İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Müvəqqəti nikah (elmi araşdırma)

    Müvəqqəti nikah (elmi araşdırma)
    2012-04-03, 2:22 PM
     
    Üçüncü fəsil
    Mütə nikahı səhabənin nəzərində
    Keçən söhbətlərimizdə mütə nikahını Quran, sünnə və Əhli-beyt baxımından araşdırdıq. Aydın oldu ki, mütə nikahına bu üç əsas mənbədə təkid olunmuşdur.
    Peyğəmbər əshabının mütə nikahı barədə nəzərlərini öyrənmək də mühüm məsələlərdən biridir ki, keçmişdə və bu gün alimlərin nəzər-diqqətini özünə cəlb etmişdir. Hərçənd bəzi alimlər peyğəmbər əshabının mütə nikahını haram bildiklərini söyləyir və mütənin Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən haram buyrulduğuna etiqad bəsləyirlər. Lakin səhih hədislər və tarixi faktlar bu mətləbin əksini subuta yetirir. Buna görə də bu məsələnin açıqlanması xüsusilədə peyğəmbər əshabının mütə nikahını haram bilməməsi və onun Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən haram edilməməsinə etiqad bəsləmələri və hətta özlərinin mütəyə əməl etmiş olduqlarını və həmçinin bəzi tabeinin mütə nikahından dünyaya gəldiklərini aydınlaşdırmaq üçün bu kitabın bir fəslini bu məsələrə ayırdıq.
    Şiə və əhli-sünnə alimlərinin dedikləri:
    İbn Həzm demişdir:
    «و قد ثبت علي تحليها بعد رسول الله جماعة من السلف رضي الله عنهم منهم من الصحابه رضي الله عنهم اسمآء بنت ابي‌ بكر الصديق و جابر بن عبدالله و ابن مسعود و ابن عباس و معاوية بن ابي‌سفيان و عمر بن حريث و ابوسعيد الخدري و سلمة و معبد ابناء امية بن خلف و رواه جابر بن عبدالله عن جميع الصحابة مدة رسول الله و مدة ابي ‌بكر و عمر الي قرب آخر خلافة عمر و من التابعين طاوس و عطاء و سعيد بن جبير و سائر فقهاء مكه اعزها الله»
    Sabit olunmuşdur ki, peyğəmbərdən sonra sələf insanların bir hissəsi mütə nikahının halal olduğuna etiqad bəsləmişlrər. Bunlardan Əbubəkrin qızı Əsma, Cabir ibn Abdullah, İbn Məsud, İbn Abbas, Müaviyə ibn Əbu Sufyan, Əmr ibn Hüreys, Əbu Səid Xudri, Üməyyə ibn Xələfin iki övladı Sələmə və Mebəd kimi tanınmış sahabələrin adlarını sadalamaq olar. Cabir bunu həzrət Məhəmmədin dövründə, Əbubəkrin xilafəti zamanı və Ömərin xilafətinin sonlarına qədər bütün səhabələrdən habelə tabeindən Tavus, Səid ibn Cübeyr, Əta və sair Məkkə fəqihlərindən rəvayət etmişdir.(- Keçən mənbə, c.21, səh. 11. "Cəvahirul-kəlam”, c.3, səh. 145.  )
    İbn Həbib yazır:
    «من كان يري المتعة من اصحاب النبيّ : خالد بن عبدالله الانصاري، زيد بن ثابت الانصاري، سلمة بن الاكوع الاسلمي، عمران بن حصين الخزاعي و عبدالله بن عباس بن عبدالمطلب رضي الله عنه...»
    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) əshabından olan Xalid ibn Abdullah Ənsari, Zeyd ibn Sabit Ənsari, Sələmə ibn Əkvə Əsləmi, İmran ibn Həsin Xüzai, Abdullah ibn Abbas ibn Əbdul-Muttəlib mütə nikahının halal olmasına etiqad bəsləmişlər.(- Tabein və ya tabeilər Məhəmməd peyğəmbərin(səlləllahu əleyhi və alihi və səlləm) səhabələrindən sonra yaşamış və onların şagirdi sayılan habelə onlar vasitəsilə hədis nəql edən şəxslərdir. (tərcüməçi) )
    Abdullah ibn Quddamə "Əl-Muğni” kitabında yazır:
    «حكي عن ابن عباس انها جائزة و عليه اكثر اصحابه عطاء و طاوس و به قال ابن جريج و حكي ذلك عن ابي سعيد الخدري و جابر و اليه ذهب الشيعه لانه قد ثبت ان النبي اذن فيها»
    İbn Abbasdan mütə nikahının caiz olduğu nəql olunmuşdur. Onun şagirdləri olan Əta, Tavus da bu əqidədə idilər. İbn Cureyc də bunu təsdiqləmiş və Əbu Səid Xudridən və Cabir ibn Abdullahdan bunu nəql etmişdir. Şiə məzhəbinin də məsləki budur. Çünki peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) mütə nikahına izn verdiyi sabit olunmuşdur.(- "Əl-mühəlla”, c.9, səh. 520. "Nəylul-ovtar”, c.6, səh. 270. )
    Qurtubi öz təfsirində yazır:
    «قال ابوبكر الطرطوسي: و لم يرخص في نكاح المتعه الا عمران بن حصين و ابن عباس و بعض الصحابة و طائفة من اهل بيت»
    Əbubəkr Tərtusi yazır ki, mütə nikahını İmran ibn Həsin, İbn Abbas, sahabələrdən bəziləri və Əhli-beytdən (əlehyimus-səlam) olan bir qrup insanlardan başqa bir kəs rüxsətli bilməmişdir.(- "Əl-muhbər”, səh. 289.  )
    Əbu Həyyan öz təfsirində yazır:
    «قال عمران بن حصين امرنا رسول الله بالمتعه و مات بعد ما امرنا بها و لم ينهنا عنه قال رجل بعده برأيه ماشاء علي هذا جماعة من اهل بيت و التابعين»
    İmran ibn Həsin demişdir: "Peyğəmbər bizə mütə etməyə əmr etmişdi və bu əmrdən sonra dünyasını dəyişdi. O, bunu qadağan etməmişdi. Ondan sonra bir kişi öz istəklərinə tabe olaraq istədiyini dedi. Əhli-beytdən və tabeindən ibarət olan bir qrup da bu əqidədədirlər.”(- "Əl-muğni”, c.7, səh. 571-572.  )
    Gördüyünüz kimi alim və dinşünasların sözləri bu təsəvvürü yaradır ki, əshabdan, tabeindən və Əhli-beytdən (əlehyimus-səlam) olan görkəmli şəxsiyyətlər mütə nikahını halal bilmişlər və hətta ona əməl etmişlər. Bu məsələyə daha çox aydınlıq gətirmək üçün mütəni halal bilən səhabə və tabeininin adlarını sadalayırıq.
