İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Müvəqqəti nikah (elmi araşdırma)

    Müvəqqəti nikah (elmi araşdırma)
    2012-04-03, 2:20 PM
    5. Abdullah ibn Abbas
    Abdullah ibn Abbas İslam tarixində misilsiz şəxsiyyətlərdən biridir ki, mütə nikahını halal bilməklə yanaşı bu nikaha uyğun fitva da vermişdir. O, mütəni haram bilən şəxslərlə mübahisə edər və bu işin halal olmasına təkidlə yanaşardı.
    Abdullah ibn Abbasın mütəni caiz bilməsi əhli-sünnə alimlərinin və görkəmli şəxsiyyətlərinin etiraf etdikləri bir həqiqətdir. Biz burada İslam peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrinin, xüsusilə İbn Abbasın bu mövzuda münasibətlərini şərh etmək üçün bir sıra dəlil və sübutlara toxunuruq.
    Tanınmış alim Eyni "Ümdətül-qari” kitabında yazır:
    «قال ابوعمر: اما الصحابه فانهم اختلفوا في نكاح المتعة مذهب ابن عباس الي اجازتها و تحليلها لاخلاف عنه في ذلك و عليه اكثر اصحابه منهم عطاء ابن ابي رباح و سعيد بن جبير و طاووس»
    Əbu Ömər dedi:
    Peyğəmbərin səhabələri arasında mütə nikahı barəsində fikir ayrılığı vardır. İbn Abbas mütə nikahı hökmü verir və onu halal bilirdi. Bu məsələdə heç bir müxalifət görünmür. Onun şagirdlərinin əksəriyyəti- məsələn, Əta ibn Əbi Ribah, Səid ibn Cübeyr, Tabus və digərləri onun əqiəsinə şərik idilər.
    İbn Rüşd yazır:
    «و اشتهر عن ابن عباس تحليلها و تبع ابن عباس علي القول بها اصحابه من اهل مكه و اهل اليمن و رووا ان ابن عباس يحتج لذلك لقوله تعالي: فما استمتعتم به منهن الي اجل مسمي»
    "İbn Abbasın mütə nikahını halal bilməsi məşhurdur. Onun Məkkə və Yəmən əhlindən olan şagirdləri də mütə nikahının halallığına dair hökmdə ona tabe olmuşlar. İbn Abbsdan nəql olunur ki, o, mütə nikahının caizliyini isbat etmək üçün həmişə "fəməstəmtətum bihi minhunnə ila əcəlin-müsəmma” ayəsinə istinad edərdi."(- "Raviyani müştərək”, c.1, səh. 253. )
    İbn Aşur yazır:
    «ان الناس استمتعوا و عن علي بن ابي‌طالب و عمران بن حصين و ابن عباس و جماعه من التابعين و الصحابه انهم قالوا بجوازه»
    "Şübhəsiz, insanlar mütə nikahı etmişlər. Əli ibn Əbi Talibdən, İmran ibn Həsindən, İbn Abbasdan, digər səhabə və tabeindən olan bir qrupdan mütə nikahının caizliyinə fitva verdikləri nəql edilmişdir.”(- "Bidayətul-muctəhid və nihayətul-muqtəsid”, c.2, səh. 47. )
    Gördüyünüz kimi əhli-sünnənin tanınmış alimləri kifayət qədər aydınlıqla İbn Abbas və şagirdlərinin mütə nikahının halallığına etiqad bəslədiklərini bəyan etmişlər. İbn Abbasdan mütə nikahı barəsində bizə çatmış təfsirlər də bu nəzəriyyəni isbat edir ki, o, mütə nikahını halal bilmişdir. Biz burada hər iki məzhəbin təfsir kitablarında İbn Abbasın mütə nikahı barəsində təfsirlərini araşdırmağa başlayırıq.
    «أبا نضرة يقول: قرأت علي ابن عباس - رضي الله عنه - «فما استمتعتم به منهنّ فآتوهنّ أجورهنّ فريضة» قال ابن عباس: «فما استمتعتم به منهنّ إلي اجل مسميّ» قال أبو نضرة فقلت ما نقرأها كذلك، فقال ابن عباس: والله لا نزّل الله كذلك»
    Əbu Nəzrə nəql edir:
    İbn Abbas üçün "fəməstəmtətum bihi minhunnə fəətuhunnə ucurəhunnə fərizəh” ayəsini qiraət etdim. İbn Abbas dedi:
    - Ayəni belə oxu: "fəməstəmtətum bihi minhunnə ila əcəlin-müsəmma”.
    Mən (Əbu Nəzrə) İbn Abbasa:
    - Biz bu ayəni belə oxumuruq,- dedim.
    - Allaha and olsun ki, ayə belə nazil olmuşdur, - deyə ibn Abbas cavab verdi.(- "Ət-təhrir vət-tənvir”, c.4, səh. 88-89. )
    Hakim "Müstədrək” kitabında bu hədisi nəql edəndən sonra yazır:
    «هذا حديث صحيح علي شرط مسلم و لم يخرجاه»
    "Bu hədis Müslimin şərtləri ilə səhihdir. Lakin Müslim və Buxari onu nəql etməmişlər.”(- "Əddurrul-mənsur”, c.2, səh. 140. "Cameul-bəyan”, c.5, səh. 10. "Əhkamul-quran”, İbn Ərəbi c1, səh. 389. )
    Qurtubi yazır:
    قال الجمهور: المراد نكاح المتعه الذي كان في صدر الاسلام و قرأ ابن عباس و ابي و ابن جبير(فما استمتعتم به منهن الي اجل مسمي)
    "Alimlərin böyük bir dəstəsi (cumhur) demişlər ki, ayədə ("Nisa" 24) nəzərdə tutulan mütə nikahıdır. Bu nikah növü İslamın ilk çağlarında var imiş. İbn Abbas, Ubey ibn Kəb və İbn Cubeyr ayəni "İla əcəlin musəmma” cümləsi ilə birgə qiraət etmişlər.”(- "Əl-müstədrək ələs-səhiheyn” c.2, səh. 305.  )
    Əbdurrəzzaq "Əl-musənnəf” kitabinda yazır:
    «ان ابن عباس كان يقرأ فما استمتعتم به منهن الي اجل»
    "İbn Abbas həmişə "Fəməstəmtətum bihi” ayəsini "İla əcəlin” cümləsi ilə bir yerdə oxuyardı.”(- "Əl-camü liəhkamil-quran”, c.5, səh. 130. "Ruhul-məani”, c3, səh. . "Cameul-bəyan”, c.5, səh. 10. )
    Bəzi alimlər bu gerçəklərə göz yummağa çalışmış və ya iddia etmişlər ki, İbn Abbas sonradan öz fikrindən dönmüşdür. Bunun üçün onlar müxtəlif şayiələrə əl atmışlar. Lakin əhli-sünnənin görkəmli alim və yazıçılarının etirafları və saysız-hesabsız hədislər bu yalanları üzə çıxarır. Həmin hədislər göstərir ki, İbn Abbas həmişə mütə nikahını halal bilmiş və ömrünün sonunadək öz fikrindən dönməmişdir.
