İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Nəfs təhlükə mənbəyidir

    Nəfs təhlükə mənbəyidir
    2012-02-24, 2:02 PM
    Ən böyük cihad
    Nəfslə edilən cihaddır
    Allah-təalanın dünyada insanı mübtəla etdiyi ən böyük və ən çətin imtahanı onun öz nəfsi ilə sınağa çəkilməsidir. İnsanın Allah yanındakı məqamı, hörməti, həmçinin dünyada və axirətdəki gələcəyi onun məhz bu imtahandan müvəffəqiyyət qazanmasından asılıdır. Məhz bu səbəbdən nəfslə mübarizə aparmaq insanın bu həyatda qarşılaşdığı mübarizələrdən ən çətini və təhlükəlisidir.
    a)Kimliyindən asılı olmayaraq hər bir insan bu mübarizəyə qatılmaq məcburiyyətindədir. Heç kəsə bu döyüşdən yayınmaq ixtiyarı verilməmişdir. Hətta Peyğəmbərlər, Vəsilər və övliyalar belə bu mübarizədən istisna edilməmişlər. İnsan hər hansı bir yolla digərləri ilə mübarizə aparmaqdan yayınmağı bacarsa da, öz nəfsi ilə mübarizə aparmaqdan heç bir yolla boyun qaçıra bilməz.
    b)Bu daimi bir döyüşdür və onun müddəti insanın ömrü qədərdir. Yəni, hər bir insan düşünmə tərzi formalaşdığı andan həyatının sonunadək öz nəfsi ilə mübarizə aparmağa məhkumdur. Lakin bəzi insanlar da vardır ki, bütün həyatı boyu bu mübarizədə uğur qazanmalarına baxmayaraq, ömürlərinin son anlarında müvəffəqiyyəti əldən verirlər.
    v)Habelə bu mübarizə insan həyatının bütün sahələrini əhatə edir və onun hər bir işinə şamil olur. Onun əhatə dairəsi bütün nahiyələrə, incəliklərədək uzanaraq insanın təfəkkürünə, hissiyatına, əməllərinə, sözlərinə, hətta işarə və sükutuna da müdaxilə edib öz təsirini göstərir. Belə ki, həvayi-nəfs və şəhvani istəklər insanın əqidə və düşüncələrinə, hissetmə və duyma qabiliyyətinə, davranışına və mövqelərinə, həmçinin digərləri ilə əlaqələrinə xələl gətirə bilər.
    q)Ən dəhşətlisi isə insanla öz nəfsi arasında olan möhkəm bağlılıq və sıx əlaqədir. İnsana ən yaxın şey nəfsdir. O insanın daxilində yerləşdiyi üçün ondan ayrılmazdır. Həqiqətən, düşməni ilə birgə yaşamaq, onunla sıx əlaqədə olmaq insan üçün çox çətindir! Bəli, bütün bu səbəblər üzündən nəfslə mübarizə etmək ən təhlükəli mübarizə hesab edilir. Həzrət Peyğəmbərimiz(s) tamamilə doğru buyurmuşdur:
    "Ən böyük cihad nəfslə edilən cihaddır”.
    Aşağıda qeyd edilən mübarək ayə və hədislər də bu həqiqəti təsdiqləyir:
    1.Allah-təala Qurani-Kərimdə buyurmuşdur:
    "Amma kim (Qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəhvəti) qadağan etmişsə, həqiqətən onun yurdu Cənnətdir!”(Naziat surəsi, ayə 40-41)
    Bununla aydın olur ki, öz nəfsinə qarşı daimi mübarizədən qalib çıxan şəxs ən böyük mükafat olan Cənnətə layiqdir. Həqiqətən də Cənnəti qazanmaq üçün insanın bir çox əziyyət və çətinliyə qatlanmasına dəyər.
    2.Əmirəlmöminin Əli(ə) belə nəql edir ki, bir gün Allahın Rəsulu (səqifə) mübarizəni uğurla tamamlayıb geri dönən bir qrup müsəlman döyüşçülərinə xitabən buyurdu:
    "Salam olsun kiçik cihadı uğurla yerinə yetirmiş qövmə. Lakin onların qarşısında hələ böyük cihad vardır.
