İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Namazin hikmət və sirləri

    Namazin hikmət və sirləri
    2012-01-04, 5:19 AM

    XUZU VƏ XUŞUYA SƏBƏB OLAN ƏMƏLLƏR
    1.Namazda kimin müqabilində durduğumuzu, kiminlə söhbət etdiyimizi, həmçinin qiraət, rüku və səcdə barəsində düşünək.
    2.Namazın hər kəlməsinin mənasına diqqət yetirək.
    3.Qiraət edərkən tələsmədən və aram vəziyyətdə, hüzuri-qəlblə qiraət edək.
    4.Qəlbimizə kənar fikirlər gələndə onlardan uzaqlaşıb Allahı yad etməyə çalışaq. Əgər belə etməsək, müxtəlif dünyəvi fikirlər qəlbimizə sürətlə hücum edib bizi namazın həqiqi faydasından məhrum qoyacaq.
    5.Ətrafa baxmamağımız, hisslərimizin cəmləşdirilməsi, həmçinin xuzu və xuşu əldə edilməsi üçün səcdə olunan məkana, ya möhürə diqqət yetirək. Bu barədə rəvayətlərdə belə buyurulmuşdur:
    "Rüku halında pəncələr arasına, səcdədə burunun yanlarına, qunut tutarkən əllərin içinə və oturaq vəziyyətdə libasa (ətəyə) baxılmalıdır”.
    6. Yuxulu, süst, mədəmiz dolu olduqda, əsəbi, narahat və s. vəziyyətdə namaz qılmayaq. Çünki belə hallarda diqqətimizi bir yerə cəmləşdirə bilmirik. Hədislərin birində belə buyurulur:
    "Süst və yuxulu halda namaz qılmayın!”
    Qurani-Kərim buyurur:
    لَا تَقْرَبُواْ الصَّلَوةَ وَ أَنتُمْ سُكَارَى
    "Məst halında namaza yaxınlaşmayın.”(Nisa” surəsi, 43-cü ayə. (Elə başa düşülməsin ki, namazdan başqa vaxtlarda məst olmaq olar. Bildiyimiz kimi Quran 23 il ərzində tədriclə nazil edilmişdir. Şərab, yaxud bir sıra haram əməllər də tədrici surətdə haram edilmişdir. Mütərcimdən).)
    Namazın faydası o zaman kamil olur ki, namazqılan fikrindən dünyəvi işləri çıxarıb diqqətini yalnız məbdəyə (Allaha) yönəltsin. Bu barədə "Maun” surəsinin 4 və 5-ci ayələrində belə buyurulur:
    فَوَيْلٌ لِّلْمُصَلِّينَ الَّذِينَ هُمْ عَن صَلَاتهِِمْ سَاهُون‏
    "Vay olsun, o namazqılanlara ki, namazlarında səhlənkarlıq edirlər.”
    Namaza diqqət o qədər əhəmiyyətlidir ki, məsumlar (ələyhimussalam) dəfələrlə bu nöqtəni vurğulamış, bu barədə çoxlu hədislər nəql etmişlər. Hədislərin birində belə buyurulur:
    "Qəlbin diqqəti olmadan qılınan namaz namaz deyil”.
    İslam Peyğəmbəri həzrət Məhəmməd (salləllahu ələyhi və alihi və səlləm)
    buyurur:
    "Bəndə namaza durduğu zaman onunla Allah arasında olan (pərdə) ortadan qalxır və Allah-təala ona nəzər salır. Mələklər onunla bərabər namaz qılaraq duasının müstəcəb olması üçün "Amin” deyərlər. Asimandan onun üçün xeyir və bərəkət nazil olar. Sonra bu nida eşidilər: Əgər bilsəydin kiminlə münacat edirsən, diqqətini namazdan başqa bir şeyə yönəltməzdin.”
    Başqa bir rəvayətdə isə belə buyurulur:
    "Cismi ilə qəlbini birlikdə namaza hazır etməyən şəxsə Allah-təala nəzər salmaz.”
    İmam Baqir (ələyhissalam) buyurur:
    "Nafilə namazları vacib namazlarda hüzuri-qəlbə varid olan nöqsanları aradan qaldırmaq üçün tövsiyə olunmuşdur.”
