İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan)

    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan)
    2012-02-05, 5:40 PM
    BİR NEÇƏ İRADA CAVAB
    Ekzistansialistlərin «Allaha iman gətirmək insani dəyərlərin unudulmasına səbəb olur» sözlərinin cavabında demək lazımdır ki, yad bir şeydə qərq olmaq insanın zati dəyərlərini unutmasına səbəb olur, amma «öz» və kamilliyin eyni olan bir şeydə qərq olmaq insanda dəyərlərin daha da çiçəklənməsinə gətirib çıxarır. Buna görə də ibadət və bəndəçilik məqamında yüksəlmiş şəxslərdə bütün insani dəyərlər güclənir, onların ağılları kamilləşir, eşqləri qüvvətlənir, qüdrətləri artır, ictimai xislətləri, izzət və kəramətləri güclənir; çünki bütün bunlar Haqqın zati təzahürləridir.
    Onların «Allaha bağlılıq insanın hərəkətdən qalması və ətalətə düçar olmasına səbəb olur» iddiaları da səhvdir. Onlar elə bilirlər ki, Allah da ağac kimidir və kiminsə Allaha bağlanması, onun məhdud varlığa bağlanması kimidir və o, hərəkət edə bilməz. Cənab ekzistansialist! Allah sonsuz həqiqətdir. Məsələn, bir də görürsən ki, insanı yüz ağac eni və uzunu olan yerdə həbs edirlər və bu, insan üçün məhdudiyyət yaradır. Çünki insan deyir ki, mən həmin ərazini gəzib-dolaşdım və onun axırı məhduddur. Amma insanı sonsuz ərazidə həbs etmək onun üçün məhdudiyyət yaratmaq deyil. Sonsuz ərazidə dayanacaq nöqtə yoxdur. Bunun mənası odur ki, ey insan! Sən sonsuzluğa doğru hərəkət edəndə də kamala doğru gedirsən, Allah-taala elə bir məhdudiyyətsiz varlıqdır ki, bəşəriyyətin ən kamil insanı həzrət Peyğəmbər (s) belə, əbədi olaraq irəliləsə və hərəkətdə olsa sona çatmaz. Allah sonu olan məhud varlıq deyil və O, bəşəriyyətin yeganə sonsuz tərəqqi meydanıdır.
    Salavat barəsində alimlər arasında belə bir söhbət var ki, bizim Peyğəmbərə (s) salavat göndərməyimizin mənası nədir və onun nə təsiri var ki, biz Allahdan Peyğəmbər üçün rəhmət və xeyir istəyirik? Bir dəstə deyir ki, Peyğəmbər kamil insandır, bəs bizim ona rəhmət istəməyimizin mənası nədir? Bu sualın cavabında deyilir ki, Peyğəmbər də hər an hərəkətdədir və o, əbədi olaraq getsə də bu yol sona çatmayacaq. Deməli, ilahi Zata bağlılıq insan hərəkətinin ətalətə çevrilməsinə səbəb olmur.
    HƏDƏF VƏ VASİTƏ NÖVLÜ KAMAL
    Digər bir məsələ budur ki, ekzistansialistlər hədəflə vasitə arasında səhvə yol veriblər. Azadlıq insan üçün kamaldır, amma o, hədəf olan kamal deyil, vasitə növlü kamaldır! İnsanın son hədəfi azad olmaq deyil. Amma insan öz kamilliyinə çatması üçün azad olmalıdır. Çünki azadlıq ixtiyar və sərbəstliyə malik olmaq deməkdir və insan bütün varlıqlar içində öz yolunu, daha dəqiq desək, özünü seçməli olan yeganə varlıqdır.
    Deməli, insan azad və muxtardır. Amma sual budur ki, insanın azad olması onun öz kamilliyinə çatması deməkdirmi? İnsan, azadlıqla ən ali kamilliyə çata bildiyi kimi, ən alçaq məqamlara da enə bilər.
    Muxtar varlığın mənası cilovu kiminsə əlində olan deyil, öz boynuna atılmış varlıq deməkdir. Bu o deməkdir ki, «Ey insan! Sən bu təbiətin həddi-büluğa çatmış alim varlığısan; səndən başqa bütün varlıqlar həddi-büluğa çatmamış varlıqlardır və onlar başqası tərəfindən idarə edilməlidir.» Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir).»
    (İnsan-3).
    Allah-taala buyurur ki, Biz sənə yolu göstəririk, amma hansı yolla getməyi sən özün seçməlisən.
    Azadlığın özü bəşəriyyət üçün kamillik deyil, kamillik vasitəsidir, yəni insan azad olmasa məcbur edilən varlıq kimi kamilliyə çata bilməz. Deməli, azadlıq hədəf deyil, vasitə növlü kamillikdir.
    Asilik və tüğyançılıq belədir. Onlar belə bir nəticəyə gəliblər ki, insan azad olduğu üçün üsyankar və asi ola bilər, yəni hər bir icbarın qarşısında dayanaraq onu inkar və rədd edə bilər. Sonra isə hər bir iatətsizliyin insan üçün kamal olmasını düşünərək belə nəticəyə gəliblər ki, azad insan heç nəyə tabe olmayan və hər bir şey müqabilində asi olan şəxsdir.
    Onlar asi olmağı zati dəyərə malik əməl hesab etdikləri üçün, məktəblərinin zəruri və labüd nəticəsi hərc-mərclikdir. Bəli itaətsizliyə zati dəyər verilən məktəb hərc-mərclik və özbaşınalıq tələb edir. Sarter bu ittihamı özündən və məktəbindən uzaqlaşdırmaq üçün çox çalışıb, amma bacarmayıb. İtaətsizliyi zati dəyərə malik bir şey hesab edən məktəbdə hərc-mərclik və özbaşınalığın olmaması qeyri-mümkündür. İslamda insan üçün müəyyən dəyərə malik olan şey itaətsizlik imkanıdır; yəni insan üsyan da edə bilər, itaət də; yuxarı da gedə bilər aşağı da! İtaətsizlik etməyən varlıq insandan üstündürmü? Xeyr! O, üsyan edə bilmədiyi üçün bu işi görmür. İtaət və üsyan imkanı bir-biri ilə bərabərdir və bunları etmək imkan və bacarığı insan üçün kamillik sayılır. Digər varlıqlar bu imkana malik deyillər və buna görə də məsul, azad və muxtar sayılmırlar.
