İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Müvəqqəti nikah (elmi araşdırma)

    Müvəqqəti nikah (elmi araşdırma)
    2012-04-02, 5:41 AM
    Beşinci fəsil
    Şübhə və şayiələrə cavablar
    Mütə nikahının haram olduğunu deyənlər Quran ayələri və hədislər vasitəsilə mütə nikahının nəsxini isbat edə bikmədikləri üçün bu nikah barəsində şübhə yaratmağa əl atmış və bəzi vaxtlar da şayiələr yaymağa başlamışlar. Bu şübhələr elmi və məntiqi əsasa malik olmasalar da, biz bu sahədəki söhbətlərimizi tamamlamaq üçün sözü gedən şübhə və şayiələrə cabab vermək qərarına gəldik. Ona görə də bu hissədə söhbətlərimizi davam etdiririk.
    Birinci şübhə
    Allah-taala "Nisa" surəsinin 24 və 25-ci ayələrində buyurmuşdur:
    «واحل لکم ماوراء ذلکم ان تبتغوا باموالکم محصنین غیر مسافحین، فمااستمتعتم به منهن فآتوهن اجورهن فریضة، و لاجناح علیکم فیها تراضیتم به من بعد الفریضة، انّ الله کان علیماً حکیما و من لم یستطع منکم طولا ان ینکح المحصنات المومنات فمن ما ملکت ایمانکم من فتیتکم المومنات ..»
    "Bunlardan (bu deyilmiş qadınlardan) ayrılarını, iffətli şəkildə və zinakarlığa yol vermədən, mallarınızla onlarla evlənmək istəməyiniz halal edilmişdir. Mütə etdiyiniz arvadların kəbinlərini bir fərizə olaraq onlara verin! Məhriyyə müəyyən ediləndən sonra, bir-birinizin (məhriyyənin və ya müddətinin azaldılması və ya çoxaldılması barədə ) razılaşmağınızın günahı yoxdur. Həqiqətən, Allah elm və hikmət sahibidir. Sizdən azad və mömin qadınlarla evlənməyə maddi imkanları çatışmayanlar, malik olduqları mömun qızlardan (cariyələrdən) alsın."  
    Allah-taala "fəməstəmtum bihi minhunnə" ayəsində buyurmuşdur ki, hər kəs bir qadınla cinsi yaxınlığa girərsə, mehriyənin hamısını ona ödəməlidir. Lakin cinsi yaxınlıq olmadan talaq verilən qadın fərqlidir. O, cinsi istəkləri ödəmədiyindən mehriyənin yarısı ona ödənməlidir.
    Bu ayə həmin surənin 21-ci ayəsi kimidir. Allah-taala bu ayədə buyurur:
    «و کيف تأخذونه و قد افضی بعضکم الی بعض و اخذن منکم میثاقا غلیظا»
    "Siz onu necə geri ala bilərsiniz? Bir halda ki, vaxtilə bir-birinizlə bərabər yaşayıbsınız və onlar sizdən kəsgin təminat almışlar." 
    Bu ayədə Allah-taala "ifza"nı (bəhrələnmək, cinsi yaxınlıq) əqdlə birgə qərar vermişdir ki, mehriyə ödənməsinə səbəb olsun. Bu da aydın şəkildə göstərir ki, istimtadan (cinsi bəhrələnmək) sonra mehriyə (başlıq) ödənməsi müvəqqəti nikaha xass bir iş deyil. Belə ki, daimi nikahda da yaxınlıqdan (duxul) sonra onu kamil şəkildə ödəmək vacibdir. Ona görə də buyurur ki, "ifza"dan sonra mehriyəni onlardan geri almayın. Bu səbəbdən bu ayəyə istinadən desək ki, ayədə yaxınlıqdan sonra mehriyənin ödənməsi vacib edilmiş, amma şəriət baxımından daimi nikahda nəzərdə tutulmamışdır, məntiqə uyğun olmaz. 
