İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan)

    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan)
    2012-02-05, 5:47 PM
    DÖRDÜNCÜ FƏSİL
    KAMİL İNSAN
    KAMİL İLƏ TAM ARASINDA FƏRQ VARMI?
    Burada belə bir sual ortaya çıxır ki, «kamil» kəlməsinin mənası nədir? Kamil insan nə deməkdir?
    Ərəb dilində iki müxtəlif kəlmə vardır ki, onların antonimi eyni bir kəlmədir. Belə ki, bu bir kəlmə bəzən o iki kəlmədən birinin, bəzən də digərinin zidd və antonimi kimi işlədilir. Fars dilində isə həmin iki kəlmənin heç biri yoxdur və onların yerinə digər bir kəlmə vardır. Ərəb dilində olan həmin iki sözün biri «kamal», digəri isə «tamam» kəlməsidir. Bu dildə bəzən «kamil», bəzən isə «tam» kəlməsi işlədilir və onların antonimi kimi «naqis» kəlməsindən istifadə edilir. Bu işlədilmə forması fars dilində də ərəb dilində olduğu kimidir. Məsələn, burada deyilir: Bu «kamil»dir, o isə «naqis»; bu «tam» və ya «tamam»dır, o biri isə «naqis».
    Quran ayələrinin birində bu iki kəlmənin hər ikisindən istifadə edilib.
    «Əlyovmə əkməltu ləkum dinəkum və ətməmtu ələykum neməti»
    «...Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım...»
    (Maidə-3).
    Dilşünas alimlər bildirirlər ki, əgər bu ayədə «ətməmtu dinəkum» (dininizi tamamladım) və «əkməltu neməti» (sizə olan nemətimi kamala yetirdim) deyilsəydi, ərəb dilinin qarmmatikası baxımından düzgün olmazdı. İndi görək bu iki kəlmə arasındakı fərq nədən ibarətdir? Biz bu iki kəlmə arasındakı fərqi aydınlaşdırmasaq, barəsində danışmaq istədiyimiz mövzunun izahına başlaya bilmərik. Belə ki, bizim söhbətimizin əvvəli bu iki kəlmənin mənasını bilməklə başlanır.
    Müəyyən bir şey barəsində «tamam» kəlməsi o vaxt işlənir ki, onun vücudunun əsli üçün lazım olan bütün şeylər yaranmış olsun. Belə ki, o şeylərin bəziləri yaranmasa həmin şey öz mahiyyətində naqis hesab edilir, vücudu natamam adlandırılır. Həmin şey barəsində də «yarısı, üçdə biri və ya üçdə ikisi mövcuddur» kimi ifadələr işlədilir. Məsələn, müəyyən plan və proyekt əsasında tikilən məscid üçün bir salon nəzərdə tutulur və salonun tikilməsi üçün divar, tavan, qapı, pəncərə və bir sıra digər şeylərə ehtiyac olur. Həmin tikinti üçün lazım olan və onlarsız həmin salonun istifadəsi mümkün olmayan bütün şeylər hazırlandıqdan sonra belə deyilir: Tikinti tamamlandı. Bu kəlmənin müqabilində naqis kəlməsindən istifadə edilir. Amma kamal və kamil sözləri elə yerlərdə işlədilir ki, hər hansı bir şey «tamam» olmasına baxmayaraq, olduğundan daha yüksək dərəcə və məqamda ola bilsin. Həmin kamillik olmadıqda belə, şey mövcud olur, amma həmin kamilliyin olması ilə o, daha yüksək mərtəbə və dərəcədə qərar tapır. Kamilliyi şaquli, tamamı isə üfüqi istiqamətlərlə açıqlayırlar. Şey üfüqi istiqamətdə özünün son həddinə çatdıqda, onun tamamlandığını bildirirlər. Şaquli istiqamətdə yuxarı qalxdıqda isə, onun, əvvəlkindən daha kamil olduğunu bəyan edirlər. Filankəsin ağlı kamilləşib – sözünün mənası budur ki, onun əvvəl də ağılı olub, amma ağılı bir qədər də yüksəlib. Filankəsin elmi kamilləşib – cümləsinin mənası da bu şəkildədir. Belə ki, həmin şəxsin əvvəl də elmi olub və o, həmin elmindən istifadə edib. Amma o, indi elmi kamillik baxımından daha da yüksəlib. Deməli üfiqi baxımdan natamam olan insan müqabilində tamam insan vardır, yəni əsil baxımdan «yarım insan» və ya naqis insandır. Məsələn, insanlığın üçdə bir və ya üçdə ikisinə malikdir. Bir sözlə, tam insan deyildir. Bundan başqa digər bir insan da vardır ki, o, tam insandır. Tam insan kamil, daha kamil və bundan da yüksək mərtəbələrə çata bilər. Bu, elə bir insandır ki, insanlığın ən yüksək mərtəbəsinə çatmaq imkanı vardır. Belə bir insan «kamil insanların kamili», yəni insanlığın ən uca və yüksək mərtəbəsinə çatmış varlıq adlandırılır.
