İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Müvəqqəti nikah (elmi araşdırma)

    Müvəqqəti nikah (elmi araşdırma)
    2012-04-03, 2:26 PM
    Birinci fəsil
    Mütənin(Müvəqəti nikah, evlənmə )qısa tarixi
    Ərəbistan yarımadasında mövcud çoxsaylı adət və ənənələrin əksəri Müqəddəs İslam dini meydana çıxandan sonra aradan qalxsa da(- "Tarixe şibhil cəzirətil-ərəbiyyə qəbləl islam”, səh. 395. ), bu arada İslam dini tərəfindən müsbət keyfiyyətlərə malik olan dəb və qaydalarla digər xoçagəlməz adətlər arasında fərq qoyuldu. Bu səbəbdən də İslam meydana gəlməzdən qabaq fitri və ağlabatan bir adət kimi mövcud olan daimi nikahı müqəddəs İslam imzalayaraq təsdiqlədi.(- "Nisa”, ayə 3 ) Yaxud cahiliyyət zamanı Ərəb camaatının dörd ay müharibəni haram bilmələri, yaxşı adət sayılaraq İslam dini tərəfindən də təsdiqləndi.(- "Əl-müfəssəl fi tarixil ərəb qəbləl islam”, c5. səh. 536. )
    Müvəqqəti nikah da bəzi kitabların yazdığına görə İslam meydana çıxmamışdan öncə mövcud idi. Sonradan İslam dini, "Nisa” surəsinin 24-cü ayəsinin hökmü ilə onu xüsusi şərtlər və qaydalarla qəbul etdi.(- "Tarix dər ayineye pəjuheş”, Nöm 8. səh. 142. ) Beləliklə, müvəqqəti nikah İslamdan qabaq camaat arasında olmuş və İslamın zühurundan sonra bu din tərəfindən qəbul olunmuş adət-ənənələrdən biridir.
    "Mütə” lüğətlərdə
    "Mətəə” sözündən olan "mütə” lüğətşünasların fikrincə "bəhrə götürmək” və ya "faydalanmaq” mənasındadır.(- "Məcməül-bəyan”, c.2. səh. 595. )"Məcməül-bəhreyn” kitabının müəllifi yazır: "Ət-tələzzuz”, yəni "mətəə” və "mütənin” əsas mənası ləzzət almaqdır”. O, deyir:
    اسْتَمْتَعَ بَعْضُنا بِبَعْضٍ أي استنفع
    "Fayda və bəhrə götürdü”.(- "Məcməül-bəhreyn”, b 4. səh. 389-391. )
    "Fərhəngi-əbcəd” kitabının müəllifi yazır:
    اسْتَمْتَع اسْتِمْتَاعاً [منع‏] أو من كذا به
    "Bir şey digərindən uzun müddət ləzzət aldı və faydalandı”, بماله : "öz mal-dövləti ilə rifahda yaşadı”.(- "Fərhəngi əbcədi”, səh. 65. )
    Quranda da "mətəə”, "təməttəə” və "istəmtəə” sözləri eyni leksik məna daşıyır. Belə ki, "Bəqərə” surəsinin 126-cı ayəsində buyurulur:
    فَأُمَتِّعُهُ قَليلا
    "Hud” surəsinin 48-ci ayəsində oxuyuruq:
    سَنُمَتِّعُهُمْ ثُمَّ يَمَسُّهُمْ مِنَّا عَذابٌ أَليم
    Bu kimi digər ayələr də deyilənlərə bir sübutdur. Məhz buna görə təməttö həcci eyni sözlə adlandırılmışdır. Çünki hacılara ehramda haram edilən işlər bir müddətdən sonra halal olur. "Lisanul-ərəb" kitabının müəllifi bu barədə yazır:
    Həcc ümrəsində hacı ona görə "mütəmətti” adlanır ki, o həcc zamanı müqəddəs Məkkə şəhərinə girərkən Kəbə evini təvaf edir, başının tükünü qırxaraq vacib qurbanlıq kəsir. Bundan sonra qadağalar götürülür və öncə haram edilənlər, misal üçün qadından bəhrələnmək halal olur.(- "Lisanul-ərəb”, c.8, səh. 328. )
    "Mütə” dini termin kimi
    "Mütə” termini ağıllı və azad bir qadının özünü təyin olunmuş müddətdə, müəyyən mehriyə müqabilində, məhrəmlik (nəsəbi-səbəbi) kimi maneələr(- Mütənin hüdud və şərtləri hissəsində bu barədə ətraflı danışacağıq. )olmamaq şərtilə bir kişinin kəbininə keçməsi mənasındadır. Belə evlənmə tərzi iki tərəfin razılığı, kişi tərəfinin qadına mehriyə ödəməsi, habelə evlilik müddətinin müəyyən olunması ilə baş verir.