    Görkəmli şəxsiyyətlərin mütə barəsində dedikləri
    1. Həzrət Əli(əleyhis-səlam)
    Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) peyğəmbərin səhabəsi ilə yanaşı mütə nikahını halal bilən şəxsiyyətlərdən biri də Həzrət Əmirülmöminin Əli (əleyhis-səlam)-dır. Doğrudur ki, bəziləri mütənin haram olmasını isbatlamaq üçün həzrət Əli (əleyhis-səlam) haqqında nalayiq sözlər, iftiralar və doğru olmayan hədislər uydururlar. Lakin bu mətləbin əksini sübut edən və onların əqidəsinə uyğun olan həzrət Əlidən (əleyhis-səlam) çatmış mötəbər və səhih hədislər hər iki məzhəbin kitablarında diqqəti cəlb edir. Sünnədə mütə nikahı haqqında deyilənlərdən söhbət açarkən həzrət Əlidən (əleyhis-səlam) və digər məsum imamlardan nəql etdiyimiz hədislər bizim bu iddiamıza aşkar bir sübutdur. Burada sözü uzatmamaq üçün nümunə üçün bir hədislə kifayətlənirik.
    «عن الحكم انه سئل عن هذه الآيه - آية متعة النسآء_ منسوخه؟ قال لا و قال علي لولا ان عمر نهي عن المتعة ما زني الا شقي»
    Həkəmdən bu ayənin-mütə ayəsinin-mənsux olduğu (hökmü silindiyi) soruşuldu. O,:
    - Xeyir, - deyə cavab verdi.
    Əli demişdir:
    - Əgər Ömər mütəni qadağan etməsəydi şəqi və bədbəxt adamdan savayı bir kəs zina etməzdi.(- "Əl-cameul-əhkam lil-quran”, c.5, səh. 333. )
    İmam Əli (əleyhis-səlam) bi hədisdə üç mühüm məsələyə toxunmuşdur:
    1. Mütə nikahının halallığına və haram edilməməsinə.
    Yəni əgər mütə nikahı haram olsaydı imam bu hədisi buyurmazdı. Çünki mütə nikahı haram olan təqdirdə zinadır və bu zinanın başqa zinalarla fərqi yoxdur.
    2. İmam ictimai mühitin əxlaqsızlıq və zinadan qurtuluş yolunu mütə nikahında görür.
    Ona görə də buyurmuşdur: "mütə haram olmasaydı bədbəxt adamlardan başqa heç bir kəs zina etməzdi.” Nəticədə cəmiyyət içində əxlaqdızlığın yayılmasına bais olmaz, özlərini və ictimai mühiti fəsada çəkməzdilər.
    3. O, mütə hökmünün qüvvədə qaldığına təkid etmişdir. Belə ki, "Əgər ömər onu qadağan (haram) etməsəydi”- dedikdə məlum olur ki, Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) bu işi təhrim etsəydi şübhəsiz Əli(əleyhis-səlam) bunu qəbul edər və əsla təhrimi Ömərin hesabına yazmazdı. Onun sözləri bunu göstərirki, mütə nikahı peyğəmbər(səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən nəsx və təhrim olunmamışdır. Bu, hədisdən başa düşülən üç mətləbdir.
    Biz də həzrət Əlinin(əleyhis-səlam) mütə nikahı haqqında möhtərəm nəzəri barəsində bu miqdarla kifayətlənərək onun mütəni haram bildiyinə dair böhtanlara cavab verəcəyik.
    Həzrət Əliyə(əleyhis-səlam) isnad edilən yalançı hədislər.
    Əhli-beytin (əleyhimus-salam) mütə haqqında fikirləri aydın və şəffafdır və heç kimsə bu həqiqəti inkar edə bilməz. Bu mətləbi keçən bəhsimizdə sadaladığımız hədislər artıq bir dəfə sübut etmişdir. Bu səbəbdən Buxari, Müslim, və Əhli-sünnənin digər görkəmli alimləri imam Baqirdən (əleyhis-səlam) imam Əsgəriyə(əleyhis-səlam) kimi məsum imamlardan mütə nikahı və başqa mövzular haqqında hədis nəql etməkdən çəkinmişlər. Onların imam Əlidən (əleyhis-səlam), Fatimeyi-Zəhradan(salamullah əleyha), imam Həsən (əleyhis-səlam), imam Hüseyn (əleyhis-səlam) və imam Zeynul-abidindən nəql etdikləri hədisləri isə barmaqla saymaq olar. Yeri gəlmişkən deməliyik ki, bu hədislərin içində də Əhli-beytə atılan böhtanlar nəzəri cəlb edir.