    Bəli, insan üçün üsyan və itaətsizlikdən sonra tövbə adlı qapıdan keçmək kamaldır. İnsanın itaətsizlikdən qayıtması ilə Allah-taalanın adlarından biri, yəni bağışlayan adı gerçəkləşir. Əgər günah və tövbə olmasaydı, Allah-taala heç kəsi bağışlamasaydı da O, yenə də bağışlayan olacaqdı. Asilik tənəzzül, tövbə isə qayıdışdır; Allahın bağışlama sifəti bu tənəzzül və qayıdışla gerçəkləşir.
    Hədislərdə deyilir ki, Allah-taala buyurub: «Əgər yer üzündə yaratdığım insanlar üsyan edərək itaətsizlik etməsəydilər, Mən bir daha başqa varlıqlar yaradardım ki, onlar Mənə qarşı itaətsizlik göstərib sonra tövbə etsinlər və Mən onları bağışlayım.»
    Deməli üsyan və itaətsizlik zati dəyərə malik deyildir.
    Azadlıq icbar və maneənin olmaması deməkdir. Azadlıq kamala çatmaq deyil, heç bir maneə və icbar olmadığı üçün kamillik yolunda hərəkət etmək imkanına malik olmaqdır. Azadlıq kamal deyil, kamalın müqəddiməsidir. Azad və muxtar yaradılmış və yolu üstündəki bütün maneələr götürülmüş, müəyyən yolu getməli olan varlıq azadlıq mərhələsinə çatır, amma bu mərhələyə çatmaq kamilliyin müqəddiməsinə çatmaq deməkdir, yəni o, kamillik yolunu getməkdə azaddır.
    Deməli, bu məktəbin birinci səhvi insanın azadlıq və ixtiyarının Allah adlı bir varlığın vücudu ilə zidd olmasını təsəvvür etməsidir. İkinci səhvi isə, Allaha bağlılığı digər şeylərə bağlılıq kimi güman etməsi və onun da, dəyərlərin tənəzzül, ətalət və donmasına səbəb olmasını fikirləşməsidir. Üçüncü səhvi isə azadlığı insanın mütləq kamilliyi hesab etməsidir, halbuki azadlıq insanın müqəddimə xarakterli kamalıdır.
    Azadlıq kamaldırmı? Bəli, bu şübhəsiz elədir. Çünki insan, azadlıq olmasa öz kamilliyinə çata bilməz. Allah insanı elə yaradıb ki, o, öz kamillik dərəcəsinə azadlıq və ixtiyarı ilə çatsın. Kamillik yolunu azadlıq və ixtiyardan başqa digər bir şeylə getmək mümkün deyil. Bu yol icbar və məcburiyyətlə gedilməzdir.
    İSLAMİ MƏTNLƏRDƏ AZADLIQ MƏFHUMU
    Bir qədər də islamda azadlıq barəsində işlədilmiş ifadələr barəsində danışmaq istəyirəm. İslam azadlığın insani dəyərlərdən olmasını etiraf edib. Amma onu uydurma təfsir və ifadələrdəki kimi yeganə dəyər deyil, həqiqi mənada qəbul edir. Əli (ə)-ın Nəhcül-bəlağədə imam Həsən (ə)-a bir vəsiyyətnaməsi var. Bu vəsiyyətnamə o həzrətin Malik Əştərə yazdığı çox geniş məktubundan sonra ən böyük məktubudur. Həmin vəsiyyətnamənin cümlələrindən biri budur: «Nəfsini (ruhunu) bütün alçaqlıqlardan üstün tut – səni istəklərə çəksə də, çünki nəfsini alçaltmağın əvəzində ondan üstün və uca bir şey tapa bilməzsən, ancaq özünü zəlil edərsən.» Əli (ə) gördüyünüz kimi, «nəfs və ruhunu giriftar etmə» deyil, «nəfsini bütün alçaqlıqlardan üstün tut» deyir, yəni özünə hörmətlə yanaş və özünü alçalmaqdan və zəlilliklərdən qoru! Quranın buyurduğu kimi, ən böyük uduzmaq insanın özünü uduzmasıdır. Əli (ə) burada həmin mənaya toxunaraq deyib ki, əldən verilən və satılan hər şey üçün qiymət qoymaq mümkündür; əldə olan hər bir şeyi satmaq və əvəzində ona bərabər pul almaq olar; amma sənin bir şeyin var ki, onu satsan bütün dünyada onun bərabəri olan bir şey tapmazsan və o, sən özünsən, yəni həmin nəfs və ruhun qiymətsizdir və ona qiymət təyin etmək qeyri-mümkündür. Əgər sənə ruh və nəfsini satmaq əvəzində bütün dünyanı və onda olanları versələr, yenə azdır və uduzmusan; ona bərabər, onun qiymət və dəyərini ödəyəcək heç nə tapmaq olmaz. «Çünki nəfsini alçaltmağın əvəzində ondan üstün və uca bir şey tapa bilməzsən!»
    O həzrətin nəvələrindən olmuş imam Cəfər Sadiq (ə) da belə buyurub: «Mənim ruh, can və «öz»ümlə bərabərlik edə bilən yalnız bir şey var və o, Allahdır. Nəfs və ruhu Allaha sataraq Allahı götürmək mümkündür; amma ondan başqa dünyanın bütün varlıqları arasında, müqəddəs ruhlar aləmi, dünya və axirətdə nəfsə dəyər tapmaq olmaz.»
    Əli (ə) həmin məktubunda belə buyurur: «Oğlum, heç vaxt başqasına qul olma, çünki Allah səni azad yaradıb.»
    Sizə Nəhcül-bəlağədən başqa bir şeyi nəql edərək söhbəti sona çatdırmaq istəyirəm. O həzrət söhbətlərinin birində ibadətləri bir-biri ilə müqayisə edərək belə buyurur: «Allaha ibadət edən insanlar üç dəstədirlər: – Bəziləri qorxudan ibadət edirlər; çünki cəhənnəm və əzabın olmasını eşidiblər. Bunlar Allahın onlara əzab verməməsi üçün Ona ibadət edirlər. Bu qulların ibadətdir. (Bu cür ibadət edənlər qul sifətlilərdirlər ki, onlar ağalarının qorxusundan işləyirlər və bunun digər bir dəyəri yoxdur.)
