İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Namazin hikmət və sirləri

    Namazin hikmət və sirləri
    2012-01-04, 5:14 AM
    XATIRLATMA
    Qurana ehtiyac fəlsəfəsi və onun incəliyi namazda daha da aydın olsun deyə, tanınmış şərq və qərb alimlərinin Quranın əzəməti və əhəmiyyəti barəsində dedikləri sözləri yada salmaq yerinə düşərdi.1) Vaşinqton İrvink yazır:"Quran pak məzhəbdən və böyük qanunlardan ibarət olan bir kitabdır.” (Hicr” surəsi, 9-cu ayə.) 2) Con Dav Penort deyir:"İslam aləminin ümumi qanunu olan Quran mədəni, ictimai, iqtisadi, hüquqi, hərbi, cinayi qanunlar toplumu, fiziki və ruhani sağlamlıq, dostluq, mehribanlıq, paklıq kitabıdır.”("Biharul-ənvar”, 2-ci cild, səh.227.)
    3) Əlhəqq Təyyar deyir: "Quran dünya və axirət xoşbəxtliyinin sərmayəsidir. Hər hansı bir millət Quranı gözləri üstünə qoyub Onun ali qanunlarına riayət edərsə, səadətə çatmışdır. Əksinə, hər kəs ondan üz çevirmişsə, uçuruma və həlakətə düçar olmuşdur.” (2-ci cild, səh. 599, hədis 2.)4) Edmund Bork yazır: "Məhəmmədin şəriəti və İslam ayini elə tənzimlənib, səadət və xoşbəxtlik yolunu elə bəyan edib ki, yuxarı təbəqədən tutmuş ən aşağı təbəqəyədək bütün insanlar bu qanun və şəriətdən rahatlıqla bəhrələnə bilər. Bu cəhətdən də İslam ən güclü və ən üstün bir din olaraq bəşəriyyət üçün göndərilmişdir.” (Kəlimət-təyyib”, səh.223. ) 5) Con Dav Penort həmçinin deyir:"Quran əhkamında insan üçün çətin mətləblər, qaranlıq proqramlar və ya zor gücünə icra edilən qanunlar yoxdur və gözə dəymir. İslam insanı aydın və düzgün bir yola yönəldir. Buna görə də İslam bütpərəst ərəblərə, ulduzpərəst sabiilərə, atəşpərəst məcuslara, rəbbiyunpərəst yəhudilərə və pappərəst məsihilərə qələbə çalmışdır.” 6) Bernard Şou deyir: "Quranın nüfuzunun, qüdrətinin və əhkamının dünyanı ram etməsinə az qalmışdır. Belə getsə, 2060-cı ilə kimi Papa süqut edəcək və İslam bütün bəşəriyyətin yeganə dini olacaqdır.” (Həmin mənbə. ) 7) Qustav Lobon yazır: "Müsəlmanların asimani kitabı sayılan Quranda məzhəbi, siyasi və ictimai qanunlar toplanmışdır. Belə ki, Quran dəyişməyən bir din kimi tanınmış və onun ictimai əhkamı, məsələləri sabit halda qalmışdır. İslam dininin ardıcılları illərlə kitab və sünnəyə zəncirvari, möhkəm bağlanaraq həmin yolda öz səylərini qüvvətləndirirdilər. Nəticədə indiyə kimi heç bir qüvvə Ona qalib gələ bilməmişdir.” ("Huccətul-baliğəh”, səh. 88.)
    8) Vilyem Mayor deyir: "Quran başdan-başa möhkəm dəlillərə malik bir kitabdır. Bu dəlillər Allahın vücudu, Yeganə Yaradanı tanımaq və Ona tərəf hidayət, həmçinin insanın yaxşı və pis əməllərinin əvəzi ilə bağlıdır. Bu kitab böyük rəhbər olmaqla yanaşı hər bir məsələni elə gözəl açıqlamışdır ki, insanın ruhuna nüfuz edərək əbədi həyatı və Qiyamət gününü onun yadına salır.” (Ayine İslam” kitabından. ) 9) İngilis tarixçisi Tomas Karlil yazır:"Bəzi kitabları oxuyandan sonra onlar insanın zehnində dərin iz buraxır. Lakin onlar heç vaxt Quranla müqayisə oluna bilməz. Bu cəhətdən də etiraf etməliyik ki, Quranın ən birinci üstünlüyü və əsas bünövrəsi Onun mühüm məzmunları, məsələləri, seçilmiş ünvanları və pak hissiyyatlarla rabitəsidir. Deyilənlərdə heç bir şəkk-şübhə yoxdur. Əbədi səadətə və kamilliyə yetişmək üçün bütün fəzilətlər Quranda bildirilmişdir.”(Əhkamın fəlsəfəsi”, 1-ci cild, səh. 34.)
