İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri

    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri
    2012-01-24, 7:05 AM
    ÜÇÜNCÜ FƏSİL
    O Həzrət yalançı şahidlərin arasına təfriqə salmaq və iqrar almaqdan ibarət olan dəqiq və misli görünməmiş tədbirləri ilə müqəssirlərin məkrli hiylələrini aşkar etmişdir. Müasir dünyanın, xüsusilə, Avropanın məhkəmə sistemləri hal-hazırda bu misilsiz üslublardan istifadə edirlər.
    1-YALANÇI ŞAHİDLƏRİN ARASINA TƏFRİQƏ SALIB MÜQƏSSİRİ AŞKAR ETMƏSİ
    Günahsız və iffətli bir qızı Ömərin yanına gətirib onun zina etməsinə dair şahidlik etdilər. İndi hadisəni ətraflı şəkildə nəql edirik:
    O qız uşaqlıq çağlarında ata-anasını itirmişdi. Bir kişi onu himayəsinə götürüb saxlayırdı. Kişi daim səfərə gedirdi. Nəhayət qız böyüyüb ərlik ərsəsinə çatdı. Kişinin arvadı ərinin o qızı öz əqdinə keçirəcəyindən qorxurdu. Buna görə də belə bir hiylə qurdu. Qonşu qadınlardan bir neçəsini öz evinə çağırdı. Onlar qızı tutdular, qadın da öz barmağı ilə qızın bəkarət pərdəsini yırtdı.
    Kişi səfərdən qayıtdıqda arvadı ona dedi: – "Bu qızcığaz fahişəliklə məşğul olur!" Bu hadisədə iştirak edən qonşu qadınlar da şəhadət vermək üçün gəldilər. Kişi hadisəni Ömərə dedi. Ömər hökm vermədən dedi: – Qalxın, Əlinin yanına gedin.
    Onlar hamılıqla ayağa qalxıb Əli (ə)-ın hüzuruna getdilər və hadisəni ona dedilər. Əli (ə) o qadına buyurdu: – İddiana şahidin varmı?
    Dedi: – Bəli, qonşu qadınlardan bəziləri şahiddir.
    Qadın onları çağırdı. Həzrət Əli (ə) qılıncını qınından çıxardıb qarşısına qoyaraq buyurdu ki, qadınların hər birini bir hücrəyə daxil etsinlər. Sonra o kişinin arvadını çağırıb kamil istintaq apardı. Lakin o, əvvəlki kimi öz iddiasından əl çəkmək istəmirdi. Onu əvvəlki otağına apardı. Sonra şahidlərdən birini çağırdı, özü isə diz üstə oturub ona buyurdu: – Məni tanıyırsanmı? Mən Əliyyibni Əbi Talibəm. Gördüyün bu qılınc da mənim qılıncımdır. O kişinin arvadı haqqa qayıtdı. Ona aman verdim. Əgər düzünü deməsən boynunu vuracağam!(Bu cümlədən aydın olur ki, haqqı tapan şəxs məsləhət üzündən yalançı hesab olunmur. Bəlkə də "haqqa qayıtmaq" dedikdə məqsəd o qadının əvvəlki yerinə qaytarılmasıdır. Çünki onun əvvəlki yerində dayanması haqq idi. "Aman verilmişdir" dedikdə isə məqsəd onun zülmdən amanda olmasıdır ki, bu da "tövriyə" ünvanı ilə deyilir. (Müəllifdən) )
    Qadın qorxudan titrəməyə başlayıb Ömərə dedi: – Ey xəlifə! Mənə aman ver, həqiqəti deyim.
    Əli (ə) ona buyurdu: – De görüm!
    Qadın dedi: – Allaha and olsun, hadisə belə oldu: O kişinin arvadı qızın gözəlliyini və camalını gördükdə ərinin onunla izdivac etməsindən qorxdu. Buna görə də bizi öz evinə çağırdı və qıza bir qədər şərab içirtdi. Biz onu tutduq, o da barmağı ilə qızın bəkarət pərdəsini yırtdı.
