İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Namazin hikmət və sirləri

    Namazin hikmət və sirləri
    2012-01-04, 5:18 AM
    NAMAZIN ASTADAN VƏ UCADAN QILINMASININ FƏLSƏFƏSİ
    Namazı bəzən astadan, bəzən ucadan qılmağın öz gözəllikləri və hikmətləri vardır. Belə ki, ucadan qılmaq eşitmə vasitəsilə insanın beyin sinirlərində böyük təsirlər və izlər buraxır. Asta qıldıqda isə insanda aramlıq yaranır. Yaradana yaxınlıq hissi və ixlas aşkar olur. Buna görə də zikrləri səssiz demək yaxşıdır. Qurani-Kərim "Əraf” surəsinin 55-ci ayəsində buyurur:
    ادْعُواْ رَبَّكُمْ تَضَرُّعًا وَ خُفْيَة
    "Pərvərdigarınızı yalvarışla və ahəstə olaraq çağırın.”
    Həmin surənin 205-ci ayəsində isə belə buyurulur:
    وَ اذْكُر رَّبَّكَ فىِ نَفْسِكَ تَضَرُّعًا وَ خِيفَةً وَ دُونَ الْجَهْرِ مِنَ الْقَوْلِ بِالْغُدُوِّ وَ الاَْصَا
    "Pərvərdigarını qəlbində zəlil halda, astadan, səhər-axşam yad et.”
    Sakit və astadan edilən zikrlər riyadan uzaqdır. Gizlində verilən sədəqə aşkar şəkildə verilən sədəqədən qat-qat üstün olduğu kimi, namazda da qiraətin astadan oxunması riyadan uzaqdır. Buna aid rəvayətlər də mövcuddur.
    Namazı yavaş qılarkən bütün diqqət beyinə yönəlir. Şəriətdə namazı uca və asta qılmaq məsələsi təsdiqlənmişdir. Bunların hər ikisinin incəlikləri var. Lakin zöhr və əsr namazlarının ahəstə, şam, xiftən və sübh namazlarının isə ucadan qılınmasının sirri və fəlsəfəsi hələ də kəşf edilməmişdir.(Yaxşı olar ki, bu barədə "İləluş-şəraye” kitabına müraciət edəsiniz. (Mütərcimdən). )Buna görə də vacibdir ki, bu göstərişləri ibadi bir əməl kimi qəbul edək. Ola bilsin ki, gələcəkdə elmin inkişafı nəticəsində namazı asta və uca qılmağın fəlsəfəsi aydınlaşsın.
    "Munacat” kəlməsi "nəcva” kökündəndir. İki nəfərin bir-birilə ahəstə söhbətinə "nəcva” deyilir. Bu cəhətdən də Allah-təala ilə yavaş və astadan edilən söhbətə "munacat” deyilir.
    "Safi” kitabında "Əraf” surəsinin 55-ci ayəsinin təfsirində belə bir rəvayət vardır:
    "Rəsuli-Əkrəm (salləllahu ələyhi və alihi və səlləm) öz səhabələri ilə səhradan keçib bir məntəqəyə çatdı. Bu zaman səhabələrin təkbir və təhlil səsləri göyə ucaldı. Allahın elçisi (salləllahu ələyhi və alihi və səlləm) buyurdu: "Nə üçün səsinizi ucaldırsınız? Allahı ahəstə çağırın və ahəstə zikr edin! Məgər Allah sizdən uzaqdır? Sizə yaxın məhz Odur və O, hər şeyi eşidəndir.”
    "İddətud-dai” kitabının 243-cü səhifəsində deyilir:
    "Peyğəmbəri-Əkrəm (salləllahu ələyhi və alihi və səlləm) Əbuzərə buyurdu: "Allahı zikr et və "xamil” zikr et!”
    Əbuzər soruşdu: "Xamil nə deməkdir?”
    Həzrət buyurdu: "Ahəstə”.
    Salavat barəsində çoxlu rəvayətlər mövcuddur. Lakin onlardan yalnız biri salavatın ucadan zikr edilməsini vurğulayır. Ola bilsin ki, həmin hədisin fəlsəfəsi bundan ibarətdir ki, Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) mübarək adı dünyaya yayılsın. Necə ki, Qurani-Kərim bu barədə buyurur:
    وَ رَفَعْنَا لَكَ ذِكْرَك
    "Adını sənin üçün (aləmlərdə) ucaltdıq.”("Şərh” surəsi, 4-cü ayə.)
    Rəvayətlərin birində belə buyurulur:
    "Gizlində edilən zikrin savabı aşkarda edilən zikrdən yetmiş dəfə çoxdur.”("İddətud-dai”, səh. 220.)
    Yenə də həmin kitabın 283-cü səhifəsində zikrin mərtəbələrini sayaraq onu dörd hissəyə ayırır:
    -Aşkar zikr.
    -Gizli zikr.