    10) Qladiston yazır: "Quran bütün müsəlmanların səadət mayası və müxaliflər arasında möhkəm bir sərhəddir.” ("Kəlimut-tayyib”, səh. 233.)
    11) Kental Virjil deyir: "İlahi tərəfindən göndərilmiş Quran əbədi bir üsula şamil olmaqla yanaşı müsəlmanların, o cümlədən yer üzündə yaşayan müxtəlif dinlərin və firqələrin də suallarına cavab vermişdir.” (Yenə orada.) 12) Napoleon Bonopart deyir: "Mən ümidvaram, tezliklə dünyanın məşhur alimlərini və mütəfəkkir insanlarını bir yerə toplayıb onların köməyi ilə elə bir qanun yaradacağam ki, binası və əsası Qurandandır. Çünki Quran haqq və həqiqətin yeganə əslidir. Bu əsl bəşər səadətini tə`min edən əvəzsiz kitabdır.”
    Həmçinin, başqa bir yerdə belə deyir: "Əgər İslamın və müsəlmanların kökünü yer üzündən silmək istəyirsinizsə, onlardan azan və Quranı oğurlamalısınız.” (Yenə orada, səh. 232.)Onun bu sözü bəlkə də İslama olan meylini bildirir. Çünki o, bu işin (azan və Quranı oğurlamağın) qeyri-mümkün olduğunu bilirdi. Napoleonun Quran və İslam əhkamı barəsindəki tərifləri kitabın 1-ci cildində zikr edilmişdir.
    13) Lord Kerzen Qladistonun sözünü təsdiq edərək yazır: "Quran müsəlmanların əlində olduğu müddət ərzində məsihilər heç vaxt rahatlıq içində həyat sürməyəcəklər. Bunun üçün Avropada, bu kitabı şərq xanımlarının niqabı ilə örtməlidirlər.” (Təməddone Eslam”, səh.377.)
    SEYİD CƏMALƏDDİN ƏSƏDABADİNİN HEYRƏTEDİCİ HƏRƏKATI
    Seyid Cəmaləddin Əsədabadi ruhani, öz dövrünün siyasətindən agah böyük şəxsiyyətlərdən sayılırdı. Onun məqsədi İslam ümmətinin azadlığı uğrunda çalışmaq, müsəlmanları qəflət yuxusundan oyatmaq və işğalçı qüvvələrin əlini İslam ölkələrindən kəsmək idi.
    O, 1300-cü hicri qəməri ilində dünyaya bildirdi ki, Qurana və Onun qanunlarına riayət etmək insanı tərəqqiyə və səadətə çatdırır. Əksinə, hər kəs Quranın buyuruqlarından üz çevirsə, bədbəxtliyə və uçuruma yuvarlanasıdır. Seyid İslam və Avropa ölkələrinə çoxlu səfərlər etmişdi. O, hətta Parisdə "Urvətul-vusqa” adlı jurnal da çapdan buraxmışdır. Bu jurnal Şərq millətinin oyanışında boyük rol oynamışdır.
    Seyid Cəmaləddin Əfqanıstana, Hindistana, Misirə, Türkiyəyə, İrana səfərlər etmiş və oradakı odlu çıxışları ilə əzəmətli İngiltərəni lərzəyə salmışdır. Nəhayət, 1314-cü ildə İstanbulda dünyasını dəyişmişdir.(Muhəmməd (salləllahu ələyhi və alihi və səlləm) peyambəri ke, əz no bayəd şenaxt”, səh. 56.) Öz mənfəətlərinin əldən çıxdığını duyan qaniçən Avropa milləti jurnal buraxılan çapxananı bağlayıb Seyidi Parisdən çıxardılar. Bu şücaətli və yorulmaz islahatçı Misirə gələrək tanınmış alim, müfti şeyx Məhəmməd Əbdüh ilə əl-ələ verib "Vətən təşkilatı” adlı bir cəmiyyət yaratdı, Misir camaatını bu təşkilata üzv olmağa də`vət etdilər. Nəhayət, bu cəmiyyətə 40 nəfərdən artıq üzv yazılmadı. Bu qrupun hədəfi Qurana və İslam hökmlərinə əməl etməkdən ibarət idi. Bu yolu canlandıran seyid Cəmaləddinin odlu çıxışları və xütbələri idi. O, həqiqətləri açıqlamaqla camaatı oyadırdı. Onun Misirdə təşkilatın bütün üzvlərinin toplandığı məclisdə söylədiyi xütbələrdən birinin xülasəsini nəzərinizə çatdırırıq.
