İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Müvəqqəti nikah (elmi araşdırma)

    Müvəqqəti nikah (elmi araşdırma)
    2012-04-03, 2:17 PM
    Tabein
    İslamın görkəmli şəxsiyyətlərinin dedikləri:
    Yadınızdadırsa ötən söhbətlərimizdə qeyd etdik ki, Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) mütə nikahını haram buyurmamışdır. Habelə bu nikaha qadağanın Allah rəsulunun (səlləllahu əleyhi və alihi və səlləm) hesabına yazılmasının uydurma olmasını isbat etmək üçün bəzi səhabələrin sozlərini və onların hayatında baş verən hadisələri araşdırdıq. İndi isə tabeinin bu barədəki fikirlərini bəyan etmək, onların mütə ayəsi haqqındakı təfsirlərini, həmçinin bu nikah barəsindəki görüşlərini şərh etməyi lazım bilirik. Bu haqda müzakirələrə başlamazdan öncə tabeinin mütə nikahının halallığı barəsindəki fikirlərini din alimlərinin dilindən nəzərinizə çatdırırıq.
    İbn Həzm yazır:
    «و قد ثبت علی تحلیلها بعد رسول الله صلی الله علیه و آله و سلم جماعة من السلف رضی الله عنهم منهم من الصحابه .... و من التابعین طاوس و عطاء و سعیدبن جبیر و سائر فقهاء مکة اعزها الله»
    "Sübut olunmuşdur ki, peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) sonra sələfdən olan bir qrup o cümlədən səhabə və tabein mütə nikahının halallığına və caizliyinə fitva vermişlər. Tabeindən Tavusun tərəfdarlarının , Ətanın, Səid ibn Cubeyrin, və sair Məkkə fəqihlərinin adlarını çəkmək olar.”(- "Raviyani müştərək”, c2, səh. 630. )
    Zərqani yazır:
    «بانه ثبت الجواز عن جمع من الصحابه کجابر و ابن مسعود و ابی سعید و معاوية .... و عن جماعة من التابعین»
    "Sübut olmuşdur ki, səhabələrdən bir qrupu, o cümlədən Cabir, İbn Məsud, Əbi Səid Xudri, Müaviyə və başqaları mütə nikahını halal bilmişlər... habelə bir qrup tabeinin də bu nikahı halal bildiyi şübhə doğurmur.”(- "Təhzibut-təhzib”, c.6, səh. 360. "Siyəru Əlamun-nübəla”, c.6, səh. 333. )
    Şəvkani yazır:
    «و من حکی القول بجواز المتعة عن ابن جریج الامام المهدی فی البحر و حکاه عن الباقر و الصادق (علیه السلام) و الامامیة»
    "İmam Mehdi, mütə nikahının caizliyini "Bəhr" kitabında ibn Cüreycdən, İmam Baqirdən, İmam Sadiqdən (əleyhima əs-səlam) və imamiyyədən nəql edən kəslərdəndir.”(Raviyani müştərək”, c2, səh. 632. )
    İbn Ruşd "Bidayətül-müctəhid" kitabında yazır:
    «و اشتهر عن ابن عباس تحلیلها و تبع ابن عباس علی القول بها اصحابه من اهل مکه و اهل اليمن و رووا انّ ابن عباس کان یحتج لذلک لقوله تعالی «فمااستمتعتم به منهن الی اجل مسمی». وروی عنه انه قال: ما کانت المتعة الا رحمة من الله عزوجل رحم بها امّه محمد (صلی الله علیه و آله و سلم) و لولا نهی عمر عنها ما اضطر الی الزنا الاشفی، و هذا الذی روی عن ابن عباس رواه عنه ابن جریج و عمروبن
