İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Nəfs təhlükə mənbəyidir

    Nəfs təhlükə mənbəyidir
    2012-02-24, 1:56 PM
    Doğru yol təminatı
    Mömin şəxsin zəlalətə və əyri yollara düçar olmaq təhlükəsini dəf etmək məqsədilə üz tutduğu zəmanət verici amillərə nəzər salaq.
    Həmin amillər düşünmə qabiliyyətinin daha da gücləndirilməsi, sayıqlığın artırılması və nəfsə qarşı əzmkarlıqla mübarizə aparılmasından ibarətdir. Buna nail olmaq üçün isə insanın qarşısında ən gözəl yol hidayət carçıları olan İmamlar(ə) və onların babası Həzrət Peyğəmbərimiz(s)-in göstərişlərindən, nəsihətlərindən faydalanmaqdır. Elə bir göstərişlər ki, nəfsin dərinliklərinə nüfuz edib insana onun daxilində qeyri-sağlam tərbiyənin və pozğun mühitin mənfi təsirlərini açıq-aydın göstərir. Həmçinin elə bir nəsihətlər ki, insanda özünə inam hissi yaradaraq, onun mənəviyyatını yüksəldib, onu fəsad dünyası və azğınlıq aləmi qarşısında mübariz kimi yetişdirir.
    Doğrudan da, bu nəsihətlər insan üçün kainatın və həyatın bir çox həqiqətlərini kəşf etməklə onun öz ətrafına ağıllı və dərin baxışlarla, açıq gözlə baxmasına yardım edir. Bu təsirli öyüd-nəsihətlər geniş qəlbli, xətircam, həmçinin o, Rəbbindən, Rəbbi də ondan razı qalan bir nəfsə malik olan möminə qarşısına çıxan bütün maneələri dəf etmək və bütün çətinliklərlə, böhranlı vəziyyətlərdə mübarizə aparmaq üçün böyük bir psixoloжi qüvvə bəxş edir.
    Ən nəhayət, bu misilsiz göstərişlər şeytanın bütün planlarını, hiylələrini insanın qarşısında aşkar edərək, onu doğru yolda daha da sayıq və dərrakəli edir. Həqiqətən də bu nəsihətlər olduqca faydalı, möhtəşəm və qiymətsiz bir nəsihətlərdir. Onları bəşəriyyətə təqdim edənlər həyatı dərindən və kamil surətdə dərk edən, insana haqqı və qurtuluş yolunu göstərən, bütün çətinliklərə, təzyiqlərə baxmayaraq doğru yolda mətanətli olmaqda daim ən gözəl nümunə kimi göstərilən rəhbərlər olmuşlar. Bu nəsihətlər sadiq və ixlaslı rəhbərlərimizdən sadir olmuş doğru, səmimi bir nəsihətlər olmaqla, onların qəlblərinin dərinliyindən çıxaraq hər bir sadiq və ixlaslı bəndənin qəlbinin dərinliyində bərqərar olur. Hər bir mömin həyata və həyatda baş verənlərə məhz bu öyüd və nəsihətlərin köməyi ilə baxması, həmçinin bu misilsiz kəlamların onun üçün doğru yolu – nicat yolunu işıqlandıran bir hidayət nuruna çevrilməsi üçün onları öyrənməyə möhtacdır. Bu ibrətamiz nəsihətlərdən bəzi seçmələrə diqqət yetirək.
    Əzəmətli Peyğəmbərimiz Məhəmmədin (s) nəsihətlərindən
    O Həzrət(s) Əbu Zər Ğifari adlı səhabəsinə gözəl və əhatəli nəsihət edərək belə buyurmuşdur:
    "Ey Əbu Zər, sənə verdiyim öyüd-nəsihətlərə riayət et ki, dünya və axirətdə xoşbəxt olasan”.
    "Ey Əbu Zər, beş şeyin (nemətin) qədrini, onların digər beş şey ilə əvəz olunmasından (yəni itirilməsindən) öncə bil:- Gəncliyinin qədrini qocalmazdan, sağlamlığının qədrini xəstələnməzdən, zənginliyinin qədrini yoxsullaşmazdan, asudə vaxtının qədrini işin çıxmazdan və həyatının qədrini ölməzdən əvvəl bil”.
    "Ey Əbu Zər, heç vaxt (səhlənkarlıq üzündən) işini sonraya saxlama. Həqiqətən, sən sabahına deyil, bu gününə uyğun tərzdə yaşamalısan. Əgər sabaha çıxsan da bu günün kimi yaşa. (Belə etmiş olsan) sabaha çıxmasan belə, bu gün itirdiklərinə görə peşmanlıq çəkməzsən”.
    "Ey Əbu Zər, səhəri qarşılayan çox sayda insanlar vardır ki, onlar həmin günü tamamlaya (axıradək yaşaya) bilmirlər, həmçinin ertəsi günü gözləyən bir çox insanlar vardır ki, (onlar) ona qovuşa bilmirlər”.
    "Ey Əbu Zər, ömrünə (vaxtına) dirhəmindən və dinarından daha çox simiclik et (yəni malından, pulundan daha çox vaxtının qədrini bil, vaxtına qənaət et) ”.