    Bəziləri isə Allaha behişt tamahı ilə ibadət edirlər. Çünki bunlar da Allahın, ağacları altından çaylar axan, hurilər olan behiştinin olmasını eşidiblər və bilirlər ki, Allah həmin behiştləri ibadət edənlərə verəcək. Onların yadına behiştdəki toyuq əti, zümrüd, ləl-cəvahir və hurilər düşən kimi ibadət etməyə başlayırlar ki, həmin şeylər bunlara da qismət olsun. Bu da tacirlərin ibadətdir; çünki tacir çoxlu pul və mənfəət əldə etmək üçün işləyir.
    Amma başqa bir qrup Allaha yalnız şükr etmək üçün ibadət edir. Onlar ibadəti nə behişt tamahına görə və nə də cəhənnəm qorxusundan edirlər. Xeyr, onlar yalnız və yalnız Allahı görür və Onu nəzərdə tuturlar.»
    İnsanın insani sifətlərindən biri də təşəkkürdür. İnsanın vicdanı hətta behişt və cəhənnəm olmasa belə, Allaha şükr etməyin zəruriliyini hökm edir. Vicdan ibadətin vacibliyini bildirir.
    Məgər Peyğəmbərin (s) mübarək ayaqları çox ibadət etməkdən şişməmişdimi? O həzrətə deyirlər: Ey Allahın peyğəmbəri! «Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq» ayəsi ki, sizin barənizdədir, nə üçün bu qədər ibadət edirsiniz? O həzrət buyurur: «Məgər Allaha ibadət edənlərin hamısı cəhənnəm qorxusu və ya behişt tamahına görə ibadət edir? Mən şükr edən bəndə olmayım?»
    Bəli, birinci dəsətənin ibadəti qul ibadəti, ikinci dəstənin ibadəti tacir və muzdur ibadəti, üçüncü dəstənin ibadəti isə azad insan ibadətidir. Əli (ə)-ın məntiqinə əsasən, azad insan hətta behişt və cəhənnəmə də bağlı deyil, o, behişt və cəhənnəmdə də azaddır və yalnız Allaha bağlıdır.
    Bütün dediklərimizdən məlum oldu ki, birincisi, islam təkyönlü məktəb deyil. İslam bütün cəhətləri əhatəli şəkildə görə bilən bir gözə malikdir. İslam, filosofların dediklərini onlardan qabaq deyib; ariflərin gördüklərini onlardan yaxşı görüb; məhəbbət məktəbinin dediklərini artıqlaması ilə deyib; qüdrət məktəbinin gördüyünü daha yaxşı görüb; sosializmin hiss etdiyini ondan yaxşı dərk və bəyan edib; həmçinin azadlıq məktəbinin gördüyü şeyləri daha yaxşı görüb və eyni zamanda bu məktəblərin zəif nöqtələrinin heç biri onda yoxdur. Çox aydın və müəyyən məntiq islam məktəbinin hərtərəfli və kamil olmasını göstərir. İslamın Allah tərəfindən olmasını bizə sübut edən də bunlardır.
    Məgər indiyə kimi barəsində söhbət açıdığmız bütün məktəblərin baniləri dünyanın ən dahi şəxsiyyətləri olmayıblarmı? Bəli! Amma görürük ki, onların hamısı islam müqabilində öz dəyərlərini itirirlər. Peyğəmbər (s) hər nə qədər dahi – özü də məktəbə getməmiş və yazı-pozu bilməyən dahi olsaydı belə, öz başından belə sözlər danışa bilməzdi. Deməli, onun insan qüdrətindən üstün və bir mənbədən ilham alması məlum olur və həmin mənbə, doğrudan da Allahdır. Bu məktəb bütün məktəblərdən üstündür və onun düzgün dəyəri başqa məktəblərlə müqayisə ediləndə, daha yaxşı məlum olur və aydınlaşır.
    İSLAMIN NƏZƏRİ
    İslam baxımından insanın təbiətlə əlaqəsi əkinçi ilə tarla, tacirlə bazar və abidlə ibadətgah arasında olan əlaqə kimidir. Tarla əkinçi üçün hədəf deyil, vasitədir. Əkinçinin yaşadığı yer şəhərdir, amma o, öz rifah və səadəti üçün lazım olan şeyləri bu tarla vasitəsilə əldə edir. Əkinçi tarlaya gedərək yeri şumlamalı, toxum səpməli və torpağı abadlaşdıraraq münbitləşdirməlidir. Məhsul çıxandan sonra isə alaq otları çıxsa onları təmizləməli, məhsulu biçərək xarmana aparmalıdır. «Dünya axirət üçün tarladır». Bu Peyğəmbər (s)-dən nəql edilmiş hədisdir. Bəli, əkinçinin tarla ilə evini səhv salması, hansının qalmaq yeri olduğunu bilməməsi böyük səhvdir. Tarlanın əkin yeri olmasını heç nə ilə səhv salmaq olmaz. Bazar tacir üçün iş yeridir, yəni o, öz sərmayəsini və bütün səy və cəhdini çoxlu gəlir əldə etməyə sərf etməli, varını artırmalıdır. Dünya da insan üçün belədir. Həzrət Əli (ə)-da buyurub: «Dünya Allah övliyaları üçün ticarət yeridir.»
    Bir dəfə bir şəxs həzrət Əli (ə)-ın yanında dünyanı pisləməyə başlayır. O, Əli (ə)-ın dünyanı pisləməsini eşitmişdi, amma o həzrətin dünyanı nə cəhətdən pislədiyini başa düşməmişdi. Həmin şəxs elə bilirdi ki, Əli (ə) dünyanı pisləyəndə məsələn, təbiəti pisləyir, amma bilmirdi ki, o həzrət dünyapərəstliyi pisləyir; insanın bu dünyapərəstliyi haqq və həqiqətpərəstliyə zidd olduğu və bütün insani dəyərləri inkar etməklə bərabər olması səbəbindən məzəmmət edir. O, dünyanı pisləyəndə dünyapərəstliyə zidd olan və onu məzəmmət edən Əli (ə) qəzəblənərək belə buyurdu: «Ey dünyanı məzəmmət edərək pisləyən şəxs! Ey dünyaya aldanmış insan! Dünya səni aldatmayıb, sən aldanmısan.» Bu çox qəribə bir ifadədir; dünya heç kəsi aldatmır, insan özü aldanır.