    دینار و عن عطاء قال سمعت جابربن عبدالله یقول: تمتعنا علی عهد رسول الله (صلی الله علیه و آله و سلم) و ابی بکر و نصفا من خلافة عمر ثم نهی عنها عمر الناس»
    "İbn Abbasın mütə nikahını caiz bilməsi məşhurdur. Məkkədən və Yəməndən olan əshabı bu fikirdə ona tabe olmuşlar. Nəql olunmuşdur ki, İbn Abbas mütə nikahının caizliyi sübuta yetirmək üçün həmişə "fəməstəmtətum bihi minhunnə ila əcəlin-müsəmma” ayəsinə istinad edərmiş. Habelə nəql olunmuşdur ki, o dedi: Allah Ömərə rəhmət etsin, mütə Allahın Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) ümmətinə göndərdiyi rəhmətdən başqa bir şey deyildi. əgər Ömər onu qadağan etməsəydi insanların kiçik bir hissəsindən savayı kimsə zina etməzdi. Bunlar ibn Abbasdan nəql olunmuş sözlərdir. Onları İbn Cüreyc, Əmr ibn Sinar nəql etmişlər. Əta nəql edir: Cabir ibn Abdullahdan eşitdim ki, biz peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm), Əbubəkrin zamanında və Ömərin xilafətinin yarısına kimi siğə edirdik. Sonra Ömər bu işi camaata qadağan etdi.”(- "Siyəru Əlamun-nübəla”, c.6, səh. 333. "Təhzibut-təhzib”, c.6, səh. 360. )
    Abdullah ibn Qudamə yazır:
    «حکی عن ابن عباس انها جائزة و علیه اکثر اصحابه عطاء و طاووس و به قال ابن جریج»
    "İbn Abbasdan mütə nikahının halallığı nəql olunmuşdur. Onun şagirdlərinin əksəriyyəti, o cümlədən Əta, Tavus və İbn Cüreyc onun əqidəsinə şərikdirlər.”(- "Təzkirətul-hüffaz”, c.1, səh. 170. "Cəvamiül-cami”, c.2, səh. 36. "Əl-məsailül-sağaniyyə”, səh. 37. )
    Şeyx Müfid yazır:
    «فذکر ابو علی الحسین بن علی بن یزید و هو من جملة فقهاء العامة فی کتابه المعروف بکتاب (الاقضیة) انه قال بنکاح المتعة من اصحاب رسول الله علی الله علیه و آله عبدالله بن مسعود .... و جماعة من التابعین منهم عطاء و طاووس و سعید جبیر و جابربن یزید و عمروبن دینار و ابن جریج و جماعة من اهل مکة و المدینة و اهل الیمن و اکثر اهل الکوفه»
    "Əbu Əli Əl-Hüseyn ibn Əli ibn Yəzid adlı əhli-sünnə alimi öz məşhur "Əl-Əqziyə” kitabında qeyd etmişdir ki, peyğəmbər(səlləllahu əleyhi və alihi və səlləm) səhabələrindən mütə nikahına etiqadı olan şəxslər bunlardır: Abdullah ibn Məsud... və tabeindən bunlardır: Əta, Tavus, Səid ibn Cübeyr, Cabir ibn Yəzid, Əmr ibn Dinar və İbn Cüreyc, Məkkə Mədinə və Yəmən sakinlərindən bir qrup və Kufə əhlinin əksəriyyəti.”(- "Mizanul-etidal”, c.2, səh. 659. "Təhzibul-kəmal”, c.18, səh. 353. )
    O, "Xülasətul-icaz” kitabında yazır:
    «و فی التابعین الامام زین العابدین و الباقر و الصادق و مجاهد و عطاء بن ابی رباح و طاووس و ابو زبیربن مطرف المکی اسمه محمدبن مسلم بن تدرس الاسدی و محمدبن سدی ذکر ابوالحسن علی بن الحسین الحافظ فی کتاب «سیر العباد» انّ الحسن البصری و ابرهیم النخعی یقولون به و سعید بن جبیر حتی قال انها احل من ماء الفرات و جابربن یزید الجعفی و ابن جریج و الحسن بن محمد بن علی بن حنفیه و عمروبن دینار ...»
