbubu ilə ünsiyyət yaratmaqdan sonsuz ləzzət alır. Həyatında qarşılaşdığı bir sıra müşküllərdən heç bir qorxusu olmur və çətinliklərdə özünü itirmir. O, əmin olur ki, bütün müşküllərin həlli yalnız Allahın qüdrətindən asılıdır. Çünki bütün bunların öz həqiqi məşuqu tərəfindən olduğuna inanır. O, belə deyir: "Dost tərəfindən mənə yetişən hər bir şey gözəldir.”
    Buna görə də namazqılan həmişə səbirli, şükür edən, aza qane, İlahi qəza-qədərlə razılaşan, Yaradanın əmrlərinə təslim olub heç vaxt ümidsiz və narahat olmur, əksinə onun məqamı elə bir dərəcəyə yüksəlir ki, başına gələn müsibət və çətinliklərdən ləzzət alır.
    Lakin Allaha inanmayan, yaxud inanıb Onunla ünsiyyətdə olmayan şəxslər bu aləmə məşğulluqla varlığını yalnız maddiyyata həsr edir, qarşıya çıxan çətinlik və müşküllər müqabilində dözmür, tez bir zamanda narahat və ümidsiz olur. Belə ki, bəzən hətta öz canlarına qəsd edirlər. Aparılmış təhqiqat nəticəsində özünü öldürənlərin əksəriyyəti Allaha və qiyamət gününə inanmayan, namaz qılmayan, bir sözlə Yaradanın əmrlərindən boyun qaçıranlardır.
    Namaz əhli həmişə şad, yüksək ruhlu, aram qəlbli və sığınacaq yeri möhkəm kəslərdir. Güclü küləklər belə onları yerindən asanlıqla tərpədə bilməz. Xoş olsun həqiqi namazqılanların halına!
    İmam Hüseynin (ələyhissalam) Əbu Səmanə barəsində buyuruğu necə də gözəldir. Əbu Səmanə Seydavi aşura günündə, döyüşün qızğın çağında günorta namazının qılınmasını imamdan xahiş etdi. Həzrət Hüseyn (ələyhissalam) ona dua edib buyurdu: "Cəələkəllahu minəl musallin." Yəni "Allah səni namazqılanlardan qərar versin.”
    Sonra döyüşün ortasında camaat namazı qılındı.
    Avropa alimlərindən sayılan Aleksis Karl, Belz, Kamil Felamaryun, Pasqal və s. Yaradanla rabitədə olduqları üçün Ondan yetişən mənəvi feyzə etiraf etmişlər.
    Kamil Felamaryun deyir: "Biz Allahla ünsiyyətdə olduğumuz üçün ləzzətə qərq olmuşuq, lakin Allahı inkar edənlər isə bu ləzzətdən məhrumdurlar. Çünki möhkəm bir sığınacaq yerləri yoxdur.”(Xoda dər təbiət”, səh.207.)
    Kilverd Havzer isə belə deyir: "Din və məzhəb insanın ruhu və cismi üçün çox zəruridir.”
    Başlanğıca (Allaha) və axirətə (məada) olan inam insanın ruhunu möhkəm, şad və xatircəm edir, süstlüyü, ümidsizliyi və nigarançılığı aradan qaldırır.
    Jan Jak Russo deyir: "Yaradan haqqında düşünmək zəruridir. Çünki, O, Yaranış mərkəzidir. Biz özümüzü Allahın qanunlarına əsasən tənzim edirik. Bu zaman ağlımız pis və çirkin meyllərin ardınca getməyə icazə vermir. Beləliklə, düzgün yola qədəm qoymuş oluruq. Allah-təalanın lütfü və mərhəməti sayəsində əxlaqi keyfiyyətlərimiz güclənir. Belə bir müsbət keyfiyyət tərifə layiqdir. Çünki cismimiz və nəfsani istəklərimiz bizim ruhumuzu zəncirləyib dövrəyə almışdır. Bu zəncirlərdən azad olmaq çox çətin bir məsələdir.”("Məarife Cəfəri”, səh.244.)
    Vilyam Ceymiz belə deyir: "İman bizim gücümüzü artırır və bizi yüksək məqamlara aparır. Dərdlərimizi sağaldır və bütün xəstəlikləri bədənimizdən xaric edir. Görəsən bu işlərin fiziki bir formulla fərqi varmı?”
