İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Müvəqqəti nikah (elmi araşdırma)

    Müvəqqəti nikah (elmi araşdırma)
    2012-04-03, 2:24 PM
    Mütə nikahı Əhli-beyt görüşlərində
    Əhli-beyt müqəddəs İslam dininin hamisi və İslam ümmətinin hidayətçisi olduquna görə İslam dinində bidət qoymaq istəyən hər kəslə mübarizə aparıb şəriət gəmisini bu fırtınalı fitnə və bidət dənizindən əmin-amanlıq sahilinə çatdırmağa çalışmışdır. Ona görə də onlar böyük problemlərlə üzləşmiş, sonda şəhadət şərbəti içərək yaradanın görüşünə tələsmişlər.
    Əhli-beytin (əlehyimus-səlam) mütə haqqında baxışları olduqca şəffaf və aydındır. Peyğəmbərin vəfatından sonra onun həzrət Əlidən (əleyhis-səlam) tutmuş imam Həsən Əsgəriyə (əleyhis-səlam) kimi Əhli-beyti (əlehyimus-səlam) həmişə mütə nikahının halal olduğunu təkid etmiş və mütə nikahını peyğəmbərin həsənə sünnəsindən saymışlar. Bu indi də belədir və qiyamət gününədək də sünnə olaraq qalaçaqdır.
    Bu haqda Əhli-beytdən (əlehyimus-səlam) bizə gəlib çatmış hədisləri üç hissəyə bölmək olar:
    Birinci qrup hədislər: Mütə nikahının halallığından və bu hökmün nəsx (ləğv) olmadığınından söz açan hədislər.
    İkinci qrup hədislər: Mütə nikahına əməl etməyin savablığını, onun ilahi rəhmətə və günahların bağışlanmasına səbəb olduğunu çatdıran hədislər.
    Üçüncü dəstə hədislər: Mütə qadağasının ikinci xəlifə Ömər tərəfindən həyata keçdiyini açıqlayan hədislər.
    Bu mövzuda daha ətraflı məlumat vermək üçün Əhli-beyt (əleyhis-səlam) hədislərinin nəqli və şərhinə başlayırıq.
    1. Mütə nikahının halallığından və nəsx olmadığınından söz açan hədislər
    «عن ابي بصير قال سالت ابا جعفر عن المتعة فقال نزلت في القرآن: فما استمتعتم به منهن فاتوهن اجورهن فريضة»
    Əbu Bəsirdən nəql olunur ki, dedi: imam Baqirdən (əleyhis-səlam) mütə nikahı haqqında soruşdum. İmam (əleyhis-səlam) buyurdu: "Quranda "fəməstəmtətum bihi minhunnə fəətuhunnə ucurəhunnə fərizəh"(- "Kənzul-ummal”, c.16, səh. 522. "Əl-bəyan fi təfsiril-quran”, səh. 323.  ) ayəsi mütə barəsində nazil olmuşdur.”(- "Əl-isabə”, c.3, səh. 121. "Əl-ğədir”, c.6, səh. 209. "Təfsirul-mizan”, c.4, səh. 296.  )
    «عن ابي بصير عن ابي جعفر : قال كان يقرأ (فما استمتعتم به منهن الي اجل مسمي)»
    Əbu Bəsir İmam Baqirdən (əleyhis-səlam) nəql edir ki, o həzrət həmişə "fəməstəmtətum" ayəsini "ila əcəlin musəmma" cümləsi ilə birlikdə oxuyardı.(- "Nisa”, ayə 24. )
    «عن بكربن محمد قال: سالت ابا عبدالله عن المتعة فقال: فما استمتعتم به منهن فاتوهن اجورهن فريضة»
    Nəql olunmuşdur ki, Bukeyr ibn Məhəmməd dedi: İmam Sadiqdən (əleyhis-səlam) mütə haqqında soruşdum. O,:
    - "Fəməstəmtətum bihi minhunnə fəətuhunnə ucurəhunnə fərizəh" ayəsi mütə barəsində nazil olmuşdur,”- deyə cavab verdi.(- "Vəsailuş-şiə”, c.21, səh. 5. "Əl-istibsar”, c.3, səh. 141. "Təhzibul-əhkam”, c.7, səh. 250. "Furui kafi”, c.5, səh. 447. )
    «قال الصادق : فما استمتعتم به منهن فاتوهن اجورهن فريضة فهذه الآية دليل علي المتعة»
    İmam Sadiq(əleyhis-səlam) demişdir: "Fəməstəmtətum bihi minhunnə fəətuhunnə ucurəhunnə fərizəh ayəsi mütə nikahına dəlil və şahiddir.”(- "Mustədrəkul-vəsail”, c.14, səh. 448. "Təfsiri kənzul-dəqaiq”, c.3, 374. )
    «عن زرارة قال: جاء عبدالله بن عمير الليثي الي ابي جعفر فقال ما تقول في متعة النساء؟ قال احلها في كتابه و علي لسان نبيه فهي حلال الي يوم القيامة فقال يا ابا جعفر مثلك يقول هذا و قد حرمها عمر و نهي عنها؟ فقال  و ان كان فعل ! فقال اني اعيذك بالله من ذلك ان تحلّ شيئا حرمه عمر! فقال له انت علي قول صاحبك و انا علي قول رسول الله »
    Zurarədən rəvayət olunur ki, dedi: Abdullah ibn Umeyr imam Baqirin(əleyhis-səlam) yanına gəlib:
    - Mütə barəsində nəzəriniz nədir?- deyə soruşdu.