    "Tabeindən mütə nikahını təsdiqləyən şəxslər bunlardır: imam Zeynulabidin, imam Baqir, imam Sadiq (əleyhimus-səlam) Mücahid, Əta ibn Əbi Ribah, Tavus, Əbu Zubeyr ibn Mətrəf Əl-Məkki (adı Məhəmməd ibn Müslim ibn Tudris Əsədidir) və Məhəmməd ibn Sudey. Əbulhəsən ibn Əli ibn Əl-Hüseyn Hafiz "Seyrul-ibad” kitabında demişdir: Şübhəsiz, Həsən Bəsri və İbrahim ibn Nəxəi mütə nikahını halal bilmişlər. Hətta Səid ibn Cübeyr demişdir ki, mütə nikahı Fərat çayının suyundan da halaldır. Cabir ibn Yəzid Cövfi və İbn Cüreyc, Həsən ibn Məhəmməd ibn Əli ibn Hənəfiyyə və Əmr ibn Dinarın adını da onların sırasında çəkmək olar.”(- "Təhzibul-əhkam”, c.7, səh. 214. "Əl-hədaiqun-nazirə”, c.23, səh. 199. )
    "Cəvahirul-kəlam” kitabının müəllifi yazır:
    «و کفی بذلک اتفاق اهل البیت الذین هم اساطین الاسلام علی خلافه، و اتفاق شیعتهم علی ذلک حتی صار من ضروریات مذهبهم یعرفه کل احد منهم ...و ایضا فالقول علیها منقول من اعظم الصحابة و التابعین، مجاهد، عطاء بن ابی رباح، طاووس، ابن الزهری مطرف، محدبن سدی ... و نقل عن مالک، ابن شبرمة من الفقهاء المیل الیها»
    "Mütə nikahını isbat etmək üçün bunu demək kifayətdir ki, İslamın sutunları olan Əhli-beytin (əleyhimus-səlam) mütənin halallığı barəsindəki yekdilliyi və Əhli-beyt şiələrinin bu barədə yekdil rəyləri bir həddə çatmışdır ki, onların məzhəb zərurətlərindən sayılmışdır. Hamı bunu bilir... Habelə mütə nikahının caizliyi görkəmli səhabələrdən... və tabeindən, o cümlədən Mücahid, Əta ibn Ribah, Tavus, İbn Zöhri Mətrəf və Məhəmməd ibn Sudeydən nəql olunmuşdur. Və fəqihlər içində Malikin və Şübrəmənin də siğəyə təmayüllü olduğları yazılır.”(- "Vəsailüş-şiə”, c.21, səh. 19-20. "Əl-kafi”, c.5, səh. 451. "Müstədrəkul-vəsail”, c.14, səh. 453. )
    İbn Aşur yazır:
    «انه ثبت ان الناس استمتعوا و عن علی بن ابی طالب و عمران بن حصین و ابن عباس و جماعة من التابعین والصحابة انهم قالوا بجوازه»
    "Sübut olunmuşdur ki, camaat mütə nikahı etmişlər. Əli ibn Əbi Talibdən (əleyhis-səlam), İmran ibn Hüseyndən, İbn Abbasdan, tabein təbəqəsindən olan bir qrupdan və səhablərdən nəql olunmuşdur ki, onlar mütə nikahının caizliyinə etiqad bəsləmişlər."(- "Nəylil-əvtar”, c.6, səh. 270. "Əl-Muğni”, ibn Qudamə, c.7, səh. 471, 572. )
    Bütün bunlar iki məzhəb alimləri və böyük şəxsiyyətləri tərəfindən tabeinin mütə nikahı barəsindəki fikirləri haqqında əhəmiyyət daşıyan nöqtələrdir. Biz bu haqda külliyyatı söyləməklə kifayətlənir və daha ətraflı tədqiq üçün bu şəxslərin barəsində bir-bir söhbət açırıq. Hədəfimiz budur ki, tabeinin də Əhli-beytin (əleyhimus-səlam) kənarında və peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrilə birgə mütə nikahının halallığına etiqad bəslədiklərini və bir çox hallarda bu nikah növündən istifadə etdiklərini göstərək. Nəzərinizə çatdırmaq lazımdır ki, əgər tabein və Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) peyğəmbəri görməyən şəxslər nikah ayəsini "ila əcəlin müsəmma” cümləsiylə birgə oxumuşlarsa, bu onların mütə nikahının halallığına etiqad bəslədiklərini göstərir. Çünki mütə nikahı peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən nəsx olsaydı, nikah ayəsini "ila əcəlin müsəmma” ilə və ya bu cümləsiz oxumağın heç bir fərqi olmazdı. Əks halda deməliyik ki, bu cümlə Quranın bir hissəsidir və bu şəxslər Quranın təhrif olunmaması üçün ayəni "ila əcəlin müsəmma” ilə qiraət etmişlər.