    Bu zaman Əli (ə) buyurdu: – Allahu Əkbər! Mən Danyal peyğəmbərdən sonra şahidlərin arasına təfriqə salaraq həqiqəti kəşf edən ilk şəxsəm!
    Sonra o qıza nahaq yerə zina töhməti vuran qadınların hamısına iftira həddini tətbiq etdi. O qadını isə qızın bəkarət diyəsini (400 dirhəm) verməyə vadar etdi. Daha sonra göstəriş verdi ki, kişi özünün cinayətkar arvadına təlaq versin və həmin qızı alsın. O qızın mehriyyəsini də Əli (ə) öz malından verdi.
    Bu hadisə sona çatdıqdan sonra Ömər dedi: – Ya Əbəl-Həsən! Həzrət Danyalın hadisəsini bizə bəyan et.
    Əli (ə) buyrdu: – Danyal yetim bir uşaq idi. Bəni-İsraildən olan qoca bir qarı onun məişət xərclərini və ehtiyaclarını təmin etməyi öz öhdəsinə almışdı. Dövrün padşahının iki xüsusi qazısı var idi ki, onların da padşahın yanına gedib-gələn bir dostları var idi. Onların dostunun arvadı çox gözəl idi. Bir gün padşah bir işi görmək üçün düzgün və əmanətdar bir şəxs axtarır, bu məsələ haqqında o iki qazı ilə məşvərət edir və deyir: – Bu işi yerinə yetirməyə layiqli olan bir adam tapın.
    Hər iki qazı həmin dostlarını padşaha təqdim edir və onun hüzuruna gətirirlər. Padşah da həmin işi görməyi ona həvalə edir. O şəxs səfərə hazırlaşır. Lakin öz həyat yoldaşını daim o iki qazıya tövsiyə edirdi ki, onun məişət ehtiyaclarını təmin etsinlər. Kişi səfərə getdikdən sonra hər iki qazi onun evinə gedib-gəlməyə başlayırlar. O qadınla çox ünsiyyətdə olduqlarına görə ona aşiq olur və öz istəklərini bəyan edirlər. Lakin qadın ciddi şəkildə imtina edir. Nəhayət ona deyirlər: – Əgər dediyimizə razı olmasan, səni padşahın yanında rüsvay edəcəyik! Qoy səni daş-qalaq etsin.
    Qadın deyir: – Nə istəyirsinizsə, onu da edin.
    O iki qazı padşahın yanına gəlib onun zina etdiyinə şahidlik edirlər. Padşah bu xəbəri eşitdikdə çox kədərlənir və o qadının işindən heyrətlənərək qazılara deyir: – Sizin şahidliyiniz qəbul olunur, amma bu işdə tələsməyin. Üç gündən sonra onu daş-qalaq edərsiniz!
    Bu üç gündə padşahın əmri ilə carçı şəhərdə car çəkib deyir: "Camaat! O abidin zina edən arvadını daş-qalaq etmək üçün hazır olun! İki qazı onun bu işinə şahidlik etmişdir!"
    Camaat bu xəbəri eşitdikdə söz-söhbətlər başlanır. Padşah öz vəzirinə deyir: – Bu işə bir çarə edə bilərsənmi?
    Deyir: – Xeyr.
    Üçüncü gün vəzir istirahət etmək üçün evindən çıxır, təsadüfən yolda oynayan çılpaq uşaqlarla rastlaşır. Onlara baxmağa başlayır. Vəzir onların arasında kiçik yaşlı Danyalı tanımırdı. Danyal zahirdə oynayırdı. Həqiqətdə isə özünü vəzirə göstərmək üçün uşaqları öz ətrafına toplamışdı. Onlara deyirdi: – "Mən padşah, sizin biriniz abidin arvadı və o iki uşaq da iki şahid olan iki qazi olsun." Sonra bir qədər torpaq komalayır, bir qadından qılıncı alır və sair uşaqlara deyir: – Bu iki şahidin hər birinin əlindən tutun və filan yerə aparın.
