İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Müvəqqəti nikah (elmi araşdırma)

    Müvəqqəti nikah (elmi araşdırma)
    2012-04-03, 2:16 PM
    Üçüncü hissə
    Tabeinlər tabeini
    (- "Əl-mizan”, c.4, səh.271-272 )
    1. İbn Cüreyc
    İbn Cüreyc adı ilə məşhur olan Əbdülməlik ibn Əbdüləziz əhli-sünnənin tanınmış fəqihlərindən və "səhiheyn”(- "Ət-tibyan”, c.3, səh.165; "Təfsiri nümunə”, c.3, səh.333; "Əl-bəyan fi təfsiril-quran”, səh.423; Təfsirul-quranil-məcid”, c.1, səh.141 )in ən etimadlı ravilərindəndir. Bu məşhur fəqih hicri qəməri tarixi ilə 80-cı ildə (amul-cihaf), yəni Məkkəyə, hacıların çoxunun ölümünə səbəb olan dəhşətli və viranedici sel gələn il dünyaya göz açmışdır.(- "Əl-məsailus-sağaniyyə”, səh. 35 ) O, hicri-qəməri tarixilə 150-ci ildə 70 yaşında vəfat etmişdir.(- "Əl-bəyan fi təfsiril-quran”, səh.315 )
    İbn Cüreyc on doqquz ilə yaxın İbn Abbasın məşhur tələbələrindən olmuş Əta ibn əbi Ribahın şagirdlərindəndir. Qeyd etmək lazımdır ki, Əta ibn əbi Ribah illərlə İbn Abbasın elmindən bəhrələnmiş və onun nəzəriyyələrinin təsiri altında inkişaf etmişdir. İbn Cüreyc aldığı dərsləri tamamlayandan sonra Məkkədə müxalifsiz bir fəqih kimi şöhrət tapmışdır. Əhli-sünnənin böyük alim və fəqihlərindən olan İbn Cüreyc təriqət rəhbərlərinin açıqladıqlarına görə müqəddəs Məkkə şəhərində mütə nikahını caiz bilən və dəfələrlə buna əməl edən insanlardan olmuşdur.(- Alimlər arasında yekdil rəy. )
    Zəhəbi yazır:
    Şafeyi demişdir ki, ibn Cüreyc 60 qadınla mütə nikahı bağlamışdır.(- "Sərair”, c.2, səh. 618 )
    İbn Cərir demişdir: "İbn Cüreyc həmişə mütə nikahının caizliyini təsdiqləmiş və 60 qadınla siğə etmişdir.”(- "Əl-mütə bəynəş-şəriə vəl-bidə”, səh. 32 )
    Zəhəbi də bu məsələni kamil şəkildə təsdiqləmişdir.(- "Nisa”, ayə 82 )
    Şiə və əhli-sünnə qaynaqlarındakı faktlara əsasən bu nəticəyə gəlmək olar ki, İbn Cüreyc mütə nikahı məsələsində Əhli-beytin (əleyhimus-səlam) dediklərinin tərəfdarı olmuşdur. Buna görə də İmam Sadiq (əleyhis-səlam) ondan mütə nikahının dəlilini soruşanda o, dərhal imam Baqirdən (əleyhis-səlam) nəql olunmuş hədisə istinad etmiş və demişdir ki, biz bu hədisə əsaslanaraq mütə nikahını halal bilirik.(- "Bəqərə”, ayə 164 ) Sözü gedən hədisin mətni belədir:
    عن اسماعيل بن الفضل الهاشمی قال: سألت ابا عبدالله عليه السلام عن المتعة؟ فقال الق عبدالملک بن جریج فسله عنها فان عنده منها علما فلیقته فأملی علی شیئا کثیرا فی استحلالها و کان فیها روی لی فیها ابن جریج، انه لیس فیها وقت و لا عدد انما هی بمنزلة الاماء یتزوج منهن کم شاء و صاحب الاربع نسوة یتزوج منهن ما شاء بغیر ولی و لا شهود، فاذا انقضی الاجل بانت منه بغیر طلاق و یعطیها الشی الیسر و عدتها حيضتان و ان کانت لا تحیض فخمسه و اربعون یوما قال: فأتیت بالکتاب ابا عبدالله (علیه السلام) فقال صدق و أقربه»
    (- "Nəhl”, ayə 11 )
    İbn Cüreycin mütə nikahının halallığı barəsindəki fikirlərini digərləri də öz kitablarında qeyd etmişlər. Biz onları açıqlamaqdan vaz keçir və yuxarıda yazdıqlarımız miqdarla kifayətlənirik.(- "Nəhl”, ayə 11 )
    2. Malik ibn Ənəs
    Malikiyyə məzhəbinin imam və rəhbəri Malik ibn Ənəs də əhli-sünnə alimlərinin etirafına əsasən mütə nikahını halal bilmişdir. Sərəxsi bu barədə demişdir:
    «هذا (نکاح المتعه) باطل عندنا و جائز عند مالک بن انس و هو ظاهر من قول ابن عباس.»