    Aydındır ki, imam Baqir (əleyhis-səlam) və digər imamlar mütə nikahının əleyhinə hətta bir söz belə söyləsəydilər şübhəsiz onlar bu sözü bayraq edərək əllərində gəzdirər və şiələrini məğlub etmək və ayrı müsəlmanları da yollarından azdırmaq üçün bindan istifadə edərdilər. Lakin bir qrup insanlar öz arzularına çatmaq üçün mütə nikahının təhrimi barəsində bir neçə uydurma hədisi Həzrət Əliyə (əleyhis-səlam) isnad etməkdən çəkinməmişlər. Onların tərəfdarları da fürsəti əldən verməyib bu hədisləri (mütənin halallığı barədə o alicənablardan bizə çatmış hədislərə göz yumaraq) möhkəm bir dəlil və xüsusi hədis olaraq öz hədis və qeyri-hədis mənbələrində mütə nikahının əleyhinə qeyd etmişlər. Onlar bu hədislərə keçmişdə və müasir zamanda şiələrin əleyhinə və mütə nikahını rədd etmək üçün istinad etmiş və edirlər.
    Ona görə də bu hədisləri nəql etdikdən sonra onların sənəd və mətnlərini araşdırmağı münasib bildik. Bu işlə bu hədislərin dəyər və etibarı ən yaxşı şəkildə məlum olacaqdır.
    1). «حدثنا مالك عن ابن شهاب عن عبدالله و الحسن ابني محمد بن علي عن ابيها عن علي بن ابي طالب ان رسول الله نهي عن متعة النساء يوم خيبر و اكل الحمر الاهليه»
    Malik Şahabdan o da Abdullah və Həsən, Məhəmməd Hənəfiyyənin iki oğlundan onlar da öz atalarından və o da Əli ibn əbi Talibdən(əleyhis-səlam) nəql edir:
    - Peyğəmbər Xeybər döyüşündə qadınları mütə etməyi və ev ulaqlarının ətindən qida kimi istifadə etməyi qadağan etdi.(- "Əl-bəhrul-muhit”, c.3, səh. 589. )
    Başqa bir hədisdə belə nəql olunur.
    2). ابن عيينة انه سمع الزهري يقول: اخبرني الحسن بن محمد بن علي و اخوه عبدالله عن ابيها ان عليا رضي الله عنه قال: لابن عباس ان النبي نهي عن المتعة و عن لحوم الحمر الاهلية»
    İbn Uyəynə Zöhrinin belə söylədiyini eşitdi, Həsən və qardaşı Abdullah, Məhəmməd Hənəfiyyənin iki oğlu Əlidən belə xəbər verdi ki, İbn Abbasa:
    - Allahın rəsulu (səlləllahu ələyhi və alihi və səlləm) mütə nikahından və əhliləşmiş ulaq ətindən çəkindirdi- dedi.(- "Əd-durrul mənsur”, c.2, səh. 140. "Əl-kəşf vəl-bəyan”, c.3, səh. 286. "Cameul-bəyan”, c.5, səh. 9. "Məcməul-bəyan”, c.3, səh. 52. "Muqtəniyyatud-durər”, c.3 səh. 82.  )
    3). «عن الزهري عن الحسن بن محمد بن الحنيفه عن ابيه قال: تكلم علي و ابن عباس في متعة النساء فقال له علي انك امرؤ تائه ان رسول الله نهي عن متعة النساء في حجة الوداع»
    Zöhri Həsən ibn Məhəmməd ibn Hənəfiyyədən o da atasından nəql etdi ki, bir gün Əli və İbn Abbas mütə nikahı haqqında mübahisə etdilər. Əli İbn Abbasa:
    - Sən nə danışdığını bilmirsən. Peyğəmbər mütə nikahını vida həccində qadağan etdi- dedi.(- "Səhihi Buxari”, c.5, səh. 78. "Kitabul-məğazi”, bab ğəzvətu xəybər. "Səhihi Müslim”, c.4, cəh 134; Kitabun-nikah. )
    Bu hədisləri digər alimlər də eyni sənədlə öz kitablarında nəql etmişlər.(- "Səhihi Buxari”, c.6, səh. 29. ) Lakin təkrara yol verməmək üçün onları burada nəql etməkdən vaz keçir və qeyd etdiyimiz hədisləri araşdırmağa başlayırıq.
    Bu hədislərin sənəd baxımından bir neçə qüsuru vardır:
    1) Bütün hədislər ibn Şahab Zöhri ilə xətm olur. Bu hədislərdə Məhəmməd ibn Hənəfiyyənin iki oğlundan nəql edən ravi bir nəfərdir və o da məhz Zöhrinin özüdür. Bu minvalla hədis öz gerçək dəyərini göstərir və aydın olur ki, bu hədis bütün ravi və alimlər tərəfindən qəbul olunmamışdır. Əks halda onlar da bu hədisi nəql edərdilər. Bu "Dirayətul-hədis” elmində danışılan ravinin "təfərrüdü”dür(bir fərd olaraq qalmasıdır).
