İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Müvəqqəti nikah (elmi araşdırma)

    Müvəqqəti nikah (elmi araşdırma)
    2012-04-03, 2:17 PM
    6. Əbu Səid Xudri
    Əbu Səid Xudri Məhəmməd peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) tanınmış səhabələrindəndir. O, mütə nikahını halal bilirdi. Şiə və sünni məzhəblərinin hədis kitablarına daxil olan hədislərə görə özü mütə edən və peyğəmbərdən sonra mütənin nəsx olunmadığına etiqad bəsləyən şəxslərdən biridir. Ona görə də əhli-sünnə alimləri onun adını mütə nikahını halal bilən insanların sırasında çəkmişlər. Ətraflı məlumat üçün bu hədislərin bəzilərini burada yazırıq:
    «عن ابي سعيد الخدري كنا نتمتع علي عهد رسول الله بالثوب»
    Əbu Səid Xudri demişdir: "Biz peyğəmbər zamanında bir paltar müqabilində mütə nikahı bağlayırdıq.”(- "Bidayətul-müctəhid və nihayətul-muqtəsid”, c.2, səh. 47. )
    «لقد كان احدنا يستمتع بملئ القدح سويقا»
    Əbu Səid Xudri demişdir: "Bizim hər birimiz bir dolu piyalə meyin müqabilində müvəqqəti nikah edərdik.”(- "Əl-müğni”, c.7, səh. 571-572. "Əş-şərhul-kəbir”, c.7, səh. 537. )
    «تمتعنا الي نصف من خلافه عمر حتي نهي عمر الناس في شأن عمرو بن حريث»
    Əbu Səid Xudri və Cabir ibn Ənsari rəvayət edirlər:
    "Biz Ömərin xilafətinin yarısına qədər mütə edirdik. Belə ki, Ömər bu işi Əmr ibn Hüreysin hadisəsində camaata qadağan etdi.”(- "Əl-məsailus-sağaniyyə”, səh. 36-37. )
    Bu hədislər peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabəsi olan Əbu Səid Xudrinin mütə nikahı barəsindəki fikrini açıq-aydın nümayiş etdirir. Bu kimi hədislərin təsiri səbəb olmuşdur ki, hətta əhli-sünnə alimləri də bu həqiqəti etiraf etsinlər və Əbu Səid Xudrinin adını mütə nikahını halal bilən və caiz edən şəxslər arasında çəksinlər.
    7. Əbubəkrin qızı Əsma və Zübeyr ibn Əvam.
    Əsma Əbubıəkrin qızı və Zübeyr mütə nikahını caizliyinə etiqad bəsliyən digər şəxslərdir. Əsma öz etirafına görə mütə nikahına əməl də etmişdir. İnşaallah, söhbət açacağımız əhli-sünnə kitablarında nəql olunmuş hədislər bu həqiqəti təsdiqləyirlər. Hətta İbn Həzm kimi ən böyük sünni alimlər bu mətləbi qeyd etmişlər
    İbn Həzm yazır:
    «و قد ثبت علي تحليلها بعد رسول الله  جماعه من السلف - رضي الله عنهم- منهم من الصحابة اسماء بنت ابي‌بكر الصديق»
    Sübut olmuşdur ki, həzrət peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) dünyadan gedəndən sonra sələf təbəqəsindən olan bir qrup mütə nikahının halal olmasına etiqad bəsləmişlər. Onların içində peyğəmbər (səlləllahu əleyhi və alihi vəsəlləm) səhabəsi Əsma binti Əbubəkr siddiq də var.
    Zərqani yazır:
    «بانه ثبت الجواز عن جمع من الصحابة كجابر و ابن مسعود و ابي سعيد و معاوية و اسماء بنت ابي‌بكر»
    Sübut olmuşdur ki, mütə nikahı səhabədən olan bir qrup insan tərəfindən halal sayılmışdır. Onların içində Cabir, İbn Məsud, Əbu Səid Xudri, Muaviyə və Əsma binti Əbubəkr də vardır.
    Nəql olunan hədislər əsasında bunu demək olar ki, Əsma Əbubəkr qızı Zubeyr ibn Əvamla müvəqqəti olaraq evlənmişdir. Bu nikahdan Abdullah dünyaya gəlmişdir. Bəzi alimlər bu həqiqəti məxfi saxlamağa çalışsalar da, bir çox tanınmış tədqiqatçılar bu tarixi hadisəni isbat etmişlər. Biz mövzümuzun yarımçıq qalmaması üçün bu barədə nəql olunmu: hədisləri müzakirə edəcəyik.