    -Qəlb zikri.
    Allahı həmişə göz önündə hazır bilmək. Bu şərtlə ki, həmin hiss günahın tərk edilməsinə və itaətə səbəb olsun.
    Bəziləri namazın ucadan qılınmasının fəlsəfəsi barəsində belə demişlər: "Namazda oxunan qiraət sanki Quranın qiraəti ilə eynidir. Həmçinin namazdan əlavə zikrlər də ucadan deyilməlidir ki, Allaha diqqətdən həm dil, həm qəlb və həm də qulaq öz məhbubunun kəlamını eşidərək ləzzət alsın. Azanı uca səslə demək möminlərə ruhi ləzzət bəxş edir.
    Lakin namazın astadan qılınması yuxarıda qeyd olunan incəliklərdən məhrumsa da, əvəzində iki boru ilə axan suya bənzəyir. Belə ki, əgər onlardan biri bağlansa, digərinin cərəyanı artacaq. Bu cəhətdən də namaz qılınanda beyinə verilən güc artır və namaz qılanın qəlbinin diqqəti güclənir. Namaz qılan istəyir ki, uca səslə bütün bədən üzvlərinə namazın əhəmiyyətini çatdırsın.
    Cəbrail mələk vasitəsilə imtahana çəkilən həzrət İbrahim (ələyhissalam) Allahın mübarək adını eşitmək üçün bütün var-dövlətini fəda etdi.(Meracus-səadət”, məhəbbət babı.)
    QURAN VƏ NAMAZIN ƏRƏB DİLİNDƏ OXUNMASININ FƏLSƏFƏSİ
    İlk baxışdan hər bir insanın nəzərində namazı öz ana dilində qılmaq məqbul və adi sayıla bilər: "Əgər məqsəd Allahı çağırıb Onunla ünsiyyət yaratmaqdırsa, yaxşı olar ki, mənasını anladığım ana dilində ünsiyyət qurum”!
    Lakin bu mövzunu araşdırıb ona diqqətlə nəzər salsaq, namazın dua, münacat və digər ibadətlərdən fərqləndiyinə, həmçinin onda bir sıra hikmətlər olduğuna şahid olarıq.
    Hər bir şəxs öz dilində Allah-təala ilə razü-niyaz edə bilər və bunun heç bir maneəsi yoxdur. Amma namazın başqa bir yönümü də var və onun batinində sirlər və hikmətlər gizlənmişdir. Onlardan bəzilərinə işarə edirik:
    -Dünya müsəlmanlarının həmahəngliyi;
    Yer kürəsinin müxtəlif yerlərində irq və fikir ayrılığından asılı olmayaraq namazda günün müəyyən saatında müsəlmanlar üzlərini bir qibləyə tutaraq Allaha dua edib hacətlərini istəyir və arzu-istəklərini kənara qoyub özlərinin dini vəhdətini bütün dünyaya nümayiş etdirirlər.
    -Təhrifdən(Yəni əvəz etmək, dəyişmək. (Mütərcimdən)) amanda qalma;
    Ərəb dili vasitəsilə bu vacibat (namaz) hər bir dəyişiklik və saxtakarlıqdan amanda qalır. İslamın əvvəllərindən bu günədək, eləcə də Qiyamət gününə kimi bu ibadət kiçik bir dəyişikliksiz yerinə yetirilmişdir və yetiriləcəkdir.
    Əgər namaz hər millətin öz dilində qılınsaydı və buna şəriət icazə versəydi, məlumdur ki, minlərlə nöqsan üzə çıxıb namazın surətini dəyişdirərdi. Lakin namazın ərəbcə qılınmasının vacibliyi onu hər bir təhrifdən və dəyişiklikdən qoruyur.
    -Namazın həqiqətinin və incəliklərinin amanda qalması;
    Namazın əsl camalında olan incəlik və lətafət onun tərcüməsində mövcud deyildir. Necə ki, Qurani-Kərimin dünyanın müxtəlif dillərinə tərcümə olunmasına baxmayaraq onun ərəbcə oxunuşu, həmçinin məqamı və lətafəti insanları özünə cəzb edir. Uyğun gözəlliklər Quranın tərcüməsində yoxdur.
    Məlumdur ki, Hafizin, Sədinin və Xəyyamın divanı müxtəlif dillərə tərcümə edilmişdir. Lakin onları əsl nüsxələri ilə müqayisə etdikdə tərcümədə incəlik və gözəlliklərin olmadığını müşahidə edərik.
    -Qurani-Kərimə diqqətin artması;
    Bizim müqəddəs kitabımız olan Qurani-Kərim Allah elçisinin (salləllahu ələyhi və alihi və səlləm) ən böyük möcüzəsi sayılır. Onun mühüm bir hissəsi(Yəni "Fatihə” surəsi.) isə namazın oxunuşuna aiddir. Buna görə də Quran hər bir təhrifdən amanda qalmalıdır. Namazın ərəbcə oxunuşu və ona aid olan ayələrin qiraəti bu həqiqəti təsdiqləyir.