    Müsəlmanlar o Həzrətdən: Ey Allahın Rəsulu, bəs böyük cihad nədir? deyə soruşduqda, Peyğəmbər(s) belə buyurdu: "Ən yaxşı cihad insanın öz daxilindəki nəfsi ilə etdiyi cihaddır”.(Bihar Əl-Ənvar, c.70, s.64. )
    Bəlkə də, hədisin sonuncu hissəsi nəfslə cihad etməyin ən təhlükəli nöqtələrindən birinə işarə edir. Həmin təhlükəli nöqtə isə yuxarıda haqqında danışılan nəfslə insanın möhkəm bağlılığı, sıx əlaqəsi və onun insana daxili düşmən olması məsələsidir.
    3.Həzrət Peyğəmbər(s) buyurmuşdur:
    "Qüdrətli insan qol gücünə malik olan deyil, qəzəbləndikdə nəfsini cilovlamağı (özünü ələ almağı) bacaran insandır”.(Səhih Əl-Buxari, Ədəb bölməsi, 5763-cü hədis. )
    4.Fəzalə ibn Übeyd Peyğəmbər(s)-in belə buyurduğunu nəql etmişdir:
    "Həqiqi mücahid öz nəfsi ilə cihad edən şəxsdir”.(Sünən Tirmizi, Cihadın fəzilətləri bölməsi, 1621-ci hədis. )
    5.İmam Əli(ə) buyurmuşdur:
    ”Ən şücaətli insan nəfsi istəklərinə qalib gələn insandır”.
    6.İmam(ə) yenə də buyurmuşdur:
    "Nəfsinizə qarşı cihadı davam etdirməklə ona sahib olun (onu cilovlayın)”.(Mizan əl-hikmə, c.10, s.143. )
    7.Başqa bir kəlamında isə o Həzrət belə buyurmuşdur:
    "Nəfsi islah etmək üçün (şəhvani) istəklərə qarşı cihad etmək lazımdır”.(Həmin mənbə. )
    8.İmam Əli(ə) nəfslə mübarizə aparılan zaman zəruri olan bəzi taktikalar haqqında danışarkən buyurmuşdur:
    "Nəfsinlə mübarizə aparmaq sənin üçün çətinləşdikdə ona qarşı daha da sərt ol ki, sənə boyun əysin və onu aldat ki, sənə tabe olub, itaət etsin”.(Həmin mənbə. )
    İnsan gərək bu mübarizənin çətinliyi qarşısında tezliklə təslim olaraq məğlubiyyətlə razılaşmasın və düşmənin hiyləsinə aldanaraq onun istəyini qəbul etməsin. Əksinə öz mətinliyi və sərtliyi ilə şəhvani istəklərin müqavimətini qıraraq nəfsini zəlil etsin. Habelə öz müdrikliyi ilə şirnikdirici (günahlara sövqedici) istəklərini aldadaraq yaranmış fürsətləri onların əlindən çıxartsın.
    9.İmam Əli(ə) yenə də buyurmuşdur:
    "Nəfsinə arxa çevirirək (yəni onun istəklərini, təkliflərini rədd edərək) yaxınlaş”.(Mizan əl-hikmə, c.10, s.144. )
    Çünki nəfsə, onun istəklərini qəbul edərək yaxınlaşmaq insanı, eləcə də nəfsi həlak edər. Nəfslə onun tələblərini rədd edərək rəftar etmək isə ilk növbədə onun (nəfsin) xeyrinə olub islah olunmasına xidmət edir.
    10.İmam Əli(ə) buyurmuşdur: "Nəfsin aldadıcı (yəni onu islah etməyin yolu) şəhvani istəklərdən çəkinmək və dünya ləzzətlərindən pəhriz saxlamaqdadır”.(Həmin mənbə)
    11.Həmçinin o Həzrət xütbələrindən birində belə buyurmuşdur:
    "Bilin ki, (nəfs tərəfindən) Allaha itaət sayılan bütün əməllər könülsüz,Ona asilik sayılan əməllər isə rəğbətlə qarşılanar.Odur ki, öz şəhvətindən uzaqlaşan və həvayi-nəfsini boğan şəxsə Allahın mərhəməti olsun.Həqiqətən də bu nəfs insanı çox ağla sığmaz dərəcədə pis məqsədlərə sürükləyən və daima şövqlə günaha can atandır.Və bilin ki, -Ey Allah bəndələri- mömin gecə-gündüz öz nəfsinə şübhə ilə yanaşar(yəni, daima onunla həddindən artıq ehtiyatla rəftar edər), onu məzəmmət edər və gücləndirməyə (islah etməyə) çalışar”.(Nəhcül-bəlağə, 176-cı xütbə. )
    12.İmam Əli(ə) orduda sərkərdə təyin edib Şama göndərdiyi Şüreyh ibn Haniyə tövsiyə edərək buyurmuşdur:
    "Allahdan qorx (yəni, daima Allahın qadağa etdiyi şeylərdən çəkin) dünyanın səni aldatmasından ehtiyat et. Heç vaxt ona (dünyaya) bel bağlama. Bil ki, pisliyə düşməmək üçün sevdiyin şeylərin çoxundan nəfsini çəkindirməsən şəhvani istəklər sənə çox ziyan gətirər. Qəzəblənib coşduqda isə ona sahib çıx və onu əzib özünə tabe et”.(Nəhcül-bəlağə, 56-cı tövsiyyə. )
    13.İmam Əli(ə) yenə də buyurmuşdur:
    "Ən yaxşı əməllər, nəfsini məcbur edərək yerinə yetirdiyin əməllərdir”.(Nəhcül-bəlağə, Qısa və hikmətli kəlamlar bölməsi, 249-cu kəlam. )
    Çünki hər bir əməlin aqibəti özündən sonra bağışladığı təsir, yəni nəfsə qalib gəlmək və ona müxalif çıxmaq, onun özündən daha əhəmiyyətlidir.