    «عن سعيد بن جبير قال سمعت عبدالله بن الزبير يخطب و هو يعرض بابن عباس يعتب عليه قوله في المتعة فقال ابن عباس: يسال امه ان كان صادقا. فسالها فقالت: صدق ابن عباس قد كان ذلك فقال ابن عباس لو شئت سميت رجالاً من قريش ولدوا فيها يعني المتعة»
    Səid ibn Cubeyr deyir:
    "Eşitdim ki, Abdullah ibn Zübeyr xütbə oxuyur, İbn Abbasa tənə edir və onu mütə nikahını halal bildiyi üçün danlayırdı. İbn Abbas dedi: əgər bunlar düzdürsə anasından soruşun. Anasından soruşanda o dedi: İbn Abbas düz deyir. Bu hadisə baş vermişdir. Bundan sonra İbn Abbas dedi: İstəsəydim Qureyş qəbiləsində mütə nikahından döğulmuş kişilərin adlarını burada çəkərdim.”(- "Xülasətul-icaz”, səh. 20. )
    «عن ايوب قال عروة لإبن عباس: الا تتق الله ترخص في المتعة؟ فقال: ابن عباس سل امّكَ يا عرية؟ فقال عروة: أما ابوبكر و عمر فلم يفعلا. فقال ابن عباس: والله ما اراكم منتهين حتي يعذبكم الله نحدثكم عن النبي و تحدثونا عن ابي بكر و عمر»
    Əyyub vasitəsilə nəql olunmuşdur ki, Ürvə Abdullah ibn Abbasa dedi:
    - Sən Allah-taaladan qorxmursan ki, mütəyə icazə verirsən?
    - Ey Ürvə, get anandan soruş, - deyə İbn Abbas cavab verdi.
    - Əbubəkr və Ömər siğə (mütə) etməmişlər, - deyə Ürvə yenidən inad göstərdi.
    - Allaha and olsun, görürəm ki, Allah sizi əzaba atanadək sizi bu yasaq və qadağalarınızdan əl çəkməyəcəksiniz, - deyə İbn Abbas davam etdi: - Mən sizə peyğəmbər hədisi oxuyuram, siz mənə Əbubəkr və Ömərdən danışırsınız.(v)
    «عن مسلم القرى قالت: دخلنا علي اسماء ابنة ابي‌بكر فسألناها عن متعة النساء فقالت فعلناها علي عهد رسول الله 
    Müslim Əl-Qura deyir:
    Biz Əbubəkrin qızı Əsmanın evinə getdik və ondan qadın mütəsi haqqında soruşduq. O,:
    - Bu işi biz Allahın rəsulunun zamanında gördük- deyə cavab verdi.(- "Ət-təhrir vət-tənvir”, c.4, səh. 88-89. )
    Rağib "Mühaziratul-üdəba” kitabında yazır:
    « عيّر عبدالله بن الزبير عبدالله بن عباس بتحليله المتعة فقال له: سل امك كيف سطعت المجاهر بينها و بين ابيك، فسألها فقالت: ما ولدتك الا في المتعة»
    Abdullah ibn Zubeyr Abdullah ibn Abbasa mütə nikahını halal bildiyinə görə etiraz etdi. Abdullah ibn Abbas da ona dedi ki, get anandan soruş gör onunla atan Zübeyr arasında atəş manqalı necə alovlandı? O, anasından bu əhvalatı soruşdu və anası: "Mən səni yalnız siğə yolu ilə dünyaya gətirdim”- deyə ona cavab verdi.(- "Məcməul-bəyan”, c.3, səh. 52. )
    «قال ابن عباس: اول مجهر سطح في المتعه مجهر آل زبير»
    İbn Abbas demişdir: "Mütə nikahından alovlanan ilk manqal Zübeyr ailəsinin manqalı idi.”(- "Alaur-rəhman”, c.2, səh. 76. )
    Bu hədislərdən bir neçə dəyərli və mühüm mətləb əldə edə bilərik:
    1) Əbubəkrin qızı Əsma Zübeyr ibn Əvamla müvəqqəti evləndilər və nəticədə Abdullah dünyaya gəldi.