    1. Səid ibn Cübeyr
    Səid ibn Cubeyr tabein sinfinin görkəmli şəxsiyyətlərindən və tanınmış təfsir alimlərindəndir. Mütə nikahı haqqında tabeindən bizə çatan faktlardan məlum olur ki, Səid ibn Cübeyr mütə nikahını halal bilirmiş. Sünni və şiə alimləri o cümlədən Təbərsi(- "Əl-məbsut”, c.5, səh. 152. ), Bəlaği(- "Əl-binayə fi şərhil-hidayə”, c.4, səh. 565. ), Seyid Əbdülhüseyn(- "Əl-müğni”, c. 7, səh. 571. "Əşşərhul-kəbir”, c. 7, səh. 536. ), Təbəri(- "Ət-təhrir vət-tənvir”, c. 4, səh. 88-89 ), Cəlaləddin Siyuti(- "Ət-təhrir vət-tənvir”, c. 4, səh. 89 ), Əbu Həyyan(- Fahruddin Er-Râzi, Tefsir-i Kebir Mefâtihul-Gayb, Akçağ Yayınları: 1/ IV. Prof. Dr. Hayrettin Karaman, Prof. Dr. Mustafa Çağrıcı, Prof. Dr. İbrahim Kafi Dönmez, Prof. Dr. Sabrettin Gümüş, Kuran Yolu: I/XI. ), İbn Kəsir(- "Əl-mütə bəynəş-şəriə vəl-bidə”, səh. 144 ), Səyləbi, Hakim Nişapurinin(- "Əl-Cameul-əhkam lil-quran”, c.5, səh. 133. "Fəthul-bari”, c. 9, səh.142. "Şəhuz-zərqani”, c. 3, səh. 154 )yazdıqlarına görə Səid ibn Cübeyr mütə nikahı ayəsini həmişə "ila əcəlin müsəmma” cümləsi ilə birlikdə oxuyar və onunla təfsir edərdi. Səid ibn Cübeyrin və ya hər hansı bir şəxsin bu ayəni "ila əcəlin müsəmma” cümləsi ilə birlikdə oxuması bu mətləbi çatdırır ki, bu ayə mütə nikahı haqqında nazil olmuş və heç bir ayə onu nəsx etməmişdir. Çünki ayə nəsx olsaydı bu böyük şəxsiyyətlərin onu "ila əcəlin müsəmma” cümləsi ilə birgə və ya bu cümləsiz oxumalarının heç bir mənası qalmazdı. Əllamə Təbatəbai(- "Əl-Came liəhkam lil-quran”, c.5, səh. 132 ) və İbn Həcər kimi tanınmış alimlər bu faktı təsdiqləmişlər. İbn Həcər yazır:
    «و ظاهر استشهاد بن مسعود بهذه الآیه هنا (الی اجل مسمی) یشعر بانه کان یری لجواز المتعة»
    "İbn Məsudun mütə ayəsinə "ila əcəlin müsəmma” ilə istinad etməsi bunu göstərir ki, o, mütə nikahının caizliyinə inanırdı.”(- "Tarixul-İslam”, c.9, səh. 498; "Əs-sunənul-kubra”, c. 10, səh. 211; "Mərifətu ulumil-hədis”, səh.65 )
    Kiminsə "ila əcəlin müsəmma” cümləsini oxumaqla səhabə və tabeinlərin Quranın təhrifinin qarşısını almaq istəmələrini iddia etməsi öz-özlüyündə qeyri-məqbuldur.
    Bundan əlavə Səid ibn Cübeyrin mütə nikahını qəbul etməsi və bir çox hallarda ona əməl də etməsi hədislərdə öz əksini tapmışdır. Əbdürrəzzaq bu barədə yazır:
    «و عن بن جریج عن عبدالله بن عثمان بن خثیم قال: کانت بمکة امرأة عراقیة تسنّک جمیلة لها ابن یقال له ابوامیة و کان سعید بن جبیر يکثر الدخول علیها قال: قلت یا ابا عبدالله! ما اکثر ماتدخل علی هذه المرأة قال: انا قد نکحناها ذلک النکاح – المتعة- قال و اخبرنی ان سعیداً قال له: هی احل من شرب الماء – المتعة- »
    İbn Cüreyc, o da Abdullah ibn Ösman ibn Xəsimdən belə nəql edir: Məkkədə gözəl və Allahpərəst bir iraqlı qadın vardı. Bu qadının bir oğlu var idi ki, onu "Əbu Üməyyə" deyə çağırırdılar. Səid ibn Cübeyr hey o qadının yanına gedərdi. Mən ondan:
    - Ya Əba Abdullah, nə üçün o qadının yanına çox gedirsiniz?- deyə soruşdum. Səid ibn Cübeyr:
    - Mən onunla mütə nikahı bağlamışam,- deyə cavab verdi.