    KAMİL İNSAN İFADƏSİNİN TARİXİ
    Hicri-qəməri tarixinin yeddinci əsrinə kimi islam ədəbiyyatında «kamil insan» ifadəsi mövcud olmayıb. Amma bu termin bu gün Avropada da çox geniş işlədilir. Bu termin islam dünyasında ilk dəfə insan barəsində işlədilib. İnsan barəsində bu ifadəni ilk dəfə məşhur arif Mühyiddin Ərəbi işlədib. Mühyiddin Ərəbi islam irfanının atası hesab olunur. Belə ki, yeddinci əsrdən sonra bütün müsəlman xalqlarından olmuş ariflər, Mühyiddin məktəbinin şagirdləridir. Mövlana Cəlaləddin Rumi də Mühyiddin məktəbinin yetişdirmələrindən sayılır. O, bütün əzəmət və böyüklüyünə baxmayaraq, irfan baxımından Mühyiddinlə müqayisə oluna bilməz. Mühyiddin Ərəbi ərəb soyludur və Hatəm Tayinin nəslindən olub. O, vaxtı ilə müsəlman ölkəsi olmuş Andalos (indiki İspaniya) əhalisindən olub. Bu böyük arif bütün islam ölkələrinə səfərlər edib və sonda, Şamda vəfat edib. Onun qəbri Dəməşq şəhərindədir. Mühyiddinin Sədrəddin Konyəvi adlı şagirdi olub ki, ondan sonra ən böyük arif hesab edilir. İslam irfanının həddindən artıq elmi şəkil alması Mühyiddinin işləri və Sədrəddinin şərhlərinin məhsuludur. Türkiyənin Konya şəhərindən olan Sədrəddin Mühyiddinin oğulluğu sayılır. Belə ki, Mühyiddin Sədrəddinin həm ustadı, həm də anasının əri olub. Mövlana Sədrəddinin müasirlərindən olub. Sədrəddin məsciddə pişnamaz olan zaman Mövlana həmin məscidə gedərək namazda ona iqtida edirmiş. Mühyiddinin fikirləri Sədrəddin vasitəsi ilə Mövlanaya çatdırılıb.
    Onun irəli sürdüyü məsələlərdən biri «kamil insan» məsələsi olub. Əlbəttə o, bu məsələni irfan baxımından irəli sürüb. Başqaları da öz baxışları ilə «kamil insan» barəsində bir sıra sözlər deyiblər. Amma «kamil insan» ifadəsi ilə ilk dəfə bu məsələni irəli sürən şəxs, Mühyiddin Ərəbi olub. Biz kamil insanın, Quran baxımından necə olmasını bilmək istəyirik. Söhbətimizi sonrakı mərhələlərə çatdırmaq üçün tam və naqis insanla başlayırıq.
    MÜXTƏLİF MƏKTƏBLƏRİN KAMİL İNSAN BARƏSİNDƏKİ NƏZƏRİYYƏLƏRİNİN XÜLASƏSİ
    Bəşəriyyət üçün məktəb gətirmiş hər bir şəxs, kamil insan və ya insanın kamalı barəsində nəzəriyyələr irəli sürüb. Əxlaq adlandırılan həmin şeydə deyilir ki, insan müəyyən xislətlərə malik olsa, insanlığın ali dərəcəsinə çatacaqdır və bu, kamil, ali və yüksək insan barəsində digər bir ifadə və yozumdur. Burada deyilir ki, «əxlaq» elm deyil fəndir, yəni olan şeylər deyil, olmalı şeylərə, insanın əldə etməli olduğu və ya əldə etməsi yaxşı olan xislətlər toplumuna aiddir.
    ƏQL MƏKTƏBİ
    Müxtəlif məktəb sahiblərinin kamil insan barəsindəki nəzəriyyələri ümumi baxışda bir neçə əsas nəzəriyyədə cəmləşir. Həmin nəzəriyyələrdən biri ağıl tərəfdarları və ya əql əhlinin nəzəriyyəsidir. Bu nəzəriyyə tərəfdarları insana daha çox əql cəhətindən baxır və onun cövhərinin başqa şey deyil, yalnız əql olmasını bildirirlər. Əqldən məqsəd isə təfəkkür və düşüncə qüvvəsidir. Qədim filosoflar, o cümlədən İbni Sina da bu cür fikirləşib. Onlar iddia ediblər ki, kamil insan hikmət və fəlsəfəyə yiyələnmiş insandır və insanın kamalı onun hikmətindədir.