    Bu şübhənin bir neçə iradı vardır:
    1) Bu ki, mütə ayəsində istimta (cinsi bəhrələnmək) mehriyə vermək üçün şərt sayılmış və buyurulmuşdur ki, bir qadından cinsi bəhrə aparsanız, onun haqqını vermək sizə vacibdir. Bir halda ki, daimi əqddə "istimta" şərt deyildir. Bir kişi bir qadınla daimi olaraq əqd bağlayanda əqd oxunub qurtaran kimi onun mehriyəsi kişinin boynuna gəlir. Belə ki, onlar arasında cinsi yaxınlıq baş verərsə mehriyənin hamısını verməlidir, əgər baş verməzsə yarısını verməlidir. Bununla da, iki nikah arasındaki fərq kamil şəkildə bəyan olunur. Ona görə də müvəqqəti nikahda mehriyə və ya başlıq "istimta" ilə bağlıdır. Yəni cinsi yaxınlıq baş verərsə qadının mehriyəsi verilməlidir. Lakin daimi nikahda kəbin (əqd) oxunub qurtaran kimi mehriyənin ödənməsi kişiyə vacibdir.
    "Nisa" surəsinin 20-ci ayəsi bu mətləbi bəyan etmək istəyir ki, əgər bir kişi bir qadınla yaxınlıq edərsə, ondan ayrılmaq istəyən vaxt qadından mehriyəni alması düzgün deyildir. Ona görə ki, bu barədə nazil olan ayələr əsasında  bəyan olunmuşdur: Yaxınlıqdan öncə ayrılmaq istəsəniz, mehriyənin yarısını ödəməlisiniz. Amma əgər yaxınlıqdan sonra olarsa, mehriyə almaq əsla düzgün deyil. Çünki yaxınlıqdan (duxul) sonra olan mehriyənin hamısı qadına aiddir. Şübhə yaradan şəxsin səhvi bundan ibarətdir ki, o, daim və müvəqqəti nikahda olan mehriyələr arasında yaranma (meydana gəlmə) və qalma (davam etmə) baxımından fərq qoymamışdır. Yəni irəlidə qeyd etdiyimiz kimi müvəqqəti nikahdakı mehriyə həm yaranma, həm də qalma baxımından siğə olunan qadından cinsi bəhrələnmədən asılıdır. Əgər mütə edən şəxs qadından bəhrələnməsə və istimta etməsə mehriyənin verilməsi vacib olmur. Lakin daimi nikahda mehriyənin verilməsi yaranma baxımından istimtaya bağlı deyil. Bu nikahda mehriyə əqdin icrası anından lazım olur. Amma ayrılıq zamanı onlar arasında yaxınlıq baş verdiyinə baxılır. Əgər yaxınlıq baş veribsə, qadından mehriyənin alınması caiz deyildir. Habelə əgər yaxınlıq (duxul) baş verməmişsə mehriyənin yarısını qadından ala bilər. Aydın olur ki, daimi əqddə kamil mehriyənin qadının əlində qalması yaxınlığın baş verməsindən asılıdır. Lakin mehriyənin yaranması və ya vacib olması müvəqqəti nikahdan fərqli olaraq əqdin (kəbin) icrası ilədir.
    2) Buna da göz yumsaq, ayədən (mütə ayəsi) öncəki ayələr mehriyə ödəməyin vacibliyini bütün şəraiti ilə kamil və ətraflı şəkildə bəyan etmişdir. Belə ki, bunları digər ayələrdə təkrar etməyə ehtiyac duyulmurdu. Öncəki ayədə buyurur: "و آتواالنساء صدقاتهن نحله..." – Qadınların mehriyələrini könüllü şəkildə verin. 
    Və ya buyurmuşdur:
    «و ان اردتم استبدال زوج و آتیتم احدیهنّ قنطارا فلا تأخذوا منه شیئا...»
    Bir arvadın yerinə ayrı bir arvad almaq istəsəniz, onlardan birinə çoxlu mal vermiş olsanız da ondan heç bir şey qaytarıb almayın!... 
    Habelə buyurmuşdur:
    «لا جناح علیکم ان طلقتم النساء مالم تمسوهن او تفرضوا لهن فریضه و متعوهن علی الموسع قدره و علی المقتر قدره متاعا ...- و ان طلقتموهنّ من قبل ان تمسوهنّ و قد فرضتم لهنّ فریضة فنصف ما فرضتم»
    Yaxınlıq etməyib kəbin müəyyən etmədiyiniz arvadlarınızı boşamağınızın günahı yoxdur. Onları layiqincə - varlılar varları qədər, yoxsullar isə gücləri çatdığı qədər, faydalandırın! ... Və onları yaxınlıq etməzdən əvvəl və kəbin haqlarını təyin etdiyiniz halda boşasanız, təyin etdiyinizin yarısını (onlara verməlisiniz). 