    - İslam dünyasının biri-birilə vəhdət bərqərar etməsi;
    Əlaqə və rabitə yaratmaq üçün Yer kürəsinin hər hansı bir nöqtəsində yaşayan müsəlmana beynəlmiləl bir dil bilməsi zəruridir. Xüsusilə kiçik bir evə bənzəyən bugünkü dünyada insanların biri-birilərini anlaması üçün vahid bir dil olmalıdır ki, hər fərd öz məqsədini aşkar surətdə çatdıra bilsin.(Londan radiosu öz məqsədini və tutduğu hədəfi dünyaya çatdırmaq üçün 44 dildən istifadə edir. )
    Beynəlmiləl bir dil kəşf etmək istəyən və bunun üzərində çox zəhmət çəkmiş doktor Rematov adlı birisi "Esperanto” xəttini kəşf edir. Bu xəttin başqa dillərdən asan olmasını düşünən doktor bir çox fəaliyyətdən sonra müsbət bir nəticə əldə edə bilmir.
    Lakin on dörd əsr bundan qabaq İslam Peyğəmbəri (salləllahu ələyhi və alihi və səlləm) bu həqiqəti nəzərə alaraq fəsahətli və zəngin olan ərəb dilini beynəlmiləl dil kimi bütün dünyaya tanıtdırmışdır. Buna görə də müsəlmanların müqəddəs kitabı olan Quran hər gün oxunmalı və onun qanunlarına əməl edilməlidir. Əlbəttə ki, vacibatlardan ən mühümü və Quran dilində olan namaza birinci növbədə əhəmiyyət verilməlidir. Buna görə də bütün dünya müsəlmanları ərəb dilini öyrənməyə çalışır, Quran və namazın mənasını bilmək istəyir. Belə ki, bu dil beynəlmiləl bir dilə, İslam vəhdəti xəyala yox, həqiqətə çevrilib xaricdə öz əksini tapsın.
    Dayaz düşüncəli "Kəsrəvi” adlı birisi dini münasibətləri kənara qoyaraq fars dilini beynəlmiləl bir dilə (özünün dili ilə desək, "pak dil”ə) çevirmək istəyirdi.
    Amma dərin düşüncəli və uca məqamlı İslam Peyğəmbərinin (salləllahu ələyhi və alihi və səlləm) məqsədi bu idi ki, ərəb dili vasitəsi ilə bütün dünya müsəlmanları arasında sıx əlaqə yaratsın.
    İslam dini Qiyamətə qədər bərqərar olduğu kimi ərəb dili də əsrlər boyu yaşayasıdır.
    Məşhur məsihi bir yazıçı deyir: "İslam Peyğmbərinin (salləllahu ələyhi və alihi və səlləm) əzəmətini dərk etmək üçün onun ərəb dilini yaşadıb bu dili öyrənməyi bütün İslam davamçılarına vacib bilməsi kifayət edər. Çünki irqindən və milliyyətindən asılı olmayaraq hər bir müsəlmana vacibdir ki, namazı Allah dili (yəni onların dini və səmavi kitabının dili) olan və dinin rəsmi dili sayılan ərəb dilində qılsın.”
    Qəzetlərin birində bildirilir ki, Avropa məktəblərində ərəb dili dərs proqramına daxil edilmişdir. Lakin İslamın və Quranın ziddinə olan Kəsrəvi kimiləri ərəb dili ilə qatı düşmənçilik etməklə bir sıra bəhanələr irəli sürüb deyirlər: "Biz öz ana və əsil olan fars dilimizi yad ərəb lüğətindən təmizləyib nicat verməliyik. Ümumi şəkildə fars dili zinətlənməli və ona qarışmış ərəb lüğəti çıxarılmalıdır.”
    Kəsrəvinin məqsədi qədim dili yaşatmaq yox, Quran və ərəb dilini aradan götürməkdir. O, başqa bir məqamda deyir: "Fars xətti latın xəttinə çevrilməlidir.”
    KƏSRƏVİ NƏ DEYİR?
    O, öz məqaləsində və ya "Pak dil” adlı kitabında deyir:
    "Avropanın ötən yüzilliyində yaşayan sosialistlərin və dünyanın tərəqqisi üçün çalışan şəxslərin fikri beynəlmiləl bir dilin ortaya çıxarılması idi. Onlar istəyirdilər ki, dünyada mövcud olan dillərdən əlavə elə bir dil olsun ki, hamı onu öyrənsin. Belə ki, əgər müxtəlif dillərdə danışan iki nəfər söhbət edərkən biri-birilərini başa düşə bilməsələr, həmin dildən istifadə etsinlər.”