    Həmin filosoflar hikmət dedikdə nəyi nəzərdə tuturlar? Görəsən onların hikmətdən məqsədləri bizim bu gün elm adlandırdığımız şeydirmi? Xeyir! Onların hikmətdən – əlbəttə əməli yox, nəzəri hikmətdən məqsədi, «bütün varlığın düzgün və ümumi dərki»dir. Bu, elmdən fərqli bir şeydir. Çünki elm varlığın bir hissəsinin dərkidir. Fələsfə ilə elmin fərqinin aydınlaşması üçün bu mətləbi bir az izah etmək lazımdır.
    Məsələn, siz Tehran şəhəri barəsində iki cür məlumat əldə edə bilərsiniz. Siz bir dəfə ümumi, amma qapalı və qeyri-müəyyən, bir dəfə isə xırdalıqları ilə və eyni zamanda aydın olan məlumat əldə edə bilərsiniz. Bəzən, sizin Tehran barəsindəki məlumatınız bu şəhər arxitektorunun məlumatı kimi olur. Belə ki, həmin arxitektordan Tehranın ümumi planını çəkmək və kağız üzərində bütün prospekt, meydan, park və küçələri ümumi şəkildə göstərməyini istəsəniz, o, bu şəhərin btün yerləri barəsində sizə ümumi, amma qapalı məlumat verə bilər. Tehranın hər yeri barəsində məlumat verilməsinə baxmayaraq, siz həmin xəritədə öz evinizi tapmaq istəsəniz buna nail ola bilməyəcəksiniz. Hətta həmin arxitektor özü də bundan xəbərsizdir.
    Amma ola bilər ki, bir nəfər Tehranın ərazisinin neçə kv. km., neçə prospekt və meydana malik olması, müəyyən obyektlərin harada yerləşməsi və bu şəhərdə nələrin olmasından xəbərsiz olmasına baxmayaraq, müəyyən məhəllə barəsində bütün təfərrüatlara malik olsun. Əgər siz ondan xüsusi bir yer barəsində soruşsanız o, həmin məhəllədə neçə küçə olmasını, bu küçələrin bir-birləri ilə necə kəsişdiklərini, hər küçədə neçə ev olmasını və hətta evlərin qapılarının rənglərinin hansının ağ, hansının yaşıl və hansının göy olmasını deyə bilər.
    Məlumatı yalnız şəhərin ümumi quruluşu barəsində olan şəxsdən bu küçə barəsində bir şey soruşsanız, onun ən sadə məlumata belə malik olmadığını görərsiniz. Məlumatı yalnız bir küçə və məhəllə barəsində olan şəxsdən də Tehranın ümumi quruluşu barəsində söz soruşsanız heç nə bilməz. Filosof varlığı ümumi şəkildə araşdıran, onun əvvəl və axırını tapmağa çalışan, mərtəbə və dərəcələrini, ümumi qanunlarını dərk etmək istəyən şəxsə deyilir. Amma həmin filosof filan bitki, heyvan, daş, torpaq, ay, ulduz, günəş və bu kimi varlıqlar barəsində dəqiqliklə heç bir məlumata malik deyildir. Filosofun fikrincə hikmət, başdan-başa bütün varlıqlardan və aləmin ümumi gövdəsindən məlumat əldə etmək deməkdir, yəni bütün varlıqlar və aləmin ümumi gövdəsi hikmət sahibinin zehnində əks olunmalıdır. Bütün varlıq aləmi qaranlıq da olsa, onun əqlində canlanmalıdır. Bunlar deyirlər ki, insan ruhunun kamilliyi, aləmin ümumi gövdəsinin müəyyən cüzi formada deyil, tam şəkildə onun zehnində əks olunması ilədir. Onlar bu fikri «insanın xarici aləmə bənzər zehni və əqlani dünyaya çevrilməsi» ifadəsi ilə bəyan ediblər. Yəni, insanın özü bu dünya müqabilində digər bir dünya olmalıdır. Dünya, xarici bir aləm, insan isə zehni və əqli bir aləm olmalıdır.
    Filosofların fikrincə, kamil insan ağılı kamala çatmış, yəni varlığın ümumi gövdəsi zehnində canlanmış insandır. Amma o, bu mərhələyə hansı vasitə ilə çatıb? O, fikir, deduksiya, bürhan və məntiq addımları ilə hərəkət edərək bu mərhələyə çatıb.