    SEYİD CƏMALƏDDİNİN SÖYLƏDİYİ ÇIXIŞIN XÜLASƏSİ
    Ey Rəbbim! Sənin buyurduğun haqdır:
    وَ الَّذِينَ جَاهَدُواْ فِينَا لَنهَْدِيَنهَُّمْ سُبُلَنَا
    "Hər kəs bizim yolumuzda çalışsa, həqiqətən biz onları öz yolumuza hidayət edəcəyik.” (Cəhane Eslam”, səh. 165.)
    Pərvərdigara! Həqiqətən də, Sənin buyurduğun haqqdır. Bu müqəddəs cəmiyyət Sənin adınla və Sənin dininə kömək üçün təşkil olunmuşdur.Sonra üzünü təşkilatın üzvlərinə tutub dedi: "Hörmətli ağalar! Bəşərin qiyamətə kimi səadətini tə`min edən, İslam dininin müqəddəs qanunlarını açıqlayan Qurandır. Ah! Ah! Necə də bu müqəddəs Quran müsəlmanların qəfləti üzündən yalqız qalmışdır. Bu, müqəddəs Qurandır ki, nuru ilə geridə qalmış, eləcə də bu günkü dünyanı yüksək mədəniyyətə çatdırmışdır. Ah! Ah! Nə üçün Quran bü gün aşağıdakı işlərə həsr olunmuşdur: -Quranın cümə axşamları qəbiristanlıqlarda oxunması;
    -Oruc tutanların baş qatmaq və vaxt keçirmək üçün Quran oxuması; -Məscidlərin küncündə yerləşdirilməsi; -Evlərdə müqəvvaya çevrilməsi; -Uşaqlara göz dəyməməsi üçün dua yazılması; -Küçələrdə dilənmək üçün alət kimi istifadə edilməsi;
    -Körpələrin qundaqdakı zinətinə çevrilməsi; -Səfərə çıxanların yükü; -Cin vuranların silahına dönməsi; -Gəlinlərin boyunlarından asılması; -Qadınların bilərziyini əvəz etməsi;
    -Şadlıq məclislərində zinət olması;-Kitab satıcılarının sərmayəsi və s. Ah! Bu asimani və müqəddəs kitab bu gün Hafizin "Divan”ından, Mövləvinin "Məsnəvi”sindən, Sədinin "Gülüstan”ından da aşağı səviyyəyə enmişdir. Əgər bu şerlərdən biri oxunsa, gözlərin, qulaqların və ürəklərin diqqəti ona yönələr. Görəsən, bu əzalar hansı faydaya çatacaq? Pərvərdigara! Biz Səni unutduq və Sən də həmçinin bizim qəlblərimizin aynasını müqəddəs kitabın həqiqətlərindən məhrum etdin. Biz ürəklərimizin surətini Sənin itaətindən çevirdik. Sən də buna görə bizim səadətimizi və şərafətimizi zillətə və bədbəxtliyə çevirdin.” Sonra Seyid Cəmaləddin kürsüdən enərək bu cümlələri bir neçə dəfə təkrar etməyə başladı: "İlahi! Biz Səni unutduq. Sən də bizi unutdun.” Axırda qəşş edib yerə yıxıldı. O, təxminən 3 saat həmin vəziyyətdə qaldı. Nəhayət, həkimin yardımı ilə özünə gəldi və məclisi davam etdirdi.
    MİSİR İNQİLABINA SƏBƏB OLAN ON YEDDİ MADDƏ
    Həmin məclis davam edirdi. Bütün bu bədbəxtliklərə, zillətə və zülmə çarə axtarılırdı. Nəhayət, hamılıqla belə bir yekdil fikrə gəldilər: "Müsəlmanların əzəmətinin yeganə səbəbi İslamın müqəddəs qanunlarına əməl etməkdən ibarətdir. Buna görə yeganə çıxış yolu İslamın səadət bəxş edən qanunlarına əməl etməkdir.”Beləliklə, elə həmin məclisdə ciddi surətdə 17 maddədən ibarət bir proqram tərtib edildi. Üzvlərin hamısı bu maddələri əməli surətdə yerinə yetirəcəyinə söz verdi.