    Sonra o ikisindən birini çağırıb deyir: – Düzünü deməsən səni öldürəcəyik! (Vəzir bu səhnəni dəqiq şəkildə müşahidə edir və hər bir sözü eşidirdi.) O şahid deyir: – Şəhadət verirəm ki, o qadın zina etmişdir.
    Danyal deyir: – Nə vaxt?
    Deyir: – Filan gündə.
    Danyal deyir: – Bunu o tərəfə aparın, o birisini gətirin.
    Uşaqlar da onu əvvəlki yerinə aparıb digərini gətirirlər. Danyal ona deyir: – Sənin şəhadətin nədir?
    Deyir: – Şəhadət verirəm ki, o qadın zina etmişdir.
    –Nə vaxt?
    –Filan gündə.
    –Kim ilə?
    –Filan kəsin oğlu filan kəslə.
    –Harada?
    –Filan yerdə.
    O, əvvəlki şahidin dediyinin əksini deyir. Bu zaman Danyal buyurur: – Allahu Əkbər! Yalan yerə şahidlik etdilər!
    Sonra uşaqlardan birinə göstəriş verir ki, camaatın arasında car çəkib belə desin: – "O iki qazı pak və iffətli bir qadına töhmət vurmuşlar, indi onları edam etməyə hazır olun!"
    Vəzir bu hadisəni müşahidə etdikdən sonra dərhal padşahın yanına gəlib gördüklərini ona deyir. Padşah o iki qazını öz hüzuruna çağırır, eşitdiyi qayda üzrə onlardan xəbər alır. Onların şahidliklərinin bir-birinin əksinə olduğunu görür. Fərman verir ki, camaatın arasında car çəkib desinlər ki, o qadına bəraət qazan-dırılır. O, pakdır. Qazılar isə ona töhmət vurmuşlar. Sonra göstəriş verir ki, onları edam etsinlər.("Fürui-Kafi", kitabul-qəzaya vəl-əhkam, 9-cu hədis; "Təhzib", əz-ziyadatu fil-qəzaya vəl-əhkam babı, 59-cu hədis. )
    Bu hadisənin oxşarını Mərhum Kuleyni "Kafi" kitabında belə nəql edir:
    Əli (ə)-ın xilafəti dövründə iki nəfər bir-biri ilə qardaşlıq siğəsi oxumuşdular. Onlardan biri digərindən əvvəl vəfat etdi və vəfatından qabaq öz dostuna vəsiyyət etdi ki, onun yeganə qızını saxlayıb böyütsün. O, dostunun qızını öz evinə aparıb onu tam nəzarət altında saxladı və öz övladlarından biri kimi ona nəvaziş göstərdi. Təsadüfən o kişi səfərə getməli oldu. Qızı öz arvadına tapşırdı. Kişinin səfəri çox uzun çəkdi və bu müddət ərzində qız böyüdü. O çox gözəl idi, kişi də məktublarında həmişə qız barəsində tövsiyələr edirdi. Kişinin arvadı o qızın gözəlliyini və camalını gördükdə ərinin səfərdən qayıtdıqdan sonra onunla izdivac edəcəyindən qorxub hiylə işlətdi. Bir neçə qadını öz evinə çağırdı. Qadınlar qızı tutdular, arvad isə barmağı ilə onun bəkarət pərdəsini aradan apardı.
    Kişi səfərdən qayıtdı, sonra qızı öz yanına çağırdı. Amma qız arvadın törətdiyi cinayət səbəbi ilə kişinin yanına gəlməkdən xəcalət çəkdi. Kişi çox israr etdikdə arvadı dedi: – Ondan əl çək! Çünki o böyük bir günaha mürtəkib olmuşdur. Ona görə də sənin yanına gəlməkdən xəcalət çəkir.