    Möminin qəlbi kompasın əqrəbi kimi olmalıdır. Belə ki, kompas istənilən istiqamətə döndərilsə, onun əqrəbi yenə də öz təbii halına qayıdaraq cənuba üz tutacaq. Namazqılanın da diqqəti Allahdan yayınsa, cəld yenidən diqqətini əvvəlki halına qaytarmalıdır.
    Namazda diqqət və hüzuri-qəlb əldə etmək çox çətindir. Çünki insanın fikri dünyəvi işlərlə məşğuldur və dənizin üzərindən ötüb səs-küy salan dalğalara bənzəyir. Bundan əlavə fikirləri azdırmaq və ələ keçirmək üçün pusquda durmuş şeytan münasib fürsət axtarır. Ürək bir anlığa Allahdan qafil olduqda şeytan qoşunu hücum edərək qəlb səngərini ələ keçirir. Lakin qəlbin qəflətdən ayıldığını hiss edən şeytan qoşunu çarəsiz olaraq qaçmağa üz tutur. Şair bu barədə belə deyir:
    Könül əğyarların lat yeri deyil,
    Div çıxsa, mələklər gələsidir bil.
    AZAN VƏ İQAMƏNİN FƏLSƏFƏSİ
    Azan kilsə zəngi müqabilində dayanan ən böyük İslam şüarıdır. Onların müqayisəsini pak vicdanlı oxucuların öhdəsinə buraxırıq. Azanın cümlələrinin mənasına diqqət insanı qəflət yuxusundan oyadır, bizi cəlbedici maddi aləmdən uzaqlaşdırıb diqqətimizi mənəvi aləmə doğru yönəldir. Bəzən Peyğəmbəri-Əkrəm (salləllahu ələyhi və alihi və səlləm) dünyəvi işlərdən uzaqlaşmaq üçün azanı xatırladıb buyurardı:
    يا بلالارحنا
    "Ey Bilal! Bizi feyzə çatdır!”
    Müəzzin azan verən zaman xalis tövhid nidası və sonuncu Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) nübüvvəti ictimai fəzada bir daha işıqlanır. Bu ən böyük bir şüar olmaqla yanaşı, müsəlmanların, o cümlədən qeyri-müsəlmanların ruhiyyəsinə və qəlbinə nüfuz edərək dərin bir iz buraxır.
    Azanda Allah-təalanın əzəmətinə, Onun yeganəliyinə, nübüvvətə və namazın sifətlərinə (nicat tapmaq, ən yaxşı əməl) iqrar edilir.
    Azan Qiyamət gününün bərpası üçün İsrafil mələyin (ələyhissalam) üfürəcəyi birinci sura işarədir. (Birinci sur ruhların bədənlərdən ayrılmasına, ikinci isə ruhların yenidən bədənə qaytarılmasına işarədir).
    Azan və iqamənin faydaları, həmçinin savabı barəsində bir çox rəvayətlər nəql edilmişdir.
    Azan kazarmada xidmətdə olan əsgərlər üçün səslənən şeypura bənzəyir. Əsgərlər şeypurun səsini eşidən kimi cəld, lazım olan ləvazimatı (güllə, silah və s.) götürüb müəyyən olunmuş mərkəzdə sıraya düzülməklə xidmətə hazır olduqlarını bildirirlər.
    Həmçinin müsəlman, azanın səsini eşitdikdə mənəvi aləmlə əlaqə yaratmaq məqsədilə bütün diqqətini Allah-təalaya yönəldərək özünü tələsik namaz qılınan məkana çatdırır. Quran bu barədə belə buyurur:
    يَأَيهَُّا الَّذِينَ ءَامَنُواْ إِذَا نُودِىَ لِلصَّلَوةِ مِن يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْاْ إِلىَ‏ ذِكْرِ اللَّهِ
    "Ey iman gətirənlər, cümə günü namaza nida olunduğu (azan verildiyi) zaman Allahı yad etməyə tələsin.”(Cümə” surəsi, 9-cu ayə.)