    2) İbn Şahab Zöhrinin özü də müvəssəq və etibar olunmuş bir fərd deyildir. Bundan əlavə o Əhli-beytə qarşı yaxşı münasibət bəsləməmiş əksinə Əhli-beyt düşmənləri ilə xüsusilə də Bəni Üməyyə ilə sıx əlaqə saxlamış və onların xidmətçilərindən biri olmuşdur. İbn Xilkan bu haqda yazır:
    İbn Şahab Zöhri, Əbdül-məlik, Hüşam, Yəzid ibn Əbdül-Məliyin xilafət dövrlərində saray alimlərindən olmuşdur.(- "Əlmocəmul-əvsət”, c.5, səh. 345. "Məcməuz-zəvaid”, c.4, səh. 265)Sonradan Hüşam onu öz övladlarına müəllim təyin etdi və o, həccdə də onların mürşidi və hidayətçiləri olmuşdur. Zöhri yazır:
    "Əbdül-məlik dünyadan getdi və mən onun oğlu Vəlidə itaət etdim. Ondan sonra Süleyman Əbdül-Əzizi və sonra oğlu Yəzidi seçdim. O da qəzavət mənsəbini mənə layiq bildi. Ondan sonra da Hüşam ibn Əbdül-Məliyə xidmət etdim və övladlarının müəllimi oldum. Həccdə də bələdçilikləri mənim öhdəmə idi.(- "Şərhu Məanil-asar”, c.3, səh. 25. "Səhihi Müslim”, c.4, səh. 135. )
    Malik (malikilərin imamı) demişdir: "Zöhri Əməvilərin Şam şəhərindəki qazısı və böyük müftisi idi.”(- "Vəfəyatul-əyan”, c.2, səh. 318. "Əl-əbrar”, c.1, səh. 178. ) Ona görə də əhli-sünnənin görkəmli alımləri daim onu danlamışlar.
    Məkhul demişdir: O, məliklərlə yaxın münasibətlərinə görə özünü fasid və xarab etdi(- "Siyəru əlamun-nubəla”, c.5, səh. 331.  )Ona görə də Zeməxşəri öz təfsir kitabında Hud surəsinin 113-cü ayəsinin təfsirində Zöhrini Əməvi rəhbər və xəlifələrinə çox etimad etdiyinə və onlarla hökümət işlərində yaxından iştirak etdiyinə görə pisləmişdir.(- "Əl-mövta”, c1, səh. 20. )
    Zəhəbi bu haqda yazır:
    Zöhrinin Bəni-Üməyyə hökümətinin möhkəm və güclü qalmasında böyük və mühüm rolu var idi.(- "Siyəru əlamun nubəla”, c.5, səh. 339.  )
    Xaricə ibn Məsəb və Məhəmməd ibn Əşkan demişlər:
    Zöhri Əməvilərin jandarmı və onların əsgərlərindən biri idi.(- "Əl-kəşşaf”, c.2, səh. 433. )
    Əmr ibn Übeyd isə demişdir:
    Zöhri padşahların əl dəsmalı idi. Onlar öz eyblərini və pisliklərini onun vasitəsi ilə silirdilər.(- "Seyru əlamun-nubəla”, c.5, səh. 339. )
    Ona görə də alimlərdən bəziləri öz Zöhriyə qarşı nifrətlərini gizlətməmiş və onun barəsində həqiqətləri söyləməkdən vaz keçməmişlər. Hakim Nişaburi bu haqda belə yazır:
    "Əhli-sünnənin rical alimi Yəhya ibn Müindən Zöhri barəsində "Əməş yaxşıdır yoxsa Zöhəri” - deyə soruşdular. O,:
    - Əməş də Zöhri kimi olsaydı ona nifrətim olardı. Çünki Zöhri Əməvilər üçün işləyirdi(İslam üçün deyil),- deyə cavab verdi.
    Bundan əlavə o, Əhli-beytə qarşı da yaxşı münasibət bəsləmirdi. Xüsusilədə həzrət Əliyə qarşı öz kinini və düşmənliyini daha aşkar şəkildə göstərirdi. İbn Əbil-Hədid bu haqda yazır:
    Zöhri həzrət Əlidən münhərif və azmış olan ən məşhur şəxslərdən idi. (- "Mizanul-etidal”, c.1, səh. 625.  )
    Demək lazımdır ki, İmam Səccadın (əleyhis-səlam) Zöhriyə yazdığı məktub da onun bu çirkin işlərinə görə qələmə alınmışdı.(- "Tarixi mədinətu Dəməşq”, c.20, səh. 59. "Mərifətu ulumul-hədis”, səh. 54. )
    Məhəmməd ibn Şeybə rəvayət edir: "Mədinə məscidində Zöhrinin Ürvə ibn Zubeyrlə birgə əyləşib Həzrəti-Əlinin (əleyhis-səlam) əleyhinə təbliğat apardıqlarını gördüm. Bu xəbər imam Səccada (əleyhis-səlam) çatdı. İmam bu işlərinə görə onları çox danladı.”(- "Şərhi nəhcul-bəlağə”, c.4, səh. 102.  ) Zöhri bunun müqabilində hər yerdə fürsət tapsaydı Müaviyəni tərifləyərdi.
    Bir gün Zöhri imam Səccadın (əleyhis-səlam) hüzurunda belə dedi:
    «كان معاوية يسكته الحلم و ينطقه العلم. فقال كذبت يا زهري بل كان يسكته الحصر و ينطقه البطر»
    (- "Əhyau-ulumid-din”, c.2, səh. 191.  )
    Dəlillər və sübutlar bunu göstərir ki, Zöhri Əhli-beytə qarşı düşmənçiliyi ilə yanaşı onların fəzilət və mənaqibini xüsusilə də Həzrət Əlinin (əleyhis-səlam) fəzilətlərini gizlədərdi.