    Amma, filosoflar yalnız bununla kifayətlənməyib, hikməti iki qismə bölürlər. Bunlardan biri nəzəri hikmət, yəni dünyanı dediyimiz kimi tanımaq, digəri isə əməli hikmətdir. Əməli hikmət nədir? Əməli hikmət də əql ilə bağlıdır. İnsan əqlinin bütün nəfsani istəklər və qüvvələrə tam hökmranlıq etməsinə və əqlin, bütün bunları tam surətdə özünə tabe etdirməsinə əməli hikmət deyilir. Filosoflar deyirlər ki, siz nəzəri hikmətdə dünyanı dediyimiz kimi fikir və deduksiya ilə dərk etsəniz və əməli hikmətdə əqlinizi nəfsi istəklərinizə hakim etsəniz, yəni bütün qüvvələr və nəfs əqlə tabe olsa, siz kamil insansınız. Bu, əvvəlcə dediyimiz kimi əql və hikmət məktəbinin nəzərləridir. Gələn bəhslərdə islamın bu nəzərlərini və hər biri barəsindəki fikirlərini geniş şəkildə açıqlayacağıq. İndi isə digər məktəblərin fikirlərini izah edək.
    EŞQ MƏKTƏBİ
    Kamil insan barəsində söz açmış digər bir məktəb isə eşq məktəbidir. İrfan məktəbi olan bu eşq məktəbi insanın kamilliyini eşqdə, yəni Allahın zatına olan məhəbbətdə və eşqin insanı yetirdiyi şeydə görür. Bu məktəb əql məktəbinin əks qütbündə dayanır. Əql məktəbi hərəkət deyil, fikir məktəbi idi. Filosof hərəkətdən söz açmır. Onun fikrincə bütün hərəkətlər zehni hərəkətdir. Bu hərəkət özü də üfiqi deyil, vertikal və şaquli hərəkət məktəbidir. Kamala çatmaq istəyən insanın hərəkəti əvvəlcə vertikal və şaquli, yəni Allaha doğru hərəkət və uçuş olmalıdır.
    Bunların fikrincə əsl söz fikir, əql, deduksya və s. deyil, insan ruhunun sözüdür. Bu əqidə sahiblərinin nəzərlərinə əsasən, insanın ruhu doğrudan da mənəvi hərəkətlə Allaha çatana kimi irəliləyir. Amma ariflər bu məsələyə çatanda səs-küy qoparırlar ki, «insan Allaha çatır» sözləri nə deməkdir? Amma onlar sözlərini öz yerində çox yaxşı deyiblər. Ümumiyyətlə eşq məktəbi əql məktəbini təhqir edir.
    Bizim ədəbiyyatımızın çox gözəl və ali bölmələrindən biri də əql və eşqin mübahisəsi bölməsidir. Bu bəhsə daxil olanların əksəriyyəti irfan əhli olduqları üçün həmişə eşqi əqlə qalib ediblər. Eşq məktəbi, insanın kamala çatması üçün əqli qənaətbəxş və yetərli saymır. Bunlar deyirlər ki, əql, insan zatının hamısı deyil, onun vücudunun bir hissəsidir. Əql də göz kimi vasitələrdən biridir. İnsanın zatı və cövhəri əql deyil, ruhdur və ruh eşq aləmindəndir. Ruh elə bir cövhərdir ki, onda haqqa doğru hərəkətdən başqa bir şey yoxdur. Buna görə də bu məktəbdə əql təhqir edilir.
    Hafiz bəzən çox maraqlı ifadələrlə bu məsələyə toxunub:
    Bəhaye badeyi çun ləl çist cohəre əql
    Biya ke sud kəsi bord kayine ticarət kərd
    Ariflər həmişə xüsusi mənada işlətdikləri məstliyi ağıldan üstün tuturlar. Onların özünəməxsus sözləri vardır və tövhidi bir başqa mənada düşünürlər. Ariflərin tohidi vəhdəti vücuddur (pantsizmdir). Bu elə bir tövhiddir ki, insan ona çatdıqda hər şey söz halına düşür. Kamil insan bu məktəbin nəzərdə tutduğu sonda ilahiləşir. Ümumiyyətlə əsl kamil insan Allahın özüdür və kamil olan hər bir insan puça çıxaraq Allaha çatır. Bu məktəb barəsində də öz yerində söhbət edəcəyik.
    QÜDRƏT MƏKTƏBİ
    Kamil insan barəsində söz açan məktəblərdən biri də əql və eşqə deyil, yalnız qüdrətə əsaslanan məktəbdir. Bu məktəbin fikrincə kamil insan qüdrətli insandır və kamal, qüdrətin hansı mənada nəzərdə tutulmasından asılı olmayaraq güc və qüvvətdir.
    Qədim Yunanıstanda sufistlər adlandırılan bir qrup olub. Onlar tam aşkar şəkildə deyirlərmiş ki, haqq gücdən ibarətdir. Onlar həmçinin iddia edirmişlər ki, harada güc varsa, haqq da var və harada qüdrət varsa haqq həmin qüdrətdir və zəiflik haqsızlıq və haqqa malik olmaqla bərabərdir. Ümumiyyətlə onlar üçün ədalət və zülmün heç bir mənası olmayıb. Buna görə də haqqa zor haqqı, yəni gücdən yaranan haqq deyiblər. Yəni hər bir haqq güc və zordan yaranır. Bunların fikrincə insanın bütün səy və cəhdi yalnız güc, zor, qüvvət və qüdrət əldə etmək istiqamətində olmalıdır və o, öz güc və qüdrətini heç bir şeylə məhdudlaşdırmamalıdır.