    2) Əgər peyğəmbər mütə nikahını haram etsəydi, şübhəsiz Ürvə mütənin qadağasını Əbubəkr və Ömərin yox, peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) hesabına yazardı. Habelə təhrim məsələsi ortada olsaydı İbn Abbas deməzdi ki, Mən sizə peyğəmbər hədisi oxuyuram, siz mənə Əbubəkr və Ömərdən danışırsınız. Bu onu göstərir ki, Allahın rəsulu (səlləllahu əleyhi və alihi vəsəlləm) mütə nikahını haram etməmişdir. İbn Abbas özü də ən aydın şəkildə bu mətləbi qeyd etmişdir.
    3) Abdullah ibn Zübeyrlə İbn Abbas arasındakı mübahisəli məsələ onun xilafət dövründə baş vermişdir. Yəni Həzrət Əlinin (əleyhis-salam) şəhadətindən sonra. Belə məlum olur ki, həzrət peyğəmbərdən(səlləllahu əleyhi və alihi və səlləm) sonra mütəyə heç bir qadağa qoyulmamışdır. Həzrət Əliyə (əleyhis-salam) mütəni haram bildiyi barədə isnad edilən hədis də əsl yalandır. Həzrət Əli (əleyhis-salam) mütənin peyğəmbər tərəfindən haram olunduğunu İbn Abbasa desəydi, o şübhəsiz öz fikrindən dönər və Allahın rəsulunun qoyduğu qadağanı qəbul edər və başqaları ilə mübahisə etməzdi.
    Bu dediklərimiz hədisin geniş izahı idi.
    8. Sələmə ibn Üməyyə
    Böyük tarixçi və hədisşünasların yazdıqlarına görə Rəbiə ibn Üməyyə və Sələmə ibn Üməyyə Məhəmməd peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrindəndir. Onlar mütə nikahını halal bilir və hətta ona əməl edirdilər. Baxmayaraq ki, ikinci xəlifə Ömər mütə nikahı bağlayanlara qarşı sərt rəftar edirdi. Lakin Rəbiə, Sələmə və digərləri peyğəmbərin vəfatından sonra xəlifənin qadağasına etinasızlıq göstərir və mütə nikahına əməl edirdilər. Əhli sünnə alimlərinin(v)içində də bu baş verənləri yazanlar az deyil. Bu məsələnin daha aydın olması üçün bir neçə hədisdən istifadə edirik.
    «انّ سلمة بن امية استمتع من سلمي مولاة حكيم بن امية بن الارقص الأسلمي فولدت له و فجحد و لدها فبلغ ذلك عمر فنهي عن المتعة»
    Sələmə ibn Üməyyə Həkim ibn Üməyyə ibn Ərqəsin kənizin Səlmadan bəhrələndi, yəni onunla siğə etdi. O kəniz bu nikahdan bir uşaq dünyaya gətirdi. Sələmə uşağı inkar etdi. Bu hadisə Ömərin qulağına çatdı. Ömər mütəni qadağan etdi.(- "Cameul-bəyan”, c.5, səh. 10. )
    «عن ابن عباس قال لم يرع اميرالمونين الا ام اراكه فقد خرجت حبلي فسألها عمر عن حملها فقالت استمتع بي سلمة بن امية بن خلف فلما انكر ابن صفوان علي ابن عباس بعض ما يقول في ذلك قال فاسأل عمك هل استمتع عبدالله ابن صفوان الجمحي القرشي المكي»
    Ömər Umm Ərikədən başqa bir kəsi qorumadı. O, hamilə halında gələndə Ömər onun hamiləliyindən soruşdu. O, dedi ki, mən Sələmə ibn Uməyyə ibn Xələf ilə müvəqqəti nikah bağlamışam.