    Mütə nikahı bizim zənnimizcə batil və Malik ibn Ənəsin fikriycə caizdir. İbn Abbasın dediklərinin zahiri də mütə nikahının halallığını çatdırır.(- "Mülk”, ayə 10 )
    Əhməd Eyni bu barədə yazır:
    «قال مالک هو (نکاح متعه) جائز مباحاً»
    Malik demişdir ki, mütə nikahı caiz və mübahdır.(- "Sərair”, c.2, səh. 618 )
    3. Əhməd ibn Hənbəl
    Hənbəli təriqətinin banisi Əhməd ibn Hənbəlin sözlərindən bu qənaətə gəlmək olar ki, o, mütə nikahınıa qadağanı (haram edildiyini) qəbul etməmişdir. Mütə qadağasını ona isnad edənlər isə başqalarıdır. Mütə nikahı qadağasının bu şəkildə Əhməd ibn Hənbələ isnad edilməsi isə bu nukah növünü sual altına almaqdan başqa məqsəd daşımır.
    Abdullah ibn Qudamə Əhməd ibn Hənbəlin mütə nikahı barəsindəki nəzəriyyəsi haqqında yazır:
    «قال ابوبکر فیها روایة اخری انها مکروهة غیر حرام لان ابن منصور سأل احمد عنها یجتنبها احب الی قال فظاهر الکراهة دون التحریم»
    Əbubəkr demişdir: "Mütə nikahı barəsində digər bir hədis də mövcuddur ki, bu nukah növünün haram deyil məkruh olduğunu göstərir. Ona görə də İbn Mənsur Əhməd ibn Hənbəldən mütə nikahı barəsində soruşanda o, : "Mənim zənnimcə mütə nikahından pərhiz etmək daha yaxşıdır” – deyə cavab vermişdir”. Əbubəkr deyir ki, bu sözün zahiri mütə nikahının haram olması yox, onun məkruh olmasını göstərir.(- "Nisa”, ayə 78 )
    Bu da Əhməd ibn Hənbəlin mütə nikahı haqqındakı nəzəriyyəsi idi. Biz bu nəzəriyyəni müəyyən miqdarda tədqiq edib bu qənaətə gəldik ki, mütənin qadağan olması fikri əsasən Əhməd ibn Hənbələ digərləri tərəfindən aid edilmişdir. O, mütə nikahını haram bilməmişdir.