    Məşur alman filosofu Nitse son bir-iki əsrdə bu məktəbi dirildərək davam etdirib və həmin nəzəriyyələri tam aydınlıqla bəyan edib. Bunların fikrincə «düzgünlük yaxşıdır, doğruluq yaxşıdır, əmanətə xəyanət etməmək yaxşıdır, xeyirxahlıq yaxşıdır və yaxşılıq etmək yaxşı işdir» kimi sözlərin hamısı boş şeylərdir. Deyirlər ki, «acizlərin əlindən tutmaq lazımdır» fikri nə deməkdir? Onun əlindən tutmaq yox, başına bir təpik vurmaq lazımdır. Onun zəif olmasından böyük günahı yoxdur. Əgər zəifdirsə, sən də başına bir daş vur. Karl Marks deyib ki, dini, güclülər zəifləri öz əllərində saxlamaq üçün ixtira ediblər. Nitse isə onun əksinə olaraq deyib ki, dini zəiflər güclülərin qüdrətlərini məhdudlaşdırmaq üçün ixtira ediblər. Onun fikrincə, dinin bəşəriyyətə olan xəyanəti güzəşt, rəhm, mürüvvət, insanlıq, bağışlamaq, yaxşılıq, ədalət və bu kimi kəlmələri insanlar arasında yaymasıdır ki, güclülər sonralar həmin kəlmələrə aldanaraq ədalət, səxavətlilik, mürüvvət, insanlıq və başqa şeylər naminə güclərini bir az məhdudlaşdırmaq məcburiyyəti qarşısında qalıblar.
    Nitse deyir ki, dinlərin ehtiras və nəfsani istəklərlə mübarizə aparması nə deməkdir? Onlarla nəinki mübarizə aparmaq lazım deyil, hətta onları daha da gücləndirmək və yetişdirmək lazımdır. Həmçinin, dinlərin dedikləri bərabərlik fikri də çərənçilikdir. Bərabərlik nədir? Həmişə bir qrup güclü və istismarçı olmalı, digər bir qrup isə onların əli altında işləməlidir. Əl altında olanların canları çıxmalıdır və başları üstündə olanlar üçün işləməlidirlər ki, onlar inkişaf edərək böyüsünlər və aralarından üstün bir şəxs çıxsın. Dinlərin kişi ilə qadın bərabərdir şüarı da boş və mənasızdır. Kişi üstün və güclü bir cinsdir və qadın ona xidmət etmək üçün yaranıb və onun yaranmasının bundan başqa digər bir hədəfi yoxdur. Kişi ilə qadının bərabərliyi fikri səhv bir fikirdir.
    Bu məktəb qüdrətli və güclü insanı kamil insan hesab edir və kamalın qüdrət və gücdən ibarət olduğunu bildirir.
    HƏYAT ÖLÜM-DİRİM MÜBARİZƏSİDİRMİ?
    Bizim aramızda da bilmədən və özümüzdən asılı olmayaraq həmin sözlərdən yayılıb. Məsələn, «həyat ölüm-dirim mübarizəsidir» kimi bəzi ifadələr işlədirik. Amma əslində bu belə deyil. Bəli, həyat ölüm-dirim mübarizəsi deyil, özünü müdafiə xarakteri daşıyan ölüm-dirim mübarizəsi haqq bir işdir.
    Hətta Fərid Vəcdi kimi bəzi müsəlman alimlər deyiblər ki, insanlar arasında döyüş və mübarizənin mövcudluğu zəruridir. Nə qədər ki, insan var, müharibə də olmalıdır. Müharibə bəşər həyatının toxunulmaz bir hissəsidir. Bunların fikrincə Quran da bu mətləbi təsdiq edir. Onlar bu iddialarında Quranın aşağıdakı ayəsinə istinad edirlər.
    «...Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, yəhudi məbədləri və içərisində Allahın adı çox zikr olunan məscidlər uçulub dağılmışdı...»
    (Həcc-40).
    «...Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsəydi, yer üzü fitnə-fəsada uğrayardı...»
    (Bəqərə-251).
    Deyirlər ki, Quran bu ayələrdə müharibənin qanun və şəriətə uyğun bir şey olduğunu bəyan edib.