    PROQRAMIN MƏTNİ
    1. Bu təşkilatın hər bir üzvü gün ərzində Quranın ən azı bir hizbini(Yenə orada, səh. 276.) diqqət və təfəkkürlə oxumalıdır. 2. Vacib namazlar camaatla qılınmalıdır.3. Əmr be məruf və nəhy əz münkər tərk olunmamalıdır. 4. Qeyri-müsəlmanlar İslama dəvət edilməlidir. 5. Məsihi təbliğçiləri ilə ən gözəl şəkildə dini və elmi bəhslər edilməlidir.6. Kasıblara qarşı imkan daxilində maddi yardım olunmalıdır. 7. Hər hansı bir şəxs boynunda olan öz şəri vəzifəsini düzgün yerinə yetirməli və başqasının ehtiyacından xəbərdar olsa, onu təmin etməyə çalışmalıdır. 8. Qohumlara, yaxınlara qarşı sileyi-rəhim yaddan çıxmamalı və yerinə yetirilməlidir.9. Xəstələrə baş çəkilməlidir. 10. Əgər hər hansı bir müsəlman məsciddə və ya bazarda görünməzsə, axtarılmalıdır və olmamasının səbəbi araşdırılmalıdır. Əgər müşkülü olarsa, aradan qaldırılmalıdır. 11. Hər kəs zəruri səfərdən qayıdarsa, onun ziyarətinə və görüşünə gedilməlidir. 12. Maaşın və ya gəlirin vacib hissəsi haqqı olan şəxsə ödənilməlidir. 13. Dinin qayda-qanunlarından xəbərsiz olanlara məlumat verilməli və onlara biganəlik göstərilməməlidir. 14. Rəzil sifətlər sayılan təkəbbürü və lovğalığı özündən uzaqlaşdırmalıdır. 15. Müsəlman qardaşlarının xətalarına və səhvlərinə göz yummalıdır.16. Camaata qarşı tündxasiyyət və qəzəbli olmamalıdır. 17. Camaata mənfəəti olmayan bir işi görməkdən, yaxud bir söz deməkdən çəkinməlidir. Məclisin sonunda belə qərara gəldilər ki, bu təşkilat üzvlərinin hər birinin yanında qələm və kitabça olmalıdır. Hər zaman bu maddələrin biri yerinə yetirilərsə, elə həmin an onu kitabçada qeyd etməlidir. Yuxarıda zikr edilmiş bəzi maddələrin icrası üçün pul lazım olduğuna görə 40 nəfərdən ibarət olan üzvlər qərara aldılar ki, ev əşyalarının artıqlarını satıb sadə yaşayışla qənaətlənsinlər və aylıq qazanclarının bir qismini təşkilatın büdcəsinə köçürsünlər, bu da təşkilatın gələcək işləri və fəaliyyətləri üçün bir yardım olsun.
    MİSİRİN "VƏTƏN TƏŞKİLATI”NIN BİR AY ƏRZİNDƏ GÖRDÜYÜ İŞLƏR
    Bu təşkilatın üzvləri Seyid Cəmaləddinin rəhbərliyi altında 17 maddədən ibarət olan bu qərarlara ciddi surətdə əməl edərək bir ay ərzində görülən işləri qələmə aldılar. Bunlar aşağıdakılardan ibarət idi:1) 1500 xəstənin görüşünə getmişdilər. 2) Səfərdən qayıdan 2700 nəfəri ziyarət etmişdilər. 3) Cəmiyyətdən kənarda qalmış, yaxud camaat namazında iştirak etməyən 500 müsəlmanın vəziyyəti ilə maraqlanmışdılar. 4) 12000 nəfərin müşküllərini həll etmişdilər. 5) 800 nəfər spirtli içkini və narkotikanı ataraq tövbə etmişlər. 6) Namaz qılmayan 1300 nəfər hidayət olmuş və namaza başlamışdı. 7) 400 əxlaqsız qadın tövbə edib hidayət olmuşdu. 8) Təşkilat üzvləri idarələrdə çalışan 80 nəfər ingilis məmurunu bu dövlətə xidmət etməkdən çəkindirmiş, nəticədə onlar iste`fa verməyə məcbur olmuşlar. 9) Misirin 500 sərvətli şəxsini xaricdən, xüsusilə İngiltərədən gətirilmiş qiymətli əşyalar almaqdan çəkindirmişdilər. 10) Lazım olan sərmayəni ticarətdə zərər çəkmiş 75 nəfərin ixtiyarında qoymuşdular. 11) 206 fəqir və yoxsulun xərclərini bir illik təmin etmişdilər. 12) 35 məsihini, 15 yəhudini və 70 bütpərəsti İslama dəvət etmiş, nəticədə onlar haqq dini qəbul etmişdilər. 13) Misirdə İngiltərə dövlətini himayə edən məsihi təbliğatçıları ilə 44 məclis təşkil olunmuş və onlara 120 sual verilmişdi. Lakin bu təbliğatçılar həmin suallara cavab verməkdə aciz qalmışdılar. Bəli, bu da 40 nəfərlik kiçik bir təşkilatın bir ay ərzində gördüyü işlər! Nəhayət, bu fəaliyyətdən bir müddət sonra Misirdə iqtisadiyyat üzrə mütəxəssis Lord Kromer adlı birisi gördü ki, İngilis dövlətinin bu ölkədəki nüfuzu 45 faiz azalmış, həmçinin İgiltərənin ticarətinə 35 faiz ziyan dəymişdir. Lord Kromer ingilis idarələrində işləyən 80 nəfərin istefa verdiyinə və onların əvəzinə başqa ingilislərin işləmək istəmədiyinə şahid oldu. O, ingilis kompaniyalarının, xüsusilə bərbəzək əşyaları satanların, müştərilər onlara müraciət etmədiklərinə görə fəryad çəkdiklərini görüb bir daha təəccüb etdi.