    TƏKBİRLƏRİN FƏLSƏFƏSİ
    Namazın başlanğıc hissəsi olan təkbiri dilə gətirməklə bütün adi işlər insana haram olur. Necə ki, imam Əli (ələyhissalam) bu barədə belə buyurur:
    Allahın Peyğəmbəri (salləllahu ələyhi və alihi və səlləm) belə buyurmuşdur: "Namazın müqəddiməsi dəstəmazla, bütün adi işlərin haram olması təkbirlə və halal olması isə namazın sonundakı salamladır.”(Vəsailuşşiə", 1-ci cild, səh. 366, hədis 4.)
    Təkbirlərin( 
    Dörd rükətli namazlarda 31 təkbir vardır. Onlardan birincisi vacib, qalanı müstəhəbdir.  
    ) istər azanda və iqamədə, istərsə də namazın əvvəlindən sonuna kimi zikr olunmasının fəlsəfəsi budur ki, insanlar Allahın əzəmətini yada salıb, dünyanı və maddiyyatı kiçildərək Yaradana olan diqqəti daha da gücləndirsinlər. Dünyəvi işlərdən uzaqlaşaraq namazda hüzuri-qəlb tapmaqla ilahi heybətə ürəklərində yer versinlər.
    "Təkbiratul-ihram” (niyyətdən sonra vacib olan təkbir) namazın rüknündən sayılır. Namazın həqiqəti məbudun əzəmətini izhar etməkdən ibarətdir. "Əllahu Əkbər” kəlməsi də bu həqiqəti aşkar şəkildə xatırladır. Təkbirin mənası budur ki, "Allah Böyükdür,” təsəvvür olunan hər bir şeydən ucadır. "Əllahu Əkbər”, yəni Allahın əzəməti və böyüklüyü bizim mərifət, düşüncə və təsəvvürümüzün fövqündədir.
    Ey xəyaldan uzaq, oxşarsız olan,
    Haqqında dedilər biz də eşitdik.
    Əfsus ki, ömrümüz çatmaqda sona,
    Sənin vəsfin üçün axı nə etdik!
    Əlləri qulaqların müqabilində qaldırıb təkbir deməyin mənası budur ki, Allahdan başqa hər şeydən uzaqlaşıb, hüzuri-qəlblə və kamil diqqətlə Onunla ünsiyyətdə rahatlıq tapmaq istəyirəm.
    QİYAMIN FƏLSƏFƏSİ
    Namazın vacibatlarından biri də qiyamdır. Qiyam (ayaq üstə durmaq) namazın mühüm hissələrindən və rüknündən sayılır. Qiyamda zəlillik, xuzu və xuşu özünü büruzə verir. Böyüklərin hüzurunda ayaq üstə durmaq ədəb və hörmət, onlardan icazəsiz oturmaq isə ədəbsizlik əlamətidir. Qiyam və namazın ruhu da deyilənlərə işarədir.
    Müstəhəb namazları ayaq üstə qılmağın savabı oturaq halda qılmaqdan çoxdur. Ayaq üstə oxunan xütbə və ya moizələr də üstündür. Belə ki, cümə namazında, fitr və qurban bayramları namazlarında xütbə yalnız ayaq üstə oxunmalıdır. İslam bu namazlarda oturaq halda xütbə oxunmasını qəti surətdə qadağan edir. Onu da qeyd edək ki, İslam tarixində oturub xütbə oxuyan şəxs Müaviyə olmuşdur.(Tətimmətul-muntəha”, səh.52.)
    Namazda qiyam halında durmaq məhşər günündə sıraya düzülüb əməllərə görə cavab verəcəyimizi xatırladır. Qurani-Kərim bu barədə buyurur:
    يَوْمَ يَقُومُ النَّاسُ لِرَبّ‏ِ الْعَالَمِين‏
    "O gün ki, insanlar aləmlərin Pərvərdigarı üçün ayağa qalxarlar.”(Mutəffifin” surəsi, 6-cı ayə.)
    Başqa bir ayədə isə belə buyurulur:
    يَوْمَ يَقُومُ الرُّوحُ وَ الْمَلَئكَةُ صَفًّا لَّا يَتَكلََّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَانُ وَ قَالَ صَوَابًا
    "O gün ki, ruh və mələklər sıraya düzülərək ayağa qalxarlar və (Allahın izni olmadan) danışmazlar.”(Nəbə”surəsi, 38-ci ayə.)