    Şeyx Tusi yazır: "Mütə nikahı halal və mübahdır. Mütənin əsl mahiyyəti budur ki, kişi bir qadınla konkret müddətə və müəyyən olunmuş mehriyə müqabilində evlənir”.(- "Əl-xilaf”, c.4, səh. 340; "Ən-nihayə” səh. 489. )
    Seyid Cəfər Mürtəza Amili bu haqda yazmışdır: "Bu nikah növü qadın və kişinin kəbin oxunan zaman təyin olunan mehriyə müqabilində müvəqqəti evlənmələrindən ibarətdir. Belə ki, nikah vaxtı qurtarandan, ya nikah müddətinin kişi tərəfindən bağışlanmasından sonra nikah əqdi talaqa (boşanmaya)ehtiyac olmadan sona çatır.”(- "Zivacul-mütə”, c.1, səh. 29.)
    Şeyx Səduq, Qazi ibn Bərrac, İbn İdris Hilli kimi qədim, Ayətullah Xoyi, İmam Xomeyni, Məhəmməd ibn Zeynuddin, Ayətullah Gulpayiqani, Seyid Əli Milani kimi müasir görkəmli alimlər də mütə termininin tərifini bu formada söyləmişlər.(- "Əl-hidayə”, səh. 265; "Əl-mühəzzəb”, c.2, səh. 240; "Əs-sərair”, c.2, səh. 550; "Minhac-əssalihin”, c.2, səh. 272; "Tozihil-məsail”, səh. 328; "Kəlimətut-təqva”, c.7, səh. 278; "Hidayətul- ibad”, c.2 səh. 350; "Əl-mütə” səh. 11. )
    Şiə alimləri ilə yanaşı əhli-sünnə alimləri də mütəni bu şəkildə ifadə etmişlər. Qurtubi öz təfsirində yazır: " İbn Ətiyyə demişdir ki, mütə nikahında iki şəxsin şahidliyi və qadının vəlisinin(- Vəli lüğətdə hami , himayətçi mənasınadır. Şəriətdə vəli və yaxud qəyyim şəriət sahibinin buyruğu ilə kiminsə hamisi, hamayətçisinə deyilir. Məsələn, ata, baba və ya cameüş-şərait müctəhid.(tərcüməçi) ) izni ilə müvəqqəti nikah bağlanır və arada irs olmayacağı barədə sövdələşmə olur.”(- "Əl-came liəhkam”, c.5, səh. 132. )
    Təbəri Suddinin "Nisa” surəsinin 26-cı ayəsi barəsində dediklərini öz təfsirində belə nəql edir: " Nikah ayəsində nəzərdə tutulan mütədir. Mütə nikahında kişi qadınla müvəqqəti evlənmək şərti, iki şəxsin şahidliyi və qadının vəlisinin icazəsi ilə nikah bağlayır. Nikah müddəti qurtarandan sonra kişinin qadın üzərində heç bir hüququ qalmır və qadın ondan ayrılır.”(- "Cameul-bəyan”, c.5, səh. 18. "Təfsiri quranil-əzim”, c.2, səh. 227. "Şərhil-lumə”, c.8, səh. 251.)
    Qurtubi öz təfsirində yazır: "Sələf və xələf alimlərin yekdil rəyləri budur ki, mütə, irsi olmayan müvəqqəti kəbindir. Bu nikahda ayrılıq talaqsız, sadəcə nikah vaxtının sona yetməsi ilə baş verir.(- "Əl-came liəhkamil-quran”, c5, səh. 132. )
    Beləcə hər iki məzhəb alimləri mütə sözünün terminoloji mənası baxımından təxminən yaxın rəyə malikdirlər. Göründüyü kimi, adı çəkilən alimlər öz təriflərində tərəflər arasında irs olmamasını, talaqsız ayrılmanı və evliliyin müvəqqəti olmasını aydıncasına qeyd etmişlər.
    Mütə sözünün leksik və terminoloji mənası arasındakı əlaqə
    "Mətəə” və "mütə” sözlərinin mənaları barəsində dedik ki, bu sözlər lüğətdə bəhrələnmək və faydalanmaq mənalarında işlədilmişdir. Bu yöndə lüğətşünasların sözlərinə istinad etdik. Belə bir nöqtəni qeyd etmək lazımdır ki, ayəni müvəqqəti evlilik və mütə nikahı kimi mənalandırmaq bu sözün leksik mənası ilə də məntiqi baxımdan uyğundur.
    Quranda çox vaxt bir söz bəzən leksik mənasında, bəzən də terminoloji mənasında işlənmişdir. Məsələn "nəsy” sözünün mənası təxirə salmaqdır. Lakin tövbə surəsinin 37-ci ayəsində bu söz öz terminoloji mənasında işlənmişdir. Bu ayədə haram ayın digər aya təxirə salınması küfr adlanmışdır. "Nəsiə” sözündə küfr mənasının olmadığı bəllidir və Quran bu sözü digər mənada işlətmişdir.