    Başqa bir yerdə isə belə deyir: "İman elə bir qüvvədir ki, maddi vasitələr təsirsiz olduğu zaman o, öz təsirini göstərir.” (Məbaniye fəlsəfe”, səh.469.)
    NAMAZIN GİGİYENİK BAXIMDAN FƏLSƏFƏSİ
    Xüsusi hərəkətlərdən ibarət olan namaz bir sıra silsiləvi şərtlərdən asılıdır. Onlardan biri də bədənin təmizliyidir. Bunun insanın cisminə böyük təsirləri var.
    Bədənin və paltarın təmiz olması namazın düzgünlük şərtlərindən sayılmaqla bərabər onun kamilliyinə və qəbul olmasına bir işarədir. Dəstəmaz və qüsl möminə əta olunan bir ərməğandır. Həzrət Məhəmməd (salləllahu ələyhi və alihi və səlləm) buyurur:
    "Təharətsiz namaz yoxdur.”(Mən la yəhzuruhul fəqih”, 1-ci cild, səh.33. Həmçinin "Ət-təhzib”, 1-ci cild, səh.49.)
    O cümlədən, dişləri fırçalamaq, ətir vurmaq, sübh çağı yuxudan tez oyanmaq və ağızı soyuq su ilə üç dəfə yaxalamaq insanın sağlamlığına və təmizliyinə müsbət təsir göstərir.
    Bunlardan əlavə, namazın bütün hərəkətlərinin ardıcıllıqla yerinə yetirilməsinin cismin və ruhun inkişafında böyük rolu vardır.
    NAMAZIN MƏNƏVİ VƏ RUHİ BAXIMDAN FƏLSƏFƏSİ
    Namazın mənəvi faydaları çoxdur. Bunlardan üçünü zikr etməklə kifayətlənirik:
    İnsanın öz nəfsinə təlqin etməsi;
    Bunun əhəmiyyəti psixologiya elmində sübuta yetirilmişdir. Belə ki, nəfsə təlqin vasitəsilə ağır xəstələr şəfa,(Əslində bu kəlmə "şifa”-dır. Qurani-Kərimin "İsra” surəsinin 82-ci ayəsində belə buyurulur: "Biz möminlər üçün Quranı şifa və rəhmət olaraq nazil edirik. Lakin O, (Quran) yalnız kafirlərin ziyanını artırar.” (Mütərcimdən).)sağlam adamlar isə xəstəlik tapır. Əxlaqsız insan əxlaqlı, əxlaqlı isə əxlaqsız olur. Düz adam əyriyə, əyri düzə, dinsiz dindara, dindar isə dinsizə çevrilir.
    Nəfsə təlqin etmək sanki insanın özünə təkrarlı surətdə bu sözləri deməsinə bənzəyir: "Sən yaxşı adamsan, düzdanışansan. Heç vaxt xəyanət etmirsən. Sən yaxşı insanlarla oturub-durursan. Gərək sən həmişə əməli saleh və sadiq bir insan olasan.”
    Bu sözləri ardıcıl təlqin edən şəxsin vücudunda yuxarıda zikr olunan bəyənilmiş sifətlər kök atır və onun əməlində, rəftarında, əxlaqında böyük iz buraxır.
    Namazqılan şəxs gecə-gündüz namazda saleh insanlardan olduğunu təkrar edir, özünü onlarla bir cərgədə bilir və təvazökarlıq göstərir. Təbii olaraq bu təlqin onun canında və ruhunda iz buraxır. Nəticədə o, saleh bəndələr sırasına daxil olur.
    Mənəvi və ruhi ləzzət;
    Namazın mənəvi və ruhi faydalarından biri də insanın namazdan ləzzət almasıdır. O, namaz qılarkən öz Məhbubu (Allahı) ilə söhbət edir və bununla vüsalına çatır. Namazqılan o qədər mənəvi ləzzətə qərq olur ki, maddi ləzzətlər onun gözündə heçə dönür.
    Behişt əhli üçün ən böyük ləzzət Allahın onlardan razılığı və onların da Allahdan razı qalmasıdır. Quran bu barədə buyurur:
    رَّضىِ‏َ اللَّهُ عَنهُْمْ وَ رَضُواْ عَنْهُ
    "Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar.”(Maidə” surəsi, 119-cu ayə.)