    Zeməxşəri "Əl-kəşşaf” kitabında yazır:
    «عن ابن عباس هي محكمة يعني لم تنسخ»
    Nəql olunur ki, İbn Abbas (dedi): "Bu ayə möhkəm ayələrdəndir, yəni nəsx olunmamışdır.” (- "Əl-kəşşaf”, c1, səh. 498. "Təfsirul-quranil-əzim”, ibn Kəsir c.2, səh. 226.  )
    İbn Kəsir "Əl-bidayə vən-nihayə” kitabında yazır:
    «فانّ ابن عباس كان يري اباحة المتعة»
    "Şübhəsiz, İbn Abbas daim mütə nikahının halallığına etiqad bəsləmişdir.”(- "Əl-kəşşaf”, c.1, səh. 498. "Əl-kəşf vəl-bəyan”, c.3, səh. 268. )
    عن ايوب قال: عروة لابن عباس: ألا تتقي الله ترخص في المتعة؟ قال ابن عباس: سل اُمَّك يا عرية! فقال عروة: اما ابوبكر و عمر فلم يفعلا. فقال ابن عباس: والله ما اراكم منتهين حتي يعزبكم الله، نحدثكم عن النبي و تحدثونا عن ابي بكر و عمر»
    Əyyubdan nəql olunur ki, Ürvə Abdullah İbn Abbasa dedi:
    - Sən mütə barədə hökm edəndə Allah-taaladan qorxmursan?
    - Ey Ürvə, get anandan soruş, - deyə İbn Abbas cavab verdi.
    - Əbubəkr və Ömər siğə (mütə) etməmişlər, - deyə Ürvə yenidən inad göstərir.
    - Allaha and olsun, görürəm ki, Allah sizi əzaba atanadək bu yasaq və qadağalarınızdan əl çəkməyəcəksiniz, - deyə İbn Abbas davam etdi: - Mən sizə peyğəmbər hədisi oxuyuram, siz mənə Əbubəkr və Ömərdən danışırsınız.(- "Əl-bidayə vən-nihayə”, c.8, səh. 330. )
    «عن عروه بن الزبير انه قال لابن عباس اهلكت الناس قال و ما ذالك؟قال تفتيهم في المتعتين و قد علمت ان ابابكر و عمر نهيا عنها؟ فقال: الا للعجب اني احدثه عن رسول الله صلي الله عليه و آله و يحدثني عن ابي بكر و عمر»
    Ürvə ibn Zübeyrdən nəql olunmuşdur ki, İbn Abbasa belə dedi:
    - Sən camaatı (həlak) bədbəxt etdin.
    - Nə üçün?- deyə İbn Abbas soruşdu.
    - İki mütəyə hökm verirsən. Bir halda ki, Əbubəkr və Ömərin bunları qadağan etdiklərini bilirsən, - dedi İbn Zubeyr.
    - Təəccüblü deyil ki, mən ona Allahın rəsulundan hədis deyirəm, o mənə Əbubəkr və Ömərdən danışır, - deyə İbn Abbas cavab verdi.(- "Əl-istizkar”, İbn Əbdil-Fərəc c.4, səh. 61.  )
    Alusi yazır:
    «في صحيح مسلم ما يدل علي انه لم يرجع حين قال له علي كرم الله وجهه ذلك فقد اخرج عن عروه بن الزبير ان عبدالله بن الزبير قام بمكه فقال:انا ناسا اعمي الله تعالي قلوبهم كما اعمي ابصارهم يفتون بالمتعه يعرض برجل يعني ابن عباس كما قال النووي فناداه فقال انك لجلف جاف فلعمري لقد كانت المتعه تفعل في عهد امام المتقين فقال له ابن الزبير فجرب نفسك فو الله لان فعلتها لا رجمنك با حجارك . فان هذا انما كان في خلافه عبدالله بن الزبيرو ذلك بعد وفاه علي كرم الله تعالي وجهه فقد ثبت انه مستمر القول علي جوازها لم يرجع الي قول الامير كرم الله تعالي وجهه و بهذا قال العلامة ابن حجر في شرح المنهاج»
    "Səhihi Müslim”də nəql olunanlara görə İbn Abbas həzrət Əli (əleyhis-salam) mütə nikahını nəhy edən zaman öz mütə barəsindəki fikrindən dönməmişdir. Müslim Ürvə ibn Zübeyrdən nəql edir ki, bir gün Abdullah ibn Zübeyr Məkkədə ayağa qalxıb xütbə oxudu. O, dedi: "Bir qrup insan var ki, Allah-taala gözlərini kor etdiyi kimi qəlblərini də kor etmişdir. Onlar mütə barəsində hökm edirlər.” O, İbn Abbası nəzərdə tuturdu. Nəvəvinin yazdığına görə İbn Abbas onu səslədi və dedi: "Sən çox qaba və özbaşınasan. Öz canıma and olsun, pəhrizkarların imamı, həzrət peyğəmbər zamanında camaat müvəqqəti evlənirdilər.” İbn Zübeyr ona dedi:
    - Özün imtahan et. Mütə etsən, səni daşqalaq edəcəyəm.