    Əhli-sünnə alimləinin dedikləri
    İbn Aşur Məhəmməd ibn Tahir:
    İbn Aşur hicri-qəməri tarixi ilə on dördüncü əsrdə yaşamış əhli-sünnə təfsirçilərindəndir. Onun fikrincə, mütə nikahı zərurət halında caiz və halaldır. Əhli-sünnənin bu insaflı təfsirçisi öz təfsirində mütə nikahı ətrafında araşdırmalar apardıqdan sonra bu ayənin mütə nikahı barəsində nazil olduğunu etiraf edərək yazır:
    «و الذی استخلصناه فی حکم نکاح المتعة انه جائز عند الضرورة الداعية الی التأجیل مدة العصمة مثل الغربة فی السفر و غزو اذا لم تکن مع الرجال زوجه»
    Mütə nikahı barəsində bu qənaətə qəlmişik ki, zərurət halında paklığa səbəb olan mütə nikahı caizdir. Məsələn, səfərdə, qürbətdə və müharibədə insanın həyat yoldaşı onun yanında olmasa.(- "Fəthul-bari”, c.3, səh. 345, "Məfatihul-ğeyb”, c. 10, səh. 41 )
    O, mütə nikahının hökmlərini belə şərh edir:
    «و یشترط فیه ما یشترط فی النکاح من صداق و اشهاد و ولی حیث یشترط و انهاتبین منه عند انتهاء الاجل و انهالا میراث فیها بین الرجال و المرأة اذا مات احدها فی مدة الاستمتاع و ان عدتها حیضة واحده و ان الاولاد لاحقون بابیهم المستمتع»
    "Daimi nikahda lazım olan mehriyə, şahid və vəli kimi şərtlər mütə nikahında da şərt sayılır. Mütə nikahında ayrılıq nikah vaxtının sona çatması ilə baş verir. Bu növ nikahda kişi və qadın arasında irs yoxdur. Evlilik müddətində onlardan biri vəfat edərsə, mütə nikahının iddəsi bir heyzdir. Bu nikahdan doğulan uşaqlar mütə edən ataya aid olur.”(- "Əhkamul-quran”, Cəssas, c. 3, səh. 98, "Minhacussünnətin-nəbəviyyəh”, c. 4, səh. 189-192 )
    Əhli-sünnənin görkəmli ziyalı alimləri, elmlər doktoru, professor Xeyrəddin Karaman, elmlər doktoru, professor Mustafa Çağrıçı, elmlər doktoru, professor İbrahim Dönməz və elmlər doktoru, professor Səbrəddin Gümüş mütə nikahını halal və caiz saymışlar. Bu alimlər "Nisa” surəsinin 24-cü ayəsinin təfsirində belə söyləmişlər:
    "Nəql olunmuş hədis və rəvayətlərə əsasən, Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) iki dəfə mütə nikahına icazə vermiş və iki dəfə onu qadağan etmişdir. Hədislərdən bu qənaətə gəlmək olar ki, bu iş mütə nikahının nəsx olunması mənasında deyil. Əksinə, bu nikaha böyük ehtiyac duyulanda Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buna icazə vermişdir və buna ehtiyac olmayanda onu qadağan etmişdir. Lakin hədis raviləri bu icazənin səbəbini başa düşməmiş və onu nəsx ilə qarışdırmışlar. Sübut olunmuşdur ki, müsəlmanlar Əbubəkrin və Ömərin zamanında müvəqqəti evlənirdilər və ikinci xəlifə bu işi qadağan etmişdir. (Bu onu göstərir ki, səhabələr də bunu başa düşmüşlər.) Bir sözlə, bu növ nikah səfərdə və müharibədə olan şəxslər üçün hələ də caizdir və iqtisadi zərurət onu tələb edən zamana qədər bu nikahın icazə hökmü öz qüvvəsində qalmaqdadır. Bu nikahda daimi nikahın mehriyə, şahid və vəli kimi xüsusiyyətləri mövcuddur. İki tərəf arasında müəyyən olunmuş müddət bitəndə isə talağa ehtiyac qalmır. Əgər evlilik müddətində ər-arvaddan biri dünyadan gedərsə onların arasında irs yoxdur. Və bu nikahın iddəsi bir paklığdan (heyz olandan sonra) ibarətdir.”(- "Məfatihul-ğeyb”, c. 23, səh. 258; "Məalimut-tənzil fi təfsiril-quran”, c. 3, səh. 267; "Lobabut-təvil fi Məanit-tənzil”, c. 3; səh. 267; "Zadul-məsir”, c. 3, səh. 254; "Durrul-mənsur”, c. 5, səh. 2; "Ruhul-bəyan”, c. 6, səh. 66 )
    Nəzərinizə çatdırdığımız bu mövqe dörd türk aliminin mövqeyi idi.