    Sonra ona zina töhməti vurdu. Kişi bu sözü eşitdikdə narahat oldu. Qəzəbli halda qızın yanına gəlib onu məzəmmət edərək dedi: – Vay olsun sənə! Sənə qarşı göstərdiyim məhəbbət və nəvazişləri unutdunmu?! Allaha and olsun, mən səni öz bacı və övladlarım kimi bilirdim, sən də özünü mənim qızım hesab edirdin. Nə üçün belə bir çirkin işə mürtəkib olmusan?
    Qız dedi: – Allaha and olsun, mən heç vaxt zina etməmişəm. Arvadın mənə töhmət vurur.
    Sonra başına gələn əhvalatı o kişiyə dedi. Kişi qızın və arvadının əlindən tutub Əmirəl-möminin Əli (ə)-ın evinə tərəf yola düşdü. O həzrətin evinə çatıb hadisəni o Həzrətə bəyan etdi. Qadın da mürtəkib olduğu cinayəti etiraf etdi. Bu zaman İmam Həsən (ə) da atasının hüzurunda idi. Əli (ə) ona buyurdu: – Bunların arasında mühakimə yürüt!
    Həzrət Həsən (ə) dedi: – Qadının iki cəzası vardır: – Birincisi töhmət vurduğuna görə iftira həddi; ikincisi isə qızın bəkarət diyəsi.
    Əli (ə) buyurdu: – Düz dedin!
    2-DÖNÜŞÜ OLMAYAN SƏFƏR
    Əmirəl-möminin Əli (ə) məscidə daxil olub gördü ki, bir cavan ağlayır, bir neçə nəfər də ona təskinlik verir. İmam (ə) irəli gəlib cavandan soruşdu: – Nə üçün ağlayırsan?
    Cavan: – Ya Əmirəl-möminin! Şüreyh qazinin mənim barəmdə çıxartdığı hökmə görə ağlayıram. Bilmirəm, hansı əsasa görə bu hökmü vermişdir!
    Sonra öz başına gələnləri belə dedi: – Atam bu camaatla birlikdə səfərə getmişdi. Özü ilə çoxlu mal-dövlət də aparmışdı. Onlar səfərdən gəlmiş, atam isə qayıtmamışdır. Atam barəsində xəbər aldıqda deyirlər ki, səfərdə ölmüşdür. Onun mal-dövlətindən soruşduqda isə deyirlər ki, onun mal-dövlətdən heç nəyi yox idi. Onları Şüreyhin yanına apardım. Şüreyh and içdirib onları azad etdi. Halbuki, atamın özü ilə çoxlu mal-dövlət apardığını bilirdim.
    Əmirəl-möminin Əli (ə) onlara buyurdu: – Tez olun, Şüreyhin yanına qayıdın! Mən özüm o cavanın işi barəsində təhqiqat aparacağam.
    Onlar qayıtdılar. Əli (ə) da Şüreyhin yanına gəlib dedi: – Onların arasında necə qəzavət etmisən?
    Şüreyh: – Ya Əmirəl-möminin! Bu cavan iddia edir ki, atası bunlarla birlikdə səfərə getmiş və özü ilə çoxlu mal-dövlət aparmışdır. Amma atası onlarla birlikdə səfərdən qayıtmayıb. Cavan onlardan atası barəsində soruşduqda ona "atan səfərdə ölmüşdür"-deyə cavab veriblər. Mən də cavana dedim: "Öz iddiana dair şahidin varmı?" "Xeyr"-deyə cavab verdi. İnkar edən bu dəstəni and içdirdim və azad oldular.
    Əli (ə) Şüreyhə buyurdu: – Çox təəssüflənirəm ki, bu cür mühüm hadisədə belə hökm vermisən!
    Şürey: – Bəs onun hökmü nədir?