    Bununla yanaşı, təfsirçilərdən bəziləri öncə qeyd etdiyimiz ayənin, yəni "fəməstətum bihi minhunnə fəətuhunnə ucurəhunnə fərizəh" cümləsinin təkid üçün olduğunu da ehtimal vermişlər. Bu sözə etiraz edərək desək ki, irəlidə qeyd etdiyimiz öncə nazil olan ayələrin deyiliş tonu (intonasiyası), xüsusilə də "və in ərədtum istibdalə zəvcin..." ayəsinin məzmunu deyilmiş cümlədən də təkidlidir, artıq mübahisə üçün yer qalmır. 
    Bu izahdan sonra məlum olur ki, bu şübhənin əsli sadəcə bir yalandan irəli gəlmiş, bir qrup qərəzli insan da həqiqətləri təhrif etmək üçün ona uymuşlar. Biz bu şübhə haqqındakı müzakirələrimizdə bu miqdarla kifayətlənir və cavablandırmaq üçün digər şübhəyə keçirik.
    İkinci şübhə
    Mütə nikahının haramlığını təsdiqləyənlər başqa bir şübhə yaratmış və "Nisa" surəsinin 25-ci ayəsini dəlil götürmüşlər. Ayədə deyilir:
    « وَ مَنْ لَمْ يَسْتَطِعْ مِنْكُمْ طَوْلاً أَنْ يَنْكِحَ الْمُحْصَناتِ الْمُؤْمِناتِ فَمِنْ ما مَلَكَتْ أَيْمانُكُمْ مِنْ فَتَياتِكُمُ الْمُؤْمِنات... »
    Sizdən azad və mömin qadınlarla evlənməyə maddi imkanları çatışmayanlar, malik ollduqları mömin qızlardan (cariyələrdən, kənizlərdən) alsın.
    Bu ayə təklifi (şəriət hökmünü ) asanlaşdırmaq məqamındadır. Sual budur ki, nə üçün ayə, əxlaqsızlığın qarşısını almaq üçün iki yol (kənizlə evlənmə və ya azad qızlarla müvəqqəti evlilik) təklif etmək mümkün olan yerdə onların biri ilə kifayətlənmişdir? Deməli, müvəqqəti nikahı halal bilməmişdir. Yoxsa əxlaqsızlıq yollarını bağlamaq üçün kənizlərlə evlənmədən öncə müvəqqəti evlənmə təklif olunardı. 
    Cavabımız budur ki, düzdür, müvəqqəti evlənmə də subaylar üçün əlac bir yol hesab olunur. Lakin ailə təşkil etmək, yeni nəsil dünyaya gətirmək və öz yerinə çanişin təyin etmək fikrində olanlar üçün təbii ki, normal evlənmə halı daimi evlənməkdir. Ona görə də burada mütə barəsində söz açılmamış və bu nikah növü çıxış yolu kimi qeyd olunmamışdır. Habelə demək olar ki, mütənin şəriətdə qəbul olunması müsəlmanlar üçün bir növ güzəştə getməkdir. Belə ki, səfərdə və ya evdə məcburiyyətə düşən insanlar bu təması zina şəklində görməyib, müvəqqəti nikah şəklində etmələri məqsədə uyğundur. Bəli, mütə nikahının şəriət hökmü kimi qəbul olunması heç bir şəraitdə Allah bəndələrinin əlinə bəhanə verilməməsi üçün və fəsadın (əxlaqsızlığın) kökünü kəsmək üçün idi.
    Daha doğrusu, bu ayədəki kəlam eşidənlərin zehnlərinin vərdiş etdiyi məşhur şəkildə, adət üzrə nazil olmuşdur. Nəinki, mütə çıxış yolu deyildir. Əksinə, Qurani-kərimin bəyan tərzi budur ki, adətən, şəriət hökmləri və qanunlarını bəyan edəndə məşhur və qulaqların adət etdiyi üsluba üstünlük versin. Məsələn, ayələrin birində belə buyrulmuşdur:
    «فمن شهد منکم الشهر فلیصمه و من کان مریضا او علی سفر فعدة من ایّام اخر»
    Sizlərdən ayı görənlər bu ayı ( tamamilə) oruc tutmalıdırlar. Xəstə olan və səfərdə olanlar tutmadığı günlərin sayı qədər ayrı günlərdə tutsunlar. 