    Məşhur dinşünasların etirafları
    Sadaladığımız fərdlərdən savayı başqa insanlar da var ki, təriqət alimlərinin etiraflarına əsasən – bir çox səhabə və tabeinlər kimi - mütə nikahının halallığına etiqad bəsləmiş və onun caizliyinə fitva (hökm) vermişlər. Biz söhbəti uzatmadan yalnız onların adlarının sadalamaqla kifayətlənir və bu hissəni də bununla tamamlayırıq. Bu insanlar aşağıdakılardan ibarətdir:
    1. İmam Baqir (əleyhis-səlam)
    2. İmam Sadiq (əleyhis-səlam)
    3. Əbuzzöhri Mətrəf
    4. Həsən Bəsri
    5. İbrahim Nəxəyi
    6. Səid ibn Həbib
    7. Əmr ibn Dinar
    Bu qeyd etdiyimiz şəxslər mütə nikahını caiz bilən insanlardırlar.(- "Ruhul-bəyan”, c. 10, səh. 153; "Təfsirul-quranil-əzim”, İbn Kəsir, c. 8, səh. 234; "Zadul-məsir”, c. 4, səh. 335; "Əl-Kəşşaf”, c. 4, səh. 608; "Kəşful-əsrar və idətul-irad”, c.10, səh. 223 ) İndi isə mütə nikahı və siğə adı ilə məşhur olan şəhərləri nəzərinizə çatdırmaq niyyətindəyik.
    "Mütə və siğə şəhərləri” adı ilə məşhur olmuş Məkkə və Yəmən şəhərləri
    Məhəmməd peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) vəfatindan sonra mütə nikahının halallığı onun əksər səhabələri üçün o qədər aydın idi ki, hicaz və hicaz ətrafı məntəqələrdə "mütə nikahı” və "siğə etmək” adı ilə məşhur şəhərlər mövcud idi. Böyük əhli-sünnə alimlərinin qəti fikirlərinə görə Məkkə və Yəmən, "siğə şəhərləri” adı ilə tanınmışdılar. Lakin bu nikah növü əsrimizdə bir qrup müsəlman tərəfindən "şiələrin uydurduğu nikah” və ya "haram nikah” adı ilə damğalanmaqdadır. Onların bu rəftarı keçmişdə və indiki zamanda o qədər ifratçı olmuşdur ki, bu nikahı halal bilənlərə zinakar və günahkar adı ilə ittiham etmişlər. Sanki unutmuşlar ki, peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) məşhur səhabələri o cümlədən Cabir ibn Abdullah Ənsari, Abdullah ibn Abbas, İmran ibn Hüseyn və keçən bölümdə adlarını çəkdiyimiz digər kəslər mütə nikahının halallığına etiqad bəsləmiş və bir çox hallarda özləri də müvəqqəti olaraq evlənmişlər. Habelə unutmuşlar ki, Məkkə və Yəmən kimi şəhərlər "mütə nikahı” və "siğə etmək” adı ilə məşhur olmuşlar. Əhli-sünnə alimləri bu barədə yazırlar:
    İbn Əbdul-Birr:
    «اصحاب ابن عباس من اهل مکه و الیمن کلهم یرون المتعه حلالاً علی مذهب ابن عباس»
    "İbn Abbasın Məkkədən və Yəməndən olan səhabələrinin hamısı İbn Abbasın məsləki əsasında mütəni halal bilmişlər.”(- "Zadul-məsir”, c. 4, səh. 335)
    Qurtubi yazır:
    اهل مکه کانوا یستعملونها کثیرا
    "Məkkə əhli mütədən çox istifadə edərdilər.”(- "Təfsirul-quranil-əzim”, İbn Kəsir, c. 2, səh. 180; "Məfatihul-ğeyb”, c. 9, səh. 975; "Kəşful-əsrar və idətul-irad”, c.2, səh. 405; "Əl-Kəşşaf”, c. 1, səh. 461; "Zadul-məsir”, c. 1, səh. 366 )