    Alusi yazır:
    "Bu hadisə Abdullah ibn Zübeyrin xilafət zamanı baş vermişdir. Yəni Həzrət Əlinin (kərrəməllah vəchəh) vəfatından sonra. Ona görə də sübut olur ki, o, öz mütə nikahı barəsindəki fikrində qalmış və Əlinin (kərrəməllah vəchəh) sözünə qayıtmamışdır. Bundan əlavə, İbn Həcər də "Şərhi Minhac” kitabında bu mətləbi yazmışdır.”(- "Kənzul-ummal”, c.16, səh. 520.  )
    Məhəmməd ibn Əbduh yazır:
    «فالانصاف ان مجموع الروايات تدل علي اصرار ابن عباس علي فتواه بالمتعه»
    "İnsafla deyilsə, bu hədis toplusu göstərir ki, İbn Abbas öz mütə nikahı barədəki fikirlərində israrlı idi.”(- "Ruhul-məani”, c.3, səh. 7-8. )
    Molla Huveyş yazır:
    «ابن عباس يرخص في المتعة و يقول إنّ‌ الآية محكمة و لم يزل بها الي زمن ابن الزبير و لم يثبت أنّه انتهي عن الافتاء بجوازها حينما نهاه علي (كرم الله وجهه)»
    "İbn Abbas mütə nikahına icazə verər və deyərdi: "Ayə mühkəm ayələrdəndir.” O, İbn Zübeyrin dövrünə qədər mütə nikahının caizliyinə fitva verərdi. Həzrət Əli (kərrəməllah vəchəh) onu bu işdən çəkindirəndən sonra onun bu fitvadan dönməsi isbat olunmamışdır.”(- "Əl-mənar”, c.5, səh. 13.  )
    Qurtubi yazır:
    قال ابو عمر - صاحب الاستيعاب - اصحاب ابن عباس من اهل مكة و اليمن كلهم يرون المتعة حلالاً علي مذهب ابن عباس
    "Əbu Ömər – "İstiab” kitabının müəllifi demişdir: "İbn Abbasın Məkkədə və Yəməndəki şagirdlərinin hamısı onun fikirlərinə müvafiq olaraq mütə nikahını halal bilirdilər.”(- "Bəyanul-məani”, c.5, səh. 540.  )
    İbn Həcər Əsqəlani yazır:
    «قال بن بطال: روي اهل مكة واليمن عن ابن عباس اباحة المتعة و روي عنه الرجوع باسانيد ضعيفة و اجازة المتعة عنه اصح»
    İbn Bəttal demişdir: "Məkkə və Yəmən əhli nəql etmişlər ki, İbn Abbas mütənin caizliyinə və ya mübah olmasına etiqadı idi. Zəif sənədli hədislər onun bu etiqadından döndüyünü xəbər verirlər. Lakin mütəni caiz bilməsi daha səhihdir.”(- "Əl-came lil-əhkamil-quran”, c.5, səh. 133. "Fəthul-bari”, c.9, səh. 142. "Şərhuzzərqani əla müvəttəi malik”, c.3, səh. 154.  )
    Yuxarıdakı mətləblərə nəzər saldıqda bu sual meydana çıxır ki, əgər İbn Abbas mütə ayəsini nəsx olunmayan ayələrdən bilirsə və mütənin halal olduğunu isbat etmək üçün digərləri ilə mübahisə edirsə, bununla onun mütə barəsindəki nəzəriyyəsi aydın olmurmu?
    Əgər İbn Abbasın Əta, Səid ibn Cübeyr, Tavus və onlar kimi başqa şagirdləri mütənin halal olduğunu car çəkmiş və bu işi caiz bilmişlərsə, aydın olmurmu ki, İbn Abbas öz fikirlərindən dönməmiş və ömrünün sonunadək bu nəzəriyyəni qoruyub saxlamışdır.
    Əgər İbn Abbas öz fikrindən dönsəydi, şübhəsiz, ilk öncə öz şagirdlərini bundan xəbərdar edərdi. Onlara mütəni haram bilmələrini əmr edərdi. Habelə mütəyə qadağa ilə bağlı fikirlərini müsəlmanlara çatdırardı. Bütün bunlardan məlum olur ki, İbn Abbas öz ideyalarından dönməmişdir. Tanınmış əhli-sünnə alimləri də bu həqiqəti izhar etmişlər.
    İndi isə söhbətimizi tamamlamaq üçün İbn Abbasın öz fikrindən döndüyünü deyən şübhələrə cavab verməklə bu haqda istinad olunmuş yalançı hədisləri araşdıracağıq.
    Zikr olunan hədislər və əhli-sünnə alimlərinin etirafları İbn Abbasın peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) sonra mütə nıkahının halallığı qənaətində olduğunu üzə çıxarır. Lakin bir qrup insan bu həqiqəti rədd etmək və ya ən azı əhəmiyyətsiz qələmə vermək üçün sənəd və mətn cəhətdən zəif və qüsurlu hədislərə əl atmışlar. Ona görə də bu hədislərin yaratdığı şübhələri həll etmək üçün onların mətn və sənədlərinə nəzər salmağı lazım bildik. Bu hədislərin mətn və sənədlərində baş vermiş dəyişikliklər (artırıb-azaltmalar) bizim müzakirə obyektimiz olacaqdır.
    «عن موسي بن عبيدة عن محمد بن كعب عن ابن عباس انه قال: انما كانت المتعة في اول الاسلام فكان الرجل يقدم البلدة ليس له بها معرفة فيتزوج المرأة بقدر ما يري انه يقيم فتحفظ له متاعه و تصلح له شأله حتي اذا نزلت الآيه (الا علي ازواجهم او ما ملكت ايمانهم) قال ابن عباس فكل فرج سوي هذين فهو حرام»
    Musa ibn Ubeydə Məhəmməd ibn Kəbdən, o da İbn Abbasdan nəql edir ki, belə dedi:
    "Mütə İslamın ilk çağlarında şəriət baxımından halal idi. Hər diyardan şəhərə daxil olan bir şəxs orada tanışı olmasaydı, qalacağı müddətdə bir qadınla müvəqqəti evlənərdi. O qadın kişinin mal və pulunu saxlayar, işlərini görərdi. Bu hökm "illa əla əzvacihim ov ma mələkət əymanuhum” ayəsi nazil olana qədər öz qüvvəsində idi.”
    İbn Abbas əlavə etdi: "Bu ayənin hökmünə əsasən, bu iki haldan savayı bütün fərclər (yaxınlıqlar) haramdır.”(- "Fəthul-bari”, c.9,səh 142.  )
    Bu növ hədislərin mətnində olan nöqsanlardan əlavə sənəd baxımındanda zəifdir. Əhli-sünnənin rical kitablarında yazıldığına əsasən, İbn Ubeydə məchul(- "Sunəni Termizi”, c.2, səh. 295-296. ) və etimad olunmayan birisidir.