    Mən bununla bağlı bir məsəl çəkmək istəyirəm. Məsələn, ola bilərmi ki, bir qoca arvad süni bəzəklərlə kimisə aldatsın; yəni ağzında dişi olmamasına baxmayaraq süni dişlər düzəltdirsin, saçının tökülməsinə baxmayaraq süni saç qoydursun və s. şeylərlə özünü bəzəyib cavan qız kimi göstərsin. Bir nəfər də onun cavan olduğunu təsəvvür edib onunla evlənsin. Amma iş-işdən keçəndən sonra, səhv etdiyini başa düşsün. Həmçinin bir dəfə də belə ola bilərmi ki, həmin qoca qarı bütün həqiqətləri əvvəlcədən deyərək yaşının məsələn, 59 olduğunu bildirsin. Desin ki, ağzımda olan dişlərim hamısı süni dişlərdir, başımdakı parikdir və s. bütün bunları açıqcasına dedikdən sonra tərəf-müqabilə evlənmək təklifi etsin. O, nə qədər desə ki, dişlərim tökülüb, tərəf-müqabil «tökülən dişlərinə qurban olum» desin; «mənim heç bir gözəlliyim yoxdur» deyəndə tərəf müqabil «sən təvazökarlıq edirsən» söyləsin. Belə olan şəraitdə həmin qadın səni aldatmayıb, sən özünü aldatmağa hazırlaşır, özün-özünü aldatmaq istəyir və aldanmaq üçün bəhanə axtarırsan. Əli (ə) buyurur ki, dünya heç nəyi gizlətməyib. Axı dünya nəyi gizlədib ki, sən onun səni aldatdığını deyirsən? Sən öz əlinlə atanı torpağa basdıranda, dünya səni aldatmışdımı?! Dünya deyir ki, mən buyam; mən dəyişkənlik yeriyəm; məndə sabitlik və əbədilik yoxdur. Dünya deyir ki, məni olduğum kimi dərk et! Nə üçün mənə olmadığım şəkillərdə inam bəsləmək istəyirsən? Mən bir cürəm və özümü olduğum şəkildə də sənə göstərirəm; amma sən mənə mən olduğum kimi deyil, özün istədiyin kimi inanmaq istəyirsən. Deməli, dünya heç kəsi aldatmır, insan özü aldanır. Gəl hesablayaq görək, sən dünyaya qarşı cinayət törətmisən, yoxsa dünya sənə qarşı? Sən dünyaya xəyanət edirsən, yoxsa dünya sənə? Dünya səni nə vaxt aldadıb? Nə vaxt sənin nəfsani istəklərini tələb edib? Sən nəfsani istəklərinlə dünyanın dalınca düşmüsən!! Həzrət Əli (ə) sonra belə buyurur: «Dünya Allah dostlarının məscididir, səcdə yeridir.» Abid, məscid olmasa ibadət edə bilərmi? «Dünya Allah övliyalarının ticarət yeridir.» Bazar olmasa tacir alver edərək pul qazana bilərmi?
    Dünyanı insan üçün zindan, quyu və qəfəs hesab edən və insanın vəzifəsinin özünü həmin quyu, qəfəs və zindandan qurtarmaq olduğunu bildirən fikir və düşüncə ruh və nəfsin tanınması mövzusunda başqa bir şeyə əsaslanır ki, islam həmin məsələni qəbul etmir.
    RUHUN DÜNYADA TƏKAMÜLÜ
    İslamdan qabaq Yunanıstan və Hindistan kimi ölkələrdə belə bir əqidə olub ki, insanın ruhu əvvəlcə tam və kamil surətdə başqa bir aləmdə yaradılıb və sonra onu qəfəsə salınmış quş kimi bu dünyaya gətiriblər. Belə olan surətdə insan həmin qəfəsi sındırmalıdır. Amma Quran Muminun surəsinin ayələrinin birində bu fikri rədd edir. Molla Sədranın bu barədə çox maraqlı bir ifadəsi var. O, deyir ki, mən «yaranmanın cismani, əbədiliyin isə ruhi» olmasını həmin ayədən kəşf etmişəm. Həmin ayə, insan barəsində danışaraq belə deyir: «Biz insanı torpaqdan yaratdıq, o, mərhələ-mərhələ keçərək gəlib nütfə oldu; nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük.» Ayənin davamında belə buyurur: «...və daha sonra onu başqa bir məxluq olaraq yaratdıq.» Yəni biz həmin maddə və təbiəti başqa bir şey, yəni ruha çevirdik, yəni ruh həmin təbiətdən doğan bir şeydir. Ruh abstraktdır, amma «maddədən doğulmuş abstrakt» bir varlıq. Deməli, insan başqa yerdə kamil şəkildə olmayıb ki, biz onun bu dünyada qəfəsdə yerləşməsini iddia edə bilək. İnsan bu dünyada öz anasının qucağındadır. Təbiət insan ruhunun anasıdır və onun təbiətdə yaşaması anasının qoynunda yaşaması deməkdir. Buna görə də onun əvvəlcədən təkamülə çatması, sonra burada zindan, yaxud quyuda yerləşməsi və quyudan qurtarmaq üçün çalışmalı olması fikri səhvdir. O, bu dünyada təkamülə çatmalıdır. Zindan və quyu fikirləri islamın fikri deyildir.