    Əli (ə) buyurdu: – Allaha and olsun, indi onların arasında elə hökm edərəm ki, məndən əvvəl Davud peyğəmbərdən başqa heç kəs belə bir hökm etməyibdir. Ey Qənbər! Keşikçi məmurları gətir!
    Qənbər onları gətirdi. Həzrət onların hər birinə bir məmur təyin etdi, sonra onların üzlərinə baxıb buyurdu: – Nə deyirsiniz?! Belə fikirləşirsiniz ki, sizin bu cavanın atasına qarşı törətdiyiniz cinayətdən agah deyiləm?! Əgər xəbərdar olmasam, onda nadan olaram!
    Sonra məmurlara buyurdu: – Onların üzlərini bağlayın və hamısını bir-birindən ayırın.
    Həzrətin göstərişi ilə onların hər birini üzləri və başları paltarla örtülmüş halda məscidin sütunlarının birinin yanında oturtdular. Sonra İmam (ə) öz katibi Əbdüllah ibni Əbu Rafeni çağırıb buyurdu: – Qələm-kağız gətir!
    Özü isə qəzavət kürsüsündə əyləşdi, camaat da onun qarşısında oturdular. Həzrət camaata buyurdu: – Mən hər vaxt "təkbir" desəm, siz də "təkbir" deyin.
    Sonra camaatı qəzavət məclisindən çıxartdı və içəridəkilərdən birini çağırıb öz qarşısında oturtdu. Üzünü açıb Əbdüllah ibni Əbi Rafeyə buyurdu: – Bu kişinin iqrar etdiklərini yaz.
    Sonra onu istintaq edib buyurdu: – Siz və bu cavanın atası nə vaxt evinizdən xaric olmusunuz?
    –Filan gündə.
    –Hansı ayda?
    –Filan ayda.
    –Hansı ildə?
    –Filan ildə.
    –Bu cavanın atası öləndə harada idiniz?
    –Filan yerdə.
    –Kimin evində?
    –Filankəsin evində.
    –Hansı xəstəlikdən öldü?
    –Filan xəstəlikdən.
    –Xəstəliyi neçə gün çəkdi?
    –Filan qədər.
    –Hansı gündə öldü? Kim ona qüsl verib kəfənə bükdü? Kəfəninin parçası nə idi? Kim ona namaz qıldı və kim onu qəbrə qoydu?
    Onu tam istintaqa çəkdikdən sonra "təkbir" səsi ucaldı. Camaat da hamılıqla "təkbir" dedi. "Təkbir" səsini eşitdikləri halda başqaları da o şəxsin həm özünün, həm də digərlərinin sirrini açmasına yəqin etdilər. Həzrətin əmri ilə yenidən onun başını və üzünü bağlayıb zindana apardılar.
    Sonra başqa birini hüzuruna çağırıb öz qarşısında oturtdu. Üzünü açdı və ona buyurdu: – Elə fikirləşirsən ki, mən sizin cinayət və xəyanətinizdən agah deyiləm?
    Bu zaman o, birinci şəxsin gördükləri işləri etiraf etməsinə əsla şəkk etmədi və günahını boynuna almaqdan başqa bir çıxış yolu görməyərək dedi: – Ya Əmirəl-möminin! Mən də onlardan biri idim və cavanın atasını öldürmək istəmirdim.
    Bununla da öz təqsirini etiraf etdi.
    Sonra İmam Əli (ə) şahidlərin hamısını biri digərindən sonra çağırdı. Onlar da cavanın atasını öldürüb mal-dövlətini mənimsədiklərini iqrar etdilər. Bu zaman hələ iqrar etməmiş olan birinci şəxs də etiraf etdi. İmam onları cavanın atasının qan bahasını və mal-dövlətini verməyə vəzifəli etdi. Öldürülən şəxsin malını qaytarmaq istədikdə cavanla onların arasında kəskin ixtilaf yarandı və hər biri müəyyən məbləği iddia etdilər. Əli (ə) öz üzüyünü və onların üzüklərini götürüb buyurdu: – Onları bir yerə qatın. Hər kəs mənim üzüyümü bunların içərisindən tapsa, iddiasında düz demiş olar. Çünki mənim üzüyüm Allahın payıdır və Allahın payı həqiqətə çatar.