    Görkəmli təfsirçi Əllamə Təbatəbai bu barədə yazır:
    -təxirə salmaq, yubatmaq mənasınadır.نسا الشی ینسوه و نساء منساه نسیبا” Bəzən Haramlığı təxirə salınmış hicri qəməri aya "nəsy" deyilir. Ərəblərin cahiliyyət dövründə dəbləri belə idi ki, haram ayların (müharibə etmək haram olan ayların) birində müharibə etmək istəsəydilər, müvəqqəti olaraq o ayın haramlığını götürüb digər aya ötürər və haramlığı götürülən ayı "nəsy" adlandırardılar.(- "Əlmizan”, c9, səh. 271. "Tədsirul-quranil-əzim”, İbn Kəsir c.4, səh. 133. "Ğəribul-quran”, İbn Quteybə c1, səh. 162. "Təfsiru bəyanis-səadəh fil məqamatıl-ibadəh” c2, səh. 255. )
    Aydın olur ki, "nəsy” sözü təxirə salmaq mənasında işlənsə də Quranda hansısa bir hadisə ilə bağlı bu sözdən digər mənada istifadə olunmuşdur.
    Mütə nikahında da buna bənzər bir hal vardır. Çünki mütə nikahında bəhrə götürmək və ləzzət almaqla hər iki tərəf bir-birini razı salır bir növ bir-birlərinə libas olur, öz cinsi və ruhi problemlərini həll edirlər. Ona görə də ayəni öz terminoloji mənasında, yəni mütə kimi təfsir etməyin onun zahiri mənası ilə heç bir ziddiyyəti yoxdur, əksinə onunla müvafiqdir.
    Əminul-islam Təbərsi bu barədə yazır:
    "Hərçənd "istimta” və "təməttu” sözlərinin əsl mənası "fayda götürmək" və "ləzzət almaq"dır, amma şəriət baxımından bu məna xüsusi bir nikaha və ya əqdə aiddir. Xüsusilə bu söz "nisa” (qadın) ifadəsi ilə birgə işlənsə aşağıdakı mənanı bildirər.
    "Hər zaman qadınlarla müvəqqəti evlənsəniz onların mehriyəsini verin.”(- "Məcməul-bəyan”, c.3, səh. 52. geniş məlumat almaq üçün m.e: "Ət-tibyan fi təfsiril-quran”, c.3, səh. 165. "Zubdətut-təfasir”, molla Fəthullah Kaşani c.2, səh. 43.  )
    Demək, müvəqqəti evlilik mənasında "mütə" ərəb və Quran ifadəsi olub ayələrin zahiri, Quranın xitab üslublarına uyğundur. Ona görə də bu zəminədə araşdırmaları yekunlaşdırıb mövzunun daha kamil olması üçün mütənin qisimlərini izah etməyi lazım bildik.
    Mütənin qisimləri
    Fiqhi termin kimi mütə üç qismə ayrılır:
    1.Nisa mütəsi:
    Nisa mütəsi yuxarıda sözü gedən mütədir. Onun lüğət və terminologiyadaki mənalarını izah etdik. Gələcək bəhslərimisdə də bu barədə mükəmməl şəkildə söhbətimizi davam etdirəcəyik.
    2.Talaq mütəsi:
    Talaq mütəsi dedikdə kişinin talaqdan qabaq yaxınlıq etmədiyi və mehriyə müəyyən olunmadığı halda talaqdan sonra qadına ödədiyi hədiyyə nəzərdə tutulur.(- "Əlməbsut”, c.2, səh. 319. "Cəvahirul-kəlam”, c.31, səh. 59. "Əl-məcmu”, c.16, səh. 389. "Subuləs-səlam”, c3, səh. 153)
    Fəqih alimlər bu növ mütəni "Bəqərə" surəsinin 236-cı ayəsi ilə əsaslandırırlar. Allah-taala bu ayədə buyurur:
    لا جُناحَ عَلَيْكُمْ إِنْ طَلَّقْتُمُ النِّساءَ ما لَمْ تَمَسُّوهُنَّ أَوْ تَفْرِضُوا لَهُنَّ فَريضَةً وَ مَتِّعُوهُنَّ عَلَى الْمُوسِعِ قَدَرُهُ وَ عَلَى الْمُقْتِرِ قَدَرُهُ مَتاعاً بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُحْسِنينَ
    "Yaxınlıq etmədiyiniz(toxunmadığınız) və mehriyyə (kəbin haqqı) təyin etmədiyiniz qadınları boşamaq sizə günah sayılmaz. Qəbul olunmuş qayda üzrə varlı öz imkanı daxilində, kasıb da gücü çatdığı qədər, yaxşılıq(ehsan) edənlərə layiq şəkildə onlara bir şey(mütə) versin”.