    Əlbəttə islam deyir ki, sən həmişəlik olaraq ana qucağında qalmamalısan. Çünki belə olan surətdə «ana uşağı» olaraq qalar və meydana gələrək kişi kimi öz ayağın üstündə dura bilməzsən. Əgər təbiət və bu anadan əl çəkərək ayağa durub yuxarı qalxmasan, orada qalaraq təbii varlığa çevrilərsən. Rəzillərin rəzili olarsan və iman gətirib yaxşı əməllər edənlərdən olmazsan; ən alçaq və rəzil nöqtədə qalarsan. İnsanın ən rəzil nöqtədə, yəni təbiətdə qalaraq yuxarı qalxmaması, onun üçün başqa dünyada cəhənnəm mislindədir. Allah, körpəni bu təbiətin qoynunda dünyaya gətirib ki, o, doğulduqdan sonra anasının qucağından yuxarı qalxsın, məktəbə getsin və mərhələləri keçərək ucalsın. Əgər o, həmin yerdə qalsa, orada həmişəlik olaraq qalmalı olacaqdır. Əlbəttə bu misal və bənzətmənin çox naqis olmasına baxmayaraq, demək olar ki, həmin şəxs doğrudan da «ana uşağı» olan şəxsə bənzəyir. Ana uşağı 25 yaşına çatanda da anasının yanında yatmalıdır, onun yuxulaması üçün anası döşlərini onun üzünə qoymalıdır. Sizcə belə adamdan sabah nə çıxar?!
    Deməli, insan, islam baxımından əvvəlcədən düzəldilərək müqəddəs aləmdə uçmuş, sonra isə bu qəfəsə salınmış və yeganə vəzifəsi bu qəfəsi sındırmaq olan varlıq deyil. İslam bu məsələni qəbul etmir. Bəli, əgər siz ruhlar aləminin cismani aləmdən qabaq olmasını eşitmisinizsə, onun mənası ruhların əsl və kökünün qabaq olmasıdır, yəni ruh əvvəllər kamil şəkildə başqa yerdə olmuş və sonra bu dünyaya gətirilərək qəfəsə salınmış şey deyil, bəlkə burada vücuda gətirilmiş, amma başqa bir aləmdən bu dünyaya saçan nur və şüadır. Bu fikir yəni «tənsüx»* fikri hindistanlılar və Əflatuna məxsusdur. Əflatun yunanlılar arasında belə bir fikrə malik olub ki, insanın ruhu bu dünyadan qabaqkı «musul»* aləmində yaradılıb və sonra bir sıra məsləhətlərə görə bu dünyada zindana salınıb. Buna görə də o, bu zindandan azad olaraq getməlidir. Amma islam, təbiətə bu nəzərlə baxmır. Əlbəttə bəzilərinin çaşqınlığa düçar olmamaları üçün bunu da deyim ki, mən bütün ariflərin bu qədər səhv etdiklərini demək istəmirəm. Bəli, böyük ariflər bəzən heç olmasa öz söhbətlərində də olsa, bu məsələyə diqqət yetiriblər. Onlar nə cəmiyyət və nə də təbiəti tərk etməyiblər. Həmin ariflər Quranın xarici və batini nişanələri bir-birinin kənarında zikr etməsini və təbiətin də haqqın camalının ayna və nişanəsi olmasını tamamilə başa düşüblər. Məsələn, Şəbüstəri özünün doğrudan da insanlıq barəsində şah əsəri olan çox-çox ali və uca şerində bu məsələni gözəl şəkildə aydınlaşdırmışdır.
    Əgər biz Quranı bir tərəfə, irfanı isə digər bir tərəfə qoysaq, yəni Quranla irfan məktəbinin təbiətə diqqətini bir-biri ilə müqayisə etsək görərik ki, bu ilahi kitab batinə diqqət və ona müraciət məsələsini heç bir şəkildə inkar etmədən təbiətə irfandan çox diqqət yetirib. Buna görə də Quranın təsvir etdiyi kamil insan əql və qəlbə meyl göstərməklə yanaşı, cəmiyyət və təbiətyönümlüdür. İslam baxımından kamil insanın siması barəsində danışanda, imkan olsa bunların hər birinin nə qədər dəyərə malik olmalarını deyəcəyəm. Hər halda burada bunu deməklə kifayətlənirəm ki, Quranın dediyi kamil insan əql, qəlb, təbiət və cəmiyyət meyllidir.
    ÖZÜNÜ TƏRK ETMƏK
    Keçən söhbətlərimizin sonunda bir məsələyə toxundum ki, təsadüfən bu gün də bəhsimizi onunla başa vurmaq istəyirəm. Bu bəhsə başlamaq üçün bir sıra müqəddimə və giriş xarakterli şeyləri bəyan etmək lazımdır ki, onlar deyilməsə söhbətimizin heç bir faydası olmaz. Onlardan biri də «özünü tərk» məsələsidir.
    İrfan məktəbi, qəlbi möhtərəm saymasına baxmayaraq, Quranda nəfs adı ilə qeyd edilmiş şeyi rəzil bir şey hesab edir. Bu məktəbin çağırışının bir hissəsi «özünü tərk», «özündən uzaqlaşmaq», «özünü rədd», «xudbinlik və özünü bəyənməyin rədd edilməsi» barəsindədir. Bu mətləb müəyyən qədər düzdür və islam da, bunu təsdiq edir. Biz gələn söhbətlərimizdə Allahın köməyi ilə «özünü rədd» barəsində həm irfan, həm də islamın nəzərlərini açıqlayacağıq.
    Biz islamda iki «öz» və hətta iki «nəfs» ilə rastlaşırıq. İslam bu «öz»lərdən birini rədd edərək kiçiltməsinə baxmayaraq, onların digərini dirildir və bu mətləb çox dəqiq bir məsələdir. Bu məsələ insanın canı xətərdə olan bir dostu ilə düşməninin bir-birlərinin yanında dayanmalarına bənzəyir. Belə bir şəraitdə əgər dostumuzu vursaq, bütün hədəf və məqsədimiz puça çıxar. Məsələn, bir uşaq meyvə yığmaq üçün ağaca çıxır və birdən ağacın başında çox böyük bir ilan görünür. İlan sürünərək gəlib uşağın yanında dayanır. Burada çox mahir bir ovçu lazımdır ki, ilanın başını nişan ala bilsin və güllə uşağa dəyməsin. Çünki güllə bir az o tərəfə, yaxud bu tərəfə getsə ya boşa çıxacaq, ya da ilana dəymək əvəzinə uşağa dəyərək onu öldürəcək. Buna görə də ovçu o qədər dəqiq olmalıdır ki, ancaq ilanı vursun və uşağa heç bir ziyan dəyməsin. Dostla düşmənin bir-biri ilə əlbəyaxa olaraq, hər birinin digərini öldürmək istəmələri də buna bənzəyir. Siz güllə və ya qılınc ilə elə nişan almalısınız ki, düşmən öldürülsün və dostunuza heç bir ziyan dəyməsin.