    İbn Həcər, Bərqi, İbn Qane, İbn Muin, Əli ibn Mədini, Termizi, Nisayi(- "Məchul” rical kitablarında adı çəkilməyən, kimliyi və etiqadları məlum olmayan hədis ravilərinə deyilir. (təcüməçi) ), Həysəmi(- "Təhzibut-təhzib”, c.10, səh. 321) və İbn Qəttan(- "Məcməuz-zəvaid”, c.4, səh. 265. )Musa ibn Ubeydəni "zəif” adlandlrmışlar. Əbu Hatəm, Saci, Əhməd ibn Hənbəl(- "Nəsbur-rayə”, c.2, səh. 449. ) və İbn Həbbanın(- "Əz-süəfaus-səğir”, c.3, səh. 467.  ) fikrincə, o, "munkirul-hədis” dir. İbn Həcər(- "Təhzibut-təhzib”, c.10, səh. 221. ) və Mizzi isə onu "məchul” adlandırmışlar.(- "Təhzibut-təhzib”, c.10, səh. 221. )
    Bərqi demişdir: onun hədislərində zəif nöqtə çoxdur. Ona görə də bəzi alimlər onun hədisini qəbul etməmişlər. Əqili və İbn Muin bu fikirdədilər ki, onun hədisi səhih deyil və ona istinad etmək olmaz.(- "Əzzüəfa Əl-əqili”, c.3, səh. 647. "Təhzibul kəmal”, c.35, səh. 110. )
    Bundan əlavə hədisin sənədində Sufyan ibn Əqəbənin də adı var. Rical alimlərinin dediklərinə görə ona etimad etmək olmaz. Biz bu ravi barəsində söhbət etməyi lazım bilmirik. Lakin hədisin mətni və sənədini araşdırmadan öncə nümunə üçün Yəhya ibn Muinin bu ravi barəsində söylədiklərini sizə təqdim edirik. Yəhya ibn Muin demişdir: "Sufyan ibn Əqəbə məchul və taninmamış bir şəxsiyyətdir.”(- "Təhzibut-təhzib”, c.104, səh. 321.  )
    Hədisin mətninin də qüsurluu olduğu isbat etmək üçün digər hədislərdən və əhli-sünnə alimlərinin bir-biri ilə uyğun olmayan sözlərindən istifadə edərək aşağıdakı mətləbləri diqqətinizə çatdırırıq:
    1) İbn Abbas Mədinə şəhərinə hicrətdən üç il öncə, Məkkə şəhərində Bəni Haşim vadisində dünyaya gəldi. Yəni Mədinəyə hicrət zamanı onun üç yaşı var idi.(- "Əl-hərəc vət-tədil”, c.4, səh. 230.  )"Muminun"(- "Siyəru əlamun-nubəla”, c.3, səh. 332.  ) və "Məaric"(- "Məfatihul-ğeyb; Məalimut-tənzil”, c.3, səh. 355.  ) surələri də Mədinə şəhərində nazil olmuşdur. Əgər bu iki surənin ibn Abbasın doğum tarixindən sonra nazil olduğunu qəbul etsək, yenə də bu iki hədisi təsdiqləmək qeyri-mümkündür. Çünki bu üç yaşlı uşaq həmin ayənin mütə ayəsini nəsx etdiyini haradan biləcəkdi?! Buna da diqqət etmək lazımdır ki, daim Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) ilə Məkkədə bir yerdə olan səhabələrdən heç birisi belə bir söz danışmamışlar. Bu, hədisi uyduranların nə qədər diqqətsiz və cahil olduqlarını nümayiş edir.
    Əhli-sünnənin görkəmli alimləri Abdullah ibn Zübeyrin xilafəti zamanında Abdullah ibn Abbasla Abdullah ibn Zübeyr arasında baş verən mübahisəni öz mötəbər kitablarında nəql etmişlər. Biz onların bəzilərini keçən söhbətlərimizdə qeyd etdik. Burada zehnə gələn sual bundan ibarətdir ki, əgər "illa əla əzvacihim ov ma mələkət əymanuhum” ayəsi Məkkə şəhərində nazil olmuşdursa, necə ola bilər ki, İbn Abbas Məkkədə mütə nikahının təhriminə etiqad bəsləsin amma İbn Zübeyrin xilafəti dövründə onunla mütə nikahının halallığı barədə mübahisə etsin?
    2) Keçən müzakirələrdə söylədiyimiz hədislərdə deyilirdi ki, Həzrət Əli (əleyhis-salam) İbn Abbası mütə nikahının halallığına fitva verməkdən çəkindirmişdi. Bu hadisə peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) vəfatından sonra baş vermişdi. Lakin bu hədisdən belə anlamaq olar ki, İbn Abbas mütə nikahını Məkkədə yuxarıdakı ayə nazil olandan sonra haram bilmişdir.
    3) Mütə nikahının ayəsi hər iki məzhəbin təfsirçilərinin fikrincə Mədinədə, yuxarıdakı ayə isə Məkkədə nazil olmuşdur. Məkkədə nazil olan bir ayə Mədinə ayəsini necə nəsx edə bilər?!
    4) Bu hədis səhih olsaydı, əhli-sünnə alimləri heç vaxt İbn Abbasın adını mütə nikahını - peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) vəfatından sonra - caiz bilənlərin sırasında çəkməz, ya da İbn Abbasın öz əqidəsindən döndüyündən söz açmazdılar.
    Bu ziddiyyətlər arada təhrif əlinin olmasından xəbər verir. Belə hədislərin yalan və ya düz olmasını bilmək üçün çox diqqət etmək lazımdır.
    Habelə İbn Abbasın mütə nikahının halallığı haqqındakı fitvasını dəyişdiyini isbat edən yalançı hədislər silsiləsində başqa bir hədis uydurmuşlar. Bu hədisi Beyhəqi, Təbərani, Əzimabadi öz əsərlərində üç yolla (üç növ sənədlə) Səid ibn Cubeyrdən nəql etmişdir. Maraqlıdır ki, sözü gedən hədisin mətnindəki uyğunsuzluqdan əlavə, sənədində də etibarsız fərdlər mövcuddur. Onun mətn və sənədində olan yalanları ifşa etmək üçün bu hədisi nəql edib, sonra hər iki hədisi həm mətn, həm də sənəd baxımından tədqiq və təhlil edəcəyik.