    İmam(əleyhis-səlam):
    - Allah-taala öz kitabında və rəsulunun vasitəsilə mütəni halal etmişdir. Mütə nikahı qiyamət gününədək halaldır, - deyə cavab verdi.
    - Ey Əbu Cəfər, Ömər bu işi haram etdiyi təqdirdə sizin kimi bir şəxsiyyət belə bir söz danışırsınız?
    - Hərçənd haram etmişsə də! - dedi imam.
    Abdullah ibn Umeyr üzünü imama çevirib dedi:
    - Mən sizdən Allaha pənah aparıram. Ömər bir şeyi haram edir və siz isə onu halal!
    - Siz öz sahibinizin sözündə qalın, mən də Allahın rəsulunun sözündə,- deyə imam cavab verdi.(- "Vəsailuş-şiə”, c.14, səh. 439. "Kənzul-dəqaiq”, c.3, səh. 74.)
    «عن ابي مريم عن ابي عبدالله قال المتعة نزل بها القرآن و جرت بها السنة من رسول الله »
    Əbi Məryəmdən nəql olunan rəvayətə görə imam Sadiq (əleyhis-səlam) dedi: "Mütə nikahına dair Quranda ayə nazil olmuşdur və rəsulullahın (səlləllahu əleyhi və alihi və səlləm) sünnəsi ona müvafiqdir.”(- "Vəsailuş-şiə”, c.14, səh. 439. "Təfsiri qummi”, c.1, səh. 136.)
    «عن الامام الرضا احل رسول الله المتعة ولم يحرمها حتي قبض»
    Nəql olunur ki, İmam Rza (əleyhis-səlam) buyurdu: "Allahın rəsulu mütə nikahını halal etmiş və öz vəfat gününə qədər ona qadağa qoymamışdır.”(- "Vəsailuş-şiə”, c.21, səh. 287. "Təhzibul-əhkam”, c.7, səh. 250. "Mustədrəkul-vəsail”, c.14, səh. 49. "Furui-kafi”, c.5, səh. 449. )
    Gördüyünüz kimi, məsum imamlardan bizə çatmış bu hədislər "Nisa" surəsinin 24-cü ayəsinin mütə nikahı barəsində nazil olduğunu göstərir. Bu ayənin Əhli-beyt (əleyhimus-səlam) tərəfindən "ila əcəlin musəmma”cümləsi ilə birgə qiraəti də bu həqiqəti dəstəkləyir.
    Sözü gedən Əhli-beyt (əleyhis-səlam) hədislərində açıq-aydın bəyan olunmuşdur ki, mütə nikahı Allah-taalanın şəriət kimi qəbul etdiyi bir nikah olmuş və peyğəmbərin də sünnəsi o həzrətin vəfatınadək ona müvafiq olmuşdur. Mütə haqqında gəzən söz-söhbətlər peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) vəfatından sonra ortaya atılmışdır.
    Yuxarıda deyilənlərə nəzər salsaq görərik ki, biz ilk növbədə Əhli-beytin (əlehyimus-səlam) mütə nikahının caiz olub, nəsx olmadığını təsdiqlədiyini açıqladıq. İnşaallah, mövzunun daha aydın olması üçün mütənin savaba malik olduğunu göstərən hədisləri nəzərinizə çatdıracağıq.
    2. Müvəqqəti evlilik savabdır və ilahi rəhmətə səbəb olur
    Bu növ hədislərdə mütə nikahının caizliyi (ona qadağa qoyulmaması) ilə yanaşı onun savab bir iş olduğu qeyd edilir. Bu rəvayətlərə əsasən, müvəqqəti evlənmə də daimi evlənmə kimi savabdır. Belə bir evlənmə növü insanın günahdan çəkinməsinə səbəb olduğu üçün mütədən bəhrələnən şəxs Allahın lütf və rəhmətinə nail olur. Bu haqda daha ətraflı danışmaq üçün Əhli-beyt (əleyhimus-səlam) dən bizə çatmış hədisləri araşdırmağa başlayırıq.