    Bu məsələ həll olunduqdan sonra Şüreyh dedi: – Ya Əmirəl-möminin! Davud peyğəmbərin hökmü nə idi?
    Həzrət buyurdu: – Davud bir küçədən keçirdi. Təsadüfən bir-biri ilə oynayan bir neçə uşaqla qarşılaşdı. Bir uşağın "Matəddin" (din öldü) deyə səsləndiyini eşitdi. Uşağı yanına çağırıb ona dedi: – Adın nədir?
    Dedi: – Matəddin.
    Davud dedi: – Bu adı kim sənə qoymuşdur?
    Dedi: – Atam.
    Davud oğlanı anasının yanına aparıb soruşdu: – Ey qadın! Bu uşağın adı nədir?
    Anası: – Matəddin.
    Davud: – Bu adı ona kim qoymuşdur?
    Anası: – Atası qoymuşdur.
    Davud: – Hansı münasibətlə?
    Qadın: – Bu oğluma hamilə olan zaman atası bir karvanla səfərə getdi, lakin onlarla qayıtmadı. Mən onun barəsində soruşduqda "ölmüşdür"-deyə cavab verdilər.
    Dedim: – Bəs onun mal-dövləti necə oldu?
    Dedilər: – Onun heç nəyi yox idi!
    Dedim: – Mənim barəmdə sizə heç bir vəsiyyət və sifariş etmədimi?
    Dedilər: – Yalnız bir vəsiyyət etdi. O, sənin hamilə olduğunu bildiyi üçün sifariş etdi ki, oğlan və ya qız olmağından asılı olmayaraq övladının adını "Matəddin" qoyarsan.
    Davud: – Ərinin səfər yoldaşları ölüblər, yoxsa diridirlər?
    Qadın: – Diridirlər.
    Davud: – Məni onların evinə apar.
    Qadın Davudu onların evinə apardı. Davud onların hamısını bir yerə toplayıb həmin ardıcıllıqla onları danışdırdı. Onların cinayəti aşkar olduqda öldürülən şəxsin qan bahasını və malını onların öhdəsinə qoyub qadına dedi: – İndi oğlunun adını Aşəddin, yəni "Din dirildi" qoy.("Fürui-Kafi", "hüdud" kitabı, "həddul-qazif" babı, 12-ci hədis. )
    Həmin rəvayəti Mərhum Kuleyni də başqa sənədlərlə Əsbəğ ibni Nəbatədən nəql edərək deyir: – Əli (ə) bir hadisə barəsində elə heyrətli mühakimə yürütdü ki, onun oxşarını heç vaxt eşitməmişdim. Sonra yuxarıdakı hadisəni nəql edir və axırda deyir: – İmam (ə) onlarla birlikdə Şüreyhin yanına qayıtdı və bu məşhur məsəli Şüreyhə oxudu:
    "Səd adlı bir kişi öz dəvələrini suvarmaq üçün çaya apardı. Halbuki, özü paltarlarına bürünmüşdü.
    Səd! Bu vəziyyətlə dəvələrinə su verə bilməzsən!"