    Əhli-sünnə alimlərindən olan İbn Həbban bu barədə yazır:
    «لستُ احفظ لمالك و لا للزهري فيما رويا من الحديث شيئاً من مناقب علي »
    Malik və Zöhridən nəql olunan hədislər içində Həzrət Əlinin (əleyhis-səlam) fəzilətində bir hədis tapmadım.(- "Mən la yəhzuruhul-fəqih”, c.4, səh. 482. "Əl-müstərşid”, səh. 150. "Biharul-ənvar”, c.46, səh. 143. )
    İbn Əsakir yazır:
    «عن جعفر بن ابراهيم الجعفري قال: كنت عند الزهري اسمع منه فاذا عجوز قد وقفت عليه فقالت يا جعفري لاتكتب عنه فانه مال الي بني‌اميه و اخذ جوائزهم، فقلت من هذه؟ قال اختي رقيه خرفت، قال خرفت انت كتمت فضائل آل محمد  »
    Cəfər ibn İbrahim Cəfəri nəql edir ki, Zöhridən bir hədis öyrənirdim, qəflətən qoca bir qadın irəli gəlib dedi:
    - Ey Cəfəri, Zöhridən hədis nəql etmə. Cünki onun Bəni-Üməyyəyə meyli var və onların hədiyyəsini alır.
    Mən:
    - Bu qadın kimdir?- deyə soruşdum.
    - Mənim bacım dəli olub,- deyə Zöhri cavab verdi.
    Bacısı:
    - Sən dəli olmusan, Əhli-beytin fəzilətlərini və mənəvi keyfiyyətlərini gizlədirsən?- deyə ona cavab verdi.(- "Ləvameul-ənvar”, c.1, səh. 178-179. )
    Kəbi öz kitabında yazır:
    "Zöhri Bəni-Mərvanın havadarlarından olmuş və heç vaxt Əlinin (əleyhis-səlam) fəzilətlərini zikr etməmişdir.”(- "Əl-məcruhin”, c.1, səh. 258. )
    O, hədis nəqlində də diqqətli olmamışdır və ondan nəql olunan hədislərin əksəriyyəti mürsəldir. Belə ki, əhli-sünnənin görkəmli alimləri bu həqiqətə etiraf etmişlər.
    Yəhya ibn Səd Əl-Qəttan bu xüsusda yazır:
    Zöhrinin mürsəl hədisləri mürsəl hədislərin ən pisi və şiddətlisidir. O, adını çəkmək istəmədiyi hər kəsin adını silmişdir.(- "Tarixi Mədinətu Dəməşq”, c.42, səh. 227. "Cəvahirul-mətalib fi mənaqibi imam Əli”, c.1, səh. 143.  )
    Zəhəbi bu barədə yazır:
    Zöhrinn mürsəl hədisləri böyük bir problemdir. Çünki o hədisin ravisini hətta iki-iki pozmuşdur. Bəzilər onu yalnız səhabələrin adlarını hədis sənədlərindən sildiyini söyləmişlərsədə bu doğru deyil. Belə ki, o, digərlərinin adlarını da hədis əsnadından pozmuşdur(- "Qəbulul-əxbar”, c.1, səh. 266.)
    Onun nəql etdiyi hədislərdə "təqdim” və "təxir” də müşahidə olunmaqdadır. O, bu işi də adi bir iş sayırdı. Əbu-Yunis bu barədə yazır:
    Zöhridən təqdim və təxir barəsində soruşduqda o:
    - Təqdim və təxir Quranda caiz ola-ola hədislərdə niyə caiz olmasın?-deyə cavab verdi.(- "Siyəru əlamun-nubəla”, c.5, səh. 339.  )
    Sualımız budur ki, Əməvilərə bu qədər bağlı olan və saray ruhanisi olan bir şəxsdən hədis nəql etmək doqrudurmu? Allahın rəsulu buyurmadımı:
    «سيكون بعدي امراء يكذبون و يظلمون فمن صدقهم بكذبهم و اعانهم علي ظلمهم فليس مني و لست منه و لم يرد عل الحوض»
    "Məndən sonra əmirlər gələcəklər ki, yalan deyər və zülm edərlər. Hər kimsə onların yalanına haqq verərsə və zülmlərinə yardım edərsə məndən deyil. Mən də ondan deyiləm. Beləsi hovuz kənarında yanıma gələ bilməz.”(Həmin mənbə)
    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur:
    «العلماء امناء الرسل علي عبادالله ما لم يخالطوا السلطان»
    "Alimlər peyğəmbərlərin Allah bəndələri arasında əmanətçiləridirlər, sultanlara arxalanana qədər.”(- Həmin mənbə c.5, səh. 345. )
    Əhli-beytə xüsusilədə həzrət Əliyə (əleyhis-səlam) qarşı düşmənçılik edən, onların fəzilətlərini gizlədən və düşmənləri ilə dostluq edən bir insandan hədis nəql etmək doğrudurmu?
    Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) Həzrət Əliyə (əleyhis-səlam) buyurmadımı:
    «لا يحبك الا مؤمن و لايبغضك الا منافق»
    "Səni mömindən başqa bir kəs sevməz və münafiqdən savayı bir kəs sənə ədavət bəsləməz.”(- "Müsnəd Əhməd”, c.5, səh. 384. "Əhya ulumiddin”, c.2, səh. 191.)