    Beyhəqi yazır:
    « ابن وهب اخبرني جرير بن حازم عن الحسن بن عماره عن المنهال بن عمرو عن سعيد بن جبير قال قلت لابن عباس ماذا صنعت ذهبت الركائب بغتياك و قال فيه الشعراء قال و ما قالوا، قلت قالوا:
    اقول للشيخ لما طال مجلسه يا صاح هل لك في فتيا ابن عباس
    يا صاح هل لك بيضاء بهكنة تكون مثواك حتي مصدر الناس»
    "İbn Vəhəb (mənə) Cureyr ibn Hazimdən, o da Həsən ibn Əmarədən, o da Minhal ibn Əmrdən, o da Səid ibn Cübeyrdən belə nəql edir:
    İbn Abbasa belə dedim:
    - Bu nə işdir ki, sən etdin? Süvarilər sənin fikirlərini ətrafa yaydılar. Şairlər bu haqda şer qoşdular.
    - Nə dedilər? - deyə İbn Abbas soruşdu.
    - Onlar demişlər, - və bu şeri onun üçün oxudum:
    "Möhtərəm şeyxin (müəllimin) məclisi uzun çəkmiş və şagirdləri getmişdilər. Ona dedim ki, İbn Abbasın fitvası ilə necəsən? İstəyirsən ki, bir qadınla mütə bağlayasan və cinsiyyət alətin azadlığa çıxsın, munis tapsın? Camaat və şagirdlərin qayıdana kimi isti və yumşaq yatağın olsun?”
    Əzimabadi yazır:
    «حدثنا السماك قال حدثنا الحسن بن سلام السواق قال حدثنا الفضل بن دكين قال حدثنا عبدالسلام عن الحجاج عن ابي خالد عن المنهال عن سعيد بن جبير قال قلت لابن عباس هل تدري ما صنعت؟...»
    İbn Abbas cavabında dedi:
    «انا لله و انا اليه راجعون والله ما بهذا افتيت و لاهذا أردت و لا احللت الا مثل ما احل الله سبحانه و تعالي من الميتة و الدم و لحم العنزير و ما يحل للمضطر و ما هي الا كالميتة و الدم و لحم الخنزير»
    "İnna lillah və inna ileyhi raciun. Yox! Allaha and olsun ki, mən belə bir fitva verməmişəm. Verdiyim fitvada nəzərdə tutduğum bu deyil. Mən mütəni əlacsız olan kəsdən başqa birisi üçün halal etməmişəm. Mütəni o həddə halal etmişəm ki, Allah-taala ölü, qan və donuz ətindən həmin həddə halal etmişdir.”(- "Təfsirul-quranil-əzim”, c.8, səh. 234. "Zadul-Məsir”, c.4, səh. 335. )
    Əzimabadinin rəvayət etdiyi hədisi Təbərani öz "Möcəmul - Kəbir” kitabında bir sıra sənəd fərqlərilə və həmin mətnlə nəql etmişdir. Onun nəql etdiyi sənədin tərtibi belədir: Əli ibn Əbdüləziz, Əbu Nəim Fəzl ibn Dikkin, Əbdussəlam ibn Hərb, Həccac ibn Ərtah, Əl-Minhal ibn əmr və Səid ibn Cubeyr nəq etmişdir...(- "Əvnul-məbud”, c.6, səh. 59. )
    Bu hədislər vasitəsilə bəzi alimlər İbn Abbasın öz əqidəsindən döndüyünü isbat etməyə çalışmışlar. Biz burada həmin hədislərin dəyərini aydınlaşdırmaq üçün onun sənədində adları çəkilən ravilərin şəxsiyyətləri barədə söhbət açacağıq.
    Beyhəqinin nəql etdiyi hədisdə Həsən ibn İmarə adı gözə dəyir. Əhli-sünnənin rical alimlərinin dediklərinə görə, bu ravi "zəif” və "mətrukul-hədis”(- "Əl-möcəmul-kəbir”, c.10, səh. 259.  )dir.
    İbn Həcər(- Hədisi tərk olunan , hədisinə əməl olunmayan , etibarsız hədis nəql edən şəxs.(tərcüməçi) ), Nisayi, Müslim, Daruqutni, Əbu Hatəm Saci və Əlbani(- "Təqribut-təhzib”, c.1, səh. 217. ) demişlər ki, Həsən ibn İmarənin hədisini kənara qoymaq lazımdır. İbn Həcər, Saci və İbn Muin onu "zəif” adlandırmışlar. Əbubəkr Məruzi və Əbu Talib isə onu "munkirul-hədis” bilmişlər. Şövbə demişdir: "Həsən ibn İmarə yetmiş hədis həkəmdən nəql etmişdir. Onların heç birinin əsli yoxdur.” Təyalesi demişdir ki, Şövbə dedi:
    İbn Cüreyr ibn Hazimə deyin ki, ona Həsən ibn İmarədən Hədis nəql etmək olmaz. Çünki o yalan danışır. (Amma yuxarıdakı hədisi ondan nəql etmişdir.)
    Əbu Davud demişdir:
    - Həsən ibn İmarənin yalan danışdığını haradan bilirsən? - deyə Şövbədən soruşdum.
    - Həkəm heç bir əsli olmayan hədislər nəql etmişdir, - deyə cavab verdi.(- "Ərvaul-ğəlil”, c.6, səh. 319. )
    Əbu Talib demişdir: "Onun hədisləri uydurma hədislərdir. Onları yazmaq (nəql etmək) olmaz.”
    Saci demişdir: "Əhli-hədis yekdil rəylə onun hədisini tərk etmək (etibar etməmək) qərarına gəlmişdir.”(- "Səhih Müslim”, c.1, səh. 18. )
    İbn Həcər demişdir: "Alimlərin əksəriyyəti onun etibarsızlığını qeyd etmişdir.”(- "Təhzibut-təhzib”, c.2, səh. 264. )
    Maraqlıdır ki, Beyhəqi öz "Sunən” kitabında hər yerdə Həsən ibn İmarənin adına çatanda onun "zəif”(- "Təbəqatul-mudəllisin”, səh. 53. ) və ya "mətrukul-hədis”(- "Əssunənul-kubra”, c.9, səh. 307.) olduğunu qeyd edir. Lakin bu hədisi ondan nəql edir və Həsən ibn İmarənin "mətrukul-hədis” olmasından bir söz belə dilə gətirmir.
    Hədisin sənədində Həsən ibn İmarədən başqa Minhal ibn Əmr adlı digər bir ravi də var ki, o da "zəif” adı ilə tanıtdırılmışdır. Biz həqiqətin aşkar olması üçün əhli-sünnə alimlərinin bu şəxs haqqında dediklərindən söhbət açırıq.