    Bunu demək istəyirdi ki, Şüreyh bu hadisənin ətrafında daha artıq tədqiqat aparmalı, puç və zahiri mühakimələrlə kifayətlənməməlidir.("Fürui-Kafi", "diyat" kitabı, "nəvadir" babı, 8-ci hədis; "Təhzib", "əz-ziyadatu fil-qəzaya vəl-əhkam" babı, 82-ci hədis; "Mən la yəhzuruhul-fəqih", "əbvabul-qəzaya vəl-əhkam", "əl-hiyəlu fil-əhkam" babı, 11-ci hədis. )
    Bu rəvayətin məzmununu sünnülər də nəql etmişlər. Belə ki, onu "Mənaqib"in müəllifi Zəməxşərinin "Müstəqsa" kitabından, ibni Məhdi də "Nüzhə" kitabında ibni Sirindən nəql etmişdir.("Kinayat" (Cürcani), səh.97 )
    Bura qədər nəql olunan rəvayətlərdən məlum olur ki, Həzrət Əli (ə) həm Süleyman peyğəmbər kimi (birinci fəslin üçüncü hadisəsində qeyd olunduğu kimi), həm Danyal peyğəmbər kimi (3-cü fəslin birinci hadisəsində qeyd olunduğu kimi), həm də Davud peyğəmbər kimi (bu hadisədə qeyd olunduğu kimi) qəzavət etmişdir.
    Məhz buna görə də Həzrət Peyğəmbər (s.ə.v.v) çoxlu hədislərdə Əli (ə)-ı peyğəmbərlərə oxşatmışdır. Şair necə də gözəl deyir:
    Ançe xuban həme darənd, tu tənha dari!
    (Yaxşı insanların hamısının malik olduğu şeyə, sən təklikdə maliksən).
    3-ƏMİRƏL-MÖMİNİN ƏLİ ((Ə))-A QARŞI HİYLƏGƏRLİK
    Peyğəmbəri Əkrəm (s.ə.v.v) Mədinəyə hicrət edər-kən Əli (ə)-ı özünün Məkkədəki vəkili və naibi seçdi ki, camaatın əmanətlərini (o həzrətin yanında qoymuş-dular) öz sahiblərinə qaytarsın, sonra Mədinəyə gəlsin.
    Əli (ə) əmanətləri sahiblərinə təhvil verdiyi günlərdə Əbu Süfyanın oğlu Hənzələ, Ümeyr ibni Vail Səqəfini qızışdırdı ki, o Həzrətin yanına gedib (guya əmanət olaraq Peyğəmbərə verdiyi) səksən misqal qızılı tələb etsin. Sonra ona dedi: – Əgər Əli səndən şahid istəsə, biz qüreyşlilər sənin üçün şəhadət verəcəyik.
    Sonra ona yüz misqal ağırlığında qızıl mükafat verdi, belə ki, onun içində on üç misqal ağırlığı olan boyunbağı da var idi.
    Ümeyr Əli (ə)-ın yanına gəlib öz əmanətini istədi. Əli (ə) nə qədər axtardısa, onun adına bir əmanət görmədi və bildi ki, o, yalan danışır. Sonra, bəlkə öz iddiasından əl çəksin - deyə, ona öyüd-nəsihət verdi. Lakin öyüd-nəsihətin heç bir xeyri olmadı. Ümeyr israr edib deyirdi: – Mənim Qüreyşdən şahidlərim vardır, onlar mənim üçün şəhadət verəcəklər: Əbu Cəhl, Əkrəmə, Əqəbə ibni Əbi Muit, Əbu Süfyan və Hənzələ.
    Əli (ə) buyurdu: – Bu bir hiylədir ki, onu tökənin yaxasına yapışacaqdır!
    Sonra göstəriş verdi, bütün şahidlər hazır olub Kəbə evində oturdular. Ümeyrə üz tutub buyurdu: – De görüm, əmanətlərini Peyğəmbərə nə vaxt vermişdin?
    Ümeyr: – Günortaya yaxın vaxtlarda təhvil verdim və o, onları əlimdən alıb öz qulamına verdi.
    Sonra Əbu Cəhli çağırdı və həmin sualı ondan da soruşdu, lakin Əbu Cəhl "mən cavab verməyə bir lüzum görmürəm"-deyərək özünü xilas etdi.