    İbn Səffan Abdullah ibn Abbasın bu barədə dediklərini inkar edəndə isə ibn Abbas ona dedi: Get bibindən soruş ki, Abdullah ibn Səffanla (Cəmhi Əl-qurəşi Əl- Məkki) mütə nikahı bağlamışdır?(v)
    İbn Həcər Əsqəlani yazır:
    «فروي عبدالرزاق بسند صحيح عن عمروبن دينار عن طاووس عن ابن عباس ان سلمه استمتع بامرأة فبلغ عمر فتوعده »
    "Əbdürrəzzaq səhih sənədlə Əmr ibn Dinardan, o da Tavusdan, o da İbn Abbasdan nəql edir ki, Sələmə bir qadınla mütə (siğə) etdi və Ömərə xəbər çatanda Ömər bu işinə görə onu hədələdi.(- "Bəhrul-muhit”, c.3, 589. )
    Cəmhərə, ərəblərin nəsəb alimi belə demişdir:
    «معبد ابن سلمة امّه ام راكه نكحها سلمة نكاح متعة في عهد عمر او في عهد ابي بكر فولد منها معبد»
    "Məbəd ibn Sələmənin anasa ümmü Ərikədir. Sələmə Ömərin vaxtında və ya Əbubəkrin zamanında onunla müvəqqəti nikah bağladı. Beləliklə Məbəd dünyaya gəldi.”(- "Təfsirul-quranil-əzim”, c.2, səh. 226. )
    9. Rəbiə ibn Üməyyə
    «عن عروة ان خولة بنت حكيم دخلت علي عمر بن خطاب فقالت ان ربيعة بن امية استمتع بامرأة مولدة فحملت منه فخرج عمر يجر ردائه فنرعا فقال: هذه المتعة و لو كنت تقدمت فيه لرجمته»
    Ürvə ibn Zubeyr nəql edir:
    "Həkimin qızı Xulə Ömər ibn Xəttabın hüzuruna daxil olub dedi ki, Rəbiə ibn Üməyyə övlad dünyaya gətirə bilən bir qadından bəhrələndi (mütə etdi) və o qadın hamilə oldu. Ömər bunu eşitcək evdən çıxdı. O, əsəbdən əbasını çəkib deyirdi: "Bu mütədir. Əgər mən bundan öncə bu barədə hökm vermiş olsaydım, şübhəsiz onu daşqalaq edərdim.”(- "Əl-kəşf və l-bəyan”, c.3, səh. 286. )
    Bu hədisdən aşağıdakı mətləbləri əldə etmək olar:
    1) Sələmə ibn Üməyyə əhli-sünnə kitablarında yazıldığına görə peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) boyük səhabələrindən biridir. Hətta Hakim Nişapuri öz "Müstədrək” kitabında "Sələmənin fəzilətləri” adlı fəsil də açmışdır.(- "Əl-mizan”, c.4, səh. 289. ) Bu tanınmış səhabənin peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) qadağasından sonra Ömər ibn Xəttabın xilafəti zamanı mütə nikahı bağladığını necə başa düşmək olar? Onun bu mütə nikahından uşağı da dünyaya gəlmişdir.
    Görəsən Ömərdən başqa bir səhabə peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) mütə nikahını haram etdiyini eşitməmişdimi? Ya qadağanın Ömər ibn Xəttab tərəfindən olduğundan qəbul etmirdilər?
    2) Əgər Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) mütə nikahını haram buyursaydı, mütə nikahının zina ilə heç bir fərqi qalmazdı. Maraqlıdır ki, nəyə görə Ömər ibn Xəttab zina edənlərə şallaq vurmur, daşqalaq etmirdi? Sadəcə onu qadağan etməklə kifayətlənir, ya da əvvəlcədən elan etmədiyini bəhanə gətirərək məsuliyyətdən qaçırdı? Görəsən bu ilahi hökmlərin dayandırılması deyilmi?
    3) Ömər ibn Xəttab mütə nikahı edənlərə cavab verəndə bu işin peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən qadağan edildiyini dəlil göstərmir, yalnız hədələməklə kifayətlənirdi. Bu, mütə nikahının peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən haram buyurulmadığıni isbat etmirmi? Əks halda Ömər rəqiblərini məğlub etmək üçün peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) hədisinə istinad edərdi.
    10. Xalid ibn Mühacir ibn Seyfullah
    Xalid ibn Mühacir də mütə nikahını halal bilən şəxslərdən biridir. Bu haqda əhli-sünnə kitablarında yazılanlar dediklərimizə sübutdur. Mövzunun daha geniş şərhi üçün bir-iki mətləbi yazmağı lazım bilirik:
    «قال ابن شهاب فاخبرني خالد ابن المهاجر بن سيف الله انّه بينا هو جالس عند رجل جاءه رجل فاستفتاه في المتعة فأمره بها فقال له ابن ابي عمرة الانصاري مهلا قال ما هي والله لقد فعلت في عهد امام المتقين»
    Xalid ibn Mühacir ibn Seyfullah nəql edir ki, o, aralıqda əyləşmişdi və içəri girən bir nəfər ondan mütə nikahı barəsində soruşdu. Xalıd mütə etməyə icazə verdi. İbn Əbi Ümrə Ənsari ona dedi:
    - Bir dayan.