    Bu şirin duyğu Allahla ünsiyyət, həmçinin bəndənin Allaha olan itaəti və razılığı vasitəsilə bu dünyada da özünü göstərir. Buna görə də on dörd məsum (ələyhimussalam) namaza sonsuz məhəbbət bağlamış və bundan mənəvi ləzzət almışlar.
    Həzrət Məhəmməd (salləllahu ələyhi və alihi və səlləm) hədislərin birində belə buyurur:
    "Namaz, mənim gözümün nurudur.”("Kafi”, 5-ci cild, səh.321, hədis 7.)
    İmam Əlinin (ələyhissalam) fəziləti barəsində yazılmış kitablarda o həzrətin namaza, hətta müstəhəb namazlara əhəmiyyət verdiyi və sıx bağlılığı bildirilmişdir. O, namazı elə şövqlə qılırdı ki, yorğunluq və halsızlıq belə hiss etmirdi. Çox namaz qıldıqlarına görə Rəsuli-Əkrəmin (salləllahu ələyhi və alihi və səlləm) və həzrət Zəhranın (ələyhassalam) ayaqları ağrıyardı. Bununla belə namaz onlara o qədər şirin gəlirdi ki, davamlı olaraq namaz qılır və ondan mənəvi qida alırdılar.
    Günahlardan uzaq olub Allah-təala yolunda çalışan və Ona qeydsiz-şərtsiz itaət edən hər bir müsəlmanın belə bir mənəvi ləzzət almaq imkanı var. Kərbəla səhrasında şəhid olan yetmiş iki nəfər Allahın razılığını əldə etmək üçün ruhi ləzzətə elə qərq olmuşdular ki, bədənlərinə dəyən ox, qılınc və nizə yaralarını unutmuşdular.
    Bərzəxdə(Öləndən sonra müvəqqəti qalacağımız bir aləm. (Mütərcimdən). ) olan ləzzət;
    Mənəvi faydalardan biri də bərzəx aləmində namazın təcəssüm etməsi və onun ləzzətidir. Belə ki, ayə və hədislərə əsasən bizim bütün danışıqlarımız və əməllərimiz mənəvi aləmdə qeydə alınır. Bu həqiqətə inanmaq üçün ata-babalarımızın güclü imana ehtiyacı var idi. Lakin bugünkü imkanların, o cümlədən maqnitofon, video və s. vasitəsilə artıq bu həqiqəti qəbul etmək asanlaşmışdır.
    Əməllərimiz bizdən heç vaxt ayrılmır. Bərzəx aləmində başqa bir şəkildə gözümüzün önündə canlanaraq dostumuza və sirdaşımıza çevrilir. Necə ki, əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) buyurur:
    "Heç kəs qəbirdə tək deyildir, çünki əməlləri onun yanındadır.”("Mənazilul axirət”, səh.42.)
    Qəbir və Bərzəx aləmində insana ən yaxın olan dost onun namazlarıdır. Namazqılan şəxsin namazı Bərzəx aləmində gözəl bir surətdə ona qovuşur və o, bu qovuşmadan sonsuz ləzzət alır. Bu ləzzətin dünyada qılınan namazın ləzzətindən qat-qat üstün olduğunu hiss edir.
    Dünyada hansı əmələ meyl və əlaqə çox olmuşsa, Bərzəx aləmində də həmin əməl müəyyən şəkildə və surətdə həmin şəxslə bir yerdə məhşur olacaqdır. Yəni əgər onun meyli namaza olubsa, Bərzəxdə də namazla məhşur olacaqdır. Əksinə, hər kəs dünyada pis işlər görsə, ruhi əzab çəkməklə yanaşı, həmin pis əməllər mücəssəm olub Bərzəx aləmində onun ruhuna əzab verəcəkdir.(Dünyadakı əməllər çox vaxt öz təsirini elə bu dünyada biruzə verir. Misal olaraq, Yaponiyanın Xerosima şəhərinə atom bombası atıb, çox az bir müddət ərzində 150 min insanın qətlinə səbəb olan amerikalı zabit dəliliyə tutularaq eləcə də öldü.(Müraciət et: "Təhəvvulate ictimai”). )
    Beləliklə, hər kəs dünyadakı vəzifəsini layiqincə yerinə yetiribsə, onun ruhu həmişə şad olaraq xeyir əməllərdən ləzzət alır.
    Tarixdə qeyd olunduğu kimi, bəzi şəxslərin ruhlarını çağırıb nə ilə məşğul olduqlarını soruşduqda - "Biz dünyada hansı işlərlə məşğul olurduqsa, Bərzəxdə də həmin işlərlə məşğuluq.”- deyə cavab verəcəklər.("Namaz və ruze”, səh.128.)