    Bu arzu keçən yüzillikdə izhar olunsa da və bu dil (hamının dili) üzərində səy göstərilsə də heç bir müsbət nəticə əldə olunmadı. Vahid bir dilin olmaması insanların ən böyük çətinliklərindəndir və həyatda böyük maneələr yaradır. Bu qədər texnikanın (radio, televizor, teleqraf, telefon, dəmir yolu, təyyarə, avtomobil və s.) inkişafı sayəsində dünya bir növ kiçilmiş və ölkələr biri-birinə yaxınlaşmışdır.
    Lakin bu problem (vahid bir dilin olmaması) ən böyük maneə olaraq insanların biri-birinə yaxın əlaqələrdən faydalanmasının qarşısını alır. Buna görə də London radiosu çarəsizlikdən 44 dildə fəaliyyət göstərir.
    Mütəxəssislər arasındakı söhbətlərdən belə qərara alındı ki, dünyada olan dillərdən heç birini "hamının dili” seçmək qeyri-mümkündür. Çünki hər hansı bir dilin öyrənilməsi illərlə vaxt aparır və bu da çox çətin bir məsələdir. Bunun üçün də dilçi alimlərin bəzisi yeni bir dilin icad olunması fikrinə düşdülər.
    Polşa alimlərindən olan Zamanov adlı birisi Esperanto dilini öyrənməyi təklif edib, bu dilin bir aydan üç aya kimi öyrənilməsinin mümkün olduğunu qeyd etdi. On altı asan qaydadan ibarət olan bu dilə aid müxtəlif dillərdə kitab yazılmasına baxmayaraq, Esperanto dili inkişaf etmədi və doktor Zamanov kimilərinin arzusu ürəyində qaldı. O və onun köməkçiləri bu dili insanların ehtiyacı bilərək onu genişləndirməyə səy edirdilər. Lakin ünvan düz olsa da lazımi qüvvə sərf olunmurdu.
    Fars dili isə çoxlu kitabı və oxucularından əlavə öz güclü təsiri vasitəsilə dünyaya səs salır. Bu nailiyyətlər fars dilinin geniş yayılmasında böyük ümid verir.”(Zəbane pak”, Əhməd Kəsrəvi. )
    Müəllif deyir: "Zamanov və onun tərəfdarları, həmçinin bir sıra xalqların ciddi səyi nəticəsində Esperanto dilini beynəlmiləl bir dilə döndərmək arzusu puça çıxdı. Deməli, Kəsrəvinin fars dilini beynəlmiləl dilə çevirmək arzusu da xülyadır və necə deyərlər, "hamının dili”ni icad etmək üçün İlahi qüvvəyə ehtiyac vardır. Buna görə də Allah-təala İslamın dini kitabı olan Quranı ərəbcə göndərib namazı həmin dildə qərar verdi ki, bu dil beynəlmiləl dilə çevrilib bütün yer üzündə təsdiqlənsin.”
    İBN SİNA VƏ BƏHMƏNYAR
    Bəhmənyar İbn Sinanın ən yaxın və xüsusi şagirdlərindən sayılırdı. Onun öz ustadına olan sonsuz əlaqə və məhəbbəti bu sözləri təkrar etməyə vadar edirdi: "Ey ustad! Yüksək elmi məqamınıza və hər bir sahədə uca rütbəyə malik olduğunuza görə peyğəmbərlik iddiasında olsanız, camaat sizin sözünüzü qəbul edər. Çünki onların qəlbləri sizinlədir.”
    Lakin o, ustadından bu mövzuda nə mənfi və nə də müsbət cavab ala bildi.
    Bir müddət ötdü. Qış fəslinin şaxtalı və soyuq bir gecəsində ustadla şagird öz isti yataqlarında uzanmışdılar. Bu vaxt İbn Sina Bəhmənyarı səsləyib susuzluğunu dəf etmək üçün ondan bir stəkan su gətirməsini xahiş etdi. Lakin Bəhmənyar tənbəllik edib isti yerindən qalxmaq istəmədi və bəhanə gətirərək ustadının xahişini rədd etdi.
    Sübh azan səsi "Əllahu Əkbər, Əşhədu ənlə iləhə illəllah, Əşhədu ənnə Muhəmmədən rasulullah” eşidildikdə İbn Sina fürsəti qənimət bilib şagirdinə dedi: "Sənin irəli sürdüyün təkliflərə azan cavab verdi.”
    Bəhmənyar soruşdu: "Necə bəyəm?”
    Ustad cavab verdi: "Sən hamıdan çox məhəbbət bəsləməyinə baxmayaraq susuzluğumu aradan qaldırmaq üçün mənə bir stəkan su belə qıymadın və məni susuz qoyub itaətimdən boyun qaçırdın. Amma səsini eşitdiyin bu müsəlman kişi (müəzzin) soyuq və şaxtalı havada minarəyə qalxıb sonuncu Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) buyuruğunu, özü də məcburi şəkildə deyil, əksinə rəğbət və məhəbbətlə yerinə yetirir. Bu müstəhəb əməl (azan demək) həqiqi iman qüvvəsinə bağlıdır. Peyğəmbərliyə layiq Məhəmməddir (salləllahu ələyhi və alihi və səlləm), nəinki İbn Sina.”