    Əbu Həsən ibn Qəttan yazır: "Əbu Məhəmməd ibn Həzm həmişə Minhal ibn Əmri zəif idlandırardı. İbrahim ibn Ubeyd Ət-Tənafi yazır ki, Muğeyrə Yəzid ibn Əbi Ziyada dedi: siz İbn Əyməş Əxməqə təəccüb etmirsiniz? Mən ona demişəm ki, Minhal ibn Əmrdən hədis nəql etmək olmaz. Lakin o yenə də Minhaldan hədis nəql edir. Sizi Allaha and verirəm, mənə deyin, Minhal iki dirhəm üçün şahidlik etməyə layiqdirmi? Ona : "yox” - deyə cavab verdim.”(Əssunənul-kubra”, c.7, səh. 349- 477 və c.8, səh. 20. )
    Yəhya ibn Muin yazir: Şövbə Minhalın evindən musiqi və qina səsi eşitdi və buna görə də onu tərk etdi.(ondan hədis nəql etməyi tərgitdi)(- "Əssunənul-kubra”, c.10, səh. 284. )
    Cozcani demişdir: "Minhal ibn Əmrin etiqadları pozğun idi.”(- "Əl-Kamil ibn Ədi”, c.6, səh. 330. ) İbn Cövzinin etiqadına görə də Minhal "zəif” birisi olmuşdur.(- "Mizanul-etidal”, c.4, səh. 192. )
    Hədisin sənədində belə "zəif” və etibarsız insanların olmasına göz yumub, ona istinad etmək olarmı? Xüsusilə də bu hədislər İbn Abbasın mütə barəsində müsbət nəzərini göstərən hədislərlə qarşı-qarşıya gələrsə. Həmin hədislər əhli-sünnə kitablarında nəql olunmuş səhih hədislərdir.
    Bütün bu dediklərimizlə uyğun hədislərin nöqsanları qurtarmır. Onların digər nöqsanları da vardır ki, inşaallah bu nöqsanları da qeyd edəcəyik. Bu xüsusda nəql olunan digər hədislər Əzimabadinin "Əvnul-məbud" kitabındakı hədislərdir. Bu ravayətlərin içində Beyhəqinin hədisinin mətnindən savayı İbn Abbasın cavabı da nəql olunmuşdur. Necə ki, Təbərani də "Mövcəmul-kəbir" kitabında nəql etmişdir. Lakin hər iki hədisin sənədində Minhaldan sonra ravilər arasında kimlərinsə adlarının silindiyi müşahidə olunur. Bu mətləbi ətraflı araşdırmazdan öncə Əzimabadinin nəql etdiyi hədisin sənədini göstərib bu sənədlə Mövcəm kitabındakı hədisin sənədi arasındakı fərqləri açıqlamağı lazım bilirik.
    Adları çəkilən Səmmak, Həsən ibn Səlam, Əbu nəim Əl-fəzl ibn Dikkin, Əbdussalam Həccac ibn Ərtah, Əbi Xalid, Minhal ibn Əmr və Səid ibn Cubeyr arasında Minhal ibn Əmr barəsində danışdıq. Bu sənəddə daha bir etibarsız ravi var. Əhli-sünnə alimləri onun adını öz rical kitablarında çəkmiş və eibarsız adlandırmışlar. O, Həccac ibn Ərtahdır. Əhli-sünnə alimlərinin dediklərinə görə bu şəxs etibar ediləcək və inanılası şəxs deyil.
    Əbu Zəryə ibn Muin və Zəhəbi bu qənaətə gəlmişlər ki, Həccac ibn Ərtah "müdəllis" olmuşdur.(- "Əl-mövzuat”, c.1, səh. 341. )
    Əhməd ibn Hənbəl və Əbdürrəhman demişlər: "O, öz gözü ilə görmədiyi insanlardan hədis nəql etmişdir.” İbn Muin və Beyhəqi(- "Təzkirətul-huffaz”, c1, səh. 180. ) onun nəql etdiyi hədislərə istinad etməyi doğru saymırlar.
    Əhməd və Əbdürrəhmanın atası onu "zəif” adlandırmılşlar. Əhməd ibn Hənbəl demişdir: "Həccac ibn Ərtah Zöhri ilə görüşməmişdir. Lakin ondan hədis nəql etmişdir.” Əbdürrəhman demişdir: "Atam deyərdi ki, Həccac Zöhri, Hüşam və Əkrəmədən hədis nəql etmiş amma onları görməmiş və hüzurlarında olmamışdır.”(- "Əssunənul-kubra”, c.10, səh. 283.  )
    Zəhəbi yazır: "Onun hədisi dəqiq və möhkəm deyil. O, müdəllisdir. Buna görə də Buxari ondan hədis nəql etməmişdir. Onun xüdpəsənd olması nəzərə çarpır. Onun özü də demişdir ki, şöhrət sevgisi məni bədbəxt etdi.”(- "Əl-cərh və t-tədil”, c.3, səh. 156.)
    Əzimabadinin bu hədisində Əbdüssalam adlı digər bir ravinin də adı hallanır. Bəzi alimlər onu da "zəif” adlandırmışlar. İbn Səəd demişdir:
    "Onun hədisində süstlük gözə dəyir.”(- "Təzkirətul-hüffaz”, c.1, səh. 180. )
    Əzimabadinin bu hədisinin raviləri barəsində verdiyimiz məlumatlardan sonra Təbəraninin hədisinin də dəyəri üzə çıxır. Çünki onun hədisini də Minhal, Həccac ibn Ərtah və Əbdüssalam ibn Hərb nəql etmişlər. Bu fərqlə ki, Həccac ibn Ərtah Əzimabadinin hədisini Xalid ibn Minhalın vasitəsilə nəql edir. Lakin Təbəraninin hədisində vasitəsiz olaraq Minhalın özündən nəql edir. Bu bizim işarə etdiyimiz ravi "ləğv edilməsi"dir. Bu yolla aydın olur ki, bu hədislər bir çox cəhətdən irad və nöqsanlıdır. Biz bu hədislərin sənədləri haqqında söhbətlərimizi başa çatırır və mövzumuzun kamilliyi üçün hədisin mətn və məzmununu təhlil edirik.
    1) Səid ibn Cubeyrin İbn Abbasdan nəql etdiyi hədislərin bu hədislə ziddiyyəti vardır. Çünki onlar İbn Abbas tərəfindən mütə nikahının halallığını sübut edir.
    2) Səid ibn Cübeyrin mütə nikahı ayəsinə verdiyi təfsir bu hədislərin ziddini sabit edir.