    Əllamə Təbatəbai bu ayənin təfsirində yazır:
    "Əqd vaxtı həyat yoldaşınızın mehriyəsini müəyyən etməmişsinizsə talaq verən zaman sizə vacibdir ki, ona nə isə verəsiniz. El qaydası ilə, camaatın bəyəndiyi bir şey verə bilərsiniz. Bu hökm mehriyəsi müəyyən olunmamış talağı verilən qadına məxsusdur və bütün boşanan qadınlara şamil olunmur. Bu hökm əri ilə cinsi əlaqəyə girməyən qadınlara münasibətdə də öz güçündədir.”(- "Əlmizan”, tərcümə c.2, səh. 368. "Nümunə”, c.3, səh. 200. "Məcməul-bəyan”, c.2, səh. 595.  )
    Görkəmli Əhli-sünnə alimi Fəxr Razi yazır:
    "Talaqı verilmiş qadınlar iki hissəyə bölünürlər: Əri ilə cinsi yaxınlığa girənlər və cinsi yaxınlığa girməyənlər. Amma yaxınlıq olmadan talaq alan qadının mehriyəsi müəyyən olmazsa, ona hədiyyə (mütə) ödənir. Bu işdə təfsir etdiyimiz ayə əsas götürülür. Amma mehriyə təyin olunarsa, ona hədiyyə düşmür(- "Məfatihul-ğeyb”, c.2, səh476. "Əhkamul-quran”, Əl-Cəssas c.2, səh. 136-137 )
    Göründüyü kimi təfsirçilər və digər alimlər "Bəqərə" surəsinin sözü gedən ayəsi əsasında talaq mütəsi üçün iki əsas şərt qeyd etmişlər:
    1)Mehriyyənin təyin olunmaması;
    2)Talaqdan öncə kişinin qadın ilə cinsi əlaqəyə girməməsi;
    Alimlər Quran ayəsinə istinadən bu iki şərt əsasında qadına hədiyyə verilməsini lazım bilmişlər. Buna görə də bu talaq və ayrılıq növü talaq mütəsi adı ilə məşhurdur.
    3.Həcc mütəsi
    Həcc mütəsi budur ki, bir şəxs Miqatda ehram bağlayandan sonra yeddi dəfə Kəbəni təvaf edir, sonra İbrahim məqamında iki rəkət namaz qılıb yeddi dəfə Səfa və Mərvə arasında səy edir. Sonda başının, ya bədəninin tükünü azaldır. Bu əməldən sonra ehramda haram edilənlər halal olur. Həmin il həcc üçün yenidən ehram bağlayana qədər bu vəziyyət davam edir. Doqquzuncu gün Ərəfata gedir və orada gün batana qədər yubanır. Sonra digər əməlləri yerinə yetirərək ikinci ehramdan da çıxır.(- "Əl-məqnəə”, səh. 39; "Əl-intisar”, səh. 123; "Qəvaidul-əhkam”, c. 1, səh. 398; "Camiul-məqasid”, c. 3, səh. 110. "Məcməul-bəyan”; c.2, səh. 519-520. "Təhrirul-vəsilə”, c. 1, səh. 405. )Söylənməsi lazım olan budur ki, təməttö həcci bizim(şiələrin) nəzərimizdə Məscidul-Haramda olmayan bir şəxsə vacibdir və onun hər tərəfdən minimum on iki mil Məkkə ilə məsafəsi olmalıdır.(- Ötən mənbə. ) Fəqih və təfsirçilər bu növ təməttönü "Bəqərə" surəsinin 196-cı ayəsi ilə əsaslandırırlar. Hikmət sahibi Allah buyurmuşdur:
    وَ أَتِمُّوا الْحَجَّ وَ الْعُمْرَةَ لِلَّهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ وَ لا تَحْلِقُوا رُؤُسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ فَمَنْ كانَ مِنْكُمْ مَريضاً أَوْ بِهِ أَذىً مِنْ رَأْسِهِ فَفِدْيَةٌ مِنْ صِيامٍ أَوْ صَدَقَةٍ أَوْ نُسُكٍ فَإِذا أَمِنْتُمْ فَمَنْ تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ فَمَنْ لَمْ يَجِدْ فَصِيامُ ثَلاثَةِ أَيَّامٍ فِي الْحَجِّ وَ سَبْعَةٍ إِذا رَجَعْتُمْ تِلْكَ عَشَرَةٌ كامِلَةٌ ذلِكَ لِمَنْ لَمْ يَكُنْ أَهْلُهُ حاضِرِي الْمَسْجِدِ الْحَرامِ وَ اتَّقُوا اللَّهَ وَ اعْلَمُوا أَنَّ اللَّهَ شَديدُ الْعِقابِ