    Digər tərəfdən Misirə məstedici içkilər və əxlaqsız qadınları gətirən dəllallar, həmçinin kino-teatrlarda fəaliyyət göstərən bəzi ingilis məmurları öz işlərindən əl çəkib başqa sahələrə üz tutdular.
    Lord Kromer sonda belə nəticəyə gəldi ki, Misirdəki məsihi təbliğatçılarının 35 illik fəaliyyəti "Vətən təşkilatı”nın bir aylıq fəaliyyətindən 16 dəfə aşağı səviyyədədir. O, bərk qorxuya düşüb təcili surətdə Londona bu barədə ətraflı məlumat göndərdi.
    LORD KROMERİN MƏLUMATI
    "İngilis dövlətini təhlükədən xəbərdar edirəm. Əgər Seyid Cəmaləddinin rəhbərliyi altında qurulmuş "Vətən təşkilatı” bundan sonra bir il də fəaliyyət göstərərsə, nəinki Asiyada, Afirkada İngiltərənin siyasəti və ticarəti birdəfəlik məhv olacaq, hətta Avropa ölkələri bütün dünyada nüfuzunu itirəcək.”
    O, ikinci məlumatında belə yazır: "Vətən təşkilatı” bizim irəliləyişimizin qarşısını alan bir şimşəkdir. Buna görə də tez bir zamanda bu təşkilatın məhv olması üçün qərar çıxarılmalıdır.”
    Üçüncü məlumatında belə yazır: "Misirin "Vətən təşkilatı” sanki 13 əsr bundan qabaq az bir müddət ərzində dünyanın dörddə üç hissəsini öz əsarəti altına alan müsəlmanların bariz nümunəsinə çevrilib.”
    Məsihi təbliğatçılarından biri "Baş kilsə”yə belə yazır: "40 nəfər müsəlmanın vücudunda qərar tutan bir Seyidin ruhunun 700 milyon məsihi və İncil övladları müqabilində qələbə çalmasından heyrətli bir iş yoxdur.”
    "Port Səid” adlı xəstəxananın xarici həkimlərindən biri yazır: "Misirin "Vətən təşkilatı”nın gördüyü heyrətləndirici işlər bundan sonra iyirmi il davam edərsə, çox keçməz ki, bütün Yer kürəsi onların oylağına çevrilər.”
    İngiltərə bankının rəisi Londona belə bir xəbər verir: "Dövrün qəribə hadisələrindən biri də Avropa siyasətinin bu gün Misirdə, sabah isə bütün dünyada dini qanunlara riayət edən 40 nəfər müsəlmanın əli ilə dağılmasıdır.”
    Nəhayət, bir-birinin ardınca gələn bu məlumatlar səbəbindən İngiltərə dövləti qorxuya düşüb belə bir əmr verdi:"Seyid Cəmaləddin sürgün olunsun. Şeyx Əbduh isə 3 il həbs cəzasına məhkum edilsin. Təşkilatın qalan üzvlərinə isə müəyyən cəzalar verilsin.”
    Bu əmrdən bir müddət sonra ingilislər yenə də zəli kimi müsəlmanların canına yapışıb qanlarını sormağa başladılar.
    Category: Namazin hikmət və sirləri | Added by: Islam_Kitabxanasi
    Views: 770 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024