    Bu kimi ayələrin nümunəsi camaat namazında özünü büruzə verir. Belə ki, namaz qılanlar pişnamazın arxasında sıraya düzülməklə danışıq ixtiyarını əldən verir, sakit halda onun qiraətinə qulaq asırlar. Zahiri qiyam həqiqi qiyama işarədir. Yəni səbir edib ayaq üstə durmaq əsl hədəfə çatmaq üçündür.
    Məsələn, zalım əməvi hökumətinə qarşı vuruşan imam Hüseynin (ələyhissalam) qiyamı və ya İslam Peyğəmbərinin (salləllahu ələyhi və alihi və səlləm) küfrə qarşı qiyamı əsl hədəfə çatmaq üçün idi. Bu sayağ qiyama, hədəfə kamil iman nəticəsində çatılır. Necə ki, İslam Peyğəmbərinin (salləllahu ələyhi və alihi və səlləm) Allaha və əvvəlki peyğəmbərlərə, mələklərə, kitablara imanı vardı. Quran ayəsi bu nöqtəyə işarə edir:
    ءَامَنَ الرَّسُولُ بِمَا أُنزِلَ إِلَيْهِ مِن رَّبِّهِ
    "Peyğəmbər Pərvərdigarı tərəfindən ona nazil olana iman gətirmişdir.”(Bəqərə” surəsi, 285-ci ayə.)
    Lakin nəzəriyyə və fərziyyəyə əsaslanan alimlərin məqsədi iman və yəqinə əsaslanmır. Buna misal öz əqidəsinin əleyhinə çıxan Qalileyi göstərmək olar. İslam Peyğəmbəri (salləllahu ələyhi və alihi və səlləm) isə bu sözləri "Hər nə istəsən sənə verərik, bir şərtlə ki, bizim tanrılarımızla işin olmasın!”-deyən müxaliflərin cavabında belə buyurur:
    "Əgər günəşi sağ, ayı sol əlimə versəniz, heç vaxt əqidəmdən dönmərəm.”(Fərazhaye əz tarixe peyambəre Eslam”, səh.109)
    İmam Hüseynin (ələyhissalam) də Yezidə beyət etməsi üçün onun nümayəndələri tərəfindən buna oxşar vədlər verilirdi. Amma imam (ələyhissalam) cavabında buyururdu:
    "Mənim kimisi heç vaxt zalım və fasiqin birisinə beyət etməz. Mən elə şəxslərin ətəyində tərbiyə almışam ki, onları qorxutmaq və ya şirnikdirməklə heç vaxt hədəflərindən ayıra bilməzdilər.”
    Həzrət Əli (ələyhissalam) "Hüneyn” müharibəsində azsaylı mücahid möminlərlə birlikdə dözüm və müqavimət göstərərək düşmən qoşununu yarıb İslam Peyğəmbərini (salləllahu ələyhi və alihi və səlləm) müdafiə edirdi. Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) uca boylu əmisi Abbas fərarilərə üz tutub uca səslə deyirdi: "Ey ağacın altında Peyğəmbərə (salləllahu ələyhi və alihi və səlləm) beyət edənlər! Hara qaçırsınız?”
    Həmçinin "Ühüd” döyüşündə səhabələrin əksəriyyəti canlarının qorxusundan qaçmağa üz tutdular. İmam Əli (ələyhissalam) və Həmzə Peyğəmbəri (salləllahu ələyhi və alihi və səlləm) qorumaq üçün düşmənlə qızğın vuruşurdular. Nəhayət, Həmzəni şəhid etdilər. İmam Əli (ələyhissalam)
    təkbaşına Allahın elçisini (salləllahu ələyhi və alihi və səlləm) müdafiə edirdi. O, mübarək bədəninə dəyən qılınc yaralarına baxmayaraq öz hədəfindən əl çəkmirdi. Allah-təala da buna xatir Öz qələbəsini o həzrətə əta edi. Quran bu barədə belə buyurur:
    إِنَّ الَّذِينَ قَالُواْ رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَمُواْ تَتَنزََّلُ عَلَيْهِمُ الْمَلَئكَةُ
    "Həqiqətən, Allah bizim Pərvərdigarımızdır deyən, sonra isə müqavimət gostərən kəslərə mələklər nazil olar.”("Fussilət” surəsi, 30-cu ayə.).