    "Ey Əbu Zər, insanları aldatmaq üçün elm öyrənən şəxs Cənnətin iyindən belə məhrum olar”.
    "Ey Əbu Zər, (axirətdə) Cənnət əhlindən olan bir dəstə insan, Cəhənnəm əhlindən olan digər bir dəstənin qarşısına çıxıb onlara deyəcəklər: «Sizin Cəhənnəm oduna girməyinizə nə səbəb oldu? Biz ki, sizin öyrətdiyiniz təlim-tərbiyənin sayəsində Cənnətə daxil olmuşuq?» Onlar isə cavab verəcəklər: «Həqiqətən, biz başqalarını yaxşı işlər görməyə çağırar, özümüz isə onlara riayət etməzdik»».
    "Ey Əbu Zər, təqvalı bəndələr (bəşəriyyət üçün), rəhbərlər, müdriklər də (onlara) yol göstərənlərdir. Onlarla (təqvalı və müdrik bəndələrlə) ünsiyyətdə olmaq isə böyümək və kamilləşməkdir. Həqiqətən, mömin bəndə öz günahını böyük bir qaya kimi görər və daim bu qayanın onun üzərinə düşməsindən qorxar (yəni günahını daim ağır bir yük kimi öz üzərində hiss edər). Kafir isə öz günahını burnunun önündən uçan bir milçək kimi görər”.
    "Ey Əbu Zər, Allah-təala hər hansı bir bəndəyə yaxşılıq etmək istədikdə, günahlarını onun gözləri önündə canlandırır, həmçinin günahı onun üçün çətin və ağır edər (yəni ona günahın ağırlığını hiss etdirər). Lakin pislik etmək (yəni ona öz çirkin əməllərinə görə cəza vermək) istədikdə isə günahlarını ona unutdurar”.
    "Ey Əbu Zər, günahın kiçikliyini deyil, (onu etməklə) kimə asi çıxdığını düşün”.
    Əmirəl-Möminin Əlinin (ə) nəsihətlərindən
    Kumeyl ibn Ziyada öz dolğun nəsihətlərilə İmam Əmir əl-Möminin Əli ibn Əbu Talib (ə) aşağıdakıları buyurmuşdur:
    "Ey Kumeyl, həqiqətən Allah-təala Həzrət Peyğəmbər(s)-ə, o Həzrət(s) də mənə ədəb və əxlaq öyrətmişdir. Mən isə möminlərə ədəb və əxlaq öyrədirəm”.
    "Ey Kumeyl, sən etdiyin hər bir hərəkətində (atdığın hər bir addımında) elmə və idraka möhtacsan”.
    "Ey Kumeyl, para üzüm giləsi və ya bir xurma dənəsi verməklə də olsa, heç vaxt dilənçini əliboş qaytarma, həqiqətən, sədəqə Allah dərgahında (günü-gündən) böyüyüb artar (yəni savabı daha da çoxalar)”.
    "Ey Kumeyl, yaxşı olar ki, sirrini kimsə bilməsin”.
    "Ey Kumeyl, mömin möminin güzgüsüdür. Çünki mömin möminə baxaraq (ondan ibrət götürüb) öz ehtiyaclarını ödəyər və vəziyyətini (xüsusiyyətlərini, əməllərini və s.) gözəlləşdirər”.
    "Ey Kumeyl, şeytan sənin qəlbinə vəsvəsə etdikdə: «Azğın şeytandan qüdrətli Allaha, insanların və cinlərin şərindən insanların Məbuduna pənah aparıram»- desən, İblisin və onunla birgə olan şeytanların təzyiqindən, hətta onlar (şeytanlar) hamısı İblis kimi (təhlükəli, hiyləgər) olsalar belə özünü qorumuş olarsan.»
    "Ey Kumeyl, onlar (yəni şeytanlar) hər bir insanı mütilik və asilik baxımından öz səviyyəsinə uyğun tərzdə aldatmağı, mənasız işlərə cəlb etməyi, lovğalandırmağı və ona vəsvəsə etməyi bacarırlar. Onlar məhz bunun hesabına insana qalib gəlib ona hakim kəsilirlər (onu təsir altına salırlar)”.
    "Ey Kumeyl, sənə onlardan (şeytanlardan) qəddar düşmən və onlardan çox zərər yetirən tapılmaz. Onların arzusu budur ki, sabah (yəni Qiyamət günü) Cəhənnəm əzabına atıldıqları zaman onlarla birgə olasan”.
    "Ey Kumeyl, sadəcə namaz qılmaq, oruc tutmaq və sədəqə vermək (insan üçün) şərəf sayılmaz. Əsil şərəf odur ki, namaz təmiz qəlblə, Allahın razı qaldığı əməllərlə, saf, səmimi itaətkarlıqla və onun (namazın) əzəmətinin, vüqarının qorunub saxlanılması ilə birgə qılınsın”.(Töhəf əl-uqul, səh.119-123, 2-ci çap)
    Category: Nəfs təhlükə mənbəyidir | Added by: Islam_Kitabxanasi
    Views: 640 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024