    "Həcc və ümrə əməllərini Allah üçün tamamlayın. Və əgər bir maneçilik varsa, mümkün olan bir qurbanlıq göndərin. Qurbanlıq öz yerinə çatmayana kimi başınızı qırxmayın. (ehramdan çıxmayın). Və sizdən xəstə olan ya başından əziyyətə düşən bir şəxs olsa (çarəsizlikdən ehramda başımı qırxmalı olsa başını qırxmaq üçün fidyə (kəffarə) olaraq oruc tutmalı ya sədəqə verməli yaxud qurban kəsməlidir. Təhlükədən əmin olduğunuz zaman, ümrə ilə Həcci-təməttö əməllərini yerinə yetirənlər müyəssər olan qurbanlığı (kəsməlidirlər) qurbanlıq tapa bilməyən şəxs isə bunun əvəzində həcc günləri vaxtında üç gün, qayıdandan sonra isə yeddi gün oruc (tutmalıdır) ki, bu üst üstə on gün tamamdır. Bu, (həcci-təməttö və ümreyi-təməttö) ailəsi Məscidul-həramda (Məkkə və Mədinə ətrafında sakin) sakin olmayan üçündür. Allahdan qorxun və bilin ki, Allahın əzabı ağırdır.”
    Təməttö həccinin belə adlanmasının səbəbi budur ki, hacı ehram müddətində ümrə əməllərini yerinə yetirmək üçün bəzi işlərdən məhrum olur. Ümrə əməllərini bitirdikdən sonra həcc əməllərini başlayana qədər ona haram olan işlər halal olur. Belə ki, bu işlərdən, (məsələn: qadınla yaxınlıqdan) faydalana bilər. Buna görə də bu həcc "təməttö” həcci kimi tanınmışdır.(- "İctihad dər müqabile nəss”, səh. 275. )
    Mütənin hədd-hüdudu
    Mütə nikahının da digər şəriət əməlləri kimi şərtləri var. Bu şərtlərə əməl olunarsa mütə də caiz və halal sayılar. Böyük İslam peyqəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) və onun Əhli-beyti İslam ehkamını xüsusilə də mütənin hökmlərini izah etməklə onun cüzi və xırda hissələrini də öz nurlu hədislərində bəyan etmişlər. Biz bu mövzunu daha geniş izah etmək üçün mütənin şəraitini bu növ hədislərdən istinbat edən fəqihlərin fitvalarına nəzər salacağıq. Bunuda deməliyik ki, mütə nikahının çərçivəsi, hədd-hüdudu və hökmləri mövzusunda fəqihlər fiqh kitablarında ətraflı söhbət açmışlar. Bizim tanınmış və böyük alimlərimiz mütənin xırdalıqları ilə yanaşı onun əsasını təşkil edən dörd təməlini də qeyd etmişlər. Mövzudan xaric olmamaq və məsələnin təfərrüatına varmamaq üçün bu dörd təməl şərtinin qısa izahı ilə kifayətlənirik.
    Birinci təməl
    Mütə nikahında da daimi nikahda olduğu kimi kəbin siğəsi (sözlərini) oxumaq zəruridir. Fəqih alimlərin hamısının yekdil rəyi budur ki, mütə nikahında siğə oxunmalıdır. Əgər siğə oxunmasa mütə nikahı bağlanmır. Bu səbəbdən fəqihlər fiqhi kitablarda nikah siğəsinin oxunuşunun təməl və əsas şərt olduğunu təkidlə söyləmişlər.
    Bu barədə tanınmış şiə fəqihləri o cümlədən şeyx Müfid(- "Xülasətul-icaz”, səh. 45. ), şeyx Tusi(- "Ən-nihayə”, səh. 45. ), Mühəqqiq Hilli(- "Şərayeul-islam”, c.2, səh. 528. ), Əllamə Hilli(- "Təhirirul-əhkam”, c.3, səh. 500. ), Mühəqqiq Kərəki(- "Camiul-məqasid”, c.13, səh. 37. ), Şəhid Sani(- "Əl-lümətul-dəməşqiyyə”, səh. 168.) yazmışlar:
    «لابد في هذا العقد من الايجاب و هو زوجتك و انكحتك و متعتك مدة كذا بمهر كذا و القبول و هو ما يدل علي الرضا مثل قبلت النكاح او المتعة»
    "Əqd siğəsinin icrası və qəbulu bu nikahda(mütədə) lazımlıdır. Onun siğəsi "zəvvəctukə, ənkəhtukə, məttəytukə filan müddətdə və filan mehr qarşılığında” sözləridir. Onun qəbulu isə razılığı nümayiş etdirən bir sözdür. Məsələn, "mütəni, ya nikahı qəbul etdim” deyilir.”