    Xalid:
    - Nə olmuşdur ki? Allaha and olsun, mən özüm də mütə etmişəm, özü də İmamul-müttəqin(- "Fəthul-bari”, c.9, səh. 97. )zamanında.(- "Əl-müsənnəf”, c.7, səh. 496.)
    11. Sələmə ibn Əkvə.
    Sələmə ibn Əkvə də peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrindən biridir. O, mütə nikahının halallığı barədə peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) hədis nəql edən şəxslərdən biridir. Bu ravidən dini mənbələrdə nəql olunan hədisləri burada nəql və tədqiq edirik:
    « ابن ابي ذيب حدثني اياس بن سلمة بن الاكوع عن ابيه عن رسول الله ايما رجل و امرأة توافقا فعشرة ما بينهما ثلاث ليال فان احبا ان يتزايدا أو يتتاركا تتاركا»
    İbn Əbi Zeyb Sələmədən, o da öz atasından nəql edir ki, peyğəmbər buyurdu: "Hər kişi və arvad bir - biri ilə (mütə nikahı ilə) razılaşsalar onların arasında üç gün sayılar.(- "Mənahilul irfan fi ulumil quran”, c.1, səh. 345. ) Əgər sonradan çoxaldıb azaltmaq istəsələr özləri bilərlər.”(- "Cameul-bəyan”, c.5, səh. 9. )
    «عن الحسن بن محمد عن سلمة بن الاكوع و جابر بن عبدالله ان رسول الله اتانا فأذن لنا في المتعة»
    Həsən ibn Məhəmməd Sələmə ibn Əkvədən və Cabir ibn Abdullah Ənsaridən nəql edir ki, Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) bizim yanımıza gəlib mütə nikahı etməyimizə icazə verdi.(- "Əd-durrul-mənsur”, c.2, səh. 140 )
    «عن جابر ابن عبدالله انصاري و سلمة ابن الاكوع قالا كنا في جيش فأتانا رسول الله فقال انه قد اذن لكم ان تستمتعوا يعني متعة النسآء»
    Cabir ibn Abdullah Ənsari və Sələmə ibn Əlvə nəql edirlər: Biz döyüşçülərin arasında idik. Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) yanımıza gəlib dedi: "Sizə mütə nikahı bağlamaqa icazə verilmişdir.”(- "Təfsirul-quranil-əzim”, c.2, səh. 226.)
    Bu hədislərdən məlum olur ki, bu səhabələr mütə nikahının halallığına etiqad bəsləmişlər. Əks halda bu hədisləri nəql etməzdilər. Ya da ən azı peyğəmbərin mütəni haram buyurması haqqındakı hədisləri bu hədislərin kənarında zikr edərdilər.
    12. Ubey ibn Kəb
    Ubey ibn Kəb peyğəmbərin məşhur səhabələrindəndir. O, mütəni halal bilmişdir. Bu görkəmli səhabədən mütə ayəsini "ila əcəlin müsəmma” cümləsi ilə birgə oxuduğu nəql olunmuşdur. Bu hədislər bizim dediklərimizi də isbat etməkdədir. Onları şiə və sünni hədis mənbələrində tapmaq mümkündür. Söhbətimizə aydınlıq gətirmək üçün həmin hədislərdən bir neçəsini burada söyləmək məqsədə uyğundur.