    Amma demək lazımdır ki, həmin qrup şəxslər bu ayəni səhv başa düşüblər. Quranın bu ayəsi müdafiə məsələsini irəli sürür və xristianlığın əksinə olan bir fikir açıqlayır. Bu ilahi kitab «müharibə mütləq şəkildə məhkumdur və biz tam sülh istəyirik» deyən keşişin cavabında deyir ki, bəli, müharibə məhkumdur, amma haqq və həqiqətin müdafiəsi xatirinə olan müharibə deyil, təcavüzkarlıq xarakteri daşıyan müharibə pisdir! Cənab keşiş! Əgər müdafiə xarakterli müharibə olmasaydı, nə sən kilsəyə gedib ibadət edə bilərdin və nə də məscidə gedən mömin öz məscidində ibadətlə məşğul ola bilərdi. Məsciddə ibadət edən möminin ibadəti haqq və həqiqəti müdafiə edən əsgərin cəsurluqlarına borcludur. Cənab xristianlar! İbadətlə məşğul olduğunu güman edən sizlər də həmin əsgərə minnətdar olmalısınız.
    Buna görə də, ola bilər ki, insan kamillik və yetkinliyin elə bir mərhələsinə çatsın ki, ümumiyyətlə təcavüzkar mövcud olmasın, qanuni və şəri döyüşlər belə baş verməsin. Deməli «həyat ölüm-dirim müharibəsidir» kimi ifadələrin (döyüş və toqquşmanın) həyatın zərurətlərindən olması mənasında işlədilməsi səhvdir.
    Bəlkə də bəziləri üçün narahatedici olacaq bir mətləbə toxunmaq istəyirəm. Çünki bəzi gənclər onların meyl və istəklərinə zidd olan şeylər eşidəndə narahat olurlar.
    İmam Hüseyn (ə)-a bir cümləni aid edirlər ki, nə mənası düzdür və nə də onun o həzrətdən olması heç bir kitabda yoxdur. Onun dillərə düşmə müddəti də 40-50 ildən çox deyildir. Deyirlər ki, imam Hüseyn (ə) buyurub: «Həyat əqidəyə malik olmaq və onun uğrunda mübarizə aparmaqdan ibarətdir.» Xeyir, bu söz əcnəbilərin fikirləri ilə düz gəlir. Onlar deyirlər ki, insan hər hansı bir əqidəyə malik olmalı və onun yolunda vuruşmalıdır. Quran haqdan söz açır. Quran baxımından cihad və həyat haqpərəstlik və haqq yolunda cihaddan ibarətdir, əqidə və onun yolunda cihad etməkdən yox! Əqidə həm haqq və həm də batil ola bilər. Əqidə bağlılıqdır, insanın zehnində minlərlə bağlılıq tapıla bilər. İnsanın hər halda bir əqidə və ideyaya sahib olmasının və onun yolunda cihad və səy etməsinin zəruriliyini deyən islam dini deyil, başqa bir məktəbdir. Onlar həmin əqidənin nədən ibarət olması barəsindəki sualın cavabında deyirlər ki, əqidənin nə olması fərq etmir. Amma Quranın sözləri çox dəqiqdir. Bu səmavi kitab əqidə və onun yolunda cihad deyil, haqq və onun yolunda cihaddan söz açır. Quran deyir ki, sən əvvəl əqidəni islah etməlisən. Çox vaxt sənin ilk cihadın öz əqidənlə olur. Əvvəlcə əqidənlə cihad edərək düzgün və haqq əqidə əldə etməlisən, haqqı kəşf etdikdən sonra isə onun yolunda cihad etməlisən.
    Deməli, qüdrətli və güclü insanın kamil insan olması fikri həyatın ölüm-dirim mübarizəsi olması nəzəriyyəsi üzərində qurulub. Bu nəzəriyyə də Darvinin «Həyat ölüm-dirim mübarizəsidir və heyvanlar həmişə ölüm-dirim mübarizəsi aparmaqdadırlar» fəlsəfəsinə əsaslanır. Biz bu fikirdə olanlara deyirik ki, əgər heyvanlar və insandan başqa digər varlıqlar belədirlərsə də, biz insanı bu cəhətdən onlarla bir hesab edə bilmərik. Çünki həmin söz müştərək həyat, qarşılıqlı rabitə, həmkarlıq, səfa-səmimiyyət və digər insani dəyərləri puç hesab edir. Bəs insanlar arasındakı bu səmimiyyət, vəhdət, həmkarlıq və məhəbbətlər nədir? Onlar bu sualın cavabında deyirlər ki, sən səhv edirsən! Bu həmkarlığı həmin mübarizə məcburi olaraq onlara qəbul etdirib. Həmin həmkarlıq, səmimiyyət və dostluqların arxasında mübarizə durur. Bunun necə olduğunu soruşanda isə belə deyirlər: İnsan həyatının əsası müharibə və mübarizədir. Amma insanlar böyük düşmənlə qarşılaşanda həmin böyük düşmən onlara məcburi dostluğu qəbul etdirir. Onların bu işləri əslində dostluq, səmimiyyət və həqiqət deyil və ola da bilməz. Böyük düşmənlə mübarizə üçün edilən əməkdaşlıqdır. Əməkdaşlıq və səmimiyyətlər daha böyük düşmənlə mübarizə aparmaq üçün yaranır. Həmin düşməni aradan götürsən görərsən ki, bir-birləri ilə dost olan həmin qruplar parçalanaraq iki düşmənə çevrildilər. Əgər onların bir qrupu da aradan getsə, yerdə qalan qrupun özü parçalanacaq və bir-birləri ilə düşmənçilik aparacaqdır. Bu proses yerdə iki nəfər qalana kimi davam edəcək və əgər həmin iki nəfər tək olsalar və onların müqabilində üçüncü bir qüvvə olmasa, onlar bir-birləri ilə döyüşməyə başlayacaqlar.