    İnsanda olan bu iki «öz» də bir-birinə elə birləşib ki, rəzilliyə malik «özü» məhv etmək və bütün insani dəyərlərin bağlı olduqları «öz»ə zərər vurmamaq üçün fövqəladə mahirliyə malik ovçu lazımdır.
    İslamın ecazkarlığı budur ki, o, bu iki «özü» dəqiqliklə bir-birindən ayırıb və onlarda səhvə yol verilmir. Bu ayırma irfanda bəzən düzgün olur. Amma bəzi vaxtlar onların «düşmən öz»ü vurmaq əvəzinə, «dost öz»ü vurduqlarını görürük. Yəni nəfsin qurban edilməsi əvəzinə özlərini qurban edirlər. Bu, çox dəqiq bir məsələdir və inşallah gələn söhbətlərimizdə bunun barəsində bəzi nöqtələri izah edəcəyik.
    2. İRFAN MƏKTƏBİNİN TƏNQİD VƏ ARAŞDIRILMASI
    «Kim (dünyada) azğınlıq etmişsə, dünyanı (axirətdən) üstün tutmuşsa, şübhəsiz ki, onun məskəni Cəhənnəmdir! Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini, şəhvəti qadağan etmişsə, həqiqətən onun yurdu Cənnətdir!» (Naziat 37-41).
    İrfan məktəbində kamil insan barəsində olan mühüm məsələlərdən biri də, insanın öz nəfsi ilə əlaqəsi məsələsidir. Əlbəttə bu, həm də islami bir məsələdir. Belə ki, biz həm arif və sufilərin dilində və həm də ali islam təlimlərində eqoizm, xudpəsəndlik və nəfsani istəklərlə mübarizə məsələləri ilə rastlaşırıq. Bəlkə də həm «arif və sufilərin dilində və həm də ali islam təlimlərində» ifadəsini işlətməklə onları bir-birindən ayırmaq düzgün deyil, çünki islami ariflər bu məsələlərdə bu dinin özündən ilham alıblar və onların bu qism ifadələrinin hamısı islami ifadələrdir. Biz bu söhbətimizdə bu məsələ ətrafında danışaraq onu izah etmək istəyirik.
    Nəfsin təmizlənməsi adlandırılan şeydə ərəb dilində «nəfs» deyilən «öz» ilə mübarizə aparırlar. Məsələn, bu barədə danışanda «nəfslə cihad» kimi ifadələr işlədilir. Nəfs insan üçün hətta daxili düşmən kimi qələmə verilir. Sədi deyir:
    To ba doşməne nəfs həmxaneyi
    Çe dər bənde peykar biqaneyi.
    Bu ifadə Peyğəmbərin (s) müqəddəs kəlamlarından iqtibas edilib. O həzrət buyurub: «Sənin ən təhlükəli və qorxulu düşmənin öz nəfsindir...
    Sədi Gülüstan kitabında deyir: – Bir arifdən soruşdular ki, Peyğəmbər (s) nə üçün nəfsin ən təhlükəli düşmən olmasını deyib. Arif cavab verib: «Nəfsdən başqa hansı düşmənə yaxşılıq etsən, istədiyini ona versən səninlə dost olar, amma nəfsin istəklərini nə qədər təmin edirsənsə, bir o qədər qatı düşmənə çevrilir.»
    Bəli, onlar nəfsə düşmən gözü ilə baxıblar və dedikləri bu nəfs həmin «öz»dür; nəfspərəstlik və eqoistlikdir.
    İndi, bu mətləbi daha çox açıqlamaq və «öz» və ya eqoistliyin pis olmasının nə demək olduğunu bilmək istəyirik.
    EQOİZMİN BİRİNCİ DƏRƏCƏSİ
    Eqoizmin dərəcələrindən biri də insanın öz ətrafında fırlanmasıdır. Belə ki, o, yalnız özü üçün işləyir, bütün iş və hərəkətləri ancaq özü üçündür. Sübh yerindən durandan axşam yatana kimi olan bütün səy və təlaşları təkcə öz həyatı üçün, yəni öz qarnının doyması, bədəninin örtülməsi və yaşayış yerinin təmin edilməsi məqsədi daşıyır. Bu formalı fəaliyyət bəyənilmir? İnsanın bu dərəcədə özü üçün çalışması əxlaqa zidd və bəyənilməz xüsusiyyətdirmi? İlk növbədə qeyd etmək lazımdır ki, bu qism fəaliyyət əxlaq deyil, yəni insani dəyər hesab edilmir. Amma eyni zamanda əxlaqa zidd xüsusiyyət və xəstəlik də deyildir.
    Burada əxlaq və əxlaqa zidd şeylər barəsində bir az izahat vermək istəyirəm. Quran insana üç məqam, yəni heyvandan üstün, heyvanla bərabər və ondan aşağı məqam qaildir. Belə ki, insan bəzən heyvandan – bəlkə hətta mələklərdən – yüksək dəyərə malik olur; bəzən mənfi və sıfrdan aşağı dəyər, yəni heyvandan da aşağı məqamda dayanır. İnsanın işləri də üç qismdir:
    1. Əxlaq; yəni heyvani dərəcədən yüksək işlər.
    2. Əxlaqa zidd olan işlər; yəni heyvani dərəcədən də aşağı olan işlər.
    3. Yuxarıdakı iki qismin heç birinə daxil olmayan işlər. Yəni heyvani dərəcədə olan adi işlər ki, nə əxlaqi və nə də əxlaqa zidd olan işlər qismindən sayılmırlar.
    İndi əgər siz dünyada göyərçin və ya qoyun xislətli adamlarla, yəni ancaq öz fikirlərində olan insanlarla rastlaşsanız bilin ki, həmin adam heyvan həddindədir. Belə ki, o səhərdən axşamacan qarnını doydurmaq üçün çalışır. Həmin insanın bu qism işləri nə əxlaq və nə də əxlaqa zidd deyildir.