    «عن صالح بن عقبة عن ابيه عن الباقر: قال قلت: للمتمتع ثواب؟ قال ان كان يريد بذلك عزوجل و خلافا لفلان لم يكلمها كلمة الا كتب الله له حسنة و اذا دنا منها غفر الله له بذلك ذنبا فاذا اغتسل غفر الله له بعدد ما مر الماء علي شعره قال قلت بعدد الشعر قال نعم بعدد الشعر»
    Saleh ibn Əqəbə öz atasından və o da imam Baqirdən (əleyhis-səlam) nəql edərək deyir ki, İmam Baqirdən (əleyhis-səlam) soruşdum:
    - Mütə etməyin savabı və ya əcri varmı?
    - Əgər nikah Allaha xatir və rəsulullahın sünnəsini icra etmək naminə (filan adama etiraz əlaməti kimi) olarsa, onunla danışdığı hər söz müqabilində həsənə və savab əta olunar, evləndiyi üçün günahları bağışlanar. Qüsl edən zaman üzərinə su tökülən bədən tüklərinin sayı qədər günahları bağışlanar, - deyə imam cavab verdi.
    - Tüklərinin sayı qədər?- mən soruşdum.
    - Bəli, tüklərinin sayı qədər, - deyə imam təsdiq etdi.(- "Əl-istibsar”, c.3, səh. 142. "Vəsailuş-şiə”, c.21, səh. 7. )
    «عن هشام بن سالم عن ابي عبدالله قال: يستحب للرجل ان يتزوج المتعة وما احب للرجل منكم ان يخرج من الدنيا حتي يتزوج المتعة ولومرة.»
    Hişam ibn Salim İmam Sadiqdən (əleyhis-səlam) nəql edir ki, imam (əleyhis-səlam) dedi: "Mütə nikahı və müvəqqəti evlilik hər bir şəxs üçün müstəhəbdir. Xoşlamıram ki, sizlərdən biriniz ömründə heç olmasa bir dəfə müvəqqəti evlənməmiş bu dünyadan getsin.”(- "Vəsailuş-şiə”, c.21, səh. 7. "Mən la yəhzuruhul-fəqih”, c.3, səh. 292.  )
    «عن ابي عبدالله قال: ما من رجل تمتع ثم اغتسل الا خلف الله من كل قطرة تقطر منه سبعين ملكا يستغفرون له الي يوم القيامة ويلعنون متجنبها الي ان تقوم الساعة»
    Nəql edirlər ki, imam Sadiq (əleyhis-səlam) buyurdu: "Mütə edən kəsin qüsl edən vaxt bədənindən axan hər damla suya Allah-taala yetmiş mələk məmur edər ki, qiyamət gününə qədən onun üçün bağışlanma siləsinlər. Mütədən imtina edən və uzaq duran kəslərə isə qiyamət gününədək lənət göndərmək tapşırılar.”
    Gördüyünüz kimi, bu növ hədislərdə mütə nikahının caiz olmasından əlavə onun savabı haqda danışılır.
    Bu hədislərlə öncəki hədislər arasında nəzərəçarpacaq fərq budur ki, bundan öncəki hədislərdə mütənin halallığı və nəsx olunmaması haqqında danışılırdı. Axırda sadalanmış hədislərdə isə hikmət sahibi Allah tərəfindən mütə edən şəxsə əta olunan rəhmət və savabdan söz açılır. Belə hədislər ilk öncə müvəqqəti nikahın da daimi nikah kimi ilahi razılıq və əfvə səbəb olduğunu nümayiş etdirir. İkinci mətləb budur ki, Əhli-beytin (əleyhimus-salam) mütə barəsində fikirləri mütənin halallığı mövzusu ilə xülasə olunmur. Belə ki, Əhli-beyt (əleyhimus-salam) bu nikah növünün ilahi rəhmət və bərəkət nazil edən müstəhəb bir iş olduğuna etiqad bəsləmişlər. Aydındır ki, kişi və qadını zina, livat və digər böyük günahlara batmağa qoymayan onlara Allah yolunda sabit qədəm olmaqda kömək edən bu nikah Allahın razı olduğu, onun rəhmət və lütfünə səbəb olan bir nikahdır.
    Buraya qədər deyilənlərlə kifayətlənirik. Mövzunun tamamlanması üçün Əhli-beytin (əleyhimus-salam) mütənin Ömər tərəfindən təhrim olunması barədə baxışlarını açıqlayırıq.