    «و كان ابن عباس و ابي ابن كعب و سعيد بن جبير والسدي يقروون فما استمتعتم به منهن الي اجل مسمي»
    İbn Kəsir yazır:
    İbn Abbas, Ubey ibn Kəb, Səid ibn Cubeyr və Sudey mütə nikahının ayəsini həmişə "ila əcəlin müsəmma” cümləsi ilə qiraət edərdilər.(- "Əl-muhərrirul vəciz fi təfsiril kitabil əziz”. )
    «قال الجمهور: المراد نكاح المتعة الذي كان في صدر الاسلام و قرأ ابن عباس و ابي و ابن جبير فما استمتعتم به منهن الي اجل مسمي»
    Qurtubi yazır: "Cumhur alimlər demişlər ki, ayədə nəzərdə tutulan mütə nikahıdır. Bu nikah İslamın ilk çağlarında mövcud olmuşdur. İbn Abbas, Ubey ibn Kəb və Səid ibn Cubeyr "fəməstəmtətum bihi minhunnə” ayəsini "ila əcəlin müsəmma” cümləsi ilə qiraət edirmişlər.”(- "Cameul-bəyan”, c.5, səh. 9. "Əd-durrul-mənsur”, c.2, səh. 140. "Təfsirul-quranil-əzim”, c.2, səh. 227. "Əlbəhrul mühit”, c.3, səh. 589. "Şərhul-lumə”, c.5, səh. 251. )
    Cəssas yazır:
    «وقد كان ابن عباس يتأوّل قوله تعالي: (فما استمتعتم به ...) علي متعة النساء و روي عنه فيها اقاويل، روي انه كان يتأوّل الآية علي اباحة المتعة و يروي انّ في قرا‍ءة ابي بن كعب «فما استمتعتم به منهن الي اجل مسمي»
    "İbn Abbas həmişə "fəməstəmtətum bihi ...” ayəsini "mütə nikahıdır”- deyə təfsir edirdi. Ondan bu barədə müxtəlif sözlər nəql olunmuşdur. Deyilir ki, o, həmişə ayənin təfsirində mütə nikahının halal olmasını deyərdi. Habelə nəql olunmuşdur ki, Ubey ibn Kəbin qiraətində "ila əcəlin müsəmma” cümləsi gözə dəyir.”(- "Mənahilul-irfan”, c.1, səh. 346. )
    «عن قتادة قال في قراءة ابي بن كعب فما استمتعتم به منهن الي اجل مسمي»
    Qutadə demişdir:
    "Ubey ibn Kəbin qiraətində "fəməstəmtətum bihi minhunnə” ayəsi "ila əcəlin müsəmma” cümləsi ilə birlikdə qeyd olunmuşdur.”(- "Mənahilul-irfan”, c.1, səh. 346. )
    Yuxarıdakı rəvayətlər Ubey ibn Kəbin mütə nikahı barəsindəki fikirlərini aydınlaşdırır.
    13.Əmr ibn Hüreys
    Mütə nikahını caiz bilən və ona dəfələrlə əməl edən kəslərdən biri də peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabəsi Əmr ibn Hüreysdir. Bu şəxs mütə nikahına etiqad bəsləməklə yanaşı çox da siğə edərdi. Ona görə də Ömər ibn Xəttab mütəni qadağan etdi. Ömər İbn Hüreysə görə mütənin qarşısını alır və onu yayılmağa qoymurdu. Bu barədə bir neçə hədisə nəzər salaq:
    «عن جابر بن عبدالله انه قال كنا نستمتع بالقبضة من التمر والدفيق الايام علي عهد رسول الله  و ابي بكر حتي نهي عنه عمر في شأن عمرو بن حريث»
    Nəql olunur ki, Cabir ibn Abdullah dedi: "Biz bir ovuc xurma və ya unla Allahın rəsulunun (səlləllahu əleyhi və alihi və səlləm) və Əbu-bəkrin zamanında mütə edirdik. Belə ki, Ömər sonradan onu Əmr ibn Hüreysin işinə görə qadağan etdi.”(- "Cameul-bəyan”, c.5, səh. 9. "Əd-durrul-mənsur”, c.2, səh. 140. )
    «عن ابن جريج قال: اخبر ني ابو الزبير عن جابر قال: قدم عمرو بن حريث الكوفة فاستمتع بمولاة فأتي بها عمر و هي حبلي فسأله فاعترف قال: فذلك حين نهي عنها عمر»
    Nəql olunur ki, İbn Cüreyc dedi: "Əbu Zubeyr mənə Cabirdən xəbər verdi ki, o dedi: Əmr ibn Hüreys Kufəyə daxil oldu və orada bir kənizlə mütə nikahı bağladı. Bir müddət sonra o kənizlə Ömərin yanına gəldi. Kəniz mütədən hamilə idi. Ondan soruşuldu və o etiraf etdi.