    Baxmayaraq ki, orucu pozmaq təkcə səfər və ya xəstəliyə aid deyil. Amma ayədə bu iki halın adı çəkilmişdir. Deməli, bu iki şərtin adını çəkmək o mənada deyil ki, orucu pozacaq başqa bir üzürlü səbəb yoxdur. Həmçinin digər ayədə deyilmişdir:
    «و ان کنتم مرضی او علی سفر او جاء احد منکم من الغائط او لا مستم النساء فلم تجدوا ماء فتیموا صعیدا طیبا»
    Bu ayədə  təyəmmüm etmək üçün üzürlü səbəb yalnız "su tapmamaq" kimi qeyd olunmuşdur. Belə ki, su tapmamaq təyəmmümün yeganə səbəbi deyildir. Ola bilər ki, su olsun, amma qəsbi olsun. Və ya qüsl və dəstəmaz üçün kifayət qədər vaxt olmasın. Deməli, kəlamda zikr olunan üzürlər və qeydlər məşhur və zehinlərin alışdığı üslubdadır. Bunu da demək lazımdır ki, bu kimi ayələrə Qurandan yenə də misal çəkmək olar.
    Yuxarıda deyilənlərin hamısı bu şübhəni ortaya atan şəxsin nəzəriyyəsi əsasında idi. Amma bizim fikrimiz budur ki, "ən yənkihəl möhsinat əl-möminat" cümləsi hər iki növ nikaha aiddir. "Nisa" surəsinin 25-ci ayəsində buyrulur: "Bu iki qismlə evlənməyə maddi imkanları çatışmayanlar, malik ollduqları mömin qızlardan (cariyələrdən, kənizlərdən) alsın."
    Beləliklə, ikinci şübhənin də cavabını nəzərinizə çatdırdıq. İndi isə bu barədə ortaya çıxan ən mühüm şübhələrdən birinə cavab verəcəyik.
    Üçüncü şübhə
    Mütə nikahının haram olmasını dəstəkləyənlər ortaya başqa bir şübhə atmışlar. Bu şübhədə deyilir ki, ümumiyyətlə nikahın fəlsəfəsi nəsil artımıdır. Yəni Allah-taala insanların özlərindən sonra xələf və canişin qoyub getmələri və nəsillərinin kəsilməməsi üçün evlənməyi şəriətə uyğun və caiz hesab etmişdir. Bu nöqtəyə diqqət etmək lazımdır ki, müvəqqəti evlilikdə nəsil artımı hədəf sayılmır, sadəcə ehtiras hisslərini bu yolla yatırmaq əsas məqsəd daşıyır. Buna görə də bu nikah səhih nikah deyildir. Yoxsa onda da nəslin artırılması hədəf kimi nəzərdə tutulardı. 
    Cavab:
    1) Əgər desək, nikah və cinsi yaxınlığın caizliyi (şəriət baxımından halallığı) yuxarıda göstərilən hədəf və ya məqsədə bağlı olmalıdır və bu hədəf olarsa nikah səhihdir, bu hədəf olmazsa (kişi və qadın arasında evlilik yalnız cinsi ehtirasları söndürmək üçün olarsa) nikah batildir, bu söz həqiqətə uyğun deyildir. Neçə ola bilər ki, yalnız uşaq dünyaya gətirmək üçün qurulmuş evlilik (nikah) düz olsun. Bu halda sonsuz (uşağı olmayan) kişi və sonsuz arvadın evlənməyi düzgün sayılmamalıdır. Habelə heyz görməyən qoca qadının, doğuş yaşına çatmamış qızın və zinakar kişinin evlənməyi şəriət baxımından düzgün olmamalı idi. Bundan əlavə, "inzal" olmayan təqdirdə cinsi yaxınlıq düzgün deyildir. Hamilə qadınla da bu yaxınlıqdan hamilə olmayacaq deyə cinsi yaxınlıq etmək caiz deyildir. Ümumiyyətlə, ailə qurmadan evlənmək (yaxınlıq etmək) caiz deyildir. Aydındır ki, bunların hamısı yanlışdır.