    NAMAZIN İNCƏLİKLƏRİ
    Namazın incəliklərindən biri də qiyamət gününə olan işarələrdir. Mərhum Nəraqi "Meracus-səadət” kitabında belə buyurur:
    Alimlərdən bəziləri namazın sirrini belə açıqlayır:
    Namaz Qiyamətin bu dünyadakı bir nümunəsidir. Belə ki, insan namazın incəliklərinə diqqət yetirsə, onun namazı yeni bir məna alar. O cümlədən;
    - Əzan, surun(İsrafil mələk Allah-təalanın əmrilə birinci dəfə suru üfürdükdə bütün canlılar məhv olacaq, yəni dünyanın sonu yetişəcəkdir. İkinci dəfədə isə bütün canlılar dirilib məhşərə-Allahın hüzuruna toplanacaqdır.) ikinci dəfə üfürülməsinə və ölülərin dirilməsinə işarədir.
    - İqamə isə Pərvərdigarın nidasına və bəndələrini Öz hüzuruna toplayacağına işarədir.
    - Qiyam halında üzüqibləyə dayanmaq Yaradanın hüzurunda durub dünyadakı əməllərin sorğu-sualına hazırlığa işarədir.
    -Təkbirin və qiraətin deyilməsi bəndənin öz acizliyini bildirib Allaha həmd-səna deməsinə işarədir. Belə ki, qiyamət günü Allah qarşısında acizliyini bildirən bəndə Yaradana sitayiş və təmcid edəcəkdir.
    - Rüku halında durmaq bəndənin Allah-təalaya təzimini bildirir. Sanki bu zaman Pərvərdigari-aləm xitab edərək buyurur: "Ey mənim bəndəm! Sən filan işi görüb, filan günaha batdın. Nə üçün bu günahı etdin? Sənin bugünkü təziminin heç bir faydası yoxdur”.
    - Bunu eşidən bəndə zəlil və aciz halda torpağa düşüb yalvararaq səcdə edəcəkdir. Namazdakı birinci səcdə buna işarədir.
    - Sonra həmin bəndəyə yenidən xitab olunar: "Başını qaldırıb cavab ver!” Bəndə başını qaldırıb tövbəni(Müstəhəbdir ki, iki səcdə arasında bu kəlmələr deyilsin:”Əstəğfirullahə Rabbi və ətubu iləyh”. Yəni Bağışlanmaq istəyirəm O Allahdan ki, mənim Pərvərdigarımdır və tövbə edib Ona tərəf qayıdıram. (Mütərcimdən). ) dilinə gətirər və peşimançılığını izhar edər. Namazda birinci səcdədən başı qaldırmaq deyilənlərə işarədir.
    - Sanki yenə xitab olunar: "Bugünkü tövbənin nə faydası?” Sonra çarəsiz bəndə yenidən səcdə etməklə ikinci dəfə xar, zəlil və acizliyini etiraf edər. Bu da namazın ikinci səcdəsinə işarədir.
    - Xitab gələr: "Dünyada etdiyin günahların ucbatından bugünkü acizliyinin faydası yoxdur. Başını qaldırıb düzgün cavab ver!” Bu da namazda ikinci səcdədən başı qaldırmağa işarədir.
    - O, başını qaldırıb İslamın ətəyindən tutmaqla belə deyər: "İlahi! Sənin birliyinə və Peyğəmbərin risalətinə şəhadət verirəm”.
    Bunu deyib qurtuluş ümidi ilə salavat göndərər. Bu da namazda olan "təşəhhüd”ə işarədir.
    - Yenə xitab eşidilər: "Ey günahkar bəndə! Məgər səndən bunu istədik?”
    Bu zaman heyrət və təəccüb içində qalmış çarəsiz bəndə sağa-sola nəzər salıb məhşər səhnəsini görəcək, peyğəmbərləri, imamları, saleh bəndələri və mələkləri səsləyib onlardan şəfaət diləyəcək: "Salam olsun Sənə ey Nəbi! Allahın rəhmət və bərəkəti olsun Sənə! Salam olsun bizə və Allahın saleh bəndələrinə! Salam olsun sizlərə! Hamınıza Allahın rəhmət və bərəkəti olsun!”