    Dedi: Bu hadisə Ömərin mütə nikahını qadağan etdiyi zamanda baş vermişdir.”(- "Bəhrul-ulum”, c.1, səh. 294. "Təfsiri Məqatil”, c.1, səh. 367. )
    «عن ابي سعيد الخدري و جابر بن عبدالله قالا: تمتعنا الي نصف من خلافة عمر حتي نهي عمر الناس عنها في شأن عمرو بن حريث»
    Əbi Səid Xudri və Cabir ibn Abdullah Ənsari nəql edirlər ki, biz Ömərin xilafətinin yarısına kimi mütə nikahı edirdik. Belə ki, Ömər Əmr ibn Hüreysin işinə görə bu işi bizə qadağan etdi.”(- "Əd-durrul-mənsur”, c.2, səh. 140. "Bəhrul-ulum”, c.1, səh. 294. "Məcməul-bəyan”, c.3, səh. 52. )
    «هشام عن ابيه قال: استمتع عمرو بن حريث من بني سعد ابنة بكر فجحدها»
    Hüşam öz atasından belə: Əmr ibn Hüreys Səd qəbiləsinin qızlarından biri ilə müvəqqəti evləndi. Sonra uşağı inkar etdi.(- "Bu kitabın ikinci fəslinə müüraciət edin. )
    Bu gördüyünüz hədisləri Əmr ibn Hüreysin əqidəsini izah etmək üçün qeyd etdik. Deməliyik ki, əhli-sünnə alimləri də bu həqiqəti etiraf etmişlər. Əmr ibn Hüreys mütə nikahını halal bilən şəxsiyyətlərdən biri idi və özü də dəfələrlə bu növ nikah bağlamışdı. Belə ki, Ömər mütə nikahını onun üzündən qadağan etdi.
    14. Müaviyə ibn Əbu Sufyan
    Keçən söhbətlərimizdə aydın oldu ki, peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrindən bir qrupu o həzrətin vəfatından sonra mütə nikahını halal bilmişlər. Onlardan biri də Müaviyə ibn Əbu Sufyandır. O, peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) sonra mütə nikahını halal bilməklə yanaşı ona əməl də edirdi. Əhli-sünnə kitablarının yazdığına görə Müaviyə Müanə adlı qızla mütə nikahı bağlamışdı. O, hər il bu qıza hədiyyə göndərərdi. Mövzunun geniş izahı üçün əhli-sünnə alimlərinin öz mötəbər kitablarında yazdıqları hədisləri burada nəql etməyi lazım bilirik.
    «عن صفوان بن يعلي بن امية اخبر ني يعلي أنّ معاوية استمتع بإمرأة بالطائف»
    Nəql olunur ki, Səfvan ibn Yəla ibn Üməyyə dedi: Yəla mənə rəvayət etdi ki, Müaviyə Taifdə bir qadınla mütə nikahı bağladı.(- "Cameul-bəyan”, c.5, səh. 9. Əl-kəşf vəl-bəyan”, c.3, səh. 286. Muqtəniyatuddurər və multəqatus-səmər”, c.3, səh. 82. )
    İbn Həcər bu hədisi nəql edəndən sonra yazır: "Bu hədisin sənədi səhihdir.”(- "Cameul-bəyan”, c.5, səh. 9. "Əl-kəşf vəl-bəyan”, c.3, səh. 286. "Məcməul-bəyan”, c.3, səh. 52. )
    «قال ابو الزبير : سمعت جابر بن عبدالله يقول :استمتع معاوية بن ابي سفيان مقدمه من الطائف علي ثقيف بمولاة ابن الحضرمي يقال لها «معانه» قال جابر ثم ادركت معانة خلافة معاوية حية فكان معاوية يرسل اليها بجائزة في كل عام حتي ماتت»
    Əbu Zubeyr dedi: "Cabir ibn Ənsaridən eşitdim ki, belə deyirdi:
    - Müaviyə ibn Əbi Sufyan Taifə səfər edərkən Səqif məntəqəsində ibn Həzrəminin Müanə adlı kənizi ilə müvəqqəti olaraq evləndi.