    Gərək Kəsrəvi və Zamanov kimilərinə deyilsin: "Sizin fars və ya Esperanto dilini beynəlmiləl dilə çevirməyiniz heç vaxt baş tutmayacaq. Çünki sizin bu təkliflərinizin arxasında qəzəb və təəssüb dayanır.
    Amma maddiyyat aləmindən daha üstün və ərəbcə nazil olmuş Qurana, namaza sonsuz məhəbbət qaynağı "iman qüvvəsi” qeyri-təbii qüvvədir. Belə bir iman dünyaya təkan verib beynəlmiləl bir dil təklif etməyə səlahiyyətlidir.”
    Bernard Şou bu barədə deyir: "İslam dini dünyaya təkan vermək üzrədir. Quran elə bir kitabdır ki, bütün bəşəriyyətə səadət yolunu göstərir. Onun vasitəsilə Yer kürəsində yaşayan bütün insanların siyasi, iqtisadi və təbii müşküllərini həll etmək olar. Quran bəşəriyyətin dini kitabına, ərəb dili isə beynəlmiləl bir dilə çevrilə bilər.”
    Londonda nəşr edilən "İslam məktəbi” jurnalında Rivyu adlı bir şəxsin "Nə üçün Allaha ərəb dilində ibadət edək?” məqaləsi çap edilmişdir. Bu məqalənin bəzi hissələrini xülasə şəkildə nəzərinizə çatdırırıq:
    "Əgər İslam hər hansı bir irqə və ya millətə məxsus bir din olsaydı, hər bir şəxs öz məntəqəsinə aid olan dildə bütün ibadətləri yerinə yetirərdi. Amma İslam beynəlmiləl bir dindir və onun ardıcılları yüzlərlə ayrı-ayrı dillərdə danışırlar.
    Hal-hazırda bizim yaşayışımız beynəlmiləl yönüm aşılamaqdadır və hər bir şəhərdə müxtəlif dillərdə danışan çoxlu müsəlman vardır. Təsəvvür edin ki, bir ingilis müsəlman Çinə gedir. Yolda bir şəxsin Çin dilində "Çinq,Çanq,Çunq” (yəni Allah Böyükdür) sözlərini eşidir. Məlumdur ki, milliyyətcə ingilis olan bu müsəlman çinlinin nə dediyini başa düşməyəcək. Nəticədə o, camaat və ya cümə namazında iştirak edə bilməyəcək.
    Onu da qeyd edək ki, Çində olan məscidlər Fransanın və ya İngiltərənin məscidlərinə oxşamır. Minarəsi olmadığına və tikilişi fərqləndiyinə görə məscidləri adi evlərdən seçmək çox çətindir. Belə olan surətdə, dünya dindarları arasında müştərək üsulların olması zəruridir. Namaza dəvətdə və onun ibadi formullarının icrasında da əsasi üsulların olması lazımdır ki, müxtəlif dillərdə danışan bu məzhəb ardıcılları həmin üsullara bir qaydada riayət etsinlər.”
    Rivyu məqaləsinin başqa bir hissəsində belə deyir: "Araşdırdıqda görürük ki, əsl nüsxəsi vəhylə bağlı olan bu kitabdan (Quran) savayı bütün başqa din kitabları tərcümədən ibarətdir və vəhyə əsaslanan bir mənbəyə malik deyildir. Müsəlmanlar üçün bundan da böyük iftixar ola bilərmi? Bəli, yalnız Qurani-Kərimdir ki, vəhy olunmuş və dəyişilməmiş çəkildə müsəlmanların ixtiyarındadır.
    Qustav Lobon deyir: "Müxtəlif məzhəblərdən olan müsəlmanlar iki şeydə müttəfiqdirlər. Onlardan birincisi ərəb dili (Quran və namaz vasitəsilə), ikincisi isə milyonlarla müsəlmanın eyni bir məkanda və eyni zamanda bir yerə cəmləşib həcc əməllərini yerinə yetirməsidir.
    Təbəqəsindən asılı olmayaraq hər bir müsəlmanın Quranı ərəbcə oxuması lazımdır. Belə nəticəyə gəlirik ki, ərəb dili dünyanın hər yerində yayılmış dillərdəndir. İslamın sürətli inkişafı və Quranın yayılması müxalif qrupları heyrətə salmışdır.”(Təməddone Eslam”, səh.179.)
    XATIRLAMA
    Cənab Şarlın İslam əhkamının fəlsəfəsi barəsində nəzərini xatırlamaq yerinə düşərdi. Onun bəzi sözlərini yada salıram:
    "İslam dini həmişə tənbəlliyin və süstlüyün əleyhinə olmuş, səy və ciddiyyət əmr etmişdir.
    Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) sözləri və əməlləri dediyim mətləbi sübut edir. Belə ki, bir gün İslam Peyğəmbəri (salləllahu ələyhi və alihi və səlləm) öz səhabələri ilə bir neçə nəfərin yanından keçərkən onlardan birinə salam vermədi, lakin o həzrət qayıdarkən həmin şəxsə salam verir. Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) bu hərəkətinin səbəbini soruşurlar. Buyurur:"Birinci dəfə onu bekar gördüm deyə, salam vermək istəmədim. Qayıdan vaxt isə onun işlə məşğul olduğunu müşahidə etdim və buna görə də salam verməyi özümə lazım bildim və onu bu salamdan məhrum etmədim.”
    Bu fövqəladə kəlamın böyük fəlsəfəsi var və bəşər əqli bunu dərk etməkdə acizdir. Həqiqətən də, Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) bu kəlamı cəmiyyətin islahı üçün çox dəyərlidir.
    Namazın müəyyən və münasib vaxtlarda qılınmasının da hikməti var. İşlə məşğul olan şəxslər üçün namaz istirahət, işsizlər üçün isə faydalı bir hərəkət sayılır. Bu da ümumi sağlamlığın qorunması üçün faydalıdır.”
    Cənab Şarl başqa bir məqamda deyir: "Burunun daxilində çox nazik tüklər mövcuddur. Bu tüklərdə mikroskobla görünə bilən 500 mindən çox mikrob vardır. Dəstəmaz alarkən "məzməzə” (ağız daxilini üç dəfə yaxalamaq) və "istinşaq” (burunun daxilini üç dəfə yumaq) vasitəsilə həmin mikroblar fəaliyyətdən düşür.”(Musahereye Qəstəntəniyyə”, səh.55.)
    Bu alim (cənab Şarl) namazın fəlsəfəsinə maddi nöqtədən də yanaşmış və bəzi hikmətlər açıqlamışdır. Lakin biz bu maddi yönümü zikr etmək istəmirik. Çünki namazın mahiyyəti elə yüksəkdir ki, onu maddiyyatla ölçmək və müqayisə etmək düzgün olmaz. Əslində namaz bir nərdivana bənzəyir ki, bizi pillə-pillə maddi aləmdən mənəvi həyata doğru çəkir və namazqılanın maddi aləmdən olan qəlbinə ərş aləmindən bir qapı açır.
    NAMAZIN TƏRCÜMƏSİ VƏ ONUN ZİKRLƏRİ
    بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيم
    (Bismilləhir-Rahmənir-Rahim)("Fatihə” və "İxlas” surələri namazda oxunduğu üçün onların ərəbcə düzgün tələffüzünü qeyd edirik. Məsələn, "Bismilləhir”-kəlməsində "l” hərfindən sonra gələn "ə” hərfi "a” kimi oxunmamalıdır. (Mütərcimdən).)
    Yəni ümumi rəhmətini bütün məxluqlara, məxsus rəhmətini isə yalnız möminlərə şamil edən Allahın adı ilə başlayıram.
    الْحَمْدُ لِلَّهِ رَبّ‏ِ الْعَلَمِين
    (Əlhəmdulilləhi-Rabbil-ələmin)
    Yəni bütün aləmin mövcudatını yoxluqdan yaradan və onlara həyat bəxş edən Pərvərdigara sonsuz şükür və təriflər olsun. O, mələkut aləmini, atomu, ulduzları və s. tərbiyə (hidayət, sövq) edəndir.
    Sədi deyir:
    Allahın fəzlini kim saya bilər,
    Mindən birin şükrün kim deyə bilər.
    Dənizi, torpağı, ağacı, səni,
    Yaradan yaratdı gündüz, gecəni.
    Bu saysız nemətin şükrü çox çətin,
    Adını çəkməyə çatmaz qüdrətin.
    O lətif Yaradan yer xalısına,
    Minlərlə xal vurmuş, baxım hansına.
    Ulduzlar səmada doğdu ki, insan,
    Bir ibrət götürsün bu sirr dünyadan.
    الرَّحْمَنِ الرَّحِيمِ
    (Ər-Rahmənir-Rahim)
    Yəni bəndələrinə qarşı Mehriban olan Allah onların bütün ehtiyaclarını təmin edir. Hər bir canlının, o cümlədən, suda və quruda yaşayanların, gözə görünən və görünməyən məxluqların ruzisini yetirir. Dost, düşmən, müvəhhid, müşrik, kafir, bütpərəst Onun ehsan süfrəsindən bəhrələnir. Bu, elə bir geniş süfrədir ki, hər bir məxluq Onun bir ömür qonağıdır.