    Allah-taala Qurani-kərimdə buyurmadımı:
    «ان المنافقون هم الفاسقون»
    (- "Əl-Cameus-səğir”, c.2, səh. 191. "Kənzul-ummal”, c.10, səh. 183. )
    Hücürat surəsinin altıncı ayəsində buyurmadımı:
    « ان جاءَكم فاسق بنبإٍ فتبينوا»
    Həztəti-Əlinin (əleyhis-səlam) fəzilətləri haqqında sadir olmuş külli miqdarda hədislərdən birini belə nəql etməkdən boyun qaçıran bir şəxs, onun məzəmməti barədə(- "Müsnəd Əhməd”, c1, səh. 65. ) habelə Əlinin (əleyhis-səlam) öz dilindən mütə nikahının təhrimi haqqında hədis nəql edirsə xeyirxahlıq niyyəti varmı? Həqiqəti aydınlaşdırmaq istəyirmi? Hədəfi İslam ümmətinə səhih hədisləri çatdırmaqmıdır?
    Bütün ömrünü Əməvi xəlifələrinin xidmətində keçirmiş bir kəs Əhli-beyt (əleyhis-səlam) barəsində həqiqətləri söyləyə bilərmi? Zöhri özu bunu edə bilmədiyini etiraf edir.
    3) Nə üçün Həzrət Əli bu sözləri imam Həsənə (əleyhis-səlam) və imam Hüseynə deyil məhz Məhəmməd Hənəfiyyəyə açıqladı? Və ya nə üçün Zöhri bu hədisi yalnız Məhəmməd Hənəfiyyənin iki övladından nəql edir? Zöhrinin bu hədis barəsində imam Səccaddan (əleyhis-səlam) da soruşması yaxşı olmazdımı? Belə ki, əgər Həzrət Əli (əleyhis-səlam) bu hədisi buyursaydı yalnız Məhəmməd ibn Hənəfiyyə və onun iki oğlu deyil imam Həsən (əleyhis-səlam), imam Hüseyn (əleyhis-səlam), imam Səccad (əleyhis-səlam) və başqaları da bu hədisi nəql edərdilər. Bu Məhəmməd ibn Hənəfiyyəyə isnad edilən yalandan başqa bir şey deyil.
    Bu hədisin mətn baxımından da qusurları vardır:
    1) Bu hədisin mətnini Zöhri bir neçə şəkildə nəql etmişdir. O, hədislərin birində deyir: Həzrət Əli (əleyhis-səlam) dedi ki, peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Xeybər döyüşündə mütə nikahını və əhliləşmiş ulaqların ətini haram etdi.(- "Tövbə”, ayə 67. )
    Digər rəvayətdə vardır ki, bunu ibn Abbasa dedi.(- "Cəvahirul-mətalib fi mənaqibud-dəməşqi”, c1, səh. 242. "Vuzuun-nəbi”, c.1, səh. 245. )
    Başqa bir hədisdə isə İbn Abbasa :
    - Sən nə dediyini bilmirsən çünki mütə nikahına fitva verirsən-dedi.[(- "Buxari”, c.5, səh. 78.  )
    Digər bir rəvayətdə Həzrət Əli (əleyhis-səlam) buyurdu:
    - Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Xeybərdə mütə nikahını qadağan etdi.(- "Şərhu məani”, c.3, səh. 25.  )
    Bu hədisdə əhliləşmiş uzunqulaqdan bir xəbər yoxdur. Bunun əksi də hədisdə vardır.
    2) Başqa hədislərdə Zöhri mütənin təhrim olunmasını da bir neçə məkan da qeyd etmişdir. Bir hədisdə təhrimin Məkkə fəthində baş verdiyi yazılmışdır.(- "Əl-möcəmul-əvsət”, c.5, səh. 345. "Məcməuz-zəvaid”, c.4, səh. 265.  )Başqasında Təbuk döyüşü qeyd olunmuşdur.(v) Digərində isə vida həcci göstərilmişdir.(- "Həmin mənbə”, c.7, səh. 204.  ) İbn Məsna isə mütə nikahının Hüneyn müharibəsində haram elan olunduğunu deyir.(- "Şərhi Müslim Nəvəvi”, c.9, səh. 180)Yuxarıdaki hədis də gördüyünüz kimi təhrim məkanını Xeybər bilmişdir.
    3) Hədisdə əhliləşmiş eşşək ətinin yeyilməsi qadağan olunmuşdur. Hədisin səhih olduğunu fərz etsək də bu qadağanın müvəqqəti olduğunu anlamaq çətin deyil. Belə ki, Həzrəti peyğəmbərdən bizə çatmış hədislərdə nəql olunur ki, müharibə zamanı peyğəmbərin səhabəsi açlıq içində idilər. Onlar açlığı aradan aparmaq üçün bəzi uzunqulaqların başını kəsib bişirmək üçün qazanlara tökürdülər. Bu xəbər peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) çatdı. O, minikləri itirmək qorxusundan əhliləşmiş ulaqların ətini yeməyi qadağan etdi. Bu qadağanın necə şəriət kimi qəbul olunması imam Baqirdən (əleyhis-səlam) olan bir hədisdə də özünü göstərir. İmam Baqirdən (əleyhis-salam) uzunqulaq ətinin nə üçün haram olunduğunu soruşdular. İmam buyurdu:
    «و انما نهي اكلها في ذلك الوقت لانها كانت حمولة الناس»
    "Allahın rəsulu o vaxt bunu qadağan etdi. Çünki uzunğulaqlar camaat üçün minik və nəqliyyat vasitəsi sayılırdı.”
    Əgər "əhliləşmiş” sözünün də "ehtirazi” bir qeyd olduğunu nəzərə alarıqsa yuxarıdakı hədisi təyid etmək üçün bu hədisdən istifadə etmək olar. Çünki adətən əhliləşmiş uzunqulaqlardan minik üçün istifadə olunur. Ona görə də hədisdə məhz əhliləşmiş uzunqulaqlara qadağa qoyulmuşdur. Bu səbəbədə İbn Abbas və Malik uzunqulaq ətinin yeyilməsini haram deyil məkruh bilmişlər.(- "Əl-möcəmul-əvsət”, c.5, səh. 345. )Bu halda mütə nikahının qadağan olunmasını da (hədis səhih olarsa) müvəqqəti saymaq olar.