    Cabir davamında dedi:
    - Müanəni Müaviyənin xilafəti dövründə gördüm. O, yaşayırdı və Müaviyə onun vəfatına qədər hər il ona hədiyyə göndərirdi.”(- "Əl-kəşf vəl-bəyan”, c.3, səh. 286. )
    Hüşam ibn Kəlbi yazır:
    «و استمتع معاويه من ابنة زيتون بنت عبد ثقيف، فولدت عبدالرحمان»
    "Müaviyə Zeytunun qızı ilə müvəqəti nikah bağladı. Zeytun Əbd Səqifin qızı idi. Bu nikahdan Əbdürrəman dünyaya gəldi.”(- "Bəhrur-raiq”, c.3, səh. 190. "Əl-Məbsut”, c.5, səh. 153. )
    Verilmiş hədislər açıq-aydın göstərir ki, Müaviyə mütə nikahını haram bilmirmiş. Ona görə də aşkarda mütə edir və müvəqqəti həyat yoldaşına hədiyyə və bəxşişlər göndərirdi. Bu baş verənləri əhli-sünnə alimlərinin əsərlərində də görmək olar.
    Biz keçən söhbətlərimizdə demişdik ki, peyğmbər səhabələrinin əksəriyyəti mütə nikahının halallığına etiqad bəsləmişlər. Onların bir qrupu haqqında nisbətən ətraflı damışdıq. İndi söhbəti həddindən artıq uzatmamaq üçün mütə nikahını halal bilən digər şəxslər barəsində müxtəsər araşdırmalar aparmaq və bununla da mövzunu yekunlaşdırmaq niyyətindəyik.
    15. Səd ibn Səd ibn Əbi Təlhə
    O, Kənde adlı qəbilədən olan bir qadınla müvəqqəti evləndi. Bu nikahdan Abdullah ibn Səd dünyaya gəldi.(- "Ümdətul-qari”, c.24, səh. 117.)
    16. Əsvəd ibn Hüşam ibn Hərs
    Əsvəd siğə etmiş və bu nikahdan Həbibə adlı bir qız dünyaya gəlmişdir.
    17. Fəzalə ibn Cəfər ibn Dəfiə
    Fəzaləınin müvəqqəti evliliyi nəticəsində Üməyyə ibn Fəzalə dünyaya gəlmişdir.(- Yenə orada səh. 48-49. )
    18. Əbu Müslim ibn Hərs ibn Amir
    19. Hilal ibn Rafi Əz-zubeydi
    Hilal bu nikah vasitəsi ilə oğlan övladı dünyaya gətirdi.
    20. Əbu Ubeydə ibn Həfs ibn Muğeyrə
    Bu nikahla Ömər adlı bir oğlan dünyaya gətirdi.
    21. Əbu Abdullah ibn Əvf ibn Səbrə
    Bu nukah vasitəsi ilə Yusif adlı bir övlad atası oldu.(- Tabeinlər tabeini-dedikdə məşhur "tabein" təbəqəsindən sonra gələn, onların hüzurlarında şagirdlik edən və onların vasitəsi ilə hədis nəql edən ravi təbəqəsi nəzərdə tutulur.(tərcüməçi) )
    22. İbn Saib ibn Seyni ibn Aiz
    Mütə nikahı etməklə Ömər adlı bir oğlan dünyaya gətirdi.
    23. Huveyris ibn Əmr ibn Osman
    24. Əbu Vaqid sahibi rəsulullah
    25. Abdullah ibn Cəfər ibn Əbu Talib
    O, Məkkədə bir qadınla siğə etdi və ondan Müsavir adlı bir oğlan dünyaya gəldi.(- Səhiheyn və ya iki səhih, burada "Səhihi Buxari” və "Səhihi Müslim” nəzərdə tutulmuşdur. (tərcüməçi) )
    Bunlar Allah rəsulunun (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrindən olan şəxslərdir ki, peyğəmbərin(səlləllahu əleyhi və alihi və səlləm) həyatı zamanında və onun vəfatından sonra müvəqqəti nikahın halallığına etiqad bəsləmiş və gördüyünüz kimi bir çox hallarda bu növ nikahla evlənmişlər. Elmi tədqiqat əsərimizin bu hissəsində dediklərimizlə kifayətlənirik. Tabeinin mütə barəsində görüşlərini aydınlaşdırmaq üçün tədqiqatımızı davam etdiririk.
    Category: Müvəqqəti nikah (elmi araşdırma) | Added by: Islam_Kitabxanasi
    Views: 621 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024