    3. Ömər müvəqqəti nikahı haram etmişdir
    Keçən bölmədə iki məzhəbin kitablarından seçdiyimiz hədislərdən məlum oldu ki, mütə nikahının haram edilməsi peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) vəfatından sonra ikinci xəlifə Ömərin zamanında baş vermişdir. Bu arada əhli-sünnə kitablarındakı hədislərə nəzər salaraq onları izah etdik. Əhli-beytdən (əleyhimus-salam) bizə çatmış hədislər də bu rəvayətləri təsdiq edir. Məlum olur ki, Əhli-beytin (əleyhimus-salam) mütə nikahına qadağaya baxışları əhli-sünnə hədislərində deyilənlərlə üst-üstə düşür. Daha artıq məlumat almaq üçün iki hədis qeyd edirik.
    «عن محمد بن مسلم عن ابي جعفر قال: قال جابر بن عبدالله عن رسول الله انهم غزوا معه فاحل لهم المتعة ولم يحرمها وكان علي يقول: لولا ما سبقني ابن الخطاب ما زني الا شقي.»
    Məhəmməd ibn Müslim rəvayət edir ki, imam Baqir (əleyhis-səlam) dedi: Cabir ibn Abdullah rəsulullahdan nəql edir ki, onlar Allahın rəsulu ilə birlikdə müharibədə idilər. Rəsulullah mütəni halal etdi və sonradan da haram buyurmadı. Əli (əleyhis-səlam) həmişə deyərdi: "Əgər Ömər ibn Xəttab mütəni haram etməkdə irəli düşməsəydi bədbəxt və amansız insandan savayı heç kəs zinaya yol verməzdi.”(- "Mustədrəkul-vəsail”, c.14, səh. 452. )
    «ابي عبدالرحمن بن ابي ليلي قال: سألتُ ابا عبداللههل نسخ آية المتعة شئ؟ قال: ولولا نهي عمر عنها ما زني الا شقي.»
    Əbi Əbdurrəhman ibn Leyli nəql edir ki, imam Sadiqdən (əleyhis-səlam) soruşdum:
    - Mütə nikahı haqqında olan ayəni nəsə (digər bir ayə və ya hədis) ləğv etmişdirmi?
    - Əgər Ömər mütə nikahını haram etməsəydi, amansız və bədbəxt adamlardan savayı kimsə zina etməzdi,- deyə imam cavab verdi.(- "Vəsailuş-şiə”, c.14, səh. 443. )
    Əhli-beytdən nəql olunan bu hədislərdən dəyərli və mühüm nöqtələr aydın olur:
    Hədislərin bir qismində bəyan olunur ki, Əhli-beyt (əleyhimus-salam) mütə nikahını halal və caiz bilir. Hərçənd bəziləri bu həqiqəti danmağa çalışırlar.
    İkinci qisim hədislər mütənin halal olması ilə yanaşı Əhli-beytin (əleyhimus-salam) nəzərincə, onun savab olduğunu təsdiqləyirlər.
    Üçüncü qisim hədislər yuxarıda sözü gedən hədislər kimi aydın şəkildə göstərir ki, mütə nikahını ikinci xəlifə Ömər haram etmişdir. Bu hədislər Əhli-beytin (əleyhimus-salam) mütə haqqında baxışlarının Qurana uyğun və müsbət bir baxış olduğunu aydınlaşdıraraq, onların mütəni haram bildiyini deyən şəxslərin iddiasını rədd edir.
    Nəticə
    Bu fəslin ilk bölməsində Quranın müvəqqəti nikah haqqında olan ayələrindən danışdıq. Məlum oldu ki, Qurani-kərim müvəqqəti nikaha münasibətini aydın şəkildə qeyd etmişdir. Bu məsələni sübut etmək üçün böyük səhabələrin, tabeinin(Keçən mənbə. ) və təfsirçilərin sözlərinə də istinad etdik. İkinci bölmədə mütənin peyğəmbər sünnəsindəki yerindən söhbət açdıq. Məlum oldu ki, həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) öz həyatında mütə nikahının halal olmasını, həm də onun nəsx olunmamasını bəyan etmişdir.
    Habelə mütənin xəlifə Ömərin hakimiyyəti zamanı haram olunması da hədislərdə qeyd olunmuşdur. Sonuncu bölmədə isə Əhli-beytin (əleyhimus-səlam) bu barədə fikirlərini araşdırdıq. Belə ki, Əhli-beyt (əleyhimus-səlam) müvəqqəti nikahı halal saymış, onun nəsx olunmadığını söyləmiş və bu əməlin müstəhəb və savab olduğunu təsdiqləmişlər.
    Burada "Əhli-beytin mütə haqqında görüşləri” başlığı altında araşdırmaları sona çatdırırıq. Mövzunun hərtərəfli aydınlaşması üçün səhabə və tabeinin mütə nikahı barədə dediklərini nəzərdən keçiririk.
    Category: Müvəqqəti nikah (elmi araşdırma) | Added by: Islam_Kitabxanasi
    Views: 699 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024