    İbn Cüreyc söhbətinin ardında dedi: Səid ibn Cübeyr mənə dedi:
    - Mütə nikahı su içməkdən də halaldır(- "Nəylil-Əvtar”, c.6, səh. 370; "Mərifətu ulumil-hədis”, səh.65 )
    Səid ibn Cübeyrin mütə nikahının caizliyi barəsindəki məsləkini sual altına almaq üçün onun adına yalançı hədislər də uydurmuşlar. Keçən müzakirələrimizdə o hədislərdən yazdığımız üçün bu miqdarla kifayətlənirik.
    2. Mücahid ibn Cəbr
    Mücahid öz əsrinin tanınmış Quran qarilərindən və təfsirçilərindəndir. O, özündən sonrakı əsrlərdə də təfsir və qiraət elmlərinin öncüllərindən hesab olunmuşdur. Hər iki məzhəbin kitablarında yazıldığı kimi bu adlı-sanlı tabei, böyük müfəssir İbn Abbasın ətəyində böyümüş və təfsir elmini ondan öyrənmiş şəxslərdən biridir. Fəzl ibn Məymun bu haqda yazır:
    Mücahiddən belə söylədiyini eşitdim ki, o dedi: Mən Quranı otuz dəfə İbn Abbasın hüzurunda oxudum.
    Nuri isə demişdir:
    «اذا جائک التفسیر عن مجاهد فحسبک به»
    "Əgər Mücahiddən əlinə bir təfsir çatdısa sənin üçün kifayətdir.”(- "Fəthul-Bari”, c.9, səh. 142 )
    Əhli-sünnənin adlı-sanlı alimləri o cümlədən Məhəmməd Cərir Təbəri(- "Bidayətul-müctəhid”, c.2, səh. 47 ), Cəlaləddin Siyuti(- "Əl-Mühəlla”, c.9, səh. 520 ), İbn Kəsir(- "Əl-Büldan”, səh. 239. ), başqaları(- "Kəhf”, ayə, 5 ) öz təfsir kitablarında qeyd etmişlər ki, Mücahid mütə nikahının ayəsini "ila əcəlin müsəmma” cümləsi ilə oxuyar və təfsir edərdi. Bu da Mücahidin mütə nikahının halallığını qəbul etdiyini aydın nümayiş etdirir.( Bunuda nəzərə almaq lazımdır ki, Mücahid tabeindən biridir və peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) yaxından görməmişdir. Dini elmləri də səhabələrdən mənimsəmişdir.) Elə buna görə də Mücahid mütə nikahı ayəsini belə təfsir etmişdir.
    3. Məhəmməd ibn Sudəy
    Məhəmməd ibn Sudəy də tabein təbəqəsindəndir. O, müsəlmanların etimad və etibar etdikləri şəxslərdəndir. Məhəmməd ibn Sudeydən mütə ayəsi barəsində əlimizə gəlib çatan təfsirlərdən belə nəticə çıxarmaq olar ki, o, mütə nikahının halallığına etiqad bəsləmişdir. Təriqətlərin təfsir kitablarında Məhəmməd ibn Sudəydən mütə nikahı barəsində qeyd olunmuş təfsirlərdən məlum olur ki, o, bu ayənin mütə nikahı üçün nazil olduğunu dəstəkləyirmiş. Buna görə də deyilən ayəni "ila əcəlin müsəmma” cümləsi ilə təfsir edərmiş.(- "Nəhl”, ayə, 116 )
    4. Qutadə ibn Dəamə
    Qutadənin əsli İraqdandır və tabeilər təbəqəsindən sayılır. O, peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) şöhrətli səhabəsi, Abdullah ibn Məsudu görmüş və hədislərini onun vasitəsilə nəql etmişdir.(- "Nikahul-misyar və əhkamul-ənkihətil mühərrəmə”, səh. 3 ) Təriqət böyüklərinin dediklərinə görə Qutadə İraqın ən böyük alimlərindən və bütün müsəlmanların etimad göstərdiyi şəxslərdəndir. Səid ibn Müseyyib Qutadə haqqında demişdir: "Mən iraqda Qutadədən hafiz bir şəxs görmədim.”(- "Nikahul-misyar və əhkamul-ənkihətil mühərrəmə”, səh. 3; "Rivacul-misyar və həqiqətihi və hikmərihi”, səh. 9 )