    3) Əbdürrəzzağın "Müsənnəf”də nəql etdiyi hədislərdə Səid ibn Cubeyr bir İraqlı qadınla mütə etdiyindən söhbət açılır. Səid ibn Cubeyr tabein təbəqəsindən olduğu və peyğəmbər dövranını görmədiyi üçün məlum olur ki, nəsx baş verməmişdir və göstərilən hədislər uydurmadır.
    4) Əzimabadi və Təbəraninin nəql etdikləri hədisdə deyilirdi ki, İbn Abbas özünü müdafiə etmək üçün güya mütə nikahını, əlacsız hallarda donuz əti və ya meyyit əti yeyilməsi ilə müqayisə etmişdir. Bunu İbn Abbasdan eşitmək inandırıcı deyil. Çünki İbn Abbas kimi tanınmış bir şəxsiyyət çox yaxşı bilir ki, Allah-taala donuz və ya ölü ətini insana acından ölmək qorxusu olan vaxtlarda yeməyi caiz bilmişdir. Əgər ölüm qorxusu olmasa bu haram şeyləri yeməyə heç kəsin haqqı yoxdur. Ona görə də həkim Allah ayədə buyurur: "fəməizturrə ğəyrə bağin və la adin”. "Bağin” sözü "bəğy” kökündən olub tələb etmək və istəmək mənasinda işlənir. Burada ləzzət istəmək mənasındadır. "Adin” sözü isə təcavüz edən mənasında işlənmişdir. Burada zərurət həddində təcavüz nəzərdə tutulur.(- "Təhzibut-təhzib”, c.6, səh. 282. )Ayənin mənası budur ki, nə harama görə, nə də qarnınızı doyurmaq üçün əlinizi harama uzadın. Belə ki, Zeməxşəri də "Kəşşaf” təfsirində buna işarə etmişdir. Mütə nikahı olmayan halda isə can üçün ölmək qorxusu yoxdur. Əhli-sünnənin görkəmli alimləri də bu həqiqətə biganə yanaşmamışlar.Əzimabadi bu hədisi nəql edəndən sonra yazır ki, Xəttani demişdir:
    «فهذا يتبين لك انه انها سلك فيه مسلك القياس و شبهه المضطر الي الطعام و هو قياس غيرٍ صحيح لان الضرورة في هذا الباب لاتتحقق كهي في باب الطعام الذي به قوام الا نفس و بعدمه يكون التلف و انما هذا من باب غلبه الشهوة و مصابرتها اهل ممكنة و قد تحسم مادتها بالصوم و الصلاح فليس احدها في حكم الضرورة كالآخر»
    "Bu hədisdən məlum olur ki, İbn Abbas mütə nikahı məsələsini zərurət halında qidalanmaqla müqayisə etmişdir. Bu qiyas səhih və doğru bir qiyas deyil, mütə nikahının zərurətini qidalanmada olan zərurətə bənzətmək olmaz. Çünki ikincisində (qidalanmaqda) ölüm qorxusu var. Lakin birincisində şəhvət və ehtirasın qalib gəlməsidir. Təbii ki oruc tutmaqla və mübarizə ilə onu aradan qaldırmaq olar. Deməli, heç birinin zərurəti bir-birindəki kimi deyildir.”(Təfsiri nümunə”, c.1, səh. 583. )
    Bu dediklərimiz sözü gedən hədislərin sənədlərində olan nöqsanlardan əlavə tədqiq və təhlil sayəsində onlar arasında üzə şıxan ziddiyyətlərdir. Burada da bununla kifayətlənir və sadəcə yerdə qalan bir hədis barəsində danışmaq istəyirik. Bu hədisin sənəd və mətnini oxucuların nəzərinə çatdırmaqla onların təhlil və izahını öz üzərimizə götürürük.
    «عن ابن شهاب (زهري) و اخبرني عبيد الله ان ابن عباس كان يفتي بالمتعة و يغمض ذلك عليه اهل العلم فابي بن عباس ان ينتكل عن ذلك حتي طفق بعضي الشعراء يقول: يا صاح هل لك في فتيا ابن عباس هل لك في ناعم خودٍ مبتلةٍ تكون مثواك حتي مصدر الناس»
    "İbn Şahab (Zöhri) rəvayət edir ki, Abdullah mənə xəbər verdi (nəql etdi): İbn Abbas daim mütə nikahının caizliyini hökm edərdi. Elm əhli (din alimləri) də onun bu nəzəriyyəsinə göz yummuşdu. İbn Abbas da bu etinasızlıqdan çəkindi. Belə ki, bəzi şairlər bu şeri qoşdular: İbn Abbasın fitvası ilə necəsən? Meylin vardırmı yumşaq(- "Əvnul-məbud”, c.6, səh. 59. ) və nazik(- "Əl-müncid”, c1, səh. 206. ) bir qadınla (mütə edəsən), camaat və şagirdlərin qayıdanadək isti və yumşaq yataqda olasan?(- "Əl-müncid”, c1, səh. 516.)
    Bu hədisi Əbdürrəzzaq da öz "Əl-Müsənnəf" kitabında sənəddə azacıq dəyişikliklə nəql etmişdir. Beyhəqinin nəql etdiyi hədisdə Zöhri Ubeydullahdan nəql edir. Lakin Əbdürrəzzaqın nəql etdiyi hədisdə o, hədisi Məimər adlı bir şəxs vasitəsilə Zöhridən nəql etmişdir. Məimər də məchul bir şəxsdir. Onu "Məcruh" kitabında "zəif” adlandırılan Məimər olması ehtimalı da var. Çünki orada da Əbdürrəzzaqın Məimərdən olan hədisindən söhbət açılır. Ən azı, əhli-sünnə kitablarında Məimər adı ilə tanınan ravilər çox gözə dəyir. Və burada adı çəkilən ravinin onların hansı biri olduğu məlum deyil. Əbdürrəzzaq yazır:
    «عن معمر عن الزهري قال ازدادت العلماء لها استقباحا حين قال الشاعر يا صاح هل لك في فتيا ابن عباس»
    Məimərdən, o da Zöhridən nəql edir: "Şairlər "İbn Abbasın fitvası ilə necəsən” şerini qoşandan sonra alimlərin İbn Abbasa tutduqları eyiblərin sayı çoxaldı.”(- "Sunəni Kubra”, c.7, səh. 205. )
    Bu hədislərin dəyər və etibarını daha artıq izah etmək üçün aşağıdakı mətləbləri diqqətinizə çatdırmağı lazım bilirik:
    1) Beyhəqinin, Əzimabadinin və Təbəraninin nəql etdikləri hədislərdə Səid ibn Cubeyr İbn Abbasdan "bu nə iş idi ki tutdun”- deyə soruşur. Lakin bu gördüyümüz hədisdə Səid ibn Cubeyrin dediklərindən bir şey gözə dəymir.