    Allah-təala haqq yolda səbir və müqaviməti mədh edir. Həmçinin onlara (səbir və müqavimətə) görə böyük bir mükafat təyin edərək Öz Peyğəmbərinə dözüm, müqavimət əmr edir.
    "Şura” surəsinin 15-ci ayəsində buyurulur:
    فَلِذَالِكَ فَادْعُ وَ اسْتَقِمْ كَمَا أُمِرْتَ وَ لَا تَتَّبِعْ أَهْوَاءَهُمْ
    "Elə isə sənə əmr olunduğu kimi müqavimət (səbir, dözüm) göstər və onların istəklərinə tabe olma.”
    "Hud” surəsinin 112-ci ayəsində isə belə buyurulur:
    فَاسْتَقِمْ كَمَا أُمِرْتَ وَ مَن تَابَ مَعَكَ
    "Elə isə sənə əmr olunduğu kimi müqavimət göstər. Həmçinin səninlə birlikdə olub (Allaha doğru) qayıdanlar da (müqavimət göstərsinlər).”
    Deməli, Peyğəmbər (salləllahu ələyhi və alihi və səlləm) öz müqavimətindən yox, əksinə ümmətin müqavimətsizliyindən yorulur və qocalırdı.(Şöhrət tapmış bu hədisin - "Hud surəsi məni (Peyğəmbəri) qocaltdı”- sənədi mötəbər deyil. "Safi” təfsirində zikr olunan düzgün hədis budur: "Hud və Vaqiə surələri məni qocaltdı”. Ola bilsin ki, İslam Peyğəmbərinin (salləllahu ələyhi və alihi və səlləm) qocalığının səbəbi əzaba aid olan ayələrin təsiri olsun, nəinki o həzrətin müqaviməti. Çünki onun zatı müqaviməti olduqca möhkəm idi. Əsl mətləb bundan ibarətdir ki, "Şura” surəsində əmr olunmuş müqavimət və dözüm Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) şəxsən özünə aiddir. Lakin "Hud” surəsində əmr olunmuş müqavimət isə həm Peyğəmbərə (salləllahu ələyhi və alihi və səlləm), həm də möminlərə aiddir. O həzrət öz müqavimətindən yox, əksinə başqalarının öz müqavimətlərini qorumadıqlarına görə qocaldı. Yuxarıda zikr edilmiş o iki ayəyə diqqət etsəniz, həzrətin qocalığının səbəbi daha da aydınlaşacaqdır. )
    Bəlkə də imam Zamanın (ələyhissalam) ləqəblərindən biri olan "Qasim” buna görə o həzrətə verilmişdir ki, həzrət müxaliflərə qarşı mübarizə və qiyam edərək müqavimət göstərəcəkdir.
    Vaxtilə İslam qoşununun baş komandanı Musa Nəsir Avropanı fəth etmək fikrinə düşdükdə Tariq ibn Ziyad adlı qulamını döyüşə aid məlumatlar toplamaq üçün İspaniyaya göndərdi. Tariq oraya çatıb düşmən qoşununun ruhiyyəsini zəif gördükdə hücuma münasib fürsət olduğunu hiss etdi. Öz-özünə fikirləşib dedi ki, əgər mən bu məlumatı baş komandana göndərib cavabını gözləsəm, uzun çəkəcək. O vaxta kimi düşmən ayılıb bizə güclü zərbə endirə bilər.
    Buna görə də o, belə bir qəti qərara gəlib əmr etdi: "Üzüb gəldiyimiz bütün gəmilərin hamısına od vurub yandırın!”
    Onun bu əmrinə bəziləri etiraz edib dedilər: "Sən gəmilərimizi yandırmaqla bizi evimizdən və əzizlərimizdən birdəfəlik ayırmaq istəyirsən?”