    مَلِكِ يَوْمِ الدِّين
    (Məliki-yəvmiddin)
    Yəni O, həmin Allahdır ki, "məvud” (qayıdış, yenidən dirilmək) günü "cəza” adlı bir məhkəmədə ədaləti bərpa etmək üçün Ona itaət edənlərə layiqli mükafat, günahkarlara isə ağrılı işgəncə verəcək.
    إِيَّاكَ نَعْبُدُ
    (İyyəkə-nəbudu)
    Yəni yalnız Sənə bəndəlik edib heç bir məxluqu Sənin işlərində təsirli bilmirik. Şeytana, nəfsimizə, var-dövlətə, qızıla, gümüşə və s. bəndəçilik etməkdən uzaqlaşırıq.
    وَ إِيَّاكَ نَسْتَعِين
    (Və-iyyəkə-nəstəin)
    Yəni yalnız Səndən kömək və yardım diləyirik. Aləmdə bütün işlərin təsiri Sənin tərəfindəndir.
    صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيرِْ الْمَغْضُوبِ عَلَيْهِمْ وَ لَا الضَّالِّين‏ اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ
    (İhdinəs-siratal-mustəqim¬. Siratal-ləzinə-ən-əmtə-ələyhim ğayril-məğzubi-ələyhim-vələzzallin)
    Yəni İlahi! Bizi doğru yola hidayət və bizə rəhbərlik et! O doğru yola ki, peyğəmbərləri və imamları hidayət etdin. Sənin qəzəbləndiyin kəslərin (yəhudilərin) və haqq yoldan azmışların (məsihilərin) yoluna yox!
    بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ‏قُلْ هُوَ اللَّهُ أَحَد
    (Bismilləhir-Rahmənir-Rahim. Qul-huvəllahu-əhəd)
    Yəni de ki, çağırıb ibadət və bəndəlik etdiyin O Allah Yeganədir. "Əhəd”in mənası yeganə, "vahid”in mənası isə bir deməkdir və vahid müəyyən baxımdan "iki” ola bilər. Məsələn, siz burada bir nəfərsiniz. Yəni bir nəfərdən artıq deyilsiniz və yanınıza başqa bir nəfərin gəlib "iki”olmağınız ehtimalı var. Amma heç vaxt "siz yeganəsiz” deyilə bilməz. Çünki "bir” olmağınızla bərabər həm də çoxsunuz. Yəni siz mürəkkəb olaraq vücud, mahiyyət, o cümlədən bədəndən, ətdən, dəridən, sümükdən, qandan, əzələlərdən, əsəb sistemindən, milyardlarla hüceyrələrdən və s. ibarətsiniz. Bizim kimi yer üzündə 6 milyarddan çox insan mövcuddur.
    Lakin Allah-təalanın yeganəliyi bizim mürəkkəb birliyimiz kimi deyil. Onu nə zehnlə, nə təsəvvürlə, nə də xəyalla tərkibləndirmək olmaz və bu qeyri-mümkündür.
    اللَّهُ الصَّمَد
    (Əllahus-saməd)
    Yəni Allah hər şeydən ehtiyacsızdır("Saməd” kəlməsi "qəsd edilmiş” mənasında da işlənir. "Əllahus-saməd” ayəsini bu cür də tərcümə etmək olar: "Məqsəd yalnız Allahdır.” (Mütərcimdən).) və bütün məxluqatın Ona ehtiyacı var.
    لَمْ يَلِدْ وَ لَمْ يُولَد
    (Ləm-yəlid-və-ləm-yuləd)
    Yəni Ondan kimsə dünyaya gəlməmiş və Onu bir kəs dünyaya gətirməmişdir. Bu barədə məsihilərin bəziləri deyir: "İsa peyğəmbər (ələyhissalam) Allahdan dünyaya gəlmişdir. Yəni ata və anadan dünyaya gəlməmişdir.
    وَ لَمْ يَكُن لَّهُ كُفُوًا أَحَد
    (Və-ləm-yəkul-ləhu-kufuvən-əhəd)
    Yəni Allaha oxşar, tay və s. bir şey, ya bir şəxs yoxdur.
    سبحان ربي الاعظيم و بحمده
    (Subhənə-rabbiyəl-əzimi-və-bihəmdih)
    Yəni Böyük olan Allah hər bir eyb və nöqsandan uzaqdır. Mən Ona sitayiş edirəm.
    سبحان ربي الاعلي و بحمده
    (Subhənə-rabbiyəl-ələ-və-bihəmdih)
    Yəni Uca olan Allah hər bir eyb və nöqsandan uzaqdır. Mən Ona sitayiş edirəm.
    اشهد ان لا اله الا الله وحده لا شريك له واشهد ان محمدا عبده و رسوله
    (Əşhədu-əl-lə-iləhə-illəllah. Vəhdəhu-lə-şərikə-ləh. Və-əşhədu ənnə-Muhəmmədən-əbduhu-və-rasuluh)
    Yəni şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur. Həmçinin şəhadət verirəm ki, Məhəmməd (sallallahu ələyhi və alihi və səlləm) Onun bəndəsi və elçisidir.