    Ümumiyyətlə şiə alimləri əqd siğəsi icrasının mütə nikahında lazım olduğunu yekdilliklə təsdiqləyirlər. Onların qənaətləri budur ki, əqd siğəsi oxunmalıdır. "Cəvahirul-kəlam" kitabının müəllifi yazır:
    « اما الصيغة فهو اللفظ الذي و ضعه الشرع و عينه كغيره من العقود الازمة... فلا يحصل بدون ذلك قطعا بل اجماعا»
    "Siğə (kəbində deyilən sözlər) elə bir sözdür ki, şəriət onu digər zəruri əqdlərdə olduğu kimi müəyyən etmişdir. Mütə nikahının siğə olmadan bağlanması tamamilə mümkünsüzdür və icma da bu rəydədir.”(- "Cəvahirul-kəlam”, c.30, səh. 53. )
    Fəqih alimlərin rəylərindən bu nəticəyə gəlmək olar ki, mütə nikahında xüsusi bir siğə oxunmalıdır və siğə oxunmasa nikah qüvvəyə minmir. Bu səbəbdən bəzi tanınmış alimlər fiqhi kitablarda mütənin dörd əsas təməlinə işarə etmişlər və onlardan biri əqd siğəsinin oxunmasıdır.
    İkinci təməl
    Alimlərin mütə nikahının düzlüyü üçün müəyyənləşdirdiyi ikinci təməl və ya əsas şərt müvəqqəti evlənən qadının müsəlman, ya kitab əhli(yəhudi və yaxud məsihi) olmasıdır. Onların dediklərinə görə, müvəqqəti evlənən qadın müsəlman və ya kitab əhli olmasa, o qadınla mütə caiz deyil. Şeyx Müfid(- "Xülasətul-icaz”, səh. 45. ), Mühəqqiq Hilli(- "Şərayeul-islam”, c.2, səh. 528 ), Mühəqqiq Kərəki(- "Camiul-məqasid”, c.13, səh. 37), Şəhid Sani(- "Məsalikul-əfham”, c.7, səh. 429.), Seyyid Məhəmməd Amuli(- "Nihayətul-məram”, c.1, səh. 223. ) yazmışlar:
    « اركانه اربعة: الصيغة و المحل والاجل و المحل فيشترط ان تكون الزوجه مسلمة او كتابية»
    Mütə nikahının dörd rüknü var:
    1- Əqd siyqəsinin oxunması;
    2- Qadının müsəlman və ya kitab əhli olması;
    3- Evlilik müddətinin müəyyən edilməsi;
    4- Mehriyə miqdarının müəyyən edilməsi;
    "Əl-məhəl" sözü ərə gedən qadının müsəlman və yaxud kitab əhli olması mənasınadır. Ona görə də fəqihlər müsəlman və ya əhli-kitab olmayan qadınla mütə bağlamağı caiz bilmirlər. Bu məzmunda İmam Xomeyni və Ayətullah Gülpayiqani yazır:
    «لايجوز تمتع المسلم بغير الكتابية من اصناف الكفار و لا بالمرتدة و لا بالناصبة المعلنة بالعداوة كالخارجية»
    "Kitab əhli olmayan kafir, mürtəd, nasibi (düşmənliyini aşkar edənlər), xəvaric siniflərindən olan qadınla mütə bağlamaq caiz deyil.”(- "Təhrirul-vəsilə”, c.2, səh. 289. "Hidayətul-ibad”, c.2, səh. 351.)
    Digər alimlər də(- "Əl-lümətul-dəməşqiyyə”, səh. 168. ) sözü gedən şərti mütə nikahında zəruri bilmiş və müsəlman və ya kitab əhli olmayanla mütə bağlamağı caiz bilməmişlər.
    Üçüncü təməl
    Alimlərin nəzərincə, nikah mütəsinin üçüncü əsası mehriyədir (kəbin haqqı, başlıq). Bütün alimlər mütə nikahını mehriyəsiz batil sayır. Ona görə də tanınmış fəqihlər öz kitablarında mütə nikahında mehriyənin təyin edilməsinə diqqətlə yanaşmışlar. Əbu Səlah Hələbi(- "Əlkafi lilhələbi”, səh. 298. ), Sallar(- "Əlmərasim əl-ülviyyə”, c.2 səh. 157. ), Şeyx Müfid(- "Xülasətul-icaz”, səh. 45. ), Şeyx Tusi(- "Ən-nihayə”, səh. 450, "Əlməbsut”, səh. 246. ), Mühəqqiq Hilli(- "Şərayeul-islam”, c.2, səh. 528 ), Əllamə Hilli(- "Təhirirul-əhkam”, c.3, səh. 500. "Müxtələfuş-şiə”, c.7 səh. 217. ) bu məzmunda yazmışlar:
    «لابد في هذا العقد من ذكر الاجل المعلوم و المهر المعين فلو اخل بهما بطل اجماعا»
    "Mütə nikahında müddət və konkret mehriyə təyin edilməlidir. Bu iki mövzuda hansısa problem olarsa, nikah mütəsi fəqihlərin yekdil rəyinə əsasən batildir.”