    2) Daimi evlilikdə məqsəd nəsil artımı deyildir. Belə ki, evliliyin hədəflərindən biri də əxlaqsızlıqdan uzaqlaşmaq və isməti qorumaqdır. Buna görədir ki, mərhəmətli Allah "Nur" surəsinin 33-cü ayəsində buyurmuşdur:
    «و لیستعفف الذین لا یجدون نکاحا حتی یغنیهم الله من فضله ...»
    Evlənə bilməyən şəxslər, Allah onları öz fəzl-kərəmi ilə qane (ehtiyacsız) edənə qədər öz iffətlərini saxlamalıdırlar.
    Əgər ayədə buyurursa ki, evlənə bilmirsinizsə öz iffətinizi qoruyun, məlum olur ki, evlənməyin hədəflərində biri də iffəti qorumaqdır.
    3) Daimi nikahda olan faydaların hamısı müvəqqəti nikahda da vardır. Onların birində iffət və namus qorunursa, o birində də hifz olur. Əgər birinin vasitəsilə zina və nütfələrin qarışmasının qarşısı alınırsa digəri vasitəsilə də qarşısı alınır. Əgər birində nəsil artırsa, o birində də artır. Əgər birində ailə qurulursa, o birində də qurulur. "Müvəqqəti evlilikdə nəsil artımı yoxdur"- iddiasının heç bir əsası yoxdur.
    Müvəqqəti evliliyin müxalifləri digər bir şübhə də ortaya atmışlar ki, aşağıdakından ibarətdir:
    Dördüncü şübhə
    Qısa və yarımçıq nikah qadınların hörmətinə ziddir. Çünki bu iş bir növ insanı kirayəyə vermək və ya insan alveridir. Öz vücudunu kişidən aldığı pul qarşılığında ona təslim etmək qadının ləyaqətinə ziddir. Bu halda müvəqqəti nikahı necə caiz bilmək olar.
    Cavab:
    1) Əgər bu etiraz doğrudursa, həzrət peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) zamanında bu nikahın şəriət tərəfindən qəbul olunması ona yetərli cavabdır. Çünki sadaladıqları bu bəyənilməyən sifətlər xüsusi bir zamana aid deyildir. Heç bir müsəlman mütə nikahının peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) zamanında halal olduğunu və müsəlmanların bu nikah növünə əməl etdiklərini inkar etmir. Keçən söhbətlərimizdə də aydın oldu ki, mütə nikahının halallığı həzrət peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) zamanından sonra Ömərin xilafətinin bir hissəsinə kimi qalmışdı. 
    2) Öz iradə və ixtiyarı ilə hər hansı kişiylə müvəqqəti kəbin bağlayan bir qadın kirəyəyə verilən insan deyildir. O, insanın şərafətinə zidd heç bir iş görməmişdir. Əgər kirayəyə verilən insan görmək istəyirsinizsə, əgər qadın köləliyi ilə yaxından tanış olmaq fikriniz varsa, Amerika və Avropaya səfərə çıxın. Kinofilm şirkətlərinə baş çəkin. Onda görərsiniz ki, qadın kirayəsi nə deməkdir. Görərsiniz ki, sözü gedən şirkətlər qadın gözəlliklərini, qadın hərəkətlərini, qadın intim həyatını və qadın cinsi xüsusiyyətlərini necə satışa qoymuşlar. Orada tamaşada aldığınız hər bilet kirayə verilən qadın və qızların kirayə pullarını ödəmək deməkdir. Görün orada bədbəxt qadın pul almaq üçün hansı işlərə boyun əyməli olur. Onlar illərlə təcrübəli və mütəxəssis "insanların" nəzarəti altında insanları təhrik etmək yollarını öyrənir, öz bədən, ruh və şəxsiyyətlərini hansısa bizness şirkətinə satırlar ki, o şirkətin müştərilərinin sayını gündən-günə çoxaltsınlar. 
    Bunlar qadın zərifliyini və qadın mənliyini korlayanlardır. Lakin ictimai mühitdə əxlaqsızlığın qarşısını almaq üçün və daimi evlənmək imkanı olmayanlara, əlac kimi müvəqqəti nikahı halal bilən şəxslər belə deyildir.