    اللهم صل علي محمد و ال محمد
    (Əllahummə-salli-ələ-Muhəmməd-və-əli-Muhəmməd)
    Yəni İlahi! Məhəmməd (sallallahu ələyhi və alihi və səlləm) və onun Əhli beytinə (ələyhimussalam) Öz salavatını (rəhmətini) göndər.
    سبحان الله
    )ٍSubhənəllahi)
    Yəni Allah hər bir eyb və nöqsandan uzaqdır.
    الْحَمْدُ لِلَّهو
    (Vəlhəmdulilləhi)
    Yəni sitayiş yalnız Allaha məxsusdur.
    لا اله الا الله و
    (Və-lə-iləhə-illəllahi)
    Yəni Allahdan başqa məbud yoxdur.
    والله اكبر
    )Vəllahu-əkbər)
    Yəni Allah bizim vəsf edib düşündüyümüzdən çox-çox böyükdür.
    اسلام عليك ا يهاالنبي و رحمة الله و بركاته
    (Əssələmu-ələykə-əyyunnəbiyyu-və-rahmətullahi-və-bərakətuh)Yəni salam olsun Sənə, ey haqq olan Peyğəmbər (sallallahu ələyhi və alihi və səlləm)! Allahın rəhmət və bərəkəti Sənə olsun!
    اسلام علينا و علي عباد الله الصالحين
    (Əssələmu-ələynə-və-ələ-ibədilləhissalihin)
    Yəni salam olsun bizə və Allahın layiqli bəndələrinə!
    اسلام عليكم و رحمة الله و بركاته
    )Əssələmu-ələykum-və-rahmətullahi-bərakətuh)
    Yəni salam olsun sizə, ey Allahın layiqli bəndələri! Allahın rəhmət və bərəkəti sizə olsun!
    QUNUTUN FƏLSƏFƏSİ
    Namazın müstəhəb əməllərindən biri də qunutdur. İkinci rəkətin rükusundan qabaq yerinə yetirilən ruku imamiyyə məzhəbində müstəhəb sayılır. Namazqılan şəxs qunutda əllərini yuxarı qaldırıb ahu-zar etməklə Allah-təaladan dünya və axirət hacətlərini istəyib Həzrət Haqqı "təmcid”(Yəni böyük tutmaq. (Mütərcimdən)) edir. Namazdan sonra da "təqib”(Namazın arxasınca deyilən dua və zikrlər. (Mütərcimdən))ünvanında müxtəlif zikrlər, o cümlədən "təsbih”[(Yəni "subhənəllah”. (Mütərcimdən)), "təhmid”(Yəni, "əlhəmdulilləh”. (Mütərcimdən)), "təhlil”(Yəni "lə iləhə illəllah”. (Mütərcimdən)), "təkbir”(Yəni "Əllahu Əkbər”. (Mütərcimdən)) və dua etmək müstəhəbdir.
    Qüdsi hədislərin birində belə buyurulur:
    "Təqibatı tərk etmək namazın qəbul olmamasına, onu yerinə yetirmək isə əməlin qəbuluna səbəb olur.”
    Başqa bir yerdə isə belə buyurulur:
    "Hər kəsin dəstəmazı batil olsa və özünü pak edib yeni dəstəmazla namaz qılsa, sonra namaz qurtaran kimi dua etməsə, həqiqətən o, zülm etmişdir. Həmçinin, bir kəsin dəstəmazı batil olsa, özünü pak edib yeni dəstəmazla namaz qılıb axırda dua etsə və Mən onun duasına cavab verməsəm, onda Mən zülm etmişəm. Bir halda ki, Mən zalım deyiləm.”
    Namazın özündə qunut və təqibdən əlavə başqa dualar(Məsələn, "Fatihə” surəsində deyirik: "Bizi doğru yola hidayət et”. Təşəhhüddə deyirik: İlahi! Sonsuz rəhmət və salamını Məhəmmədə (salləllahu ələyhi və alihi və səlləm) və Əhli beytinə (ələyhimussalam) göndər!) da mövcuddur. Bu cəhətdən də "salət”(Salət” kəlməsi ərəb dilində üç mənada işlənmişdir. 1. Dua və razü-niyaz. 2. Peyğəmbərlərə, imamlara və saleh bəndələrə salam və salavat göndərmək. 3. Namaz.)kəlməsi əslində dua mənasındadır. Çünki istər namazın vacibatında, istər müstəhəbbatında (qunutda), istərsə də təqibatında (qəbul olma şərtində) dua və razü-niyaz vardır.
    Category: Namazin hikmət və sirləri | Added by: Islam_Kitabxanasi
    Views: 791 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024