    Tariq dedi: "Müsəlman ayrıca yuvası olan toyuq kimi deyil.”
    Sonra yerindən qalxıb indiki "Cəbəlut-tariq” adlanan dağın ətəyində dayanıb odlu bir nitq söylədi: "Ey camaat! Hal-hazırda arxanızda təlatümlü bir dəniz, qarşınızda isə saysız-hesabsız düşmən ordusu var. Onların anbar dolu azuqə və silahı, sizin isə güclü pəncələriniz və qılınclarınız var. Elə isə özünüzü göstərin!”
    Bu həyəcanlı və təhrikedici xütbədən sonra müsəlmanların qeyrəti cuşa gəldi və düşmən qoşununa hücuma keçdilər. Onlar qarşıya çıxan bütün çətinliklərə dözüb müqavimət göstərməklə İspaniyanı fəth etməyə nail oldular.
    Ümumiyyətlə, həyatda ümid vasitəsi ilə yaşamaq mümkündür. Bu isə insanları yaxşı və rahat yaşaması üçün fəaliyyətə sövq edir. Hər iki dünyada səadətə qovuşmaq üçün isə bütün müşküllərin qarşısında müqavimət göstərmək lazımdır.
    Böyük şəxsiyyətlərin hər bir sahədə müvəffəqiyyətə çatmalarının və istədikləri məqsədlərə nail olmalarının sirri onların səbrinə, dözümünə və müqavimətinə bağlıdır. Lazımi məqsədə çatmaq üçün bunlar şərtdir. Bu qəbil şəxsiyyətləri qarşıya çıxan heç bir problem qorxutmaz. Çoxları fəaliyyəti dövründə xırda bir çətinliklə üzləşən kimi ümidini üzərək başladığı işi yarımçıq qoyur və nəticədə hər şeyi əldən verir. Lakin böyük şəxsiyyətlər səy göstərməkdən əlavə heç bir çətinlikdən məyus olmur və başladığı işdən möhkəm yapışaraq sona kimi öz qüvvələrini əsirgəmirlər.
    İslamın böyük alimlərindən olan Əbu Cəranə belə deyir: "Mən müqavimət və qorxmazlıq dərsini "cəranə” adlı həşəratdan (bu səbəbə görə onun ləqəbi Əbu Cəranədir) öyrəndim. Bir gün Dəməşq məscidində "Safi” sütununun küncündə əyləşmişdim. Gördüm ki, bu həşərat saf olan həmin sütunun yuxarısındakı çırağa doğru hərəkət etmək istəyir. Yuxarıya qalxmaq istəyən bu canlı diqqətimi cəlb etdi. Sütunun üstü sürüşkən olduğundan bu həşərat sütunun ortasına çatdıqda sürüşüb yerə düşürdü. Bu cərəyan yeddi yüz dəfə təkrar olundu. Nəhayət, o, öz məqsədinə çatdı. Onun polad kimi güclü iradəsinə təəccüblənmişdim. Həmin həşəratın öz məqsədinə çatdığına və sanki arzusunu qoynuna alaraq çıraq ətrafında oturduğuna şahid oldum.”
    Napoleon deyir: "Müharibələrdə tez-tez məğlubiyyətə uğramağıma baxmayaraq qorxub çəkinmədim. Nəticədə qələbə çalmağı öyrəndim.”
    "Şəhide əvvəl”in "Lümə” kitabı, mərhum Xacə Nəsirəddin Tusinin "Şərhe işarat” əsəri, o cümlədən bir çox məşhur kitablar zindanda qələmə alınmışdır.
    Həzrət Əli (ələyhissalam) "Nəhcül-bəlağə”də buyurur:
    "Bilin ki, səhra ağacları susuzluq, tufan, güclü küləklərlə üzləşməsinə baxmayaraq möhkəm və davamlıdırlar. İnsan da müqavimət göstərməklə möhkəmlənir.”(45-ci məktub, səh.418.)
    Ümidvarıq ki, namazdakı qiyam hər gün həyat dərsimizin bünövrəsi olsun.
    Category: Namazin hikmət və sirləri | Added by: Islam_Kitabxanasi
    Views: 715 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024