    14.Digər bir xütbəsində isə İmam(ə) insanın, öz nəfsinə müqavimət göstərib onu islah etməkdə əsas rolunu bəyan edərək buyurmuşdur:
    "Bilin ki, insan nəfsini islah edərək onu özü üçün nəsihət verici və pisliklərdən çəkindirici bir qüvvəyə çevirməyincə ondan (nəfsdən) qeyri heç bir qüvvə insana nə nəsihət verər, nə də onu pisliklərdən çəkindirər”.(Nəhcül-bəlağə, 90-cı xütbə. )
    15.İmam Əli(ə) daha bir kəlamında buyurmuşdur:
    "Nəfsimi təqva ilə tərbiyə edirəm ki, ən qorxulu günə (Qiyamət gününə) xətircam halda gəlsin”.(Nəhcül-bəlağə, 45-ci məktub.)
    Mövzunun əvvəlində nəfslə mübarizədə heç kəsin istisna edilmədiyi qeyd edilmişdir. Hətta öz əzəməti və ali məqamı ilə İmam Əli(ə) da digər insanlar kimi nəfsi ilə mübarizə aparmaq məcburiyyətində qalmışdır. Bəlkə də, İmam(ə)-ın əzəmətli bir şəxsiyyətə çevrilməsinin sirri də məhz o Həzrətin öz nəfsi üzərində layiqli qələbə qazanmasındadır.
    16.O Həzrət yenə də buyurmuşdur:
    "Cismə xidmət göstərmək, onun tələb etdiyi ləzzətlər və qane olduğu şəhvətlərlə təmin etməkdən ibarətdir. Bu isə nəfsin həlak olması ilə nəticələnir”.(Mizan əl-hikmə, c.10, s.147.)
    17.Nəfslə mübarizə aparmağın gedişatına, bu mübarizədə iştirak edən tərəflərin və onların mövqelərinin müəyyən edilməsinə gəldikdə isə İmam Əli(ə) buyurmuşdur:
    "Əql Allah qoşununun, şəhvət də şeytan qoşununun sərkərdəsidir. Nəfs isə bunların arasında özünə mövqe seçib hər iki cəbhəyə meyyli olan tərəfdir. Belə ki, bu iki qüvvədən hansısa biri qalib gəlirsə, nəfs də onun tərəfinə keçir”.(Mizan əl-hikmə, c.7, s.405)
    18. İmam(ə) eyni məzmunlu başqa bir kəlamında isə buyurmuşdur:
    "Əql və şəhvət bir-biri ilə düşməndirlər. Əqli dəstəkləyən elm, şəhvəti bəzəyən isə ehtiras hissləridir. Nəfs bu iki qüvvə arasında bitərəf mövqe tutduğundan onlardan hər hansı daha güclü olursa, həmin tərəfə keçir”.(Həmin mənbə. )
    Deməli, əql insanın öz nəfsinə qarşı apardığı döyüşün sərkərdəsi, elm və bilik isə bu döyüşün ən əsas silahlarıdır. Bu mübarizədə hər iki tərəfin əql və şəhvətin öz qoşunu və silahları vardır. Onlardan biri Allah-təalanın, digəri isə şeytanın qoşunudur. Hər iki qoşun eyni insanın daxilində mübarizə aparır.