    Zəhəbi də bu həqiqətə etiraf edir. O, yazır:
    «و من قول اهل الحجاز .... و الجمع بین الصلاتین من غیر عذر و المتعة بالنساء ... و اتیان النساء فی ادبارهن»
    Hicaz əhlinə xas olan nəzəriyyələrdən biri iki namazı üzürsüz birləşdirmək, qadinla mütə nikahı bağlamaq və arxa tərəfdən yaxınlıq etməkdir.(- "Sünəni-ibn Macə”, c. 1, səh. 632; "Müsnəd Əhməd”, c. 3, səh. 405; "Müsənnəf Əbdür-rəzzaq”, c.7, səh. 504; "Səhihi İbn Həyyan”, c. 9, səh. 455 )Onlardan əlavə bunu böyük əhli-sünnə alimi Əvzai də etiraf etmişdir. O, demişdir: "Biz Məkkə sakinlərinin adət-ənənəsindən beş işi tərgitdik. Onlardan biri də siğə etmək və ya qadınla mütə nikahı bağlamaqdır.”(- "Şərhi məanil-asar”, c. 3, səh. 24. "Fəthul-bari”, c.9, səh. 97; "Şərhi Müslim”, Nəvəvi, c. 9, səh. 179 ) İbn Bəttal(- "Əl-Kəşşaf”, c. 1, səh. 461 ), İbn Rüşd(- "Bəhrul-mühit”, c. 7,səh 549 )və İbn Həzm(- "Əl-mizan”, c. 4, səh. 273-275 ) kimi görkəmli şəxsiyyətlər də bu həqiqətə aydınlıq gətirmişlər. Bu məsələ əhli-sünnə içində o qədər məşhurdur ki, hətta bəziləri demişkən: "Məkkə əhli mütə nikahını halal bilməklə Allah tərəfindən imtahan olunmuşlar.”(- "Əl-mizan”, c. 4, səh. 273-275 )
    Bütün bunları nəzərə almaqla necə iddia etmək olar ki, mütə nikahı haram olmuş və şiələr tərəfindən uydurulmuşdur. Görəsən bunlar səhabələrə, tabeinə və şiələrə böhtan sayılmırmı?
    ما لَهُمْ بِهِ مِنْ عِلْمٍ وَ لا لِآبائِهِمْ كَبُرَتْ كَلِمَةً تَخْرُجُ مِنْ أَفْواهِهِمْ إِنْ يَقُولُونَ إِلاَّ كَذِبا
    Onların nə özlərinin, nə də atalarının (bu iddiaya) heç bir bilikləri yoxdur. Onların ağzından çıxan bu söz böyük bir sözdür. Onlar yalandan qeyri bir söz söyləmirlər.(- Bax, Həmin mənbə )
    وَ لا تَقُولُوا لِما تَصِفُ أَلْسِنَتُكُمُ الْكَذِبَ هذا حَلالٌ وَ هذا حَرامٌ لِتَفْتَرُوا عَلَى اللَّهِ الْكَذِبَ إِنَّ الَّذينَ يَفْتَرُونَ عَلَى اللَّهِ الْكَذِبَ لا يُفْلِحُون
    Dillərinizi yalana alışdıraraq yalan uydurub deməyin ki, bu, halaldır, bu da haram. Yoxsa Allaha iftira yaxmış olarsınız. Həqiqətən, Allaha iftira yaxan kimsələr nicat tapmazlar.(- Tərcümə Rəsul İsmayılzadədəndir. )
    Əl-misyar
    Müasir dövrdə Əhli-sünnə içində "əl-misyar" adlı nikah növü yaradılmışdır. Bu nikah cavanların cinsi problemlərini həll etmək məqsədi daşıyır. "Əl-misyar" "Qadın yanına getmək və bir müddət onun yanında qalmaq” - mənasında işlənir.(- "Əl-bəyan fi təfsiril-quran”, səh. 315-316 ) Bu nikah növünün daimi nikahla mühüm fərqləri var. Belə ki, fəqih alimlər daimi nikahda lazım bildikləri hökmlərin bəziləri bu nikahda gözə dəymir.