    Ondan sonra Əbu Süfyanı çağırıb həmin sualları ondan soruşduqda Əbu Süfyan dedi: – Gün batana yaxın vaxtlar idi ki, Ümeyr əmanətini Məhəmmədə verdi, o da alıb öz qoynuna qoydu.
    Növbə Hənzələyə çatanda dedi: – Yadımdadır, günəş səmanın düz ortasında idi, Ümeyr əmanəti Məhəmmədə verdi və o da qəbul edib qarşısına qoydu ki, gedəndə onu götürüb aparsın.
    Sonra Əqəbəni çağırdı, ondan vəziyyəti soruşduqda dedi: – Axşam çağı idi ki, Ümeyr əmanəti Məhəmmədə təhvil verdi və o da əmanətləri dərhal öz evinə göndərdi.
    Sonra Əkrəməni çağırıb bu əmanət məsələsini soruşduqda, o dedi: – Sübh çağı idi ki, Ümeyr əmanəti Peyğəmbərə təhvil verdi, Məhəmməd alıb dərhal Fatimənin evinə göndərdi.
    Orada oturan Ümeyr bütün hadisələri müşahidə edir və onların danışıqlarındakı ziddiyyətli sözləri eşidirdi. Sonra Əli (ə) Ümeyrə dedi: – Görürəm ki, rəngin saralıb və halın dəyişilib!
    Ümeyr dedi: – İndi ki, belə oldu, düzünü sənə deyəcəyəm. Çünki hiyləgər adam nicat tapmaz. Allaha and olsun, mən heç bir şeyi Məhəmmədə əmanət verməmişdim. Məni bu işə Hənzələ ilə Əbu Süfyan təhrik etdilər. Üzərində Əbu Süfyanın arvadı Hindin möhürü olan dinarlar mənim yanımdadır, onu mənə mükafat vermişdilər.
    Əli (ə) buyurdu: – Evin küncündə gizlədilən qılıncı gətirin.
    Qılıncı gətirdilər, Əli (ə) onu oradakılara göstərdi və buyurdu: – Bu qılıncı tanıyırsınızmı?
    Dedilər: – Bəli, bu, Hənzələnin qılıncıdır.
    Əbu Süfyan: – Bu qılınc Hənzələdən oğurlanmışdır!
    Əli (ə): – Əgər düz deyirsənsə, onda sənin qara qulamın Məhlə nə etmişdir?
    Əbu Süfyan: – O bir iş üçün Taifə getmişdir.
    İmam (ə): – Kaş ki, gələydi, sən də onu bir daha görəydin. Əgər düz deyirsənsə, onu çağır gəlsin.
    Əbu Süfyan susdu, sonra o Həzrət, Qüreyşin başçılarından on nəfərin qulamına bir yeri göstərib buyurdu ki, oranı qazsınlar. Qazdıqdan sonra birdən Məhlənin cəsədini tapdılar. O Həzrət buyurdu: – Onu çıxarıb gətirin.
    Cəsədi çıxardıb Kəbəyə tərəf apardılar. Camaat Məhlənin cansız cəsədini gördükdə heyrətə düşdülər və onun qətlə yetirilməsinin səbəbini Həzrətdən soruşdular. İmam Əli (ə) buyurdu: – Əbu Süfyanla onun oğlu bu qulamı tamahlandırmış və ona azad olmaq vədəsi verərək vadar etmişdilər ki, məni qətlə yetirsin. O da yol üstündə pusqu qurmuşdu. Mənə hücum etdikdə ona möhlət vermədən boynunu vurdum və qılıncını aldım.
    Onların hiyləgərlik tədbirləri heç bir nəticə vermədi, sonra başqa bir məkr işlətdilər ki, onun da heç bir nəticəsi olmadı.("Mənaqib" (Sərvi), 1-ci cild, səh.506, "Qəzayahu (ə) fi xilafətih" )
    Category: Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri | Added by: Islam_Kitabxanasi
    Views: 857 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024