    Bu isə namazın axırında deyilən "salam”a işarədir.
    - Axırda o, əllərini üç dəfə göyə qaldırıb sanki ona kömək olunmasını istəyər. Bu da namaz bitdikdən sonra üç dəfə "təkbir”in deyilməsinə işarədir.
    Bir sözlə, namazın bütün vacib və müstəhəb əməllərinin, həmçinin bütün zikrlərinin bir sıra sirləri və incəlikləri var. İnşaallah, gələcək bəhslərdə bu barədə bəzi açıqlamalar verəcəyik.
    XATIRLATMA:
    Namaz qəlb nurunun mayası və yəqinliyin artmasıdır. Mömin kamilliyə doğru hər nə qədər addımlasa da heç vaxt namazdan ehtiyacsız ola bilmir və yalnız namaz vasitəsilə onun məqamı yüksəklərə qalxır.
    Namaza sonsuz dərəcədə bağlı olan Əmirəlmöminin Əli (ələyhissalam) mübarək ömrünün sonunda namaz üstündə canını Allaha tapşırdı. Həmçinin imam Hüseyn (ələyhissalam) aşura günü əsr namazının fəzilətli vaxtında (qüruba iki saat qırx səkkiz dəqiqə qalmış), xuşu və xuzu halında Allah yolunda canını fəda etdi.
    Sufilərdən bəziləri "Hicr” surəsinin 99-cu ayəsinə
    وَ اعْبُدْ رَبَّكَ حَتىَ‏ يَأْتِيَكَ الْيَقِين‏
    istinad edərək namaza ehtiyaclı olmadıqlarını bildirirlər. Onlar şərif ayədə zikr olunan "yəqin” kəlməsinin zahiri mənasına üstünlük verərək deyirlər: "Hər kəs yəqinlik məqamına çatsa, artıq onun namaza ehtiyacı yoxdur və namazı tərk etməlidir.”
    Halbuki, ayədə işlənən "yəqin” kəlməsi "ölüm”ə işarədir. Mübarək ayənin mənası budur: "və ölənəcən həmişə Pərvərdigarına ibadət et.”
    NAMAZIN ƏXLAQİ FƏLSƏFƏSİ
    Alimlərin nəzərində "əxlaq” insanın nəfsində olan bir qüvvədir ki, onu yaxşı işlər görməyə rəğbətləndirir və pis işlərdən isə çəkindirir. Bunun tam formulunun mənası namazdır. Çünki namaz yaxşılıqlara dəvət edən və pisliklərdən çəkindirəndir.
    Bizə əmanəti qorumağı, təcavüz və xəyanət etməməyi, başqalarına hörmət göstərməyi öyrədən namazdır. Bizə təvazökarlığı, bərabərliyi, qardaşlığı öyrətməklə yanaşı, təkəbbürdən, lovğalıqdan, fəxr etməkdən və millətçilikdən uzaqlaşmağı tövsiyə edən namazdır. Çünki İslam dini hamını qardaş və bərabər tutaraq namaz sıralarında yüksək təbəqə üçün xüsusi yer nəzərdə tutmur.
    Şəxsiyyətini üstün sayıb şeytanın nəzərini özünə cəlb edən və var-dövlətə görə özünü başqalarından yüksəkdə görən bir şəxs namaz sıralarında özünü yoxsullarla birlikdə, həmçinin bütün müsəlmanları bir cərgədə müşahidə etdikdə qəlbində olan şeytani hisslər zəifləyir və təkəbbür atəşi sönür. Bunun əvəzinə isə qardaşlıq, bərabərlik və yardım etmək hissləri güclənir.
    Digər bir tərəfdən özünü insanlıqdan çıxmış bilən, özünə qarşı ehtiram görməyən qəlbisınıq bir kasıb hər gün bir neçə dəfə özünü var-dövlət və şan-şöhrətə sahib olan şəxslərlə birlikdə camaat namazının cərgələrində gördükdə tədricən özünə qiymət verir və ürəklənir. Belə ki, o şəxsdə bir neçə hal meydana gəlir. O cümlədən:
    -Müsibətdə və qarşıya çıxan çətinliklərdə səbirli olub küframiz sözlərdən uzaqlaşır.
    -Özünə inanaraq var-dövlət sahiblərinə yaltaqlanmağı tərk edir.
    -Yaranış aləmində özü ilə sərvətlilər arasında heç bir fərq görmədikdə fəaliyyətini daha da gücləndirir.