    3) Əgər qadının bir kişidən başqa kişiyə keçməsi çirkin və yasaq olsaydı onda talaq verilmiş qadınla evlənmək və pulla alınmış kənizlə cinsi əlaqəyə girmək də çirkin və yasaq olardı. Bir halda ki, heç bir müsəlman bu işləri qeyri-məqbul bilmir.
    Yuxarıdakı cavablar dördüncü şübhəyə cavablarımız idi.
    Beşinci şübhə
    "Nisa" surəsinin 24-cü ayəsində yazılmişdır ki, siz öz malınızla möhsün və (sifahdan uzaq) iffətli qadınlarla evlənin. "Sifah" ərəb dilində "qadın bətninə nütfə tökmək" - deməkdir. Ona görə də zinaya sifah deyilir. Çünki zinada daimi nikahdan fərqli olaraq yalnız nütfə tökmək nəzərdə tutulmuşdur. Bu səbəbdən müvəqqəti nikah da zina olmalıdır. Belə ki, bu nikahda da yalnız bətnə nütfə tökmək və şəhvəti söndürmək hədəf tutulur. 
    Cavab:
    1) İrad tutan şəxs "sifah" sözünü yalnız qadın bətninə nütfə( sperma) tökmək mənasında bilmiş və "sifah" sözünü ifadə edəndə onun kökünün (səfəhə) lüğətdəki mənasını nəzərə almışdır. Buna görə də bu sözü qəsd və niyyətə bağlı bir iş kimi qələmə vermişdir. Məsələn, namaz kimi. Namaz "əda" və ya "qəza" niyyəti ilə, habelə zöhr və əsr niyyətləri ilə qılınır. Bununla da nəticəyə gəlmişdir ki, əgər müvəqqəti evlilik və qadın bətninə nütfə yerləşdirmək yalnız şəhvəti söndürmək niyyəti ilə olarsa, nikah deyil, sifahdır. O, "nikah"ın da əslinin lüğət kitablarında bu mənada verilməsindən qafildir. Yəni nikah ifadəsi ərəb leksikoligiyasında cinsi (istər halal olsun istərsədə haram) yaxınlığa deyilir. Zöhri yazır: "Nikahın əsli ərəb dilində vəty (cinsi yaxınlıq) mənasında verilir." Onun dediklərinə görə nikah da "sifah" sayılmalıdır. O zaman "sifah", "nikah" sözünün qarşılığında (ziddində) işlənən sözə deyilməyəçək. Bir halda ki, Quranda və hədislərdə bu iki ifadə bir-birinə zidd məna daşıyırlar. Onların biri (nikah) halal evlilik, digəri isə (sifah) haram rabitə deməkdir.
    Bundan əlavə, bu əməlin məqsədli olmasının və bir kəsin öz nütfəsini (məni, sperma) tökmək məqsədi ilə müvəqqəti evlilik qurmasının zina və ya sifah sayılmasının nəticəsi budur ki, hər kəs bu niyyətlə daim evlilik belə qurarsa, zina və ya sifah etmişdir. Hansı müsəlman belə bir fitva verə bilər? 
    Cavabdan aydın oldu ki, bu şübhənin kökünü sözlərin lüğəti mənaları ilə onların terminoloji mənaları arasındaki fərqə diqqət yetirməməkdə axtarmaq olar. Yuxarıdakı hal da bunun aydın nümunəsidir.
    Altıncı şübhə
    Mütə nikahının halallığına etiqad bəsləyən şiə alimləri demişlər:
    Yəhudilər, xristianlar, məcusilər və hindularla müvəqqəti nikah bağlamağın eybi yoxdur. Onlar bu fikirdədirlər ki, əhli-sünnədən olan ərli qadınla da müvəqqəti evlənmək olar. Ona görə ki, onların (əhli-sünnənin) nikahları batildir. Belə olan halda əhli-sünnədən olan evli bir qadın əri olmayan bir qadın kimidir. 
    Şiə alimləri əhli-kitabla daimi yox, müvəqqəti evliliyə icazə vermişlərsə də, yekdilliklə müşriklərlə və bütpərsətlərlə müvəqqəti evlənməyin caiz olmadığını vurğulamışlar.   Əgər hindular müşrikdirlərsə bu hökm onalara da aid olur. Lakin məcusilər (atəşpərəstlər) barəsində din alimlərinin nəzəriyyələri iki qola ayrılır. Onlardan biri budur ki, müvəqqəti evlilik onlarla səhih deyildir.  Digəri isə əhli-kitab olduqlarına görə onlarla müvəqqəti evlənməyin caiz olduğunu vurğulayır.  Lakin bu böhtanları şiə alimlərinə ünvanlayanların öz alimlərinin əksəriyyəti əhli-kitab qadınları ilə daimi şəkildə evlənməyi caiz (halal) bilmişlər. 