    Bu nəzəriyyə tərəfdarlarının fikrincə bütün dostluq, səmimiyyət, sülh, insanlıq və birliklər bəşəriyyətə mövcud düşmənçiliklər tərəfindən məcburi şəkildə qəbul etdirilib. Deməli, bunların nəzərlərinə əsasən, mübarizə və döyüş əsas xarakter daşıyır və həmkarlıqlar ondan doğan və onun nəticəsində yaranmış bir ünsürdür.
    ZƏİFLİK MƏKTƏBİ
    Əql məktəbi onu inkar edən müqabil nöqtəyə və eşq məktəbi onun fikir və prinsiplərini xülya adlandıran əks cəhətə malik olduğu kimi, qüdrət məktəbinin də əks-müqabil nöqtəsi vardır. Bəziləri ifrat şəkildə qüdrəti təhqir edərək insanın kamilliyini onun zəifliyində olmasını bildiriblər. Bunların fikrincə kamil insan qüdrətli olmayan insandır, çünki deyirlər ki, insanın güc və qüdrəti olsa o, təcavüzkarlıq edəcəkdir. Sədi yazdığı rübailərdən birində belə bir səhvə yol verib:
    Mən an murəm ki dər payəm bemalənd
    Nə zəmburəm ki əz nişəm benalənd.
    Yəni, mən ayaq altında qalıb tapdalanan qarışqayam, tikan və sancmağımla nalə çəkdirən arı deyiləm.
    Koca xod şokre in nemətqozarəm
    Ke zure mərdumazari nə darəm
    Yəni, mən bu nemətin şükrünü necə yerinə yetirim ki, xalqa əzab-əziyyət vermək gücünə malik deyiləm.
    Xeyir, cənab Sədi! Məgər insan mütləq ya qarışqa, ya da arı olmalıdırmı ki, sən onlardan yalnız qarışqa olmağı seçirsən?! Sən nə qarışqa olub əl-ayaq altında əzil və nə də arı olub başqalarını sanc! Sədi həmin rübaini belə deməli idi:
    Nə an murəm ki dər payəm bemalənd
    Nə zəmburəm ki əz nişəm benalənd
    Çequne şokre in nemətqozarəm
    Ke darəm zur və azari nədarəm.
    Yəni, nə ayaq altında tapdalanan qarışqayam, nə də tikan və sancmasından nalə çəkilən arı! Mən bu nemətə necə şükr edim ki, gücüm var, amma əzab-əziyyət verən deyiləm!
    İnsanın gücü varsa və o, bununla yanaşı heç kəsə əziyyət etmirsə, şükr etməlidir. Amma gücü yoxdursa və heç kəsə əziyyət də etmirsə bu, buynuzu olmayan və başqalarını buynuzlamayan canlı misalındandır. Çünki buynuzsuzun buynuz vurmaması hünər və qoçaqlıq deyildir!? Buynuzu olub buynuz vurmamaq bir məsələdir!
    Sədi başqa bir yerdə belə deyir:
    Be didəm abidi dər kuhsari
    Qənaət kərde əz donya be ğari
    Çera qoftəm be şəhr əndər nəyayi
    Ke bari bənd əz del bər qoşai.
    Yəni, dağda bir abid gördüm ki, dünyanı tərk edərək yalnız bir mağaraya qane olub. Ona dedim ki, nə üçün şəhər içinə gəlib bir dəfə olsa belə ürəyinin düyünlərini açmırsan?
    Sədi bu şerdə dağa pənah apararaq orada ibadətlə məşğul olan abidi vəsf edərək tərifləyir. Deyir ki, mən ona dedim ki, nə üçün şəhərə gəlib xalqa xidmət etmirsən? Abid bir səbəb gətirir, Sədi də susur. Sanki o, abidin dəlilini qənaətbəxş sayaraq qəbul edir.
    Be qoft anca pəriruyan nəğzənd
    Çe qol besyar şod pilan beləğzənd.
    Bu, həmin abidin cavabıdır: O, deyir ki, şəhərdə pəri üzlü gözəllər var, əgər gözüm onlara sataşsa, ixtiyarım əlimdə olmadığı üçün özümü saxlaya bilmərəm, buna görə də gəlib özümü mağarada həbs etmişəm.