    Bəli, namaz vasitəsilə insanlarda bir-birinə qarşı olan dostluq və məhəbbət hissi daha da güclənir. Artıq namaz sıralarında olan kasıb və varlı bir-birinin vəziyyəti ilə daha da yaxından tanış olur.
    Yavaş-yavaş cəmiyyətdə qardaşlıq və bərabərlik hissi hakim olur. Namazqılan özü və başqaları üçün xeyir-dua istəyir. O, hamının xoşbəxtliyini və səadətini arzulayır. Bu duaları hər gün təkrar edən müsəlman gündəlik əməllərində də bunları biruzə verir.
    Varlı və güclünün fəqir və zəiflə namazda yan-yana durması onun təkəbbürünü sındırır. Təvazökarlıq təkəbbürü əvəz edir. O, (varlı və ya güclü) görür ki, hamı namazda Allah-təalanı səsləyib bu kəlmələri təkrar edir:
    "Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik”.
    Bu mübarək kəlmələr həmin şəxsin Allaha olan təvəkkülünü daha da gücləndirir və Yaradandan qeyrisinə ümid bəsləməməyə səbəb olur. Bunu hiss etməklə bərabər hər bir işin Allah-təaladan asılı olduğuna yəqinliyi daha da artır.
    Xülasə, hər gün namazın nurani kəlmələrini təkrar edən müsəlmanda tədrici olaraq bəyənilmiş sifətlər cilvələnir və heyvani sifətlər məhv olub gedir.
    Bunu da qeyd edək ki, bəzi namazqılanların heyvani sifətləri bəyənilmiş sifətlərdən çoxdur. Məsələn, camaatın malına təcavüz edib rahatlıqla yeyir və s. Belələrinin rəftarında namazın təsirini görmək olmur. Bunun əsl səbəbi ondan ibarətdir ki, bu şəxslərin namazı həqiqi namaz deyil. Onlar zahirdə namaz qılmaqla onun şərtlərini yerinə yetirmir, mahiyyətini dərk etmirlər. Belələri ya riya xatirinə, ya da başqa səbəblərə görə namaz qılırlar. Bunlar namazlarını adət şəklinə salanlardır. Belə namazların ruhu və həqiqəti yoxdur. Bu cür namaz, içində ləpəsi olmayan badam və ya qoz qabığına bənzəyir.
    Bu cəhətdən də Rəsuli-Əkrəm (salləllahu ələyhi və alihi və səlləm) bəzi namazları tənqid edərək buyurmuşdur:
    -Qəlbin hüzuru ilə qılınmayan namaz- namaz deyildir.(Ərbəine şeyx Bəhai”, səh.37.)
    -Fatihəsiz qılınan namaz- namaz deyildir.(Mustədrəkul-vəsail”, 4-cü cild, səh.158, hədis 5.)
    -Azan və iqaməsiz namaz- namaz deyildir.("İləluş-şəraye”, 2-ci cild, səh.329.)
    -Rüku və səcdəsi kamil olmayan namaz- namaz deyildir.("Mustədrəkul-vəsail”, 3-cü cild, səh.36, hədis 17.)
    -Yaxın məsciddə qılınmalı olan namaz başqa məsciddə qılınsa, namaz deyildir.("Kəşful xəfa”, 2-ci cild, səh.294.)
    İmam Sadiq (ələyhissalam) buyurur:
    "Qiraətin düzgün oxunuşu, namazın əvvəl vaxtına riayət olunması, barmağa (əqiq) üzük taxılması və habelə digər əməllər namazqılanın insanlığına, yaxşılığına və ədalətinə dəlil deyil. Əksinə, pislik və yaxşılığın ölçüsü iki şeydən ibarətdir; Birincisi, rəftarda düzgünlükdür. İkincisi isə danışıqda doğruçuluqdur. Belə ki, bunların vasitəsilə insanların yaxşılığı sübuta yetir. Həmçinin cinayət və yalan vasitəsilə də onların pisliyi məlum edilir”.("Kafi”, 2-ci cild, səh.105. (Şəxsin uzun-uzadı rüku və səcdəsinə diqqət yetirməyin, çünki onun bədəni artıq buna adət etmişdir. Əksinə onun düzgünlüyünə və əmanətdar olduğuna fikir verin!).)

    Category: Namazin hikmət və sirləri | Added by: Islam_Kitabxanasi
    Views: 854 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024