    Əhli-sünnə kitablarının yazdıqlarına görə Qutadə də mütə ayəsini "ila əcəlin müsəmma” ifadəsi ilə qiraət və təfsir edirdi. (- Bu sözlər bu alimin İslami fiqh cəmiyyətinin on səkkizinci qurultayında, müqəddəs Məkkə şəhərində hicri qəməri tarixi ilə 8/12/ 1416 və miladi tarixi ilə 17/8/2005 –ci ildəki çıxışında söylənilmişdir. )
    5. Məqatil ibn Süleyman
    Əhli-sünnə kitablarında, habelə Məqatil ibn Süleymanın öz təfsirində yazılanlar Məqatilin də digər səhabə və tabein kimi mütə nikahı ayəsini "ila əcəlin müsəmma” cümləsi ilə birgə qiraət və təfsir etməsindən hekayət edir.(- "Sünəni Beyhəqi”, c.7, səh. 205. )
    6. Əta ibn Əbi Ribah
    Əta ibn Əbi Ribah da tabeilərdən biri və mütə nikahını halal edən fərdlərdəndir.(- "Əl-məsailus-sağaniyyə”, səh. 35; "Əl-münazirat bəynə füqəhaus-sunnə və füqəhauş-şiə”, səh. 95. ) Onun təfsir və hədislərdən əlimizə gəlib çatanları bu həqiqəti təsdiqləməkdədir. Bundan əlavə din alimləri də Ətanın mütə nikahının halallığına etiqad bəslədiyini söyləmişlər.(- "Rəsailul-Mürtəza”, c. 1, səh. 237 )
    7. Həbib ibn Əbi Sabit
    Təfsir mənbələrində göstərildiyi kimi Həbib ibn Əbi Səbat mütə nikahı ayəsini İbn Abbas və Ubey ibn Kəbin təfsirinə uyğun olaraq "ila əcəlin müsəmma” cümləsi ilə qiraət və təfsir etmişdir.(- "Əl-xilaf”, c.4, səh. 341 )
    8. Həkəm ibn Uyəynə
    Həkəm ibn Uyəynədən bizə çatmış hədislər aydınlıqla göstərir ki, o, mütə nikahının caizliyinə inanmışdır. Əks halda bu kimi hədisləri nəql etməz və onlara istinad etməzdi.
    Əhli-sünnə və şiələrin görkəmli xadimləri təfsir və hədis kitablarında qeyd etmişlər:
    «روی عن الشعبة عن الحکم قال: سألته عن هذه الآیة ( فمااستمتعتم به منهن) امنسوخة هی؟ قال لا قال الحکم: قال علی بن ابی طالب کرم الله وجهه: لولا ان عمر نهی عن المتعة ما زنا الاشقی»
    Şöbə Həkəm ibn Uyəynədən nəql edir ki, bir gün Həkəm ibn Uyəynədən:
    - Bu ayə nəsx olmuşdurmu? – deyə mütə nikahı barəsində soruşdum.
    - Xeyr, - deyə Həkəm cavab verdi və davam etdi,- Əli(əleyhis-salam) buyurmuşdur: "Əgər Ömər mütəni qadağan etməsəydi bədbəxt insanlardan başqası zinaya bulaşmazdı”.(- "Zübdətul-bəyan”, c.2, səh.653 )
    Bu hədisi bir nümunə və dediklərimizin canlı şahidi olaraq zikr etdik.
    9. Təlhə ibn Məsrəf
    Təlhə ibn Məsrəfin də adı mütə nikahının ayəsıni "ila əcəlin müsəmma” cümləsi ilə oxuyan və təfsir edənlərin sırasında çəkilir.(- "Məcməul-bəyan”, c.3, səh.60-61 )
    10. Zəfər ibn Əvs Mədəni
    Əhli-sünnənin fiqhi(- "Zubdətut-təfasir”, c.2, səh.43 ) və digər kitablarında(- "Əl-burhan fi təfsiril-quran”, c.2, səh.57-58 ) yazılmışdır ki, Zəfər ibn Əvs də mütə nikahını caiz bilən kəslərdən olmuşdur.
    11. Tavus Yəmani
    İbn Həzmin Əl-Mühəlla kitabında yazdığına görə Tavus da mütə nikahının halal olduğunu əqidə kimi seçmişdir.(- "Alaur-rəhman fi təfsiril-Quran”, c.2, səh.75 )
    Category: Müvəqqəti nikah (elmi araşdırma) | Added by: Islam_Kitabxanasi
    Views: 614 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024