    EQOİZMİN İKİNCİ DƏRƏCƏSİ
    Bəzi vaxtlar isə, «öz» məsələsi insanın öz yaşayışı və həyatı fikrində olması deyil, onun bir növ psixoloji xəstəliyə tutulması ilə bağlı olur. Yəni, onun insani məqamı heyvanlığının xidmətində olur. Bir də görürsünüz ki, o, çox həris bir adama çevrilib, hər şeyi yalnız özü üçün istəyir, özü də gündəlik ehtiyacı qədərində deyil, külli miqdarda varlanmaq məqsədi daşıyır!
    Göyərçin öz yemək ehtiyaclarını təmin etmək üçün dən toplayır və onun bu işi təbii və adi bir işdir. Əgər insan bu həddə olmaq istəsə, onun da bu işi adidir, yəni adi bir heyvan dərəcəsindədir. Amma insan bəzən hərislik və tamahkarlığa düçar olur. Belə olan surətdə, söhbət artıq onun gündəlik məişət ehtiyaclarını təmin etmək üçün çalışmasından getmir. Bəlkə o, toplamaq və var-dövlət yığmaq üçün fəaliyyət göstərir. Hər nə qədər mal toplayırsa, yenə də daha çox yığmaq istəyir və onun bu işinin son həddi olmur. Bu işin adı «hərislik»dir. Bu xəstəliyə tutulmuş adam bağışlamaq və ehsan etmək istəyəndə xəsisliyə düçar olur ki, bunun özü də başqa bir xəstəlikdir. O, bu vəziyyətdə simicliyə, Peyğəmbərin (s) dili ilə desək, «paxıllıq və xəsisliyə itaət»ə düçar olub. Belə ki, o, xüsusi bir psixoloji vəziyyətdə olur və ona fikir, əql və iradə deyil, həmin psixoloji vəziyyəti hökm edir. Pul onun vücuduna işləyir və o, bu işdə heç bir fikir, əql, məntiq və hesab-kitaba əsaslanmır. Çünki belə olmasaydı, əql və məntiqə əsaslansaydı bu dünyanın xərcləmə yeri olmasını başa düşərdi, yəni xeyir, mənfəət, səadət, məsləhət və xoşbəxtliyin xərclənməkdə olduğunu dərk edərdi. Amma paxıllıq və hərislik ona bu işi görmək icazəsi vermir. Hərislik və tamahkarlıq əxlaqa zidd haldır, yəni əxlaqdan aşağı səviyyəli bir xüsusiyyətdir.
    EQOİSTLİYİN ÜÇÜNCÜ DƏRƏCƏSİ
    İnsanın başqa halları da vardır. İnsan nəfsinin xəstəliyi onun yalnız hərislik və tamahkarlığa düçar olması deyil. O, bəzən elə dolaşıq xəstəliklərə tutulur ki, cismi xəstəliklərdən qat-qat çətin və dolaşıq olur. Həmin xəstəliklər heç bir məntiq və ağıla sığmır, yalnız həmin xəstənin ruhu ilə uyğun gəlir. Bu gün bu qism xəstəliklər «psixoloji düyünlər» adlandırılır ki, onlardan biri də həsəddir.
    İnsanda olan həsəd hissi məntiqə zidd bir haldır. Bu nə deməkdir? Bunun mənası odur ki, insanda elə bir vəziyyət yaranır ki, o, öz xoşbəxtliyini unudaraq yalnız başqalarının bədbəxtliyini fikirləşir. O, öz xoşbəxtliyini arzulamır, öz səadətini istəyəndə də başqasının on qat bədbəxtliyini arzulayır. Bu hansı məntiqə sığır?! Heç bir heyvanda belə bir hiss yoxdur və heç bir heyvan digər heyvanın bədbəxtliyini arzulamır. Heyvan yalnız öz qarnını fikirləşir. Amma insanda dediyimiz hisslər yaranır. İnsanda bəzən təkəbbür hissi və bəzən də digər psixoloji düyünlər yaranır ki, bunların hamısı onun nəfs və ruhunun batinində gizlənib və insanın onlardan xəbəri yoxdur. Bunlar, insan nəfsinin onun üçün yaratdığı problemlərin bəzi nümunələridir.
    ÖZÜNÜ ALDATMA
    Bəzən insanın nəfsi onu aldadır, yəni şəxs özü-özünü aldadır. İnsanın öz batini tərəfindən aldanması nə deməkdir? Quran da buyurur: «...Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi (pis əməlinizi sizə yaxşı göstərdi)...» (Yusif-83).
    Təsvil (nəfsin insanı aldatması) çox dəqiq psixoloji terminlərdəndir ki, Quranda işlədilib. Bu kəlmənin mənası nədir? Onun mənası budur ki, insan bəzən öz batini istəkləri tərəfindən aldadılır. İnsanın nəfsi bir şeyi istəyəndə, həmin şeyi ona elə bəzəyib-düzəyir, zinətləndirərək elə cilvələndirir və yalandan elə göstərir ki, insan həmin şeyin doğrudan da həmin cür olmasını düşünür. Amma əslində bu işi insanın nəfsi onu aldatmaq üçün görür. Təsvil termini çox maraqlı və təəccüblü bir ifadədir. Psixologiya elmi inkişaf etdikdən sonra bu gün həmin nöqtələrə çox dəqiqliklə çatıb. Onlar hətta belə bir nöqtəyə çatıblar ki, insan bəzən heç bir cismi və sinir sistemi problemi olmadan yalnız batini və psixoloji səbəblərdən dəli olur. Məsələn, müsibət və çətinliklərə dözüm çox olduqda insanın ruhu həmin qəm-qüssənin şərindən xilas olmaq üçün ağılı tərk edir. Şair demişkən:
    Zehuşyarane aləm hər kera didəm ğəmi darəd
    Dela, divane şo, divanəgi həm aləmi darəd.
    Yəni: Dünyada olan ağıllılardan kimi gördümsə qəmi var idi, ey qəlb dəli ol ki, dəliliyin də öz aləmi vardır.