    4) Əhli-sünnə alimlərinin əksəriyyəti mütə nikahının Xeybərdə haram olunduğunu rədd etmişlər.
    Bu barədə Suheyli və Beyhəqi yazırlar:
    «و هذا شي لايعرفه احد من اهل السير و رواة الاثر»
    "Bu, hədis ravilərinin və tarixçilərin məlumatları olmayan bir məsələdir.”(- "Sunəni kubra”, c.7, səh. 328. )
    İbn Qəyyim yazır:
    «قصة خيبر لم يكن فيها الصحابة يتمتعون باليهوديات و لااستأذنوا في ذلك رسول الله  و لا نقله احد قط في هذه الغزوة و لا كان للمتعة فيها ذكر البتة لافعلا و لاتحريما»
    "Xeybər döyüşündə səhabələr yəhudi qadınlarla siğə etmədilər. Və Allahın rəsulundan da bu barədə icazə istəmədilər. Heç kəs bunu Xeybər döyüşündən nəql etməmişdir. Xeybərdən mütə nikahının icra və təhrimi haqqında heç bir xəbər bizə çatmamışdır.”(- "Şərhi səhihi müslim”, Nəvəvi c.12, səh. 91)
    Beyhəqi yazır:
    « قال سفیان بن عیینه یعنی نهی عن لحوم الحُمر الاهلیة زمن خیبر لا یعنی نکاح المتعة»
    "Sufyan demişdirki, bu hədisdə mütə nikahının haram olunması deyil uzunqulaq ətinin haramlıqı nəzərdə tutulmuşdur.”(- "Fəthul-bari”, c.9, səh. 210 )Himyəvinin hədisində də bu mətləb özünü göstərir.(- "Zadul-məad”, səh. 184. - "Sunənu kubra”, c.7, səh. 202 )
    Gətirdiyimiz bütün dəlillərdən məlum olur ki, bu hədis uydurma hədislərdən biridir ki, Ömərin təhrimi üçün bəhanə gətirmək, müsəlmanların zehnini korlamaq və şiələri məğlub etmək üçün onunla həzrət Əliyə (əleyhis-salam) isnad etmişlər. Bundan əlavə digər hədislərdə də həzrət Əliyə isnad edilmişdir ki, onlarda mütə nikahının peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən yasaq olunması göstərilir. Biz bu kimi hədisləri nəql etməklə onların nə dərəcədə səhih olduğunu aydınlaşdırmaq üçün təhlil və tədqiq edəcəyik.
    « عن ابن بكير ثنا عبدالله لهيعة عن موسي بن ايوب عن اياس بن عامر عن علي بن ابي‌طالب رضي الله عنه قال: نهي رسول الله… عن المتعة قال: و انما كانت لمن لم يجد فلما انزل النكاح و الطلاق و العدة و الميراث بين الزوج و المرأه نسخت»
    İbn Bukeyr Abdullah ibn Ləhiədən o da Musa ibn Əyyubdan o da Əyas ibn Amirdən və o da nəql edir ki, həzrət Əli (əleyhis-salam) belə dedi:
    "Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) mütəni qadağan etdi. Mütə caiz olan gündə də yalnız evlənmək imkanları olmayan şəxslər üçün idi. Lakin ər və arvad arasında nikah, talaq, iddə və miras ayələri nazil olan kimi mütənin hökmü nəsx oldu.”(- "Sunənu kubra”, c.7, səh. 201)
    Başqa bir hədisdə deyilir:
    «عن عبدالرزاق سمعت رجلاً يحدث معمراً قال اخبرني الاشعث و الحجاج بن ارطاة انهما سمعا ابااسحاق يحدث عن الحارث عن علي قال: نسخ رمضان كل صوم و نسخت الزكاة كل صدقة و نسخ المتعة الطلاق و العدة و الميراث و نسخت الضحیة كل ذبيحة»
    Əbdürrəzzaq nəql edir, mən birisindən eşitdim ki, Məmər belə nəql etdi:
    Əşəs və Həccac ibn Ərtah İshaqdan və o Harisdən və o da Əlidən (əleyhis-salam) nəql edirki, Əli (əleyhis-salam) dedi:
    Ramazan orucunun hökmü digər orucların hökümlərini nəsx etdi. Zəkat ayəsi hər başqa sədəqəni nəsx etdi. Mütə ayəsini isə talaq, iddə və miras ayəsi nəsx etdi. Qurbanlıq hökmü də digər zəbihələri(qurbanlıqları) nəsx etdi.(- "Sunənu kubra”, c.7, səh. 207 )
    Hər kəsin müqəddəs İslam dinindən və hətta cahiliyyət dövrü haqqında azacıq məlumatı olsa bu mətləbi əsla qəbul etməz. Ona görəki, hətta cahiliyyət dövrlərində də daimi nikah və bir neçə qadınla evlənmək mövcud olmuşdur. İslam dini gələndən sonra ailə qurmaq üçün qadınların sayı dördə endi. Habelə yuxarıdakı hədis doğri olarsa biz peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) və səhabələrinin nikahlarını da müvəqqəti hesab etməliyik ki, bu da heç kəsin qəbul etmədiyi bir sözdür.