    Nəfs və onun insana mütəmadi təsiri
    İnsanın dünya həyatı və axirətdə aqibəti bir növ onun nəfsinin girovudur. Onun hər iki həyatda aqibəti xoşbəxt və ya bədbəxt yaşaması nəfsinin durumundan asılıdır. Belə ki, nəfs sağlam olub əqlin göstərişlərinə tabe olarsa, insanın hər iki həyatda xoşbəxt yaşamasına zəmin yaranar. Yaxud bunun əksinə olaraq ehtiras və şəhvani hisslər insana hakim kəsilərsə, onun hər iki həyatını bədbəxtlik bürüyər. Bu həqiqəti, həmçinin dini mənbələr də (ayə və hədislər) təsdiqləyir. Əvvəldə qeyd etdiyimiz ayədə də Allah-təala bu haqda buyurmuşdur:
    "And olsun nəfsə və onu yaradana. Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, nəfsini təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır”.(Şəms surəsi, ayə7, 8, 9 ,10.)
    Bununla da məlum olur ki, insanın uğur qazanıb nicat tapması onun öz nəfsini təmizləməsinə bağlıdır. Müvəffəqiyyətsizlik və ziyana uğramaq isə azğınlıq və nəfsin mənəvi çirkaba batmasının qaçılmaz nəticələridir.
    Unutmaq olmaz ki, nəfs təqvanın köməyi ilə islah olunmağa, saflaşmağa hazır olduğu kimi, həmçinin azğınlığa və fəsada tərəf yönəlməyə də meyllidir. İmam Əli(ə) bu haqda belə buyurmuşdur:
    "Hər bir insan (müvəffəqiyyətsizliyə uğradıqda) yalnız özünü (öz nəfsini) qınamalıdır”.(Nəhcül-bəlağə, 16-cı xütbə )
    İnsanın gələcək həyatını, aqibətini müəyyənləşdirən məhz onun nəfsidir. Bu səbəbdən də qarşısına çıxan hər bir uğursuzluğa və bədbəxtçiliyə görə, yalnız onun özü (nəfsi) məsuliyyət daşıyır.
    Nəfsin düçar olduğu bəzi xəstəliklər
    Həqiqətən də bütün problem, yalnışlıq və pisliklər nəfsin düçar olduğu xəstəliklərdən törənir. Bu problemlər törənir, böyüyür və tədricən genişlənir. Maraqlıdır, həmin problemlərin yaranmasına səbəb olan xəstəliklər hansılardır? Və insan onlardan necə islah olunmalıdır?
    Aşağıda qeyd edilən bəzi dini mənbələr də məhz bu xüsusda buyurulmuşdur.
    1.İnsanın, öz qardaşını qətlə yetirərək onun haqqını (malını) müsadirə etməsi həyatda ən çirkin cinayət sayılır. Lakin ən çirkin cinayət olmasına baxmayaraq, insan nəfsi xəstəliklərə düçar olduqda bu işi yerinə yetirir. Qurani - Kərim yer üzərində baş vermiş ilk qətl hadisəsindən Adəm(ə)-ın oğlu Qabilin öz qardaşı Habili öldürməsindən danışarkən bu cinayətin törənməsinə məhz nəfsin bais olduğunu vurğulayır. Belə ki, Allah-təala əl-Maidə surəsinin 30-cu ayəsində buyurmuşdur:
    "Nəfsi onu (Qabili) qardaşını öldürməyə sövq etdi, onu (Habili) öldürdü və bununla da zərər çəkənlərdən oldu”.
    2.Nəfsə aid olan halətlərdən biri də qorxudur. Bu həqiqətə Allah-təala Qurani-Kərimdə belə işarə etmişdir:
    ”Musanın canına (nəfsinə) qorxu düşdü. (O, qorxdu ki, camaat sehrlə möcüzə arasında fərq qoya bilməyib iman gətirməsin). Biz ona belə buyurduq: Qorxma, üstün gələcək mütləq sənsən!” (Taha surəsi, ayə 67,68. )
    3.Nəfsin düçar olduğu xəstəliklərdən digəri xəsislikdir. Bu haqda isə Allah-təala belə buyurmuşdur:
    "Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun. (Sizə verilən öyüd-nəsihəti dinləyin, (Allaha və Peyğəmbərinə) itaət edin və (mal-dövlətinizdən) Allah yolunda xərcləyin. Bu sizin özünüz üçün xeyirli olar. Nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapıb səadətə qovuşanlardır!” (Təğabun surəsi, ayə 16. )
    4.Günahları insanın gözündə bəzəyən, onu dindən dönməyə, həmçinin dini dəyərlərdə cahillik nümayiş etdirməyə sövq edən də nəfsdir. Buna misal olaraq, Musa (ə)-ın dövründə yaşamış Samiri adlı bir şəxsin nəfsinə tabe olması səbəbindən üzləşdiyi uğursuzluğu göstərmək olar. O, möminləri qiymətli daş-qaşdan düzəltdiyi buzova ibadət etməyə yönəldərək yollarından azdırmışdır. Bu hadisə haqqında Allah-təala Qurani-Kərimin Taha surəsinin 95-96-cı ayələrində xəbər verərək bildirmişdir:
    "(Musa) Ey Samiri! Sənin (bu pis, əcaib işi görməkdə) məqsədin nə idi? - deyə soruşdu. (Samiri) belə cavab verdi: Mən (İsrail oğullarının) görmədiklərini (Cəbraili) gördüm. Mən o Rəsulun (Allah elçisinin) ləpirindən bir ovuc torpaq götürdüm və onu (çaladakı od içində əriyən bəzək şeylərinə) atdım (o da dönüb bir buzov oldu). Beləcə, nəfsim məni bu işə sövq etdi”.