    Mühəqqiq Kərəki(- "Camiul-məqasid”, c.13, səh. 37.), Şəhid Sani(- "Əl-lümətul-dəməşqiyyə”, səh. 168.), Seyyid Məhəmməd Amuli(- "Nihayətul-məram”, c.1, səh. 223. ) də deyilən şərtləri lazım və zəruri bilmişlər. "Cəvahirul-kəlam" əsərinin müəllifi hətta bu barədə icma rəyinin olduğunu iddia etmişdir. O, yazır:
    «اما المهر فهو شرط في العقد المتعة خاصة و يبطل بفواته العقد بلا خلاف بل الاجماع بقسيمه عليه»
    "Mehriyyə mütə nikahında xüsusi bir şərtdir və onun ödənməməsi ilə nikah batil olur. Bu məsələdə alimlər arasında fikir ayrılığı mövcud deyil. Əksinə, bu mövzuda icma vardır.(- "Cəvahirul-kəlam”, c.30, səh. 163. )
    Fəqihlərin bu yazılarından mehriyənin mütə nikahının düzgünlüyünə nə qədər təsirli olduğunu hiss etmək olar. Onların fikirlərini sadalamaq mehriyənin mütədə şərt olmasını göstərmək üçün kiçik bir cəhd idi. Bütün alimlərin verilmiş şərti mütə nikahında zəruri bilmişlər. Lakin ixtisar üçün onların möhtərəm rəylərini yazmaqdan daşındıq."(- "Sərair, ibn İdris” c.2, səh. 55. "Əl-came lişşəraye”, İbn Səid Hilli səh. 450. "Məsalikul-əfham”, c.7, səh. 429. "Əl-Mühəzzəb”, c.2, səh. 240. "Təhrirul-vəsilə”, c.2, səh. 289. )
    Dördüncü təməl
    Mütə nikahı üçün söylənən dördüncü əsas evlilik müddətinin müəyyən olunmasıdır. Daimi nikahla müvəqqəti nikah arasındakı başlıca fərq də budur. Daimi nikahda evlilik ömrün sonunadək davam edir və ona görə də evlilik müddətini təyin etmək lazım deyil. Amma mütə nikahı daimi olmadığına görə evlilik zamanı müəyyən olmalıdır. Bu səbəbdən fəqihlərdən bəziləri öz kitablarında evlilik müddəti təyin edilmədən bu nikahın batil olduğunu(- "Əllumətud-dəməşqiyyə”, səh. 168. ), bəziləri də onun daimi evlilik olduğunu söyləmişlər.(- "Əlxilaf”, c.4, səh. 340. "Ən-nihayə”, səh. 489. )Bu barədə Əbu Səlah Hələbi(- "Əl-kafi lil-hələbi”, səh. 298 ), Sallar(- "Əlmərasim əl-ülviyyə”, c.2 səh. 157. ), Şeyx Müfid(- "Xülasətul-icaz”, səh. 45. ), Şeyx Tusi(- "Ən-nihayə”, səh. 450. ), Mühəqqiq Hilli(- "Şərayeul-islam”, c.2, səh. 528. )yazmışlar:
    «نكاح المتعة و هو المؤجل بالسنين... و المهر المعين و من شرط صحته ذكر الاجل المحروس»
    "Mütə nikahı, illik müddət üçün nəzərdə tutulmuş... və mehri müəyyən olan bir nikahdır. Təyin olunmuş zamanın qeydi onun düzgünlük şərtlərindəndir.”
    Mühəqqiq Kərəki, Şəhid Sani, Seyyid Məhəmməd Amuli və başqaları da göstərilən şərti zəruri saymışlar. Əllamə Hilli və Sahib Cəvahir bu məsələdə icma iddası belə etmişlər. Bu iki böyük alim demişlər:
    «لابد في هذا العقد من ذكر الاجل المعلوم و المهر المعين فلو اخل بهما بطل اجماعاً»
    "Mütə nikahında müddət və konkret mehriyə təyin edilməlidir. Bu iki şeydə hansısa problem olarsa nikah mütəsi fəqihlərin yekdil rəylərinə əsasən batildir.”(- "Təhirirul-əhkam”, c.3, səh. 500. )
    «اما الاجل فهو شرط في عقد المتعة اجماع و… و نصوصا»
    "Mütə nikahında müddət fəqihlərin icmasına( yekdil rəyinə) və yazdıqlarına əsasən şərtdir.”(- "Cəvahirul-kəlam”, c.30, səh. 163.)