    2) Beyhəqinin hədisində Zöhri Ubeydullahdan nəql edir. Lakin Əbdürrəzzaqın hədisində Ubeydullah adı pozulmuşdur. Məchul olan Məimər Zöhridən nəql edir və Zöhri də hədisi birbaşa nəql edir.
    3) Zöhri etibarlı və inanılan bir şəxs deyil. Əhli-sünnə alimlərinn dediklərinə görə bu şəxs Bəni Üməyyənin xidmətçilərindən və dostlarından olmuşdur. O, əhli-beytə qarşı yaxşı münasibət bəsləməmişdir. İmam Zeynülabidinin Zöhriyə yazdığı məktub da bu həqiqəti müydana çaxarır. İnşaallah, Zöhri barəsində gələcək bəhslərimizdə daha ətraflı söz açacağıq.
    Əhli-sünnə alimlərinin İbn Abbasın öz fitvasından döndüyünü isbatlamaq üçün istinad etdikləri hədislər barəsindəki söhbətlər burada sona çatır. Böyük Allahın köməyi ilə bu mövzunu bir qədər tədqiq edərək yaranmış şübhələri aradan qaldırdıq.
    "İbn Abbasın Məkkədə və Yəməndəki şagirdlərinin hamısı onun fikirlərinə müvafiq olaraq mütə nikahını halal bilirdilər.”(- "Əl-müsənnəf”, c.7, səh. 503. )
    İbn Həcər Əsqəlani yazır:
    «قال بن بطال: روي اهل مكة واليمن عن ابن عباس اباحة المتعة و روي عنه الرجوع باسانيد ضعيفة و اجازة المتعة عنه اصح»
    İbn Bəttal demişdir: "Məkkə və Yəmən əhli nəql etmişlər ki, İbn Abbas mütənin caizliyinə və ya mübah olmasına etiqadı idi. Zəif sənədli hədislər onun bu etiqadından döndüyünü xəbər verirlər. Lakin mütəni caiz bilməsi daha səhihdir.”(- "Müsnəd Əhməd”, c.3, səh. 22. "Kənzül-ummal”, c.16,səh 526. "Məcməüz-zəvaid”, c.4, səh. 264.(bab nikahul-mütə) )
    Yuxarıdakı mətləblərə nəzər saldıqda bu sual meydana çıxır ki, əgər İbn Abbas mütə ayəsini nəsx olunmayan ayələrdən bilirsə və mütənin halal olduğunu isbat etmək üçün digərləri ilə mübahisə edirsə, bununla onun mütə barəsindəki nəzəriyyəsi aydın olmurmu?
    Əgər İbn Abbasın Əta, Səid ibn Cübeyr, Tavus və onlar kimi başqa şagirdləri mütənin halal olduğunu car çəkmiş və bu işi caiz bilmişlərsə, aydın olmurmu ki, İbn Abbas öz fikirlərindən dönməmiş və ömrünün sonunadək bu nəzəriyyəni qoruyub saxlamışdır.
    Əgər İbn Abbas öz fikrindən dönsəydi, şübhəsiz, ilk öncə öz şagirdlərini bundan xəbərdar edərdi. Onlara mütəni haram bilmələrini əmr edərdi. Habelə mütəyə qadağa ilə bağlı fikirlərini müsəlmanlara çatdırardı. Bütün bunlardan məlum olur ki, İbn Abbas öz ideyalarından dönməmişdir. Tanınmış əhli-sünnə alimləri də bu həqiqəti izhar etmişlər.
    İndi isə söhbətimizi tamamlamaq üçün İbn Abbasın öz fikrindən döndüyünü deyən şübhələrə cavab verməklə bu haqda istinad olunmuş yalançı hədisləri araşdıracağıq.
    Zikr olunan hədislər və əhli-sünnə alimlərinin etirafları İbn Abbasın peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) sonra mütə nıkahının halallığı qənaətində olduğunu üzə çıxarır. Lakin bir qrup insan bu həqiqəti rədd etmək və ya ən azı əhəmiyyətsiz qələmə vermək üçün sənəd və mətn cəhətdən zəif və qüsurlu hədislərə əl atmışlar. Ona görə də bu hədislərin yaratdığı şübhələri həll etmək üçün onların mətn və sənədlərinə nəzər salmağı lazım bildik. Bu hədislərin mətn və sənədlərində baş vermiş dəyişikliklər (artırıb-azaltmalar) bizim müzakirə obyektimiz olacaqdır.
    «عن موسي بن عبيدة عن محمد بن كعب عن ابن عباس انه قال: انما كانت المتعة في اول الاسلام فكان الرجل يقدم البلدة ليس له بها معرفة فيتزوج المرأة بقدر ما يري انه يقيم فتحفظ له متاعه و تصلح له شأله حتي اذا نزلت الآيه (الا علي ازواجهم او ما ملكت ايمانهم) قال ابن عباس فكل فرج سوي هذين فهو حرام»
    Musa ibn Ubeydə Məhəmməd ibn Kəbdən, o da İbn Abbasdan nəql edir ki, belə dedi:
    "Mütə İslamın ilk çağlarında şəriət baxımından halal idi. Hər diyardan şəhərə daxil olan bir şəxs orada tanışı olmasaydı, qalacağı müddətdə bir qadınla müvəqqəti evlənərdi. O qadın kişinin mal və pulunu saxlayar, işlərini görərdi. Bu hökm "illa əla əzvacihim ov ma mələkət əymanuhum” ayəsi nazil olana qədər öz qüvvəsində idi.”
    İbn Abbas əlavə etdi: "Bu ayənin hökmünə əsasən, bu iki haldan savayı bütün fərclər (yaxınlıqlar) haramdır.”(- "Fəthul-bari” c.9, səh. 22. "Əl-müsənnəf”, Əbdürrazzaq c.7, səh. 498. "Nasixul-hədis və mənsuxuhu”, səh. 366. "Kənzul-ummal”, c.16, 526. )
    Category: Müvəqqəti nikah (elmi araşdırma) | Added by: Islam_Kitabxanasi
    Views: 637 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024