    Habelə şiə alimlərinin əhli-sünnənin oxuduqları kəbini doğru bilməmələri və onların ərli qadınları ilə müvəqqəti nikahı caiz bildiklərini söyləmək böyük bir böhtan və iftiradır. Ona görə ki, şiə alimləri əhli-kitabdan olan ərli qadınlarla müvəqqəti və daimi nikah bağlamağı caiz bilməmişlər. Belə ki, onlar əhli-kitabdan olan evli qadınlarla evlənənin böyük harama yol verdiyini söyləmişlər. O ki qaldı əhli-sünnədən olan evli qadınlara, demək lazımdır ki, şiə alimləri tarix boyu onları müsəlman bilmişlər. 
    Yeddinci şübhə
    Şiə alimləri hamılıqla fitva vermişlər ki, bir neçə kişinin bir qadınla bir gecədə cinsi yaxınlıq etmələri müvəqqəti kəbin oxumaqla mümkündür. Onların böyük və tanınmış çöhrələri də bu məsələni etiraf etmişlər. Onlar zinanı halal etdikləri təqdirdə İslam və müsəlmançılıqdan söhbət etməyə yer qalmır. 
    Cavab:
    «ان الذین یحبّون ان تشیع الفاحشة فی الذین ءامنوا لهم عذاب الیم فی الدنیا و الآخرة و الله یعلم و انتم لا تعلمون»
    İman gətirən şəxslər arasında fəhşanın (pis əməllərin) yayılmasını istəyənlər üçün dünya və axirətdə çox ağrılı bir əzab vardır. Allah hər şeyi bilir, siz isə bilməzsiniz. 
    Əllamə Əmini "Əl-ğədir" kitabında bu böhtanın cavabında yazır:
    Şiələrin adına yazılan dövriyyə mütəsi və ya aşkar fəhşa böyük böhtandır. Bu böhtan insanın vücudunu titrədir, üzünü qırışdırır və qəlbləri ağrıdır. Bu şəxs böhtan atan zaman şiə qaynaqlarından dəlil nəql etsəydi və ya hər hansı yazılıya istinad etsəydi, bəlkə də münasib olardı. Bu yazılı hər kəsdən olsaydı biz ondan qəbul edərdik. Hətta öz kitablarının da içində bu sözü şiələrə aid edən bir kitabın adını çəksəydi bizim üçün kafi olardı. Ya heç olmasa desəydi ki, bu işi şiələrə nisbət verən şəxsi öz gözümlə görmüşəm və ya şiə camaatından bir qrupunun belə etdiyini özüm görmüş və ya eşitmişəm, desəydi şiələrin içindəki ağılsız və avara gənclərə bu böhtana haqq verərdik. Lakin o bunlardan heç birini deyə bilməmişdir. Çünki bu iyrənc böhtanı hay-küylə şiələrə ünvanlayan ilk şəxs onun özüdür.  Yuxarıda yazdıqlarımız mütə nikahı barəsində həqiqəti üzə çıxarmaq üçün araşdırmalardır. Allah dərgahına şükür edərək bu sahədəki söhbətlərimizi sona çatdırırıq.
    Nəticə
    Bu fəsildə müvəqqəti nikah əleyhdarlarının mütə nikahı barəsində yaratdıqları şübhə və şayilələrı araşdıraraq cavablandırdıq. Məlum oldu ki, müvəqqəti nikaha aid olan şübhə və tərəddüdlərin əksəriyyəti biliksizlik və diqqətsizlik üzündən doğmuşdur. Sonda mütə nikahına aid şayiələrə cavab verərkən aydın oldu ki, müvəqqəti nikahın əleyhdarları məntiqi və qaneedici dəlillər göstərə bilmədiklərinə görə cahil insanları yollarından azdırmaq üçün bu şayiələrə və şübhələrə əl atmışlar.
    Category: Müvəqqəti nikah (elmi araşdırma) | Added by: Islam_Kitabxanasi
    Views: 1486 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024