    Gördüyünüz kimi fəqih alimlərin fikirlərinə görə, bu dörd təməl şərtinin mütə nikahında olması zəruridir. Və bu təməl şərtlərin biri ödənməsə mütə nikahı düzgün olmayacaq.
    Bu hissədə biz mütə nikahının hüdud və hökmlərini izah etdik. Mövzudan xaric olmamaq üçün onun təfərrüatını yazmadıq. İndi isə mütə nikahının daimi nikahla müştərək və fərqli cəhətlərini qısa və ardıcıl formada izah etməklə söhbəti başa çatdırmağı lazım bilirik.
    Müvəqqəti nikahın daimi nikahla müştərək cəhətləri
    1- Kişi və qadın aqil olmalı, onlarda digər maneələr olmamalıdır.(- "Əl-mütə və məşruiyyətuha fil-islam”, səh. 118. )
    2- Mütə nikahında da daimi nikahdakı kimi kəbin siğəsinin oxunması zəruridir.(- "Camiul-məqasid”, c.13, səh. 37. Məsalik”, c.7, səh. 129. )
    3- Müvəqqəti nikahda da (nikah bağlanandan sonra) hörmət(naməhrəmlik) yaranır.(- "Şərhul-lumə”, c.5, səh. 154-156. "Əlməbsut”, c.4 səh. 194. "Təhirirul-əhkam”, c.3, səh. 502. "Əllumətud-dəməşqiyyə”, səh. 168.  )
    4- Müvəqqəti nikahdan dünyaya gələn övladın hökümləri daimi nikahdakı kimidir.(- "Məsailul-fiqhiyyə”, səh. 30. Təhirirul-əhkam”, c.3, səh. 54. )
    5- Müvəqqəti nikahda da iddə saxlamaq vacibdir.(- "Camiul-mədarik”, c.4, səh. 305. )
    6- Mütə olunmuş qadınla da daimi həyat yoldaşı kimi heyz halında yaxınlıq etmək haramdır.(- "Məsailul-fiqhiyyə”, səh. 60.  )
    Müvəqqəti nikahla daimi nikah arasındakı fərqlər
    1- Müvəqqəti nikahda evlilik zamanını təyin etmək zəruridir.(- "Məsalikul-əfham”, c.7, səh. 429. "Ən-nihayətul-məram”, səh. 223. )
    2- Mehriyyənin təyin olunması müvəqqəti nikahın əsas şərtlərindən biridir.(- "Camiul-məqasid”, c.13, səh. 37. "Əl-mühəzzəb”, c.2, səh. 240. )
    3- Müvəqqəti nikahda daimi nikahın əksinə olaraq xərclik vacib deyil.(- "Təhirirul-əhkam”, c.2, səh. 45 və c.3, səh. 504. "Şərayiul-islam”, c.2, səh. 568.)
    4- Müvəqqəti nikahda müddət sona yetməklə kişi və qadın arasında ayrılıq yaranır və talaqa ehtiyac qalmır.(- "Məsailul-fiqhiyyə”, səh. 60. "Camiul-mədarik”, c.4, səh. 307. "Kitabun-nikah”, səh. 227.  )
    5- Müvəqqəti nikahda məşhur rəyə əsasən kişi və qadına bir-birlərindən irs çatmır.(- "Təhirirul-əhkam”, c.3, səh. 504. )
    6- Müvəqqəti nikahın əksinə olaraq daimi nikahla dördən artıq qadınla evlənmək caiz deyil.(- "Şərayiul-islam”, c.2, səh. 519. )
    Nəticə
    Bu fəsildə əvvəlcə mütənin leksik və terminoloji mənalarından danışdıq. Aydın oldu ki, müvəqqəti evlilik adı ilə məşhur olan "mütə” nikahı Quranla öz terminoloji mənasında işlənmişdir. Habelə mütənin hüdud və qisimlərini araşdıraraq bildirdik ki, mütə İslam şəriətində üç qismə bölünür. Habelə mütə nikahında riayət ediləsi şərtlərlə tanış olduq. Sonda müvəqqəti nikahla daimi nikah arasındakı fərqlərdən söhbət açdıq.
    Yuxarıda dediklərimiz birinci fəsildə araşdırdığımız mözularla bağlı idi. Mütə nikahını ətraflı şərh etmək üçün Quran və sünnədə olan mütədən söhbət açacağıq.
    Category: Müvəqqəti nikah (elmi araşdırma) | Added by: Islam_Kitabxanasi
    Views: 2484 | Downloads: 0 | Rating: 3.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024