    5.İnsanların peyğəmbərlərə qarşı çıxıb onlarla düşmənçilik etmələrinə də nəfsi istəklər səbəb olmuşdur. Allah-təala həmin insanları Qurani-Kərimdə belə məzəmmət etmişdir:
    "(Ey İsrail övladları!) Hər dəfə ürəyinizə yatmayan (nəfsi istəklərinizə uyğun gəlməyən) bir əmrlə gələn peyğəmbərə təkəbbür göstərmirdinizmi? Məhz, bu səbəbdən onların bir qismini təkzib etdiniz, bir qismini isə öldürdünüz”.(Bəqərə surəsi, ayə 87. )
    6.Qardaşlarının Yusif(ə)-a qarşı törətdikləri çirkin cinayət gözəllikdə misli olmayan kiçik və məsum uşağı (Yusifi) vəhşicəsinə qaranlıq bir quyuya atmaları da, yalnız onların nəfslərinin azğınlığa, xəstəliklərə düçar olması səbəbdən baş vermişdi. Allah-təala Qurani-Kərimdə onların ataları Yəqub(ə)-ın dilindən belə buyurmuşdur:
    "(Yəqub) dedi: "Xeyr (heç də dediyiniz kimi deyildir) sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir. Mənə yalnız gözəl (tükənməz dözümlü) səbr gərəkdir. Dediklərinizin (Yusif barədə ) yalan olduğunu sübut etmək üçün ancaq Allahdan kömək diləmək lazımdır!” (Yusif sürəsi, ayə 18. )
    7.Həsəd aparmaq da, həmçinin istər fərdlər, istərsə də millətlər və cəmiyyətlər arasında yayılmış, düşmənçilik yaradan nəfsi xəstəliklərdən biridir. Bu haqda Allah-təala belə buyurmuşdu:
    "(Ey möminlər!) Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki (nəfslərindəki) həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər”. (Bəqərə sürəsi, ayə 109. )
    8.Təkəbbürlük isə nəfsin dərinliyində özünə yurd salmış bir xəstəlikdir. Bu xəstəliyə düçar olan insanlar haqda Allah-təala Furqan surəsinin 21-ci ayəsində buyurmuşdur:
    "Həqiqətən, onlar özləri barəsində təkəbbürə qapıldılar və (Allahı bilavasitə görmək, onunla danışmaq istəməyə cürət etməklə) azğınlaşıb həddi çox aşdılar”.
    9.Allahın dinindən, peyğəmbərlərin risalətindən üz döndərməyə də zəmin yaradan amil nəfsin azğınlaşmasıdır. Bu əmələ Qurani-Kərimdə səfehlik adı verilmişdir. Allah-təala müqəddəs kitabında buyurmuşdur:
    "(Ya Məhəmməd!) Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər?” (Bəqərə sürəsi, ayə 130. )
    10.İmam Əli(ə)-da kəlamlarının birində nəfsi xəstəliklərdən birinə toxunaraq buyurmuşdur: "Nəfsin bəlası onun dünyaya valeh olmasıdır”.(Mizan əl-hikmə, c.10, s.147. )
    11.O Həzrət yenə buyurmuşdur:"İnsanın özünü bəyənməsi (lovğalıq) onun əqlinə həsəd aparan (paxıllıq edən) şeylərdən biridir”.(Nəhcül-bəlağə, Qısa və hikmətli kəlamlar, 212-ci kəlam. )
    Category: Nəfs təhlükə mənbəyidir | Added by: Islam_Kitabxanasi
    Views: 1087 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024