    Bu psixologiya elmində olan əsaslardan biridir.
    Hər halda nəfsin məkr və hiylələri – insan nəfsinin başqasına qarşı olan hiylələri – çox mühüm bir məsələdir və irfanda bu məsələlərə çox yaxşı diqqət edilib. İnsanı əxlaqa zidd məsələlərə daxil edərək ruhi cəhətdən xəstələndirən və heyvandan da aşağı salan son iki hissə irfanda çox yüksək dərəcədə bəyan edilib və onlar bəzi nöqtələrə toxunublar ki, doğrudan da heyrətləndiricidir. Yəni adam onların psixologiya elminin müasir dövrdə kəşf etdiyi incə nöqtələri 600-700 və ya min il bundan qabaq necə əldə etdiklərinə təəccüb edir. Əlbəttə qeyd etdiyimiz bütün bu məsələlərin kökü təsvil məsələsi kimi Qurandan götürülüb. Amma onlar istedadlı adamlar olduqları üçün, Quranın verdiyi kələfin ucundan yapışaraq məsələnin kökünə gedib mətləbi tapa biliblər. Məsələn, həmin təsvil barəsində sizə Mövlanadan bir mətləb deyəcəyəm.
    GİZLİ PSİXOLOJİ DÜYÜNLƏR
    Bu gün sübuta yetirilib ki, bəzən insanın batini duyğularında şər və pisliklər yatır. Həmin şər qüvvələr aşkarda deyil, batində olduğu üçün insan onların mövcudluğundan xəbərsiz olur. Onlar yalnız qıcıqlandırıcı amillər olan xüsusi hallarda aşkara çıxır və insan öz daxilindən, ruhunun dərinliklərindən bu çöküntülərin yuxarı qalxdığını görəndə çox təəccüblənir və batinində belə şeylərin olmasına inana bilmir. İnsan bəzən özü-özünə etiqad bəsləyir, yəni özünə baxanda qəlbində heç bir kin-küdurətin olmadığını, heç kəsə həsəd aparmadığını, təkəbbürlü və məğrur olmadığını və doğrudan da bu qism sifətlərdən uzaq olmasını düşünür. Amma, Quranın ifadəsi ilə desək, qarşıya imtahan çıxanda, insan birdən batinindən təkəbbürlük və məğrurluğun baş qaldırmasını, həsəd, kin-küdurətin naməlum nöqtədən zahir olduğunu görür.
    Mövlana deyir:
    Nəfs əjdərhast u key mordeəst
    Əz qəme bialəti əfsordəəst.
    İnsanın nəfsi, əfi ilan kimidir. Əfi ilan qışda donmuş və hissiz hala düşür. Həmin vaxt insan ona əl vuranda o, qətiyyən tərpənmir və hətta uşaq onunla oynasa o, uşağı sancmaz. Əfi ilanı belə bir vəziyyətdə görən insan onun tamamilə ram olduğunu təsəvvür edir. Amma həmin ilana qızmar günəş şüaları dəyəndə o, birdən birə dəyişilir və başqa bir şeyə çevrilir. Mövlana dağdan əjdaha tutub gətirmiş ilantutan barəsində geniş bir hekayət nəql edib ki, biz onu burada zikr etməyəcəyik. Həmin hekayətin sonunda isə yuxarıda dediyimiz şeri gətirib. Onun bu beytinin mənası budur ki, nəfsinin ölmüş olduğunu təsəvvür etmə, o, donmuş əjdahadır. Əgər ona isti dəysə, onun nə olduğunu bilərsən!
    Mövlana başqa bir yerdə insanın gizlin və yatmış meylləri barəsində psixoloqları heyrətə salmış bir təşbeh işlədib. O, bu barədə belə söyləyib:
    Meylha həm çun səgane xofteənd
    Əndərişan xeyro-şər benhofteənd
    Çunke qudrət nist xoftənd on rəde
    Həm çu heyzom parhavo tənzəde.
    Yəni: Meyllər yatmış itlər kimidir, onların içində xeyir və şərlər gizlənib. Onlar qüdrət olmadığı üçün odun parçaları kimi bir sırada yatıblar.
    Yəqin ki, bir neçə itin bir yerdə yatmasını görmüsünüz. İtlərin hamısı başlarını əllərinin üstünə qoyur, gözlərini yumaraq sakit yatırlar. Adam onları belə bir vəziyyətdə görəndə elə bilir ki, bir neçə qoyun-quzu yatıb.
    Take mordari dər ayəd dərmiyan
    Nəfxe sure hers kubəd bər səgan
    Çünke dər kuçe xəri mordar şod
    Səd səge xofte bedan bidar şod
    Yəni: Araya bir leş atılan kimi hərislik hissi itləri əzişdirir, küçədə bir uzunqulaq ölsə, ona yatmış yüz it durar.
    Mövlana deyir ki, əgər həmin itlərin arasına bir murdar leş atılsa, bir-birlərinin kənarında sakit yatmış və qoyun kimi başlarını əlləri üstünə qoymuş həmin itlər birdən yerlərindən sıçrayar, gözləri hədəqələrindən çıxar, boğazlarından mırıldama səsləri yüksələr və onların tüklərinin hər biri iti dişə dönər.
    Hershaye rəfte əndər kətme ğeyb
    Taxtən avordo sər bərzəd zecib
    Mube muye hər səgi dəndan şode
    Əz bəraye hiyle dom conban şode.
    Yəni: Qeyb xəlvətində batmış hərisliklər basqın edərək gizləndiyi yerdən başını çıxardar, itlərin hər bir tükü dişə çevrilər, hiylə üçün quyruğunu oynadar.
    Şerin bura kimi olan hissəsi misal idi. Bunun ardınca isə belə deyir:
    Səd çenin səg əndərin tən xofteənd
    Çun şekari nistşan benhofteənd.
    Yəni: Sənin bədənində yüzlərlə belə it yatıb, onlar ov olmadığı üçün gizləniblər.
    Mövlana bu misrada necə də böyük bir həqiqətə, dəqiq və incə nöqtəyə toxunub!
    Əlhəmdu lillahi rəbbil aləmin!
    Category: Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) | Added by: Islam_Kitabxanasi
    Views: 868 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024