    «Bərəkəllah» bu kamala! İnsan kamala çatmaq üçün gedib özünü haradasa həbs etməlidirmi? Bu ki, kamal deyil! Cənab Sədi! Quran sizə ən gözəl hekayətləri nəql edib. Quranın ən gözəl hekayətlərindən biri Yusifin əhvalatıdır. Yusifin əhvalatı Allahdan qorxub pis işlərdən çəkinənlərin və səbr edənlərin dastanıdır. Quran deyir ki, sən həm Yusif ol, ləzzət almaq üçün lazım olan bütün imkan və şərait mövcud olsun və hətta qapı belə bağlı olsun, amma eyni halda öz iffətini qoru və bağlı qapıları öz üzünə aç! Yusif subay və həddindən artıq çox gözəl bir gənc olub. O, qadınların dalınca düşməkdənsə, qadınlar onun arxasınca düşürmüşlər. Hər gün ona yüzlərlə məktub və sifariş göndərilirmiş və hər şeydən üstünü bu olub ki, Misirin ən gözəl və tanınmış qadınları onun tam aşiq və vurğunu olublar. Züleyxa lazımı şəraiti hazırlayaraq onu ölüm ilə hədələyərək deyib ki, ya məni arzuma çatdıracaqsan, ya da səni öldürəcəm, qanını tökəcəm. Amma Yusif nə edir? O, Allaha əl açaraq belə deyir: «Yusif dedi: Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur...»
    (Yusif-33).
    Yusif deyir ki, ilahi, məni zindana göndər, amma bu qadınların cəngində giriftar etmə, şəhvətimi doydurmaq imkanına malikəm, amma bunu etmirəm. Quran bu cür olmağı öyrədir, Sədi kimi təlimlər vermir.
    Deməli, bizim ədəbiyyatımızda bəzən insanın kamilliyinin onun zəifliyində olması deyilməsinə baxmayaraq, kamillik zəiflikdə deyil. Hətta Baba Tahir də öz şerlərinin birində bu mətləbi deyib:
    Ze dəste didevo del hər do fəryad
    Hər ançe dide binəd del konəd yad
    Bura kimi dedikləri düzdür. Amma sonra deyir:
    Be sazəm xəncəri nişəş zefulad
    Zənəm bərdide ta del gərdəd azad.
    Deyir ki, görürəmsə ürəyim istəyir, buna görə də ürəyimi rahat etmək üçün ucu poladdan olan bir xəncər düzəldib onunla özümü kor etmək istəyirəm. Burada demək lazımdır: Tutaq ki, gözlərini kor etdin, bəs qulağınla eşitdiyin şeyləri neyləyəcəksən? Qulağın da bəzi şeyləri eşidəcək və ürəyin, yenə də onları istəyəcək. Onda gərək qulaqlarına batıraraq onları da kar etmək üçün başqa bir xəncər düzəldəsən. Həmçinin daha artıq rahat etmək üçün gərək mütləq özünü axta da etdirəsən! Bundan sonra Mövlananın «Məsnəvi»də nəql etdiyi «quyruq, baş və qarınsız şir» kimi olacaqsan ki, Allah belə bir şir yaratmayıb. Baba Tahir əcəb kamil insan yaradıb!? Onun təsvir etdiyi kamil insan çox alidir! Onu təsəvvür etdiyi bu kamil insanın nə əli, nə ayağı, nə gözü, nə qulağı və ümumiyyətlə heç nəyi yoxdur!
    Bizim ədəbiyyatımızda zəif və aciz insanlar yetişdirmək barəsindəki göstərişlər çoxdur. Amma yadda saxlamalıyıq ki, bəşəriyyət səhvə yol verir və həmişə ya ifrat ya da təfrit yolunu tutur. İnsan burada, islamın doğrudan da Allah tərəfindən göndərilmiş bir din olduğunu başa düşür. Adam Sokrat olanda bir tərəfi tutub səhv edir, Əflatun olanda başqa bir tərəfi və həmçinin İbni Sina, Mühyiddin Ərəbi, Mövlana, Nitse, Karl Marks, Jan Pol Sarter və s. olanda digər bir tərəfləri! Belə olan surətdə görürük ki, peyğəmbər bəşər ola-ola, onun məktəbi necə də ali, mütərəqqi və hərtərəflidir! Həmin şəxslər peyğəmbərlə müqayisədə şagirdlə müəllim kimi görünürlər. Sanki şagirdlərin hərəsi bir söz deyir və axırda müəllim ali və uca bir sözlə onların hamısını puça çıxarır. Hər halda zəiflik məktəbi də özü üçün bir məktəbdir.
    Category: Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) | Added by: Islam_Kitabxanasi
    Views: 818 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024