    Bundan əlavə mütə nikahının talaq, iddə və miras ayəsi vasitəsilə nəsx olunması da nöqsanlı bir mətləbdir. Biz inşaallah sonrakı hissələrdə bu barədə söhbət açacaq və ətraflı danışacağıq. Hazırda bi hədis haqqında bu miqdarla kifayətlənir və ikinci hədisi izah edirik.
    İkinci hədisin bir neçə nöqsanı vardır:
    1) Əbdurrəzzaqın hədis nəql etdiyi şəxsin kim olduğu məlum deyil. Nə üçün adını çəkmədiyi də bilinmir. Bu hesabla bu hədis an azı bir ravi cəhətindən qaranlıq və naqisdir.
    2) Həccac ibn Ərtah olduqca zəif və müdəllis(- "Əl-musənnəf”, c7, səh. 505  ) bir şəxsdir ki, keçən söhbətlərimizdə onun barəsində danışmışdıq.
    3) Bu hədisi başqaları da həzrət Əlidən (əleyhis-salam) nəql etmişdir. Lakin mütə nikahının nəsx olunması bu hədislərdə gözə dəymir.(- "Zəif” və "müdəllis” hədis elmində işlənən terminlərdir. Hədis nəql edən ravilər arasında nəzəri, etiqadi və ya əməli nöqteyi-nəzərdən etibarlı olmayan şəxslər hədis elmində "zəif” adlanırlar. Yəni inhirafi əqidəyə milik olan və yaxud əməllərində günahlardan çəkinməyən qeyri-məqbul insanlar rical elmində "zəif” adlanırlar. "Müdəllis” isə hədisin sənədində dəyişiklik yaradan hədis naqillərinə deyilir. yəni hədisin sənədindəki qeyri-məqbul ravilərin adlarını gizlədib hədisin etibarını yüksəldən şəxslər belə adlanırlar. Daha geniş məlumat almaq üçün bax: Miqbasul-hidayə, Ər-riayə fi elmid-dirayə və Əl-vəcizə fi elmid-dirayə kitablarına.(tərcüməçi)  )
    Bu göstərdiklərimiz həzrəti Əliyə (əleyhis-salam) isnad edilmiş uydurma hədislər idi ki, cavab verdik.
    Bu iki hədisə həm sənəd həmdə mətn cəhətindən irad tutmaq mümkündür. Birinci hədisin sənədində mövcud olan birinci ravi Abdullah ibn Ləhiədir ki, rical elminin görkəmli şəxsiyyətləri onu "zəif” elan etmişlər. Onun barəsində əhli-sünnənin tanınmış alimləri o cümlədən Əhməd ibn Hənbəl(- "Sunənu kubra”, c.7, səh. 262. "Sunənu dar qutni”, c.4, səh. 186. "Nəsbur-rayə”, c.6, səh. 76.  ), Yəhya ibn Muin(- "Əl-cərh vət-tədil”, c.5, səh. 147.), Əbu Zuryə(- "Təhzibul-kəmal”, c.15, səh. 499. ",Əl-kamil ibn udəy”, c.4, səh. 145. ), Əmr ibn Əli(- "Əl-cərh vət-tədil”, c.5, səh. 147. ), Əbu Əbdürrəhman Əl-bəsri(- "Əl-cərh vət-tədil”, c.5, səh. 147 ), İbn Məhdi(- "Kitabuz-zuəfa vəl-mətrukin”, səh. 203.  ) demişlər:
    "Abdullah ibn Ləhiə zəif bir şəxsdir. Onun hədisinə istinad və etimad etmək olmaz. Əbu Hatəm bu fikirdədir ki, ibn Ləhiənin hədislərinin içində xoşa gəlməz hədislərə və habelə "zəif” və "mətruk” adamlardan nəql olunanlara çox rast gəlmək olar. Onun özü də müdəllis bir şəxsdir.(- "Kitab Əl-məcruhin”, c.2, səh. 13.  ) İbn Ləhiənin hədislərinin nöqsanlarını həll etmək üçün demişlər ki, İbn Ləhiənin kitablarının içində yanmamışdan öncə bizə çatanlar səhihdirlər. Lakin yanğından sonra onun hədislərinin içində zəifləri də tapılmışdır. Amma rical alimləri bu sözü rədd edərək demişlər:
    "İbn Ləhiənin hədislərinin yanğından öncə və yanğından sonra hec bir fərqləri yoxdur.”(- "Kitab Əl-məcruhin”, c.2, səh. 13. )
    Bu haqda Yəhya ibn Muin belə demişdir:
    كتب ابن لهيعه فقال ضعيف قبل آن تحترق و بعد ما احترقت
    (- "Kitab Əl-məcruhin”, c.2, səh. 13.  )
    Söz açdığımız hədisin sənədində Abdullah ibn Ləhiədən savayı Musa ibn Əyyub adında bir şəxs də vardır və zəif sayılır. O, Misirdə şəriət hökmlərində "qiyas”ı(- "Əl-kamil”, İbn Udey c.4, səh. 145.) yaradan ilk şəxsdir.
    Hədisin mətnində də müsəlmanların cümlə qəbul etdikləri qəti fikirlərə uyğun olmayan mətləblər vardır. Çünki hədisin isbat etmək istədiyi məsələ budur ki, İslamda ilk öncə mütə nikahı mövcud olmuş və bütün müsəlmanlar mütə nikahından istifadə edmişdir. Daha sonra daimi nikah yaranmış və müvəqqəti nikah nəsx olmuşdur. Bu isə qeyri-məqbuldur.
    Bu hissədə də bu miqdarla kifayətlənib digər səhabələr barəsində söz açmaq istəyirik.
    Category: Müvəqqəti nikah (elmi araşdırma) | Added by: Islam_Kitabxanasi
    Views: 807 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024