    Əhli-sünnə alimləri İrfan ibn Səlim və Yusif Qərzavi bu barədə yazırlar:
    «الزواج المسیار یتم بعقد شرعی و مهر متفق علیه بین الزوجین لکنه يعفي من شیئین اساسیين لا تقوم دعائم البیت الا بهما و هما اعفاء الرجل من حق النفقة علی الزوجه و اعطاؤه من حقها من البیت عندها ایضا»
    "Əl-misyar nikahı şəri əqd və müəyyən olunmuş mehriyə ilə kişi və qadın arasında bağlanır. Lakin ailəni möhkəmləndirən (daimi nikahda mövcud olan) iki əsas rükn bu nikahda yoxdur. Onlardan biri kişinin qadına nəfəqə(xərclik) ödəməsidir, digəri kişinin həmişə qadının yanına getməsinin zəruriliyidir.”(- "Nisa”, ayə 12, Tərcümə Rəsul İsmayılzadədəndir. )
    Mərakeş alimlərindən olan Şeyx Bənari Zəmzəmi demişdir:
    «زواج المسیار مصطلح حدیث و اسلوب جدید فی العلاقة بین الزوجین .... ویراد به ان تزوج رجل امرأه دون ان یکون حق علیه فلا تطالبه بالنفقة و لا بالاقامة عندها و لا بالسکنی و انما یأتیها متی شاء و یعطیها اذا شاء
    "Əl-misyar nikahı yeni bir termin və zövcələr arasında əlaqə yaratmaq üçün yeni üslubdur... və bu nikahda nəzərdə tutulan budur ki, kişi bir qadınla evlənəndə şərt qoyur ki, qadının ondan ev, xərclik və ev tələb etmək haqqı yoxdur. Yalnız kişi özü istəyəndə qadının yanına gedər və hər zaman istəsə, qadına nə isə verər.”(- "Əhkamul-quran”, Cəssas, c. 3, səh. 99 )
    Mütə nikahına daimi nikahla onun arasında olan fərqlərinə görə irad tutan insanlar necə olur belə bir nikahdan çəkinmir və belə bir nikah növündə problem görmürlər? Bir halda ki, mütə nikahı İslamın ilk çağlarında mövcud idi və bu nikah isə onların öz əlləri ilə yaradılmışdır.
    Gördüyünüz kimi bu fəsildə tabein və bəzi alimlərin mütə nikahı barəsindəki nəzəriyyələri haqqında araşdırmalar apardıq. Aydın oldu ki, mütə nikahı tabeinin və bu alimlərin fikrincə problemsiz bir nikahdır. Səid ibn Cübeyr, Mücahid, Sudey və sair tanınmış şəxsiyyətlərin bu barədə səhabələrdən eşitdikləri və öyrəndikləri bundan ibarətdir ki, mütə nikahı halal və caiz bir nikah növüdür. Belə ki, onlar hər hansı təsir altına düşmədən ayəni mütə nikahı kimi təfsir edir(- "Cəvahirul-kəlam”, c. 30, səh. 193 ) və onun caizliyinə fitva verirdilər.
    Yekun
    Bu fəslin birinci hissəsində peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrinin müvəqqəti evlilik haqqındakı fikirlərini açıqladıq. Aydın oldu ki, peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) əshabı da mütə nikahının halallığına etiqad bəsləmiş və bir çox hallarda ona əməl də etmişlər. İkinci hissədə isə tabeinin, onların şagirdlərinin və bir çox alimlərin bu barədəki mövqelərinə nəzər saldıq. Aydın oldu ki, bu görkəmli şəxsiyyətlərin mütə nikahı barəsindəki fikirləri müsbət olmuş və onların adından söylənilən "qadağa”lar digər şəxslərin əli ilə yaradılmışdır.
    Beləliklə bu fəsli bitirir və mütə nikahı barəsindəki söhbətlərimizi bu nikahın müvafiqləri və müxalifləri tərəfindən söylənilən dəlillərlə davam edirik.
    Category: Müvəqqəti nikah (elmi araşdırma) | Added by: Islam_Kitabxanasi
    Views: 1094 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024